Y – Nəsli.
Milenyumlular.
Uşaqlar, gənclər.
İnternet gəncliyi.
Bunlar artıq eşitməyə alışdığımız anlayışlar halına gəlib. Kimlər haqqında deyilir? Kobudca 1980-2005 arası doğan kütlə üçün. Daha da əhəmiyyətlisi, kimlər bu terminləri tapır və söyləyir? Özü bu nəslin parçası olmayan, X nəsilin üzvləri.
Yəni bir nəslin üzvləri, başqa bir nəslin üzvləri ilə əlaqədar terminologiyaları inkişaf etdirir, arxasından da onlar haqqında ümumiləşdirmələr etməyə başlayır. Sanki bu işdə başdan bir çətinlik var .
Nədir yaxşı bu Y – nəslini və ya milenyumluları ən çox təyin etmək üçün istifadə edilənlər?
Tənbəl, özünü hər şeydən əvvəl düşünən, mən-mərkəzçi, narsist, çatmaq istədikləri üçün əvəz ödəməyi qəbul etməyən, səbirsiz, hiyləgər. Bunlarla bitmir. Cəmiyyət dəyərlərinə hörmət etmədiklərini, ailəyə əhəmiyyət vermədiklərini, yaşları 35-ə çatmasına baxmayaraq evlənib uşaq-muşağa qarışmadıqlarını, böyümədiklərini, zamanlarını oyun oynayaraq keçirdiklərini söyləyənlər də var.
Üzərinə bu təsbitləmələr yapışdırılan bu nəsil insanlarının, bir qisiminin əsəbli olmasına heç təəccüblənməmək lazımdır. Bu təsbitlər yalnız psixoloqlar, sosiologiyaçılar və şirkət məsləhətçiləri onları təyin etdiyində istifadə edilmir. Bu təriflərin nəticələri ilə gündəlik həyatlarının hər sahəsində, ailələləriylə olan dialoqlarda, iş yerində idarəçiləri ilə olan anlaşılmazlıqlarında və cəmiyyət həyatında qarşılaşdıqları digər insanlarda qarşılaşırlar.
Bu nəsil üçün deyilən müsbət şeylər də var. Məsələn daha yaradıcı, daha normaları və qaydaları sorğulayan, daha azad, daha həmrəylikçi və işbirlikci olduqlarına bağlı əhəmiyyətli göstəricilər var.
İş mühitinizi düşünün, 48 yaşındakı birinin 28 yaşındakı birinə söz arasında “sən daha kiçiksən” mesajı verdiyi ilə qarşılaşdınızmı? Və ya sizin, özünüzdən yaşca böyük insanlarla bir mövzu üzərinə danışarkən, fikirlərinizlə deyil də yaşınızla qiymətləndirildiyiniz oldumu? Mən etiraf etməliyəm, çox bənzər ssenarilərdə qarşılaşdım. Adam Grant, Originals adlı kitabı içərisində statü və güc əlaqəsindən bəhs edərkən bunu ifadə edir. Qeyri-adi, provakativ və ya qəlibləri məcbur edən bir fikri, təşkilat içində statusu (ənənəvi strukturlarda əksəriyyətlə yaşa bağlı) yüksək biri söylədiyində təqdirlə qarşılanarkən, eyni fikri hələ normaları sorğulamaq üçün kifayət qədər status qazandığı düşünülməyən biri (yeni başlayan və ya 3-4 il təcrübəli bir ) söylədiyində alçaldılma və ya xariclənməklə qarşılanır.
Bu fikri üstümüzdən ata bilmirik. Bizdən 25 il sonra doğulmuş biri həyatla əlaqədar nə belə bilər ki!
O zaman insanların yaşına və nəslinə deyil, yaratdıqları təsirə və etdikləri işlərinə baxaq.
22 yaşındakı bir gəncin fikirləri sizi razı salmağa kifayət etməyə bilər. Yaxşı, ya futbolla əlaqədar danışırsınızsa və qarşınızdakı Neymardırsa ?
Messi. Yaş 28
Adele. Yaş 28
Mark Zuckerberg. Yaş 30
Instagramın qurucuları. Yaşları 28, 29.
qurucuların qurucusu. Yaş 31.
Dropboxun qurucuları. Yaşları 29, 31.
AirBnBin. Yaş 31.
Tumblr. 28.
Snapchat. 23, 25.
Tinder – Techcrunch – Oculus Rift. Yaşları 23 – 27 arası.
Bu anda yetişkin dünyanın üçdə birini Y nəsli deyilən qrup meydana gətirir və inanın bu qrup o qədər fərqli maraqları, ehtirasları, düşüncələri və dəyərləri olan insanlardan meydana gəlir ki tək bir kateqoriyada onları ümumiləşdirmək və davranışlarını böyük qəliblərə soxmağın heç kəsə faydası yoxdur.
Bunun yerinə, daha ümumi və elastik bir perspektiv ilə “yeni nəsillərin dəyişən dəyərləri” olaraq bu mövzuya baxılmalı və həm ictimai mühitdə, həm də ailə və iş mühitində bu dünyagörüşü ilə yaxınlaşılmalıdır.
Hazırladı: Müşviq Osmanlı