ZƏLZƏLƏ VƏ TƏHLÜKƏSİZLİYİMİZ

Zəlzələdən öncə görülə biləcək tədbirlər:

 

  1. Evdə edə biləcəklərimiz:

Evinizdə bir dənə batareyalı radio, əl fənəri, yanğın söndürücü və ilk yardım çantası saxlayın və bunların harada yerləşdiyini evdə yaşayanlara mütləq öyrədin. Evinizdə ehtiyat batareya saxlayın.

İlk yardım işlərini və yanğın söndürücü istifadə etməyi mütləq öyrənin.

Evinizin elektrik avtomatının, su və qaz ventillərinin yeriZəlzələ və təhlükəsizliyimizni öyrənin və evdə yaşayanlara bunları necə bağlayacaqlarını öyrədin. Yaxınınızda, bu iş üçün istifadə oluna biləcək ingilis açarı saxlayın.

Yüksək rəflərə ağır cisimlər qoymayın.

Ağır çəkili bəyaz ev əşyasını və ya mebeli döşəməyə və ya divara bağlayın. Məsələn, mətbəx rəflərini, qardirobları və kitab rəflərini vintlə divara bərkidin.

Zəlzələ anında ailə fərdlərinin bir-birindən ayrılmaları halında yenidən harada görüşə biləcəklərini planlayın.

Mümkün bir zəlzələ halı üçün, necə davranacağınızı planlayın və özünüzü necə qoruyacağınızı öyrənin.

Ailənizin təcili vəziyyət planı olmalıdır.

  1. Məktəbdə edə biləcəklərimiz:

Məktəb idarəçiləri və müəllimlər siniflərdə zəlzələdən qorunmağı şagirdlərə anlatmalı və manevrlər ( təcili vəziyyət planı ) etdirməlidirlər. Siniflərdə düşə biləcək ağır cisimlər saxlanılmamalı və dolab və s. kimi əşyalar divara\yerə bərkidilməlidir.

Məktəb idarəçiləri zəlzələ sonrasında binaların boşalmasını və xilas işlərini planlamalı, yangın, qaz sızmaları, su və kanalizasiya borusu partlamalarına qarşı tədbir almalıdırlar.

  1. İş yerində edə biləcəklərimiz:

Çalışdığınız birliyin və ya iş yerinin təcili vəziyyət planlarının və öz üzərinizə düşən bir məsuliyyət olub olmadığını öyrənin.

Çalışdığınız iş yerində, təhlükəsizliyi təmin etmək üçün nələr etməli olduğunuzu mütləq öyrənin.

Aşa biləcək və ya insanlara zərər verə biləcək iş makinaları və ya ağır cisimləri mütləq bərkidin.

Zəlzələ baş verən zaman nə etməli?

 

  1. 1-2 mərtəbəli evin içində:

Gündəlik həyatda istifadə etdiyimiz bir çox əşya (tv, soyuducu, qarderob, rəf və s. ) insanların üzərinə aşa bilər. Ən təhlükəlisi də tavanın çökməsi və ya evin tamamilə çökməsidir.

Yuxuda olduğunuz zaman zəlzələ baş versə və yataqdan qalxmaq çətin olsa, yatağın və ya döşəyin altına girin.

Stolun altına girin və üzərinizə düşən əşyadan qorunun.

Qapılara yaxın yerlərdə aşa biləcək əşya qoymayın; zəlzələdə aşa bilər və bayıra çıxmaq çətin ola bilər.

Pilləkan, lift və ya balkonlara getməyin, çünki ən çox zərər oralarda olur.

Qazla və elektriklə işləyən ev alətlərini mümkünsə, dərhal söndürün. Söndürə bilmirsinizsə, bunlara yaxın olanlara söndürməyə çalışmalarını söyləyin.

Evinizi tərk edərkən əşyalardan çox canınızı düşünün. Hər şeyi buraxıb çıxın.

Tuvalet və ya vanna otağındasınızsa, özünüzü güzgüdən və ya rəflərdən aşa biləcək əşyalardan qoruyun. Adətən, tuvalet və vanna otaqları kiçik həcmli olduğu üçün daha dayanıqlı ola bilər.

Vanna otağında olsanız, başınızıZəlzəzlə və təhlükəsizliyimiz yumşaq bir şeylə qorumağa çalışın. Vanna və tuvalet otaqları kiçik olduğu üçün daha təhlükəsizdir və orada qalmaq daha doğru olar.

Yaşadığınız yerdən uzaqlaşmaq, şəhər kənarına çıxmaq üçün avtomobilinizdən istifadə etməyin. Çünki, bu cür çoxsaylı avtomobil olduğu üçün nəqliyyatda tıxac olar. Qurtarma və yanğın söndürmə maşınları lazım oaln yerlərə çata bilməzlər.

Televiziyanı və ya radionu dinləyərək zəlzələ ilə bağlı bilgiləri davamlı olaraq izləyin. Söz- söhbətlərə etibar etməyin. Onları, qəti bilgi olaraq görməyin. Zəlzəzlə zamanı radio, televizorvə telefona nisbətən daha əlverişlidir.

Telefon, sadəcə, təcili vəziyyətlərdə istifadə olunmalıdır.

Tokları çıxarın, sobaları söndürün, mümkünsə, ana kranı bağlayın.

Körpə və yaşlıların təhlükəsizliklərini təmin etməyə çalşın.

Binalarda:

Çox mərtəbəli binalarda, üst mərtəbələr, alt mərtəbələrə nəzərən daha çox yellənir.

Yanğın pilləkənləri və digər evakuasiya yollarını açıq saxlayın.

Ortaq təhülkə çıxışının qapısını açıq saxlayın.

Binanı boşaltdığınız zaman liftdən istifadə etməyin.

Liftdə olsanız, bütün düymələrə basın və dayandığı ilk mərtəbədə liftdən enin.

İş mərkəzlərində və küçələrdə:

Ən təhlükəli şeylər, dağılan, qırılmış şüşə parçaları, elan lövhələridir. Açıqda dayanan qəhvə, yüngül içki satan makinalar, elan lövhələri və dirəkləri aşa bilər. Buralardan uzaqlaşın. Özünüzü əl hərəktlərinizlə qoruyun. Geniş açıq sahələrə gedin və ya təhlükəsizliyindən şübhələnmədiyiniz bir yer varsa, içinə girin.

Geniş bir yol varsa və nəqliyyat hərəkəti intensiv deyilsə, yolun ortasındakı piyada üçün nəzərdə tutulmuş yerə qaçın və orda dayanın.
İçki makinalarından, reklam lövhələrindən və baxça divarlarından uzaq durun.
Əlləriniz boşdursa, başınıza qoyun və qoruyun. Əgər çanta, paket və torba varsa, başınıza qoyun. Heç bir şey yoxdursa, əllərinizdən istifadə edin.
Yolun kənarındakı ağaclardan, dirəklərdən, divarlardan və başqa bu kimi şeylərdən uzaq durun.

Yüksək tikililərdə:

Üst mərtəbələr alt mərtəbələrə nisbətən daha çox yellənir. Buna görə də daha diqqətli olmaq lazımdır.
Stola yaxın olsanız, altına girin.
Başınızı çanta, kitab, qovluq, döşəkcə kimi şeylərlə qoruyun. Dolab, qəhvə makinası kimi şeylərdən uzaq, sütunlara yaxın dayanın.Zəlzələ və təhlükəsizliyimiz
Liftdə olsanız, bütün düymələrə basın və dayandığı ilk mərtəbədə liftdən enin.

Böyük market və mağazalarda:

Böyük sütunların yanında dayanmağa çalışın. Rəflərdən və dolablardan uzaq dayanın.
Yanğın çıxışlarına, pilləkənlərə və eskalatorlara qaçmayın.
Anonsları dinləyin. Mağaza təhlükəsizlik personalının xəbərdarlıq və tövsiyyələrini yerinə yetirin, onlara uyun, dediklərinə əməl edin.
Satın aldığınız şeyləri buraxın və bayıra çıxarkən əlləriniz boş olsun.

Teatr, kino, stadion və bu kimi yerlərdə:

Nümayiş əsnasında salon qaranlıq ola bilər. Təhlükəsizliyi təmin etməkdə səlahiyyətli olan insanlara diqqət edin, onları dinləyin.
İdarəçilərin və səlahiyyətlilərin sözlərinə uyun.
Başınızı bir çanta ilə qoruyun və ya cərgələr arasında çömbəlib əllərinizlə başınızı qoruyun.
Ən təhlükəli vəziyyət, tribunlarda panika olmasıdır. Sakit olun, doğru qərar vermək çox önəmlidir.
Tavanda böyük bir işıqlandırma armaturu və ya çilçıraq varsa, bunların altından uzaqlaşın.
Stadionda olsanız, ən güvənli yer, sahənin ortasıdır. Sahənin ortasına getməyə çalışın.
Yanğın çıxışına doğru dərhal qaçmayın.
Anonsları dinləyin və onlara uyun.

Metro, tramvay, avtobus və s. bu kimi nəqliyyat vasitələrində:

Rəflərə qoyulmuş əşyalar aşa bilər. Başınızı qoruyun, əllərinizlə dirəklərdən  və tutula biləcək yerlərdən möhkəm yapışın.
Nəqliyyat vasitəsi dayandığı zaman hər hansı bir anons edilmədən bayıra çıxmayın; yaxınlıqda yükək gərginlik xətləri ola bilər. Əks tərəfdən gələ biləcək nəqliyyat vasitələrinə diqqət edin. Əks istiqamətdən nəqliyyat vasitəsinin gəlmədiyinə əmin olun.
İşıqlar sönsə, birdən çox qaranlıq ola bilər. Qısa bir müddət sonra təcili vəziyyət işıqları yanar. Panikaya qapılmayın.
Səlahiyyətli insanların sözlərinə uyun.
Stansiyada platformada qatarı gözləyərkən zəlzələ baş verərsə, aşan cisimlərə diqqət edin və sütunların yanında gözləyin.
Qatar və ya avtobus dayananda sürücünün sözlərini dinləyin. Dərhal bayıra çıxmağa çalışmayın.
Bayıra çıxdığınız zaman əks istiqamətdəm gələ biləcək avtobus və ya qatarlara diqqət edin.

Yeraltı bazarda və ya keçiddə:

Yeraltı bazar və ya piyada keçidində əgər yanğın, qaz sızması və su basması yoxdursa, yerin üstündən daha təhlükəsizdir. İşıqlar sönsə, panika yarana bilər.
Vitrinlərdən uzaq durun.
Aşan cisimlərə diqqət edin, özünüzü qoruyun.
İşıqlar sönsə belə, yanğın çıxışı işarələri yanılı qala bilər, panikaya düşmədən hərəkət edin.
Dərhal çıxış pilləkənlərinə qaçıb yuxarı çıxmağa çalışmayın.
Əgər yanğın baş versə, ağzınıza bir dəsmal.. parça tutun. Divarların kənarlarında çömbəlmiş və ya yerə əyilmiş vəziyyətdə olduğunuz yeri tərk etməyə çalışın. Yeraltı bazarın və ya keçidin çıxışları var və divar dibləri ilə gedərək çıxışa çata bilərsiniz.

Metro-qatar stansiyasında, yerüstü piyada keçidində və ya körpü üstündə:Zəlzəzlə və təhlükəsizliyimiz

Zəlzələ, sərnişinlərin çox olduğu vaxtda baş versə, panika yaşana bilər. Panikaya düşməyin, stansiya idarəçilərini dinləyib onlara uyun.
Körpünün aşma ehtimalı olsa da, onun barmaqlıqlarından yapışmaq daha təhlükəsizdir.
Öz-özünüzə bir şey etməyə çalışmayın, səlahiyyətlilərin sözlərinə uyun.
Barmaqlıqlardan  yapışın.
Stansiyadakı reproduktorda edilən elanları diləyin, zəlzələ xəbərlərini alın.
Sarsıntının bitməsini gözləyin.
Uşaq və yaşlılara diqqət edib onları qoruyun.
Barmaqlıqlardan yapışın, sonra pilləkənlə enib uzaqlaşın.

Avtomobil idarə edərkən:

Zəlzələdən sonra bir çox insan, avtomobili ilə yola çıxacaq. İntensiv bir nəqliyyat tıxacının olması qaçınılmazdır. Qəza və toqquşmalara diqqət edin və qarşısını almağa çalışın. İlk anda, maşını yavaş-yavaş sağa çəkib dayanın.
Yavaşlayın, sağa yanaşıb dayanın, motoru söndürün. Kontakt açarı yerində qalsın, pəncərələri bağlayın və qapıları kilidləmədən çıxın.
Əgər şossedə olsanız, yolun kənarındakı işıqlandırma dirəklərinə diqqət edin, aşa bilərlər.
Tunel girişi və çıxışı yaxınlarında dayanmayın, buralarda yamac sürüşmələri və qaya düşmələri ola bilər.
Radiodan yoldakı zərər və digər vəziyyətlər haqqında məlumat almağa çalışın.
Böyük yük maşını və tankerlərdən uzaq dayanın.
Şossesə nəqliyyatda olarkən, yoldakı anormal vəziyyətləri və yanğınları mobil telefonu, və ya yol kənarındakı təcili telefon ilə lazımı yerlərə bildirin.

Zəlzələdən dərhal sonra edilə biləcəklər:

 

Evdə və ətrafımızda edə biləcəklərimiz:

Böyük bir zəlzələdən sonra sarsıntılar davam edəcək. Bu sarsıntılara qarşı hazırlıqlı olun və səlahiyyətlilər icazə vermədikcə evlərinizə girməyin. Bəzi sarsıntılar, zəifləmiş tikililərdə zərər yaradacaq qədər böyük ola bilər.
Özünüzün və ətarfınızdakı insanların yaralanıb yaralanmadığını yoxlayın. Lazım gəlsə, ilk yardım edin.
Su, qaz və işıq qurğusunu yoxlayın, zərər almış olsalar, dərhal ventilləri və avtomatı bağlayın.
Qaz sızıntıları olub olmadığını, qoxuya diqqət edərək yoxlayın. Qətiyyən kibrit və alışqan istifadə etməyin və qaz sızıntısı olmadığından əmin olmadan işıq düymələrini açıb bağlamayın. Qaz sızıntısı olduğunu anlasanız, dərahl pəncərələri və qapıları açın, qaz ventilini bağlayın, binanı dərhal tərk edin məsuliyyətli şəxsləri xəbərdar edin.
Məlumatlı olmaq üçün radionu açın. Çox gərəkli olmadığı halda, telefondan istifadə etməyin və xəttlərin daha təcili xəbərləşmələr üçün istifadə oluna bilməsinə köməkçi olun.
Zərər dəyən binalardan uzaq durun. Sınıq şüşə, tökümtülər, mismar və s. kimi təhlüəkələrdən qorunmaq üçün çəkmə və əlcək geyinin. Bacalara diqqətlə yaxınlaşın.

Mənbə:  www.ibb.gov.tr
Hazırladı: Fidan Aslanova

 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçısı.

 
Facebook

One comment

  1. Zəlzələyə səbəb yeratı təkanları yaradan yeraltı lava, qaz, yüksək təzyiqli palçıq və digər yüksək təzyiqli mühitlərdə təzyiq yerin müəyyən qatini qabartmaqa bəs edəcək həddə çatdıqda eksentri titrəyişli qabardaraq zəlzələyə səbəb olur. Azərbaycanda yerdə çoxlu dəliklər, yəni köhnə və təzə neft quyuları olduquna görə zəlzələ təhlükəsi şox azdır. Burda yerin altında bu cür təzyiq yarana bilmir. Zəlzələ olduqda eksentir ya dənizdə, ya da bölgələrdə olur.

Bir cavab yazın