YUMURTA

Öldüyündə evinə gedirdin. Bir avtomobil qəzası idi. Xüsusilə diqqət yetiriləcək bir şey yoxdur, amma qəza ölümcül idi. Geridə yoldaşını və iki uşağını buraxdın. Ağrısız bir ölüm idi. İlk yardım vəzifəliləri səni qurtarmaq üçün əllərindən gələni etdilər, amma faydasız idi. İnan mənə, bədənin tamamilə parçalanmışdı. Və budur, mənimlə tanış oldun.

“Nə… Nə oldu?” deyə soruşdun. “Hardayam?”
“Öldün.” dedim, gerçəyi söyləyərək. Yumşaq sözlərə ehtiyac yoxdur.
“Yük maşını… Buzda sürüşən bir yük maşını vardı…”
“Elə” dedim.
“Mən… Mən öldümmü?”
“Elə. Amma o qədər kədərlənmə. Hər kəs ölür.” dedim.
Ətrafa baxdın. Heç bir şey yox idi. Yalnız sən və mən. “Bu yer nədi?” deyə soruşdun. “Axirətmi?”
“Çoxu ya da azı.” dedim.
“Sən tanrısanmı?” deyə soruşdun.
“Elə” deyə cavablandırdım. “Mən tanrıyam.”
“Uşaqlarım… Arvadım…” dedin.
“Nə olub onlara?”
“Yaxşı olacaqlarmı?”
“Budur, görmək istədiyim bu idi.” dedim. “Biraz əvvəl öldün və tək dərdin ailəndi. Bu yerdə bu yaxşı bir şeydir.”
Mənə ovsunlanmış bir şəkildə baxdın. Sənə görə, tanrı kimi görünmürdüm. Eynilə bir adam kimi idim. Ya da bəlkə bir qadın. Naməlum bir nüfuz fiquru, bəlkə də. İbtidai məktəb müəllimi kimi güclü biri.
“Kədərlənmə,” dedim, “Yaxşı olacaqlar. Uşaqların səni hər cəhətdən mükəmməl biri olaraq xatırlayacaqlar. Səni əksik, kiçik hesab edəcək qədər böyüməmişdilər. Arvadın çöldə ağlayacaq, amma gizlicə də rahatlayacaq. Ədalətlə baxsaq, evliliyin də çökürdü. Təsəlli istəyirsənsə, rahatladığı üçün özünü çox günahkar hiss edəcək.”
“Oh,” dedin. “Yaxşı indi nə olacaq? Cənnətə ya da cəhənnəmə filanmı gedəcəyəm?”
“İkisinə də deyil,” dedim. “Reenkarne olacaqsan.”
“Ha.” dedin. “Demək ki, Hindilər haqlıymış.”
“Bütün dinlər öz bucaqlarından haqlıdırlar.” dedim. “Gedək, mənimlə.”
Boşluq boyunca irəliləyərkən izlədin. “Hara gedirik?”
“Əslində, heç bir yerə.” dedim. “Sadəcə danışarkən yerimək gözəl olur.”
“O zaman mənası nədir?” deyə soruşdun. “Təkrar doğulduğumda yalnız boş bir lövhə olacağam, elə deyilmi? Bir körpə. Yəni bütün təcrübələrimin və bu həyatda etdiyim heç bir şeyin əhəmiyyəti qalmayacaq.”
“O qədər də deyil!” dedim. “Keçmiş həyatlarındakı təcrübə və məlumatların tamamilə içində. Yalnız indi onları xatırlamırsan.”
Dayandım və səni çiyinindən tutdum. “Ruhun xəyal edə biləcəyindən çox daha möhtəşəm, gözəl və böyükdür. Bir insan zehni yalnız sənin kiçik bir parçanı ehtiva edir. Sanki əlini , istiliyini ölçmək üçün soxduğun bir stəkan su kimi. Kiçik bir parçanı bir qaba qoyursan və əgər aça bilsən, bütün təcrübələrini qazanırsan.
“Son 48 ildir bir insanın içində idin, yəni daha sərhədsiz şüurunu tam olaraq kəşf edə bilmədin. Əgər burada qalsaq, hər şeyi xatırlamağa başlayarsan. Təbii ki, bunu hər həyatının arasında etmənin bir mənası yoxdur.”
“Daha əvvəl neçə dəfə reenkarne oldum?”
“Çox dəfə. Çox çox dəfə.” dedim. “İndi M. S. 540 illərində Çinli kəndli bir qız olacaqsan.”
“Gözlə, nə?” deyə kəkələdin. “Məni zamanda geriyəmi göndərirsən?”
“Zənn edirəm, texniki olaraq, bəli. Bildiyin zaman yalnız sizin kainatınızda var. Mənim gəldiyim yerdə işlər bir az daha fərqlidir.”
“Sən hardan gəldin?” dedin.
“Hə, əlbəttə…” dedim, “Mən bir yerdən gəldim. Başqa bir yerdən. Və orada mənim kimi başqaları da var. Orada nələr olduğu ilə maraqlandığını bilirəm. Amma dürüstcə demək lazım olsa, bunu anlayacağını zənn etmirəm.”
“Hmm.” dedin və bir az duruxdun. “Amma gözlə. Əgər zamanda başqa-başqa yerlərə reenkarne olsam o zaman özümlə qarşılaşa bilərəm.”
“Əlbəttə. Hər vaxt olar. Amma hər iki həyat da yalnız öz ömürlərini fərq edə bilərlər. Nə olduğunu anlamazsan.”
“O zaman bütün bunların mənası nədir?”
“Ciddi olaraq?” deyə soruşdum. “Ciddi olaraqmı? Məndən həyatın mənasını soruşursan? Bu bir az şablon deyilmi , səncə də?”
“Əlbəttə anlaşıla bilən bir sualdı,” deyə inad etdin.
Gözlərinə baxdım. “Həyatın mənası və bütün bu kainatı yaratmağım sənin kamilləşməyin, (yetişməyin) üçün idi.”
“İnsanoğlunumu nəzərdə tutursan? Yetkinləşməmizimi istədin?”
“Xeyr, yalnız sən. Bütün bu kainatı yalnız sənin üçün var etdim. Hər həyatda daha da məlumatlı, yetkin və böyük bir zəka halına gəlirsən.”
“Yalnız mənmi? Yaxşı, bəs digər hər kəs?”
“Başqa kimsə yoxdu,” dedim. “Bu kainatda yalnız sən və mən varıq.”
Mənə boş-boş baxmağa başladın. “Amma dünyadakı bütün o insanlar…”
“Hamısı sənsən. Sənin fərqli təcəssümlərin.”
“Gözlə. Mən hər kəsəmmi!?”
“İndi anlayırsan, ” dedim və kürəyinə təbrik edər kimi vurdum.
“Yaşamış hər insan mən idimmi?”
“Ya da yaşamış hər şey, bəli.”
“Mən Abraham Lincolnammı?”
“Və qatili John Wilkes Boothsan da,” deyə əlavə etdim.
“Hitler də mənəmmi?” dedin dəhşətlə.
“Və onun öldürdüyü milyonlar da sənsən.”
“Mən İsayammı?”
“Və onu izləyən hər kəs.”
Səssizliyə qapıldın. Nə vaxt birini öldürürsənsə. ” dedim, “özünü öldürürdün. Etdiyin hər yaxşılığı özünə edirdin. Hər hansı bir insan tərəfindən dadılmış hər yaxşılıq ya da pislik, sənin tərəfindən dadılmışdı.”
Uzun bir müddət düşündün. “Niyə, nə səbəbə?” deyə soruşdun. “Niyə bütün bunları etdin?”
“Çünki bir gün, eynilə mənim kimi olacaqsan. Çünki bu sənsən. Mənim növümdənsən. Sən mənim övladımsan.”
“Vay,” dedin inanmayaraq. “Yəni bir tanrıyammı?”
“Xeyr, hələ deyil. Daha körpəsən. Hələ böyüyürsən. Bütün zamanlar boyunca mövcud olan bütün insan həyatlarını yaşadığında doğulmaq üçün kifayət qədər böyümüş olacaqsan.”
“Yəni bütün kainat…” dedin. “Yalnız…”
“Bir yumurta,” deyə cavablandırdım. “İndi digər həyatına keçmənin zamanı.”
Və səni yolçu etdim.

Müəllif: Andy Weir
Hazırladı: Bəhruz Nurməmmədov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın