XÖŞGÖRÜLÜ OLMAQ (TOLERANTLIQ)

295

Aktual  lüğətə görə : Xoş-fars, görmək-türkcə. Hər şeyi anlayışla qarşılayaraq ola bildiyi qədər xoş görmə vəziyyəti deməkdir. Eyni anlamda olduğu  tolerantlıq, dözümlülük: tolérer-qaldırmaq, dözmək.

Xoş görmək, hadisələrə ön mühakiməsiz yaxınlaşmaqdır. Ümumiyyətlə xor görülən məsələlərə tənqidi baxmaqdır. Xoş görmək bağışlamaq, ya da icazə vermək deyil. Hadisələri və faktları “rədd etməmək”dir. Əslində bir hərəkət deyil . Hərəkətsizlik olduğu deyilə bilər. Çünki bir iş tələb etmir. Tam əksinə, tolerant olmamaq bir hərəkətdir. Xoşgörülu olmayan kimsənin bir əskiklik çəkdiyi və artıqdan məşğul olduğu deyilə bilər.

Tolerant olmamaq, ictimai bir canlı olan insanın birlikdə yaşamaq, fərqlilikləri eyni məxrəcdə görüşdürmək xüsusiyyətini rədd etməkdir. Ən böyük qabiliyyət olan ünsiyyətə maneçilik törətməkdir. Hər hansı bir hadisəyə xoşgörüşsüz yaxınlaşmaq təbiətə və kainata ziddir . Heç bir şey tam olaraq rədd edilə bilməz. Ən qatı qaydaların belə istisnaları vardır. Yazı tolerantlıq haqda olduğu üçün tolerant olmamağa da xoşgörülü baxmalıyıq. Çünki bu, o cümlədən bütün təriflər üzərində uzlaşdığımız şeylərdir və hər şey hər an dəyişə bilər. Bu dəyişməyə varkən heç bir şeyi tam olaraq rədd etməməli, ən azından düşünə bilməliyik. Bir hadisə, obyekt ya da davranışdan çox , ən azından bir fikirə dözə bilməliyik. Nəyin doğru olduğu hər kəsə bağlı olduğu üçün tək olanı göz ardı edə bilmərik.

Tolerantlıq fəlsəfi bir işdir. Fəlsəfə dediyimiz “sonsuz maraq anlayışı”, təbii olaraq xoşgörüşlüdür. Yalnız bunu ifadə etmək əbəsdir. Hazırda bir dözümsüzlük yoxdur. Fərqli fikirlərə qatlanmayan, eqoist şəxsiyyətlərin olmadığı hallara, xoşgörüşlü vəziyyətlər deyilir. Tarixdən və insanlıqdan nümunələr verilə bilər. İlk insanlardan bəri bir yerdə yaşamaq, bir-birinə dözə bilmək ortaq bir anlayışdır. Fərqli kəsləri və bununla birlikdə fərqli fikirləri ortaq bir ideala fokuslamaq xalqların, inancların meydana gəlməsində ana faktordur. İnsanlar bir-birini xoş görməmiş olsaydı hələ də bir-birini öldürüb oğurladıqlarını yeyən primitiv canlılar olardıq. Empati qurmasaq, mərhəmət etməsək danışmaq belə mümkün olmazdı.

Başqa bir adamın həyatını mühakimə mənə görə deyil. Yarğılamalı, seçməli, heçə saymalıyam, ammayalnız özüm üçün. HermanHesse

Anlaşılmazlıq insanın ən böyük xəstəliyidir. Tolerantlıq isə ən böyük çarəsi. Volter

Adam öz yoluna inandıra bilməsi üçün başqasının yolunun səhvini sübut məcburiyyətində deyil . Paulo Coelh

Din  ayaqqabı kimidir. Özünə uyğun bir dənəsini tap və gey. Amma ayaqqabılarını mənə geydirməyə çalışma. George Carlin

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +31 (from 33 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

3 comments

  1. Mənəvi sağlam və düşüncə səviyyəsi inkişaf etmiş şəxsiyyət əslində özünün dogruluğunu və üstünlüyünü ətrafındakı öz həyat tərzi ilə yaşayan insanlara onları alcaldıb təhqir etməklə isbat etməz. Əksinə başqalarına mane olmadan diqqətini və fikirlərini öz inkişafına yönəldərək həyatına davam edərki bu da gələcəkdə yalnız cəmiyyətə fayda verər.
    Buradan yola cixaraq bu mövzu haqqında demək istədiyim tolerantlıq hərəkətsizlik yox tam tərsinə dinamik və ya aktiv bir həyat tərzidir deyərdim.

Bir cavab yazın