YETİM KİMDİR?

10003494_10203288577556460_1997039676_n
Nədir yetimlik?
Ata-anasız qalmaq mı?

Bəlkə ilk ağlımıza gələn budur, amma yetim olmaq ehtiyaclı olmaqdır. Hər kəs bir şeyin yetimidir, hər kəs bir şeydən yoxsuldur. Tarix göstərir ki, ən çox yetim olanlar mənəviyyatdan yetim olanlardır və qalan bütün yetimliklər də bundan doğur. Bunun üçün dərdimizin özünü öyrənək . Nədir boşluqlarımız?
Deyərdim başlı-başına ortalıqda qalmaq , zaman israfı və dəyərsiz xərcləmələr. Bax bu cür sistem uşaqların , dolayısı ilə gəncliyin azğınlaşmasına səbəb olur. Təsəvvürlərdə dəyərsiz anlamlar formalaşdıqca həyatda vəhşi nəticələr baş verir.
Olanların səbəbi bizim doğru yerimizdə olmamağımızdandır. İnsanlar çox zaman işin sonundan yapışar və orada həll tapmağa çalışarlar. Əslində sonucu gətirən səbəblər və orada duran yalnışlıqlar araşdırılmalıdır.
Bu gün gördüyümüz hər bir acınacaqlı durumun başlanğıcında hər birimizin dolayısı ilə xətası var. Doğru yerimizdə olamamağımız, hətta bu yer ilə maraqlanmamağımız məsul olduğumuz insanların, xüsusilə də uşaqların həyatlarına çox mənfi təsir göstərir.
Məncə, hər bir insan öz həyat mövqeyini və fəaliyyətini, bu fəaliyyət çərçivəsində formalaşdıracağı şəxsiyyət modelini doğru təyin etməlidir. Bu öz növbəsində həm uşaqlarla doğru ünsiyyət qurmağı, həm də onlara örnək olmağı təmin edər. Problemlərin qarşısını almaq üçün hər kəs özündən başlamalıdır. Bu problemlərin kökündə maarifləndirmədən və insanin mənəvi tərbiyəsindən uzaq düşmələr yatır. Hər bir kimsəsiz uşaq anormal bir ailə sisteminin nəticəsidir. Məhz belə uşaqlara da valideynlərinin xətasını təkrar etməməyi öyrətmək, onları daha qərarlı və düşüncəli böyütmək lazımdır.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   14  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın