“YOX” DEYƏ BİLMƏYİN ÖNƏMİ

"YOX" deyə bilməyin önəmiHamımız bilirik ki, təsdiqlənmək və bəyənilmək, insanların ən önəmli ehtiyaclarından biridir. Bəzən sırf bu ehtiyacını qarşılaya bilmək üçün insanlar öz istəklərini bir kənara ataraq digər insanların istək və gözləntilərini həyata keçirmək üçün, onlara “HƏ”; öz istək və gözləntilərini isə təxirə salaraq “YOX” deyərlər. Lakin burda digər insanlara söylədiyimiz “YOX”və “HƏ”lərin  balansını çox yaxşı qura bilmək önəmlidir. Çünki ruh sağlamlığı ilə bağlı təsvirlərə

baxdığımız zaman, təsvirlərdən biri də: özünün və cəmiyyətin gözləntilərinə balanslı şəkildə uyğunluq göstərməkdir. Yəni nə biri, nə də digəri ifrat olmayacaq şəkildə uyğun balansı qura bilmək, ruh sağlamlığının qısa, lakin diqqətə çarpan təsvirlərindən biri olaraq qəbul edilir.

Yaxşı bəs, “HƏ” və “YOX” lardan balanslı şəkildə istifadə etmək nə deməkdir? Və niyə bəzi insanlar “HƏ” lərdən çox istifadə edib, “YOX” deməkdə çətinlik çəkir. Niyə bəzi insanlar “YOX” demək istədikləri halda, ağızlarından “HƏ” cavabı çıxıb sonradan buna görə narahat olduqları halda, yenə də digər insanların gözləntilərini öz gözlənti və istəklərindən öndə tutma ehtiyacı hiss edirlər? Və ən önəmlisi, “YOX” deyə bilmək nə üçün bu qədər önəmlidir?

Əslində “HƏ”çi bir yanaşma, bizi başqaları ilə işbirliyi və bağlılıq yaratmağa yönəldən bir yanaşmadır. Zənn edirik ki, digər insanların gözləntilərinə hər zaman “HƏ” desək, onlarla daha yaxın, daha səmimi münasibətlər qura bilərik; ən önəmlisi də, onlar tərəfindən təsdiqlənib bəyəniləcəyimizi, yəni qəbul ediləcəyimizi düşünürük. Xüsusilə uşaqlarda və yeniyetmələrdə bu yanaşma daha güclüdür.. və bəzi yetkin insanlarda da. Lakin, “HƏ” lərin balansını pozmağa başladığımız zaman, bu gözləntimizin boş olduğunu, və imicimizin gözlədiyimiz kimi olamdığını görməyə başlayarıq. 

“HƏ” lərin balansını pozmağa başlayanda nə baş verir? Digər insanların bütün istəklərinə “HƏ” dediyimiz zaman, bir tərəfdən özümüzə olan sayğımız azalmağa başlayar. Sanki öz ehtiyaclarımıza, prinsiplərimizə arxa çevirmiş kimi hiss etməyə başlayarıq. Təsdiqlənməyi gözləyərkə

"YOX" deyə bilməyin önəmi

n diqqətə alınmamağa başlayarıq əvvəlcə.. İnsanlardan sayğı gözləyərkən baxırıq ki, buyruqları yerinə yetirməyə başlayan biri olmuşuq. Başqalarını incitmək istəməzkən, özümüzü incitməyə başlayarıq.. Bəzən, doğru bildiyimiz şeylərdən belə yapışa bilməz,.. öz prinsiplərimizdən uzaqlaşmağa başladığımızın fərqinə vararıq.

Yaxşı bəs necə olmalıdır? Nə zaman “YOX”, nə zaman “HƏ” deyilməlidir? Bunun ölçüsü nə olmalıdır? Əgər son zamanlarda bu “HƏ” lər, daha çox özümüzə doğru yönəlməyə başladısa, son vaxtlar ancaq  öz ehtiyac və gözləntilərimizi daha çox ön planda tutmuş və digər insanlara “YOX” demişiksə, artıq “HƏ” deməyin vaxtı gəlib o zaman. Və ya bu “HƏ” lər daha çox qarşımızdakı insana doğru yönəlməyə başladısa və son vaxtlarda ancaq başqa insanların istək, gözlənti və ehtiyaclarına öncəlik vermiş və öz ehtiyaclarımızı.. gözləntilərimizi geri itələmişiksə,  özümüzü unutmuşuqsa , onda durub qarşımızdakına “YOX” deməyin zamanı gəlib artıq. Onsuz da belə bir vəziyyətdə “YOX”  demək, eqoistlik yox, ağıllılıqdır mənə görə. Həyatın hər anında  bizə gərəkli olan tarazlıq ünsürü burda da qarşımıza çıxır beləcə…

Hər cəmiyyətin, cəmiyyətin ən təməl birliyi olan hər ailənin və dolayısı ilə hər insanın bir dəyərlər sistemi və bir həyat fəlsəfəsi var. Ata-anaların uşaqları yetişdirmə dövründə etdikləri də, əslində bu dəyərlər siteminin ötürülməsidir. Yaxşı ata-ana olmağın sirri, hər zaman uşağını bütün istək və gözləntilərinə “HƏ” demək deyil. Əgər uşaqlara yerində və zamanında “HƏ” və “YOX” deyə bilmişiksə, və bundan daha da önəmlisi, onlara “YOX” deyə bilməyi öyrədə bilmişiksə, əslində onları bir çox təhlükələrdən də qorumuş oluruq… “YOX” deyə bilmək nəyə görə önəmlidir sualını soruşmuşduq. “YOX” deyə bilmək insanın özü və çevrəsinin gözləntilərini balanslaşdıra bilmək adına həyatının hər mərhələsində önəmli və gərəkli bir davranış qəlibi olmaqla yanaşı, xüsusilə yeniyetmə dövrü"YOX" deyə bilməyin önəmində yaşıdları tərəfindən təsirin ən intensiv yaşandığı və pis vərdişlərin ən çox başladığı yaşlarda onlara təklif edilən bir siqaretə, alkoqola və ya asılılıq yaradan digər maddələrə arxa çevirə bilməsini təmin edə biləcək ən önəmli, ən təsirli qoruyucu tədbirdir əslində… Edilən araşdırmalar bu cür asılılıq yaradan maddələrə başlama yaşının xüsusuilə bu dövrdə intensivlik göstərdiyini sübut edir. Bu səbəbdən, yerində və zamanında “YOX” deyə bilən uşaq və gənclərin alkoqol, uyuşdurucu maddə asılılığı, cinsi istismar kimi həm fiziki, həm də psixoloji baxımdan özünə zərər verəcək təsirlərə qarşı daha çox güclü və ehtiyatlı ola biləcəyini rahatlıqla söyləyə bilərik.

Yaxşı bəs “YOX” deməyin, daha doğrusu qarşımızdakı insanı incitmədən “YOX” deyə bilməyin bir yolu ola bilərmi? Adətən tövsiyyə olunan üsul:

1- Sizdən istənilənin öz cümlələrinizlə təkrar olaraq ifadə edilməsi
2- Ardınca, niyə qəbul etmədiyinizə dair səbəbinizin ifadə    edilməsi
3- Və son olaraq “YOX” cavabınızın sizdən nəsə istəyən şəxs tərəfindən qəbul edilə bilməsini asanlaşdıracaq ifadələrdən istifadə olunmasıdır.

Yəni, “bu siqareti çəkməyimi istəyirsən? Yox, istəmirəm, çünki mənə zərər verə biləcəyini düşünürəm və onsuz da ürəyim də istəmir.. bəlkə sonra.. düşünmürəm.. ” Belə bir vəziyyətdə və mümkün olduğu qədər qarşısındakını incitmədən “YOX” deyə bilmək, təbii ki qarşımızdakı insanda neqativ bir reaksiya yaradacaq. Bunu bacara bilənlər bu neqativ reaksiyanın da öhdəsindən gələ biləcəklər.

Son olaraq bunu deyə bilərik… Lazım olanda “YOX” deyə bilmək, uşaqlara məktəblərdə öyrədilən bir çox bilgidən bəlkə daha önəmli və gərəklidir. Davamlı olaraq başqalarının istək və gözləntilərinə “HƏ” deyən insanlar, öz şəxsiyyətlərini kifayət qədər inkişaf etdirə bilməyən, özgüvəni zəif, özü ilə barışıq olmayan, asılı və ən önəmlisi də xoşbəxt olmayan insanlardır. Hər zaman öz ehtiyac, istək və gözləntilərimizlə digər insanlarınkını balanslayaraq quracağımız münasibətlər daha sağlam olacaqdır. “YOX” deməyi bilən uşaq və yeniyetmə, qarşısına çıxa biləcək bir çox "YOX" deyə bilməyin önəmihəyatı təhdid qarşısında daha çox güclü və ehtiyatlı olacaq, özünü bir çox təhlükədən qoruya biləcəkdir. Və ən önəmlisi hər “YOX”, başqa bir şeyə “HƏ” deməkdir. 

“YOX” DEYƏ BİLMƏK, HƏYATIMIZIN İDARƏSİNİN BİZİM ƏLİMİZDƏ OLMASI DEMƏKDİR.

Mənbə: www.aktuelegitim.com
Müəllif: Zeynəb UĞURLU
Hazırladı: Fidan Aslanova

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

İzlə:
Facebook

Деньги и карьерный рост в 2014-м http://finansday.com/ Вы тоже хотите работать поменьше и богатеть?

Bir cavab yazın