YETKİNLİK VƏ EŞQ

Yetkinləşməmiş bir insan, hər zaman başqa bir yetkinləşməmiş insana aşiq olar, çünkiYetkinlik və eşq sadəcə onlar bir-birinin dilindən anlaya bilərlər. Yetkin bir insan, yetkin birinə aşiq olar; yetkinləşməmiş bir insan yetkinləşməmiş birinə aşiq olar. Həyat yoldaşını min bir dəfə dəyişdirməyə davam edə bilərsən, yenə eyni cür bir qadını tapacaqsan və yenə eyni iztirab: Fərqli formalar içində, lakin yenə eyni iztirab təkrarlanar, hardasa, eynidir. Qadını dəyişdirə bilərsən, lakin sən dəyişmədin. İndi digər qadını kim seçəcək? Sən seçəcəksən. Seçim, yenə sənin yetkinləşməmiş halının içinidən çıxacaq. Oxşar bir qadını yenə sən seçəcəksən. Eşqin təməl problemi, ilk öncə yetkin hala gəlməkdir. Ondan sonra yetkin bir həyat yoldaşı tapacaqsan, o zaman yetkinləşməmiş insanlar səni heç cəzb etməyəcək. O, eynilə bunun kimidir: Əgər 25 yaşın varsa, 2 yaşındakı bir körpəyə aşiq ola bilməzsən. Ola bilməzsən. Eynilə bunun kimidir, psixoloji.. ruhsal olaraq yetkin bir insansansa, bir körpəyə aşiq ola bilməzsən. O gerçəkləşməz, ola bilməz. Anlamsız olacağını görə bilərsən. Əslində, yetkin bir insan eşqə düşməz, eşqin içində yüksələr. Düşmək kəlməsi doğru deyil. Sadəcə yetkinləşməmiş insanlar düşər.. ilişər və eşqə düşərlər. Bir şəkildə idarə edir və ayaqda qalırdılar. İdarə  edə bilməz və ayaqda dura bilməzlər, bir qadın taparlar və işləri bitmişdir, bir kişi taparlar və işləri bitmişdir. Hər zaman yerə yıxılıb sürünməyə hazırdırlar. Onurğaları, bel sümüyü yoxdur. Təkbaşına duracaq sağlamlıqları yoxdur. Yetkin bir insan təkbaşına qalacaq qədər sağlamdır. Və yetkin bir insan sevgi verdiyi zaman, ona bağlı heç bir şərt olmadan verər: O bəsitcə verər. Və yetkin bir insan sevgi verdiyi zaman, onun sevgisini qəbul etdiyin üçün minnətdar hiss edər, əksi deyil. Sənin onun üçün minnətdar olmağını qəbul etməz, xeyr, qətiyyən yox. Təşəkkürünə belə ehtiyacı yoxdur. Onun sevgisini qəbl etdiyin üçün o təşəkkür edər. Və iki yetkin insan bir-birini sevdiyi zaman, həyatın möhtəşəm pardokslarından, ən gözəl olaylarından biri gerçəkləşər: Birlikdədirlər və eyni zamanda mükəmməl bir şəkildə təkbaşınadırlar; o qədər birlikdədirlər ki, hardasa birdirlər. Lakin birlikləri, fərdiliklərini yox etməz, əslində onu inkişaf etdirər, daha fərdi hala gələrlər. İki yetkin sevən insan bir-birinə daha azad olmaq üçün kömək edər. Onun içində siyasət, diplom, hökm etmək səyi yoxdur. Sevdiyin insana necə hökm edə bilərsən? Bunun üzərində bir düşün. Hökm etmək bir növ qisasdır, hirsdir, düşmənlikdir. Sevdiyin bir insana hökm etməyi necə düşünə bilərsən? Onu tamamilə özgür, müstəqil görmək istəyərsən; ona daha çox fərdilik vermək istəyərsən. Buna görə də ona möhtəşəm paradoks deyirəm: O qədər birlikdədirlər ki, hardasa birdirlər, lakin yenə də o birliyin içində fərddirlər. Fərdilikləri məhv edilməmişdir, daha da möhkəmlənmişdir. Azadlıq mövzusunda, digəri onu zənginləşdirmişdir. Yetkinləşməmiş insanlar aşiq olduğu zaman, bir-birinin azadlğını yox edər, bir əsarət yaradar, bir həbsxana yaradar. Yetkinləşmiş aşiqlər bir-birinə azad olmaq üçün kömək edər, bir-birilərinə hər cür əsarəti yox etmək üçün kömək edərlər. Və eşq, azadlıq içində axdığı zaman, gözəllik vardır. Eşq asılılıqla axdığı zaman çirkinlik vardır. Xatırla, azadlıq, eşqdən daha yüksək bir dəyərdir. Buna görə də, Hindistanda ən yüksək olana “moksha” deyirik. Moksha, özgürlük deməkdir. Özgürlük, eşqdən daha yüksək bir dəyərdir. Elə isə, əgər eşq özgürlüyü yox edirsə, dəyərsizdir. Eşq buraxıla bilər, özgürlük qorunmalıdır; özgürlük daha yüksək bir dəyərdir. Və özgürlük olmadan əsla xoşbəxt ola bilməzsən, o mümkün deyildir. Özgürlük, mütləq özgürlük, saf özgürlük hər kişinin, hər qadının təbii arzusudur. Yəni özgrülüyünü yıxıcı hala gələn hər hansı bir şey olduğu zaman, insan ona nifrət etməyə başlayar. Sevdiyin kişiyə nifrət etmirsən? Sevdiyin qadına nifrət etmirsən? Nifrət edirsən; o gərəkli bir müsibətdir. ona dözməlisən. Tək başına ola bilmədiyin, birisiylə birlikdə olaraq özünü idarə edə bldiyin üçün digərinin tələblərinə boyun əyməlisən. Dözməli, onlara qatlanmalısan. Sevgi, gerçək sevgi; varlıqdan sevgi, ərmağan sevgi olmalıdır. Varlıqdan sevgi, bir olma halıdır. Evə gəldiyin zaman, kim olduğunu bildiyin zaman, o zaman varlığında bir sevgi yüksələr. O zaman xoş ətir yayılar və onu digərlərinə verə bilərsən.

Birlikdə olduğun qadını  minbir dəfə dəyişdirə bilərsən, yenə eyni növ bir qadını tapacaqsan və yenə eyni iztirab: Fərqli formalar içində, lakin yenə eyni iztirab təkrarlayar, hardasa, eynidir. Birlikdə olduğun qadını dəyişdirə bilərsən, lakin sən dəyişmədin.

 

Mənbə: Osho
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın