YARADILIŞ VƏ NİZAM

mono lizaBəzi insanlar iddia edir ki, kainatın yaranmasına səbəb hər hansı bir qüvvə (tanrı) və bu qüvvənin yaratdığı nizamdır. Daha sonra qeyd edirlər ki, hər bir işin, hadisənin yaradıcısı var və biz bunu empirik formada anlaya bilirik.

Məsələn, götürək Da Vinçinin “Mono Liza” rəsmini. Əlbəttə, bu əsəri Da Vinçi yaradıb. Təsadüfi şəkildə peyda olmayıb. Əgər biz kağız üzərinə bir neçə boya qabı qoysaq və təsadüfən bir it o boya qablarına toxunarsa, dağılan boyalardan heç vaxt ” Mono Liza ” kimi bir şəkil yaranmayacaq. Çünki itin gördüyü işdə şüurluluq yoxdur, amma Da Vinçi şüurlu olduğu üçün elə rəsmini bu şüurun nəticəsində çəkmiş və məqsədli iş görmüşdür. Bu kimi nümunələrlə sübüt etmək istəyirlər ki, deməli, kainatı da kimsə yaradıb. Ümumiyyətlə, nəinsə şüurlu yaranmağı üçün səbəb lazımdır və bu səbəbə biz yaradıcı deyiriksə, deməli, hər bir yaradıcı özünün yaranması üçün səbəbi (yaradanı) də axtarmalıdır. Bu iddia qırılmaz bir zəncirə söykənir, bir zəncirin digər bir zəncirə bağlanması üçün bir əlavə zəncirə və ya başqa bir vasitəyə ehtiyac var, onun da bu birinə, bunun da o birinə bağlanması vacibdir. Ona görə də biz bunu sonsuza qədər uzada bilərik. Yox, əgər biz bu zənciri hardasa qırmağa məcburuqsa, deməli, məntiqin üstündən xətt çəkməliyik.

Hindistanlılardan soruşublar ki, dünya nəyin üstündə dayanıb? Cavab veriblər ki, tisbağanın. Bəs tisbağa nəyin üstündə dayanıb? Cavab veriblər ki, filin üstündə. Bəs fil? Cavab veriblər ki, bəlkə mövzunu dəyişək? Buradan aydın olur ki, müşahidə edə bilmədiyimiz, test apara bilmədiyimiz və qəti qərara gələ bilmədiyimiz hadisələr sadəcə, fərziyyədir və sübut oluna bilmir. Yəni biz kainatın hər hansı bir fövqaltəbii qüvvənin yaratmasını sübut edə bilmirik. Çünki onun əlamətlərini nə müşahidə edirik, nə də birbaşa həmin qüvvənin təzahürünü ciddiliklə kainatın üzərində görə bilmirik. Dini kitablarda yazılanlar isə heç bir elmi fakta söykənməyən fikirlərdir. Çünki hər hansı bir hadisənin səbəbini elm izah edir. Əgər din izah edə bilirsə, onda buyursun, elmə öz töhvəsini versin, ona yol göstərsin. Hər halda indiyə qədər fizika, kimya və s. elmlərin adını bilirik, l akin “din elmi” deyə bir şey nə eşitmişik, nə də görmüşük. Ya biz “yaradanın yaradanı var” fərziyyəsini qəbul etməliyik, ya da sübuta yetirilmədiyi üçün əmin olmamalıyıq.

yaradılış-din-elm-nizamDigər bir yanaşma isə nizam məsələsidir. Deyirlər ki, məsələn, insanın məhz gördüyümüz formada olmasında bir nizam var. Bütün orqanlarımızın quruluşunda nizamı xüsusilə vurğulayırlar və yenə də bu nizamın özbaşına yaranmasını rədd edirlər.

Nizam, ətrafımızdakı canlı və cansız varlıqları əvvəlcədən hansı formada görməyimizdən, ağlımızda necə canlandırdığımızdan və necə dərk etməyimizdən asılıdır. Əgər biz bütün insanları 5 əlli görsək və bilsək, bu bizim üçün nizamdır. Lakin sonradan doğulan bir insanın 2 əli olarsa, artıq biz buna nizamsızlıq deyəcəyik. İndiki halda isə siyam əkizləri, qulağı kar, gözü kor, bir sözlə normal insan parametrlərini daşımayan körpələr doğulursa, burada nizam pozulmuş olur. Deməli, nizam deyəndə biz qayda və qanunun adını çəkməliyik. Əgər bu qayda pozulursa, deməli, o nizam deyil, sadəcə formadı, quruluşdu və lazım gələrsə, dəyişilir. Nizam deyəndə biz cazibə qüvvəsini yada salmalıyıq, çünki bütün cisimlər müəyyən məsafədən yerə düşməyə məcburdur. Amma bu o demək deyil ki, yerin cazibə qüvvəsi nə vaxtsa pozulmuş olmasın. Çünki təbiətdə baş verən hadisələr dəyişkəndir və xarici amillər daim yer kürəsinə təsir edir və nə vaxtsa hansısa fiziki qanunu pozub onu dəyişə bilər. Amma hal-hazırda cazibəsi qüvvəsi var və bu həmişə baş verməkdədir. Amma bu nə zamansa pozularsa, onda nizamlıqdan əsər-əlamət qalmayacaq.

Daha bir versiya irəli sürülür ki, komyuterin klaviaturasında bir sözü anlaqlı şəkildə yazmaq üçün yenə də şüurlu müdaxilə lazımdır. Amma eynilə bu sözün təsadüfən yazılması üçün təxminən milyard sayda əməliyyatîn baş verməsi lazımdır. Deməli, bu söz təsadüf nəticəsində yazıla bilər. Fərqi yoxdu, 50000-ci əməliyyatdan sonra, yoxsa daha çox və ya daha az əməliyyatdan sonra. Fakt təsadüf də olsa, yarana bilər.

yaradılış-din-elmƏgər mən kitabı klaviaturanın üzərinə atan zaman monitorda “betid” sözü yazılarsa, deməli, bu sözü elə bir dəfəyə təsadüfən yazmış oldum.Halbuki, milyard təsadüfi əməliyyatı bu sözə də aid etmək olardı.

Göründüyü kimi iddia tərəfdarları düşüncə qabiliyyətindən istifadə etməyən insanları asanlıqla manipulyativ yolla nələrəsə inandırırlar.

Unutmayaq ki, biz təbiətdən asılıyıq, təbiət bizdən yox. Küləyin olması üçün yelkenli qayıq lazım deyil, yelkənli qayığın yaranması üçün külək lazımdır.Əgər yer kürəsindəki mühit aydakı kimi olsaydı, onda nə biz mövcud olardıq, nə də bu düşüncələr. Kainatın yaranması 13.8 milyard, yer kürəsinin yaranması 4.5 milyard, canlılığın yaranması 3.2 milyard il əvvələ aiddir.Demək ki, kainatdakı proseslər onun qanunları çərçivəsində aram-aram, lazım gələrsə, təsadüfən baş verir.

Müəllif: Adil Xantəmirov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

8 comments

    1. Biz konkret bir süjet üzərindən yazılar yerləşdirmirik, əziz dost. Yazarlar müxtəlifdir. Tesit də var, deist də, ateist də. Senzuramız yalnız kütlə dininin təbliği və səthi ateist yanaşmasınadır. Hətta dini görüşə yaxın yazılar da var saytımızda. O üzdən bu işi açıq və qapalı kimi deyil, faydalı və faydasız kimi kateqoriyalaşdırardım mən 🙂 Sayğılarımla.

  1. Elmlə din ayrıdır bu dəqiqdir.Qaldı Tanrının varlığı məsələsinə elmi metodologiyaya görə Popper kriteriyası və Okkama ülgücü və s.kimi adlanan elmi qaydaya görə təcrübəyə tətbiqi nəzəri olsa belə mümkün olmayan fikirlər qeyri-elmidir və mövcud deyildir. Ancaq mən də sizin kimi hər hansi fəlsəfi və ya elmi məsələlərin doqmalaşdırılmasına, ehkamlaşdırılmasına və mübahisəsiz qəbul edilməsinə yəni din kimi yanaşılmasına mənfi baxıram.

  2. Ozu dedi, ozu el chaldi, ozu razi qaldi. Etiraz eden olmadi. Sanitarlarin vaxti yoxdur her delinin palatasin ayri ayriliqda izlesin, ona gore tek aktyorun teatri bash tuta bilirdi. ))

Bir cavab yazın