YALAN NƏDİR? İNSANLAR NİYƏ YALAN DANIŞIR?

 yalan nədirYalan, doğru olmadığı bilindiyi halda, məqsədli şəkildə deyilmiş səhv sözdür. Hər səhv söz yalan deyil.
Yalan: səhv və yanlış sözdən ayrı, aldatmanı ehtiva edən bir hərəkətdir. Qarşıdakını aldatmaq, məqsədli deyilmiş səhv ifadədir. Öz içində bir çox məna saxlayır. Yalan deyə nəzərdə tutulan bəzi mənalar: Pis niyyət, böyük yalan, uydurma, üstünü örtmək, şişirtmək, həqiqətləri saxlamaq, aldatmaq, ört-basdır etmək, xəyanət etmək, axmaqlıq, şişirtmə, yarım gerçək, dürüst yalan, yanıltma, patoloji yalan, yalan and, nəzakətli yalan , hiyləgər sözlər, ağ yalan.

İnsan niyə yalan söyləyər?

Zərər görmə, cəza, rədd edilmə, itkin qorxusu və özgəcil (başqalarını düşünən) məqsədli yalanlarımız var. Səbəblər də, yalan təriflər kimi çox müxtəlifdir. İlkin səbəb bir çarəmizin olmadığını düşünərək  “yalan, çarəsizliyin nəticəsidir” deyə bilərik. Kimsə asanlıqla yalana müraciət etmək istəməz. Çünki özünə də yalan danışılmasını istəməz. Yalan bir acizlik ehtiva edir, yalnız  zəif və çarəsizlik hiss edildiyi zaman yalana müraciət edilə bilər.

Lerner (1993) “Aldatma rəqsi” adlı kitabında, yalan danışma hərəkətini və onun növlərini ifadə etmək üçün istifadə edilən əllidən çox yalan deyiminin olduğunu ifadə etmişdir. Bu səbəbdən, bu cür müxtəlifliyə sahib olan yalanlar, çox saydakı funksiyası, kompleks təbiəti və məşhur istifadəsiylə əlaqədar olaraq kompleks bir tablo çəkməkdədir. Təbii olaraq, belə mürəkkəb bir cədvələ sahib olan yalanların sərhədlərinin çəkilməsi və müəyyənləşdirilməsi olduqca çətindir.

Sisella Bok (1978), yalanlarla əlaqədar kitabında, yalan və aldatmanın fərqli terminlər olduğunu irəli sürmüşdür. Birini qəsdən aldatdığımız zaman bizim inanmadığımız bir şeyə birini inandırmaq üçün ona yanıldıcı bir mesaj çatdırırıq. Bunu, mimikalar vasitəsilə saxlayaraq, hərəkətlərlə və ya hərəkətsiz, hətta səssiz qalma yolu ilə gerçəkləşdirə bilərik. Aldatmaq üçün istifadə edilən mesajın yalan olaraq qiymətləndirilməsi üçün onun şifahi, yazılı və ya simvollarla ifadə edilməsi lazımdır. Başqa sözlə, aldatmanın daha geniş bir kateqoriya olduğunu, yalanın isə aldatmanın yalnız bir istiqamətini ifadə etdiyini irəli sürür.

Ekman, insanların sözlərdən istifadə etmədən də yalan söyləyə biləcəklərini, məlumat gizləməyin də səhv məlumat vermə  qədər “yalan” qəbul edildiyini və bunların eyni məqsədə çatmaq üçün istifadə olunan müxtəlif yalan texnikaları olduğunu irəli sürməkdədir. Ekman, yalanı digər aldatma növlərindən ayıran iki meyar təyin etmişdir. Bu meyarın ilki, yalan söyləyən adamın niyyətidir. Yəni, yalan söyləyən adam istəyərək, şüurlu bir şəkildə qarşısındakı adama səhv məlumat verməyi seçmişdir. İkinci meyar isə, yalan deyilən adamın, özünə yalan deyildiyinin fərqində olmamasıdır.

Doğrular işə yarasaydı, yalan söyləməzdik.

Aydındır ki, yalanın bir funksiyası vardır. Amma, yalanların insana qazandırdıqları ilə insandan aldıqlarını müqayisə etdikdə əldə nə qalır? Yəni, yalan söyləmək, bir problemi müvəqqəti  həll edə bilər. Ancaq yalanın bizdən apardığı şeylər yoxdurmu? Bu problemin cavabı dünya görüşümüzün açıqlığına bağlıdır. Əgər yalanlarımızın dünyasında yaşayırıqsa, onun işə yarayıb yaramadığını görə bilmərik. Çünki özümüzü yalanların sehrinə alışdırmışıq. Əhəmiyyətli mövzularda yalan söyləməklə özümüzü yalanların alternativ dünyasına sövq etdik.

yalan-yalanın-mənşəyiYalan nədir? Yalanın mənşəyi.

