Həyatı daha xoşbəxt yaşamaq üçün daha təsirli vərdişlər inkişaf etdirməyimiz lazım gələ bilər. TV qarşısında, internetdə uzun saatlar xərcləmək, təxirə salmaq, gücümüzü xaricə vermək, öz-özümüzə mənfi cümlələr sərf etmək… bunların hamısı işimizə yaramayan mənfi vərdişlərdir. Mənfi vərdişlər, yiyələnilməsi asan, lakin birlikdə yaşanılmağı çətin olan vərdişlərdir. Müsbət vərdişlər isə tam əksinə, yiyələnilməsi çətin kimi görünən, lakin onlarla yaşdığımız zaman həyatımızı asanlaşdıran və bizi inkişaf etdirən vərdişlərdir.
1. Zehnimizi qidalandırmaq
Zehnimizi qidalandırmaq üçün kitab oxumaq, kinoya baxmaq, bilgiyə yiyələnmək, bizə maraqlı gələn bir mövzu üzərində ətraflı bilgiyə yiyələnmək, mövzunun mütəxəssisi olan insanlarla görüşmək kimi edəcəyimiz şeylər özümüzü yaxşı hiss etməyimizə səbəb olar.
2. İdmanla məşğul olmaq
Bunu mütləq eşitmiş olarsınız: idmanla məşğul olarkən insan endorfin hormonu istehsal etdiyi üçün özünü daha xoşbəxt hiss edir. Həftədə 4-5 gün idmanla məşğul olmağı bir vərdiş halına gətirəndə ola biləcək bir çox gözəl şey var. Bunlardan bəziləri:
Sağlam olarsınız.
Bel, boyun və s. kimi ağrılarınız yox olar.
Pəhriz saxlamaq məcburiyyətində qalmazsınız.
Zahirən çox gözəl görünərsiniz.
Özünüzü çox yaxşı hiss edərsiniz.
3. Gündəlik yazmaq
Hər gün duş qəbul edib bədənimizi təmizləyirik, hətta evimizi də hardasa hər gün təmizləyirik. Yaxşı, bəs iç dünyamızı? İç dünyamızı hər gün təmizləmək üçün vaxt ayırırıqmı? İç dünyamızda nələrin olub bitdiyinin fərqinə vara bilmək üçün özümüzə keyfiyyətli bir zaman ayırırıqmı?
İç dünyamızla əlaqə qurmaq üçün bir çox meditasiya üsulu var amma gündəlik tutmaq da olduqca yaxşı fərqindəlik təmin edir. İçimizdəkiləri yazıya tökmək belə insanda bir rahatlanma yaradır və düşüncələrimizi bir yerə gətirə bilməyimizə kömək edir.
4. Hədəf müəyyən etmək və tez-tez yoxlamaq
Gündəlik tutmaq vərdişini inkişaf etdirsəniz, dərhal arxasınca da bu vərdişi inkişaf etdirə bilərsiniz. Hər gün səhfənin başına hədəflərinizi tək-tək yazsanız, onları hər gün görmüş olar və diqqətinizin harada olduğuna nəzarət etmiş olarsınız. Hədəflərinizi hər gün görmək, nə istədiyinizi daha yaxşı müəyyənləşdirmək və gününüzü, həftənizi bu yöndə planlaşdırmaq üçün yaxşı bir fürsət olacaq.
- Səhər ritualı yaratmaq
Hər səhər oyandıqdan sonra günə daha enerjili və pozitiv başlamağınız üçün nə lazımdır? Gözəl bir səhər yeməyi yemək, yüngül idmanla günə başlamaq, sizi xoşbəxt edən bir şeyə baxmaq, kitab oxumaq, meditasiya ilə məşğul olmaq.. Özünüzə aid, sizi yaxşı hiss etdirən, xüsusi səhər rituallarınızı yaratdığınız zaman günə daha enerjili, pozitif başlayarsınız. Bir günə yaxşı başlamaq demək, günün böyük nisbətdə çox yaxşı keçməsini təmin etmək deməkdir.
- Sevdiklərimizlə keyfiyyətli zaman keçirmək və sosiallaşmaq.
Sevdiklərimizlə keyfiyyətli zaman keçirmək demək, paylaşmaq deməkdir. Yəni yan-yana oturub amma başqa dünyalarda yaşayırıqsa, birlikdə zaman keçirmiş olmuruq. Buna görə də sevdiklərimizə xas, başqa heç bir şey etmədən keçirdiyimiz zamanlar olmalıdır. Bu zamanları nə qədər keyfiyyətli keçirsək, içimizdə o qədər çox dolu və doymuş hiss edərik. Bir çox insan, sadəcə sosiallaşmaq uğrunda xoşbəxt olmadığı əlaqələr içində ola bilir. Bu maddəddə qətiyyən bundan bəhs edilmir. Sosial olmaq, hər kəs üçün bir ehtiyac olmaya bilər. Sosial olmağın dadı, özümüzü yaxşı hiss etdiyimiz insanlarla birlikdə olanda bilinər. Buna görə də sadəcə özümüzü yaxşı hiss etdirən münasibətlərin içində olmalıyıq. Bizi yaxşı hiss etdirən əlaqələr enerjimizi əmməz, əksinə enerjimizə enerji qatar.
- Gəlir-çıxar balansını yaratmaq.
Əgər maddi anlamda sıxıntılı hiss ediriksə, həyata pozitiv baxa bilmək çətinləşə bilər. Buna görə də gəlir-çıxar balansını yaxşı qurmaq, pul məsələsinə ciddi yanaşmaq lazımdır. Pul məsələsində edilməsi lazım olan şey , ən sadə halda, gəlirləri çıxarlardan daha çox saxlamağa çalışmaq, ya da çıxarları olduqca minimuma endirməkdir. Bundan başqa pul mövzusundakı bilgimizi zaman içərisində artırmaq və passiv gəlir təmin etməyə başlamaq da bizi pul məsələsində daha güclü və güvəndə hiss etdirəcək.
Belə bir həqiqət var; əgər pul məsələsi bizi narahat edirsə, hər növbəti gün borclarımızın artdığını düşünür ama bunun üçün günü çıxarmaq xaricində heç bir şey etmiriksə, içində olduğumuz problem gedərək artır. Amma bunun yerinə, içində olduğumuz vəziyyət hər nə qədər üzləşilməsi çətin olursa olsun, bir dəfə müzakirəyə qoyulub gerçək ədədlərlə üzləşdiyimiz zaman çarəsini daha asan tapa bilər və özümüzü daha yaxşı hiss edə bilərik. Bilinməyən bir vəziyyətlə mübarizə aparmağa çalışmaq, sürüşkən bir qumda getdikcə batmaq kimidir. Edilməsi lazım olan şey, vəziyyəti bütün açıqlığı ilə müzakirəyə qoymaq, üzləşmək və lazımlı addımları atmaqdır.
Mənbə:www.motivasyonzamani.com
Hazırladı: Fidan Aslanova