XOŞBƏXTLİK, ÖZÜNÜ TAPMAQDIR

xoşbəxtlik
İnsanın ən diqqətsiz və müdafiəsiz vaxtı xoşbəxt olduğu anıdır.

Xoşbəxtlik nədir? Bütöv bir həyatdırmı, yoxsa an, yoxsa anlardırmı?
İnsan yaşadıqca xatirəsi anlarla dolur, həm acılı, həm şirinli. Bəzən özünü xoşbəxt, bəzən isə bədbəxt hiss edir. İnsanın ən diqqətsiz və müdafiəsiz vaxtı xoşbəxt olduğu anıdır. Ən diqqətsiz və müdafiəsiz an necə ola bilər?
Bu, insanın ətrafdan əminlik və güvəndə olduğunu hiss etdiyi an baş verir. Demək ki, insan üçün özünü əminlikdə və güvəndə hiss etdiyi anları xoşbəxtlik deməkdir.

xoşbəxtlik
Xoşbəxtlik, həyatda özünü tapmaqdır.

Bəs necə əmin və güvənli ətrafa şahid ola bilərik?
Bunun üçün ilk öncə insanın özü ətraf üçün əmin və güvənli birisi olmalıdır. Sonra ətrafdan gözləyə bilər, özünün dəyişdiyi qədər gözləyə bilər. Demək ki, dəyişməyimizin ilk göstəricilərindən biri ətrafımızın nə qədər dəyişməsidir. Bu, ”mən” anlayışından “biz” anlayışına köç etməkdir.
Əslində hər tərəf Allahın nizamı olaraq əmniyyət və barış içərisindədir. Bunun insan dilindəki ifadəsinə İslam deyirik. İnsan da bu sistemə təslim olaraq qoşulmalı və öz yerini təyin edərək barış və əmniyyətin bir parçasına çevrilmlidir.

Demək ki, xoşbəxtlik elə həyatda öz yerini bilmək və bu yolun haqqını verməkdir.

Müəllif: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +374 (from 586 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

62 comments

  1. 22 yaw nedirki amma heyatin menasi yox belkede gozlerimde kimincunse yawayiram kimi canlandiriram heyatimi niye mena qata bilmirem heyatima duzdur din insani heyatini yungullewdirir amma eeee

  2. xosbextlik insanlara gore deyisir. kimi pulla kimisi ise bir guluse xosbext olur. amma menimucun xosbextlik sade bir melhum deyil mene gore xosbextlik ailem ve elmdir. eger ailem yanimdadirsa elimim varsa bu menim ucun en boyuk xosbextlikdir. men xosbexliyi usaligmda gorurem. egem men usaqligimi yasamisamsa bunu kenardan dusumek bele meni xosbext edir

Nihat üçün bir cavab yazın Cavabı ləğv et