Yalan təbiətin hər yerində vardır. Heyvanlar davamlı yalan söyləyər. Vəhşi həyat bir-birini aldatmaq üzərinə quruludur. Qorillaların işarə dili ilə yalan söylədiyi də görülmüşdür. Ov və ovçu arasında hücumda da yalan təbii hadisədir. Ancaq, mövzu insan olunca işlər dəyişir. Biz bir-birimizə güvəndiyimiz, bir-birimiz üçün çalışa bildiyimiz üçün insan olmuşduq. Yalan isə köhnədən qalma pis bir alışqanlıqdır. Ta qədimdən, bu davamlı pisliyi aradan qaldırmış, ailələr və cəmiyyətlər qurmuşuq. Mədəniyyətimiz,  bir-birimizə güvənib miras buraxdığımız məlumatlar üzərinə yüksəldi.

İnsan, 6 aylıqkən aldatma yolu ilə qazanmağa çalışır. Saxta ağlama və gülmə körpələrin əhəmiyyətli silahlarındandır. Uşaqlıqdan böyüklüyə doğru yalanlarda da azalma görərik. İnsanlıq tarixinin ən erkən dönəmlərində yalanlarla iş görməkdə idik. Lakin düşünmə və əməkdaşlıq qabiliyətimiz artdıqca bunu yalandan üz döndərdik. Hələ də insanlığın gənclik dönəmlərində olduğumuzu söyləyə bilərik. Çünki tamamilə üz döndərmədiyimiz yalanlara sahibik.

Ta qədimdən vəhşi həyatımızda yalanlar vardı. Sonralar bir-birimizə güvənərək həmrəyliyi kəşf etdik. Birlikdə daha yaxşı həyatlar sürdük. Sonra bu güvən o qədər artdı ki, bir neçə adama böyük səlahiyyətlər verərək təmsilçimiz etdik. Bir adam milyonları təmsil edib, onların yerinə hərəkət edirdi. Təbiətin gördüyü ən böyük güvən duyğularından biri idi. Ancaq bu insanlar yalandan nəsibini almışsa nə olacaqdı? Təəssüf ki, çoxumuz etibarlı olsaq da, bəzilərimiz insanların etibarını sui-itifadə etdi. Siyasət, ən böyük güvən əsərimiz idi ,amma istismar edildi. İndi özünü çox ağıllı sanan iqtidar ehtirasinda olan insanlar, yalanlar söyləyərək daha da çox güc yığır. Yalan əksəriyyət çoxluğu ilə azaldı, lakin yalançı bir adamın varlığı belə, cəmiyyətin etibarının azalmasına səbəb ola, hər kəsə təsir edə bilir. Bu da heç bir gücün tək əldə toplanmaması lazım olduğunu və minlərlə illik güvən duyğumuzun istismar edilə  biləcəyini göstərir.

yalanTəməl səhv budur: yalançılar aldatdıqları kimsə tərəfindən aldadılmamağı gözləyər.
Burada bir uyğunsuzluq olduğu ortadadır. Digərlərindən doğruluq gözləyib necə yalançı ola bilərik?
Əslində əhəmiyyətli sual: yalançı ola bilərikmi? Çünki, həyatda  hər təsirin əks təsiri var.  İnsanlara göstərdiyimiz müsbət üzün arxasında, yalnız bizim sahibi olduğumuz bir pisliklər vardır. Səhv olanı paylaşmayaraq, yalan söyləyərək, pis nəticələrini yalnız özümüz yaşamış oluruq. Yəni, yalan – ağrını içimizə həbs etməktən başqa bir anlama gəlmir.

Təbii, ağrını içəri həbs etmək bəzən yaxşı da ola bilər. Məsələn: Öz etdiklərimizin cəzasını çəkərək, onu paylaşmayıb nəticələrinə dözərək dərs çıxarmağa ümid edə bilərik. Kömək istəməyib tək başımıza mübarizə aparmağı istəyə bilərik. Ancaq başqasına zərər verəcək bir vəziyyəti öz içimizdə saxlamaq, bütün zərəri boynuna götürmək deməkdir. Təbii, hər mövzuda həqiqət açıqlanmalıdır, deyə bilmərik. Hər nə qədər Kant, “hər yerdə, hər zaman doğrunun deyilməsi lazımdır” desə də, hələ də yalanın içimizdə barındığına görə,  sadəcə, doğruluğu tövsiyyə edə bilərik.

Mənbə : http: www.dmy.info
Hazırladı : Fidan Eyvazzadə

VN:F [1.9.16_1159]
Rating: +19 (from 19 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

One comment

Gülare üçün bir cavab yazın Cavabı ləğv et