YALNIZ QALMAQ

993306_340089536121759_1042646383_nİnsan olduğumuzdan bəri get-gedə yalnızlaşırıq. Gedərək ətrafdan uzaqlaşır və içimizə qapanırıq. Başqalarından fərqli olduğumuzu düşünmək xoşumuza gəlir. “Hər şey bir yana, insan başqa bir yana” deyirik. İnsanlar arasında da fərd olaraq eynisini edirik. Özümüzü ətrafdan təcrid edirik. Yalnız qalırıq. Ancaq bu sual ağla gəlir: hər şeyin bir bütün olduğu kainatda yalnız qala bilərikmi? Təkliyin üsulu nədir?
Təkliyi anlamağa çalışaq.

Elm adamlarına görə hər şey ilk başda kiçik sıx bir nöqtədən ibarət idi. Kainat dediyimiz şey çox dar bir sahədə sıxlaşmış enerjiydi. Daha sonra bu enerji yayılmağa və parçalanmağa başladı. Fərqli hissəciklər və elementlər ortaya çıxdı. Enerji özünü dəyişdirirdi. Çox deyil, bir neçə milyard il sonra, enerjinin fövqəladə bir şəkli olan “biz” ortaya çıxdıq. Daha əvvəl də gəlmişdik, amma bu an onları saymırıq. Çünki biz soylu insanoğluyuq. Hər nə qədər bədənimizin hər parçası milyardlarla ildə ulduzların içində meydana gəldiysə də, onlara “biz” demirik. Baxanda qəribə bir davranışdır, amma neyləməli. Yalnız qalmaq istəyirik. Kainatda yalnız biz varıq kimi davranmaq bizi təsəlli edir.

Təbiət içində də yalnız biz varmış kimi bir sistem içərisindəyik. Canlı həyatı eqoistcəsinə yox edirik. Yalnız olduğumuzu və başqa bir şeyə ehtiyacımız olmadığını düşünürük. Təəssüf ki, bu sistem zamanla artan bir yalnızlaşma xəstəliyinə çevrilir. İlk başda biz vardıq, amma təbiət ilə birgə. Zaman keçdikcə təbiətdən ayrıldıq və insan ayrı bir yer əldə etdi. Sonra insan təbiəti deyə biləcəyimiz bütünün içində “özümüzü” yaratdıq. Başlarda insan bizdən olana işarə edirdi. İnsanlar arasında çox bir fərq yox idi. Zamanla insan sözü çox fərqli həyatların simvolu oldu. “Fərd” olmuşduq. Getdikcə artan fərdiləşmə bizi insan içərisində ayrı bir təbiətə aparırdı. Nəhayət fərdiləşmənin son həddlərinə çatdıq. Artıq ünsiyyət belə qurmuruq. Başqasıyla danışmadan, “tək başına” keçən günlərimiz var.

944667_10201069011148687_1422448373_nİndividuallaşmanın ən böyük əlaməti yalnızlaşma hissidir. Fərd, yalnız olduğunu hiss edər. Beləliklə öz dünyasını yaradır. İnsanoğlunun zaman keçdikcə yalnızlaşdığını görə bilərik. Bu qədər fərqli millət, din, görüş, şəxsiyyət yalnızlaşmanın məhsuludur. Özünü fərqli hiss edən insanlar digərlərindən ayrılmaqda və öz qaydalarını meydana gətirməkdədir. Yaxşı bunun qorxusu nədir? İlk olaraq bütünü görməyimizə mane olur deyə bilərik. Digər insanlarla danışmamaq, onları özümüzdən uzaqlaşdırmaq bizi təməl bazamızdan uzaqlaşdırar. Həyat bağlarımıza zərər verir və sonunda yox olmağımıza səbəb olur. Niyə yalnız olaq ki? Yaşamaq fərdin yalnız halında belə ictimai bir hərəkətdir. Biz özümüzü yalnız sanarıq, amma yediyimiz, içdiyimiz, tənəffüs etdiyimiz hər şey fərqli bir bizin hissəsidir.

Yalnız qalmaq baxışımıza mane olur. Digərlərini hesaba qatmayınca, dəyər ölçülərimiz fərddən kənara gedə bilmədi. Müasir dünya bir təklik səhvinin əsəri oldu. Özünü o birilərdən fərqli sanan insanlar digərlərini insan olaraq belə görməməyə başladı. Onsuz da öz ehtirasları üçün təbiəti tükəndirən eqoistlər, insanları da xərcləməyə başladılar. Dünya uzaq bir ölkədə ölümcül şərtlərdə çalışan insanların çıxardığı elektron alətlərlə əylənər hala gəldi. Öz içimizə o qədər bağlandıq ki, suya və sülhə möhtac insanları görməməzlikdən gəlib yalnız bahalı oyuncaqları görməyə başladıq. O qədər yalnızmış kimi davranırıq ki, istifadə etdiyimiz əşyanın haradan gəldiyini soruşmuruq. Əşyanın “mənim” olması xaricində bir şey düşünmürük. Öz içimizə qapandığımız üçün onu meydana gətirən kölələri görmürük. Bizi daha da yalnızlığa itələyən və əyləndirməkdən başqa heç bir funksiyası olmayan həvəslərimiz üçün təbiəti və insanları özümüzdən uzaqlaşdırırıq, yadlaşırıq.

yalnıq olmaqGet-gedə yalnızlaşırıq. İnsan olmaq digərləri ilə əlaqəni kəsmək mənasını gəldi. Özümüzü ən uca canlı saymağımız bu təkliyin əlamətidir. Sanki yalnız özümüzün yaşamağa və xoşbəxt olmağa haqqı varmış kimi davranırıq. Gələcək, divarlar arasında başqa hər hansı bir canlıyla ünsiyyət qurmayan insanlar gətirir. İstehsalından, necə işlədiyindən xəbərdar olmadığımız alətlərin önündə virtual həyatlar quraraq gerçəyi də yox edirik. Çağımız insan əlaqələrində müvəffəqiyyətsiz bir nəsil gətirir. Virtual varlıqları özlərinin qarşısında və özləriylə əlaqəsiz fərdlər edirik. Başqalarını alt edib özümüzü ovutmaq üçün dünyayla bağları qoparır və virtual olana addım atırıq. Virtual dünya tam da yalnız insana görə bir yer halına gəlir. O birilərini istədiyimiz kimi görür və ən uca varlıq oluruq. Təkliyin və yox olmanın son dayanacağı böyük dünyanın içərisindəki kiçik ekranlarımızdır. Yalnızlık qaçınılmaz bir hal almadan ekranlarımızı bağlayıb bir-birimizi üzünə baxmalıyıq.

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın