YAŞAMAQ ÜRƏK İSTƏR

Həyatla üz-üzə gəlməkdənsə ağır-ağır əriməyi seçərik.
Həyatla üz-üzə gəlməkdənsə ağır-ağır əriməyi seçərik.

Yaşamaq ürək istəyir; bəlkə də buna görə dünyaya gələnlərin çox azı yaşayar. Əksəriyyəti yalnız yaşadığı günü bitirər, var olmaqla kifayətlənər və öz varlığı altında əzildikcə əzilər. Dəyişdirə bilməyəcəyi gerçəkləri olduğu kimi qəbul etmək və bu dəyişməzlikdən özünə yeni bir həyat sevinci yaratmaq da ürək istəyir; dəyişdirə biləcəyini dəyişdirməyə çalışmaq da. Zənn edildiyi kimi insanı qorxudan; dünya, çətinliklər, həyat şərtləri ya da başqaları deyil. İnsan ən çox özündən qorxar; öz duyğularından, öz gücsüzlüklərindən, öz zəifliklərindən, öz ağrılarından, öz coşğularından ürkər. Həyata hər toxunuşunda, duyğularının alovlanıb özünü yandıracağından çəkinər. Ona görə qaçar həyatdan, eşqdən qaçar, hirsdən, hərəkətdən, sevincdən, özündən qaçar. Qorxu səbəbi ilə yaşana bilməmiş bir həyatı əllərində daşımaqdan yorularaq, özünə uydurduğu minbir müxtəlif bəhanə ilə həyata arxasını dönməyə, gizlənməklə məşğul olub, gizli-gizli yox olmağa səy edər. Qorxu özünə acımağı gətirər; özünü yazıqlaşdırmağa başlayar həyatdan qorxduqca. Həyatla üz-üzə gəlməkdənsə ağır-ağır əriməyi seçər. Qorxduqca azalar gücü; qorxuyla yaralanan bədəni artıq ən kiçik bir toxunuşda ağrıyla inləyər. Hər ağrıda qorxusu biraz da artar və girdab kimi çəkər içinə gücsüzlük onu. Öz qorxusuna “Qədər” deyər sonra, qorxunu dəyişdirilməz bir gerçək, alnına yazılmış bir yazı olaraq görər. Yeni bir eşqin düşüncəsi belə titrədər onu. İzdihamdan qorxduğu qədər təklikdən də qorxar. Həyatın heç bir halına dözə bilməyəcək vəziyyətlərə gələr. Artıq kürəyində yaşaya bilmədiyi həyatı, qarşısında yaşanacaq günləri ilə, öz keçmişi ilə gələcəyi arasında sıxışıb qalar.
yaşamaq ürək istərÖz duyğularıyla əhatə edilər; döndüyü hər yanda bir düşmən kimi öz duyğuları çıxar qarşısına. Bu yana dönsə orada bir xoşbəxtlik var amma o xoşbəxtliyi deyil xoşbəxtliyin arxasında kölgəsi sezilən dərdi görər. Bu yana döndüyündə bir üsyanın şövqü var amma o üsyanın cazibədarlığını deyil o üsyan üçün ödənəcək əvəzin ağırlığını fərq edər. Bəri yanında bir eşq gözləyər onu amma o eşqin arxasından gələ biləcək tərk edilmə ehtimalına dikər gözlərini. Hər tərpənmə ilə kobud rəftar edilə biləcəyindən çəkindiyi üçün yerindən belə tərpənə bilməz; həyata yaxınlaşa bilmək üçün tək bir addım belə atmağa cəsarəti çatmaz. Ona sevinci göstərsəniz; “bəs sonra” deyə soruşar! Eşqi göstərsəniz, yenə eyni sualdır, onun ağılını qurdalayan; “bəs sonra”! Hirs, coşğu, eşq, dostluq, sevinmə, üsyan, müqavimət göstərmə, həmişə eyni sualı sürüyər arxasından; “bəs sonra”. Bilinməyən bir “bəs sonra” üçün bilinənlərin hamısını qaçırmağı qəbul edər. Amma nə qəribədir ki, duyğularından, yaşanacaqların sonrasından qorxanlar, ağrıdan çəkinənlər çəkər ən böyük ağrını. Yaşanmamış bütün duyğuları zəhərli sarmaşıqlar kimi boy atıb ruhlarına dolanar. “Sonrası vecimə belə deyil” deyib həyatla qucaq qucağa gələnlərdən daha çox yaranı, yaşaya bilmədikləri üçün alarlar. Şikayətlənib durarlar; çəkdikləri ağrılardan danışarlar. Ağrını da çəkərlər həqiqətən, amma ağrıdan qorxduqları üçün bu qədər ağrını çəkdiklərini görməzlər heç cür. Yaşamanın cəsarət istədiyini fərq edə bilməzlər. Onun üçün çox az insan yaşayar; əksəriyyət yalnız gününü qurtarar. Yaşanmamış günlərin altında inləyən çarəsiz bir kölə kimi itmiş bir həyatı daşıyar gücsüz çiyinlərində.

Öz gerçəklərimiz, öz duyğularımızdır bizi belə ürküdən; haça diliylə fısıldayan bir ilan görmüş dovşan kimi öz-özümüzü hərəkətsiz buraxan. Və nə qədər çox qorxsanız, qorxunuz o qədər artar. Nə qədər yaşasanız, cəsarətiniz o ölçüdə böyüyər. Yaşaya bilmirsinizsə əgər, bu başqalarına görə deyil. Sizi gücsüzləşdirən, sizi çarəsizləşdirən, sizi üsyanlardan saxlayan, dəyişdirə bilməyəcəklərinizi qəbul etmənizə mane olan, dəyişdirə biləcəklərinizin üstünə getmənizə icazə verməyən, sizi yaşatmayan, sizin öz qorxularınızdır.

ÇÜNKİ, YAŞAMAQ ÜRƏK İSTƏYİR.

Müəllif: Oscar Wild
Hazırladı: Bəhruz Nurməmmədov

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +19 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın