YENİLİK ƏXLAQSIZLIQ DEYİL

yenilik-əxlaqYenilik -hər keçmiş nəslin özünün məruz qaldığı və özünün də təqib etdiyi bir şeydir. Hər zaman bir nəsil digərini bu yöndə qınayıb və təqib edib. Bizim vaxtda belə deyildi, elə deyildi frazaları həmişə aktual olub. Bu ilk deyil və son da olmayacaq. Bu, ortada olan fərqin -yeniliyin cəmiyyət tərəfindən qəbullanma prosesinin təzahürləridir. Cəmiyyət həmişə bu mövzuya ƏXLAQ prizmasında baxmış, zamanla təqib etmiş və zamanla da qəbul etmişdir. Ən çətin iş kütlənin əxlaqını dəyişməkdir. Çünki bu cəhdin ilk də prosesin özü də əxlaqsızlıqdır. Yalnız sonucda bütün etdiklərin qəbul oluna bilərsə əxlaqa çevrilər. Bu da çox zaman qəbirlər üzərinə gül qoyulması ilə müşahidə olunur.

ƏXLAQIN OLMASI, YOXSA NÜMAYİŞİ? 

Yeniliyə qarşı qapalı və çoxluğa qarşı məsul olaraq əxlaq nümayiş etdirə bilərik. Bütün bu nümayiş sadəcə kütlənin axınında eynirəngli olmaqla mümkündür. Amma yeni bilgi gələn kimi və çoxluqdan qoparkən bu nümayiş pozulacaq və gerçək kimliyimiz ortaya çıxacaq.
Bilirsinizmi bu nəyə bənzəyir? Xor zamanı hamı oxuyur və biri də yalandan ağzını açıb yumur. Dinləyici də onun sadəcə ağız hərəkətlərinə əsasən xorda bir payı olduğunu düşünür. Amma anidən xor dayansa, onun etdikləri çox utancverici olacaq. O heç zaman xorun bitməsini və xordakılardan uzaq qalmasını istəməz.
Nə qərib bir vəziyyət, deyilmi?

yenilik-əxlaqİnsan özünü toplumun qaydalarına və keçmişinə həbs etdikcə, gerçəklərə, yeniliyə əxlaqsızlıq deyir. Azad olan kimi keçmiş sisteminin bütün eyibləri üzə çıxır. Hətta buna görə səbəbkarları qınayır. Sizcə elçiləri nədən təqib etdilər, qovdular və öldürdülər? İnsanlar yalanlarla sığortalı olmağı, doğrularla narahat olmaqdan üstün tutarlar.
Bilirsiniz mi bu nəyə bənzəyir? Bu ona bənzəyir ki, əli-qolu bağlı birinini çözürsən, azad olan kimi həmən sənə zərbə vurar. Və məhz buna görə bağlı olduğunu, bağlı olmasından isə məmnun qaldığını söyləyər. Hətta zərbəsini də məhz onu çözdüyün üçün endirdiyini söyləyər.
Nə qərib bir vəziyyət, deyilmi?

Xatirələrlə yaşayırsınızsa, demək qocalmısız. Arzularla yaşayırsınızsa, demək cavansız. (c)

KEÇMİŞLƏ ÖYÜNMƏK

keçmişlə öyünməkBir də görürsən insanlar nəslində, ölkəsində, dinində, ideologiyasında və s. gəlib-keçmiş məşhur alimlərlə öyünür, fəxr edirlər. Olsun, əməyə sayğı lazımdır. Amma ən pisi, çox halda bu öyünmələr bugünkü mövcud vəziyyətə, daha irəlidə olan digərlərinə reaksiya şəklində biruzə verir. Hansıki, tərif edən və öyünən toplum öyündüklərinin “çörəyini” sadəcə yeyir, tükəndirir və avaralanır. Hal-hazırda isə ortada heç nə yoxdur, öyünmə və tərifdən başqa.

Keçmişin statik öyünmələri gələcəyi dinamik etməz. Keçmişdən köz gətirib alovlandırmaq lazımdır. Kül gətirib gözlərə üfürmək isə lazım deyil. Bu gün hər şey ortadadır.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın