YOQA HAQQINDA

yoga-fitret“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (m.ö. I əsr) “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür.

Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.
Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

Hansı mənfi psixoemosional vəziyyətlər xəstəliklər yarada bilər? Bunu açıqlamaq üçün 7 enerji mərkəzi onlarla bağlı olan psixoemosional vəziyyət barədə qısa məlumat verək:

Birinci bədənimizdə ən aşa aşağıda – aralıq adlanan yerdə – yerləşən enerji burulğanı mərkəzinə yoqlar “muladhara” deyirlər. Bu mərkəz bədənin əsas dayağı sayılır və bir çox instiktiv emosiyalar – özünüqoruma hissi, qorxu, aqressiya bu mərkəzlə bağlıdır.  Bu mərkəzə bağlı emosiyaların həddən artıq olması bəzi orqanları – düzbağırsağı, uşaqlığı, prostat vəzini, böyrəkləri və böyrəküstü vəzni, sümükləri, əzələləri və dişləri, onurğanın bel və omba hissəsini zədələyə bilər.
İkinci enerji mənbəyi göbəkdən bir az aşağıda qərar tutub, buna “svadhistana” deyirlər. Buna “həyat eşqi” mərkəzi də demək olar . Günahkarlıq duyğusu da bu mərkəzə aid edilir. Bu duyğunun həddindən çox və uzunmüddətli təsiri cinsiyyət üzvləri və yoğun bağırsağın işini poza bilər .
yoqa-fitretÜçüncü enerji mərkəzi “manipura” adlanır və göbəkdən bir qədər yuxarıda yerləşir. Bu mərkəz qəzəb, kin duyğusu, iradə və intellektual fəaliyyətlə bağlıdır. Psixoemosional tarazlıq pozularsa, iddialılıq və qəzəblilik həddindən çoxdursa, qaraciyərin, mədə və onikibarmaq bağırsağın, öd yollarının, mədəaltı vəzin fəaliyyəti pozulacaqdır.
Dördüncü enerji mərkəzi – “anahata” adlanır və ürək səviyyəsində yerləşir. Sevgi kədər, inciklik duyğuları bu mərkəzlə bağlıdır. Həddən artıq kədərli olmaqla ürək və damar sisteminin, ağ ciyərlərin işini pozmaq olar.
Beşinci enerji mərkəzi “vişuda” adlanır. Doğru və yalan anlayışlara, nitqə bağlıdır. Boğazımızın səviyyəsində yerləşir. Yalançılıq, başqaları haqda iftira danışmaq, fikirləri açıq söyləyə bilməmək və s. nəticəsində, tez-tez boğazağrıları, qalxanabənzər vəzin xəstəlikləri, səs tellərinin və bronxların zədələnməsi baş verər.
Altıncı enerji mərkəzi “aqya” adlanır; elmi və ruhi kəşflər, illüziyalar və özünüaldatmalar bu mərkəzlə bağlıdır. Əgər insan hadisələrin reallığı hissindən uzaq düşərsə, hipofizin, gözlərin, burun-udlağın, onurğanın problemləri ilə rastlaşar.
Nəhayət, yeddinci mərkəz “saxasrara” adlanır. Yüksək mənəvi dəyərlərin, Tanrı ilə ünsiyyətin mərkəzidir.

Əgər insan yalnız dünyəvi meyllərlə yaşayırsa başağrıları, boyunağrıları, nevrozlar və s. törəyir.
Beləliklə sizə müəyyən qədər məlumatlandırdıq. Pozitiv, enerjik olun, həyatı sevərək yaşayın.

Mənbə: “Discovery” jurnalı
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
1   12  
VN:F [1.9.16_1159]
Rating: +31 (from 33 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın