HƏR ŞEY SƏNİNLƏ BAŞLAR

Xüsusi

Əgər daxili inanclarınız xarici həqiqətlərə uyğun deyilsə, deməli düşüncələrinizin son istifadə tarixi keçib.

Bizlər həyat ərazisində doğru zehin xəritələrindən istifadə edərək yola çıxırıq və yanlış xəritələrlə yolda qalırıq. Ərazi dəyişdikcə xəritəni dəyişmək lazımdır.

Sınayan itirə bilər, ancaq sınamayan onsuz da uduzmuşdur.

Özlərini hadisələrin axarına təslim edənlərə kiçik bir xatırlatma: ancaq ölü balıqlar dalğaların apardığı yerə gedirlər.

Nə zaman ki, bir adam etdiyi heç bir şeyin fərq yaratmayacağına inanır, çarəsizliyə və heç bir şey etməməyə öyrəşəcəkdir.

Hər zaman istifadə etdiyiniz məntiq yürütmə formasından dolayı yaşadığımız problemləri, yalnız o məntiq qəlibinin xaricinə çıxaraq həll edə bilərik..

Arzu həyatın yarısıdır, laqeydlik isə ölümün.

Böyük insanların heykəlləri həyatda olduqları zaman onlara atılan daşlardan düzəlir.

İnsanın həyatı öz əsəridir. Hər kəs öz həyatının memarıdır. Ağıl və azad iradə sayəsində həyatımıza nəzarət edə bilir, kim olacağımızı özümüz seçirik. Seçməmək də bir seçimdir.

Insanların həqiqət olduqlarını sandıqları şey şəxsi yozumlarının nəticəsidir.

Hansı düşüncəyə inanırsansa onun doğru olduğunu təsdiqləyən şeyləri daha çox görürsən, çünki insan beyninin işləmə tərzi yanlış da olsa, inandığını yaratmaq üzərində qurulub.

Ən çətin nöqtə budur: nəzarəti məqsədə çevirənlərin nəzarət bacarıqları inkişaf edir, nəzarətsizliyə inanıb hər şeydən əl çəkənlər başqaları tərəfindən nəzarət edilən hala gəlir. Konkret və sərt həqiqət budur: məqsədləri olmayanlar məqsədi olanların alətinə çevrilir.

İnsanlar düşüncələri, düşüncələr duyğuları, duyğular davranışları, davranışlar nəticələri yaradır. Nəticələr yenidən insanları yetişdirir. Ən başdakı düymənin yeri səf düşürsə, o biri düymələr də qarışır.

Həyata nəzarət özünə nəzarətlə başlayır. Özünə qalib gələn dünyaya qalib gələr.

Uğur və uğursuzluğun daxilinizdəki mexanizmini başa düşmək üçün təfərrüatlara hakim olmaq önəmlidir. Çünki detallarını yaxşı başa düşə bilmədiyiniz şeyi tam başa düşə bilməzsiniz, başa düşmədiyiniz bir şeyə nəzarət edə bilməzsiniz, nəzarət edə bilmədiyiniz şeyi idarə edə bilməzsiniz, idarə edə bilmədininiz şey isə sizi idarə edər.

Xarici təsirlərə məruz qalsaq da, ələ keçirilməsi mümkün olmayan ən son azadlığımız başımıza gələn hadisə ilə hadisəyə göstərdiyimiz reaksiya arasındakı zaman kəsiyində nə edəcəyimizi seçə bilmə imkanımızdır. Hər zaman ən son azadlığımızdan istifadə etmə imkanımız var. Depresiyanı və ya motivasiyanı seçmək bizə bağlıdır.

Həyatınız boyu özünüzlə baş-başa vaxt keçirəcəksiniz, daxilinizdə özünüzlə söhbət etmə sənətini öyrənməlisiniz.

Həyatda insanların arxasınca qaçmayın, onların arxasınca qaçdığı şeylərin arxasınca qaçın. Siz onların istədiklərinə sahib olanda onlar sizi tapacaqlar.

Hazırladı: R_M
Mənbə: Mümin Sekman “ Hər şey səninlə başlar”

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

LOQOPEDİN FƏRDİ YANAŞMA PRİNSİPİ

Xüsusi

Loqopediyanin 10 prinsipindən biri də fərdi yanaşma prinsipidir. Bu dəfə bu prinsipi özüm üçün aydınlaşdırmağa çalışmışam. Düzdür, təcrübə çox böyük rol oynayır hər bir işdə. Amma işlədikcə görürsən ki, bildiyimiz təcrübə bir az aciz qalır uşaqlarla işləyərkən. Çünki qarşına oturan hər dəfə başqa uşaqdır və heç bir uşaq digərinin təkrarı deyil.

Hər bir pedaqoqun ilk öncə yaradıcılığı olmalıdır. Mən deyərdim bu təcrübədən daha önəmlidir. Bizim işimiz məktəbəqədər uşaqlarladır. İnkişaf problemi olan və ya olmayan, fərqi yoxdur, o yaşda uşağı yarım saat, 45 dəqiqə, bir saat dəsrdə oturmağa cəlb etmək çox çətindir. Hə, buna məcbur etmək olar. Amma bu zaman da öyrətmək çox çətin olacaq. Ona görə bir neçə dərs uşaqla tanış olduqdan sonra müəllim onu necə dərsə cəlb edəcəyini, maraq yaradacağını bilməlidir.

Dərs uşaq üçün maraqlı və öyrədici olmalıdır. Daha əvvəl də yazmışam, uşaqlar oynayaraq öyrənməyi sevirlər. Amma bu oyun elə qurulmalıdır ki, uşaq hiss etmədən müəllimə tam tabe olsun. Eyni zamanda da uşaq üçün əyləncəli olsun. Uşağın fikri dərsin bitməyində olmasın. Bir vəsaitlə, məsələn kartlarla ( kartları uşaqlar o qədər də sevmirlər, ona görə onu misal çəkdim) hər bir uşaqla başqa cür işləmək lazım gəlir. Dərs keçdiyim uşaqlardan biri ərzaq kartlarını bir neçə dərs hər birini guya acib, yeyirmiş kimi edirdi. Artıq təqlid olaraq hər şeyi tələffüz edir. Amma tam tələffüz edə bilmir və öyrənməmiş kartlardan bezdi artıq, öyrənmək istəmədi. Düşündüm, nə edə bilərəm ki eyni kartlarla işləməyə davam edək. İndi eyni maraqla yenə həmin kartlarla işləyirik. Bu dəfə artıq guya yeyir, amma heç birini bəyənmir. Məsələn, dondurma soyuqdu, limon turşdur, çörək köhnədir və s. Hansına necə dadlıdır desəm razı qalmır. Bu mərhələ artıq arxada qaldı demək istəyir. Beləliklə ərzaqlarla birlikdə artıq onların xüsusiyyətlərini də öyrənmiş olur və daha çox söz tələffüz etmiş olur.

Bəzi uşaqlarin üzərində isə sözün əsl mənasında hakim olmaq lazımdır. Necə hakim olacağını isə pedaqoq çox ehtiyatla seçməlidir. Məsələn, autik bir uşağa hakim olmaq istəyib səsini qaldırarsan, o səndən daha möhkəm qışqırar. Hər bir uşaqla ona uyğun səs tonu seçilməlidir. Ümumiyyətlə, uşaqlarla necə rəftar etsək bizə onu qaytaracaqlar. Çünki gördükləri budur. Uşaqların dünyası bizim gördüyümüzdən fərqlidir. Pedaqoq uşağın gördüyü kimi görməyi bacarmalıdır.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

PARAFİLİYA (SEKSUAL AZĞINLIQ)

Xüsusi

Seksual xarakterli davranış və cinayətlər cəmiyyətin gündəmini formalaşdıran və olduqca sərt reaksiyalar oyandıran, toplumun vicdanını narahat edən hadisələrdir. Televiziya proqramlarında, qəzetlərdə və ya internet saytlarında bu tip olaylarla tez-tez qarşılaşırıq. Toplum bu kimi hadisələrdə seksual xarakterli davranışlar sərgiləyən insanların qısa müddətdə cəzalandırılmasını istəyir. Amma sadəcə cəzalandırmaq yetərli deyil; təqsirləndirilən insanları bu tip cinsi motivli davranış və cinayətləri təkrar işləməkdən çəkindirmək cəmiyyətdəki sabitlik və əminamanlığı qorumaq üçün çox önəmlidir. Bunun üçün isə ilk növbədə cinsi azğınlıq (parafiliya) deyilən anlayışlar haqqında bilgi sahibi olmaq mütləqdir.

Ehtiraslanmaq, orqazm olmaq üçün qeyri-adi əşya və obyektlərə qarşı mütəmadi olaraq təkrarlanan fantaziya və davranışların olması parafiliya adlanır.

Parafiliya fərqli mədəniyyətlər və yaşam şərtlərinə görə dəyişkənlik göstərir; bəzi toplumlarda isə cinsi azğınlıq olaraq görülməyə bilər. Hansı davranışların hansı cizgidən sonra patolojik qəbul ediləcəyi məsələsində bəzi kəskin sərhədlər çəkilməmişdir və bu durum hələ də mübahisə mövzusudur.

Parafiliyanı kişi xəstəliyi də adlandırırlar; kişilərdə görülmə nisbəti qadınlara görə çox daha yüksəkdir, əksər hallarda 18 yaşından öncə başlayır. Parafilik pozuntunun səbəbləri tam olaraq bilinməməkdədir. Ciddi problem kimi qəbul edilmədiyinə görə, həkimə və ya psixoloqlara müraciət halları da demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən də statistikası, yayılması ilə bağlı dünyanın heç bir yerində dəqiq məlumatlar yoxdur.

Hər hansı bir cinsi fantaziyanın parafiliya adlandırılması üçün seksual fantaziyaların ən az 6 ay davam etməsi, əşya və qeyri-insani obyektə yönəlməsi, şəxsin özünün və ya partnyorunun zərər görməsi (və ya təhqir olunması), bu davranışların təkrarlanan olması və fantaziya nəticəsində şəxsin orqazm olmağı hədəfləməsi vacib diaqnostik kriteriyadır.

******************************

Parafiliyanın ən çox bilinən növləri aşağıdakılardır:

1. Fetişizm – şəxsin cansız əşyalara (qadın alt paltarları, ayaqqabılar, corab və s.) qarşı duyduğu seksual həzzdir.

2. Eksibisionizm – öz cinsi orqanlarını ehtiraslanmaq məqsədilə anidən qarşı cinsə göstərmək, nümayiş etdirmək.

3. Frottorizm – fortçuluq, sürtünmə. İnsanların sıx olduğu yerlərdə (avtobusda, metroda, növbə gözlədikdə və s.) əks cinsə toxunaraq, sürtünərək cinsi fantaziyalarını reallaşdırmaq. Çox geniş yayılmış parafiliya növüdür. Xəbərsiz və ya çarəsiz qurbana cinsi orqanını sürtmə şəklində davranışlar sərgiləyən şəxs, bunu bir alışqanlıq halına gətirir; bir müddət sonra obsessiv-kompulsiv biçimdə bu hərəkəti təkrarlamağa başlar və bu davranışları göstərmədən cinsi həzzə və cinsi doyuma çatmaz.

4. Voyerizm – rentgençilik. Soyunub-geyinən, cinsi əlaqədə olan, öpüşən insanları gizli seyr etməkdən, güdməkdən həzz almaq. Porno film izləmək də əslində bir çeşid voyerizmdir. Amma patolojik hala gəlməsi üçün tək həzz mənbəyinin bu olması, obsessiv şəkildə təkrarlanmış olması və şəxsin sadəcə bundan həzz alıb orqazm olması vacib kriteriyadır; ayrıca bu durumun insanda qarışıq duyğu və təzadlar, mənfi psixoloji təsirlər yaratmış olması da önəmli detallardandır.

5. Transvestik fetişizm – yalnız cinsi ehtiraslanma zamanı qadın paltarları geyinməkdən zövq alan heteroseksual kişilərdə olur. Orqazm olduqdan sonra yenidən əvvəlki həyat tərzinə qayıdır.

6. Seksual sadizm – cinsi əlaqə zamanı partnyoruna həm fiziki, həm psixoloji mənada əzab verməkdən (vurmaq, dişləmək, bağlamaq, söyüş söymək, təhqir etmək) zövq almaq.

7. Seksual mazoxizm – cinsi əlaqə zamanı partnyorunun ona həm fiziki, həm psixoloji mənada əzab verməsindən (vurmaq, dişləmək, bağlamaq, söyüş söymək, təhqir etmək) zövq almaq.

8. Pedofiliya – uşaqlara qarşı duyulan cinsi həzz; uşaqları izləmək, onlara toxunmaq, bəsit və ya qarışıq cinsi davranış və hərəkətlərlə seksual doyum hissinə çatmaq.

9. Nekrofiliya – cəsədlərə qarşı duyulan cinsi həzz.

10. Zoofiliya – heyvanlara qarşı duyulan cinsi həzz.

11. Sitofiliya – qida məhsulları istifadəsi zamanı duyulan seksual həzz.

12. Hematolagnia (vampirizm) – qana qarşı duyulan cinsi həzz.

13. Trixofiliya: Saçdan təhrik olmaq, saça duyulan cinsi istək.

14. Pikerizm – özünün və ya başqa bir insanın vücudunu kəsmək, bıçaqlamaq, iti uclu əşyalar batırmaq və s. davranışlarla xarakterizə olunan cinsi həzz. Normal bir intim münasibətə girmək yerinə, qurbanına iztirab çəkdirərək doyum hissinə çatmaq.

15. Raptofiliya – bir insanla razılığı olmadan, şiddət göstərərək zorla cinsi əlaqəyə girməkdən duyulan seksual həzz. Təcavüz fantaziyaları da bu qrupa daxildir. Ayrıca müxtəlif səbəblərdən (içki, narkotik, yuxu dərmanları; fiziki və zehni qüsurluluq və s.) düşünmə və hərəkət qabiliyyətini az və ya çox itirmiş, şüuru yarımqapalı və ya qapalı olan, qarşı qoymaq iqtidarında olmayan insana qarşı seksual əlaqə də təcavüz kateqoriyasına girər.

Tərcümə edən: Yenna Səfərova
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

İNSANIN ÖZÜNÜ TAPMASI

Xüsusi

“Üzünü görmək istəyən cama baxar
Özünü görmək istəyən cana baxar” deyər, böyük düşünər Mevlana.

İnsanlar müxtəlifdir. Bəzisinin baxışı səthidir. Gördüyü müvəqqətidir, keçicidir. Sadə və bəsitdir. Səmimi deyil, qısa müddətlidir marağı. Davamlılığı başqasına oxşamağa çalışmaqda, nümunə götürməkdə, təqlid etməkdə görür. Belə birinin varlığı ilə yoxluğu bilinməz.O nə özü , nə də başqası ola bilir. Öz həyatına hakim ola  bilməyən başqasının həyatına necə rəng əlavə edə bilər?

Özü  ola bilməyən insanlar həmişə “problem” olur. Bəşəriyyət və insanlığı əhatə edən sadə bir problemi həll etmkdən, həll etməyə çalışmaqdan uzaqdır. Onları maraqlandıran şey bu insanların görünən üzüdür, səthidir.

Bəzilərinin candandır baxışı, istidir, səmimidir. Uzun müddətlidir. Özünü bilmək, tanımaq, başa düşmək, özə enmək istəyir. O, orada görmək istədiyini yox, var olanı tapır …  Özü olur, özünü tapır. Özünü tapan Rəbbini tapar. Rəbbini tapan hüzura çatar.

Bəs siz heç  özünüz oldunuzmu? Özünüzü tapdınızmı? Və ya şəxs həqiqətən özü ola bilərmi? Özünü tapa bilərmi?

İnsan özü olması özünü tanıması ilə mümkündür. Mövlananın ifadəsi ilə desək, özünü görməsi özünə enməklə gerçəkləşir. Əlbəttə ki, bu asan deyil. Uzun bir mübarizənin, araşdırmanın  nəticəsidir. İnsanın özünü tapması öz dəyərinin fərqinə varması ilə başlar. Özündə saxladığı cövhərin fərqinə varmaq onu niyə? necə? nə üçün? suallarının arasına gətirib çıxarır.

Təlimlərin həqiqətini sorğusuz qəbul etmir. İnsanlar düşünməlidir, sual verməli, araşdırmalı, sorğulayıb cavab tapmaq üçün hər qaynağı incələməlidir. İnsanı, həyatı, yaşamağı sorğulamalıdır. Empatiya qura bilməli, obyektiv baxa bilməlidir…

Özünə enən insan özünü böyük bir sevgi dənizində tapır. Beləliklə, insafa gəlir. Heyvanlar, çiçəklər, insanlar, istənilən vaxt və hər halda yaradılmış hər şeyə şəfqətlə, sevgiylə yanaşır. Dedi-qodular, qorxu, narahatlıq, qayğılar, hörmətsizlik, əsəb, hüzursuzluq kimi bir çox duyğular  yerini keyifli bir rahatlığa huzura verir. Yunus Əmrənin:

Elm elm bilməkdir,
Elm özünü bilməkdir,
Sən özünü bilməzsənsə,
Bu necə oxumaqdır.

Misralarda qeyd edildiyi kimi, insanın yalnız elm bilməsi kifayət deyil. Özünü də bilməsi gərəklidir. Çünki əsl həqiqət özündə gizlidir. İnsanın özünü bilməsi, özünü tanıması, özünü tapması əlbəttə ki, çətindir. Lakin çətin olan o yolda alınan hər nəfəs, hər yorğunluq sizi bir az özünüz olmağa, özünüzü tapmağa doğru aparmasıdır.

Həqiqətən xoşbəxt olan insanlar özlərini tapanlar, özləri ola bilənlər deyilmi?

Mənbə: http://blog.milliyet.com.tr
Tərcümə: Aygün Ələkbərzadə
Hazırladı: vüsaləddin Rüstəmov

Beyenmeler
1   0  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

SOSİALLAŞMAQ NİYƏ ÖNƏMLİDİR ?

Xüsusi

Sosiallaşmaq təkcə yaxşı vaxt keçirmək üçün yox, həm də sağ qalma instinktlərimizi qidalandıraraq özümüzü təhlükəsiz və xoşbəxt hiss etmək üçün də vacibdir. Əslində, eynilə yemək və sığınacaq kimi əsas insani ehtiyaclarımızdan biridir.

“Maslow-un Ehtiyaclar Piramidası” kimi tanınan sxem 1948-ci ildə ilk dəfə hazırlananda, dünyadakı yerimizi və davranışlarımızı izah edən çox təməl bir model olaraq qəbul edildi.O vaxtdan bəri Maslow-un piramidası iqtisadiyyatdan sosiologiyaya qədər bir çox sahədə bizə yol göstərən və insanlığı anlamağa kömək edən bir model olmuşdur, lakin bu gün aparılan neyroelmi və psixoloji araşdırmalar bu piramidanın əsas ehtiyaclarımızı tam izah etmədiyini və həyati bir məqamı qaçırdığını ortaya qoyur: Sosial əlaqələr qurmaq.

Əsas insani ehtiyaclarımızı sadalayan ehtiyaclar piramidasının ən aşağısında qidalanma, sığınacaq, yuxu, cinsəllik/çoxalma və geyim kimi həyatda qalmağımızı təmin edən ehtiyaclarımız var. İkincisi təhlükəsizlik ehtiyacı, üçüncüsü aidiyyət və münasibət ehtiyacı, dördüncüsü hörmət və özünə inam kimi şəxsi və eqo ilə bağlı ehtiyaclardır. Piramidanın başında isə  özünü gerçəkləşdirmə və fərdi məmnunluq ehtiyacı yer alır.

Tanımadığımız bir planetdə yeni bir həyata başlamağı xəyal etdiyimiz zaman ehtiyaclarımızın nədən ibarət ola biləcəyini nəzərə alsaq, bütün bunlar məntiqlidir. Bununla belə, bu gün sinir sistemimiz və psixologiyamız haqqında bir çox yeni araşdırmalar aparılır və belə görünür ki, Maslow ən əsas ehtiyaclarımızı sadalayarkən “sosial əlaqələr qurmaq” ehtiyacımızı nəzərdən qaçırmış ola bilər. Çünki əsas ehtiyaclarımızın heç biri sosial əlaqələr olmadan edə biləcəyimiz şeylər deyil. Sığınacaq və qidalanmadan tutmuş özünü gerçəkləşdirməyə qədər, ehtiyacın bütün səviyyələrində sosial olaraq  əlaqədə olma ehtiyacı duyuruq. Ehtiyaclar piramidasının üçüncü səviyyəsi ailə və dostlarla münasibətdə olmağı ehtiva etsə də, sosial əlaqə bütün səviyyələrə təsir edən inklüziv bir anlayış kimi qəbul edilməlidir.

Dr. Pamela B. Ruthledge Psychology Today üçün yazdığı məqalədə bu məsələni belə izah edir: “İnsanların sosial heyvan olmasının yaxşı səbəbləri var. Əməkdaşlıq olmadan yaşaya bilmərik. Komanda işi olmadan nəhəng bir mamontu məğlub etmək, təhlükəsiz strukturlar inşa etmək və ya uşaq böyütmək mümkün deyildi. İndi bizim əməkdaşlığa olan ehtiyacımız mamontlarla mübarizə apardığımız vaxtdan daha çoxdur. Cəmiyyətlər daha mürəkkəb, daha çox iç-içə və daha özəldir. Sosial əlaqə bu kontekstdə fiziki və emosional sağ qalmaq üçün ilkin şərtdir”.

Yalnızlıq siqaret və şəkər xəstəliyindən daha zərərlidir

Sosial əlaqənin sağlamlığımıza təsirləri haqqında aparılan elmi bir araşdırmada, düzgün və güclü sosial aqələr qurmağın:

 

  • daha uzun yaşamaq şansını 50% artırdığı,
  • immunitet sistemini gücləndirdiyi,
  • xəstəliklərin sağalma sürətini artırdığı müşahidə olunub.

Araşdırmalar müəyyən edib ki, sosial əlaqənin olmaması sağlamlığa piylənmə, siqaret, diabet və yüksək təzyiqdən daha çox zərər verə bilər. Stanford Medicine-də dərc olunan başqa bir məqalədə, başqaları ilə sağlam sosial əlaqələri olan insanların narahatlıq və depressiya yaşama riskinin azaldığı, özlərinə daha güvənən və empatik fərdlər olduqları, özlərini daha təhlükəsiz hiss etdikləri ifadə edilir.

Vaqus siniri sosiallaşmaq istəyir

Son illərdə nevrologiya sahəsində aparılan tədqiqatlar sinir sistemimiz haqqında bizə olduqca təəccüblü məlumatlar verir. Xüsusilə orqanizmin ən uzun siniri olan və demək olar ki, bütün orqanlarımızın fəaliyyətinə təsir edən vaqus siniri  sosial əlaqədən birbaşa təsirlənir.

Simpatik sinir sistemi ‘savaş, qaç, don’ reaksiyaları kimi tanınan fövqəladə vəziyyət reaksiyaları verərək təhlükəsiz olmağımızı təmin edirsə, parasimpatik sinir sistemi isə istirahət halında olarkən rahatlamağımızı, orqanlarımızın effektiv işləməsini və həzz almağımızı təmin edir. Vaqus siniri düzgün vaqal tonda işləyirsə, parasimpatik sinir sistemini dəstəkləyərək güvən hissimizi qidalandırır.

Nevrologiya tədqiqatçıları düşünürlər ki, çətin vəziyyətlərin öhdəsindən gəlmək üçün sinir sisteminin verdiyi “savaş, qaç, don” reaksiyalarına artıq, yenisini də əlavə etməliyik: “Sosial əlaqələr qurun.” Çünki insanların milyonlarla ildir etdiyi kimi çətin vəziyyətlə üzləşdiyimiz zaman yanımızda birilərinin olub-olmadığını yoxlama ehtiyacı duyuruq  və xüsusilə də sosial transformasiyanın, hər gün daha çox insanın tənhalıqdan əziyyət çəkməsinə səbəb olması bizi sosiallaşmanın əhəmiyyəti haqqında daha çox düşünməyə sövq edir.

Bir sözlə, sinir sistemimiz özünü təhlükəsiz hiss etmək üçün ünsiyyət qurma ehtiyacı hiss edir. Hətta kiçik bir söhbətin də sağlamlığımıza böyük təsir göstərə biləcəyini artıq bilirik. Sosial olaraq  əlaqə qurmaq, həyatda qalma reaksiyalarımızdan biri olaraq prioritetimiz olmalıdır. Müsbət sosial siqnallar, yəni təbəssüm, göz qırpımı, yumşaq səs tonu vagus sinirini düzgün şəkildə stimullaşdırır və özümüzü təhlükəsiz hiss etməyimizə kömək edir.  Ünsiyyətlərimizdə və hətta bütün müanasibətlərimizdə bunu bilərək hərəkət etmək, bizə ehtiyaclarımızı anlamağa və başqalarına dəstək ola bilməyə kömək edəcək.

 

Mənbə: hthayat.haberturk.com
Müəllif: Duygu İslamoğlu
Hazırladı: Fidan Aslanova

Beyenmeler
1   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

BEYİN NECƏ QİDALANIR ?

Xüsusi

İnsan, inkişaf etmiş beyin funksiyaları ilə digər canlılardan fərqlənir. Bu gün, düzgün qidalanmamağın beyinə zərər verdiyi sübut edilmişdir.

Xəstələnməmişdən əvvəl sağlamlığı qorumaq üçün qidalanma ucuz, praktikdir və heç bir əks təsiri yoxdur. Ağır xəstəliyin müalicəsi həm çətin olur, həm də baha başa gəlir. Bunun üçün düzgün qidalanaraq beynimizi xəstəliklərdən qorumaq vacibdir. 

Təbiət hər cür sıxıntının çarəsini özündə barındırır. Təbiətdəki meyvələr, tərəvəzlər, şəfalı otlar, ədviyyatlar və heyvan mənşəli qidalar bizi daha sağlam və xoşbəxt etmək üçün nəzərdə tutulub.

Beyin qidalana bilərmi?
Beyin qanla beyinə daşınan qida maddələriylə qidalanır. Normal şəraitdə beyin üçün yeganə enerji mənbəyi qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasına bağlı olaraq, huşunu itirməkdən komaya qədər bir çox simptomlar meydana gələ bilər. Bununla yanaşı, beyində şəkər səviyyəsinin artması da beyinə zərər verir.

Beyni qidalandıran və xəstəliklərdən qoruyan qidalar bunlardır:

B vitamini:   Bu vitamin əsasən ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və paxlalı bitkilərdə olur. Bu qidaları məqbul bir səviyyədə istehlak etmək vacibdir. Onun çatışmazlığında beyində və beynin əmrlərini yerinə yetirən sinir sistemində müxtəlif dərəcədə zədələnmələr baş verir. Əllərdə və ayaqlarda yanma, sancma, hissiyat qüsuru kimi əlamətlər meydana çıxır.
Vitamin E:   Bədənimizdə depolana bilən  bu vitaminin çatışmazlığı illərlə gizli qala bilər. Bu dövr böyüklərdə 15-20, uşaqlarda isə 2-3 ildir. E vitamini əsasən yerkökü, ispanaq, çiyələk, pomidor və tünd yaşıl yarpaqlı tərəvəzlərdə, fıstıqda, bitki yağlarında və buğdada olur. Bu vitamin yaddaşı və öyrənmə gücünü artırmaqla yanaşı, onun çatışmazlığı əl və ayaqlarda hissiyat qüsuru, güc itkisi və balanssızlıq kimi simptomlara səbəb ola bilir.
A vitamini:   Balıq yağında, yağda, qaymaqda, pendirdə, yumurta sarısında, kökdə,  kartofda, brokolidə, yaşıl yarpaqlı və sarı tərəvəzlərdə, dənli bitkilərdə, ərikdə olur. Onun çatışmazlığında işıqda görmə azalır; Həddindən artıq qəbul edilməsi isə beyində mayenin yığılmasına səbəb olur.
Vitamin D: Qaraciyərdə, balıqda, yumurtada, kərəyağında və göbələkdə olur. Bədənimizin bu vitamindən faydalanması üçün günəş işığı lazımdır. Onun çatışmazlığında əzələlərdə zəiflik, ağrı və balanssızlıq müşahidə edilə bilər.
Karbohidratlar və yağlar:  Çörək məhsulları, paxlalılar, kartof, şirniyyat, şəkər, banan, alma karbohidratla zəngin qidalardır. Beynin enerji mənbəyi olan qlükoza bu qrupdandır. Yağlardan, xüsusilə balıq yağlarından Omeqa 3 və bitki yağlarından Omeqa 6 həyati əhəmiyyət daşıyır. Bu yağlar Alzheimer xəstəliyi, baş ağrıları və konsentrasiya pozğunluqlarına müsbət təsir göstərir.
Zülallar: Bu vitamin bədəndə depolanmır. Xüsusilə körpəlikdən yeniyetməlik dövrünə qədər kifayət qədər protein qəbulu zəruridir. Zülalın qeyri-kafi qəbulu beyin inkişafının qarşısını alır və əqli geriliyə səbəb olur.
Su: Bədənimizin böyük bir hissəsini su təşkil edir.Xüsusilə qocalıqda az su qəbulu beyin funksiyalarını zəiflədir və şüurda pozulmalara gətirib çıxarır.

UŞAQLARDA HANSI QİDALAR BEYNİ QİDLANDIRIR ?

Beyin inkişafı ana bətnində başlayır və 5 yaşa qədər davam edir. Onun intellektual inkişafı isə ömür boyu davam edir. Doğuşun ilk ilində beyin üçün lazım olan bütün qidalar ana südündə olur. Sonrakı dövrlərdə başda süd olmaqla yumurta,ət,balıq,paxlalı bitkilər,yaşıl yarpaqlı tərəvəzlər və mövsüm meyvələrini yemək lazımdır. Uşaqlıq dövründə beyin inkişafı sürətli olur. Sadaladığım qidalarıən kifayət qədər qəbulu, lazım gələrsə, vitamin preparatlarının qəbulu beyni qidalandırır və gələcəkdə həyat keyfiyyətini artırır. “Fast food” tipli qidaların qəbulu artıq çəkiyə, bədən müqavimətinin azalmasına və yaddaş zəifliyinə səbəb olur.

QOCALIQ DÖVRÜNDƏ BEYİN QİDALANMASI NƏYƏ GÖRƏ ƏHƏMİYYƏTLİDİR?

Beyin qanla daşınan qida maddələri ilə qidalanır. İrəli yaşlarda beyinə gedən damarların strukturlarının pisləşməsi və qan axınının azalması səbəbindən qida maddələrindən faydalanma qabiliyyəti azalır. Beynin qida ehtiyacları yaşla dəyişir.  Uşaqlıq və yetkinlik yaşımızdakı qidalanma formasını irəli yaşlarda davm etdirsək,  nəinki beyin funksiyaları baxımından fayda əldə edə bilmirik və hətta  bir çox sağlamlıq problemlərini də dəvət etmiş oluruq.

Yaşlılıqda şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin kimi sistem xəstəliklərinin meydana çıxması müəyyən qida maddələrinin həkim tərəfindən qadağan edilməsinə səbəb olur. Lakin qidalanmanın əsas məqsədi yaşa uyğun qidalar qəbul edərək xəstəliklərin qarşısını almaqdır.

Yaşlılıqda qırmızı ətdən çəkinmək, bunun əvəzinə ət ehtiyacını xüsusilə qatqılarla qidalanmayan balıq və toyuq əti ilə ödəmək lazımdır.Çoxlu yaşıl tərəvəzlər istehlak edilməlidir. Şəkərli, həddindən artıq duzlu, çörək məmulatları, düyü plovu, ağ çörək, bütün şirniyyatlar mümkün qədər pəhrizdən xaric edilməlidir. İrəli yaşlarda məqbul miqdarlarda süd və qatıq, təzə meyvə və tərəvəzlər, quru paxlalılar, balıq və ya balıq yağı, kəpəkli çörək istehlak etməkdə fayda var.  Bundan əlavə, həkimlə məsləhətləşərək əlavə vitaminlər və bitki mənşəli dərman preparatları qəbul edilə bilər.

BEYİN MƏNŞƏLİ XƏSTƏLİKLƏRDƏN QORUNMAQ ÜÇÜN NECƏ QİDALANMALIYIQ?

Beyin xəstəliklərinin yaranmasında təzyiq, yüksək şəkər kimi xəstəliklərin, genetik quruluş və ətraf mühit faktorlarının varlığı danılmazdır. Həyat üçün lazım olan qidaların kifayət qədər və düzgün qəbulu bir çox xəstəliklərin yaranmasının qarşısını alır.
Beyin qocalmasını ləngitmək:  Arı tozu, üzüm tumu, A, E, C və B vitaminləri, balıq, yaşıl çay, rozmarin, zəncəfil, şüyüd, reyhan və bitki növü olan “gingo biloba” faydalıdır. Təbii olaraq yetişdirilən yaşıl yarpaqlı tərəvəzlər və mövsümi meyvələrinin qəbulu artırılmalıdır.
Unutqanlıq və yaddaş zəifliyi: Vitamin B, balıq və balıq yağı, vitamin E və C, “gingo biloba”, adaçayı, yaşıl çay, meyvə çayları, qəhvə, çay, rozmarin, zəncəfil, qara bibər faydalıdır. Xüsusilə hil beyinə stimullaşdırıcı təsir göstərir.
İnsult ehtimalını minimuma endirmək:
Uşaqlıqdan yağlı, şəkərli və unlu qidalardan uzaq durmaq; heyvan mənşəli qidalardan balıq, toyuq, süd və qatıq yemək, bol tərəvəz və meyvə yemək; siqaret, spirt, “fast food” tərzi qidalardan uzaq durmaq, kökəlməmək insanı qoruyur.
Yuxu pozğunluğu: Bol tərəvəz və meyvə istehlak edilməli, qatıq və süddən başqa heyvan mənşəli qidalardan qaçınılmalıdır. Tərkibində melisa, razyana və çobanyastığı olan çaylar yuxusuzluğa yaxşı təsir edir. Axşam saatlarında qəhvə, çay və qazlı içkilər qəbul edilməməlidir.
Qidalanmada xüsusilə B vitaminləri bol istehlak edilməlidir. Badam, taxıl məhsulları, makaron, irmik, zeytun yağlı yeməklər, təzə süd məhsulları, meyvə şirələri, balıq istehlakı stressə yaxşı təsir edir. Bundan əlavə, reyhan, limon, nanə, qızılgül suyu tövsiyyə olunur.

Müəllif:        Dr.Serdar Dağ
Mənbə:        www.serdardag.com.tr
Hazırladı:      Fidan Aslanova

 

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

LOUISE L.HAY -DAN SEÇMƏLƏR

Xüsusi

İçinizdəki güclə nə qədər çox əlaqə qursanız, həyatınızın bütün sahələrində bir o qədər azad olacaqsınız.

Problemlərimizi və ya xəstəliklərimizi həyatımızı necə dəyişə biləcəyimizi düşünmək üçün bir fürsət olaraq görsək, güclənərik. Ölümcül xəstəliklərin öhdəsindən gələn bir çox insan, bunun, başlarına gələn ən yaxşı şey olduğunu və bunun sayəsində  həyatlarını dəyişdirmək şansına sahib olduqlarını söyləyirlər.

İndiyə qədər həyatınızda yaşadığınız bütün təcrübələr keçmişdən gələn inanclarınız və düşüncələrinizlə formalaşmışdır. Artıq, keçmişə utancla baxmağı buraxın. Keçmişi həyatınızın bir hissəsi və zənginliyi kimi görün. Bu zənginlik olmasaydı, bu gün burda olmazdıq. Daha yaxşısını etmədiyiniz üçün özünüzü davamlı olaraq yerdən yerə vurmağınıza gərək yoxdur. O vaxt ən yaxşı bildiyiniz şəkildə hərəkət etmişdiniz və bu onsuz da, əlinizdən gələnin ən yaxşısı idi. Keçmişi sevgi ilə buraxın və sizi, bu yeni fərqindəliyə çatdırdığı  üçün ona təşəkkür edin.

Özümüzü sevməyi öyrənib Yüksək Gücə inandıqca, sevgi dolu bir dünyanın Sonsuz Ruhunu yaradan köməkçi işçilər halına gəlirik. Özümüzə olan sevgimiz, bizi qurbandan çempiona çevirir. Özümüzə olan sevgimiz sayəsində, möhtəşəm təcrübələri özümüzə çəkirik. Özlərini yaxşı hiss edən insanların adətən təbii bir şəkildə cazibəli olduqlarına heç fikir vermisiz ? Özlərinə xas bir tipləri olur və bu möhtəşəm bir şeydi. Həyatlarından məmnundurlar. Hər şey asan bir şəkildə və əziyyət çəkməklərinə ehtiyac qalmadan ayaqlarına gəlir.

Siz kimsiz? Bura nəyi öyrənməyə gəlmisiz? Nəyi öyrətməyə gəlmisiz? Hamımızın bənzərsiz bir məqsədi var. Biz şəxsiyyətimizdən, qorxu və ya xəstəliklərimizdən daha artıq bir şeyik. Bədənlərimizin çox üstündəyik. Planetdəki hər kəs və həyatdakı hər şeylə bağlıyıq. Hamımız ruh, enerji, işıq, dalğa və sevgiyik.

Düşüncələrimiz çox sürətli bir şəkildə zehnimizə çatır, buna görə də ilk etapda onları formaya salmaq çətindir. Digər tərəfdən, ağzımız daha yavaşdı. Buna görə də, söylədiklərimizi dinləyərək danışıqlarımızı düzəltməyə başlasaq və ağzımızdan neqativ şeylərin çıxmasına icazə verməsək, düşüncələrimizi formalaşdırmağa da başlaya bilərik.

Ağzımızdan çıxan sözlərin inanılmaz bir gücü var və bir çoxumuz bunun önəminin fərqində belə deyilik. Gəlin, elə indi, sözləri, həyatımızda durmadan yaratdığımız şeylərin mənbəyi hesab edək. Sözləri davamlı olaraq işlədirik, hətta bəzən gəvəzəlik edirik, ancaq, bunu edərkən həqiqətən nə dediyimizi və ya necə söylədiyimizi düşünmürük. Kəlmə seçimimizə, hardasa, heç diqqət etmirik. Hətta bir çoxumuz neqativ şəkildə danışırıq.

Əgər xoşbəxt bir həyatımız yoxdursa, anamızı və atamızı və ya onları  günahlandırmaq son dərəcə asandır. Və bütün bunların, onların günahı olduğunu söyləmək  də. Çünki bunu edərək sadəcə mövcud şərtlərin, problemlərin və qəzəbimizin içində ilişib qalırıq. Günahlandırmaq bizi azad etmir.

Ağzınızdan çıxanları dinləməyə başlayın. Əgər neqativ və ya sərhədləyici sözlər söylədiyinizi eşitsəniz, onları dəyişdirin. Mən neqativ bir şey eşitdiyim zaman, gedib bunu hamıya danışaraq təkrarlamıram. Zatən kifayət qədər anlatılmışdır deyə düşünürəm və keçib getməyinə icazə verirəm. Lakin nə vaxt pozitiv bir şey eşitsəm, o dəqiqə gedib onu hamıya danışıram.

“İşə getməyə məcburam, bunu eləməyə məcburam… Məcburam … Məcburam,” deyərək, üzərimizdə qorxunc bir basqı yaradırıq. Bunun əvəzinə, artıq “Seçirəm,” deməyə başlayaq. “İşə getməyi seçirəm, çünki kirayəmi bu şəkildə ödəyirəm.” Seçirəm sözü, həyatımıza tamamailə fərqli bir perspektiv qatır. Elə görünməsə belə, etdiyimiz hər şeyin, öz seçimimiz olduğunu ifadə edəcək.

Gecə yatağınıza uzanmazdan öncə ən son nə düşünürsüz? Bunlar güclü və yaxşılaşdırıcı düşüncələrdir, yoxsa yoxsulluqla bağlı narahatlıq yaradan düşüncələrdir? Yoxsulluq deyərkən, sadəcə pulsuzluğu nəzərdə tutmuram. Həyatımızdakı hər hansı bir şeylə bağlı neqativ düşünmək ola bilər. Hal-hazırda, çox da yolunda getməyən hər hansı bir şey. Sabahla bağlı narahatlıqlarınız varmı? Mən yatamdan öncə adətən pozitiv şeylər oxuyuram, çünki yatarkən məni bir sonrakı günə hazırlayan bir çox təmizlik etdiyimin fərqindəyəm.

Özümə, başqalarının gözündə qəbul görən biri olmaq üçün əlləşməkdənsə özüm olmaq üçün icazə verdim.

Pis xəbərləri yaymaq mövzusunda son dərəcə sürətliyik. Bu həqiqətən də təəccüblüdü. Qəzet oxumağı və gecə xəbərlərini izləməyi tərgitdim,  çünki hamısı ya bir qəza ya da bir fəlakətlə bağlı idi və içlərində çox az yaxşı xəbərlər var idi. Bir çox insanın yaxşı xəbər eşitmək istəmədiyinin fərqinə vardım. İnsanlar pis xəbər eşitməyi çox sevirlər, çünki bu şəkildə şikayət edə biləcəkləri şeylər tapırlar. Dünyada sadəcə pislik olduğuna inanır və pis hekayələri durmadan təkrarlayırıq.

Qeybət etməyi tərgitdim və heç kimə deyəcək bir şeyim qalmadığının fərqinə vardım. Nə vaxt bir dostumla qarşılaşsam, ən yeni qeybətləri etdiyiminin fərqinə vardım, Nəhayət, danışmağın başqa yolları olduğunu da kəşf etdim, ancaq, əlbəttə, oturmuş vərdişləri qırmaq çox asan olmadı. Biriləri haqqında qeybət etdiyim zaman, demək ki, biriləri də mənim haqqımda qeybət edirdi , çünki nə əkiriksə, onu biçirik.

Bir an düşünün. Hal-hazırda həqiqətən nə istəyirsiniz? Hal-hazırda həqiqətən istədiyiniz şey nədir? Əvvəlcə fikirləşin, sonra da belə deyin: “Özüm üçün ____________ ( istədiyiniz şey hər nədirsə ) qəbul edirəm. ” Bir çoxumuzun burda ilişb qaldığının fərqinə vardım.
Əsl səbəb, istədiyimiz şeyi haq etmədiyimizə inanmağımızdır. Fərdi gücümüz, özümüzü bir şeylərə layiq görüb-görməməyimizlə bağlıdır. Bir şeyi haq etmədiyimizə olan inancımız, uşaqlığımızdan gələn mesajlarla əlaqəlidir. Yenə də bu meajlar səbəbiylə hiss etdiyimiz şeyləri dəyişdirə bilməyəcəyimizi düşünməyin.

“Bilməli olduğum hər şey mənə göstərilər. ”
“Ehtiyacım olan hər şeyən mükəmməl yerdə və zamanda mənə gələr. ”
“Həyat bir sevinc mənbəyidir və içi sevgiylə doludur. ”
“Sevirəm, sevilə bilərəm və sevilirəm. ”
“Sağlamam və enerji doluyam. ”
“Yönəldiyim hər yerə bərəkət saçıram. ”
“Dəyişməyə və böyüməyə niyyətliyəm,” və
“Mənim dünyamda hər şey qaydasındadır.”

Özüm də buna daxil olmaqla, həmişə 100 faiz pozitiv ola bilmədiyimizi öyrənmişəm. Lakin, mümkün olduğu qədər çox həyatı möhtəşəm və sevinc dolu bir təcrübə kimi görürəm. Güvəndə olduğuma inanıram. Bunu, özüm üçün şəxsi bir qanun halına gətirdim.

Həyatımda tərs gedən bir şey olduğu zaman, dərhal belə düşünməyə başlayıram: “Hər şey qaydasındadı. Problem yoxdur. Bu bir dərsdir, bir təcrübədir və mən bunu da atlatacam. Burda ən yüksək yaxşılığım üçün gərəkli olan bir şey var. Hər şey qaydasındadı. Sadəcə nəfəs al. Problem yoxdur. Özümü sakitləşdirmək üçün əlimdən gələnin ən yaxşısını edirəm. Beləcə, olan-bitən haqqında məntiqli düşünə bilirəm və əlbəttə hər şeyin üzərindən keçirəm. Bu, biraz zaman alsa da çox böyük fəlakətlər kimi görünən şeylərin sonda yaxşı ilə nəticələndiyinin fərqinə varıram. Və ya ən azından ən başda sandığım qədər fəlakət bir durum olmadıqlarını görürəm. Hər hadisə, öyrədici bir təcrübədir.

Özümlə bağlı inandığım hər şeyin gerçəkləşdiyini bilirəm, buna görə də özümlə bağlı möhtəşəm şeylərə inanmağı seçirəm.

Həyatınızın idarəçisi sizsiniz, buna görə də sırf çap olunub deyə, yazılan bir şeyin xətalı ola bilməyəcəyini düşünməyin.

Həyat həqiqətən sizin üçün burdadır. Tək ehtiyacınız olan şey, istəməkdir. Həyata istədyiniz şeyi söyləyin və yaxşı şeylərin gerçəkləşməsinə icazə verin.

Uğursuz olduğumuz zaman və ya bir şeyi yalnış etdiyimiz  zaman özümüzü suçlamağımıza heç gərək yoxdur. Özümüzü günahkar hiss etmək məcburiyyətində deyilik. Suçlamaq deyə bir şey yoxdur. Heç kim, heç nəyi yalnış etmir. Bir insan, o andakı anlayış və fərqindəlik səviyyəsində əlindən gələnin zatən ən yaxşısını edir. Hamımızın içində bir Güc olduğunu və hamımızın buraya müəyyən şeyləri öyrənmək üçün gəldiyimizi lütfən xatırlayın. Yüksək Mənliyimiz bu həyatdakı qədərimizin nə olduğunu bilir və inkişaf prosesimiz üçün necə irəliləyəcəyiksə, o şəkildə hərəkət edirik. Yalnış yön xeyə bir şey əsla yoxdur. sadəcə yön var. Hamımız sonsuzluğa doğru gedən möhtəşəm bir yolçuluqdayıq və ömür üzərinə ömür yaşayırıq. Bu həyatda çözə bilmdiyimiz şeyləri, inanıram ki bir digər həyatda edəcəyik.

Depressiv biri üçün tövsiyyə edə biləcəyim çözüm yollarından biri, çox yaxşı bir qidalanma mütəxəsisi ilə işləyib gündəlik yemək vərdişlərini həqiqətən təmizləmək olacaqdır. Bunun, zehinə necə yararlı olduğu inanılmazdır. Depressiyaya girmiş insanlar adətən pis qidalanırlar və bu, zaten var olan problemlərini daha da böyüdür. Hamımız hər zaman ən yaxşı seçimləri etmək istəyirik. O halda, bədənimizə girən qidalarla bağlı da vəziyyət eynidir.

Müəllif: Louise L.Hay
Hazırladı: Fidan Aslanova 

 

 

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

“MAQNEZİUM” MİNERALININ İNSAN SAĞLAMLIĞINDAKI ROLU

Xüsusi

Maqnezium, bədənin funksiyası üçün çox önəmli bir mineraldır və bədəndə ən çox olan 4-cü mineraldır. Bədən bu mineralı özbaşına yaratmadığı üçün qidalar və lazım gələrsə, qida əlavələri vasitəsilə qəbul edilməlidir.

Bu mineral, enerjinin yaranması, qan təzyiqinin nizamlanması, sinir siqnalının ötürülməsi  və əzələ yığılması daxil olmaq üzrə insan sağlamlığı üçün gərəkli olan 300-dən çox metabolik reaksiyada iştirak edir. Bütün bu funksiyaların yerinə yetirilə bilməsi üçün nizamlı olaraq qəbul edilməli və bədəndəki rezervlər doldurulmalıdır. İnsan bədənində maqneziumun 60%-i sümük və dişlərdə, 39%-i yumşaq toxumalarda, qalan 1 %-i isə qanda olur. Maqnezium, beyində və ürəkdə digər orqanlara nisbətən daha intensivdir.

Maqnezium normal qan təzyiqini qorumağa, sümükləri gücləndirməyə və ürək ritmini sabit saxlamağa kömək edir. Aşağı maqnezium səviyyələri qısa müddətdə simptomlara səbəb olmasa da,  2-ci tip şəkərli diabet, ürək xəstəliyi, əhval-ruhiyyədə pozulmalar və miqren kimi xəstəliklərlə əlaqəlidir.

Tövsiyyə olunan miqdarda maqnezium qəbul etməyən yetkin insanlarda iltihabın artması ehtimalı daha yüksəkdir. İltihablanma isə, öz növbəsində  ürək sağlamlığı, şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilmişdir. Bundan başqa , maqneziumun aşağı olması osteoporoz( sümük əriməsi ) üçün risk faktorudur. Maqnezium və digər minerallarla zəngin qidalar yeyilməsinin, hipertoniya olan insanlarda yüksək təzyiqin qarşısını almağa kömək edə biləcəyinə dair sübutlar var.

Damara və ya əzələdaxili  vurulan maqnezium hamiləlik dövründə eklampsiya və ağır astma atakları kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur. Maqnezium bir çox antasid və laksatiflərin əsas tərkib hissəsidir.

4 yaşdan yuxarı sağlam insanlar gündə 375 mq maqnezium qəbul etməlidirlər. Maqnezium çatışmazlığı vəziyyətində həkimlər daha yüksək dozalar qəbul etməyi tövsiyə edə bilərlər. Xəstənin, qida əlavəsinə ehtiyacı olmadığı zamanda da əlavəni dayandıra bilərlər.

MAQNEZİUMUN FAYDALARI NƏLƏRDİR ?

• Beyində kortizolu ( stres hormonu ) balanslaşdıran ən təsirli vitamin maqneziumdur.

• Bədənin daxili tarazlığını qorumaq üçün qan səviyyəsi normal olaraq qalmalıdır. Ancaq, yalnış qidalanma və bədənə qəbul edilən  bəzi qida maddələri qan səviyyəsinə mənfi təsir göstərdiyi zaman, maqneziumun vəzifəsi bu tarazlığı qorumaqdır.

• Maqnezium elementi xoşbəxtlik hormonunu tarazlıqda saxlamaq üçün vacibdir. Bədəninizdə kifayət qədər maqnezium varsa, depressiya və narahatlıq pozulmaları yaşamaq ehtimalınız azalır.

• Bədəndəki yorğunluğun və tükənmənin azalmasına kömək edir.

• Elektrolit balansına kömək edir.

• Diş sağlamlığının qorunmasında təsirli bir elementdir.

• Hüceyrə bölünməsində əhəmiyyətli funksiyalara malikdir.

• Əzələ funksiyalarının və enerji istehsal mexanizmlərinin həyata keçirilməsinə kömək edir.

• Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.

• Kalsium və kaliumun orqanizmdəki funksiyasını artırır.

 MAQNEZİUM ÇATIŞMAZLIĞI:

Günümüzdə, qidaların emalı zamanı, onların tərkibindəki maqneziumun azalması vəziyyəti gerçəkləşir. Yaxud, uzun müddət bişmiş tərəvəzlərdə maqnezium səviyyəsi  olduqca aşağı olur. Qəbul etdiyimiz qidalarda maqnezium səviyyəsinin azalması və qidalanma vərdişlərimizin dəyişməsi səbəbiylə maqnezium çatışmazlığı anlayışı olduqca məşhurdur.

Tibbi dildə maqnezium çatışmazlığına hipomaqnezemiya deyilir. Həddindən artıq tərləyən və ya müəyyən dərmanlardan istifadə edən insanlarda maqnezium ifrazı daha yüksəkdir. Stres və hamiləlik kimi vəziyyətlərdə bədənin ehtiyac duyduğu maqnezium miqdarı artır. Yaş artdqıca və ya mədə -bağırsaq xəstəliklərinin olması səbəbindən bağırsaqlarda sorulma azaldıqca tələb olunan maqnezium miqdarı artır. Bədən xaricdən ehtiyac duyduğu maqneziumu kifayət qədər ala bilmirsə, sümüklərdə depolanmış maqneziumu istehlak etməyə başlayır.

Maqnezium çatışmazlığına səbəb olan amillər; 2-ci tip şəkərli diabet, narkotik asılılığı, siqaret çəkmək, böyrək və qaraciyər xəstəlikləri, yanlış yemək vərdişləri, stresli bir həyat sürmək, sidikqovucu dərmanların həddindən artıq istifadəsi, antibiotiklərin tez -tez və müntəzəm istifadəsi, kifayət qədər qidalanmamaq, həddindən artıq spirt istifadəsi, çölyak xəstəliyi, Crohn xəstəliyi  və qocalıqdır .

Maqnezium çatışmazlığının simptomları kimi iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq göstərilə bilər. Daha ağır hallarda; əzələ tutulmaları, ürək aritmiyaları, uyuşma, konsentrasiyanın pozulması, zehni qarışıqlıq, fibromialgiya meydana çıxa bilər.

Maqnezium çatışmazlığının müalicəsində maqnezium dərmanları və tərkibində maqnezium olan multivitaminlər istifadə olunur. Çatışmazlığın çox yüksək olduğu hallarda maqnezium venadaxili olaraq verilə bilər. Təbii olaraq yüksək miqdarda maqnezium ehtiva edən qidaları qəbul etmək, siqaret və spirt istifadəsindən imtina etmək də müalicə planına daxil edilə bilər.

HİPOMAQNEZEMİYANIN ( MAQNEZİUM ÇATIŞMAZLIĞI ) YARATDIĞI SAĞLAMLIQ PROBLEMLƏRİ:

• Osteoporoz (sümük əriməsi)

• 2-ci tip şəkərli diabet

• Hipoqlikemiya ( qanda şəkərin normadan az olması )

• Astma ataklarının şiddətlənməsi

• Hipertoniya

• Depressiya

• Ürək xəstəlikləri

• Narahat ayaqlar sindromu

• Tənəffüs xəstəlikləri

• Miqren simptomlarında artma

CİDDİ MAQNEZİUM ÇATIŞMAZLIĞI NADİR HAL OLSA DA, BƏZİ İNSANLAR RİSK ALTINDADIR. BELƏ Kİ, 

• Böyrək xəstəliyi olanlar

• Crohn xəstəliyi və ya həzmə mənfi təsir edən xəstəlikləri olan insanlar

• Paratiroid problemi olanlar

• Diabet və xərçəng üçün müəyyən dərmanlar qəbul edənlər

• Yaşlılar

• Həddindən artıq spirtli içki qəbul edən şəxslər

• Feldşerlər

MAQNEZİUM DOZALARI:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, sağlam bir insan orta hesabla gündə 280-350 mq arasında maqnezium qəbul etməlidir. İnsanlar adətən  gündəlik maqnezium dozalarını yeməkdən alırlar və əlavə qəbul etmələrinə ehtiyac yoxdur. Yeməkdən təbii olaraq yüksək miqdarda maqnezium əldə etmək təhlükəsiz olsa da,  çox miqdarda qida əlavələri qəbul etmək etmək təhlükəli nəticələrə səbəb ola bilər. Maqnezium əlavələrinin şüursuz və həddindən artıq istifadəsi zəhərli ola bilər.

TƏBİİ MAQNEZİUM MƏNBƏLƏRİ NƏLƏRDİR?

İspanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, fındıq, qoz, alça qurusu, badam, qarpız, xaş-xaş  toxumu, şalğam, badımcan, xurma,  kərəviz, lobya, noxud, soya, süd, qatıq, qabıqlı çərəzlər, banan, avokado, qara şokolad, günəbaxan toxumu, küncüd, dil balığı, tam taxıllar, sərt sular maqneziumun təbii qaynaqları arasındadır. Əlbəttə ki, bütün qidaları yemək və ayrı -seçkilik etməmək həmişə ən yaxşı həlldir. Çünki emal zamanı maqnezium itkisi baş verə bilər.

MAQNEZİUM QİDA ƏLAVƏSİ

Maqnezium qəbulunu artırmaq üçün bir çox insan maqnezium əlavələrinə üstünlük verir. Ancaq, qida əlavəsi formasında bir neçə maqnezium növü olduğundan, ehtiyaclarınız üçün hansının uyğun olduğunu təyin etməli və buna uyğun olaraq hərəkət etməlisiniz.

MAQNEZİUM QİDA ƏLAVƏLƏRİNİN RİSKLƏRİ:

Yan təsirləri:  Maqnezium əlavələri ürəkbulanma, spazma və ishala səbəb ola bilər. Maqnezium əlavələri ümumiyyətlə nəcisin yumşalmasına səbəb olur.

Qarşılıqlı təsirlər: Maqnezium əlavələri, ürək dərmanları və antibiotiklər də daxil olmaqla bəzi dərmanlarla qarşılıqlı təsirdə ola bilərlər. Buna görə də, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Risklər: Şəkərli diabet, bağırsaq xəstəliyi, ürək xəstəliyi və böyrək xəstəliyi olan insanlar həkimlə məsləhətləşmədən əvvəl maqnezium əlavələri qəbul etməməlidir.

Artıq doza: Maqneziumun həddindən artıq dozasının simptomları; ürəkbulanma, ishal, aşağı təzyiq, əzələ zəifliyi və yorğunluq ola bilər. Çox yüksək dozada maqnezium qəbulu ölümcül ola bilər.


Mənbə: https://www.acibadem.com.tr/

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

OSHO – “QORXU” KİTABINDAN SEÇMƏLƏR

Xüsusi

Heç müşahidə eləmisən? Problem, sadəcə sən onu düşündüyün zaman var. Yaşlılığı düşünsən, qorxarsan, ancaq, yaşlı insanlar titrəmir. Xəstəliyi düşünsən, qorxarsan – xəstəlik olduğu zaman qorxu yoxdur, problem yoxdur. İnsan onu bir gerçək olaraq qəbul edər. Əsl problem, hər zaman psixolojdir. Fiziki acı, həyatın bir hissəsidir. Onun haqqında düşünməyə başladığın zaman, bu, fiziki acı olmaqdan çıxır, tamamilə psixoloji olur. Ölümü düşünür və qorxursan. Lakin ölüm olduğu zaman, qorxu yoxdur. Qorxu, hər zaman gələcəkdəki bir şeylə bağlıdır. Qorxu, indiki zamanda var olmaz.

İnsanların, özlərini hər hansı bir vəziyyətə uyğunlaşdıra bilmək kimi inanılmaz bir potensialı var.

Sadəcə yer üzünə elə belə bir göz atsan, görəcəksən – insan, minlərlə fərqli iqlimdə, coğrafi, siyasi, sosioloji və dini şərtlərdə yaşayır, lakin, yaşamağı bacarır. Və yüz illərdir də yaşayıb… Bir şeylər dəyişməyə davam edir, o da özünü uyğunlaşdırmağa davam edir.

Nə zaman birisi ölsə, növbəti dəfə ölümlü bir varlıq olduğun, ölümün səni hər an ala biləcəyi xatırladılır.

Qorxunu bir kənara buraxmağın tək bir yolu var, bütün enerjini özəl olmağa xərcləmək yerinə, özün olmağa xərcləmək. Özünü tap, çünki özəl olmağa çalışarkən, getdikcə özündən daha uzağa qaçırsan. Bunun tamamilə fərqində olmağın yaxşıdır; özündən nə qədər uzaqlaşsan, ölümsüz olduğun, ölümün olmadığı gerçəyindən də o qədər uzaqlaşarsan.

Hər an nə edirsənsə, onu tam et. Sadə şeylər- duş qəbul edirsən, duş qəbul et.. dünyanı unut; oturursansa, otur; yeriyirsənsə, yeri.. səndələmə; duşun altında otur və bütün varoluşun üzərindən axdığını hiss et. Üzərindən axan o gözəl su damcılarıyla bütünləş. Kiçik şeylər.. evi təmizləmək, yemək hazırlamaq, paltarları yumaq, səhər gəzintisinə çıxmaq – bunları tam et. O zaman meditasiyaya ehtiyacın qalmaz.
Meditasiya, bir şeyləri tam etməyi öyrənməyin bir yoludur sadəcə – bir dəfə öyrəndinmi, bütün həyatını bir meditasiyaya çevir, digər bütün meditasiyaları unut, qoy həyat yeganə kriteriyan, yeganə meditasiyan olsun. Və zaman itsin.

Lakin, bir insana sahib olmağa çalışdığın zaman, qorxu başlayır. Kim bilir, dünən sənin deyildi, bugün sənindir… Kim bilir, sabah başqa birisinin ola bilər. Qorxu artır. Qorxu, sahib olmaq arzusundan doğur; artıq bir şeydir; sahib olmaq istəyirsən, buna görə də qorxu başlayır. Əgər sahib olmaq istəməsən qorxu da olmaz.

Anını yaşamağa başlasan, qorxu itər. Qorxu, arzu ilə birlikdə doğulur. Buna görə də, təməl olaraq, arzu qorxunu yaradır.

Bir qadına və ya bir kişiyə necə sahib ola bilərsən? Bu necə də absurd, ağılsızca bir fikirdir. Sadəcə əşyalara sahib ola bilərsən, insanlara yox.
Bir insan, bir azadlıqdır. İnsan azadlığından dolayı gözəldir.
Bir qadını sevirsən, çünki o azadlıqdır. Sonra onu qəfəsə salırsan; sonra qanunlara müraciət edir və onunla evlənirsən. Sonra onun ətrafında gözəl, bəlkə də qızıldan bir qəfəs düzəldirsən, almazlarla bəzəyirsən, lakin, o artıq eyni qadın deyil.

Ölməkdən qorxursan? Ölə bilməzsən, çünki əvvəldən sən yoxsan. Necə ölə bilərsən? Mənliyinə bax, dərinliklərinə en. Öləcək kim var ? Dərinlərə baxdığın zaman, orada bir mənlik, bir eqo tapa bilməyəcəksən. O zaman, ölüm ehtimalı da olmayacaq. Sadəcə eqo düşüncəsi ölüm qorxusu yaradır. Eqo olmadığı zaman, ölüm də olmaz. Mütləq bir səssizlik, ölümsüzlük, sonsuzluq olursan – sən olaraq yox; lakin, açıq bir göy üzü olaraq, heç bir “mən”, mənlik düşüncəsi ilə ləkələnmədən, sərhədsiz, tərifsiz..  Onda, qorxu da olmaz.

Əgər sevə bilsək, əgər yaşaya bilsək, sadəcə bugün də kifayət edər.

Bir insan, bilinənə bağlandığı anda ölmüş deməkdir.

İnsan macərapərəst olmalı, bilinməyən üçün bilinəni riskə atmağa hazır olmalıdır. Və insan azadlığın.. qorxusuzluğun həzzini daddısa, əsla peşman olmaz, çünki o zaman,  maksimum səviyyədə yaşamağın nə demək olduğunu bilmiş olar.

Müəllimlər bilmir, professorlar bilmir, rahiblər bilmir, amma bilmədən, bilirmiş kimi davranmağa davam edirlər.

Gerçəklik, əsla problem deyildir; problemi yaradan, gerçəkliklə bağlı fikirlərdir. Buna görə də anlamalı olduğun ilk şey odur ki, psixoloji acını aşdığın zaman heç bir problem qalmayacaq. Onda, anını yaşamağa başlaya bilərsən.

Psixoloji acı keçmişdən və gələcəkdən qaynaqlanır, indiki zamandan yox.

Ayağın sınıbsa sınıb. Bu bir “problem” deyil. Yeganə problem, xəyal gücündədir: “Ayağım sınıqdırsa, onda neyniyəcəm? Bundan necə qaçacam və ya sanki ayağım heç qırılmamış kimi necə davranacam?” Əgər bu tip şeylərdən qorxsan, yaşaya bilməzsən. Çünki, ayaqların sına bilər, boynun sına bilər, gözlərin kor ola bilər, hər şey mümkündür. Milyonlarla ehtimal var və əgər sən mümkün olan bütün bu problemləri düşünüb dursan…  Onların mümkün olmadığını söyləmirəm, hamısı mükündür. Xərçəng ola bilər, tüberküloz ola bilər, ölüm ola bilər; hər şey mümkündür. İnsan müdafiəsizdir. Çölə, yola çıxa bilərsən və səni maşın vura bilər.

Sadəcə həyatı izlə: Həyat heç bir zaman problem deyil. Biz gerçəyə uyğunlaşmaq üçün inanılmaz bir potensiala sahibik.  Özünü  gələcəkdən qorumağa çalışdığın zaman, çətinlik yaranır, xaos yaşayırsan. Dağılmağa başlayırsan. O  zaman, milyonlarla problem çıxır. .. Problem, problem.

Xəstələnsəm, xəstələnəcəm. Narahat olacaq nə var? Bütün bu təlaşa nə ehtiyac var?  Ölsəm, öləcəm.
Bir problemin yerə ehtiyacı var. İndiki zamanda yer yoxdur. Hadisələr sadəcə olur, düşüənəcək zaman yoxdur. Keçmişi düşünə bilərsən, çünki məsafə var; gələcəyi düşünə bilərsən, yenə də məsafə var. Əslində, gələcək və keçmiş narahat olaq deyə bizə yer açmaq üçün yaradılmışdır. Və nə qədər çox yerin olsa, o qədər çox narahatlığın olar.

Problem, bir şey orda olmadığı zaman və sən onun orda olmağını istədiyin zaman və ya bir şey orda olduğu zaman və sən onun orda olmasını istəmədiyin zaman ortaya çıxır.

Bu, insanın yüz illərdir etməyə çalışdığı şeydir; ayırmaq, bir şəkildə dünyanın bütün xoşbəxtliklərinə sahib olmaq, heç acı yaşamamağa çalışmaq. Ancaq, bu mümkün deyil. Nə qədər çox xoşbəxtliyin olsa, o qədər çox acın olar. Zirvə nə qədər yüksəkdirsə, yamacındakı dərə o qədər dərindir. Dərəni istəmir, amma zirvə istəyirsən? O zaman zirvə də olmaz; zirvələr sadəcə dərələrin olduğu yerdə olur. Dərə, bir zirvəni mümkün edən bir şərtdir, sadəcə. Onlar bitişikdir.
Xoşbəxtlik istəyirsən, ancaq acı istəmirsən. Məsələn bir qadını və ya bir kişini sevirsən və o insan səninlə olanda xoşbəxtsən. İndi, nə vaxt yanında olsa xoşbəxt olmaq istəyirsən, lakin getdiyi zaman acını dadmaq istəmirsən. Əgər bir qadın səninlə birlikdəykən həqiqətən xoşbəxtsənsə, getdiyi zaman ayrılığın acısından necə qaça bilərsən ? Onun üçün darıxacaqsan, yoxluğunu hiss edəcəksən. Yoxluğun acını gətirməsi qaçınılmazdır. Əgər həqiqətən heç acı çəkmək istəmirsənsə, onda bütün xoşbəxtliklərdən də uzaq durmalısan. Onda, qadın orda olduğu zaman xoşbəxt olma, həmişə üzgün qal; Həmişə üzgün qal ki, o getdiyi zaman problem olmasın. Biri səni salamlasa və sən xoşbəxt hiss etsən, o zaman biri səni təhqir edəndə də üzgün olacaqsan.

Acı və xoşbəxtlik, gecə və gündüz kimi, doğum və ölüm kimi, sevgi və nifrət kimidir. Daha yaxşı bir dünyada, daha inkişaf etmiş bir dillə, nifrət və sevgi, qəzəb və mərhəmət, gündüz və gecə kimi kəlmələri istifadə etməyəcəyik. İkisini eyni anda daşıyan kəlmələr yardacağıq: “sevgi-nifrət” – tək söz – “gündüz gecə” – tək söz, iki yox – “doğum ölüm” – tək söz, iki yox – “acı xoşbəxtlik” – tək söz, iki yox.

Mənim tövsiyyəm, acı çəkdiyin zaman onun dərinliyinə enməyin, ondan qaçmamağındır. Qoy elə olsun, ona açıq ol; mümkün qədər həssas ol. Qoy, acı və onun oxu, səni deşib özünə qədər çatsın. Acını çək. Və xoşbəxtlik gəldiyi zaman, onun da özünə nüfuz etməsinə icazə ver. Onunla rəqs et.
Acı olduğu zaman, acını yaşa, xoşbəxtlik olduğu zaman xoşbəxt ol. O qədər həssas ol ki, acının və xoşbəxtliyin hər anı , gözəl bir macəra olsun. Bunu edə bilsən, acının da gözəl olduğunu anlayacaqsan. Ən az xoşbəxtlik qədər gözəldir. Mənliyinə kəskinlik qazandırır; fərqindəlik gətirir, hətta bəzən xoşbəxtlikdən də çox. Xoşbəxtlik donuqlaşdırır; buna görə də zövq içində yaşayan insanlar adətən daha dayazdırlar. Onlarda bir dərinlik görə bilməzsən. Acını heç dadmayıblar; sadəcə üzdə, bir xoşbəxtlikdən digərinə keçərək yaşayırlar. Onlar, acının nə olduğunu bilməzlər.
Acı səni oyanıq bir insana çevirir. Başqalarının acılarına qarşı da mərhəmətli, duyarlı olursan. Acı səni böyüdür, çox böyük edir. Ürək, acı ilə böyüyür. Gözəldir, öz gözəlliyi vardır. Və acının dalınca qaç demirəm; amma , acı var olduğu zaman ondan da zövq al. Acı, varoluşun ərmağanıdır və içində gizli bir xəzinə daşıyır. Onun da dadını çıxar; geri çevirmə. Qəbul et, qucaq aç, onunla ol. Əvəllərdə çətin olacaq. Lakin zamanla , onun dadını öyərənəcksən.
Yeni bir şeyə başladığın zaman, dadını öyrənməlisən. Və əlbəttə, acının dadı da acı olacaq, ancaq, bir dəfə öyrəndinsə, sənə zəka və parlaqlıq qazandırır. Üzərindəki bütün tozu, uyuşuqluğu, sərsəmliyi götürür. Acıda, xoşbəxtlikdə olduğundan daha dərin düşüncədə olacaqsan. Xoşbəxtlik, sərsəmləşdirər, səni içinə çəkər; xoşbəxtlikdə, şüurdan uzaqlaşırsan. Xoşbəxtlik, bir növ laqeydlik, unutqanlıqıdr. Acı, xatırlamaqdır; acını unuda bilməzsən.
Acı, çox yaradıcı bir enerjiyə çevrilə bilər; meditasiya ola bilər, fərqindəlik ola bilər.
Acı varkən, bunu meditasiya, fərqindəlik, ruhun kəskinləşdirilməsi olaraq istifadə et. Və xoşbəxtlik varkən, onu da boğulmaq, unutqanlıq olaraq istifadə et.
Hər ikisi də, yuvana çatmağın yollarıdır. Biri, özünü tamamilə xatırlamağın, digəri də özünü tamamilə unutmağın üçündür. Acı və xoşbəxtlik istifadə oluna bilər, lakin onları istifadə etmək üçün çox çox ağıllı olmalısan. Sənə öyrətdiyim, ağılsız insanın yolu deyil; mənim öyrətdiyim, ağıllı insan üçündür, müdriklik yoludur. Var oluş sənə nə verirsə versin, onu özün üçün yaradıcı bir böyüməyə çevirəcək şəkildə istifadə etməyin bir yolunu tap.


Mənbə: Osho – “Korku” kitabı

Hazırladı: Fidan Aslanova  

 

Beyenmeler
6   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

“ÖZÜNƏ HİRSLƏNƏN ADAM”

Xüsusi

Üzünə baxan kimi bir sıxıntısı olduğunu anlamışdım; uzun illər üniversitetdə birlikdə çalışdığımız üçün əl-qol hərəkərləri, bədəninin duruşu və üz ifadələrindən dostumun necə bir duyğu içərisində olduğunu anlaya bilirdim. “Canını kim sıxdı?” deyə soruşdum. “Əslində heç kimə hirslənməyə haqqım yoxdu, bütün hirsim özümədir” deyə cavab verdi. Bir az üzərinə getdikdən sonra canını sıxan hadisəni danışdı.
” Əyləcə basanda maşından qəribə bir səs çıxırdı. Cümə günü ustaya apardım. Maşına baxdı və vacib bir hissənin təmir edilməli olduğunu dedi. Maşını ustanın yanında qoydum. Həmin gün bir dostla konfransa getmişdik. Konfransdan qayıdarkən dostum məni ustanın yanına gətirdi. Usta, çox vacib hissələrin dəyişilməli olduğunu, bu vəziyyətdə maşını sürməyin təhlükəli olduğunu, konfransda olduğum üçün telefonuma zəng çatmadığını və uyğun cavab almadıqları üçün də maşını təmir edə bilmədiklərini söylədi. Məcburən maşını orada qoymalı oldum. Birinci gün işdən sonra bir dost məni ustanın yanına apardı. Güclü yağış yağırdı, iki dəqiqə geciksək, emalatxana bağlanmış olacaqdı. Usta “maşın hazırdı, hər şey qaydasındadır” dedi. Təmir üçün ödəyəcəyim pul kifayət qədər yüksək məbləğ idi.
Pulu ödədim. Maşına minib, evə gəldim. Maşını saxlayandan sonra ağlıma gəldi ki, yoxlayım, görüm, həmin səs yoxdu ki? Yoxladım, həmin səs eynilə oradaydı. “Maşını ustadan götürəndə niyə yoxlamadım?” deyə özümə acığım tutdu.
Bu adamlar bu səsin nə qədər təhlükəli olduğunu deyib məndən bu qədər təmir pulu aldılar. Bəzi insanların bir ayda aldığı maaş qədər pul ödədim. Əsas şikayət olduğu kimi qalıb.
Demək ki, mənim üzümə baxan kimi nə qədər saf, axmaq biri olduğumu anlaya bilirlər. 53 yaşıma çatdım, hələ də axmaqlıqdan qurtula bilmədim. Üç üşağım var, məktəblidirlər, bu pulla onlara kompüter ala bilərdim. Özümün nə qədər borcum var, bu pulla borcumun bir hissəsini ödəyə bilərdim.
Bir sözlə, bu dünyadan ağıllanmadan, axmaqlıqdan qurtulmadan gedəcəyəm. Bax, ən çox əsəbləşdiyim budur. Acığım özümədir”.
Yuxarıdakı hadisəni danışan və özünə hirslənən dostum kiçik bir Anadolu qəsəbəsində çoxuşaqlı ailədə doğulmuş və evin ən kiçik uşağı olmuşdur. Atası çox sərt bir adam imiş və uşaqlarının xətasını heç bağışlamırmış. Tez-tez, ” sizin əlinizdən bir iş gəlmir, başqalarının uşaqları sizi su eşşəyi kimi suya aparar” kimi alçaldıcı, utandırıcı ifadələr işlədirmiş. Özündən iki yaş böyük olan qardaşı da atası kimi onu həmişə tənqid edir, “sən çox axmaqsan, başın işləmir” kimi sözlər deyirmiş. İbtidai sinif daxil olmaqla, bütün təhsil illərində həmişə yüksək qiymət almış, lakin sinif birincisi olmadığı vaxtlarda “ağılsız, axmaq” adlandırılmışdı. Türkiyədə universiteti bitirdikdən sonra Amerikaya getmiş, orada da uğurlu bir yol keçərək doktor dərəcəsi almışdır. Ailəsi onun akademik bacarıqlarını dəyərləndirmədiyi üçün, o da uğurlarını kiçik bir iş sayırdı.
Söhbət əsnasında bir şeyin də fərqinə vardıq ki, bu cür ailədə böyümək onun mükəmməlliyyətçi böyüməsinə səbəb olmuşdu. Həm özündən, həm başqalarından mükəmməllik gözləyir, edilən yanlışları asanlıqla bağışlamırdı. Fərqinə vardığmız digər nüans onun asanlıqla özünə “axmaq”, “ağılslz” deyə bilməsiydi. Həmçinin, pulla bağlı, “Pulum olmasa, halım nə olacaq” kimi təməl bir təşviş hissinin yaranması da diqqət çəkirdi. Ustanın onu aldatdığından o qədər əmin idi ki, “bəlkə bir yanlış anlaşılma var” sualı heç ağlına da gəlmirdi. Ustanın onu aldatdığından əmin olması, insanlara güvənmədiyinin, təməl bir güvənsizlik duyğusunun  göstəricisiydi.
Ertəsi gün təkrar görüşdük. Ustanın yanına gedib olanları danışdıqda, o, səmimi şəkildə üzr istəmiş, avtomobili təmir edən şəxsi çağırmış, vəziyyəti araşdırmış və əlavə xərcə ehtiyac olmadan problem həll edilmişdi. Bu görüşdən sonra dostum özünü və ustanı  nahaq günahlandırdığını və belə hallarda bu cür reaksiya verməsini heç bəyənmədiyini söylədi.
Uzun illər dostluq etdiyim insan mənim onu çox zəkalı, bacarıqlı və yaxşı insan olaraq gördüyümü bilirdi. “Kaş ki, mən də özümü bu cür görə bilsəm, o qədər xoşbəxt olardım ki” deməsi, onun daxilindəki mübarizənin xaricə yansımasıydı. Mübarizə, İçindəki Uşaq və yenə  İçindəki Ana-Atanın arasındakı mübarizəydi.

Doğan Cüceloğlu:   “İçimizdeki çocuk” kitabından
Tərcümə etdi və hazırladı:   Psixoloq R_M

Beyenmeler
4   0  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

TƏKƏBBÜR ZİNDANI

Xüsusi

Cırtdanlar cırtdanlara qarşı lovğalanarsa…

“Heç bir şeyin önündə əyilməyən insan öz yükünü daşıya bilməz” deyər Dostoyevski. Təkəbbür və qürur, başa bəladır. Böyüklənər kiçik olanlar. Böyük olmaq üçün deyil, bilavasitə elə olmaq üçün, var olduğunu hiss etmək üçün.

Böyüdükcə, böyükləndikcə insan, böyütdüyü nəfsini daşımaz hala gələr. Təvazönü bilmədən, əyilmənin həqiqətini öyrənmədən. İtaəti sevmədən. Haqqı, həqiqəti sevə bilmədiyindən.

Başqalarının kiçik olması üzərinə özünü böyük hiss etmək istəyənin halıdır təkəbbür. Böyüklüyü özündə (zatında) görməz. Çevrəsindəkiləri kiçiltdikcə, başqalarının boynunu əydikcə böyüdüyünü düşünər. Əyər, amma əyilməz, kiçildər, amma kiçilməz. O qədər təkəbbürlü, o qədər ərköyündür ki, özünün altında qalar. Öz gövdəsinin altında əzilər.

Empatiya qurmaz, özünü kiminsə yerinə qoymaz, ancaq birtərəfli görər. Özü, sözü, içi, çölü birdir. Həm zindandır, həm dustaq.

Suut Kamal Yetkinin tərcüməsində, Platonun insanın yüz illər əvvəl yaşadığı faciəni necə gözəl təsvir etdiyinə baxın:

– Ən müqəddəs sirlərə vaqif olaraq, gələcəyin əzablarını bilmədən gözümüzün önündə ən təmiz işığın qucağında keçən mükəmməl, sadə, sakit və dinc və gözəl şeyləri seyr edirdik və indi midyənin öz zindanını özü sürüdüyü kimi, biz də bədən deyib zindan kimi gəzdirdiyimiz məzara hələ düşməmişdik.”  (Filosof və Sənət, səh. 17, İstanbul, 1935)

Müəllif: Dücanə Cündioğlu

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

OBSESSIV-KOMPULSIV POZUNTU (OKP)

Xüsusi

OKP- təşviş pozuntusudur, sarışan hallar nevrozu kimi də tanınır.

Obsessiv-kompulsiv pozuntu (OKP )sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.

 

Obsessiya- təşviş yaradan, təkrarlanan, arzuolunmaz düşüncələr;
Kompulsiya- obsessiv düşüncələrin qarşısını almaq, həyəcanını azaltmaq üçün təkrarlanan davranışlar;
OKP-nin yaranma səbəbi beynin ön payı (frontal korteks) fəaliyyətinin struktur və ya funksional dəyişiklikləri ola bilər. Beynin bu hissəsi insan davranışında təkrarlanan hərəkətlərə, rituallara cavabdehdir. Təkrarlanan hərəkətlərdən asılılığın inkişafı ilə bağlı patologiya məhz burada lokallaşır. Bu sahə emosiya, həyəcan, düşüncə və meylliliyə cavab verən hissə ilə əlaqələnir. Beləliklə də, OKP- ni yaradan şəbəkə əmələ gəlir. Bu səbəb FMRT (funksional maqnit-rezonans tomoqrafiyası ) müayinəsi zamanı aşkara çıxa bilər.
Əsasən 20-30 yaşlarda ortaya çıxır, 35 yaşdan sonra az hallarda yaranır. Lakin uşaqlarda da rast gəlinir. 1-4 % uşaqlarda OKP-yə təsadüf olunur.

Obsessiv-kompulsiv pozuntunun risk amilləri:

  • İrsiyyətində OKP-nin və tik pozuntunun olması;
  • Qeyri- kafi həyat şəraiti;
  • Dini, cinsi, gigiyena sahəsində uyğunlaşa bilməyən mövqenin formalaşması ilə əlaqədar yaranan mədəni-sosial amillər;
  • Neqativ emosionallıq;
  • Uşaqlıqda baş verən fiziki və cinsi zorakılıq;
  • İnfeksiyadan sonra yaranmış avtoimmun sindrom;
    Geniş yayılmış obsessiya əlamətləri:
  • İnfeksiya və mikroba yoluxmaqdan qorxma
  • Başqasına zərər verməkdən qoxma
  • Yanlış edəcəyindən qorxma
  • Rəzil olmaqdan və ya sosial cəhətdən qəbul edilməyən davranışları etməkdən qorxma
  • Şeytani və ya günahkar düşüncələrdən qorxma
  • Simmetriya, nizam, qüsursuzluq ehtiyacı
  • Həddən artıq şübhə və davamlı güvən ehtiyacı
    Geniş yayılmış kompulsiya əlamətləri:
  • Təkrar-təkrar yuyunma, duş alma və əllərini yuma
  • Əllə görüşməyi və ya qapı dəstəyinə toxunmağı rədd etmə
  • Dəfələrlə qapını, qazı, suyubağladığını yoxlama
  • Gündəlik işlər görərkən daxilən və ya yüksək səslə davamlı sayma
  • Davamlı nələrisə simmetrik şəkildə sıralama
  • Müəyyən bir sıraya görə yemək yemə
  • Əsasən rahatsız edici olan, ağıldan çıxmayan və yuxunu qaçıran sözlərə, görüntülərə, düşüncələrə ilişib qalma
  • Müəyyən kəlmələri, cümlələri və ya duaları təkrarlama
  • İşləri müəyyən bir sayda etmə ehtiyacı
  • Dəyəri olmayan şeyləri toplama və saxlama
    OKP zamanı medikomentoz müalicə  və psixoterapiyadan istifadə edilir.

    Müəllif: R_M

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

POSTTRAVMATİK STRESS POZUNTUSU (PTSP)

Xüsusi

I dünya müharibəsindən sonra tanınan bir pozuntudur. Vyetnamdan Amerikaya qayıdan əsgərlərdə müşahidə edilmiş və çox sayda araşdırma, kitab, film mövzusu olmuşdur. PTSP çox sayda insanda yanaşı problemlərlə müşahidə olunur. Bunlardan ən sıx görülən depressiyadır. Həmçinin müxtəlif təşviş pozuntuları, alkoqol və narkotik istifadəsi də izlənə bilər.
Cəmiyyətdə çox insan psixoloji travma alır, lakin onlardan müəyyən bir qismdə PTSP yaranır. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha artıq görülür. Keçmişdə travmatik hadisələr yaşayanlar, travmanı şiddətli yaşayanlar, qadınlar, müxtəlif psixoloji və fizioloji problemi olanlar risk qrupuna daxildirlər.
Qaçınma, hadisə olmamış kimi davranma vəziyyəti yaxşılaşdırmır;
Zaman hadisəni tamamən unutdurmur;
PTSP yaşayan hər 5-6 insandan birində əlamətlər uzun müddət, hətta illərlə davam edə bilir.

Posttravmatik stress pozuntusunun əlamətləri:

  • Yuxusuzluq;
  • Kabus görmə,
  • Hadisə ilə bağlı anların tez-tez xatırlanması;
  • Davamlı olaraq hadisənin təkrarlanacağı qorxusu və bu səbəbdən özünü tikan üstündə hiss etmə;
  • Tez əsəbləşmə;
  • Gələcəklə bağlı planların olmaması;
  • Yadlaşma, başqaları məni, yaşadıqlarımı anlamır düşüncəsində olmaq;
  • Hadisəni xatırladan hər şeydən narahat olmaq və qaçmaq;
  • PTSP həm dərman, həm psixoloji müdaxilə tələb edir. Yardım almağa çalışanlar problemi daha tez aradan qaldıra bilir.
    Kömək almaq üçün maneələr:
    İnsanlardan ümidi üzmək;
    Problemin özündən qaynaqlandığını düşünmək;
    Hadisəni xatırlamaqdan çəkinmək;
    Yardım almaq istəməmək;
    Bunlar həm də xəstəliyin əsas əlamətlərindəndir.
    Maddi imkanın aşağı olması da kömək almaq üçün bir maneədir.
    Müalicəsi:
    Nəzərə alınmalıdır ki, uşaqlar daha çox yuxu pozuntusundan şikayət edir. Xatırlama, çəkinmə simptomları demək olar ki, müşahidə olunmur. Uşaqlarla proyektiv metidikalar, art terapiya, qum terapiya, nağıl terapiya, nəfəs çalışmaları, əzələ relaksasiyaları kimi üsullardan istifadə etməklə diaqnostika və korreksiya işləri aparmaq olar.
    Yeniyetmələrdə travma-fokuslu koqnitiv-davranış terapiyasından istifadə olunur.
    Diğər təşviş pozuntuları zamanı da medikomentoz müalicə ilə yanaşı, psixoterapevtik üsullardan- KBT, interpersonal terapiyaya üstünlük verilir.
    KBT zamanı müraciət edən insanın neqativ düşüncələri aşkara çıxarılır, onların yanlış olmasını dərk etməkdə ona kömək edilir. Bu düşüncələrə bağlı irrosional davranışlar aradan qaldırılır. Həftədə 1 dəfə olmaqla 12-20 seans aparılır.
    Hal-hazırda karantin müddətinin uzanması PTSP-nin simptomlarının artmasına səbəb olur.

    Müəllif: R_M

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

PSİXOLOJİ TRAVMA VƏ İNSAN HƏYATI

Xüsusi

İnsanı həddən artıq qorxudan, dəhşət içində saxlayan, çarəsiz vəziyyətə salan, çox zaman gözlənilmədən baş verən, qeyri-adi hadisələrin təsirinə psixoloji travma deyirik.
Həyatımızda istəmədiyimiz çox hadisələr baş verir, amma hamısı psixoloji travma yaratmır. Psixoloji travma yaradan hadisələr aşağıdakılardır:
Müharibə, partlayışlar;
Fəlakətlər (zəlzələ, sel, ildırım, yanğın);
Məişət zorakılığı (ailədaxili şiddət);
Uşaq zorakılığı;
Qəza;
Araşdırmalara görə, hər iki insandan biri həyatında bir dəfə də olsa, bu cür hadisələrlə qarşılaşır. Psixoloji travmadan sonra ən çox yaranan xəstəlik depressiya və posttravmatik stress pozuntusudur.

Psixoloji travma fiziki və psixoloji bütövlüyümüzə zərbə vuran hadisədir.
Travma yaradacaq hadısə baş verəndən qısa müddət sonra müxtəlif fiziki simptomlar özünü göstərir və bu dövr 2-3gün davam edir.

Kəskin stress reaksiyası hadisəyə verilən normal reaksiyadır, hadisə baş verdikdən sonra əlamətlər 2-3 gün ərzində yox olub gedir, əsasən tibbi müdaxilə tələb etmir.

Fiziki simptomlar ürək sıxılması, ürəkbulanma, baş ağrısı, sinə ağrısı, iştahın artması, ya da azalması, həssaslıq, yorğunluq, nəfəs darlığı və s. ola bilir.
Emosional reaksiyalar öncə şok yaşamaqla özünü göstərir. Daha sonra kədər, təşviş, narahatlıq, ümidsizlik, aqressivlik, çarəsizlik büruzə verir.
Yuxu və qida pozuntusu, özünə qapanma, asosiallıq, alkoqola meyl və s. davranışlar travmaya verilən reaksiyalardır.
Travma qarşısında hər bir fərd eyni reaksiya vermir. İnsanın keçmiş təcrübələri, stressə qarşı dözümlülüyü, travmatik hadisəyə verdiyi məna, genetik quruluşu, mübarizə qabiliyyəti travmaya təsir edən amillərdir. Həmçinin hadisənin şiddətindən asılı olaraq travmanın şiddətinin müəyyən etmək olar. Zəlzələdə dağıntılar altında qalan, yaxınını itirən insanın aldığı travma, hadisəni kənardan izləyənə nisbətən daha güclü olur. Müharibə bölgəsində, hər gün atışmanın şahidi olan, gözləriylə yaralanan, ölən insanları görən biri, müharibəni mətbuatdan izləyən birindən daha çox stress geçirir və travmaya məruz qalır.
Travma müxtəlif psixiatrik xəstəliklərin yaranmasına səbəb ola bilər. Əgər əlamətlər 2-3 həftə ərzində tədricən azalıb keçmirsə, mütəxəssisə müraciət etmək lazımdır.

Müəllif: R_M

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

OYUN TERAPİYA: “BƏDƏNİMDƏ DUYĞULAR XƏRİTƏSİ”

Xüsusi

Uşaqlıq dövrünün əsas fəaliyyət növü oyundur. Oyun prosesində uşaq ətraf aləmi tanıyır, təcrübə toplayır. Hələ körpəlik dövründə körpələrin yaşlılarla ünsiyyət prosesində artıq rollu oyunların əsası qoyulur. Oyun təkcə maraqlı olduğu üçün deyil, eyni zamanda uşağın psixi inkişafında keyfiyyətli dəyişikliklər yaratdığı üçün əsas fəaliyyət növüdür. 
Uşaqlar öz qurduqları oyunları yaşıdlarıyla, bəzən valideyn­ləri ilə, bəzən də tək oynayırlar. Aşağıda qeyd etdiyim oyun isə valideyn–övlad münasibətlərini mərkəzdə tutan, uşaq psixoterapiyası, oyun terapiyası texnikaları ilə zəngin, hər bir valideynin övladı ilə rahat şəkildə keçirəbiləcəyi və müsbət nəticəsi olan oyundur.

Bu tip oyunlar mənlik şüuru, şüurlu olaraq fərqində olmaq, özgüvən, hislərin inkişafı, ünsiyyət bacarıqları, ümumiyyətlə, bacarıqların inkişafı üçün olduqca faydalıdır.

“Bədənimdə duyğular xəritəsi”

 Yaş qrupu: 5-10 yaş

Materiallar: Böyük bir divar kağızı, rəngli qələmlər, duyğu stikerləri, ulduzlar, rəngli duymələr

Uşağınızı oyun üçün yanınıza dəvət edin.

Böyük kağızı yerə sərin və uşaqdan kağızın üzərinə uzanmasını istəyin. Kağızın üzərində kənarlardan uşağın bədən şəklini çəkin. Uşaq qalxdıqda böyük boy bir kağızda onun şəklini görəcəksiniz.

Uşağa aşağıdakı açıqlamanı verin.

“İndi səninlə duyğularımız və bədənimiz haqqında bir söhbət edəcəyik. Hər birimizin daxilində duyğular var. Bəzən xoşbəxtlik, bəzən kədər, bəzən əsəb, bəzən qorxu yaşayırıq. Həm xoş, həm də bizi narahat edən duyğuların olması normaldır. İndi mən sənə bir hadisə söyləyəcəyəm və sən o anda nə hiss etdiyini, hansı duyğunu yaşadığını tapacaqsan” cümləsiylə aşağıdakı dialoqa bənzəyən söhbətlərlə uşaq yönləndirilir.

Valideyn: Atan gələrkən sənə çox sevdiyin bir hədiyyə aldı (onun ən sevdiyi şeyin adını deyin)

Uşaq:  Sevinc, xoşbəxtlik

Valideyn:  Afərin! İndi bu xoşbəxtlik duyğusu bədənində hardadır, onu tapaq.

Uşaq: Mənə elə gəlir ki, ürəyimin ətrafında

Valideyn: Səncə hansı rəngdədir?

Uşaq: Çəhrayı

Valideyn: Gəl indi qəlbinə xoşbəxtlik anladan stikerlər yapışdıraq, sonra onları çəhrayı ilə rəngləyək.

Aşağıdakı fərqli vəziyyətlər yenə eyni şəkildə uşağa söylənilir və duyğunu tapmaq uşağa tapşırılır.

*Ən sevdiyin oyuncağın qırıldı.

*Atan bir həftəlik iş üçün uzaq şəhərə gedir.

*Qardaşın oyununu pozdu.

*Dostların səni oyundan çıxardılar.

*Ən sevdiyin cizgi filmini izləyərkən işıqlar söndü.

*Anan və atan dalaşırlar.

*Gecə oyandın və qulağına taqqıltı səsi gəldi.

*Məktəbdə elə gözəl davranış etdin ki, başqalarının incitdiyi bir dostunu qorudun və müəllim bu davranışını çox bəyəndi.

Uşaq öz bədəninin üzərində  duyğularını tanıyıb, aşkara çıxarıb yerləşdirdikcə daxildəki duyğular xaricə çıxır. Və valideyn övladının duyğuları haqqında danışması üçün şərait yaradır. Hər bir vəziyyət söyləndikdən sonra uşağın duyğularını, ağlından keçənləri söyləməsinə imkan verilir.

Bu çalışmanı normal A4 ölçüsündə bir kağızda, bir bədən fiquru üzərində də çalışa bilərsiniz.

Çalışmanın sonunda duyğularınızı paylaşmanız çox vacibdir.

“Bütün duyğularımız bizim bir parçamız, hamısı bizə daxilimizdə nələr baş verdiyini söyləyir. Nələrə sıxıldığımızı, nələrə kədərləndiyimizi fərqləndirməmizə şərait yaradır. Duyğularımızı fərq etdikcə, bədənimizdə nələr baş verdiyinin fərqinə varırıq. Qorxduğumuzda bədənimizdə harda qorxunu yaşadığımızın fərqində olduqca, qorxu axıb gedəcəkdir”.

“Hər uşağın öz dünyası” kitabından
Müəllif: R_M

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

NİTQİ İNKİŞAF ETDİRMƏNİN YOLLARI I

Xüsusi

Nitq, uşağın hərtərəfli inkişafı üçün vacib olan şərtlərdən biridir. Uşaqda olan hər hansı bir nitq qüsuru bu və ya digər dərəcədə uşağın fəaliyyətində və davranışında öz əksini tapır. Nitqində qüsur olan uşaqlar digərlərindən fərqləndiklərini dərk etdikləri andan etibarən səssiz, qərarsız və utancaq olur, tədricən özünə qapıla bilir və ən əsası, yavaş-yavaş ünsiyyətə girməməyə başlayırlar. Nitq və ünsiyyət bacarıqları sonrakı biliklərin əsasını təşkil etdiyindən uşağa vaxtında yardım göstərilməzsə gələcəkdə daha mürəkkəb və arzuolunmaz halların yaranmasına gətirib çıxara bilər.
Loqopediyanin məqsədi uşağın nitqinin normal formalaşmasına və nəticədə, onun təfəkkürünün tam inkişafına kömək etməkdən ibarətdir. Bu məqsədlə, loqopedin qarşısına qoyduğu əsas məsələ – uşağın imkanları, tələbatı və maraqları nəzərə alınmaqla loqopedik işin təşkili olmalıdır.
Uşaqla keçiriləcək məşğələlərin planını hazırlayarkən mütləq onun yaş xüsusiyyətlərinə uyğun olan aparıcı fəaliyyət formasını nəzərə almaq lazımdır.
0-1 yaşında uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətdir. Bu yaş dövründə uşağa kifayət qədər diqqət göstərilməzsə, onunla az ünsiyyət qurularsa, uşağın hər şeydən əvvəl nitqi və psixi inkişafında ləngimələr ola bilər.

0-1 yaş
Uşaqla keçiriləcək məşğələləri nəzərə alarkən, mütləq onun yaş xüsusiyyətlərinə uyğun olan aparıcı fəaliyyət formasını nəzərə almaq lazımdır. 0-1 yaşında uşağın aparıcı fəaliyyət forması böyüklərlə müsbət emosional ünsiyyətdir. Bu yaş dövründə uşağa kifayət qədər diqqət göstərilməzsə, onunla az ünsiyyət qurularsa, uşağın hər şeydən əvvəl nitqi və psixi inkişafında ləngimələr ola bilər.

1. Oyunu və ya hər hansı hərəkəti səslərlə ifadə edin. (məsələn: quş uçdu-prrrrr, am-am, hop-ba və s.)
2. Yatırılma zamanı lay-lay oxuyun.
3. Uşağa baxaraq müxtəlif səslər çıxarın ( a, o, u, e, ə, m) və bunları intonasiya ilə edin.
4. Uşağa səsi takrarlamağı öyrətmək üçün ilk olaraq, onun nitqində istifadə etdiyi səsləri siz özünüz təkrar edin. Sonra yeni səslər təklif edin.
5. Uşaq sait səsləri tələffüz edən zaman, əlinizin içi ilə onun ağzını yavaşca qapayıb açın. Sonra bu hərəkəti özünüz edin. Yenidən uşaqla təkrar edin.
6. Uşaq m, b samit səslərini tələffüz edən zaman şəhadət barmağınızla onun dodaqlarını yuxarıdan aşağıya doğru tez-tez sığallayın. Sonra bu hərəkəti özünüz də edin.
7. Uşaq bir hecanı təkrar edərkən, onun ardınca həmin hecanı 3-4 dəfə təkrar edin. Məs. ma-ma-ma və yenidən təkrar etməsini bir qədər gözləyin.
8. Uşaqla danışdıqca jestlərdən də istifadə edin.
9. Uşağa hər hansı əşyanı verərkən onun adını söyləyin. Uşaq yalnız əlini sizə uzatdiqdan sonra həmin əşyanı ona verin.
10. Uşağın çıxardığı səsləri və hecaları ətrafdakı əşyalarla uyğunlaşdırın və səsləndirin. Məsələn: əgər uşaq “ma” deyirsə “maşın” deyərək ona müvafiq oyuncağı, to-top, ba-baba deyərək onları göstərin.
11. Uşağa müxtəlif tapşırıqlar verin. Topu mənə ver. Kuklanın başını sigalla Ataya “sağ ol” de və s.
12. Uşağa “olmaz” kəliməsinə mütləq əməl etməsini öyrədin. Ancaq bu kəlməni uşağa gün ərzində 7 dəfədən çox işlətmək doğru deyil. Onun yerinə “bunu etmək yaxşı deyil” kimi ifadələr işlətmək və ya başqa fəaliyyətə istiqamətləndirmək olar.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler
1   5  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

OSHO – “ANLAYIŞIN KİTABI” NDAN SEÇMƏLƏR

Xüsusi

Kainat sonsuzdur; o hər zaman davam edirdi. Varoluşun mövcud olmadığı bir zaman yoxdur və varoluşun mövcud olmadığı bir zaman da olmayacaq. Varoluş sonzuluq deməkdir.

İnsan şüuru əsrlərdir inkişaf etməyib. Sadəcə, bəzən kimsə çiçək açır, lakin milyonlarla insan arasında sadəcə tək bir insanın çiçək açması qayda yox, istisnadır. Və bu insan tək olduğuna görə, çoxluq ona dözə bilmir. Onun varlığı bir növ təhqir  halını alır; onun mövcudiyyətinin özü alçaldıcıdır,  çünki o sənin gözlərini açır və potensialının və gələcəyinin fərqinə varmağını təmin edir. Və sənin inkişaf etmək üçün, daha şüurlu olmaq üçün, daha sevgi dolu, daha estetik, daha yaradıcı, daha səssiz olmaq üçün – ətrafında daha gözəl bir dünya yaratmaq üçün – heç bir şey etməmiş olmağın eqonu incidir. Sənin dünyaya bir qatqın olmadı; burdakı sənin varlığın bir rəhmət yox, bir lənət olub. Sən dünyaya öz ehtirasını, öz şiddətini, öz qısanclığını, öz rəqabətçiliyini, öz iqtidar aclığını təqdim edirsən. Sən dünyanı bir müharibə yerinə çevirisən; sən qana susamısan və digərlərini də qana susamış hala gətirisən. Sən insanlığı öz insanlığından məhrum edirsən. Sən insanın, insanlığın aşağısına, hətta bəzən heyvanların belə aşağısına düşməyinə kömək edirsən.
Buna görə də bir Gautama Budda və ya Chuang Tzu sənə batır, çünki onlar çiçək açıb və sən eləcə orda dayanırsan. Baharlar gəlib keçir və səndə heç bir şey çiçək açmır. Hec bir quş sənin yaxınına gəlib yuva qurmur və mahnılarını sənin ətrafında söyləmir. Bir Məsihi çarmıxa çəkmək və Sokratı zəhərləmək daha yaxşıdır; sadəcə onları  ortadan qaldıraraq sənin heç  bir şəkildə ruhsal olaraq aşağılıq kompleksi hiss etməyinə ehtiyac qalmır.

Şüurumuzu dəyişdirməliyik, dünyada daha çox meditasiya enerjisi, daha çox sevgi yaratmalıyıq. Köhnəni – onun çirkinliyini, onun çürümüş ideologiyalarını, onun axmaq ayrımlarını, axmaq xürafatlarını – yox etməliyik və təzə gözlərə, yeni dəyərlərə sahib yeni bir insanlıq yaratmalıyıq. Keçmişlə bir kəsilmə; başqaldırmanın mənası budur.

Sadəcə yeni bir insan, insanlığı və bu planeti və bu planetin üzərindəki gözəl həyatı xilas edə bilər.

Rus inqilabı Leninin gözlərinin önündə uğursuz oldu. O, Karl Marksa söykənərək, “İnqilab gəldiyi zaman, evliliyi ortadan qaldıracağıq, çünki evlilik, özəl mülkiyyətin bir parçasıdır. Özəl mülkiyyət ortadan qalxarkən, evlilik də ortadan qalxacaq. İnsanlar sevgili ola bilərlər, birlikdə yaşaya bilərlər; uşaqlara toplum tərəfindən baxılacaq” deyə xütbə verirdi. Lakin, iqtidar Kommunist Partiyasının əllərinə keçdiyi vaxt və Lenin də lider olduğu zaman hər şey dəyişdi. Bir dəfə, iqtidar əllərinə keçəndə, insanlar fərqli düşünməyə başlayır. Artıq, Leninin düşüncəsi, insanları məsuliyyətlərdən azad etməyin təhlükəli ola biləcəyi formasında idi: Onlar aşırı dərəcədə fərdçi hala gələ bilərdi. Buna görə də, qoy, onlar bir ailənin yükü altında qalsınlar. O, ailənin ortadan qaldırılmasını tamamilə unutmuşdu.

İnqilabların, şəxsən inqilabçıların öz əllərində uğursuzluğa düçar olması qəribədir, çünki, bir dəfə iqtidar öz əllərinə keçəndə başqa cür düşünməyə başlayırlar. O zaman, onlar iqtidarlarına aşırı dərəcədə bağlanırlar. O zaman onların bütün səyi iqtidarı necə sonsuzadək əllərində saxlayacaqları və insanları necə idarə edə biləcəkləridir.

Din uğursuz olub. Elm uğursuz olub. Şərq uğursuz olub və Qərb uğursuz olub. İçində, Şərqin və Qərbin görüşə biləcəyi, dinin və elmin görüşə biləcəyi daha yüksək bir şeyin sintezinə ehtiyac var.

İnsan, sadə bir şəkildə özündən zövq alır, bu geniş kainatdan zövq alır, ağaclarla rəqs edir, sahildə dalğalarla oynayır, başqa heç bir səbəb olmadan, sırf zövq aldığı üçün balıqqulaqları toplayır. Havadakı duz və sərin qum, günəş doğur. Yaxşı bir qaçış; bundan artıq nə istəyə bilərsən. Mənə görə din budur: Havanın dadını çıxarmaq, dənizin dadını çıxarmaq, qumun dadını çıxarmaq. Çünki, varoluşun özündən başqa bir tanrı yoxdur.

Fəaliyyətində bütün olmaq sənə sevinc gətirir. Tam bir intensivliklə edilmiş adi, önəmsiz bir fəaliyyət belə, sənin varlığına bir işıq, bir doyum, dərin bir məmnuniniyyət gətirir.

Zehin bir seçicidir; buna görə də problem ortaya çıxır. Seçimsiz qal.

Üzüntünün içində heçmi gözəllik görə bilmirsən? Bu haqda düşün. Növbəti dəfə üzgün olduğun zaman, onunla savaşma. Mübarizəylə vaxt itirmə; onu qəbul et, onu buyur et, qoy o,  buyur edilmiş bir qonaq olsun. Onun dərininə sevgiylə, diqqətlə bax … gerçək bir ev sahibi ol. Və təəccüblənəcəksən  – üzüntünün sahib olduğu bəzi gözəlliklərə xoşbəxtlik əsla sahib ola bilməz. Hüznün dərinliyi var və xoşbəxtlik səthidir. Hüznün gözyaşları vardır. Və gözyaşları hər hansı bir qəhqəhənin gedə biləcəyindən daha dərinə gedər. Hüznün özünəməxsus bir səssizilyi, xoşbəxtliyin əsla sahib ola bilməyəcəyi bir melodiyası vardır. Xoşbəxtliyin öz mahnısı var, lakin, daha gurultuludur, səssiz deyildir.

Sənin, bütün dünyanı dəyişdirməyinə ehtiyac yoxdur; sadəcə özünü dəyişdirdiyin zaman, bütün dünyanı dəyişdirməyə başlayacaqsan, çünki sən dünyanın bir parçasısan. Tək bir insan belə dəyişsə, bu dəyişiklik minlərlə digər insana yayılır. Sən yeni bir insanlığı doğuracaq bir inqilabın tətikləyicisi olursan.

Sən onsuz da ən başından bəri bir tanrı, bir buddasan. Sənin Buddaya çevrilməyinə filan ehtiyac yoxdur; xəzinə ordadır, sadəcə sən onu hara qoyduğunu bilmirsən. Sən açarı yadından çıxarmısan və ya onun necə istifadə ediləcəyini unutmusan. Bilgiylə o qədər sərxoş bir durumdasan ki, olduğun hər şeyə qarşı laqeyd, unutqan bir hala gəlmisən. Bilgi alkoqol kimidir; insanları sərxoş edər. O zaman, onların qavrayışları  bulanıqlaşır, xatırlama səviyyələri ən aşağı səviyəyə enir. O zaman orda olmayan şeyləri görməyə, orda olan şeyləri isə görməməyə başlayır.

Bir uşaq doğulduğu anda onun içində əngəllər yaratmağa başlayırıq. Onun içində müqayisə duyğusunu yaradırıq. “Biriləri səndən daha gözəldir, digəri səndən daha sağlamdır, o birinin uşağı belədir; onun qiymətlərinə, zəkasına bax hələ; yaxşı bəs sən nə edirsən?” Biz müqayisə anlayışını yaradırıq. Müqayisə, aşağılıq və üstünlük anlayışlarını da bərabərində gətirir; bunların hər ikisi xəstəlikdir, əngəldir. Artıq, uşaq sadəcə özü haqqında fikirləşə bilməz; hər zaman özünü bir başqası ilə müqayisə edərək düşünər. Müqayisənin zəhəri içinə girmiş olar. Artıq, bu insan həmişə iztirab içində qalacaq; var olmağın xoşbəxtliyi getdikcə daha qeyri-mümkün bir hala gələcək.
Hər kəs bənzərsiz olaraq doğulur. Müqaysə etmək mümkün deyildir. Sən sənsən, mən isə mənəm. Bir Budda Buddadır, bir İsa isə İsadır, bunları bir-biriylə müqayisə etmək imkanı yoxdur. Əgər müqayisə etsən aşağılıq, üstünlük duyğuları yaradacaqsan, bunlar eqonun formalarıdır. Və təbii ki rəqabət etmək, başqalarına qalib gəlmək üçün böyük bir arzu ortaya çıxar. Sən bunu bacarıb bacarmayacağın mövzusunda bir qorxu içində qalırsan, çünki bu şiddətli bir mübarizədir və hər kəs eyni şeyi etməyə, birinci olmağa çalışır. Milyonlarla insan birinci olmağa çalışır. Buna görə də böyük bir şiddət, aqressiya, kin, düşmənlik ortaya çıxar. Həyat bir cəhənnəmə çevrilər. Əgər məğlub olasan, acı içində qalırsan… və məğlub olma ehtimalın qalib gəlmə ehtimalından daha çoxdur. Və uğurlu olsan belə, xoşbəxt olmayacaqsan, çünki uğurlu olduğun anda, qorxu ortaya çıxar: Artıq, başqa biri bunu sənin əlindən ala bilər. Sən öncədən titrəyirdin, indi də titrəyirsən. Uğursuz  olanlar da acı içindədir, uğurlu olanlar da.
Bu dünyada xoşbəxt bir insan tapamaq çox çətindir, çünki heç kim xoşbəxt olmaq üçün lazım olan şərtləri yerinə yetirmir. İlkin şərt, bütün müqayisələrdən vazkeçməkdir. Aşağı səviyyədə və ya üstün olmaqla bağlı bütün bu axmaq fikirləri burax. Sən nə üstünsən, nə də daha alt səviyyəsədəsn. Sən sadəcə özünsən. Sənin kimi biri yoxdur, müqayisə edə biləcəyin heç kim yoxdur. Sonra, birdən evə çatmış olursan.

Bilgini burax. Müqayisəni burax. Saxta şəxsiyyətləri burax. Bütün bu gedişat tamamilə mənfidir. Onu burax, bunu burax… buraxmağa davam et. Buraxacaq heç bir şey qalmayana qədər buraxmağa davam et… bax o zaman onu görəcəksən, sənin saf şüurun orda, qarşında olacaq.

İnanc, sənin cəhalətinin üzərini örtür. O əsla sənə gerçəyi göstərmir; sənə sadəcə bəlli bir dogmalar, etiqadlar verir və beləcə, sən onların içində bir bilgi aldanması yarada bilirsən. Lakin bu bilgi, bir xəyaldan başqa bir şey deyil. İnanca söykənən hər şey saxtadır.

Şübhə o qədər lənətlənmiş bir şeydir ki, sən onun gözəlliyini, onun zənginliyini unutdun.

Mən, tanrı tanımazlarla tanrıya inanan arasında hər hansı bir fərq görmürəm; onlar eyni gəmidə yolçuluq edirlər.

Dindar zehin zəkasını itirər, paslanar.

 

Mənbə: Osho – ” Anlayışın kitabı”
Hazırladı: Fidan Aslanova 

Beyenmeler
1   7  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

NAĞIL TERAPİYA: “Küsəyən fil balası”

Xüsusi

Psixoterapiyada nağıl terapiya istiqaməti var. Terapiya- müalicə deməkdir. Nağılların müalicəvi xüsusiyyəti  var. Nağıl vasitəsiylə qorxu, fobiya, aqressiya, özgüvən əksikliyi, müxtəlif davranış pozuntuları, ailə daxili münasibətlər, boşanma ilə bağlı yaranan problemləri aradan qaldırmaq mümkündür. Uşaqlara öyüd-nəsihət vermək əksər hallarda nəticə vermir. Nağılda isə toxunduğumuz problem, onun aradan qaldırılması həm şüurlu, həm şüuraltı təsirlə baş verir.

Aşağıdakı nağılı özgüvən korreksiyasında istifadə edə bilərsiniz.

 

Küsəyən fil balası

Biri vardı, biri yoxdu. Balaca, utancaq, ağlağan bir fil balası vardı. Fil balası anası ilə birlikdə gəzər, anası evə dönən kimi də evə gələrdi. Anası həmişə balaca filə deyirdi ki, bir az təklikdə gəzsin, özü kimi balaca heyvanlarla dost olsun, onlarla oyunlar oynasın. Fil balası isə yeni dost tapmağa, onlarla oynamağa utanırdı.

Bir dəfə bala fil həmişəki kimi təklikdə oynayırdı. Yaxınlıqda dovşan, dələ, meymun, çaqqal balaları da oynayırdılar. Fil balası anasının söylədiyi kimi bu heyvanlara yaxınlaşmaq, onlarla dostlaşmaq istəyirdi. Amma çox utanırdı. Cəsarətini toplayıb yaxınlaşmaq istəyirdi ki, çaqqal balası əvvəlcə ona baxdı, sonra da dostlarına baxdı və gülməyə başladı. Çaqqalın dediklərindən belə başa düşdü ki, fil balasının xortumu ona qəribə görünüb. O biri dostları çaqqal balasına deyirdilər:

-Axı niyə gülürsən? Görmürsən, o sənin sözlərini eşitdi, hətta bizə tərəf gəlmək istəyirdi, amma yolunu dəyişdi.

Doğurdan da fil balası çox kövrəlmişdi. Ağlaya-ağlaya evlərinə gəlib çatdı. Güzgünün qarşısında dayandı. Diqqətlə xortumuna baxdı. İndi gözündə ən çirkin heyvan özü idi. “Axı mən niyə belə çirkinəm? Bu xortum mənim nəyimə lazımdır? Gör necə də böyükdür” deyə-deyə ağlayırdı.

Bu vaxt yem dalınca getmiş anası qapıdan içəri girdi. Balaca filin hönkürə-hönkürə ağladığını görüb çox həyəcanlandı. Əlin­dəkiləri bir tərəfə qoyub balasını qucaqladı.

-Sənə nə olub mənim gözəl balam, niyə ağlayırsan?

-Mənə gözəl deyirsən? Axı mən çox çirkinəm. Uzun, eybəcər xortumum var. Mən çox gülməliyəm.

Ana fil hələ də nə baş verdiyini anlamırdı.

-Yaxşı, sakitləş, bax, sənə ən sevdiyin otlardan gətirmişəm deyib, balasını sakitləşdirdi.

Yeməyini yeyib qurtardıqdan sonra anası onun kürəyini sığallaya-sığallaya mahnı oxumağa başladı. Sonra astadan soruş­du:

-Bayaq xətrinə kim dəymişdi, mənim balam?

-Çaqqal balası mənim xortumuma gülürdü. Ancaq onda günah yoxdu, mən çox eybəcərəm.

-Hə, deməli, sən xortumunu bəyənmirsən? Bəs biz nə edə bilərik?

Ana fil balasının gözlərinə baxaraq sözlərinə davam etdi.

-Xortum biz filləri başqa heyvanlardan fərqləndirir. Biz xortumumuzla çox miqdarda  su götürə bilir, qoxuları hiss edirik. Susuz bir yerdə olduqda xortumumuz uzaq məsafədə su qoxusunu alır və bizi ora götürür. İndiyə qədər xortumsuz bir fil də dünyaya gəlməyib. Hər heyvan növünün özünəməxsus olan, onu başqa heyvanlardan fərqləndirən cəhətləri var.

Anasının sözlərii bala fili sakitləşdirmişdi.

-Bəs mən xortumumla hansı yaxşı iş görə bilərəm ?-deyə fil balası soruşdu.

Susuzluqdan yanan gülləri sulaya bilərsən- deyə anası cavab verdi.

Bala filin əhvalı xeyli yaxşılaşmışdı, güzgüyə baxıb, özünə xoş sözlər deyirdi.

Səhəri gün günəş çıxar-çıxmaz bala fil xortumuna su alıb gülləri, ağacları sulamağa başladı. Bu kənardan ona baxan balaca heyvanların çox xoşuna gəldi. İndi onlar da bir xortumları olsun istəyirdilər. Çaqqal balası dünənki hərəkətinə görə çox peşman olmuşdu. Onlar fil balasına yaxınlaşaraq, birllikdə oynamaq istədiklərini bildirdilər. O buna sevinmişdi. Hətta zarafatyana  xortumuna su alıb, balacaları sulamağa başladı. Onlar buna sevinir, atılıb-düşürdülər.

Fil balası artıq anlamışdı ki, fərqli olmaq heç də pis olmaq deyil.

“Hər uşağın öz dünyası” kitabından
Müəllif: R_M

Beyenmeler
4   0  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

QƏFƏSDƏ

Xüsusi

Dünya uzun zamandan bəri karantini yeni dadmışdı. O isə çoxdan  bu rejimdə yaşayırdı. Əvvəllər ad qoya bilmirdi. Nə idi bu yaşayışın adı? Həbsxanamı? İnsanı hansısa cinayət səbəbindən həbsə atırlar. Günahsız olduğuna adı kimi əmin idi. Amma nə vaxtsa cinayət edəcəyi (səhv, günah) düşünülərək əvvəlcədən tədbir görülmüşdü. Çətin idi belə yaşamaq, lakin günlər keçdikcə alışırdı. Hətta maraqlı məqamlar yaşanırdı. Bayırdan gələn səslərə xəyali surətlər çizir, insan səsləriylə ayaq səslərini uyğunlaşdirir, beləcə bu dünyada mövcud olmayan, əslində mövcud olan, amma onun xəyalındakı kimi olmayan insanlar yaradırdı. Pəncərədən oğrun-oğrun küçədən keçən insanları müşahidə edir, evindən çıxıb sərbəst şəkildə harasa gedə bilməyin azadlıq olduğunu düşünürdü. Bu qədər bəsit. Bir zamanlar o da azad idi, heyif ki, anlamamışdı.
Karantini maraqlı etmək olardı. Kitab oxumaq sevimli məşğuliyyəti idi, əlindən alınırdı. Musiqi dinləməkdən zövq alırdı, dinlədiyi musiqilərə görə sorğu-sual olunurdu. Niyə kədərli musiqilərə qulaq asır? Yoxsa bir dərdimi var? Əlbəttə, nə dərdi ola bilər, günü dörd divar arasında keçən adamın nə dərdi olsun? Bu vasitələr onu azadlığa yaxınlaşdıra bilərdi, ona görə qarşısı alınmalıydı.
Yaxşı ki, insanın xəyal dünyası var, ruhu azaddı. Xəyalında gizlicə dağı arana, aranı dağa apara bilir. Bircə gizlin qurduğu xəyalları əlindən almaq mümkün deyildi. Amma yenə də diqqətli olmalıydı. Üz ifadələri, jestləri onu ələ verə, “uzaqlarda” olduğu hiss olunardı. Fikir cinayətindən fikir polisinə yaxalana bilərdi (!)
Arabir icazəylə evdən çıxa bilərdi. Müəyyən şərtlərlə; tək olmamalıydı, qısa müddətdə, sağa-sola baxmadan gedib-qayıtmalıydı. Yalnız bir nöqtəyə baxmaq da əvvəl çətin görünsə də, zamanla dünyanı bu bir nöqtəyə köçürə bilmişdi. O bir nöqtəyə sığan dünyada o özü idi. Ətrafındakı insanlar onun özüylə danışırdılar. Bəzən xəyaldan geri dönər güzgüdə əksinə  baxardı. Sima doğmadı, odur, amma bu həyat onundurmu? Güzgüdəki adama ünvanladığı suallar ona özünü axtarmağa, kəşf etməyə, nə istədiyini müəyyən etməyə kömək edirdi. İndi daha aydın məqsəd və hədəfi vardı. Əvvəlki itaətkar adamdan fərqlənirdi, içində bir mübarizlik, cəsarət formalaşmışdı. Bu kölə həyatının onun formalaşmasına böyük təsiri vardı, hətta azadlıq üçün özünə bir hədd çizə bilirdi. Bu fərqində olmadığı azadlıqdan çox fərqlənirdi.

Bircə qurtula bilsə, çox şey dəyişəcəkdi. Çox çırpındı, özünü qəfəsin dəmir barmaqlıqlarına çox çırpdı. Bacarmadı. Sadəcə müəyyən qaydaların yumşaldılmasına nail ola bildi. Əvvəl buna da şükr edirdi. Xəyalındakıların müəyyən qismini reallaşdıra bilmişdi, məmnun idi. Lakin böyük hədəflərə doğru irəlilədikcə, onu nəyinsə geriyə çəkdiyini hiss edirdi. İlişmişdi… Bir tərəfi gedirdisə də, bir tərəfi möhkəm ilişmişdi. Uzağa gedə bilməzdi. Sürəti həddən artıq olsa, ilişən yerdən buraxıla, zərblə yerə, bəlkə də göydən yerə çırpılacaqdı. Addımlarını yavaşıtsa, ilişən yer asta-asta onu özünə çəkəcəkdi. Neyləməli? Azadlıq oduna yanmaqmı, kölə kimi yaşamaqmı?
Bu çək-çevir içində dünya da onunla bərabər karantinə girmişdi. Mübarizə ruhu zəifləmiş, sustalmışdı. Daşı ölmüş saat kimiydi. Arabir çıqqıldayır, tərpənir, ancaq zamanı tuta bilmirdi.

İçindəysə bir səs ” Məgər biz sənin köksünü açıb genişləndirmədik?! Və yükünü çiynindən qaldırmadıqmı? O yük ki belini iki büklüm etmişdi? Əlbəttə hər çətinliklə bərabər mütləq bir asanlıq vardır”-deyirdi. (Şərh surəsi)

Müəllif:  SEVƏR

Beyenmeler
0   5  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

MARAQ DAİRƏSİ

Xüsusi

 

İnsanları yaxınlaşdıran, həm də uzaqlaşdıran səbəblərdən biri də onların maraq dairələridir. Marağımız olan sahələr diqqətimizi çəkdiyi halda, maraq dairəmizə daxil olmayan sahələrə qarşı diqqətsiz qalırıq. Heç düşündünüzmü, bəzi insanları özümüzə çox yaxın hiss etdiyimiz halda, bəzilərindən uzaq durmamızın səbəbini? Bir insanla söhbətə başlayan kimi maraqlarımızın ortaq olub-olmadığını anlayırıq. Maraqlarımız üst-üstə düşürsə, birlikdə olmaqdan zövq alırıq.
Ümumilikdə, insanların maraq duyduqları sahələri ( mərkəzləşmə nöqtələrini) aşağıdakı kimi qruplaşdırmaq olar;
5% insan- məlumat mərkəzli
30% insan- hərəkət, fəaliyyət mərkəzli
5% insan- yer, məkan mərkəzli
30% insan- insan mərkəzli
30% insan- əşya mərkəzli

Məlumat mərkəzli insan

Bu insanlar üçün mövzuları ən xırda detallarına qədər bilmək vacibdir. Kim?, Nə?, Nə zaman?, Necə?, Niyə?, Hara? suallarıyla maraqlanırlar. Evlərində mütləq bir kitabxana var, özləri də yeriyən kitabxana kimidirlər. Məlumat ala biləcəkləri ortamları sevir və xüsusilə, maraq duyduqları mövzularda dərin araşdırma aparmağı sevirlər.

Hərəkət mərkəzli insan

Bu insanlar hərəkətin olduğu hər yerdədirlər. Tətillərdə dağa çıxmağı, aktiv fəaliyyətdə olmağı tərcih edirlər. Düşüncələrini anında hərəkətə çevirməyə çalışırlar. Masa arxasında olan işləri sevmirlər. Necə?, Nə zaman? sualları ilə maraqlanırlar.

Yer mərkəzli insan

Bu insanlar yerə görə dəyərləndirmə aparırlar. Hara?, Harada? suallarıyla maraqlanırlar. Harada, hansı restoranda yemək yedikləri, hansı tətil bölgəsinə getdikləri onlar üçün önəmlidir.

İnsan mərkəzli insan

Bu insanlar harada olursa olsun insanlarla birlikdə olmağı tərcih edir. Söhbətləri əsasən insanlar haqqındadır. İnsanlarla bərabər olmaqdan zövq alırlar. Bir yerə getdikdə yeni yerlər kəşf etmək, məkanı gəzməkdənsə, yeni insanlar tanımaq, ünsiyyət qurmaq daha maraqlıdır. Əsasən, Kim? sualını verirlər.

Əşya mərkəzli insan

Bu insanları tanımaq çətin deyil. Nə ilə maraqlandıqlarını soruşduqda, sizə mütləq nə isə topladıqlarını və bunu çox sevdiklərini deyəcəklər. Məsələn, pul kolleksiyası, köhnə əşyalar yığmaq və s. Əşyalara görə dəyərləndirmə apardıqları üçün Nə? sualının cavabını gözləyirlər. Maraqlı olan əşyalara ehtiyacları olmasa da, əldə etməyə çalışırlar.

Təsəvvür edin ki, mötəbər bir tədbirə dəvət olunmusunuz və bunu beş dostunuza bildirirsiniz.
İnsan mərkəzli olan dostunuzun ilk sualı tədbiri kimlərin təşkil etdiyi olacaq. Sonra kimlərin olacağını, kimin kimlə gələcəyini soruşacaq.
Yer mərkəzli dost tədbirin harada, hansı məkanda olacağıyla maraqlanacaq.
Əşya mərkəzli dostun ilk sualı nə geyinəcəyinizlə bağlı olacaq.
Hərəkət mərkəzli dostun tək maraqlandığı tədbirdə nələrin baş verəcəyidir.
Məlumat mərkəzli dost yuxarıda verilən sualların hər birinin cavabıyla maraqlanacaq, eyni zamanda tədbirin niyə təşkil olunduğunu da soruşacaq.

Təbii ki, insanları yalnız bir kateqoriyaya görə dəyərləndirmək doğru olmaz. Hər birimiz bu sualların hamısının cavabıyla maraqlana bilərik, lakin öncəlik fərqli ola bilər.
Qarşımızdakı insanın maraq dairəsi mövzusunda tez-tələsik qərar vermək yanılmamıza səbəb ola bilər.

TEST

Aşağıdakı maraq dairələri qruplarında hansı cümlə sizə uyğundursa işarələyin və ən çox işarələdiyiniz bölümə daha çox uyğun olduğunuzu təsdiq edin.

Məlumat mərkəzli

1.Kitabxanalar mənim üçün cənnətdir.
2.Maraq duyduğum nə olursa olsun onunla bağlı detallı məlimat toplayıram.
3.İnsanlar haqqında danışmaq mənim üçün boşa gedən zamandır, amma saatlarca kitab oxumaq həm dəyərli, həm də əyləncəlidir.
4.Əgər bir şeyə zaman ayırıramsa, ya bilik almalıyam, ya da bilik verməliyəm.
5.Əgər bir tədbirlə maraqlanıramsa, kimlərin gələcəyini, harada keçiriləcəyini, nələrin olacağını, niyə keçirildiyini, kimlərin təşkil etdiyini bilməliyəm.

Hərəkət mərkəzli

  1. Mənimi üçün hər şeydən vacib olan hərəkətin özüdür.
  2. Davamlı hərəkət halında olduğum üçün dostlarım məni qınayır.
  3. Masa arxası işlər mənə görə deyil.
  4. Etdiklərimdən danışmağı sevirəm və bir şeyi edərək öyrənməyi tərcih edirəm.
  5. Bəzən düşünmədən hərəkətə keçmək başıma dərd aça bilir.

Yer mərkəzli

1. Mənim üçün hər zaman ən vacib mövzu, olduğum və ya gedəcəyim məkanlardır.
2.İşim, evim, getdiyim restoran, olduğum mühit mənim üçün çox önəmlidir.
3. Əgər bir tədbirə dəvət edilmişəmsə, ilk maraqlandığım şey harada olacağıdır.
4. “İnsanın evi kimisi yoxdur” sözü mənim üçün söylənmişdir.
5. Getdiyim, ya da getmək istədiyim məkanların şəkillərini divarımdan asıram.

İnsan mərkəzli

  1. Harada oluramsa olum, ilk maraqlandığım şey orada olan insanların kim olduğudur.
  2. İnsanlar haqqında olan hər şeylə maraqlanıram.
  3. Medyadan kimin kim ilə bir yerdə olduğunu izləyirəm.
  4. Lotareyanı kimin udduğu ilə maraqlanıram.
  5. Bir tədbirdə öncə kimlərin olduğuyla maraqlanır, insanların təqdim edilməsini istəyirəm.

Əşya mərkəzli

  1. Ehtiyacım olmasa da, sadəcə bir şeylərə “sahib olmaq” üçün alış-veriş etmək xoşuma gəlir.
  2. Sahib olduğum şeyləri göstərmək xoşuma gəlir.
  3. Mənim üçün satın aldığım şeylərin markası önəmlidir.
  4. Ən çox xoşlandığım şeylər; alış-veriş etmək, əldə etmək, toplamaq, mübadilə etməkdir.
  5. Yeni bir yerə getdikdə ətrafı və insanları gözdən keçirər, nəyə sahib olduqları, hansı marka geyindikləri ilə maraqlanıram.

 

Mənbə:   Oğuz Sayqın “Etkili iletişimin 6 yolu” kitabı
Tərcümə etdi və hazırladı:  Psixoloq R_M

 

Beyenmeler
1   7  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

HƏYATI YENİDƏN SEVMƏK ÜÇÜN 10 TÖVSİYYƏ

Xüsusi

Həyatın hər zaman yolunda getmədiyini bilirik, həm də, bəzən həyat çox sıxıcı bir hal da ala bilir. Belə olanda, kaş biraz rəng və hərəkət olsaydı deyə durub gözləmək əvəzinə biraz hərəkətə keçmək lazımdır. “Nə edə bilərəm,  heç bilmirəm ki..” deyən oxucular üçün 10 maddəlik bir siyahı :

Həyatınızda sürprizlərə yer açın

Yaşadığınız hər anı kontrolda saxlayıb planlamaq əvəzinə, bəzi şeyləri axarına buraxın. Həyatın sizə sürprizlər etməsinə icazə verin. Bəzən ən gözəl anlarınız, gözlənilməz  hadisələr nəticəsində yaranır.

Hər gün yeni bir insanla danışın

Dünya həqiqətən də inanılmaz insanlarla doludur və bizlər çox vaxt onların  yanından keçib gedirik. Halbuki, hər gün getdiyiniz marketdəki işləyənlərlə, piştaxtanın arxasındakı.. yolun küncündəki satıcı ilə  iki dəqiqə ayaqüstü danışa bilərsiniz,  beləcə, özünüz üçün yaxşı insanlar tanımaq şansı yaratmış olarsınız.

Bağışlamaq üçün səy göstərin

Keçmişdəki kinlərinizin axıb getməsinə icazə verməlisiniz, bugününüzdə də onları düşünsəniz, sizə can sıxıntısından başqa bir şey gətirməyəcək. Kinlərinizdən  bir dəfə qurtulduğunuz zaman, açdığınız təmiz səhfəni qorumaq üçün keçmişinizlə sağlam bir sülh bağlamış olmalısınız.

İnsanların içindəki yaxşılığı görmək üçün çabalayın

Başqaları ilə birlikdə olarkən birbaşa onların minuslarına fokuslanmaq əvəzinə, sahib olduqları yaxşı xüsusiyyətlərin üzərində durmağa  çalışın. Bunu etməyə başladığınız zaman, əhvalınızın necə sürətlə düzəldiyinə təəccüblənəcəksiniz və zehninizdəki bütün o mühakiməedici tərəflərdən uzaqlaşacaqsınız.

Yeni fürsətlər tapmaq üçün gözlərinizi açıq saxlayın

Bəlkə də  etmək istədiyiniz bir çox yeni şey var, lakin , oturduğunuz yerdən gəlib qapınızı döymələrini gözləyirsiniz. Əgər elədirsə, təəssüf, durduq yerə döyülməyəcək qapınız. Passiv bir şəkildə gözləmək əvəzinə  hərəkətə keçməli, əgər lazımdırsa, kiçik risklər etməlisiniz. Həyat əslində fürsətlərlə doludur, ancaq, dəyərləndirib dəyərləndirməmək insanın özündən asılı olan bir şeydi.

Gələcəyə dair müsbət planlar qurun

Həyatda nələrin tərs gedə biləcəyini düşünmək əvəzinə, nələr yolunda gedə bilər , daha yaxşı nələr başıma gələcək deyə düşünün. Sizə, gerçəkləşməyəcək kimi gələn xəyallarınızın belə gerçəkləşdiyi bir gələcək planlayın, bu müsbət yanaşmanın zehninizdə yol açacağı dəyişikliyə təəccüblənəcəksiniz.

Bədəninizlə dost olun, onu sevin

Güzgü qarşısında bədəninizə baxıb ona nifrət etmək əvəzinə, onu sevməyi yoxlaya  bilərsiniz. Bədəninizin sizə verməyə çalışdığı mesajları dinləyib onu bəsləməyə, ona baxmağa, dincəltməyə və işlətməyə başladığınız zaman,  özünüzü evinizdə hiss edəcəksiniz. Çünki hər insan əslində bədənində ev sahibidi.

Dəyişikliyə qapılarınızı bağlamayın

Həyatınızın balansını pozmaqdan qorxaraq hər şeyi eyni şəkildə davam etdirməyə çalımayın, bir şey etmirmiş kimi görünməsəniz də, dəyişikliyə dirənmək çox yorucu və bezdirici  ola bilər. Yeni fikrilərə açıq olmaq, dəyişikliyə ayaq uydurmağa çalışmaq əlbəttə asan deyil,  lakin, əslində düşünüldüyü qədər çətin də deyil. Bu durumu çətinləşdirən yenə də bizik, bizim zehinlərimizdir.

Anlıq zövqlərə duyduğunuz ehtiyacı minimuma endirin

İçində yaşadığımız dünya anlıq zövqləri ön sıralara qoyarkən bunu edə bilmək düşündüyünüzdən  çətin ola bilər, amma bəzən dayanıb, o an yaşayacağınız həzdən vazkeçib uzun müddətli qazanclara fokuslanmaq lazımdır. Bunu etməyi bacardığınız zaman, əslində keçici zövqlərdən nə qədər asılı hala gəlmiş olduğunuzun daha asan fərqində olacaq  və bunlardan daha asan qurtulacaqsınız.

Pozitiv enerjinizi çevrənizlə paylaşın

Hər şeyin paylaşdıqca çoxaldığını deyənlərə qulaq asmağın tam zamanıdır ! Xüsusilə müsbət duyğularınız insanlarla paylaşdıqca çoxalacaq. Gün içində qarşılaşdığınız bir dostunuza kompliment etmək, sevdiyiniz birinə onu niyə sevdiyinizi söyləmək, onların gününü sevincli hala  gətirəndə,  sizə də müsbət bir dönüşü olacaqdır.


Mənbə: www.psikologankara.net

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   9  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

KORONAVİRUS QORXUSU, YAXUD KORONAFOBİYA

Xüsusi

Koronafobiya nədir?

Bu gün dünyada ən çox işlənən söz, ən çox təşviş yaradan xəstəlik “koronavirus” dur. Gün ərzində beynimiz dəfələrlə bu sözü qəbul edir, artıq bir “koronafobiya” termini də yaranıb. Türk professor dr. Nevzat Tarhan koronavirus qorxusuyla bağlı “Hal-hazırda koronavirusla bağlı yeni bir xəstəlik yaranıb desək yanılmarıq. Bu koronafobiyadır. Bunun mütləq bir psixoloji və sosial nəticələri olacaq” dedi. Virus sürətlə yayıldıqca, onunla bağlı təşviş, idarə olunmayan stress, depressiv vəziyyət, sosial təcrid halları yaranır. D.Defonun “Təhlükə qorxusu təhlükənin özündən on dəfə qorxuludur” ifadəsi indiki duruma da şamil edilə bilər.
Hər bir sağlam insan həyati təhlükələrə müəyyən reaksiya verir, yaşamını təhlükə qarşısında qoyan hər bir hadisəylə bağlı qorxu hissi yaşayır.  Hətta bugünkü şəraitdə vəziyyətə tam laqeyd yanaşan insanları anlamaq çətindir.
Bütün rəsmi orqanlar vəziyyətin ciddiliyi ilə bağlı məlumatlar verir, insanların tədbirli olmasını, gigiyenik qaydalara əməl etməsini tövsiyyə edir. Bunlara əməl etmək şəxsi sağlamlığımızı qorumaq üçün çox vacibdir.
Lakin son illərdə dünya informasiya bolluğundan “əziyyət çəkir”. Heç bir senzuradan keçməyən, sırf panika yaratmaq məqsədiylə yazılan yazılar, video, səs yazmalar insanları təşvişə salır. Xüsusilə, təşviş pozuntusu olan, panik atak, həyəcan yaşayan insanlar bu əsassız məlumatlara inanaraq ciddi problemlər yaşayırlar. Fobiya təşviş pozuntuları içərisində yer alır. Qorxu ilə fobiyanın fərqi isə, qorxunu insanın idarə edə bildiyi halda, fobiyanın insanı idarə etməyə başlamasıdır.

Bununla bağlı psixiatriyada müxtəlif nəzəriyyələr var. C.Uatson(öyrənmə nəzəriyyəsi) fobiyanın şərtləndirilmiş  refleks davranışların nəticəsi olaraq yarandığını irəli sürür. Bu nəzəriyyəyə əsasən, əvvəllər təşviş yaratmayan bir obyekt, yaxud hadisə, təşviş yaradan bir hadisəylə birləşərək, öyrənmə yolu ilə təşviş yaratmağa başlayır. Misal üçün, metrodan rahatlıqla istifadə edən biri, elektrikin kəsilməsi səbəbindən tuneldə qalan qatarda olur. Nəticədə ya qapalı yer qorxusu (klaustrofobiya) yaşayır, əsla metroya minmir, ya da metrodan istifadə etsə belə qorxu hissi yaşayır, qatarın ani dayanması təkrar təşviş hissinin yaşanmasına səbəb olur.
Bu nəzəriyyə onu deməyə əsas verir ki, beynimiz artıq koronavirus qorxusunu öyrəndi və gələcəkdə buna bənzər hallarda biz daha ciddi psixoloji travmalar yaşaya bilərik. Dünya yarandığı gündən bu günə müxtəlif xəstəliklər yaranmış, ilk yarandığı dövrlərdə çox canlar almış, lakin zamanla insan orqanizmi bu xəstəliklərə dayana bilmə gücü qazanmışdır. I dünya müharibəsi illərində (1918-1920) yaranmış və hətta müharibəni bitirməyə müvəffəq olmuş “İspan qripi” milyonlarla insanların ölümünə səbəb oldu, amma dünya yenə yaşamağa, inkişafa davam elədi. O zamanla indinin fərqi ondan ibarətdir ki, o vaxt insanlar xəstəlik onlara çatanda mübarizəyə başlayırdılar, indi isə zərərli informasiyalar bizim “psixoloji immunitetimizi” məhv edir.

Bəs özümüzü necə qoruyaq?

Vaxtımızı ancaq yenilənən statistikalara ayırmayaq, bu panika yaradır və panika virusdan daha qorxuludur. Yalnız rəsmi xəbərlərə diqqət yetirək;

Aldığımız informasiyalar mənfi təsir göstərirsə, izləməyək, dinləməyək. Hətta yaxın adamlarınızdan kimsə, daim neqativ xəbərlər verir və bu sizi panikaya salırsa, ünsiyyət qurmamağa çalışın. O insanlarla söhbət edin ki, söhbətdən sonra rahatlıq hissi duyursunuz, həyata ümidləriniz artır;

Gigiyenik qaydalara əməl edirsinizsə, rahat olun, “çox tədbirli” olmağa çalışdıqca vəziyyət kontrolunuzdan çıxacaq. Davamlı nəyisə etmədiyiniz düşüncəsinə qapılacaqsınız (obsessiya), sonra bu düşüncəni reallaşdırmağa çalışacaqsınız (kompulsiya). “deyəsən əlimi bu dəfə spirtləmədim” düşüncəsi təkrarlandıqca, siz təkrar spirtlənəcəksiniz. Zamanla vəziyyət nəzarətinizdən çıxmağa başlayacaq. Bu isə OKP( obsessiv-komppulsiv pozuntu) əlamətlərini yaradacaq;

NLP-nin prinsiplərindən  biri ” Hər problem bir fürsətdir” prinsipidir. Virus problemini çoxdandır istirahət edə bilmədiyiniz  fürsətinə çevirin. Yazın gəldiyini nəzərə alaraq, təmiz hava qəbul edin, çoxdandır vaxt tapıb oxuya bilmədiyiniz kitabları oxuyun, musiqi dinləyin, xobbilərinizlə məşğul olun və s;

Yuxu rejiminə diqqət edin. Evdə olduğunuz üçün bütün gün yataqdan çıxmamaq, sizi əzgin, həvəssiz edəcək ki, bu onsuz da bu gün üçün xarakterik ola biləcək bir vəziyyətdir. Çalışın rejimi pozmamaq üçün iş vaxtına uyğun saatlarda müəyyən məşğuliyyətləriniz olsun;

Qida rejiminə əməl edin. İmmuniteti gücləndirən qidalardan istifadə edin. Lakin xəstəliklə mübarizə üçün orqanizminizi həddən artıq yükləməyin. Həmçinin, virusla mübarizə üçün məsləhət görülən qidalar, sizin orqanizminizə mənfi təsir göstərə bilər. “Ancaq sarımsaq, soğan yeyin” məsləhətləri verilir. Mədə problemi olan insanların mütəmadi bu qidalardan istifadəsi düzgündürmü? Bununla bağlı tanış həkimlərinizdən məsləhət alın;

Dünyanın hələ ki əlində aciz qaldığı koronavirusdan qorxmanız, yaxınlarınızın həyatı üçün əndişə duymanız normaldır və başa düşüləndir. Lakin bu əndişə artıq normanı keçib və fobiya əlamətləri hiss edirsinizsə (ürəkdöyüntüsü, əl-ayaq keyiməsi, nəfəs darlığı, ağız quruma, titrəmə, tərləmə və s.), eyni zamanda yuxarıda qeyd  etdiyim OKP əlamətləri( əgər marketdən evə qayıdarkən gigiyenik qaydalara əməl edirsinizsə, bu normaldır, amma ehtiyac olmadan hər 5-10 dəqiqədən bir hər yeri dezinfeksiya etməyə çalışırsınızsa, etmədikcə narahat hiss edirsinizsə) özünü göstərirsə vəziyyəti idarə olunan hala gətirməyə çalışın.
Qeyd etdiyim stressdən uzaqlaşdıran işlərlə yanaşı, meditasiya və nəfəs çalışmasından istifadə edə bilərsiniz. Nəfəs çalışması zamanı sakit şəkildə otura və ya uzana bilərsiniz. Gözlərinizi yumun, burundan dərindən nəfəs alaraq fikrinizdə 7-yə qədər sayın, Özünüzü rahat buraxın. Sonra 10-a qədər sayaraq havanı ağzınızdan buraxın. Əgər həyəcanlısınızsa, burundan nəfəs aldıqdan sonra nəfəsi fikrən 4-ə qədər sayaraq saxlayın, daha sonra ağızdan buraxın. Nəfəs çalışması zamanı diqqətiniz alıb-verdiyiniz nəfəsinizdə olsun, heç bir şey haqqında düşünməyin.
Bu günlərdə xüsusilə uşaqların həyəcanlanmaması üçün özünüzü sakitləşdirməlisiniz. Onlar sizin daim təşviş keçirdiyinizi hiss edir və eyni hisləri yaşamağa başlayırlar. Uşaqlara daha çox vaxt ayırın, oyunlar oynayın, onlara kitablar oxuyun. Hər problemin bir fürsət olmasını uşaqlarla keçirdiyiniz vaxt ərzində daha çox anlayacaqsınız.

Müəllif:  Psixoloq R_M

 

Beyenmeler
1   6  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

AZAD QADIN VƏ SEVGİ

Xüsusi

Azadlıq və sevgi bir arada?
Azadlıq anlayışı ən çox istismar olunan, ən çox bayağılaşdırılan və şiti çıxarılmış mövzudur. İçi həddən ziyada boş bir anlayışdır. Amma bununla belə, cari və aktual olan azadlıq anlayışı üzərindən yola çıxaraq azadlıq fonunda sevgi (qadın və kişi ilişkisi) anlayışına baxmağa çalışacam. Sevgi anlayışı da azadlıq qədər olmasa da, istismar olunan və şiti çıxarılmış anlayışlardandır. Onun da mövcud və yayğın formasını ələ alacam. Azadlıq və sevgi anlayışlarını bir mövzuda bir araya gətirmişkən, mərkəzə qadınları qoyacağam. Günümüzün qadın obrazını. Azadlıqdan yoxsun, sevgi dolu sayılan qadınlar.

Azad qadın portreti
Qadınlar, əksərən, təbiətən azad olmaq istəməzlər. Çünki ümumən azadlıq narahatlıq gətirən bir şeydir. Hələ də kişilərin himayədarlığı varkən, bu narahatlığa nə lüzum? Məhz bu rahatlıq naminə qadınlar kişilərə bağlanar, sadiq qalar və qayğı göstərərlər. Biz də bunun adını sevgi qoyuruq. Bəli, günümüzdə qadınlar kişilərdən çox asılıdırlar, azad deyillər. Kişilər onların hər bir şeylərini, rahatçılıqlarını təmin edir. Əslində qadınlar bundan məmnundurlar. Onların yanında olmaq, hər bir işlərini həll etmək, onları ətrafdan qorumaq onlara sərf edir, xoş gəlir. Ona görə kişini sevmək zorundadırlar. Sevirlər də. Amma bu azad insanın sevgisi deyil. Sevgi adı qoyduğumuz bağlılıq, asılılıq olan bu mənzərə, azadlıq fonunda buxarlanır, itir.

Ümumiyyətlə, sevgi azad insan üçün onun köhnə beynindəki anlayışdan çox fəqrlidir. Bir insan azad olmağa başladıqca onun sevgi anlayışı da dəyişir. Azad insanın sevgisi ən saf, ən təmiz, ən xalis sevgidir deyərdim. Sadəcə ənənəvi sevgi anlayışından fərqi budur ki, onun davamlılığı, əbədiliyi sual altında olur. Hansı ki, bizim sevgidən gözləntimiz də məhz budur. Bəli, azad olanın sevgisi, azad sevgi adətən uzunmüddətli olmur. Bu o demək deyil ki, onun ömrü az olmalıdır. Yox, uzun müddətli də ola bilər, bəlkə də bir ömür ola bilər, sadəcə azad sevgidə müddətlilik şərt deyil . Bu şərt ənənəvi sevgiyə (bağlılığa, asılılığa) xasdır. Yəni kölə sevgisidir müddətə, sadiqliyə hesablanmış bir şey.

Azad insan sevməli olduğu üçün sevməz, sevməli olduğu üçün qalmaz. Azad insan sevdiyi vaxt sevər, sevə bildiyi qədər də qalar.

Azad insanın sevgisi davamlı olmaya bilər. Mən düşünürəm ki, azad, saf sevgi dediyimiz şeyin daha uzunömürlü olmasını təmin etmək üçün elə azadlığın özünü qoruyub saxlamaq lazımdır hər iki tərəfdə. Yəni hər iki sevən, sevilən tərəfin azadlığını qoruyub saxlamaq lazımdır ki, o azadlıq şəraitində, atmosferində sözügedən sevgi də davamlı olsun. Bu atmosfer nə qədər davamlı olsa sevginin özünün də uzun ömürlülüyü artar. Bundan başqa sevgi kəşf edilməyi, heyrətlənməyi sevər. Sevginin bəslənməsi üçün kəşf, təəcüblənmə, mədh eləmə, bunlar mütamadi olmalıdır, daim insanlar bir-birində bunları tapmalıdır. Və yeri gəlmişkən bu azad insanlara məxsus bir şeydir ki, qarşı tərəfdə zamanla bir çox şeyləri kəşf etsin, buna heyrətlənsin, təəccüblənsin, bundan zövq alsın.

Müəllif:  vusaladdin.rustamov

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

QADINA ŞİDDƏT

Xüsusi

“Qadına şiddət” mövzusu bir az dərinə vardıqca başqa mətləbləri göz önünə qoyur. Bəli, əsrlərdir, hətta minilliklərdir bu fərq və bu fərqin fonunda ədalətsizlik, şiddət hər zaman olub. Ən qədim miflərdə, ən yayğın dinlərdə belə bunun birbaşa və bilavasitə izlərinə rast gəlmək mümkündür. Bu gün qadınların bu fərqi azaldaraq azacıq azadlıq qarşılığında hayqırmaları çox təbiidir əslində. Minilliklərdir boğazlarına keçmiş kobud əllərdən qurtular-qurtulmaz, xırıltı ilə hayqırmağa macal tapıblar…

Qadına şiddətin kişi sancısı:
Mən əks tərəfin nümayəndəsi olaraq, öz içimə, özüm kimi bütün kişilərin içinə və içində olduqları dərin və qaranlıq bir quyuya boylanmaq istəyirəm. Hə, kişilər qadınları öz mülkü kimi, öz seksual obyektləri kimi mənimsəyib və bu səbəbdən də ətrafdan qorumaq ehtirası ilə formalaşan minillik bir mübarizə içindədirlər. Az qala bütün var-yoxlarıdır bu onların. Baxın, bir oğlan uşağı böyüyüb həddi buluğa çatdıqca onu daim ətrafdan tətikləyən və bir kişi olaraq formalaşdıran ana, bacı, arvad, qız övladı, xalaqızı, bibiqızı, hətta baldız və hətta qonşu qızı, sinif yoldaşı olan qızlar kimi böyük bir toplumu “qorumaq” kimi bir vəzifəsi var. İlahi, insan özü öz əli ilə özünə bu qədər yük düzəldə, çuval tikə bilərmi? Bu qədər zülmə nə gərək var? Bu qədər cavabdehliyin qarşılığı nədir axı?

Hələ mən məhz bu vəzifə gərəyi kişilərin elə kişilər tərəfindən alçadılması mənzərəsini yazmadım. Bir kişini alçaltmaq üçün ana-bacısına söymək, arvadına sataşmaq, qızları ilə şantaj etmək… Nə qədər kişi bu travmanın ən ucuz qurbanlarına çevrilir az qala hər gün? Ana, bacı, arvad, qız övladı, xalaqızı, dayıqızı və s. qadınların geyimindən tutmuş səs tembrinə görə hər yerdə pisikdirilib təhqir edilən ana oğulları, bacı qardaşları, atalar, xalaoğlular, bibioğlular.. Hələ bunlar arasında bir az daha gözəli, gözəgəlimlisi, nisbətən azad fikirlisi varsa, sən batdın. Bütün ömrün bunların gətirə biləcəyi tənə və təhlükələri içində alçalacaq, psixoloji və hətta fizioloji…

Özünə acımdana qadınları acıdan kişi:
Bir düşünün, bir kişi az qala bütün həyatı boyu ona yaxından və uzaqdan azacıq aid olan hər hansı bir qadının kiçicik bir maraq və macera izinin həyatı bahasına qurbanı ola bilir. Halbuki elə özü də bu maraq və maceranın bir parçası deyil mi?
Qadına şiddət var. Amma inanın, bunun bədəlini qadından daha çox elə kişi ödəyir. Özləri də içində olduqları hisslərin azacıq işartısını dəhşətli cinayətlərə çevirib öldürür, ölür, zindana girir, qalanlara da bu yolxucu xəstəliyi qeyri-ixtiyari transfer edir. Bir zombi misalı. Bəzən adamın yazığı gəlir kişilərə. Bu qədər aciz olduqları halda bu qədər güclü görnmək görəvi, bu qədər sıranmış məsuliyyətlər içində özünü zorlamaq nə qədər diksindirici və acıvericidir…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   9  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

AXİRƏT VƏ SƏNƏT

Xüsusi

Sənət və axirət anlayışları arasında təməl bağlar vardır. Belə ki, hər ikisi insanın gördükləri ilə qalmaması, gördükləri üzərindən görə bilmədiklərini təsəvvür etmək, anlam yükləmək və yaradıcılıq hissləri ilə bağlıdır. Hər ikisi həyatın davamı, iz buraxmaq və yoxa çıxmamağa inam və cəhdin bəhrəsidir. Və bu iki anlayış daim bir birinini inkişaf etdirməklə qarşılıqlı təsir şəraitində olmuşlar. Sənət ta qədimdən insanların başqa bir dünya təsəvvürlərini təsvir etmiş, inkişaf etdirmişdir. Axirət anlayışı isə öz növbəsində sənəti daha görünməz dərinliklərə baş vurmağa vadar edərək inkişaf etdirmişdir.

Həyatda qalmaq, ən böyük yaradıcılıqdır. Bütün canlılar bunu bioloji instinktlərinin müşayəti ilə həyata keçirərkən, insan həm də təxəyyülü ilə burada yeni səhnələr yarada bilmişdir.
Sənət, insanların gördükləri arxasında başqa bir şeyin gizləndiyini hiss edərək təxəyyüllərini canlanlandira bilən bir fenomendir.

Sənət, bir hadisədir. O statik deyil, dinamikdir. Sənət, heyrətləndirə bilən hər şeydir. Bu fonda rəssamlığa baxsaq, portretlərin, ən gözəl surətlərin belə adi, anlaşılmaz görünən, naturasina bənzəməyən cızma qaralar yanında acız qaldığını görərik. Oxşatmaq işdir, amma sənət deyil. Yaradıcılıq deyil. Bir rəssam çox ustalıqla bir təcili tibbi yardım maşınını çəkə bilər. Amma o şəklə baxdıqda qulaqlarımıza onun tükürpədici sirena səsi gəlmirsə, o, sənət deyil.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

TƏCAVÜZKAR HAQQINDA BİLİNƏN DOĞRULAR VƏ YANLIŞLAR

Xüsusi

 

1 Təcavüz edən əsasən subay və ya yalnız yaşayan, problemli insanlardır
Yanlış   Uşaqlara zərər verən insanların 80%-i ətrafla problemi olmayan, evli insanlardır.

2 Təcavüzkarların böyük qisminin paltarları köhnə, görünüşü anormal, iqtisadi vəziyyəti aşağı səviyyədədir
Yanlış   Təcavüzkarların böyük əksəriyyəti ilk baxışda heç bir şübhə yaratmayacaq qədər normal geyimli insanlardır. Aparılan araşdırmalar göstərir ki, iqtisadi vəziyyətinin yaxşı və ya pis olmasının insanın bu əmələ yönəlməsi ilə heç bir bağlılığı yoxdur.

3 Təcavüzkarlar əsasən orta yaşlı kişilərdir
Doğru   Təcavüzkarların böyük qrupu 24-44 yaş arası kişilərdir. İkinci böyük qrursa 15-24 yaş arasında olanlardan ibarətdir.

4 Təcavüzkar etdiyindən peşman olmaz
Yanlış    Təcavüzün davamlılığı bir müddət sonra həmin insanda emosional və psixoloji böhran yaradır. Təcavüzkarların bir çoxunun əvvəlki həyatı tam normaldır. Hətta təcavüz hadisələrinə şiddətlə qarşı çıxırlar. Bu səbəbdən illər sonra özlərinin bu səhvi etdiklərini qəbul etməkdə çətinlik çəkirlər. Yaşadıqları böhran bu insanları bir müddət sonra intihara sürükləyir. Ancaq özlərini “təcavüzkar” adlandıranlar, artıq duyarsız birinə çevrilmiş insanlar bir uşağa zərər verdiklərindən əsla peşman olmurlar.

5 Cəza artarsa təzavüzkar sayı azalar
Yanlış    Uşaq təcavüzü bir ruhi xəstəlikdir. Bir təcavüzkar həyata keçirəcəyi təcavüzün nəticələrini hesablayaraq bu davranışa yönəlməz. Təcavüz anında insan ağlının deyil, hisslərinin əsiridir. Təcavüzkarlar əsasən ağlı yerində olan insanlardır. Əgər cəzalandırma yoluyla təcavüzün qarşısı alınsaydı Amerika kimi böyük ölkələrdə heç təcavüz hadisələri baş verməzdi. Hətta ölüm qorxusu da təcavüz hadisələrinin qarşısına keçə bilmir.
.
6 Pedaqoqlar, həkimlər, müəllimlər bir şübhəsi varsa ailəylə söbət apara bilər
Yanlış   Ailədən lazımi siqnal almayınca ehtimalı konkretləşdirmək çətindir. Əldə yetəri qədər məlumat olmayınca mütəxəssisin “Uşağınıza qarşı sui-istifadə halları var” deməsi yolverilməzdir.

7 Diqqətdən, qayğıdan kənarda qalan və natamam ailənin uşaqları potensial qurbanlardır
Doğru   Təcavüzkarlar ata-anası ayrılmış, yaxud ailədə diqqətdən kənarda qalmış üşaqları daha asan əldə edəcəklərini düşünürlər və xüsusilə bu qrupdan olan uşaqlara daha çox yönəlirlər.

8 Əsasən hədəf qız uşaqlarıdır
Yanlış   Bu fikir ölkəmizdə ona görə geniş yayılıb ki, təcavüzün cinsi istəkdən qaynaqlandığı düşünülür. Buna bağlı olaraq da bu yanlış fikir çoxları tərəfindən qəbul olunur. Halbuki, qız və oğlan uşaqları eyni faiz nisbətində təcavüzə məruz qala bilirlər. Hətta çox zaman təcavüzkar qız uşağıyla görünməyin başqalarında şübhə doğuracağını düşünərək, oğlan uşaqlarına üstünlük verir.

9 Uşaqlar təcavüzə uğradıqlarını xəyal edib, gerçəkmiş kimi söyləyə bilərlər
Yanlış Uşaqlar hətta təcavüzə məruz qaldıqlarını gizləməyə çalışırlar. Ancaq gizlədə bilməyib söylədiklərinin təxminən hamısı doğrudur. Uşaqlar təcavüzə uğradıqlarını söyləyirlərsə, bunun doğru olduğuna əmin ola bilərsiniz. Əgər uşaq oyun oynayarkən, oyuncaqlarını danışdırarkən, şübhə çəkən ifadələr işlədirsə, valideyn bunu mütləq diqqətə almalıdır. Bu artıq bir siqnaldır. Çünki hafizəsində təcavüz hadisəsi ilə bağlı heç bir məlumat olmayan bir uşaq bu cür oyun, yaxud dialoq qura bilməz.

10 Parklar, ümumi tualetlər, qaranlıq yerlər, yarımçıq tikinti sahələri riskli bölgələrdir
Doğru   Təcavüz hadisəsinin baş verdiyi yerlər uşağın yaşadığı evlə məktəb arasındakı yolda yerləşə, yaxud uşağın əsasən olduğu əhatədədir. Çünki təcavüzkar uşağı tanımadığı yerə aparmağın riskli olduğunu düşünür. Uşaq tanımadığı yerdə tədirgin ola, qorxa və qışqıra bilər. Bununla da, ətrafdakı insanları duyuq sala bilər. Uşağı güvəndiyi yerə aparmaq bütün bu təhlükələri aradan qaldırır.

11 Təcavüzkarlar hədəf olaraq özünü tanımayan uşaqları seçir
Yanlış❎   Təcavüzkarın heç tanımadığı bir səmtdə, heç tanımadığı bir uşağa təcavüz etməsi olduqca risklidir. Anasını, atasını, qonsusunu, qohumlarını tanımadan o uşağın yanına yaxınlaşmaq təcavüzkar üçün yaxalanmağa şərait yaratmaqdır.
Bir təcavüzkarın tanımadığı uşağın əlindən tutub harasa aparması çox zəif ehtimaldır. Təcavüzkarlar zərər verəcəyi uşağın ailəsini əksər hallarda çox yaxından tanıyırlar. Ailənin həssas nöqtələrini, uşağın hansı hadisəyə necə reaksiya verəcəyini əvvəlcədən addım-addım öyrənirlər. Unutmayın ki, təcavüzkarların tamamına yaxını ana-atanın üz-üzə oturub danışdığı adamlardır.

12 Bir zərərvermə hadisəsinin yaşandığı ərazidə hadisənin təkrarlanması zəif ehtimaldır
Yanlış❎  Təcavüz edən o səmtdə olduğu müddətcə bu hallar təkrarlanacaq. Təcavüzkar müalicə edilmədiyi müddətcə bir dəfədən sonra əsla dayanmaz. Dolayısıyla bir bölgədə yaşanan təcavüz hadisəsi, növbəti təcavüz hadisəsinə işarədir. Yaşanan bir təcavüz hadisəsindən sonra təcavüzkarın yaxalanmaması, aşkar edilməməsi yeni belə bir hadisənin baş verəcəyinə şərait yarada bilər. Təcavüzkar müalicə edilməyibsə, hətta bir neçə il sonra da bənzər hadisə təkrarlana bilər.

13 Təcavüzkar təsadüfən, təsadüfi birinə yönəlir
Yanlış❎  Təcavüzkar təcavüz anını ən incə detallarına qədər planlayır və hərəkətə keçir. Demək olar ki, bütün təcavüz hadisələri əvvəlcədən planlanmış, lazımı tədbirlər görülmüş, risk yaradacaq amillər minimuma endirilmişdir. Uşağa zərər vermək üçün plan, proqram, incə detalları hesablamaq olduqca diqqət çəkən məqamdır. Təcavüzkar planını həyata keçirmək üçün illərlə gözləyə bilər.

14 Pornaqrafiya təcavüzün yayılmasına səbəb olur
Doğru   Bir çox təcavüzkar özündə yaşadığı ilk emosional və zehni sapmanın kontrolsuz pornoqrafiyadan qaynaqlandığını etiraf edib.

15 Təcavüzkar, əsasən, uşağa bir dəfə zərər verir
Yanlış❎  Bir təcavüzkarın uşağa zərər vermə müddəti illərlə davam edə bilər. Aparılan araşdırmalarda da bir dəfə təcavüzə məruz qalan uşaqların sayının çox az olduğu diqqət çəkir. Xüsusilə ailə daxilində baş verən təcavüz hadisələrinin 10-17 il davam etdiyi müəyyən edilmişdir.

16 Atanın öz övladına təcavüz etməsi mümkünsüzdür
Doğru   Hər nə qədər mətbuatda “doğma atanın” və “doğma qardaşların” təcavüz hadisələri yer alsa da, bu çox zəif bir ehtimaldır. Normal şərtlər altında bir atanın öz övladına qarşı cinsəlliyə aid psixogenetik qapıları bağlıdır. Yəni bir atanın zehni və ruh dünyası tamamilə alt-üst hala gəlmədikcə öz övladına təcavüz etməsi demək olar ki, imkansızdır.

17 Həddən artıq spirtli içki qəbulu və narkotik maddələrdən istifadə təcavüz riskini artırır
Doğru   Spirtli içki və narkotikin sinir sisteminə göstərdiyi mənfi təsirlər məlumdur. Spirtli içki və narkotik maddə insanın mühakimə, analiz-sintez bacarığını zəiflədir. Bunu nəzərə alaraq deyə bilərik ki, düzən içində çalışmayan bir beynin idarə etdiyi bədən təkcə təcavüz deyil, başqa bir çox riskli davranışlar da edə bilər.

18 Təcavüz sadəcə bir psixoloji xəstəlikdir, fiziki və ya nevroloji səbəbləri yoxdur
Yanlış   Təcavüzkarların bir qismində epilepsiya tutmaları, İQ səviyyəsinin aşağı olması təsbit edilmişdir. Bütün bu fiziki və nevroloji bağlantılara təcavüzkarın yaşadığı həddən artıq aktiv cinsi impulsların səbəb olduğu təxmin edilir.

19 Əgər həyata keçirmirsə, təcavüz meyllərinin olması qorxulu deyil
Yanlış   Bir insanın təcavüzkar olması üçün onun xəyallarını, gizli meyllərini praktikaya daşıması, həyata keçirməsi vacib deyil. Qarşısını ala bilmədiyi duyğu, düşüncə və sapmalarını müalicə etdirməsi vacibdir.

20 Özü zərər görmüş biri təcavüzkar ola bilməz
Yanlış   Təcavüzə məruz qalmış biri mütləq psixoloji yardım almalıdır. Təcavüz görmüş insan intiqam almaq, yaşadığı acını cəmiyyətdə yaymaq, başına gələnlərin yanlış olmadığını, hər kəsin belə bir hadisə yaşaya biləcəyini özünə sübüt etmək üçün başqalarına zərər verə bilər. Yaddaşdakı anormal cinsi bilgilər və onların mübarizəsi bu ehtimalı artırır.

21 Zərər görmüş insan psixoloji yardım alaraq yaşadıqlarını unuda bilər
Yanlış   Təcavüzə uğramış insan yaşadıqlarını xəyal şəklində də olsa, tez-tez xatırlayır.Psixoloji dəstək insana keçmiş gerçəyini unutdurmur, sadəcə onunla birgə yaşaya bilmə gücünün formalaşmasına kömək edir. Təcavüz görmüş uşağın beynində travma qala bilər. Beyin bu travmanın şiddətindən özünü müdafiə etmək üçün “sanki xatırlamır” kimi görünə bilər. Halbuki bu acı hadisə beyində “həzm olunmamış hafizəyə” qeyd edilir. Bu təcavüzü unutmaq deyil, gözlənilməyən anda partlaya biləcək şəkildə hadisənin üstünü örtməkdir.

Adem Güneş “Mahremiyet eğitimi”
Tərcümə etdi və hazırladı : Psixoloq R_M 

Beyenmeler
12   1  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

KİŞİ(LİK) KOMPLEKSLƏRİ

Xüsusi

Kişilər böyük iddialarda olduqları üçün kiçik detalların onları kiçildəcəyi qorxusu ilə daha kompleksli olurlar. Bu proses yeniyetməlik dövründə daha möhkəm formalaşır. Qapalı cəmiyyətlərdə isə bu daha da kəskin şəkil alır. Kişilər hələ yeniyetməlik dövründən dildən-dilə duyduqları kişilik anlayışının bioloji və sosial təzyiqi altında qalırlar. Bir yeniyetmə həm bioloji göstəricilərə görə kişilik sərgiləmək, həm də yeri düşdükcə sosial-mədəni həyatda qoçu, qəhraman rolunu oynamaq zorunda qalır. Nəticədə xeyli travmalar yaranır ki, bunun başında ən əsas seksual travma gəlir.

İlk öncə bioloji tərəfdən başlayaq. Hər bir kişinin həyatında olmuş bir neçə misalla:
Yeniyetmələr pornoya birlikdə baxan zaman ereksiya olduqlarını bir-birilərindən gizlətməyə çalışırlar, guya bunlar belə xırda şeylərdən (film, şəkil) təsirlənmirlər. Olğun kişidirlər. Ona görə hər kəs bunu gizlətməyə çalışır. Halbuki bir yeniyetmə üçün çox normal və təbii haldır bu. Kişilər çox ciddi cəhdlə pensilərini gizlədirlər. Penisin ölçü məsələsi uşaq vaxtından kişilik ölçüsünə çevrilir. Kişilər bu məsələdə o qədər komplekslidirlər ki, olğun yaşlarında belə bu məsələdə çox utancaq davranırlar. Bunu tualetdə pisuardan istifadə edən kişilərin necə ciddi cəhdlə gizlənmələrindən, əsgərlik vaxtı ümumi hamamdan istifadə vaxtı penislərini gizlədərək tez üzü divara tərəf çönmələrindən bilmək olur.
Hələ çox uzatmaq olar bunları. Bığ yerinin tərləməsi, qoltuq və qısıq hissələrin tüklənməsi, əzələlərin formalaşması, səsin dəyişməsi və s. kimi amillər onları yerli yersiz hallara soxmağa başlayır. Burdan başlayan travmalar, zamanla formalaşan ciddi komplekslər kişiləri bir az daha zəif duruma düşürür ömrünün qalan bütün hissələrində.

Keçək psixoloji tərəflərinə:
Yuxarıda sadaladığımız bu hallar azmış kimi, sosial kişilik qəlibin yaratdığı daha ağır yük bir tərəfdən kabusa çevrilməyə başlayır. Baxın, bir oğlan uşağı böyüyüb həddi buluğa çatdıqca onu daim ətrafdan tətikləyən və bir kişi olaraq formalaşdıran ana, bacı, arvad, qız övladı, xalaqızı, bibiqızı, hətta baldız və hətta qonşu qızı, sinif yoldaşı olan qızlar kimi böyük bir toplumu “qorumaq” deyə bir görəvi var. İlahi, insan özü öz əli ilə özünə bu qədər yük düzəldə, çuval tikə bilərmi? Bu qədər zülmə nə gərək? Bu qədər cavabdehliyin qarşılığı nədir axı?
Hələ mən məhz bu vəzifə gərəyi kişilərin elə kişilər tərəfindən alçadılması mənzərəsini yazmadım. Bir kişini alçaltmaq üçün ana-bacısına söymək, arvadına sataşmaq, qızları ilə şantaj etmək… Nə qədər kişi bu travmanın ən ucuz qurbanlarına çevrilir az qala hər gün? Ana, bacı, arvad, qız övladı, xalaqızı, dayıqızı və s. qadınların geyimindən tutmuş səs tembrinə görə hər adı alaraq hər yerdə pisikdirilib təhqir edilən ana oğulları, bacı qardaşları, atalar, xalaoğlular, bibioğlular.. Hələ bunlar arasında bir az daha gözəli, gözəgəlimlisi, nisbətən azad fikirlisi varsa, sən batdın. Bütün ömrün bunların gətirə biləcəyi tənə və təhlükələri içində alçalacaq, psixoloji və hətta fizioloji…
Bir düşünün, bir kişi az qala bütün həyatı boyu ona yaxından və uzaqdan azacıq aid olan hər hansı bir qadının kiçicik bir maraq və macera izinin həyatı bahasına qurbanı ola bilir. Halbuki elə özü də bu maraq və maceranın bir parçası deyil mi?
Bəzən adamın yazığı gəlir kişilərə. Bu qədər aciz olduqları halda bu qədər güclü görnmək görəvi, bu qədər sıranmış məsuliyyətlər içində özünü zorlamaq nə qədər diksindirici və acıvericidir…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   11  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

HƏR UŞAĞIN ÖZ DÜNYASI

Xüsusi

“Hər uşağın öz dünyası” uşaq psixologiyası mövzusunda yazılmış kitabdır. Kitabda müxtəlif yaş dövrlərində uşağın psixi inkişaf xüsusiyyətləri, körpələrin yuxu və qidalanması, uşaqlarda rast gəlinən qorxu, aqressiya, özgüvən əksikliyi, hiperaktivlik, yalan kimi hallar və onların aradan qaldırılması yolları (nağıl terapiya və oyunlar) göstərilmişdir. Həmçinin boşanmanın uşaq psixologiyasına təsiri, valideyn-övlad münasibətləri, məktəbəhazırlıq və kiçik məktəbli dövrü ilə bağlı mövzulara toxunulmuşdur. Bu kitab hər bir psixoloqun, valideynin, uşaq psixologiyası ilə maraqlanan hər kəsin oxuması və faydalanması üçün nəzərdə tutulub.

Beyenmeler
12   0  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

“ƏNƏNƏ”Vİ ŞİKƏSTLİYİMİZ

Xüsusi

Bəzən düşünürəm ki, nə qədər kiçik xoşbəxtliklərimizi böyük “ənənənlər” içində itirib-batırırıq. Nə zamana qədər kütləyə aid olub monoton həyat tərzinə aşiq olmaq olar? Gündəlik işlərimiz o qədər başımızı qatır ki, arzularımız üçün bir iş görmürük. Həmişə arxa plana atırıq. Hətta təxirə salmaq özü gündəlik bir işə çevrilib. Siz siz olun, bacardıqca təxirə salmayın. Yaşamalı olduğunuz bu anlarınızı gələcək üçün sərmayə edin, amma gələcəyə atmayın, saxlamayın.

Mütləq bahalı hədiyyələr almalıyıq deyə nə qədər hədiyyə etmək arzumuzu içimzdə öldürüb nə qədər üzləri güldürməkdən vaz keçdik. Çeşidli təamlarla zəngin süfrələr açacaq, ev yiyəsin narahat edəcəyik deyə nə qədər evlərə qonaq getməkdən, qohum-əqrabanı yoluxmaqdan vaz keçdik. Mütləq əlimizdə bir şey aparmalıyıq deyə neçə-neçə dost qapısını açmadıq.

Standart və bahalı hədiyyələrdən nə zaman canımızı qurtaracağıq? Heç düşündükmü ki, bir balaca əziyyət çəkib axtarsaq necə kiçik hədiyyələr tapa bilərik ki, üzlərə sevinc bəxş etsin? Hələ onu sevgi ilə, utanmadan və səmimi qəlbdən bəxş etmək var. O an qarşınızdakının gözlərindəki sevincə şərik olun. Nə zamanadək qonaq getməyi “qarın otarmaq” kimi qəbul edəcəyik? Onsuzda ayda ildə bir kərə bir araya gəlirik, niyə bu zamanı qarnımızı doydurmaqla keçirək? Hansı zamandayıq, aclıqdanmı çıxmışıq? Hətta təbiət qoynunda istirahətimizin 90 faizini də yemək-içmək təşkil edir. Dost evinə nə zaman toplanıb oyunlar oynadıq, ailəvi söhbətlər edib, müzakirələr apardıq?

Ən kiçik xərclərlə böyük hədiyyələr edə bilərik, inanın. Sadəcə içimizdəki arzunu dilləndirək. Yeməksiz, sadəcə çay süfrəsi ilə şirin söhbətlərlə qohum-əqaraba ilə isti münasibətlər qura bilərik. Əlimizdə pay-pürüşsüz, sevgimizi götürməklə dost qapısına ərk edək, uşaqlar qaynasın qarışsın, deyək gülək.

Ən xırdalarından başlayaraq tətbiq etməsək, hələ də kütlənin ənənəviliyinin ağuşunda itib getsək, o zaman uzun və yorucu zəncirin növbəti halqası olmaqdan başqa bir işə yaramayacağıq. Gələcək bizimlə qurulur. Gələcək bizik. Biz bu an bizi dəyişdirməsək, keçmiş bizim üçün həmişə gələcək olaraq qalacaq. Xoşbəxtlik ənənəvi olmamalıdır, onun minlərlə çaları var.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   8  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

DÜŞÜNCƏDƏ GÜMAN VƏ ARZU

Xüsusi

Gümanlı düşüncəni arzulu düşüncədən ayırd etməyi bacarmalıyıq:

1. gümanlı düşüncə həm keçmişə, həm də gələcəyə yönələ bilir, arzulu düşüncə – ancaq gələcəyə;

2. gümanlı düşüncə məlumatsızlıqdan doğur, arzulu düşüncə – məmnuniyyətsizlikdən;

3. gümanlı düşüncə durumu anlamağa, gedişatı anlatmağa çalışır, arzulu düşüncə – durumu dəyişməyə, gedişata yön verməyə;

4. gümanlı düşüncənin faktlara ehtiyacı ola bilir, arzulu düşüncənin – yox;

5. gümanlı düşüncəni yalanlamaq olur, arzulu düşüncəni – yox (arzularda yanılmaq ayrı məsələdir);

6. gümanlı düşüncə izahat tələb edir, arzulu düşüncə – təbliğat.

Bu iki düşüncə arasında fərqi görmək asan olmur. Düşünənin özü də güman-arzu qarşılaşdırılmasında aza bilər. Mənim yazılarımda ikisi də olur. Gümanlara daha çox yer verirəm, amma arzulu düşüncələrimi də gizlətmirəm (onları təbliğat şəklinə salmasam da).

Düşüncə mətnə çevriləndən sonra obyektivləşir və müəllifdən asılılığını itirir. Oxucu ancaq mətni görür və ona öz mənasını verməyə çalışır. Problem ondadır ki, oxucu çox zaman müəllifin niyyətini güman etməyə girişir, bununla da öz gümanlarını müəllifin arzularının yerinə qoyur. Müəllif sağdırsa və onun özündən aydınlaşdırmaq imkanı varsa, müəllif öz izahını verə bilər. Hərçənd, onun izahı da əlavə gümanlar doğuracaq. Müəllif sağ deyilsə, izah mümkünsüz olacaq, onun yerini şərh tutacaq. Şərh, öz növbəsində, müəllifin özünə aid olmayan gümanlar üzərində qurulacaq. Bu, çözümsüz bir problemdir.

Müəllif: Erkin Qədirli

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

ZİYALI VƏ SİYASƏT

Xüsusi

1. “Ziyalı” sözünün indiki qavramı bizə Rusiy’dan gəlib. Rusiya’da “интеллигент/интеллигенция” qavramını (sözün özünü də) ilk dəfə 1866-cı ildə Pyotr Boborıkin adlı bir publisist işlədib. Məqsəd – Avropadakı intellektualların akademik çalışmalarına qarşı, Rusiya’nın “öz yolu, öz taleyi” gümanına uyğun, yalnız özünü ifadə etməyi deyil, həm də “vətənin dərdini” düşünən, Orta Çağların cəngavər birliklərinə oxşar mənəvi ruh daşıyıcısı sayılan bir ortamın, ənənənin yaradılması oldu. Rusiya’da intellektual çevrənin olmadığına görə (akademik azadlıqların olmaması ucbatından), “intelektual” yerinə, “intelligent” sözü işlədilməyə başladı.

2. Yaradıcı adamların (rəssamların, bəstəkarların, filosofların, yazarların və s.) üzərinə, onların daşıya bilməyəcəyi yük qoyuldu – onlardan siyasi mövqe gözləməyə başladılar. Yaradıcı adamlar, tarixin bütün dönəmlərində, ya bazardan, ya da dövlətdən asılı olublar. Rusiya’da, eləcə də bizdə, bazar inkişaf edə bilmədi, ona görə də buralarda yaradıcı adamlar dövlətdən asılı duruma düşdülər.

3. Bununla belə, “intellektual asılılıq” adlanan bir şey var. Rusiya’dakı intelligentsiya (ziyalılar) Qərbin intellektual asılılığında qaldılar (ideyalar Qərbdən gəldiyinə görə). Buna görə də Rusiya ziyalıları haqqında belə bir fikir möhkəmləndi: “Rusiya ziyalılığı – bir tərəfdən məqsədlərinin prinsipiallığıyla (идейность задач), o biri tərəfdən prinsiplərinin bünövrəsizliyilə (беспочвенность идей) seçilən bir ənənədir”.

4. Mişel Fuko’nun “İntellektuallar və hakimiyyət” başlığı altında çıxmış məqalələr toplusunda belə bir rəvayət var: “Sual – Nasistlər Paris’i işğal edəndə, Pikasso nə edirdi? Cavab – Kafedə oturub alma şəkli çəkirdi. İbrət – Pikasso nə etməliydi? Fırçayla tankların qarşısına çıxmalıydı?”

5. Yaradıcı adamları rahat buraxın ki, özünüz də rahat ola biləsiniz. Onlardan siyasi mövqe gözləməyin. Rusiya’dan bizə gəlmiş “ziyalı” qavramından əl çəkin. Ölkənin inkişafı üçün intelligentsiya yox, intellektuallar – yəni, vətənin dərdini çəkməkdən, siyasi yandaşlıqdan azad düşüncə adamları gərəkdir.

Müəllif: Erkin Qədirli

Beyenmeler

0
 

9
 

VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

LOQOPEDİK DƏRSLƏR: DÜZGÜN DİAQNOZ İŞİN YARISIDIR

Xüsusi

Valideyn uşağın nitqində hər hansı bir qüsur hiss edirsə narahat ola və üstünə tez düşə bilər. Bu çox vacib bir haldır. Çünki qüsur sırf anatomik ola bilər və nə qədər tez korreksiyaya başlansa, bir o qədər uğurlu olar. Amma bəzi hallar da var ki, istisna olmalıdır. Məsələn: 4 yaşında uşaq “r” demirsə, anatomik qüsurdursa, loqoped işləyə bilər. Digər halda isə işləməsi doğru deyil. Çünki öz özünə formalaşa bilər nitq prosesində. Digər bir nümunə: uşaq diş dəyişmə mərhələsindədir və dodaq-diş samitlərini doğru tələffüz etmir. Bu zaman həmən korreksiyaya başlamaq doğru deyil. Uşağın aryikulyasiya aparatının formalaşmasını gözləmək lazımdır. Hətta sadəcə bağçaya getməklə nitqi, davranışı və ünsiyyəti formalaşacaq uşaqlar var. Bu kimi səbəblər çox ola bilər. Belə səbəblərə çox həssaslıqla yanaşılmalıdır.

“r” səsi tələffüzünə görə mürəkkəb səslərdən biridir. Uşağın nitq inkişafı mərhələsində ən gec formalaşan səsdir. Dil öyrənmə və danışma prosesi uşaqdan uşağa fərqli olur. Amma ən gec 5 yaşda uşaq “r” səsini tələffüz edə bilmirsə, bu zaman artıq üstünə düşmək lazımdır. Rotasizm ( r səsinin qüsurlu tələffüzü) müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərin biri də dilin altında qədəhin olmasıdır. Qədəh dilin ağızdakı hərəkətinə maneə törədir. Dili vibrasiya etməyə qoymur. “r” səsini qüsursuz tələffüz etmək üçün dil vibrasiya etməlidir. Əgər uşaq 5 yaşında “r” səsini demirsə, loqopedə müraciət edilməlidir. Və loqoped müayinə etdikdən sonra ya korreksiyaya başlamalı, ya da hara lazımdır ora yönləndirməlidir. Məsələn, qədəh varsa, ilk öncə uşaq cərraha yönləndirilməlidir. Sadə bir əməliyyatla qədəh kəsildikdən sonra loqoped öz işini görməlidir. Bəzi halda valideynlər gözləyirlər ki, məktəbə getsin düzələr, öz- özünə keçər və s. Bu doğru qərar deyil. Çünki, uşaq böyüdükdən sonra bir çox halda qədəhi cərrahi əməliyyat etmirlər. Bu da korreksiyanı çətinləşdirir.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler

10
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

LOQOPEDİK DƏRSLƏR: OYUNUN ZƏRURİLİYİ

Xüsusi

Oyun, uşaqların öz dünyalarını dərk etmək üçün istifadə etdikləri bir vasitədir. Oyun uşaqların öyrənmə qabiliyyətini artırır, uşaqlarda inam, təhlükəsizlik, dostluq kimi hisslərin inkişafına kömək edir. Ünsiyyət üçün lazım olan bacarıqların əksəriyyəti məhz oyunlar vasitəsilə inkişaf etdirilir. Oyuncaqlarla oynamaq uşaqlara gələcək həyatlarında faydalı ola biləcək bacarıqları inkişaf etdirməyə kömək edir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu daha vacibdir. Çünki onlar başqaları ilə müqayisədə mümkün qədər daha çox faydalı təcrübə və bacarıq qazanmalıdırlar. Müxtəlif oyuncaqlardan və oyun fəaliyyətlərindən istifadə etməklə müxtəlif bacarıqları inkişaf etdirmək olar.

✓ Əl hərəkətləri. Uşaq əllərini uzadaraq hər hansı bir əşyaya çatmaq və onu götürmək, əşyanı əlində atıb-tutmaq, yükləmək, itələmək və s. hərəkətləri öyrənir.
✓Yaddaş. Gizlədilmiş oyuncağı tapmaq, şəkilləri və fiqurları ardıcıllıqla yada salmaq, eşitdiyi nağıllardan suallara cavab vermək, şəkillərdə və oyuncaqlarda rəngləri tapmaq.
✓ Nitq. Sözləri başa düşmək, şəkilləri göstərmək və adlarını söyləmək, səsləri və sözləri yamsilamaq, mahnılar oxumaq, bədən üzərinin adlarını söyləmək.
✓ Problemi həll etmək. Oyuncaqların işləmə mexanizmi ilə maraqlanmaq
✓ Təsəvvüredici oyunlar. Gəlinciyi yedirtmək, həkim-həkim oynamaq, evcik-evcik oynamaq, yollar və şəhərlər tikmək.

Oyuncaq seçərkən uşağın yaş səviyyəsi mütləq nəzərə alınmalıdır. Oyuncaq uşağın yaşına uyğun olmalı və həddən artıq sadə, ya da çox mürəkkəb olmamalıdır. Əks halda, uşaq oyuncaqdan tez bezib yorular və oyuna qarşı marağını itirər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara oyuncaq alarkən, onların yaşı deyil inkişaf səviyyəsi nəzərə alınmalıdır. Oyun zamanı uşaqla danışmaq və nə etdiyini uşağa izah etmək lazımdır. Bir də, əziz valideynlər, oyun oynayarkən uşağa seçim etmək imkanı yaradın. Çünki uşağın sərbəstliyi elə oynayarkən etdiyi seçimlərdən başlayır və bütün həyatına təsir edir.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler

10
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

NİTQ PROSESİNDƏ NƏFƏS AKTI

Xüsusi

Nitq prosesində nəfəs aktı çox böyük rol oynayır. Bildiyimiz kimi nitq nəfəs vermə prosesində yaranır. Ona görə də düzgün və səlis nitqin olması üçün ilk öncə nəfəs aktı ilə işlənilməlidir. Nəfəs aktı düz olmayan uşağın birbaşa nitqini düzəltməyə çalışmaq faydasız olacaq və zaman itkisidir.
Uşaqlarla nəfəs aktı işləyərkən bunu oyun formasında, əyləncəli şəkildə etmək daha məqsədə uyğundur. Çünki belə olduqda həm uşaq yorulmur, həm də həvəslə edir. Bəzi oyunları loqopedin tapşırığı ilə valideyn ev şəraitində də edə bilər. Hətta daha maraqlı alınması üçün oyunu qrup şəklində etmək, uşağın dostlarını və ya bacı və qardaşlarını cəlb etmək olar.

1. “Hava Topu”
Oyunçular dövrə vurub dayanırlar və ya otururlar. Aparıcı deyir: Təsəvvür edin ki, biz hava toplarini doldururuq. Havanı alın, yanaqlarinizi hava ilə dolduraraq xəyalən topu dodaqlarınıza yaxın gətirin və topu yavaş yavaş doldurun. Gözlərinizlə bu topun dolmasını izləyin. Top böyüdükcə onun üzərindəki naxışlar da böyüyür. Təsəvvür etdinizmi ? Havanı yavaş yavaş doldurun ki, top partlamasın. Hansı ölçüdə istəyirsinizsə o qədər hava ufurməlisiniz.

2. “Gəmi və külək”
Təsəvvür edin ki, bizim gəmi dənizdə üzür və birdən dayanır. Ona kömək etmək üçün küləyi yardıma çagirmaliyiq. Çoxlu hava alın, yanaqlarinizi doldurun və səslə bu havanı bütünlüklə buraxın. Sizin yaratdığınız külək gəmini hərəkətə gətirməlidir. Gəlin bunu təkrar edək. Mən küləyin səsini eşitmək istəyirəm. Bilirik ki, tipik uşaqlar xəyali oyunları çox sevirlər. Bu zaman onlar öz dünyalarini üzə çıxarda bilirlər.

Amma atipik uşaqlarla da bu oyunları oynamaq lazımdır. Onlarla biraz daha fərqli. Məsələn “Külək və gəmi” oyununu atipik uşaqla əyani vəsaitlərlə oynamaq olar. Onun sevdiyi rəngdə kağızdan bir gəmi düzəldib onu vannada üzdürməklə uşağın diqqətini çəkmək və nəfəs alıb verməsini təmin etmək olar. Bu zaman uşaq həm nəfəs aktını işlədəcək, həm də gəminin su üzərində hərəkəti onun izləməsini formalaşdıracaq. Bundan əlavə suyun sakitləşdirici gücünü də nəzərə alsaq bu oyunların çox faydalı olduğunu oynayaraq görə bilərik.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler

0
 

11
 

VN:F [1.9.16_1159]
Rating: +5 (from 9 votes)

DİQQƏT DEFİSİTİ VƏ HİPERAKTİVLİK SİNDROMU

Xüsusi

Diqqət defisiti və hiperaktivlik sindromu (DDHS)

Uşaqlar böyüklərə nisbətdə daha enerjili və hərəkətlidirlər. Aktivliyinə görə də hər bir uşaq digərindən fərqlənir. Lakin hiperaktivlik bu aktivlikdən tamamilə fərqli bir haldır. Valideynlər  əlamətləri dəqiq müəyyən etmədən övladlarını bu adla etiketləyirlər. Bəziləri hiperaktivliyi hətta sevinirmiş kimi, bəziləri bir qəbahət varmış kimi qəbul edir.
Bəs DDHS nədir?
Uşaqda həm nəzərə çarpacaq dərəcədə diqqət əksikliyi, həm normadan artıq hərəkətlilik, həm də impulsiv (düşünülməmiş) davranışlar özünü göstərirsə, bu sindromun olmasından şübhə etmək olar. Şübhələri əsaslandırmaq üçün öncə həkimə müraciət etmək lazımdır. Çünki bəzi hallarda hiperaktivlik beyində mikro dəyişikliklər, dofomin istehsalındakı problemlərlə bağlı ola bilir. Həkim diaqnozundan sonra isə müalicə ilə yanaşı psixoloqun da uşaqla iş aparması vacibdir.
Hiperaktivlik həmişə hərəkətliliklə müşahidə olunmur. Hiperaktivliyin üç tipi var:
-diqqət əksikliyinin öndə olduğu
-hiperaktivliyin öndə olduğu
-hər ikisinin bir arada olduğu
Əksər hallarda diqqət əksikliyi olub, hərəkətli olmayan uşaqların problemi arxa planda qalır.
Hiperaktivlərin ən sıx məşğuliyyəti televiziya izləmək, kompyuter və telefonlarda oyun oynamaqdır. Valideynlər məhz bunu əsas gətirərək bildirirlər ki, mənim övladım saatlarla cizgi filmi izləyir, onun diqqət problemi ola bilməz. Lakin bildirmək istəyirəm ki, TV və ya kompyuter izləyən zaman diqqətin aktiv şəkildə cəmlənməsinə ehtiyac olmur. Burada passiv diqqət üstünlük təşkil edir. Uşağın diqqət problemi isə məktəbə başlayarkən özünü büruzə verir.
Hiperaktivlik diaqnozu 6 yaşa qədər qoyulmalıdır.  Nə qədər erkən müdaxilə edilərsə, çətinliklər bir o qədər tez aradan qalxar.

 

Hiperaktiv uşaqların valideynləri nələri bilməlidirlər:

-Bu uşaqlar qaydaları, rituala çevrilmiş gündəlik işləri daha asan qəbul edirlər. Çalışmaq lazımdır ki, yemək, yatmaq, hansısa məşğələni həyata keçirmək vaxtı hər gün eyni saata təsadüf etsin.

-Hiperaktivlərin hədsiz hərəkətli olması, danışqan olması onlara qarşı valideynin aqressiv davranış göstərməsinə səbəb olur. Onlar çox zaman etdikləri səhvi anlayır, öz yaramazlıqlarından yorulurlar, lakin qarşısını ala bilmirlər. Buna görə onları yaxşı davranışlarına görə mükafatlandırmaq, sevgi göstərmək, anladığınızı hiss etdirmək müsbət nəticə verəcək. Çox tənqid olunan uşaqların özgüvəni zədələnir, davranışları isə daha da dözülməz olur.

-DDHS bir zəka problemi deyil. Lakin müdaxilə edilmədikdə ən zəkalı uşaq da məhz diqqət dağınıqlığı və hərəkətlilik səbəbindən yaşıdlarından geri qala bilər.
Bu zaman valideyn və müəllim yanaşması olduqca vacibdir. Davamlı tənqid edilmək, cəzalandırılmaq bu uşaqlara mənfi təsirdən başqa bir şey deyil.Onların qabiliyyətlərini ortaya çıxarmaq üçün həssas yanaşmağınız tövsiyə olunur.

– O uşaqlar ki, xoşbəxt mühitdə böyüyür, valideyn övladının yaxşı cəhətlərini, mənfi cəhətlərdən daha çox görür və qiymətləndirir, o ailələrdə uşaqlar sevimli, gülərüz olur. Belə olduqda ətrafdakılar uşağın hərəkətlərindən bezmir.

-Tünd xasiyyətli, aqressiv hiperaktivlər isə tutarlı, qaydaları olan ailədə böyümədiyini göstərir. Valideyn uşağı qaydalarla böyüdə bilmirsə, bu gün tətbiq etdiyi qaydanı sabah tutarlılıq göstərmədən, uşağın israrı ilə pozursa, belə uşaqlar inadkar , tərs davranışlar göstərir.

-Bu uşaqların, tərkibində qatqı maddələri olan qidalarla qidalanmasına şərait yaratmayın. Bu qidalar davranış pozuntularının artmasına səbəb olur.
-Çox zaman hiperaktivlərdə yuxu və qidalanma probleminə rast gəlinir. Yuxusuz qalmalarına, rejimsiz qidalanmalarına imkan verməyin;

-Onları digər yaşıdlarıyla müqayisə edərək rəqabətə məcbur etməyin;

– Onun özünə güvənməsinə şərait yaradın və yaşına uyğun davranın;

-Davranışları ilə bağlı mükafat və cəzalandırmanı ləngitmədən, dərhal tətbiq edin. Uğurlarını alqışlayın. Müsbət davranışlarını balla qiymətləndirərək, müəyyən etdiyiniz saya çatanda hədiyyə ala, gəzintiyə apara bilərsiniz.

-“Yox”, “Olmaz” sözlərindən mümkün qədər istifadə etməyin. Daha çox “Hə” deyin.

-Fiziki cəza verməyin. Sizdən qorxmasın, ona dəstək olduğunuzu hiss etsin. Başqalarının yanında pis cəhətlərindən danışıb, onu danlamayın.

-Telefon, kompüter, televizordan uzaq tutun.

-Uzun çalışmalar verməyin. Hətta oyunların da müddəti uzun olmasın. Tarşırıqların qısa müddətə bir-birini əvəz etməsinə çalışmaq lazımdır. Bu diqqətin yenidən mərkəzləşməsinə kömək edəcək.

Hiperaktivlərin özgüvənini artırmaq üçün nə etmək olar?

-Ona düşüncə və duyğularını ifadə etməsi üçün şərait yaradın: “Nə düşünürsən?”, “Necə hiss edirsən?”;
-Tez-tez söz haqqı verin;
-Danışarkən göz təması qurun, aktiv dinləməklə fikrinə dəyər verdiyinizi hiss etdirin, bununla onu cəsarətləndirin;
-Müsbət davranışlarını qiymətləndirin, uğursuzluqlarını böyütməyin;
-Yaşına uyğun tapşırıqlar verin və tapşırıqları yerinə yetirərkən təqdir edin;
-Onu qorxu və təşvişlərinə görə məzəmmət etməyin;
-Başqalarının yanında qüsurlarını üzünə vurmayın, həddən artıq tənqidçi olmaqdan və günahlandırmaqdan uzaq olun;
-Yanış davranışları ilə bağlı söhbətlər aparın və doğru olanları göstərin;
-Onu sevdiyinizi tez-tez söyləyin, ailənin vacib üzvü olduğunu hiss etdirin;
-Ondan gözləntiləriniz həddən artıq olmasın;

Müəllif:  Psixoloq R_M

Beyenmeler

8
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

ÜNSİYYƏT VƏ NİTQ

Xüsusi

Ünsiyyətə girmək bacarığı özümüzü bir şəxsiyyət kimi təsdiq etmək, əlaqələr qurmaq, cəmiyyətə nüfuz etmək və uyğunlaşdırmaq üçün vacib amildir.

Ünsiyyətin inkişafına mane olan səbəblər:
1. Eşitmə zəifliyi
2. Əqli çatışmamazlıq
3. Ünsiyyət çatışmamazlığı (ətrafdakıların uşaqla kifayət qədər ünsiyyətdə olmaması)
4. Ünsiyyət problemi (Uşağın özünün ünsiyyət problemi, məsələn autizm)
5. Nitq qüsurları

Ünsiyyət üçün lazım olan bacarıqlar:
1. Diqqət
2. Dinləmə
3. Anlama
4. Təqlid etmə və iştirak
5. Nitq

Bir uşağın ünsiyyət bacarığına yiyələnməsi üçün bu mərhələlərin hər birinin tam formalaşması lazımdır. Ən əsası da eşitsə belə anlamayan uşaq ünsiyyət qura bilmir. Bu çox önəmli məqamdır. Uşaq danışmaq üçün qarşısındakının nitqini anlamalıdır. Nitqi olmayan bir uşaqla işə başlayarkən əgər bu 4 mərhələ tam qaydasındadırsa nitq üzərində işləmək lazımdır. Yox əgər bu uşaqda diqqət əksikliyi varsa, dinləmirsə, anlamirsa, təqlid edə bilmirsə bu uşaqla nitq üzərində işləməyin mənası yoxdur. Öncə bu mərhələləri formalaşdırmaq lazımdır. Artıq uşaq dinləyir, anlayırsa və təqlid də edə bilirsə, qısa zamanda nitqi üzərində iş nəticə göstərəcək. Çünki nitq də təqlid əsasında formalaşir. Uşaq səsləri, sözləri anlayaraq təqlid etməli, daha sonra isə söz bazası artdıqca ünsiyyətə girməlidir.
Bir çox hallarda valideynlər bizə nitqdən öncəki bu mərhələlər üçün vaxt vermək istəmirlər. Əziz valideynlər, bu 4 mərhələ və bir də bura passiv nitq əlavə etmək olar nitqə hazırlıq mərhələsi adlanır. İnkişafı normal olan və inkişafdan geri qalmış hər bir uşaq bu mərhələləri keçməlidir. Tələsməklə, uşağı və müəllimi daha çox yukləməklə irəli getmək istəyərkən daha geri gedəcək və işə mane olacaqsız. Bunu unutmayın.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler

13
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

UŞAQLARDA NİTQ İNKİŞAFININ LƏNGİMƏSİ

Xüsusi

Son zamanlar çox geniş yayılmış problemlərdən biri də uşaqlarda nitq ləngiməsidir. Bunun da bir çox səbəbləri var. Pedaqoji baxımsızlıq, ailədə iki dilin olması, telefon və televizora həddən artıq bağlılıq, bətndaxili, doğuş və doğuşdan sonra yaranmış hər hansı bir travma, xəstəlik, uşağın yıxılması və nitq mərkəzinin zədələnməsi və s. bu siyahını çox artırmaq olar. Bəzən də, bu səbəblərin heç biri olmadan uşaqda nitq ləngiməsi olur. Artıq, bunun bir təcrübəsi formalaşıb məndə. Bunu bölüşmək istəyirəm.
Adətən bu səbəblərin heç biri olmadan nitq ləngiməsi olan uşaqlar evdə əl üstündə saxlanılan, həddən artıq ərköyün böyüdülmüş uşaqlardır. Uşağa su istəməmiş su, acmamış yemək verilir. Uşağın valideyinə istək bildirməyə ehtiyacı qalmır. Barmağını uzatdığı hər şey əlinə verilir. Hər kəs onun əmrində olur. İstədiyi hər şey edilir. Yerə atdığı oyuncağı belə valideyn götürüb verir əlinə. Valideyn təbii ki, uşağa olan sevgisindən, qayğısından belə edir. Hətta, bəzən düşünür mən çətinlik çəkmişəm, uşağım çəkməsin. Hər şeyin ən yaxşısını etməyə çalışır övladı üçün. Amma burda valideyinin özünün hiss etmədiyi bir problem yaranır. Uşağa özünü ifadə etməyə imkan vermir. Uşaqda artıq bir tənbəllik yaranır və təəssüf ki, nitqinə də yansıyır. İstədiyi hər şeyi rahat əldə edən uşaq əziyyət çəkib danışmaq istəmir. Çünki buna ehtiyacı yoxdur.

Mümkün qədər imkan yaradın uşaqlar özləri istəsinlər, və ya istəmədiklərini desinlər. Onlara sual verin:  istəyirsən? verim ?
Başqa bir halda hər zaman onlara seçim şansı yaradın: Nə istəyirsən? Hansını verim və s.
Uşağın hər ehtiyacının təcili qarşılanması onun nitqini passivləşdirir. İmkan yaradın uşaqlar nə istədiklərini, nə istəmədiklərini, nə üçün istəyib istəmədiklərini özləri ifadə etsinlər. Onlara yemək, su, oyuncaq verməzdən əvvəl sual verin, əziz valideynlər!

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler

0
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 6 votes)

SİSTEMLİ İŞƏ ƏNGƏL OLAN AMİLLƏR

Xüsusi

1. İşin loyallıq (sadiqlik, şəxsi münasibətlər) üzərinə qurulması.
Bu zaman gözləntilər işin özündən daha çox, əsasən sadiqlik anlayışı üzərinə formalaşır. Bəzən iş əla getdikdə belə, xırda bir nüansdan dolayı loyallıq zədələnsə, iş birliyi pozulur. Və ən pisi, iş birliyinin pozulması çox zaman tədricən baş tutur. Çünki loyallıq üzərinə qurulmuş vəzifə yenidən sadiq biri ilə doldurulmalıdır və bu dərhal və qəti qərarla baş tutmur. Nəticədə ortaya uzun müddətli qətiyyaətsizlik çıxır. Bu isə işə ən çox zərbə vuran amillərdəndir.


2. İşçilərdən təşəbbüs tələb etmək. 
Təşəbbüskarlıq şəxsi keyfiyyətdir. Olsa əla, amma olmadığı müddətcə onu tələb etmək və zorla əldə etmək, zamanla həmin işçilərin süni dominantlığını yaradır və iş etibarı ilə o işçidən asılılıq yaradır. Bu isə öz növbəsində intizamı pozur. Və dolayısı ilə işə, işin keyfiyyətinə təsir edir.


3. Mütəxəssislərə o qədər də önəm verməmək. Əvəzində daxili imkanları səfərbər edərək qənaət etməyə çalışmaq. 
Bu, həm son nəticədə pulun havaya sovrulması, həm də ümumi intizamın pozulmasına ilə nəticələnir. Köməkçi işlər üçün bu yanaşma, yəni onu yetişdirmə, daxili imkanlar çərçivəsində istifadə etmə keçərli ola bilər, amma əsas iş üçün mütəxəssislər gərəkdir.


4. Maddi gəlirlərin artmasını tələsik önqəbul etməklə uzunminvallı prioritetləri arxa plana atmaq. Yeni gəlirlər üçün işlər yaratmaq, amma onun strategiya və struktunu gözardı etmək. 
İşi dinamik şəklə salmaq əladır, amma statik durumu gözardı etmək sonra keyfiyyəti əldən salır. Kəmiyyət və keyfiyyət çarpazlanması bir faktdır, bax burda da bu fakt qabarır.


5. İş çoxluğunu və hərəkətliliyi iş kimi görmək.
Dinamika önəmlidir, amma faydalı iş əmsalı olmadıqca, sadəcə yorucu hərəkətlər toplusu olacaq. Ölkəmizin hal-hazırkı iş durumu buna bənzəyir. Sanki hər kəs hərəkətdədir, çalışır, vuruşur, amma rentabellik yoxdur. Geriyə stress, əndişə və aqressiya qalır.


6. Milli və yerli ustanovkaları alət edinmədən xarici iş mənzərəsi yaratmaq cəhdi. 
Yerli zehniyyəti tətbiq etməklə Avropa modeli tələb etmək ziddiyətli mənzərə və xaos yaradır. Eynşteyn demiş, eyni şeyləri edib fərqli nəticələr gözləmək sadəlövhlükdür.

Müəllif: Vüsaləddin Rüstəmov

 

Beyenmeler

0
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

“THE SECRET” KİTABINDAN SEÇMƏLƏR – 1

Xüsusi

Çoxdan bəri görüşmədiyiniz bir dostunuzla köhnə bir söhbətinizin təsvirini beyninizdə yaradaraq onu orada saxlamağa çalışın. Bu və ya başqa şəkildə bu insan haqqında kimsə söhbət açacaqdır. Ola bilər ki, o sizə ya zəng vuracaq, ya da məktub yazacaqdır.

Əgər siz tələsib qaçırsınızsa, sizin düşüncələrinizin qorxu ( gecikmək qorxusu ) üzərində qurulduğunu bilin və buna görə də siz yolunuz üzərində qabaqcadan “maneələr” yaradırsınız. Əgər tələsməyə davam edirsinizsə, bir-birinin ardınca xoşagəlməz əhvalatlar cəzb edəcəksiniz. Hələ bundan əlavə, cazibə qanunu gələcək üçün sizi daha çox tələsməyə məcbur edən hadisələr “planlaşdıracaq”. Sizə dayanmaq və tezlikdən çıxmaq lazımdır. Əgər başınıza daha çox iş açmaq istəmirsinizsə, bir neçə dəqiqə ayıraraq özünüzü dəyişin.

Əgər özünüzü zaman qıtlığı ilə bağlı məntiqsiz düşüncələrinizə bağlamısınızsa, elə indi ürəklənib: ” Mənim zamanım artıqlaması ilə çoxdur!” – cümləsini bəyan edib, həyatınızı dəyişə bilərsiniz.

Ən xırda bir şeydə, cəzb etdiyi hər bir uğurda Co hər gün minnətdarlıqdan istifadə edir. O, avtomobilinə dayanacaq üçün yer tapdığında da hər zaman ürəkdən “çox sağ ol” deyir. Co minnətdarlığın gücünü verir. Minnətdarlıq onun üçün artıq həyat tərzinə çevrilmişdir.

Əgər malik olduqlarınız üçün minnətdar deyilsinizsə, həyatınıza daha çoxunu gətirmək mümkün deyil.

Mənfi hisslər, sizi gələ biləcək xeyirdən də uzaqlaşdırır. Əgər yeni maşın istəyirsinizsə, lakin malik oduqlarınıza təşəkkür hissi duymursunuzsa, o zaman siz eynilə bu cür tezlik şüalandıracaqsınız.

Pulu cəzb etmək üçün siz özünüzü dövlətli təsəvvür etməlisiniz. Əgər həmişə pulun azlığı haqqında düşünürsünüzsə, o zaman öz həyatınıza böyük pul kütləsi gətirə bilməzsiniz, axı siz yalnız pulun azlığı barədə düşünürsünüz. Siz pulun çatışmazlığı haqqında fikirlərinizi cəmləmiş – səfərbər etmisiniz. Pulunuzun çatışmadığı bir vaxtda belə düşünməklə, özünüzü həyatda daha çətin bir vəziyyətə salırsınız.

Həyatda istədiyinizə çatmağın ən qısa yolu – özünüzü bu dəqiqə xoşbəxt HİSS ETMƏK və xoşbəxt GÖRMƏKDƏN ibarətdir. Bu, pulu almağın və istədiyiniz hər bir şeyi əldə etməyin ən qısa yoludur. Bütün diqqətinizi Kainata sevinc və xoşbəxtlik dalğalarını şüalandırmaq üzərində toplayın.

Cazibə qanunu sizin məhrəm fikirləriniz və hisslərinizi əks etdirərək, həyatınızı qurur.

Əgər siz indiyədək yeganə pul mənbəyi kimi işinizi fikirləşirdinizsə, dərhal belə düşünməyə son qoyun.

Vermək – çox şeyə qadir olan fəaliyyətdir. O sizin həyatınıza daha çox pul gətirir, çünki verdiyiniz zaman siz sanki deyirsiniz: “Mənim varımdır.”

Açar – sizin düşüncələriniz və hisslərinizdir, o ömürünüz boyu özünüzdə olacaqdır.

Ətraf mühit, sadəcə, düşüncələrinizin təsirindən yaranmış bir nəticədir. Fikirlərinizi saf və xoş məramla yükləyin. Ətrafa özünüzdən şadlıq və sevinc hissləri yayaraq , onu var qüvvənizlə Kainata şüalandırın və siz həqiqətən də yer üzündə cənnətə qovuşacaqsınız.

Siz başqa bir insanın arzusunu gerçəkləşdirə bilməzsiniz, çünki siz onun yerinə nə düşünə, nə də hiss edə bilərsiniz. Sizin vəzifəniz – Sizsiniz. Siz əgər xoş ovqatı və şəxsi xoşbəxtliyinizi özünüz üçün birinci edə bilsəniz, o zaman sizdən şüalanan o gözəl dalğa sizin hər bir əzizinizə də toxunacaqdır.

Münasibətlərinizi yoluna qoymaq üçün digər insanın çatışmazlıqları üzərində deyil, dəyər verdiyiniz keyfiyyətləri üzərində durun. Nə zaman ki siz onun müsbət keyfiyyətləri barəsindəki fikirlərinizə daha  çox yer ayıracaqsınız, o zaman bunu sizə daha çox göstərən hadisələrlə qarşılaşacaqsınız.

Norman, gülərək bütün bədbin hisslərdən, həmçinin xəstəlikdən xilas oldu. Həqiqətən, gülüş ən yaxşı dərmandır.

Diqqətimizi üzərində topladığımız hər bir şeyi, həm də yaratmış oluruq. Misal üçün, biz ardıcıl döyüşlərə, çarpışmalara və əzablara  qəzəbləndikcə onlara daha çox enerji vermiş oluruq. Biz kədərlənirik və qəzəblənirik, bu da öz növbəsində yalnız müqaviməti artırır.

“Həyatda nəyin əleyhinə çıxırsansa, o sənə inadkarlıq göstərir.” ( Karl Yunq )

Biz bir şeyin əleyhinə çıxarkən öz -özümüzə deyirik: “Yox, mən bunu istəmirəm, çünki o məni elə hisslər duymağa vadar edir ki… hazırda duyduğum kimi”. Elə buna görə də müqavimət göstərməyə çalışdığımız hər bir şey bizə qarşı dirənməyə başlayır. Siz ” mən həqiqətən bu hissləri yaşamağı sevmirəm” fikrinə çox güclü hisslər ayırırsınız və buna görə də o sizinlə qarşılaşmağa can atır.

Siz neqativ fikirlər üzərində köklənərək dünyaya kömək edə bilməzsiniz. Diqqətinizi dünyadakı pis hadisələr üzərində toplayarkən onlara daha çox enerji qatmaqla yanaşı, bir çox xoşagəlməzlikləri öz həyatınıza da gətirirsiniz.


Mənbə: Rhonda Byrne – “The Secret” kitabı

Hazırladı: Fidan Aslanova

Beyenmeler

0
 

12
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

HƏR GÜN İŞLƏMƏYƏ BAŞLAMADAN ÖNCƏ ETMƏLİ OLDUĞUNUZ 10 ŞEY

Xüsusi

Günün ilk saatları, işləyənlər tərəfindən önəmli olmayan məşğuliyyətlərlə keçirilsə də, geriyə qalan saatlardakı məhsuldarlığa və performansa birbaşa təsir edir. Buna görə də iş yerindki ilk saatları uyğun bir şəkildə dəyərləndirmək və bir rutin oturtmaq hər səviyyədəki işçi üçün çox önəmlidir.

1. İşə vaxtında gedin.

İşə vaxtında getmək lazım olduğunu hər kəs bilir, lakin çox az insan tətbiq edir. Gecikərək, sadəcə iş yerində işləyənlərdə mənfi bir təəssürat yaratmaz, gününüzün geriyə qalanını da səmərəsiz keçirərsiniz. İşə vaxtında gəlmək,  bütün gününüzü planlamağınıza və özünüzü iş gününə hazırlamağınıza köməkçi olar.

2. Dərin bir nəfəs alın və rahatlanın.

İşə gələn kimi yerinizə əyləşin və sadəcə içində olduğunz ana fokuslanaraq nəfəs məşqləri etməyi yoxlayın. Bir çox insan işə gərgin və yorğun olaraq gəlir, çünki iş həyatı xaricində də gündəlik həyatın məsuliyyətləri ilə məşğul olmaq lazımdır. Bütün bu yorğunluğun üzərinə, daha stresli və intensiv bir iş prosesinə girməli olan insanlarda bəzi psixoloji narahatlıqlar və bunalmalar ola bilər. Bu səbəblə, bir neçə dəqiqəliyinə də olsa, gündəlik həyatdan uzaqlaşmaq və sadəcə özünüzlə baş-başa qala biləcək anlar yaratmaq , günün digər hisəsini motivə olunmuş və aktiv keçirə bilməniz üçün önəm daşıyır.

3. Güclü bir səhər yeməyi yeyin.

Hər zaman söylədiyimiz kimi, səhər yeməyi günün ən önəmli yeməklərindən  biridir. Zəngin bir səhər yeməyi gün içindəki enerji səviyyəmizə və işləmə performansımıza birbaşa təsir edir. Sadəcə fiziki olaraq yox, zehni olaraq da sağlam və gümrah olmağımızın ən önəmli təyin edicilərindən biri, səhər yeməyidir.

4. Hər günə yenilənmiş olaraq başlayın.

Dünəndən qalmış layihələr üzərində işləmək və ya köhnə işlərinizlə bağlı sənədlərlə əlləşmə vəziyyətində ola bilərsiniz. Hansı durumda olursuz olun , hər günə bomboş və təmiz bir səhifə açırmış kimi başlayın. Çox önəmli olmayan və dünəndən qalan işlərinizi o gündə buraxaraq, gün içində görəcəyiniz işlərə daha asan fokuslana bilər və daha uğurlu işlər ortaya çıxara bilərsiniz.

5. Duyğularınızı kontrolda saxlayın.

Modunuzu kontrolda saxlamağa və o ankı ruh halınızın ətrafınızdakılar üzərindəki təsirlərinə fokuslanın. İş yerində istəyəcəyiniz ən son şey, içində olduğunz ruh halının ətrafınızdakıları təsirləndirməsi olacaqdır. Səhərlərə kefsiz başlayırsınıza, bunun fərqinə vararaq enerjinizi yüksəltməyə və ofisdəykən daha pozitiv olmağa foksulanın. Sizi canlandıracaq bir şeyər için və ya xoşbəxt edəcək bir video izləyin.

6. Gününüzü planlayın.

İş vaxtınızın ilk bir saatı, günü planlamaq və edəcəklərinizi öncəlik sırasına qoymaq üçün ən uyğun zamanlardır. Bir çox insan səhər saatlarında diqqətini toplamaqda çətinlik çəkir və bu zamanı, önəmsiz kimi gördükləri məşğuliyyətlərlə dəyərləndirməyə çalışırlar. İşləyənlərin səhər saatlarında ilk etdikləri şey adətən e-mail-ləri  yoxlamaq və lazımsız email-ləri silməkdir. Lakin, diqqətin dağınıq olduğu səhər saatlarında önəmli olan mail-lər  də digər maillərlə birlikdə silinə bilər və gün içində gərəksiz yerə stres yaşamağınıza səbəb ola bilər. Bu səbəblə, səhərin ilk saatlarını mail -ləri yoxlamaq əvəzinə, günü planlamaq və ya bir öncəki gün nələr etdiyinizə göz gəzdirmək üçün istifadə edə bilərsiniz.

7. Anda yaşayın.

Səhər insanı olmasanız belə, ofisə gəldiyiniz zaman bir şəkildə oyaq olmaq məcburiyyətindəsiniz. Xüsusilə də idarəçi vəzifəsindəsinizsə, fiziki və zehni olaraq içində olduğunuz anda olmaq, insanlarla əlaqədə olmaq çox önəmlidir. Bir çox işçi üçün, səhərə müdürünün gülümsəməsiylə başlamaq və pozitiv bir müdürlə işləmək önəmli bir motivasiya qaynağıdır. Bu səbəblə, iş yoldaşlarınızla əlaqədə olmaq, o an iş yerində olduğunuzun şüurunda olaraq  həm sizin, həm də bərabər işlədiyiniz insanların performasına birbaşa təsir edir.

8. İş yoldaşlarınızla paylaşımlar edin.

Bir çox işçi üçün günə 5-10 dəqiqəlik bir söhbətlə başlamaq olduqca təsirli ola bilər. Rahat bir ortamda, hərkəsin o gün edəcəklərini paylaşdığı və digər işçilərlə paylaşmaq istədiyi digər mövzuları dilə gətirdiyi qısa bir toplantı, günün digər hissəsini daha təsirli keçirə bilmək adına yararlı olacaqdır.

9. İşlədiyiniz yeri səliqəyə salın.

Masanızın üzərini təmizləmək və ya özünüzə işləyə biləcəyiniz bir məkan yaratmaq, günün digər hissəsini geniş və təmiz bir ortamda keçirməyinz baxımından önəm daşıyır.

Gün içində beyninizdə qarışıqlıq yaratmasın deyə, dünəndən qalan  işlərinizi, qeydlərinizi, sənədlərinizi bir kənara qoymaq və yeni günə yeni və boş bir iş ortamıyla başlamaq,  daha təsirli və sürətli işləməyinizə kömək edəcək.

10. İşdə olmaq məqsədinizi özünüzə xatırladın.

Hər səhər işə gəlməzdən öncə və ya işləməyə başlamadan öncə, özünüzə işə getməyinizin ana səbəbini xatırladın. Gün içərisinidəki bütün işinizi bir məqsədə bağlamaq və bu məqsədi özünüzə hər gün xatırlatmaq, performansınız baxımından önəmli bir motivasiya qaynağıdır.


Mənbə : www.uplifers.com

Hazrladı: Fidan Aslanova

 

Beyenmeler

11
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

“THE SECRET” KİTABINDAN SEÇMƏLƏR

Xüsusi

Həyatınızda elə olubmu ki, qəmli bir şey haqqında düşünərkən, siz daha dərindən kədərlənmisiniz. Məsələ bundadır ki, eyni şey haqqında müəyyən müddət düşünərkən cazibə qanunu dərhal ona bənzər fikirləri sizə yönəldir. Bir neçə dəqiqə ərzində siz o qədər bir-birinə oxşar kədərli fikirləri qəbul edirsiniz ki, düşündükcə ovqatınız daha da pisləşir. Nə qədər çox düşünürsünüzsə, daha artıq sarsılırsınız.

Təsəvvür edin ki, bolluq içində, firavan yaşayırsınız və siz bu firavanlığı özünüzə cəzb edəcəksiniz. Bu hər zaman, hər kəs üçün işləyir.

Əgər siz nədənsə razı deyilsinizsə, cazibə qanunu sizə tabe olaraq həyatınıza daha çox narazılığınıza səbəb olan hadisələri cəzb edəcəkdir. Kiminsə giley-güzarını dinləyərkən fikirlərinizi orada toplayırsınızsa, tərəfkeşlik edib onunla razılaşırsınızsa, o zaman bu kimi hadisələri siz özünüzə də cəzb edirsiniz.

Sizin düşüncələriniz öz həyatınızı qurmaqla yanaşı, dünyanın yaranışına da əlavə güc verir. Əgər bu günə kimi dünya qarşısında aciz və əhəmiyyətsiz olduğunuzu düşünürdünüzsə, bu gün bunu bir daha götür-qoy etməlisiniz. Ətrafınızda, çevrənizdə dünyanı şəkilləndirib quran sizin ağlınızdır.

İnsanlar Nəhəng Sirri anlamağa başlayarkən, daima öz bədbin düşüncələrindən qorxuya düşürlər. Lakin bilməlisiniz ki, nikbin düşüncələr bədbin düşüncələrdən yüz dəfələrlə güclüdür və bu elmi təsdiqini də tapmışdır. Elə buna görə də narahatçılığa son qoya bilərəsiniz.
Əgər siz bir müddət israrla pis niyyətli fikirəri düşünürsünüzsə, problemlər həyatınızda mütləq peyda olmalıdır. Əgər mənfi fikirlərinizin olduğuna görə narahat olursunuzsa, sizə narahatlıq gətirən fikirləri həyatınıza daha çox gətirəcəksiniz. Elə bu andan etibarən xoşgörülü işlər, əməllər haqqında düşünmək qərarına gəlin.
Allaha şükürlər olsun ki, həyatda düşüncələrin ifadə edilməsilə gerçəkləşməsi arasında zaman aralığı mövcuddur. Əgər belə olmasaydı, bu hadisə bizim üçün bir bəlaya çevriləcəkdi. Zaman ünsürü sizin xeyrinizə işləyir və o sizə qərarınızı yenidən düşünümək, istəklərinizi dəqİqləşdirmək və yeni seçim etmək imkanı verir.

Hər fikrə nəzarət etmək mümkün deyil. Alimlər hesab edirlər ki, insan beynində hər gün altmış min fikri yaranır. Təsəvvür edin ki, hər gün altmış min fikrin hamısını nəzarətdə saxlamağa çalışarkən siz hansı vəziyyətə düşərsiniz? Xoşbəxtlikdən bunun daha asan yolu var: bu bizim hislərimizdir. Onlar bizə nə haqqında düşündüyümüzü anlamaq imkanı verir.
Hislərimiz, nəyin haqqında düşündüyümüzü bizə göstərən ilahi bir bəxşişdir.
Hisləriniz çox sürətlə hansı tərzdə düşündüyünüzü sizə çatdırır. Məsələn, pis xəbər eşitdiyiniz zaman, həmin an yaramış duyğunu xatırlayın. Bu vaxt mədənizdə sıxıntı, döşünüzdə sancı hissləri yaranacaq. Yadda saxlayın: hisslər və emosiyalar vaxt itirmədən düşüncələriniz barəsində sizə xəbər verir.
Öz emosiyalarını dərk edərək anlamağı öyrənməlisiniz ki, nə hiss etdiyinizi də biləsiniz. Çünki bu, hansı tərzdə düşündüyünüzü bilməyin ən qısa və asan yoludur.
Sizdə iki cür duyğu tipi var: pis və yaxşı. Siz onlar arasındakı fərqi çox gözəl anlayırsınız; birinə görə özünüzü çox yaxşı, digərinə görə isə çox pis hiss edirsiniz. Sarsıntı, kin, küskünlük, əsəbilik, günahkarlıq – bunlar hamısı neqativ emosiyalardır. Onlar sizə güc və ya yaxşı ovqat vermir.
Əsas bunu bilməsiniz ki, özünü pis hiss edib eyni zamanda yaxşı düşüncələrə malik olmaq mümkün deyil. Əgər özünüzü pis hiss edirsinizsə, deməli, beyninizdə sizi pis olmağa məcbur edən hansısa fikirlər var.
Pis duyğularınızın və pis  əhvalnızın olduğu bir zamanda, daha çox bədbinlik cəlb edən tezliyə düşürsünüz. Cazibə qanunu özünüzü daha pis hiss etdirəcək şəkilləri göndərərək, mütləq sizə cavab verəcəkdir.

Pozitiv hisslər yaşayarkən, özünüzü daha da yaxşı hiss etməyinizə kömək edən oxşar emosiyaları cəzb edirsiniz.

Eyni anda özünü yaxşı hiss edib, həm də xoşagəlməz şeylər haqqında düşünmək mümkün deyil. Yaxşı hisslər, yalnız yaxşı düşüncələr nəticəsində yaranır.

Əgər özünüzü yaxşı hiss edirsinizsə, o zaman siz arzularınıza uyğun olan gələcəyi yaradırsınız. Əgər özünüzü pis hiss edirsinizsə, o zaman siz arzularınızdan uzaqlaşan gələcəyinizi qurursunuz.

Fikirləşdiyimiz və hiss etdiyimiz hər bir şey bizim gələcəyimizi qurur. Əgər narahat olub qorxursunuzsa,  o zaman siz həyatınıza daha çox qorxu və həyəcan gətirirsiniz.
Lakin özünüzü yaxşı hiss edirsinizsə, deməli, pozitiv düşünürsünüz. Xoş anları unutmayın və o hisləri bəsləyin.

Beləliklə insanlar “emosional tıxac” a girilər və nəticədə səhər yerindən kefsiz və ya əzgin qalxdısa, qanı qaralıdısa, günü eləcə də keçir. Onlar təsəvvür etmirlər ki, sadəcə emosiyaları dəyişməklə həm bu günü, həm də bütün həyatlarını dəyişə bilərlər.

Cazibə qanununa görə əgər gününüzü xoş ovqat və yaxşı əhval-ruhiyyədə başladınızsa,özünüzü yaxşı hiss edirsinizsə, gün ərzində əhvalınız dəyişməyəcəyi təqdirdə bu ovqatın ardınca siz daha çox könül açan hadisələr və müsbət enerjili insanları cəzb edəcəksiniz.

Bizlərdən hər birinin elə günü olub ki, uğrsuzluqlar bir-birinin ardınca gəlib. Zəncirvari reaksiya dərk edilib-edilməməsindən asılı olmayarq bir fikirdən başlanır. İlk pis fikir tezliyi özünə xas tezlik yaradır, daha sonra ona bənzər fikriləri daha çox cəzb  edir və işləriniz baş-ayaq gedir. Əgər bir uğursuzluğa görə siz bədbinləşirsinizsə, dərhal uğursuzluğu daha  çox cəbz edirsiniz. Sizin cavab emosiyalarınız həmin şeyləri daha çox cəzb edəcək və fikrilərinizin zəncirvari reaksiyası düşüncələrinizi məqsədli şəkildə dəyişəcəyinizə qədər davam edəcək.

Özünüzü yaxşı hiss etməyiniz çox vacibdir, çünki nikbin emosiyalar sizdən kainata gedən və yaxşılıqları sizə doğru çəkən bir siqnaldır. Beləliklə, nə qədər nikbin olursunuzsa, bir o qədər ruh yüksəkliyinizi artıran və onu qoruyub saxlamağa kömək edən hadisələri cəzb edirsiniz.

Əgər özünüzü pis hiss edirsinizsə, bilin ki, bunu bir göz qırpımında dəyişə bilərsiniz! Ürəyəyatımlı musiqi qoyun və ya zümzümə etməyə başlayın, bu zaman sizin hiss və emosiyalarınız dəyişəcəkdir. Yaxud sadəcə, gözəl bir şey haqqında düşünün.Övladınızı və ya həqiqətən də sevdiyiniz digər bir şəxsi düşünün və bu düşüncəni beyninizdə qoruyub saxlamağa çalışın. Hər şeyi bir kənara qoyun və öz fikrinizi yalnız müsbət düşüncələr üzərində səfərbərliyə alın. Həmin andan özünüzü daha yaxşı hiss edəcəyinizə söz verirəm.

Özünüzün “ovqat  dəyişdirən sirli açarların siyahısı”nı tərtib edin və bunu daima əl altında saxlayın. “Dəyişdirən açar” dedikdə, mən sizin hislərinizi ən tez dəyişən vasitələri nəzərdə tuturam. Məsələn bu, xoş bir xatirə, gələcəyə olan azru, hansısa gülməli anlar, təbiət mənzərəsi, sizə əziz olan insan ya da sevimli musiqiniz ola bilər. Siz kin, kədər və ya əzginlik hiss etdiyiniz zaman öz siyahınıza nəzər salın və oradan birini seçib, diqqətinizi onun üzərində cəmləyin. Müxtəlif zamanlarda kefinizi müxtəlif şeylər yüksəldə bilər, odur ki, bunlardan biri təsir etmədikdə o birini sınayın. Diqqətinizi çəkən foksu dəyişdirərək özünüzü şənləndirin ki, tezlik dəyişsin. Bu çox asandır,cəmi bir neçə dəqiqənizi alacaq!

Siz kiminsə haqqında pis fikirdəsinizsə, bu pisik eynilə sizin həyatınızda gerçəkləşəcəkdir. Neqativ düşüncələrinizlə siz heç kimə deyil, yalnız özünüzə ziyan vura bilrəsiniz. Əgər sizin bütün fikirləriniz sevgi üzərində qurularsa, kimin həyatının  sevgi ilə dolacağını tapa bilərsinizmi? Əlbətə ki, sizin!

Özünüz nə istədiyinizi tam başa düşmürsünüzsə, o zaman cazibə qanunu da arzuladığınızı sizə verə bilməz. Dəqiq olmayan tezliyi şüalandırıb nəticəsini də qeyri-müəyyən alacaqsınız. Yaxşıca fikirləşin, siz  əslində nə istəyirsiniz?

Bu həqiqətən çox maraqlıdır. Kainat sanki sizin kataloqunuzdur. Siz ona göz gəzdirərək bildirirsiniz: “Mən bu təəssüratları yaşamaq istəyirəm, bu əşyanı istəyirəm və belə bir insanla qarşılaşmağı istəyirəm.” Siz öz sifarişinizi kainata edirsiniz. Əslində,bu qədər asandır.

Dəfələrlə istəmək lazım deyil. Bu, kataloqdan sifarişə bənzəyir, siz bir şeyi yalnız bir dəfə sifariş edirsiniz. Axı nəsə sifariş etdikdə, onun qəbul edilib-edilmədiyi barədə narahat olub sifarişinizi dönə-dönə təkrarlamırsınız. Bunu bir dəfə edirsiniz. Yaradıclıq prosesi də eynilə belədir. Siz öz idrakınızda nə istədiyinizi dəqiqləşdirdiyiniz zaman, artıq sifariş etmisiniz, yəni istəmisiniz.

Siz sifarişinizi etdiyiniz üçün rahat olun,  onu alacağınıza tərəddüd etməyin və həyatınızdan zövq almağa çalışın.

İstədyiniz şeylərin artıq özünüzünkü olduğunu təsəvvür edin. Belə olduqda, onların  sizə tərəf gəlməsi zəruriyyətə çevrilir. Onların cəzb olunması isə şəraitdən aslıdır. Buna görə də həyəcanlanıb narahat olmayın. Ona olan ehtiyacınızı düşünməyin. Onlar haqqında, sizə mənsub və sizin ixtiyarınızdaymış kimi düşünün.

Bizlərdən çoxu, istədiklərini necə  əldə edə biləcəkləri barəsində heç bir fikirləri olmadığına görə, onu arzulamağı belə özlərinə yaxın buraxmır.

Kefin kökdürsə, deməli, qəbuledici tezliyə köklənmisən. Bütün yaxşılıqları  cəzb edən tezlikdəsən və könlündən keçənləri alırsan.

Arzuladığın maşını sürərək onu yoxlama sınağından keçirt. Arzuladığın ev üçün bir şey al. Bu zaman arzuladığının artıq  sənin olduğu hissini yarat və bu duyğunu daima xatırla. Arzuladığınıza yaxınlaşmaq üçün atdığınız hər bir addım, sözün əsl mənasında özünüzə cəzb etməyə yardımçı olacaqdır.

Çəkinin qidadan asılı olduğu bircə fikriniz, sizi kökəltməyə bəsdir. Hər şeyin ilkin səbəbinin fikirlər, düşüncələr olduğunu, qalanlarının isə yalnız onların nəticəsi olduğunu yadda saxlayın.

Vücudunuzun hər kvadrat santimetrinə məftun olun, tərifləyin, razılıq  edib onun mükəmməl olduğunu düşünün.

Mənbə: Rhonda Byrne – “The Secret” kitabı 
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

0
 

13
 

VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

“AYDINLANMAĞIN ABC-Sİ ” – 1

Xüsusi

Gözləntilərinizi buraxın. Açıq olun, olub bitənlərə qarşı hazır olun. Amma, gələcəyə dair planlar qurmayın. Gələcək üçün gözləntiləriniz olmasın, onunla bağlı sabit fikirləriniz olmasın. Onda, artıq acı çəkmədiyinizi görəcəksiniz.

Adanmaq, ürəyinizin bir xüsusiyyətidir. Ətrafınızdakı hər şeyə hörmətlə yanaşırsınız. Ətrafınızdakı hər şeyə böyük bir sevgi bəsləyirsiniz. Söhbət, qarşınızdakı insanın dəyərli və ya dəyərsiz olmağından getmir, çünki sevgi bir iş deyil. Məsələ insanın dəyərli olub-olmamağı deyil, qəlbinizin sevgiylə dolaraq daşıb- daşmamağıdır. Əgər sevgiylə doludursa, qəlbiniz dəyərli olanı da, dəyərsiz olanı da tapır. Aralarında ayrı-seçkilik etmir.
Buludlar doludur və yağış yağır. Yağışın sadəcə yaxşı insanların üzərinə yağdığını və pis insanlardan özünü gizlətdiyini düşünürsüz? Sadəcə yaxşı xristianlar, yaxşı hindular, yaxşı yəhudilərin üzərinə yağdığını və ateistlərin üzərinə yağmadığını düşünürsən? Yağış yağır, çünki buludlar yağışla doludur.
Adanmaq, dolub daşan sevgidir.

Əxlaq sizə başqaları tərəfindən məcbur edilir. Din ilə bağlı bir durum deyil. Hökm etməyin bir forması, köləliyin bir çeşididir. Çünki nəyin doğru, nəyin yalnış olduğunu hələ anlaya bilmirsiniz. Bu sizə digərləri tərəfindən söylənildi.  “Əxlaq” dediyiniz şeyin gerçəkdə əxlaqmı, əxlaqsızıqmı olduğunu bilə bilməzsiniz. Hər hansı bir şey bir toplumda əxlaqa uyğun ikən eyni şey fərqli bir toplumda əxlaqa zidd ola bilər.
Dünyaya bir göz atın, görmə gücünüzü genişləndirin. Orada bir çox fərqli əxlaq anlayışı olduğunu görüb təəccüblənəcəksiniz. Bu necə ola bilər? Doğru doğrudur, yalnış da yalnış ! Bir çox əxlaq anlayışının olması mümkün deyil, bir hindu əxlaqı, bir müsəlman əxlaqı və ya bir Jaina əxlaqının olmasını mümkün deyil. Amma bir çox əxlaq anlayışı var. Bu sadəcə, bütün bu əxlaq anlayışlarının fərqli toplumlar tərəfindən toplumu yaradan fərdlər üzərində hakimiyyət qurmaq üçün yardılmış olduğunu göstərir. Əxlaq, fərdləri həbs etməyə yarayan bir strategiyadır.

Ağıl, bugünə kimi yaşadığınız təcrübələr, yəni bugünə qədər başınıza gələnlər, çoxdan ölmüş olan şeylərdir; ağıl vaoluşunuzun ölü qismidir. O keçmişdir, həyatın ətrafında dolanan bir ölüdür. Sizin burda olmağınıza icazə verməz, indidə olmağınıza imkan verməz. Ətrafınızı əhatə edən bir bulud kimidir. Onun ardındakını görə bilməzsiniz, görüş sahəniz açıq deyildir. Hər şeyin forması pozulmuşdur.
Bu buludun dağılmağına icazə verin. Özünüzü cavabsız buraxın. Heç bir nəticəyə, heç bir fəlsəfəyə, heç bir dinə bağlı qalmayın. Açıq olun, sadəcə açıq. Müdafiəsiz qalın, beləliklə, gerçək sizi tapar. Müdafiəsiz olmaq, ağıllı olmaqdır. Ağıllı olmaq, ağlın koridorlarında  gerçəkliyi itirəcəyinizi  bilməkdir. Ağıllı olmaq, ağılsız olmağın qapını açan açar olduğunu bilməkdir.

“Aqnostik” bilməyən insandır, aqnostik sadəcə tək bir şeyi, bilmədiyini bilən insandır. Aqnostik olun. Bu gerçək dinin başlanğıcıdır.

İnanmayın, ama inancsız da olmayın. Bir Hindu olmayın, lakin  Jain   və ya Xristian da olmayın , yoxsa, qaranlığa doğru irəiləməyə davam etmiş olacaqsınız.  Bütün idealogiyaları, bütün fəlsəfələri, bütün dinlər, bütün düşüncə sistemlərini buraxmadığınız və içinizi tamamilə boşaltmadığınız müddətcə əlinizdə heç bir şey qalmayana qədər, heç bir fikriniz qalmayana qədər davam etmədiyiniz müddətcə… Tanrı ilə bağlı bir düşüncəniz necə ola bilərki ? Onu tanımırsınız. Sadəcə böyük bir tanıma arzusu ilə içəriyə girin, amma bilgiylə bağlı bir fikriniz olmasın. İntensiv bir tanıma istəyi ilə gedin, orada nə olduğunu ehtiraslı bir eşqlə bilmək istəyin, ancaq, başqalarının sizə verdiyi fikirləri yanınızda aparmayın. Onları xaricdə buraxın. Axtaran insanın gerçəkliyə gedən  yolda qarşısına çıxan ən böyük əngəl budur.

İnsan aşiq olmalıdır. Eşq sadəcə bir münasibət olmamalıdır, bir varoluş halı olmalıdır. Birinə aşiq olduğunuz zaman, o insandan dolayı hər şeyi sevərsiniz. Və əgər həqiqətən aşiq olmusunuzsa, birdən-birə ağacları və quşları, göyün üzünü və insanları sevməyə başladığınızın fərqinə varırsınız. Birinə aşiq olduğunuz zaman tam olaraq nə baş verir ?  Bir qadına aşiq  olduğunuz zaman, bütün qadınlara aşiq olursunuz. O qadın sadəcə bir təmsilçi, düyada varolmuş, var olan və var olacaq bütün qadınların bir nümunəsidir. O qadın, sadəcə qadınlığa açılan bir qapıdır. Lakin qadın sadəcə qadın deyil, həm də bir insandır. Buna görə də bütün insanlara da aşiq olarsınız. Bir dəfə aşiq olduğunuz zaman, eşq enerjinizi hər şeyə verdiyinizi görüdüyünüz  zaman, təəəcüblənəcəksiniz. Bu, gerçək eşqdir.
Sahib olmağı istəyən eşq gerçək deyildir. O qədər kiçikdir ki, həm özünü, həm də digər insanı boğar. Amma, indiyə qədər həmişə bu yaşandı. Eşq heç bir zaman əhatəedici olmadı. Sizə, xaricedici eşq öyrədildi. Lakin eşq, əhatəedici ola bilər. Bütün dünyanı sevə bilrəsniz.

Aşmalı olduğunuz ilk şey bədəndir. Bədənin içində olduğunuzun, amma bədən olmadığınızın fərqinə varmalısınız. Bədən gözəldir, ona baxmalı, ona qarşı mehriban  olmalısınız. O sizə gözəl bir şəkildə xidmət edir. Ona düşməncə davranmamalısınız. Dinlər, insanlara bədənlərinə qarşı düşməncə davranmalarını öyrədib ona işkəncə etmələrini deyirlər və buna da çiləçilik deyirlər. Nə böyük bir axmaqlıq ! Və bədənlərinə əziyyət verərək onu aşacaqlarnı sanırlar. Lakin, tamamilə xətalıdırlar. Bir şeyi aşmağın tək yolu, fərqində olmaqdan keçər, işgəncə etməkdən yox. Heç şübhəniz olmasın, əziyyət verməkdən yox! Evinizə işgəncə etmir, onun içində yaşayırsınız; amma o olmadığınızı da bilirsiniz. Bu, bədəniniz üçün də belədir: Oruc tutmağınıza, başınızın üstündə durmağınıza, bədəninizi min bir formaya salmağınıza ehtiyac yoxdur. Sadəcə izləmək və fərqində olmaq kifayətdir.

Aydınlandığınız zaman, yeni bir insan olmursunuz. Əslində heç bir şey əldə etmir, sadəcə bir şeyləri itirirsiniz: Bağlarınızı itirirsiniz, əsarətinizi itirirsiniz, bədbəxtliyinizi itirir və itirməyə davam edirsiniz. Aydınlanma, itirmə periodudur. İtirəcək bir şey qalmadığı zaman çatılan mövqe Nirvana -dır. Mütləq bir səssizliyin ortasında qalmağa aydınlanma deyilə bilər…

Mənim bütün yanaşmam anbaan yaşamaq, anbaan sevinclə, coşğuyla yaşamaq,  anbaan hər şeyilə  intensiv və ehtirasla yaşamaqdır…

Ehtirasla yaşadığınız zaman egonuz yox olur.

Əgər kimsə həyat eşqiylə dolu və həyata eşqlə bağlıdırsa, bu gerçək müqəddəslikdir.

Gerçək müqəddəslik,  varoluşa bir qatqın olmasıdır.

Gerçək müqəddəslər, müqəddəs olaraq tanınmazlar; heç bir kilsə onları  müqəddəs saymaz. Kilsə tərəfindən müqəddəs sayılan müqəddəslər əslində saxta, anlamsız, süni, sintetik və plastik müqəddəslərdir. Heç gülməzlər. Lakin İsa güldü, o içki içdi, yaxşı bir yemək yedi və sevdi. O, gerçək bir insan idi, olduqca dünyəvi idi, kökləri dünyaya bağlı idi.

Bağlanma, bir şeyə tutunmaq və onun sonsuza qədər eyni şəkildə qalmasını istəməkdir. Bu, mümkün olmayanı istəməkdir. Həyat axar və heç bir şey eyni qalmaz.

Baharı hər an gətirə bilərsiniz. Sadəcə baharı çağırın və günəşin, küləyin və yağışın içinizə girməsinə izin verin…

“Bakirə”, tamamilə saf mənasındadır. O qədər safdır ki, zehində cinsəlliklə bağlı bir şey olmaz. Bu, bədənin yox, ağlın problemidir. Özünün dərinliklərində hər kəs bakirədir.  Bakirəlik, eşqin saf halıdır.
“Bakirədən doğulmağın” bioloji bakirəliklə heç bir əlaqəsi yoxdur, bu tamamilə absurddur. İsa, bioloji olaraq bakirə bir anadan doğulmayıb. Lakin İsa müthiş bir eşqin nəticəsi olaraq doğulmuş olmalıdır. Eşq hər zaman bakirədir. Eşq cinsəlliyi aşar ki, bakirəliyin anlamı da budur.
Lakin ağılsız insanlar hər yerdə var və İsanın bakirə bir anadan doğulduğu mövzusunda israr edirlər. Onu gülməli vəziyyətə salırlar. Və ağılsızlıqları ucbatından fövqəladə bir hekayə ilə fövqəladə bir metafora bütün anlamını itirir.

Basdırmaq, yaşamaq istəmədiyiniz bir həyatı yaşamaqdır. Basdırma, əsla etmək istəmədiyiniz şeyləri etməyinizdir. Basdırma, olmaq istəmədiyiniz insan olmaqdır, özünüzə zərər verməyin bir yoludur. Basdırma intihardır,  çox yavaş və çox qəti bir şəkildə zəhərlənməkdir.
Anlatım həyatdır, basdırma isə intihar.
Basdırılmış bir həyat yaşamayın, əks halda yaşamırsınız deməkdir. Anlatımın, yaradıcılığın və sevincin olduğu bir həyat yaşayın. Təbii şəkildə yaşayın. Sezgilərinizi dinləyin, bədəninizi dinləyin, qəlbinizi dinləyin və ağlınızı dinləyin. Özünüzə güvənin, içinzdən gəldiyi şəkildə hərəkət edin, heç bir itkiniz olmayacaq. Təbii həyat axışınızı izlədiyiniz zaman, tanrısallığın qapısına çatmış olacaqsınız.

Toplumun sizə əmr etdiklərinə uymadığınız zaman, rəğbət görməzsiniz. Bu da eqonuzu cəzalandırar, onu acından öldürər və belə yaşamaq son dərəcə çətindir. Buna görə də, məntiqli olsun və ya olmasın toplumun bütün istəklərini yerinə yetirməyə hazırsan.

Nə zaman “boş” sözünü eşitsək, ağlımıza mənfi bir şey gəlir. Buddanın dilində boşluq mənfi deyil. Boşluq tamamilə müsbətdir, hətta sizin doluluq dedyiniz şeydən daha müsbətdir, çünki boşluq özgürlüklə doludur. Hər şey ortadan qaldırılmışdır. Boşluq rahatlıqdır, bütün sərhədlər qaldırılmışdır. Sərhədsizdir və sadəcə sərhədlərin olmadığı yerdə azadlıq mümkündür.

Meditasiyanın bütün periodu budur: hər şeyi çıxarmaq, özünüzü elə bir şəkildə ortadan qaldırın ki, geridə heç bir şey qalmasın, həta siz belə. Bu cür dərin bir səssizlikdə azadlıq vardır.

Bir Budda anbaan yaşayan, keçmişdə yaşamayan, gələcəkdə yaşamayan, burada və indi yaşayan insandır. Buddalıq indiki anda olmaqdır ki, bu bir məqsəd deyil, gözləməyinizə ehtiyac yoxdur. Siz də sadəcə indi və burada olaraq bir Budda ola bilərsiniz.

Özünüzə sayğı duyun, özünüzü sevin, çünki heç bir zaman sizin kimi bir insan olmadı və olmayacaq da.

Ruhunuz görünməyən bədəninizdir və bədəniniz də görünməyən ruhunuzdur.

Böyümək istəyirsinizsə, keçmişi buraxın. Keçmiş artıq yoxdur, tamamilə keçərsizdir, amma həmişə indiyə qarışmağa davam edir. Hadisələri, onu göz önünə alaraq dəyərləndirirsiniz. “Bu doğrudur, bu yalnışdır” deyə dəyərləndirməyə davam edirsiniz ki, bu doğru və yalnışlarla bağlı bütün fikir və dəyərləndirmələr ölü bir şeydən qaynaqlanır. Ölü keçmişiniz, üzərinizə o qədər ağırlıq salır  ki, hərəkət etməyinizə icazə vermir. Keçmişi tamamilə buraxın.

Can sıxıntısı sadə anlamıyla həyatınızı yalnış yaşayırsınız deməkdir. Niyə ürəyiniz sıxılır? Ürəyiniz sıxılır, çünki başqaları tərəfindən verilən ölü davranış qəlibləri ilə yaşayırsınız. Bu qəliblərdən vazkeçin. Öz həyatınızı yaşamağa başlayın…

 

Mənbə: Osho – “Aydınlanmanın ABC’ si” kitabı
Hazırladı: Fidan Aslanova

Beyenmeler

12
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

AXTARMAYAN TAPAR: MÖVZUMUZ “EŞQ”…

Xüsusi

Eşq maraq oyandıran bir şeydir və bir çox insan eşqi axtarır. Xüsusilə qadınlar, biriylə birlikdə olma ehtiyacını intensiv olaraq hiss edirlər. İnsanların möhtaclıqları və ümdsüzlükləri, eşqə olan həssaslıqlarını göstərir. Sadəcə bir problem var: möhtaclıq və ümdsüzlük cəzbedici deyil.

Hər kəsi potensial sevgili olaraq görməkdən əl çəkin.

Bir kişi, qadının ümüdsüzlüyünü sezə bilər. Və heç kim, hələ ilk görüşdə potensial bir həyat yoldaşı olaraq görülməyi istəməz. Buna görə də biraz rahatlayın və özünüz olun.

Ümidsizlik, zəifliyin işarəsidir.

Ümüdsüzlük və möhtaclıq, zəifliyin və aşağı özgüvənin əlamətləri olaraq görülə bilərlər. Bir insan, həyat yoldaşı tapmaq mövzusunda çarəsizliyə düşdüyü zaman, danışanda artıq dərəcədə və zamansız bir şəkildə açıq olduğunun fərqində olmaya bilər. Elə ilk görüşünüzdə, qarşınızdakı insana həyat hekayənizi və özəl həyatınızı anlatmaq məcburiyyətində deyilsiniz. İnsanın cəzbediciliyinin bir hissəsi, bilinməzliyindən gəlir.

Eşq, onu axtarmaqdan əl çəkdiyiniz zaman ortaya çıxar.

Başqa arayışlarla və işlərlə məşğul olmağa fokuslandığınız zaman, ətrafınıza özündən əmin bir hava yayırsınız. Fərdi inkişafınıza fokuslanmağınız, sizi sadəcə daha yaxşı bir insan etməz, eyni zamanda da daha yaxşı bir potensial həyat yoldaşı edər. Bu təəssüratı yaradan, insanın xarakteridir və cəzbedici bir özgüvən hissi yaradır.

Eşqi məcbur etməmək, daha mükafatlandırıcıdır.

Qədər vasitəsilə aşiq olmaq və iki insanı birləşmələri üçün məcbur etməmək, partnyor arayışı içində olmaqla müqayisədə,  daha mükafatlandırıcı və uzun müddətlidir. Doğru insanın həyatınıza təsadüfən girməsinə icazə vermək, hər kəsi potensial “doğru insan” olaraq görməkdən daha az yorucudur. Saxta və zorakı bir şeylə müqayisədə, eşqin sizi tapmasına icazə vermək daha az stresli və daha çox ilahi bir birləşmədir.

Aşırıya qaçmaqdan obyektivliyinizi itirməyin.

Davamlı olaraq bir eşq arayışı içində olmaq, yeni tanış olduğunuz insanlar haqqında obyektiv ola bilmə bacarığınızın itməsinə yol açar. Obyektivliyiniz azaldığı zaman bir insanın sizin üçün doğru insan olub-olmadığını necə ayırd edə bilərsiniz? Bir müddət sonra, hər kəs yaxşı bir variant kimi görünər; çünki siz elə olmalarını istəyirsiniz. Doğru insan olduqlarına görə yox.

Cazibə qanunları

Şəxsi keyfiyyətləri baxmından tamamilə özünüzə bənzəyən birini cəzb etməyi istəmək yox, eşqin özünün sizi cəzb etməsini istəmək, cazibənin qanunudur. Ətrafınıza yaydığınız enerji, insanlara cəzbedici gəlir. Rahat və pozitiv olmaq, zamanı gələndə mütləq eşqin sizə gəlməsini təmin edəcəkdir. 

Eşqi tapmaq, bir yük halına gəlməməlidir.

Eşqin, təbii yollarla olmasına icazə vermək, doğru insanı tapmağınızı mütləq sürətləndirəcəkdir. Axtarmaqdan əl çəkdiyiniz zaman, doğru insan gözlənməyən bir şəkildə ortaya çıxar. Eşq bir növ yük yox, əyləncə olmalıdır. Birinin sadəcə , təbii şəkildə  sizinlə birlikdə olmaq istəməsi daha romantik deyil?

Səbr, doğru insanı qarşınıza çıxaracaq. 

Ümidsiz bir şəkildə eşq arayışında olduğunuz  zaman, qarşılacağınız hər cür axmaqla birlikdə olma ehtimalınız çox yüksəkdir. Doğru insanı tapmağın açarı səbrdir. Tələskən olmaq, yanlış insana aşiq olmaq kimi həssas bir duruma sürüklənmənizə yol aça bilər.

Növbəti dəfə dostlarınıza bayıra çıxanda rahat olun, dərin bir nəfəs alın, əylənin və özünüz olun. İnsanların sizdən xoşlanmaları üçün çabalamağınıza ehtiyac yoxdur. İcazə verin, eşq təbii şəkildə gəlsin. Düşündüyünüzdən daha yaxın bir zamanda aşiq ola bilərsiniz !


Hazırladı: Fidan Aslanova

Mənbə: fotogaleri.haberler.com

Beyenmeler

0
 

9
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

İNSANDA ƏTALƏT HALI NƏDİR ?

Xüsusi

Xalq arasında daha çox tənbəllik olaraq bilinən, hətta lüğətdə belə, tənbəllik, işsiz qalma mənalarında olan ətalət, bilinənin əksinə, tənbəlliyi içində barındıran, lakin tənbəllikdən fərqli bir vəziyyətdir. Təəssüf ki, bu yalnış tərif, ətalətin yalnış anlaşılmasına və bilinmədiyi üçün də doğru çözümə gedilə bilməməsinə yol açır. Yaxşı bəs ətalət nədir?

Ətalətin kəlmə anlamı, passivlik halıdır. Hər hansı bir hərəkətə qarşı bir çox səbəbə bağlı olaraq müqavimət göstərmə vəziyyətidir. İnsanın,  nəyi istədiyini və buna çatmaq üçün nələr edə biləcəyini bildiyi halda, hərəkətə keçməməsi, içində var olan potensialını, bacarıqlarını istifadə etməməsi, yəni etməli olduğu şeyi bildiyi halda etməməsi, onun ətalət halında yaşadığının göstəricisidir. İstəksizlik, yorğunluq, depressiya, tənbəllik kimi vəziyyətlərin bir arada yaşandığı bir növ psixoloji xərçəng olaraq adlandırılan ətalət, gizlincə gəlir və fərq edilmədiyi zaman bütün bədəni və ruhu ələ keçirir. Ən tipik əlamətləri: tənbəllik, təxirə salmaq, tükənmişlik sendromu, bezginlik, bəhanəçilik, istəksizlik kimi passivlik hallarıdır.

Ətalətin yaranmasını anlatan məşhur bir hekayə var. Bu, çox insan tərəfindən bilinən, suya atılan qurbağanın hekayəsidir ki, hətta elmi bir təcrübədir. Qurbağa öncə  isti su ilə dolu olan qaba atılır və o dəqiqə də canını qurtarmaq üçün qabdan bayıra tullanır. Sonra, qurbağa təkrar olaraq su dolu bir qaba atılır, lakin bu dəfə suyun istiliyi noraml səviyyədədir və qurbağa da halından məmnundur. Bu əsnada, qab odun üstünə qoyulur və su yavaş-yavaş isinir. Bunun nəticəsində müşahidə olunan isə budur ki, halından məmnun olmağın verdiyi rahatlıqla, qurbağa  suyun istiliyinin artdığını hiss etməyib. Bu, ətalətli halda yaşayan insanların vəziyyətinə bir nümunədir. Ətalət insanın həyatına gizli bir şəkildə girir və özünü fərq etdirmədən insanı ələ keçirir.

Ətalət, insanın həyatında iki cür olur : İnsanın ruhunu ələ keçirən psixoloji ətalət və bədənini ələ keçirən fizioloji ətalət.

Psixoloji ətalət, bir çox psixoloji faktorlara bağlı olaraq ortaya çıxan və depressif ruh halını artıran ətalət halıdır. Fiziki ətalət isə, bədəndəki hərəkətlərin yavaşlığıdır. Son dönəmlərdə artan oturaq masa işləri  bu ətaləti daha da yaymaqdadır. Bu iki ətalət biçimi bir-birinə bağlı və biri digərinə yol açan bir döngü biçimindədir. Fiziki ətalət psixoloji ətalətə çevrilə bildiyi kimi, psixoloji ətalət də fiziki ətalətə çevrilə bilər.

Psixofizioloji  bir vəziyyət olan ətalət, bir çox səbəbə bağlı osla da, başlıca səbəbləri bunlardır:

1) Məqsədsizlik: Həyat məqsədinin nə olduğunu bilməməkdən, özünə bir yol, bir yön seçə bilməməkdən qaynaqlanan və nəticədə ətalətə aparan vəziyyətdir.

2) Mükəmməlliyyətçilik: Edilən hər şeyin mükəmməl olmalı olduğu inancına söykənən mükəmməlliyyətçiliyin verdiyi qatılıq və heç bir şeyin istədiyi kimi olmamasından qaynaqlanan stres nəticəsində ətalətə aparan xarakter biçimidir.

3) Pulsuzluq: Etmək istədiyi şeylərin müəyyən bir sərmayə tələb etməsi və özündə bu sərmayənin olmamasının verdiyi çarəsizlik nəticəsində ətalətə aparan bir vəziyyətdir.

4) Mənfi duyğular və düşüncələr: Temperament olaraq neqativ baxış bucağına sahib olan fərdlər və bu baxış bucağının verdiyi mənfi duyğular ilə özünü sabotaj edər və nəticədə ətalətin yaranmasına zəmin hazırlayar.

5) Passiv müqavimət: Etməyi istəmədiyi bir şeyi etməkdə çətinlik çəkən inanların öz içində göstərdiyi inad və müqavimətin ətalət yaratmasıdır.

6) Öyrənilmiş çarəsizlik: Hədəfinə çatmaq üçün önünə çıxan əngəlləri aşmağa çalışan və hər dəfəsində uğursuzuqla qarşılaşan  insanın, bacaracağına dair inancını itirib ümüdsüzlüyə qapılması nəticəsində bir şey etmək istəməməsindən qaynaqlanan vəziyyətdir.

7) Daxili qaşıdurmalar: Fərd, etməli olduğu işi öz dəyərlərinə, şəxsiyyətinə uyğun hesab etmir, lakin məcburiyyətdən dolayı edirsə, bu vəziyyət insanda daxili qarşıdurma yaradaraq bir müqavimət ortaya çıxarır. Bu müqavimət zamanla ətalətə çevrilir.

8) Doğru öncəlik müəyyən edə bilməmək: Potensialından çox özünə iş yükləmə, intensivlik və gün içində çıxan təcili işlərin, önəmli işlərin yerini alması səbəbiylə yaranan stres ətalətə çevrilir.

Göstərilən bu başlıca səbəblər xaricində də bir çox səbəbə bağlı olaraq ortaya çıxan ətalət, fərqinə varılıb çözümünə gedilmədiyi təqdirdə, insanı günü-gündən ruhi pozulmalara aparan təhlükəli bir həyat tərzidir.

Mənbə: www.bilgiustam.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

11
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

NARAHATLIQ HİSSİNİN SƏBƏBLƏRİ

Xüsusi

Psixoloji narahatlıq hissi – həyəcan, stres, panik ataka, sosial fobiya kimi problemlərə gətirib çıxarır. Aşağıda sadalanan səbəblərdən bəziləri bir-birinə bağlı olan səbəblərdir. Sizin narahatlığınız bu səbəblərdən birinə və ya bir neçəsinə, hətta hamısına da bağlı ola bilər. Səbəbləri aydınlaşdırdıqdan sonra hamısının birdən olmamaq şərtilə üzərlərində işləmək olar. Bəzən, sadəcə problemi yaradan səbəbin fərqində olmaq belə, problemin yüngülləşməsinə, hətta yox olmasına kömək edə bilir. 

1.   Qorxaqlıq
2.  Ölüm qorxusu
3.   Fiziki acı qorxusu
4.   Xoşbəxtlik qorxusu
5.   Utancaqlıq, çəkingənlik
6.   Cinsəllik qorxusu, utancaqlığı və çəkingənliyi
7.   Cəsarət çatışmazlığı, cəsur ola bilməmək
8.   Özünü qəbul etməmək və sevməmək
9.   Xarici görünüşünü qəbul etməmək və sevməmək
10.  Özünü dəyərsiz, önəmsiz  hiss etmək
11.   Özünü başqaları ilə müqayisə etmək
12.   Mükəmməlliyyətçilik
13.   Özünə güvənməmək – sağlamlığına, ağlına, gücünə, bacarığına, savadına, gözəlliyinə, potensialına güvənməmək
14.   Həyata güvənməmək
15.   Həyata, bilinməyənə, təcrübələrə, yeniliklərə açıq olmamaq
16.   Tənbəllik, iradəsizlik, komfort zonanın xaricinə çıxa bilməmək, passiv həyat tərzi, monoton həyat tərzi, fiziki.. psixoloji.. ruhsal baxımdan yalnış həyat tərzi, məsuliyyətsizlik, təxirə salma vərdişi, şəxsin həyatında kifayət qədər sosiallığın olmaması, qaçınma davranışları
17.  Səbrsizlik
18.  Tələskənlik
19.  Anı yaşaya bilməmək
20.  Keçmişdə və ya gələcəkdə yaşamaq, gələcək barəsində narahatlıq
21.  Mənfi düşünmək, mənfi düşüncələr
22. Başqalarının nə düşündüyünü önəmsəmək
23. Həddindən artıq düşünmək

Müəllif: Fidan Aslanova

Beyenmeler

0
 

12
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

KÖHNƏLMƏ…

Xüsusi

Yeni olan hər nə varsa, marağımıza səbəb olar, diqqətimizi çəkər, enerjimizi alar. Bu marağın müşaiyətində müxtəlif təlabatlar formalaşar. Yeni olanı tanımaq, yaxınlaşmaq, bələd olmaq. Maraq o qədər güc gələr ki, sirli tərəf qalsın istəmərik, bacardıqca mənimsəyərik.
Qəbula balaca bir oğlan gəlmişdi. Aktiv uşaqdı, hərəkətli oyunlara daha çox yer verdik. Bu onun xoşuna gəlmişdi.
-Həmişə mənimlə belə oynayarsan?-dedi.
-Əlbəttə, oynayaram -deyə cavab verdim.
-Lap köhnəlsəm də hirslənməzsən?
O gündən bu “köhnəlmək” sözü beynimdə o qədər düşüncələrə səbəb olub ki…
Köhnə- istifadə müddəti bitmiş, yararlılığını itirmiş, heç kimə lazım olmayan…
“Planlı köhnəlmə”ni də xatırladım.

Doğurdan da biz təzə olan, yenilik hiss etdiyimiz hər şeyi sevirik. Canlı, cansız olmasından asılı olmayaraq könlümüzü yenilər oxşaya bilir. Ta ki köhnələnə qədər əzizləyirik nə varsa. Yəqin ki, hər zaman üçün köhnəlmək keçərli olub. Baxmayaraq ki, həmişə  “Hər şeyin təzəsi, dostun köhnəsi” deyilib. Baxmayaraq ki, qırx illik şərab daha keyfiyyətli sayılıb.
Qədim Yapon mədəniyyətinə görə parıldayan hər şey dəyərsiz və bayağı qəbul edilirdi. Çünki parıldayan hər şey yenidir və yeni olduğundan hələ istifadənin ona qazandırdığı dəyərə çatmamışdır.

Köhnəlmiş, dəfələrlə çay içilməkdən qaralmış bir fincan səbrimizi, duyğularımızı yüklədiyimiz bir əşyadır və zamanla həm bizim xasiyyətimizi, həm duyğularımızı yüklənmiş, o da bizə xidmət edərək bunun qarşılığını vermişdir.

Bəzi insanlar köhnə əşyaları saxlayar, dəyər verdiyi insanlarla paylaşdığı ortaq anları bu əşyalarda tapar. Bir fincan kimi dostluqlar, tanışlıqlar, paylaşımlar illər keçdikcə dəyər qazanır.

Onların yalançı parıltısı yoxdur. Özlüyündən parıldayar və bu parıldama cilalanma ilə deyil, illərin verdiyi güvənlədir.

Gündəlik istifadə olunan əşyalarda da dostluqlarda olduğu kimi çatlamalar, ləkələr ola bilər. Amma bunlar əşyanı atmanıza səbəb deyil. Tam tərsinə, çatlar və ləkələr təbiidir, dəyərlidir.

Bir əşyanı və ya dostu həyatınızdan silməmək üçün səbr və sədaqət kimi iki böyük duyğu lazımdır. Səbr sevgiyə bağlıdır. Xəta üzündən illərin dostunu, sevgisini silməkmi, yoxsa “xətanı anlamaq böyüklük istər” deyərək köhnə deyil, köhnəlməyən dostlara sahib olmaqmı?

Hal-hazırda elə bir dövrü yaşayırıq ki, insanın köhnəlməsi qaçınılmazdır. İnsanlar texnologiyalar sayəsində saysız-hesabsız insan tanıya bilir, dünyanın hər yerindən tanışlar qazanır.
Əgər planlı köhnəlmə haqqında eşitmisinizsə, yəqin ki, elə insanın bugünkü halını da bu cür qəbul etmək olar.
Kaliforniyada olan  bir yanğınsöndürmə binasına 1901-ci ildə taxılan elektrik lampası, artıq 115 ildir ki, yanmağa davam edir. Amma bizim aldığınız elektrik lampası cəmi bir neçə aydan sonra xarab olur.

Planlı köhnəlmə necə baş verdi?

1924-cü il, İtaliya, Cenova şəhəri
Elektrik lampasının günümüzdəki kimi ortalama 1000 yox, 2500 saat və daha çox ömrə sahib olduğu zamanlar. Bu zaman bu məkanda görüşənlər elektrik lampası istehsalçıları iqtisadi vəziyyətlərinə neqativ təsir edən çox önəmli bir məsələ üçün görüşmüşdülər. Elektrik lampaları o qədər dayanıqlı idi ki, bir şəxs yalnız uzun müddət sonra təkrar olaraq elektrik lampasına ehtiyac duyurdu. Bu da gəlirlərə təsir edirdi. Bu görüşdə iştirak edənlər bir qərar alırlar – bundan sonra elektrik lampasının ömrü 2500 saatdan 1000 saata qədər azaldılacaq. Və buna əməl olunması ciddi şəkildə yoxlanılacaq.
Bununla da elektrik lampaları daha tez xarab olmağa başladılar, insanlar daha çox almağa məcbur oldular və istehsalçılar da bu vəziyyətdən gəlirli çıxdılar.
Baxmayaraq ki, 100.000 saat ömrə sahib elektrik lampaları çoxdan kəşf olunmuşdu, bu məsələ heç kəsə sərf etmirdi.

Bu Planlı köhnəlmənin əsasının qoyulmağı demək idi.
Planlı köhnəlmə günümüz həyatında geniş şəkildə istifadə olunur, xüsusilə də texnoloji sahədə.
Planlı köhnəlmə əşyaların ömürlərinin qəsdən müəyyən bir zamanda limitli tutulması deməkdir. Və alış-verişləri tezləşdirməkdir.
Əvvəllər uzun müddət işləyən, amma indi zəmanət müddəti bitən kimi xarab olan soyuducular, telefonlar. Xarab olan, ehtiyat hissəsi tapılmayan, təmiri yenisindən daha baha başa gələn alətlər. Az qala hər il çıxan Samsung, Iphone moddelləri. Hər il, az qala hər fəsil dəyişən moda trendləri. Proqram yaddaşı yetmədiyi üçün yararsız qalan smartphone modelləri və s. Hər yanımızda var. İstəsək də, istəməsək də bu hadisənin bir parçasıyıq.

Şirkətlər 3 növ planlı köhnəlmə metodundan istifadə edirlər.:
1. Birbaşa metod:
Yəni ki, hazırlanan əşyanın ömrünün qabaqcadan limitli tutulması.
Məsələn, deyirlər ki, bu televizora 2 il zəmanət var, elə 2 ilin sonunda da mütləq xarab olur.
Əsasən də, elektrik cihazları: Kompüter, televizor və s.
2. Dolayı metod:
Aldığımız əşyanın xarab olması yox, istifadə edə bilməyəcəyimiz vəziyyətə gətirilməsi
Yəqin qarşınıza çıxıb komputeriniz xarab olur, servisə aparırsınız, servis deyir ki, bunun ehtiyat hissəsi artıq çıxarılmır, ya da bunun təmir edilməsi yenisindən baha başa gəlir. Biz də “məntiqi” variantı seçib, yenisini alırıq.
Ya da ki, telefonlarınız çox qəşəng işləyir amma istifadə etdiyiniz Facebook, Whatsapp application-larının həcmi o qədər artır ki, artıq telefona zorla proqram yükləyirik. Və ya şirkət elan edir ki, artıq bu telefon modellərinin proqram təminatını yeniləməyəcəyik..
Microsoft Office 2007 çıxanda da etmişdilər bunu. Əgər sizdə Microsoft Office 2003 idisə 2007 fayllarını aça bilmirdiniz, açılmırdı. Məcbur etmişdilər ki, 2003 paketi işləyə işləyə 2007 paketini alaq.
Bunun örnəkləri kifayət qədər boldur, çoxdur.
3. Psixoloji metod.
Hər il yeni telefon çıxır.
Hələ ötən il aldığın model artıq köhnədi.
Hər il yeni dəb elan edilir. Bu ilin, bu fəslin dəbi budur. Hələ keçən il aldığın köynəyi bu il geyinməkdə tərəddüd keçirirsən.
Xanımlar bir gecəyə geyindiyi paltarı artıq ikinci dəfə geyinmir. Psixoloji köhnəlməyə diqqət etməklə özümüzü kapitalizmin heç olmasa bir tələsindən xilas etmiş olarıq.
Təbii ki, həyatda irəlilədikcə təzə olan hər şey köhnəlir. Floberin dediyi kimi, “Hər şey, hər şey, hətta dərdlər də köhnəlir”.
Eyni zamanda, “Necə köhnələr var ki, heç köhnəlməz” düşüncəsi ilə sevdiyimiz insanları, dəyərləri, texnologiyanın inkişafı ilə həyatımıza daxil olmuş”planlı köhnəlmədən” qorumuş olarıq.

Müəllif:  Psixoloq R_M
İstifadə edildi: (Birbirbil.com)

 

Beyenmeler

0
 

11
 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

2019-CU İLƏ ÖZƏL- İŞIQ TUTAN SEÇMƏLƏR

Xüsusi

İnsanları sev, lakin qısqanc olma, sahiblənmə. Mümkün qədər çox insanla əlaqə qur, lakin azad qal və qoy, onlar da azad qalsın. Basqı altına almağa çalışma və heç kimin səni basqı altına almağına icazə vermə.
Əşyalardan istifadə et, lakin unutma: bu dünyaya əllərin boş gəlirsən və gedərkən də əllərin boş olacaq, buna görə də heç bir şeyə sahib ola bilməzsən.

Sənin xoşbəxtliyin, sənin şüurunun keyfiyyətinə bağlıdır. Xaricdəki şeylərə bağlı deyil.

Gülmək, çiçək açmaqdır.

Pul, həyat tərzin nədirsə, onu zənginləşdirər.

Xoşbəxt bir insan, Tanrının hər yerdə olduğunu görər. Onu görə bilmək üçün xoşbəxt gözlərə ehtiyacın var.

Əgər kimsə səni təhqir etsə və sən sussan – heç bir şey olmamış kimi – qarşındakı insan daha da hirslənər; getdikcə daha da özündən çıxar. Sən də hirslənsən, o bunu anlaya bilər, ancaq səssizliyini anlaya bilməz. Hətta, sənin səssizliyin səbəbilə özünü çox təhqir edilmiş hiss edə bilər. Sən, səssizliyin sayəsində yüksəlirsən. O isə böcək kimi qalır.

Həyatın istifadə qaydası yoxdur.

Əgər sən kişisənsə və qısqancsansa, qadın beyninə sahibsən. Əgər qadınsan və qısqanc deyilsənsə, onda kişi beyninə sahibsən.

Nə üçün qadın kişidən daha qısqancdır? – çünki qısqanclıq qorxudan doğur. Kişi, qadınla müqayisədə daha az qorxar, səbəb budur – kişi qadınla müqayisədə daha az qorxar. Daha az qorxduğu üçün də daha az sahiblənir. Qadın ağlı daha çox qorxar, qorxu ona təbii gələr, həmişə titrəyər. Bu qorxu səbəbilə qadın daha çox sahiblənər. Sahib olduğuna tamamilə əmin olmadığı müddətcə xoşbəxt olmaz. Və tamamilə sahibləndiyi zaman da xoşbəxt ola bilməz, çünki kişi artıq ölüdür. Ancaq, azadlıq insanı canlı edər.

Gerçək bir insan,  onu xoşbəxt edən şeyləri edəcək cəsarətə sahibdir.

Yanına sayılmayacaq qədər çox, yüzlərlə quş gəlirdi. Hisslərin dilini bilirdi. Bu sevgidir. Heç kim sevgidən qorxmaz, quşlar belə. Və onlar mütləq sizdən daha çoxunu hiss edərlər, çünki düşünə bilmək üçün hər hansı bir vəsaitləri, kifayət qədər beyinləri yoxdur.

Əgər həqiqətən gerçəyin nə olduğunu öyrənmək istəyirsənsə, din və fəlsəfənin içində itməməyə diqqət et.

Bir şeylərin axtarışında olmaq, bir şeyləri arzulamaq ağlın ən başda gələn xəstəliyidir. Bir şey axtramamaq, bir şey istəməmək, varlığının ən böyük sağlamlıq işarəsidir.

Zen insanı məqsədsiz şəkildə dolanar, bir hədəfi, bir gələcəyi yoxdur. Anlıq yaşayar, beyni işin içinə qarışdırmaz; eynilə yarpağın etdiyi kimi özünü küləyə buraxar. Küləyə deyər ki, “Məni istədiyin yerə apar.” Əgər göyün üzündə küləklərlə yüksəklərə çıxarsa, yerdə qalanlara qarşı özünü üstün hiss etməz. Əgər yerə düşsə, küləklə göyün üzünə yüksələnlərə qarşı dəyərsizlik duyğusu bəsləməz. Uğursuz ola bilməz. Əsla məğlubiyyətə uğramış hiss edə bilməz. Məqsədin yoxdursa, necə uğursuz ola bilərsən? Və də əgər, bəli bir hədəfə doğru getmirsənsə, necə məğlubiyyətə uğramış kimi hiss edə bilərsən? Üzüntüyə yol açan gözləntilərdir. Şəxsi ehtiraslar, uğursuzluğu gətirər. Zen insanı uğursuz olduğu zaman belə müzəffərdir.

Sevdiyin insanla belə gerçək ola bilməsən, harda gerçək olacaqsan? Harda? Səni sevdiyini düşündüyün insanla da gerçək ola bilməsən, onunlaykən belə gerçəyi açıqlamağa qorxur və gizlənirsənsə, tamamilə azad ola biləcəyin bir yeri harda tapacaqsan?

İcazə ver, hər şey öz yoluna getsin.

Əgər özünə güvənirsənsə, mənə güvənə bilərsən, insanlara güvənə bilərsən, varoluşa güvənə bilərsən. Əgər özünə güvənməsən, başqa heç bir güvən mümkün deyildir.

Sevgi idarə edilə bilməz, sifarişlə ortaya çıxmaz. Bir dəfə yox olduğu zaman da, geri qaytarmağın yolu yoxdur.

Həqiqi eşq üçün sabah yoxdur, həqiqi eşq üçün zaman yoxdur. Əgər bir insanı sevirsənsə, sevirsən. Sabah nə olacağı səni maraqlandırmır. Bu an elə çoxdur ki, bu an bir sonsuzluqdur. Sabah nə olacaq, görəcəyik. Sabah gələndə… Və sabah heç gəlməz. Həqiqi eşq indiyə aiddir.

Kimisə sevirsən və söz verirsən: “Səni həyatım boyu sevəcəyəm.” Əslində çox yaxşı bilirsən ki, sabahından əmin ola bilməzsən; saxta bir söz verirsən. Bütün deyə biləcəklərin sadəcə bundan ibarət ola bilər: “Hal-hazırda sənə aşiqəm və sənə hər şeyimi verirəm. Daha sonrası haqqıda heç bir şey bilmirəm. Necə söz verə bilərəm? Məni bağışla.”

Əslində kimsə səni sevdiyi zaman təəccüblənirsən. “Nə, mən? Kimsə məni sevir?” Zehnindən bu fikir yüksəlir: “Məni tanımır, ona görə. Əgər məni tanısa, əgər məni olduğum kimi görsə, məni əsla sevməz.” Buna görə də sevgililər özərini bir-birilərindən gizlətməyə başlayır. Çox şey gizli saxlanır, sirlər açılmır, çünki ürəklərini açdıqları anda sevginin itməyə məhkum olduğundan qorxurlar. Özlərini sevə bilmədiklərinə görə, başqasının onları sevə biləcəyini necə qəbul etsinlər? Sevgi özünü sevməklə başlayar.

Həyat, çözüləcək bir problem deyil, yaşanacaq bir sirrdir.

Əslində gözəl insan da yoxdur, çirkin insan da yoxdur. Çirkin insan biri ilə uyumlu ola bilər; o zaman çirkin insan, o insan üçün gözəldir. Gözəllik uyumun bir kölgəsidir. Əslində bir insana gözəl olduğu üçün aşiq olmursan; olan bunun tam əksidir. Birinə aşiq olduğun zaman, o insan gözəl görünür. Gözəllik fikrini gətirən eşqdir; əksi olmaz.
Lakin sənə tam uyan birini tapmaq nadir hallarda olur. Kimsə o qədər şanslı olduğu zaman, o zaman həyat bir melodiya ilə yaşanar;  o zaman iki bədən və tək ruh var. Bu gerçək bir cütlükdür. Və harda belə bir cütlüyə rast gəlsən, böyük bir zərafət və musiqi vardır çevrələrində, böyük bir aura, gözəl bir işıq, bir səssizlik…

Özünü sev. Bu sənin təməl öhdəliyin olmalıdır. Özünü sev. Digər hər şey öz-özlüyündən olacaqdır, amma təməli budur.

Sevinc, bütün qorxular üçün əks təsirdir. Həyatın dadını çıxarmasan, qorxu başlayar. Həyatın dadını çıxarsan, qorxu itib gedər.

Qorxu, sahib olmaq arzusundan doğar; bir yan məhsuludur; sahib olmaq istəyərsən, buna görə də qorxu başlayar. Əgər sahib olmaq istəməsən, qorxu da olmaz.

Dünyada hər zaman möhtəşəm şeylərin olmağını gözləyərək bir sürü şey qaçıran tonlarla insan var. Olmaz. Sadəcə kiçik şeylər olar; yemək yeyərək, səhər yeməyi yeyərək, yürüyüşə çıxaraq, duş qəbul edərək, bir dostla danışaraq, sadəcə tək başına oturub göy üzünə baxaraq və ya yataqda uzanıb heç bir şey etməyərək. Bu kiçik şeylər, həyatı yaradır. Bunlar həyatın içindədir. Buna görə də hər şeyi sevinclə et və hər şey bir duaya çevrilsin.

Qorxursansa, qorxursan – niyə bunu problem edəsən ki?

Səhv etməkdən qorxma, çünki səhv etməkdən qorxsan, heç irəli gedə biməzsən və həyatı qaçırarsan. Səhv etmək, heç bir şey etməməkdən yaxşıdır.

Qorxu varsa və sən onunla bağlı bir şey etməyə başlasan, yeni bir qorxu başlayacaq; qorxu qorxusu; hər şey daha da qarışacaq. Buna görə də qorxu varsa, qəbul et. Onunla bağlı heç nə etmə, çünki “etmənin” bir köməyi olmayacaq. Sənin qorxudan edəcəyin hər hansı bir şey, daha çox qorxuya səbəb olacaq; qarışıqlıqla edəcəyin hər hansı bir şey, daha çox qarışıqlıq yaradacaq. Heç bir şey etmə! Qorxu varsa, qorxunun orda olduğunu bil və qəbul et.

Qorxu çözülə bilər, lakin ondan qurtulmaq üçün tələsmə; yoxsa gizlədəcəksən. Səbrli ol, izlə, anlamağa çalış. Sənin bir parçan olduğunu qəbul et. Sənə yapışan çirkin bir şey olduğunu düşünmə – bu, onu rədd etməkdir və rədd etmənin faydası olmayacaq. O sadəcə sənin bir parçandır. Sevgi necə bir parçandırsa, qorxu da elədir. Qəzəbin bir parçan olması kimi, o da sənin bir parçandır. Heç bir duyğunu rədd etmə, çünki bütün o duyğular səni yaradır və hamısı gərəklidir. Əlbəttə, tək bir duyğuya ilişib qalmaq lazım deyil; sənin içində həmişə bir orkestr olmalıdırlar, ölçülü qalmalıdırlar.

Eqonun ölümü, sənin ölümün deyil; eqonun ölümü, əslində həyat ehtimalıdır.

Qorxu hiss edilirsə, problem sevgidir. Daha sevgi dolu ol. Qarşındakı insana qarşı bir neçə addım at… çünki hamı qorxur, sadəcə sən yox. Sən birinin sənə gəlib sevməyini gözləyirsən – sonsuza kimi gözləyə bilməzsən, çünki qarşı tərəf də qorxur. Və qorxan insanlar bir şeydən çox qorxarlar və bu da rədd edilməkdir. Mən gəlib sənin qapını döysəm, sənin məni rədd etməyin bir ehtimaldır. Bu rədd, bir yaraya çevriləcək. Ona görə də gəlməməyim daha yaxşıdır. Yalnız olmaq daha yaxşıdır. Tək başına olmağın, kiminləsə yaxınlaşmamağın daha yaxşıdır, çünki rədd edilə bilərsən. Yaxınlaşdığın və sevgiyə dair addım atdığın anda ilk qorxu başlayar – qarşı tərəf səni qəbul etsə belə, ehtimal həmişə var – səni geri çevirə bilər. Buna görə də qadınlar əsla ilk addımı atmazlar; onlar daha çox qorxur. Həmişə kişidən gözləyirlər – kişi gəlməlidir. Onlar həmişə rədd etmə və qəbul etmə ehtimalını özlərinə saxlayırlar, qarşı tərəfə bu şansı verməzlər, çünki kişilərlə müqayisədə daha çox qorxarlar. Buna görə də bir çox qadın bir ömür boyu gözləyər! Qapılarına heç kim gəlməz, çünki qorxan bir insan bir anlamda elə çox qapanar ki, insanları özünə yaxınlaşdırmaz. Qorxan insan ətrafına elə çox titrəyişlər yayar ki, yaxınlaşan hər kəs vazkeçər. Hərkətlərində belə qorxunu hiss edə bilərsən.

Mənbə: Osho 
Hazırladı: Fidan Aslanova

Beyenmeler

1
 

12
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

DAHA ÇOX SU İÇMƏK ÜÇÜN 11 TÖVSİYYƏ

Xüsusi

Su içməyin, insan sağlamlığı, dolayısı ilə də xoşbəxtliyi üçün nə qədər önəmli olduğunu bilsək də, çoxumuz kifayət qədər su içmirik. Hətta, demək olar ki, heç su içmədiyini deyən insanlar da var. İnsanlar su istəmədiklərini, su içməyin yadlarına düşmədiyini, su içməyi unutduqlarını deyirlər. Aclıq hissi ilə suzuluq hissini qarışdırır, bədənimizə su yerinə də yemək veririk. Su içmək üçün susamağı gözləməməliyik. Bədənimizin ən çox ehtiyac duyduğu şey sudur. Biz susamadığımız zamanlar da bədənimiz suya ehtiyac duyur. Əgər susamışıqsa, bu bədənimizin həddindən artıq susuz qaldığının göstəricisidir. Su içməyi vərdiş halına gətirdikdən, bədənimizi suya öyrəşdirdikdən sonra, su içmək daha asan və zövqlü olacaq. Nə bilmək olar, bəlkə də artıq, kifayət qədər su içməklə çoxdandır sizi narahat edən hansısa bir sağlamlıq probleminizi də həll etmiş olarsınız. Elə isə, aşağıdakı tövsiyyələrə nəzər salaq:

1. Özünüz üçün rituallar yaradın. Məsələn, gecə yatmazdan öncə, səhər oyananda, işə gedəndə, işdən qayıdanda, ümumiyyətlə evdən çıxanda və evə gələndə, yeməkdən öncə və sonra 1 stəkan su içə bilərsiniz.

2. Kiçik not kağızlarına “Su iç” .. “Su içməyi unutma” və s. bu kimi müxtəlif xatırlatmalar yazıb istifadə edə bilərsiniz. Məsələn bu kağızları kompüterinizə, noutbukunuza, soyuducuya, avtomobilinizə və s. bu kimi tez-tez görə biləcəyiniz.. gözünüzə dəyə biləcək yerlərə yapışdıra bilərsiniz. Koşelyokunuza qoya bilərsiniz. Gündəliyinizin, ajandanızın üzünə yaza bilərsiniz.

3. Həmişə üstünüzdə su gəzdirin. Hər zaman əlinizdə bir butulka suyunuz olsun.

4. İş masanızın üstündə həmişə su olsun.

5. İdmanla məşğul olsanız, daha çox su içərsiniz.

6. Xüsusi su qabınız, stəkanınız olsun.

7. Qonaq gedəndə, 1 stəkan su istəyin.

8. Bank, xəstəxana, gözəllik salonu  və s. bu kimi yerlərdə dispenserlər qoyulur. Fürsətdən istifadə edib, 1 stəkan su için. : )

9. Avtomobilinizdə su olsun.

10. Keyfiyyətli, dadlı su içməyə diqqət edin. Amma buna ilişib qalmayın. Əlimizin altında nə varsa, ok.

11. Suyun faydalarını  və susuzluğun zərərlərini tez-tez özünüzə xatırladın.

Müəllif : Fidan Aslanova

Beyenmeler

13
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

DÜNYADAKI ƏN NADİR ŞƏXSİYYƏT TİPİ: INFJ

Xüsusi

Şəxsiyyət xüsusiyyətlərinizin,  dünya əhalisinin sadəcə 1,5 -nin sahib olduğu bir şəxsiyyət tipinə bağlı olduğunu bilsəniz, nə hiss edərdiniz?

Dünya miqyasında etibar edilən Myers – Briggs şəxsiyyət testi, məşhur psixiatr Carl Yung-un təlimlərindən yaranmışdır. Carl Yung-un nəzəriyyəsi, bütün insanların dünyanı necə gördüklərinin 4 əsas fiziloji funksiyaya bağlı olduğu idi. Myers – Briggs -ə əsasən bunlar, yəni qavrayış, sezgi, duyğu və düşüncə fərqli ağırlıqlarla bir araya gələrək 16 fərqli şəxsiyyət tipini meydana gətirir. Bu şəxsiyyət tiplərinin dünyada ən nadir tapılanı, dünya əhalisinin təxminən 1,5-ni əmələ gətirən INFJ -dir.

İNFJ ŞƏXSİYYƏT TİPİ NƏ DEMƏKDİR?

I – İntrovert ( içə dönük )

N – Intuitive ( duyumsal )

F – Feeling ( Hiss mərkəzli )

J – Judging ( Mühakimə edici )

Müşahidə edici, maraq dolu və prinsiplərinə bağlı bir xarakter olan INFJ, çoxluq əvəzinə az sayda dosta, gurultu əvəzinə sakitliyə üstünlük verən sakit bir şəxsiyyət tipidir. Konkret yox mücərrəddir, kiçik detallarda boğulmayaraq böyük rəsmi görməyi bacarır. İnsani duyğuları obyektiv dəyərləndirmələrin önündə tutan INFJ, sosyal əlaqələri məntiqdən daha çox önəmsəyir.

INFJ -nin bu qədər nadir olması, çoxlarının toplumsal həyatda ayaqda qalmaq üçün dəyişmək məcburiyyətində olmaqlarına bağlanır. Doğuşdan gələn xüsusiyyətlərini əngəlləmək, ətrafları tərəfindən daha qəbul edilə bilən bir xarakterə bürünmək məcburiyyətində qalmaları, içə dönük və duyumsal xüsusiyyətlərini itirməklərinə səbəb olur.

INFJ – ni, DİGƏR ŞƏXSİYYƏT TİPLƏRİNDƏN AYIRAN 10 ÖZƏLLİK:

1. Dünya ilə güclü bir bağları var: İnsanlar ətraflarında olub keçənin  çoxsunu fərq etməz ikən, INFJ şəxsiyyət daha algısal, alıcıdır. Çevrələri və eləcə də digər insanlarla daha möhkəm bağlar qurur, anlam yükləyirlər. Buna görə də bu şəxsiyyət tipinin digər insanlara kömək edə biləcəkləri peşələr seçməsi təsadüfi deyil.

2. İdealist və qərarlıdırlar: Eleanor Roosevelt ve Nelson Mandela kimi iki önəmli liderin INFJ şəxsiyət tipinə malik olması, bu xarakterin idealizmiylə bağlı bir fikir verir. Başqasının duyğularını anlama bacarıqları ilə insanları özlərinə heyran edən INFJ-lər, dünyanı sadəcə olduğu kimi yox, olmasını istədikləri kimi görməyi bacarırlar.

3. Qərar vermə müddətləri uzundur: Bütün variantlarını dəyərləndirməyi sevən INFJ, qərar verə bilməməsiylə bəzən ərafındakıları dəli edə bilər.

4. Stres altında ikən özləri olmaqda çətinlik çəkirlər: INFJ-lərin digər şəxsiyət tipləri ilə müqayisədə stresi daha çox hiss etmələri, bu basqı altında özləri kimi olmamaqlarına səbəb ola bilər. Topluma ayaqlaşmaq, onlar üçün bir növ mübarizə mexanizması halına gələ blər.

5. Öyrəndiklərini hissləri ilə əlaqələndirirlər: INFJ-lər yeni öyrəndikləri bilgini, duyğuları ilə əlaqələndirdikləri zaman, öyrəndiklərini uzun müddət yadda saxlamaqları və təkrar xatırlamaları asanlaşır.

6. Anlamlı münasibətlərin axtarışındadırlar: Onları həqiqətən anlayan az sayda insanı, sıradan bir çox insanla çevrələnməkdən üstün tutan INFJ, adətən münasibətlərində də idealist və mükəmməliyyətçi olduğu üçün bəzən çətinlik çəkir.

7. Dürüst reaksiyalara dəyər verirlər: İstər yumşaq olsun, istərsə sərt, INFJ-lər dürüst olduğu müddətcə, şərhlərə və reaksiyalara dəyər verir. Eyni şəkildə, özərindən də soruşulduğu müddətcə, öyüd və tövsiyyə verməyi sevən inanlardır.

8. Pozitiv iş şəraitlərində hamıdan daha məhsuldar olurlar: Heç kim, neqativ enerjinin yayıldığı bir yerdə işləmək istəməz, amma INFJ  bu mövzuda ən həssas şəxsiyət tipidir. Bununla yanaşı, poztiv bir iş şəratindən ən çox fayadalananlar da onlardır.

9. Sakit və uyumludurlar: Yaxşı dinləyici olan, içə dönük INFJ şəxsiyyət titpi qarışıq problemlərlə üzəşməkdə adətən problem yaşamır. Yanlarında özlərini narahat hiss etdikləri və ya onlara qarşı əks reaksiyası olduğunu düşündükləri insanların yanında isə adətən içlərinə çəkilirlər.

10. Təbiətdə olmağı çox sevirlər: Dünyaya bağlı, həssas şəxsiyyətləri və stresə qarşı verdikləri reaksiyadan anlaşıldığı kimi, INFJ-lər həmişə daha hüzurlu ortamların axtarışındadır. Bu səbəblə, şəhərdənsə təbiətə üstünlük verir, mümkün qədər yaşıla və maviyə yaxın yaşamağa çalışırlar.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

14
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

OŞO – “KİŞİ” KİTABINDAN SEÇMƏLƏR

Xüsusi

Nəyə görə sevgililər davamlı olaraq bir-biri ilə dalaşır, deyinirlər, bir-birilərini bezdirirlər? Bunun sadə bir səbəbi var, əldə etməyi düşündükləri şeyi ala bilməməkləri. Hər ikisi də dilənçidir, hər ikisi də boşdur.

Və iki imperator, öz qəlblərinin sahibi olan iki insan görüşdüyü zaman, böyük bir həzz vardır. Heç kim başqa birindən asılı deyil; hər kəs azaddır və fərddir, öz mərkəzindədir, öz içində kök salmışdır. O, sevgi olaraq adlandırılan özsuyunun səthə doğru çıxdığı və minlərlə çiçək olaraq açdığı , öz varlığının dərinliklərinə enən köklərin sahibidir.

Sənin özünə qarşı sevgin sənin inkişafın üçün əsas təməl ehtiyacdır. Buna görə də mən sənə təbii olan məncilliyi öyrədirəm.

Sən doğulduğun zaman bir Xristian olaraq, bir Katolik olaraq doğulmadın; sən bir kommunist olaraq doğulmadın. Hər uşaq dünyaya bir tabula rasa olaraq, tamamilə təmiz bir şəkildə gəlir. Onun üzərindən heç bir şey yazılmır – İncil, Quran, Gita, Das Kapital – yox, onun üzərində heç bir şey yazılmır. O özü ilə birlikdə heç bir müqəddəs kitab gətirmir,  saf bir məsumiyyətlə gəlir. Lakin onun məsumiyəti, onun ən böyük dərdi halına gəlir. Çünki onun ətrafı siyasətçi, din adamı, ana-ata, müəllim görünüşündəki qurdlarla əhatəlidir. Onların hamısı sənin məsumluğunun üzərinə atılır. Onlar sənin üzərinə sonradan mirasın olduğuna inanacağın şeyləri yazmağa başlayırlar. Onlar sənin mirasını məhv etmişlərdir. Artıq onlar üçün səni əsarət altına almaq, sənə istədikləri hər şeyi etmək mümkündür.

Fədakarlıq, sadəcə özünü sevməyin bir nəticəsi ola bilər.

İfadə etmək həyatdır, əngəlləmək intihardır.

Tantra mesajı budur: Əngəllənmiş bir həyat yaşama, əks təqdirdə heç yaşamamış olacaqsan. İfadəyə, yaradıcılığa, coşğuya aid bir həyat yaşa. Varoluşun sənin yaşamağını istədiyi kimi yaşa; təbii şəkildə yaşa. Və din adamlarından qorxma.
Sezgilərini dinlə, bədənini dinlə, qəlbini dinlə, zəkanı dinlə. Özünə güvən, içindən gələn, səni hara aparırsa get. Və qətiyyən itməyəcəksən. Və təbii həyatınla içindən gəldiyi şəkildə hərəkət edərək bir gün ilahi olanın qapısına çatmağın qaçınılmaz olacaqdır.

Uşaqlar bir dilemma ilə üzləşirlər. O sevdikləri ilə savaşmaq məcburiyyətindədir və o, onların onu sevdiklərini də düşünür. Lakin onu sevən insanların, özü olaraq onu sevməməyi qəribə bir şeydir. Onlar ona, “Səni sevəcəyik, səni sevirik, amma sadəcə bizim izlədiyimiz yolu təqib etsən, bizim təqib etdiyimiz dini təqib etsən, bizim itaət etdiyimiz kimi itaətkar olsan…” deyirlər.

İçdənlik gözəldir, dürüstlük gözəldir, həqiqi olmaq gözəldir. Sadəcə özün olmaq, gözəl olmaqdır.

Lakin sevgi saxtalaşır. Və bir dəfə sən ucuz növ, plastik növ sevgini öyrəndinsə, o zaman original olanı, gerçək olanı, həqiqi olanı kəşf etmək çox çətindir.

Yolun kənarında eləcə dayan və insanları izlə və onların hamısının yuxularında yeridiyini görə biləcəksən. Hamısı  yuxularında yeriyirlər.
Və sən də eləsən.

Bir insan, heyvanlardan daha aşağı səviyyədə ola bilər və bir insan tanrılardan daha yüksək ola bilər. İnsanın sərhədsiz potensialı var.

Heyvanlar heç bir zaman insandan daha “heyvancasına” bir şey etməyiblər.

İnsan bir heyvandır. Və insanın bir heyvan olmadığı düşücəsi sənin inkişafının önündəki əngəllərdən biridir. Beləliklə, sən, heyvan olamdığın düşüncəsinə qapılırsan və o zaman inkişafın dayanır. İlk oyanış bu olmalıdır:  “Mən bir heyvanam və oyanıq olmalıyam və onun o tərəfinə keçməliyəm.”

Seksi sadəcə heyvani bir şey olaraq adlandırma. Çünki seks sadəcə olaraq, heyvansal ola bilər; bu mümkündür, lakin elə olmaq məcburiyyətində deyil. O daha yüksəyə çıxa bilər, o eşq halına çevrilə bilər, o ibadət halına çevrilə bilər. O sənə bağlıdır.

Seks, kişinin ən böyük köləliyidir. Meditasiya halına girmək üçün hər cür səy göstərməlidir.

Pornoqrafiya, sadəcə insanlar çılpaqlıqlarını təbii olaraq qəbul etdikləri zaman ortadan qalxa bilər.

İnsanların təbii olmaqlarına icazə ver və pornoqrafiya itib gedəcək. Qoy insanlar çılpaq olsun… Ofislərində çılpaq oturmaq məcburiyyətində deyillər; bu qədər həddi aşmağa ehtiyac yoxdur, lakin sahillərdə, çay kənarlarında və ya istirahət edərkən, evlərində rahatlanarkən, bağlarında günəşin altında dincələrkən onlaq çılpaq olmalıdırlar! Qoy uşaqlar, çılpaq ata-ananın ətrafında çılpaq bir şəkildə oyun oynasın. Beləcə, pornoqrafya ortadan qalxacaq. Playbol jurnalına kim, nə üçün baxacaq? Bir şeydən məhrum buraxılıb, təbii olan bəzi maraqlar əngəlləndyi üçün pornoqrafiya vardır…

Bir dəfə öz varlığına güvənməyə başladığın zaman, heç bir siyasətçi, heç bir din adamı səni istismar edə bilməz. İnsan hər zaman qorxu səbəbiylə istismar olunur.

Kişilər çox yaxşı dostdurlar. Qadınlar necə dost olunacağını bilməzlər. Qadınlar üçün başqa qadınları sevmək çətindir. Onlar bir-birilərini çox yaxşı tanıyırlar. Əslində onlar bir-birləri haqqında çox şey bilirlər.

Kişi qadını kəşf etməlidir, qadın kişini kəşf etməlidir.

Kişi və və ya qadın
Hələ də tək başına,
Lakin iki ruh bir araya gəldiyi zaman
Bir sevgili yaranmışdır ( Baul Mistikləri )

Qadınlar bir gündə 24 saat boyunca bir qadının rolunu oynamağa məcbur edilib və kişilər bir gündə 24 saat boyunca bir kişinin rolunu oynamağa məcbur edilib. Bu heç təbii deyil.

Qadın sadəcə onun üçün gözəl deyil: Ona baxan hər kəs üçün, onunla təmas quran hər kəs üçün o gözəldir. Eqoist kişi şovinist zehnində çox böyük bir qısqanclıq ortaya çıxır. Makyavellinin sityasətçilər üçün tövsiyyə  etdiyi şeyi  o, qadınlara edər. Evlilik də bir siyasətdir. Makyavelli ən yaxşı müdafiənin hücum olduğunu tövsiyyə edir. Və Makyavelli, siyasi çevrələrdəki təməl bir gerçəklik olaraq bunu fərq etmədən yüz illər öncə kişi bu fikri əsrlərdir istifadə etməkdə idi.  Harda bir növ hökmetmə varsa, mütləq ən yaxşı müdafiə üsulu hücumdur. Müdafiədə sən onsuz da nəsə itirirsən; sən indinən özünü yenilgiyə uğramış tərəf olaraq qəbul etmisən. Sən sadəcə özünü qoruyursan.

İçindəki qadını tap. Onu qidalandır, doyuzdur, onun inkişaf etməsinə kömək et. Ondan utanma və “Mən kişiyəm” demə. Heç kim sadəcə bir kişi və sadəcə bir qadın deyil; hər ikisi də hər ikisidir. Bu belə olmalıdır: Sənin yarın atan tərəfindən və digər yarın anan tərəfindən yaranmışdır. Sən bu iki enerjinin görüşməsisən. Sən sadəcə kişi ola bilməzsən, sən sadəcə bir qadın ola bilməzsən.

Sən yeni bir kimsə halına gəldiyin zaman, arvadın yeni bir insan olacaq. Sənə qarşılıq vermək üçün elə olmaqlı olacaq. Əvvəl- əvvəl bunun çətin olduğunu düşüncək, çünki bu, hardasa yeni bir ər ilə yaşamaq kimi olacaq. Lakin yavaş-yavaş sən dəyişə bilsən, niyə də o da dəyişməsin deyə düşünəcək. Əsla digəri dəyişməlidir deyə ümid bəsləmə. Hər münasibətdə öz tərəfindən dəyişikliyə başla.

İllər keçmişdir və sən əsla zavallı qadının gözlərinin içinə baxmamısan.

Əgər edə bilməsən, ən azından mış kimi et. Bəzən elə olur ki, mış kimi etməyə başlayırsan və həqiqətən olmağa başlayır.

Meditasiya, özünlə yaşamaq sənətidir. O bundan başqa bir şey deyil, sadə bir şəkildə budur: Coşğu ilə tək başına olmaq sənətidir. Bir meditasiyaçı xoşbəxtlik içində aylarla, illərə tək başına otura bilər. O, digəri üçün alışıb yanmaz, çünki onun daxili xoşbəxtliyi o qədər çoxdur ki, o qədər güclüdür ki, digərini neyləsin? Əgər başqa biri onun həyatına gəlsə, bu bir ehtiyac yox, bir lüksdür. Və mən tamamilə lüksün tərəfindəyəm, çünki lüksün anlamı, əgər o varsa onun dadını çıxara bilərsən və o yoxdursa onun da dadını çıxara bilərsən deməkdir. Bir ehtiyac çətin bir şeydir. Məsələn, pendir çörək ehtiyacdır, lakin bağaçadakı çiçəklər bir lüksdür. Çiçəklər olmadan yaşaya bilərsən, lakin pendir və çörək olmadan yaşaya bilməzsən.

İnsanlar dəyişdiyi üçün, heç kim iki  nəfərin hər zaman birlikdə xoşbəxt olacağına qarantiya verə bilməz. Bir qadınla tanış olduğun zaman, o bir insandır, sən bir insansan. On ildən sonra sən başqa biri olacaqsan. O başqa biri olacaq. Bu bir çay kimidir: Su davamlı olaraq axar. Aşiq olan inanlar artıq mövcud deyil. Onlar artıq orada deyil. İndi, başqa biri tərəfindən verilmiş olan müəyyən bir sözə yapışıb qalmağa davam edə bilərsən, lakin o sözü sən verməmisən.
Gerçək bir anlayış sahibi olan insan əsla sabah üçün söz verməz, o sadəcə, “Bu anlıq” deyə bilər. Həqiqətən dürüst bir insan heç söz verə bilməz. Necə söz verə bilərsən? Sabah kim bilə bilər? Saba gələ bilər də, gəlməyə bilər də. Sabah gələ bilər: “Mən eyni olmayacağam, sən eyni olmayacaqsan.” Sabah gələ bilər: “Sən daha dərindən uyğun ola biləcəyin birini tapa bilərsən, mən daha ahəngli bir şəkildə uyğun olduğum birini tapa bilərəm.” Dünya əngindir. Niyə onu bugün tükəndirəsən? Qapıları açıq saxla, alternativləri açıq saxla.

Eşq başlanğıcda sadəcə şüursuz bir şeydir. O biyolojidir, o dəyərli bir şey deyil

dir. Sadəcə sən onun içinə öz fərqindəliyini gətirdiyin zaman, onunla bağlı daha çox və daha çox meditasiya edən halda olduğun zaman, o dəyərli hala gəlməyə başlayar. O yüksəklərə doğru uçmağa başlayar.

Bir kişini aldatmaq asandır, çünki o intellekti ilə yaşayır; bir qadını aldatmaq çox çətindir, demək olar ki, qeyri-mümkündür. Çünki o, sezgiləriylə yaşayır.

Hazırladı:  Fidan Aslanova

Beyenmeler

14
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

AŞİQ OLMAQ HAQQINDA – CON STEYNBEK

Xüsusi

“Əziz Thom,

Məktubunu bu səhər aldıq. Bu məktuba mən öz baxış tərzimə görə cavab verəcəm, əlbəttə Elaine də öz baxış tərzinə görə.

Əvvəla – əgər aşiqsənsə – bu çox gözəl bir şeydir – bu, bir insanın başına gələ biləcək ən gözəl şeydir. Heç kimin bunu ələ salmasına icazə vermə.

İkincisi – Eşq bir neçe cür olur. Biri məncil, kobud, acgöz, eqoistdir və eşqdən öz kibrini qidalandırmaq üçün istifadə edər. Bu çirkin, zərərverici bir növdür. Digəri isə içindəki yaxşı olan hər şeyin xaricə çıxmağına səbəb olar – nəzakətin, incəliyin və sayğının; sadəcə nəzakət qaydalarına duyulan sayğının yox, digərini bənzərsiz və dəyərli görə bilməyinə səbəb olan o daha uca olan sayğının da. Birinici növ səni xəstə edər, özünü kiçik və zəif hiss etməyinə yol açar, amma ikincisi səni gücləndirər, sahib olduğunu belə bilmədiyin cəsarəti, yaxşılığı və müdrikliyi ətrafına yaymağına səbəb olar.

Bunun keçici bir gənclik eşqi olmadığını deyirsən. Əgər bu qədər güclü duyğular hiss edirsənsə, əlbəttə gənclik eşqi deyildir.

Ancaq deyəsən, məndən sənə nələr hiss etdiyini deməyimi istəmirdin. Bunu sən hamıdan daha yaxşı bilərsən. Sənə bu mövzuda nə etməli olduğunla bağlı kömək etməyimi istəyirsən və bunu edə bilərəm.

Öncəliklə sona qədər zövq al, minnətdar ol və şükranlıq duy.

Eşqin məqsədi ən yaxşı və ən gözəl məqsəddir. Çalış, ona çatasan.

Əgər kiməsə aşiqsənsə o insana açılmaqda bir təhlükə yoxdur – sadəcə bəzi insaların çox çəkingən ola biləcəyini unutma, bəzən eşq etirafı edərkən bu çəkingənliyi nəzərə almaq lazımdır.

Qızlar sənin nə hiss etdiyini bilmək kimi bir xüsusiyyətlərə sahibdirlər. Ancaq, yenə də bunu səndən eşitmək istəyərlər.

Bəzən müəyyən səbəblərdən hislərinə qarşılıq görə bilməzsən – amma bu, hiss etdiklərinin dəyərini aşağı salmaz.

Son olaraq, səni anlayıram, çünki mən də eyni şeyləri hiss edirəm; sən də belə hiss etdiyin üçün məmnunam.

Susan-la tanış olmağı çox istərdik. Qapımız hər zaman açıqdır. Ancaq bütün hazırlıqları Elaine edəcək, çünki o bu işdə mütəxəssidir; həm də çox məmnun olacaq. O da eşqi tanıyır, hətta bəlkə sənə daha çox kömək  edə bilər.

Və qətiyyən itirməkdən qorxma. Əgər doğrudursa, davam edəcək. Bircə tələsmə. Yaxşı şeylər əsla əldən çıxmaz.

Sevgilərlə,
Atan ”


Mənbə: https://koltukname.com

Hazırladı: Fidan Aslanova 

Beyenmeler

1
 

11
 

VN:F [1.9.16_1159]
Rating: -2 (from 2 votes)

DOĞRU PEŞƏ NECƏ SEÇİLİR ?

Xüsusi

Doğru peşəni seçmək çətindir. Lakin yaxşı müəyyən edilmiş bir  kariyera yolunuz olsa, iş tapmağınız asanlaşar. Öz üzərinizdə çalışaraq, biraz planlama ilə və biraz da daxili müşahidə ilə sizin və ailənizin ehtiyaclarını qarşılayacaq qazanclı və qane edici bir yol müəyyənləşdirə bilərsiniz.

“Doğru peşə necə seçilir?” deyənlərdənsinizsə, özəl bir peşə seçimi kitabçası kimi bu yazımızı sona qədər diqqətli bir şəkildə oxumağınızı tövsiyyə edirik.

Peşə seçimində maraq dairələrinizi nəzərə alın

1 – Xəyallarınızdakı peşəni düşünün

Peşə seçməyə çalışarkən işləmək məcburiyyətində olmasanız belə, məşğul olmaq istədiyiniz bir peşəni düşünməlisiniz. Tutaq ki, çox varlısınız və işləməyə ehtiyacınız yoxdur. Buna rəğmən fürsətiniz olsa, hansı işlə məşğul olmaq istəyərdiniz? Bu suala verəcəyiniz cavab ən yaxşı peşə seçimi olmasa da, sizə nə etmək istədiyinizlə bağlı fikir verəcək. 

Aktyor və ya aktrisa olmaq istəyirsinizsə, konservatoriyaya və ya rabitə fakültəsinə daxil olmaq haqqında düşünə bilərsiniz.

Dünyanı gəzmək istəyirsinizsə, host\hostes ola bilərsiniz. Bu, dolanışğınızı təmin etməyin və xəyallarınızı gerçəkləşdirməyin ən yaxşı yoludur.

2 – Xobbilərinizi düşünün

Xobbilərinizi və ya etməyi sevdiyiniz şeyləri işə çevirmək çox asandır. Xobbilərin bir çoxu gerçək dünyanın ehtiyacları ilə və durumları ilə uyğundur. Etməyi sevdiyiniz şeyləri və bunları necə işə çevirə biləcəyinizi düşünün.

Məsələn, video oyunları oynamağı sevirsinizsə, video oyunu dizayneri, proqramçısı və ya keyfiyyətə nəzarət mütəxəssisi ola bilərsiniz.

İncəsənəti və ya şəkil çəkməyi sevirsinizsə, qrafiki dizayner ola bilərsiniz.

İdmanı sevirsinizsə, müəllim\müəllimə olun və sertifikat alaraq məşqçi kimi işləyin.

3 – Zövq aldığınız şeyləri və ya məktəbdə olarkən zövq aldığınız dərsləri düşünün.

Nəzəri fənlər gələcəkdəki peşənizin təməlini qoya bilər. Lakin bəzi peşələr üçün daha çox oxumalı ola bilərsniz. Yuxarı sinifdə oxuyarkən ən sevdiyiniz fənn, gələcəkdəki peşəniz ola bilər.   

Məktəbdə oxuyarkən ən çox kimya fənnini sevirdiniz? Laboratoriya texniki və ya əczaçı ola bilərsniz.

Məktəbdə oxuyarkən ən çox ədəbiyyat dərsini sevirdiniz? Onda,  redaktor və ya mətn yazarı ola bilərsniz.

Məktəbdə oxuyarkən riyaziyyat dərsini sevirdiniz? Onda, mühasib və ya sığorta mütəxəssisi ola bilərsniz.

Bacarıqlarınızı nəzərə alın

1 – Məktəbdə oxuyarkən və ya indi bacarıqlı olduğunuz sahələri düşünün

Məktəbdə oxuyarkən ən yaxşı oxuduğunuz dərsləri düşünün. Bacarıqlı olduğunuz sahə, etmək istədiyiniz şey olmaya bilər , lakin bacarıqlı olduğunuz bir sahəni seçməyiniz gələcəyinizi qarantiyaya almağınıza və uğurlu olmağınıza kömək edəcəkdir.

Fikrə ehtiyacınız varsa, bir öncəki addımda olan misalları incələyin.

2 – Nədə çox yaxşı olduğunuz barədə düşünün

Nəyisə təmir etmək və ya nəsə düzəltmək kimi müəyyən bir bacarıqlarda çox yaxşısınızsa, bu bacarıqlarınızdan istifadə edərək uğurlu ola bilərsniz. Təhsil almalı ola bilərsiniz v

ə ya ehtiyac olmaz,  lakin ixtisaslı işçilərə olan tələbat daha yüksəkdir və bu insanlar daha asan iş tapır.

Məsələn, dülgər, avtomobil təmiri, inşaat və elektrik işlərindən başı çıxan insanlar əlləri ilə çalışaraq və ya bir şeyləri təmir edərək qazanc təmin edə bilərlər. Bu peşələr davamlıdır və qane edicidir.

Aşbazlıq kimi bacarıqlar da asan bir şəkildə işə çevrilə bilər.

3 – İnsanlararası münasibətlərinizi gözdən keçirin

Bacarıqlarınız digər insanlara kömək etmək və digər insanlarla ünsiyyət qurmağa uyğundursa, sizin üçün münasib olan bir sıra iş seçimi var. Digərləri ilə yaxşı ünsiyyət quran və digərlərinə təsir edə bilən insanlar marketinq, satış və ya oxşar  pozisiyalarda asan bir şəkildə kariyera qura bilərlər.

Başqalarına göz qulaq olmağı sevirsinizsə, tibb bacısı\qardaşı ola bilərsniz, inzibati sahədə köməkçi və ya ofis meneceri ola bilərsiniz.

4 – Bilmirsinizsə, soruşun!

Bəzən, bacarıqlı olduğumuz sahələri müəyyənləşdirməkdə çətinlik çəkirik. Heç bir mövzuda yaxşı olmadığınızı düşünürsünüzsə, ailənizdən, qohumlarınızdan və ya müəlimlərinizdən soruşun. Onların fikirləri sizi təccübləndirə bilər!

Hal-hazırda olan vəziyyətinizi nəzərə alın

1 – Özünüzü kəşf edin

Nə etmək istədiyinizə qərar verməyiniz üçün özünüzü çox yaxşı tanımalısınız. Sizi həqiqətən də xoşbəxt edəcək bir işlə məşğul olmaq istəyirsinizsə, nə istədiyinizi və nələrdən zövq aladığınızı aydın bir şəkildə anlamalısınız. Bəzi insanlar özləri üçün önəmli olan şeyə qərar vermək üçün bir müddət işdən icazə alırlar.

Bunda yalnış bir şey yoxdur. Həyatınıza nifrət etməyinizə səbəb olacaq bir işlə məşğul olmaqdansa, bir müddət ara verib tezliklə nə istədiyinizə qərar verməyiniz gərəkdir.

2 – Maddi durumunuzu nəzərə alın

Kariyeranızı dəyişdirmək şansınız maddi durumunuza bağlı olaraq dəyişəcək. Bəzi karyera yolları üçün xüsusi təhsil lazım olur və bu təhsil  bahalı ola bilər. Lakin, təqaüd ala bilərsiniz.

3 – İstədiyiniz peşədə çalışmaq üçün gərəkli olan təhsili düşünün

Sahib olduğunuz təhsili və ya alacağınız təhsili nəzərə almağınız önəmlidir. Maliyyə durumunuz daha çox təhsil almağınıza əngəldirsə, sahib olduqlarınızdan isifadə etmək sizin üçün daha yaxşı olacaq. Vaxt məhdudiyyəti və başqa məhduduiyyətlər varsa, əlinizdəki attestat və ya universitet diplomunuzla kifayətlənməli ola bilərsiniz.

4 – Məktəbə qayıtmaq barədə fikirəşə bilərsiniz

Məhdudiyyətlər səbəbiylə daha çox təhsil almağınız gərəklidirsə, bu seçimi nəzərə  ala bilərsiniz. Hamının universitet diplomu yoxdur, amma bir çox peşə üçün təhsil önəmlidir və daha sürətlə irəliləməyinizə kömək edəcək.

Məsələn, texniki məktəblər ənənəvi təhsili istəməyənlər üçün yaxşı bir seçimdir.

5 – Daha çox araşdırın

Hələ də bir qənaətə gələ bilmirsinizsə, biraz da araşdırın.

Gələcəyinizi düşünün

1 – Daha əlçatan peşələri düşünün

Asan bir şəkildə istifadə edə biləcəyiniz kariyera fürsətlərini düşünün. Bu peşələr həm bacarıqlarınızın, həm də güzəştinizin olduğu peşələr ola bilər. Məsələn, ailənizlə eyni şirkətdə çalışa bilərsiniz, ailə şirkətiniz və ya dostunuz üçün işləyə bilərsiniz. Seçimləriniz məhduddursa, sürətli şəkildə giriş edə biləcəyiniz bir peşə seçmək, ən yaxşı seçim olacaqdır.

2 – Gələcəkdəki maddi rifahınız barədə fikirləşin

Diqqət etməli olduğunuz ən önəmli şeylərdən biri, seçdiyiniz sənətin məqbul bir maddi rifah səviyyəsində olmasıdır. Başqa sözlə desək, ailənizi və özünüzü dəstəkləyəcək kifayət qədər pul qazana biləcəksiz?

Unutmayın ki bu, çox pul qazanmalısınız demək deyil. Önəmli olan yeganə şey, özünüzə və etmək istədiklərinizə çatacaq qədər pul qazanmağınızdır.

3 – İşinizin gələcəkdəki davamlılığı barədə fikirləşin

Kariyeranızın davamlılığına diqət etməyiniz həyati önəm daşıyır. Toplum fərqli zamanlarda fərqli şeylər istədiyi üçün iş bazarı dalğalıdır. Müəyyən peşələrə hər zaman tələbat varkən, bəziləri sabit deyil. Bu səbəblə, seçdiyiniz peşənin sizin üçün və arzularınız üçün kifayət qədər qalıcı olduğuna əmin olun.

Məsələn, bəzi universitetlərin hüquq fakültəsi ödənişləri çox yüksək olsa da, insanların çoxsu hüquq fakültəsinə gedir, çünki gələcəkdə yüksək maaş alacaqlarını düşünürlər. Bununla yanaşı, hüquq fakültəsi məzunları üçün son bir neçə ildə elə də çox tələbat yoxdur.

Digər bir misal da, yazar olaraq çalışmaq və ya freelance

 işlərlə bağlı kariyera qurmaqdır. Bəzən xeyli iş ala bilərsiniz, bəzən də əlinizdə heç iş olmaz. Bu şəkildə işləmək üçün qərarlılıq və disiplin səviyyəniz yüksək olmalıdır və bu da hamıda yoxdur.

İpucları

İnsanların bir çoxu, onlar üçün hansı peşənin doğru olduğunu bilməzlər və bunu anlamaqları illər sürər. Buna görə də, geridə qaldığınızı düşünməyin!

Peşənizi semirsinizsə, dəyişin! Bəzən, bu daha çox çalışmalısınız deməkdir, lakin bu hər kəs üşün mümkündür.

Xəyalını qurmadığınız bir işi seçməyiniz dünyan sonu deyil. Həyatınız zindan etməyən, sizin və ailənizin gələcəyini qarantiyaya alan bir işiniz varsa, həyatınız və işinizlə bağlı xoşbəxt olmağa çalışın.


Mənbə:      www.yeniisfikirleri.net
Hazrıladı:   Fidan Aslanova 

Beyenmeler

14
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

PSİXOLOQ OLA BİLMƏNİN HƏSSAS TƏRƏFLƏRİ

Xüsusi

Əgər psixoloq öz biliyini, təcrübəsini öz həyatında bir-bir, obyektiv olaraq həyata keçirə bilsəydi, özü üçün ən uyğun həyat yoldaşını, dostu seçən, ətrafdakılarla ən yaxşı davranan, dünyanın ən sevilən və ən rahat insanları olardılar.
Qısacası, psixoloq, heç boşanmayacaq, dostlarıyla heç mübahisə etməyəcək, problemsiz uşaq yetişdirəcək mükəmməl obrazları özündə birləşdirə bilərdi. Ən azından dostu, ailəsi və onların ata-anası, öz uşaqları və hər yeni tanışının ritminə uyğun davranan “cana yaxın” insanlar olmazdılarmı?
İnsanların özəlliklərini və zəif cəhətlərini öncədən kəşf edərək hiyləgərcəsinə o insanlardan istədikləri kimi istifadə edə bilərdilər. Dolayisıyla, bilikli və təcrübəli hər psixoloq öz həyatında sevilən və istədiyi sahədə bacarıqlı bir insan ola bilərdi.
Halbuki, insanları anlaya bilmək, özəlliklərini kəşf etmək, münasibətləri bir tərəfdən rahatlaşdırdığı kimi, bir tərəfdən də çox çətinləşdirə bilir.
Birinə yaxınlaşmanız və ona güvəniniz, bütün gücünüzə baxmayaraq, uyuşa bilməyəcəyinizi anlamanızla birlikdə zəifləyə bilir, və ya yox olur. Sizdən qurmanız gözlənilən münasibətlər tək tərəfli gerçəkləşdirilə bilmir. Vəzifədən kənar və profesionallıqla əlaqəsi olmayan bir sahədə məsləyinizi bilərək və ya qəsdən işlədə, istifadə edə bilmirsiniz. Mən şəxsi olaraq, nə öz evimdə, ailəm içində, nə də kənar ətrafda yola gətirən, dəstəkləyən və tam anlamında psixoloq kimi davrana bildim.
Gözləntilərini kəşf etdiyim insanların istəklərini gerçəkləşdirməkdə illuzionist olmadım. Baxmayaraq ki, günümüzdə eqo şişirtmənin yollarını bilib, istifadə edənlərin psixoloji biliyə ehtiyacları heç olmadığı, sadəcə, çııxarları üçün çalışdıqlarI bəllidir. Amma günümüzün bu dəbdə olan bacarığını sadəcə mənmi qazana bilmədim?
Tanıdığım hər on psixoloqdan, yaxud psixiatrdan beşi boşanmışdı. Özü mövzusunda uzman olanların ətrafında hər kəsdən daha rahat və münasibətlərdə hər kəsdən daha xoşbəxt olduğuna dair isbat olunmuş bir dəyərləndirmə aparmayacağam. Halbuki, onlar peşəsində bilikli, uğurlu, ən azından insanı qavramaqda başqalarından fərqli və potensiallı idilər.
Qarşısındakını dəyişdirmək və ya özünü başqasına görə dəyişmək, böyük istək və mübarizədən başqa, həm də məcburiyyət tələb edir. Bu boşuna mübarizəyə girmədən insanları qəbullanaraq münasibətləri davam etdirə bilmə, ya da bitirmə arasındakı qərarı daha tez verə bilirdilər, sanıram.
Sözləri, davranışları, taktikalarıyla qarşısındakılara tələ qurub, onları tələyə salan insanları nə zaman kəşf etməyə başladığımı tam olaraq xatırlamıram. Bu üsulu şüurlu, ya şüursuz, bəzən bacarıqla, bəzən bacarıqsızca həyata keçirənləri görə bilirdim. Özümü onlardan tam olaraq qoruya bildimmi? Bilmirəm…
Bəlkə də narahat olduğumun fərqində oldum və uzaq durmağa çalışdım. Psixoloji biliklə bu insanların yalanını ortaya çıxarıb göstərməkdən hər zaman qaçdım. Ailə üzvlərimin, yaxın dostlarımın bu tələlərə düşməsinə əngəl olmanın gətirdiyi zərərlər, dolayı yolla mənə də təsir etdi. Yaxın insanların bir-biri üçün duyduğu əndişənin təməlində kənardan gələcək gizli zərərlərə qarşı onları qoruya bilməmə qorxusu yatır.
Bir psixoloq istəyərəkmi depressiyaya girər? Öz həyatına bilə-bilə çətinliklər daşıyan və ya özünü durduğu yerdə depressiyaya salan bir psixoloq ola bilərmi? Keçmişin izlərini bütünlüklə silmək, yox etmək heç kimsənin əlində deyilL. Xromosom quruluşunu, genetik kodları dəyişdirə bilmək mümkünmü? Xasiyyət, hal dediyimiz şəxsiyyətin quruluşunu təşkil edən özəlliklərin təməl daşındakı qranitləri yumşaltmaq asanmı? Bəzən çətin yox, mümkünsüzdür. Üstəlik insanlar nəsildən ötürülən bəzi özəlliklərlə bağlı problem yaşayarkən o genləri ona verən ailəsini bəlkə yanında tapmayacaq, yardımını ala bilməyəcək.
Yaşadığınız ortamda əgər psixoloq olduğunuz bilinirsə gözlənilməz hadisə qarşısında adi və kontrolsuz reaksiya verməniz qəbul edilmir. Yaxınlarınıza üzüntü və ya əsəbiliyinizi bəlli etsəniz “Necə psixoloqsan?” deyəcəklər. Davranışınıza görə danlana bilərsiniz. “Sən bunun öhdəsindən gəlməliydin. Sən idarə etməliydin”. deyilir.
Psixoloq da ağlaya bilər, haqsızlığa uğradığında üsyan edə, qışqırıb-bağıra bilər. Öz insani zəifliklərinə məğlub ola bilər. Üzülə biləcəyini bildiyi halda özünü risqə ata bilər. Həmişə ağıl və məntiqlə deyil, bəzən duyğularıyla da hərəkət edə bilər.
Ümumiyyətlə, müxtəlif peşə insanları da öz peşələriylə şəxsi həyatları arasında uyğunsuzluq yaşaya bilərlər.
Göz həkiminin gözü zəifləyə bilər və eynək taxmağa məcbur olar.
Uğurlu bir cərrahın da əməliyyata ehtiyacı ola bilər və əməliyyatını özü edə bilməz.
Bir vəkilin heç şəxsi hüquqi problemi olmazmı?
Uşaq həkiminin uşağı xəstələnməzmi?
Dermotoloq öz saç tökülməsinin qarşısını almaya bilər.
İnfarkt keçirən ürək həkimləri var.
Hər kəsin necə geyinməsinə qərar verən modelyerlər özləri əcayib geyimlərdə dolaşırlar.
Bu misalları çoxaltmaq, insan şəxsiyyətinin müxtəlifliyi qədər sonsuzdur.
Hər kəs bilir ki, dünyanın bütün insanları iltifatdan xoşlanır və özünə edilən təriflərə inanır.
“Bu işi ancaq sən bacarardın, ağıllı adamsan, mənim heç ağlıma gəlməmişdi”.
“Aaa o sənin yaşıdınmı? İnana bilmirəm, sən ondan 10 yaş cavan görünürsən”.
Zəif tərəflərinə məğlub olan, gözəl, ağıllı, olduğundan daha gənc göründüyü yalanını qəbul edən, tez -tələsik qarşı tərəfə məğlub olan insanlar. Eyni zamanda bu insanlardan istifadə etdiyini sanan istifadəçilər, bəzən özünün istifadə olunduğundan xəbərsizcə ətrafını idarə edənlər. Beləcə, bunlar olduqca münasibətlərin qarmaqarışıqlığı davam edəcək.
Gündəlik həyatda duyğulu münasibətlərdən tutmuş, siyasət, ticarət sahəsinə qədər aldatmalar, aldanmalar, güclünün gücsüzü əzməsinə qədər psixoloqun hər fürsətdə görərək yaşaması çox üzücü. Psixoloq öz öngörməsiylə müxtəlif sahələrdəki problemləri görür və bu sahə insanlarının bu öngörmədən  məhrum olmasını duyur  və əzab çəkir.

Nur Yaycıoğlu  “Bir psixoloqun etirafları” kitabından
Tərcümə etdi və hazırladı:  Psixoloq R_M

 

Beyenmeler

0
 

13
 

VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

SAHİB OLDUĞUMUZ ƏN BÖYÜK ZƏNGİNLİK: İNDİNİ YAŞAMAQ

Xüsusi

İndi, niyə ən dəyərli şeydir? Çünki o bütün həyatınızın yarandığı yerdir. Həyat “indi”dədir.

Siz heç indinin xaricində nəsə təcrübə etmisiz? Və ya indinin xaricində hiss etmisiz? Hər hansı bir şeyin indi xaricində gerçəkləşməsi mümkün ola bilər ? Ola bilməz. Bax elə bu səbəblə, indi sahib olduğumuz ən dəyərli və ən gerçək şeydir.

Diqqətiniz indiyə yönəldiyi anda bir mövcudiyyət, bir hüzur hiss edirsiniz. İnsan anda olduğu zaman doyum üçün gələcəyə bağlı olmaz və qurtuluş gələcəkdə axtarılmaz. Bu olanda xoşbəxt olacam, bu gerçəkləşəndə tamamlanacam, bu gerçəkləşəndə hüzur tapacam formasında olan gələcəyə dair bütün istinadlar, indini pozmağa yönəlikdir. Xoşbəxtlik və ya hüzur gələcəkdə olacaq bir şeydə deyil, çatılmalı olan bir yerdə deyil. Xoşbəxtlik, tam  içində olduğumuz anda gizlidir.

Keçmiş və gələcək üzərində nə qədər çox fokuslansanız, indidən, yəni var olan ən dəyərli şeydən uzaqlaşmış olarsınız. İndi, sahib olduğunuz ən böyük zənginlikdir. Əgər zehni olaraq ora daxil olmağı bacara bilsək.

İNDİYƏ GƏLMƏK

İnsanoğlu tez-tez keçmişdə olanları və gələcəkdə olacaqları düşünməyə meyillidir. İnsanı bədbəxt edən də, narazı qılan da, narahat bir hala gətirən də budur. Halbuki zehin idiyə gəlsə, heç bir problemin olmadığını təcrübə etmə şansına sahib olar.

Özünüzdən; 5 dəqiqə, 1 ay, 1 il sonra nə olacağını yox, bu anda hansı problemə sahib olduğunuzu soruşun. Bu anda yolunda getməyən nə var?

İndi, hər zaman daha öhdəsindən gəlinəndir. Ancaq, gələcəyin öhdəsindən gələ bilməzsiniz. Gələcəyin öhdəsindən gəlmək də lazım deyil. Çünki; gərəkli olan güc, axtarılan cavab, doğru davranış ancaq və ancaq ehtiyac anında otaya çıxar.

NECƏ TƏTBİQ EDİLİR?

İndi yaşamaq demək, şüurumuzun zehninimizdən qurtulmasıdır. Qulağa qəribə gəlir, hə? Biraz aydınlaşdıraq. İnsanı keçmişə və ya gələcəyə aparan şey, öz zehni, yəni düşüncələridir. “Kaş belə olmasaydı” deyən də, “ya… olarsa” deyən də insanın düşüncələridir.

Keçmiş və gələcəklə bağlı düşüncələrinizə fəqli bir formada yanaşın. Belə ki:

Zehninizdən keçənləri müşahidə edin. Ağlınızdan keçənləri doğru olaraq qəbul etmək əvəzinə, onlara xaricdən baxmaq sizi indiyə gətirər. Gələcək haqqında “x, y, z” düşünürəm, ağlımdan keçmişə dair bu keçir formasında durumu özünüzə sözlərlə ifadə edin. Beləcə, siz düşüncələrinizdən ayrılmış olacaqsınız. Siz düşüncələrinizdən ibarət deyilsiniz, həyatınız da beyninizdə qurduğunuz şeylərdən ibarət deyil. “Bunlar sadəcə mənim düşüncələrimdir” cümləsini daxliləşdirin. Zehninizdən keçənlərə xaricdən baxa bilsəniz, durumu daha doğru dəyərləndirə bilmiş olarsınız.

Düşüncələrinizi izləyin, sizdə oyandırdığı güclü duyğuları hiss edin və özünüzü müşahidə edin. Durumu müşahidə etmək onu gerçəkmiş kimi yaşamınızdan daha çox güclü və anda hiss etdirər. Və özünüzə bunu söyləməyi unutmayın: “Həyatım bu düşüncəmdən ibarət deyil.”

İNDİYƏ GƏLMƏ MƏŞQİ

Tam olaraq içində olduğunuz yerdə olun. Beş hissiyatınızdan istifadə  edərək içində olduğunuz an ilə təmas edin. Ətafınızdakı səslərə, rənglərə, materiallara və formalara fokuslanın. Qoxlayın, dadın, hiss edin. İçində olduğunuz hər şeyin hər mövcudiyyətin fərqində olun. Səsləri də, səssizliyi də dinləyin. Nələrəsə toxunun, onların varlığını hiss edin. Nəfəs alıb verməyinizi izləyin, içinizə girən havanın, verdiyiniz nəfəsin fərqində olun. Bədəninizdəki həyat enerjinizi hiss edin. 

Siz, indiki anın gücünün fərqində olan kimi, bütün bədbəxtlik, hüzursuzluq, narahatlıq və mübarizə ortadan qalxacaq. Həyat coşğu və hüzurla axmağa başalayacaq. İndiki anın fərqindəliyi ilə hərəkət etdiyiniz zaman etdiyiniz hər şey, ən kiçik.. ən bəsit fəaliyyət belə, bir xüsusilik, bir dəyər və sevgi duyğusuyla dolu hala gəlir.

Bunu təbiq etmək, yazmaq qədər asan deyil. Davamlı məşq və əmək istəyir. Özünüzü tez-tez indyə gətirmə məşqini etməyə təşviq edin. Bunun həzzini bir dəfə dadsaz, bir daha əl çəkməyiniz mümkün olmayacaq.

İndidə qalmağınız diləyi ilə.

Ən içdən sevgilərimlə…


Mənbə: www.uplifers.com

Müəllif: Psixoloq Romina Kuyumcuğlu
Hazırladı: Fidan Aslanova 

Beyenmeler

14
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

SANNYAS NƏDİR?

Xüsusi

Sevgili Osho,

Niyə demək olar ki yanına gələn hamıya sannyas verirsən?
Sənin sannyas anlayışın nədir? Nə kimi bir  zərurət ehtiva edir?

Mənim üçün sannyas ciddi bir şey deyil. Həyatın özü ciddi deyil və ciddi olan hər zaman ölüdür. Həyat sadəcə heç bir məqsədi olmadan daşan bir enerjidir və mənim üçün sannyas həyatı məqsədsiz bir şəkildə yaşamaqdır. Həyatı bir iş kimi yox, bir oyun kimi yaşa. Xəstə, yəni demək istəyirəm ki,  ciddi zehin həqiqətən də oyunu işə çevirir. Sannyasin-lər bunun tam əksini etməlidirlər – işi oyuna çevirmək. Əgər bütün həyatı bir yuxu, bir yuxu davranışı olaraq görsən, sən bir sannyasin-sən. Həyatı bir yuxu, bir yuxu oyunu olaraq görən vazkeçmişdir.
Vazkeçmək, dünyanı tərk etmək deyil, sadəcə baxış tərzini  dəyişdirməkdir.

Daxili xoşbəxtliyi tanıdığın zaman, xarici zövqlər absurddur, ağılsızcadır. Daxili coşğunu tanıdığınız zaman hamısı gedir. O zaman xoşbəxtlik, sevinc deyə bilinən şeylər  aldanışdan başqa bir şey deyil. Ancaq, daxili xoşbxtliyi bilmədən bunu söyləyə bilməzsən və əgər söyləsən, daha da böyük bir aldanış içində olarsan.

Mənə görə, sevginin böyüməsi, cinsəllikdən o tərəfə keçmək üçün yeganə ehtimaldır.

Vazkeçdiklərini iddia edənlərin hamısı, onu buraxdıqlarını, bunu buraxdıqlarını deyirlər. Bununla, önəmli bir şeyə çata bilmədiklərini göstərirlər. Lakin, vazkeçdikləri şey hələ də anlamlı qalır. O hələ də onların hafizələrinin bir hissəsidir. Ona hələ də sahibdirlər. Təbii ki, vazkçiblər, amma insan sahib olmadığı bir şeydən necə vazkeçə bilər?  Buna görə də vazkeçməyi düşünməyə davam edirsənsə, hələ də sahibsən deməkdir. Mənfi bir yöndən sahibsən.

Mənə görə, bir yetişmə anı, bir yetkinləşmə anı vardır – yetkinləşmə hər şeydir. İnsan yetkinləşməlidir, yoxsa, ətrafda özünü boş-boşuna yoraraq , özünə boş-boşuna zərər verərək boş-boşuna dolanacaqdır. İnsan yetkinləşməlidir. O zaman, füsrət, öz-özülüyündən gələr.

İnsan, böyük bir ağaca çevrilə biləcək, Tanrısallığa böyüyə biləcək bir toxumdur. Hər insan bir Tanrı ola bilər. Amma indiki halı ilə sadəcə bir toxumdur. Toxum qorunmalıdır, toxum sevilməlidir və toxuma böyümək üçün hər fürsət verilməlidir.
Sannyas sənin bir toxum, bir potensial olduğunu anlamağın mənasındadır. Bu, son deyil. Bu sadəcə br başlanğıcdır və indi böyüməyə qərar verməlisən. Bu böyümə, özgürlük yolu ilə gəlir, bu böyümə, güvəncəsizlik yolu ilə gəlir. Bir toxum görürsən, güvəncədədir. Ağac güvəncədə deyil. Toxum qapalıdır, tamamilə qapalıdır. Toxumun öldüyü və ağacın böyüməyə başladığı anda potensial da hərəkətə keçməyə başlayır. Təhlükələr vardır – güvəncəsizlik ordadır, hər cür uğursuzluq ehtimalı var, ağac,  bütün evren qarşısında  savaşan çox zərif bir şeydir. Amma indi sadəcə bir toxumsan, heç bir təhlükə yoxdur.
Sannyasin olmaq demək, böyüməyə qərar vermək deməkdir. Və bu, son qərardır. İndi, əlləşməli olacaqsan, güvəncəsizlik olacaqdır, təhlükələr olacaq və onlarla hər an savaşmalı və üzləşməli olacaqsan. Bu hər an sürən  savaş və əlləşmə, bu bilinməyənə doğru savaşma həqiqi vazkeçişdir.
Böyüməyə qərar vermək, böyük bir vazkeçişdir – toxumun güvənliyindən vazkeçiş, toxumun bütünlüyündən vazkeçiş. Ancaq, bu güvəncənin çox böyük bir qiyməti var. Toxum ölüdür, sadəcə potensial olaraq yaşayır. Yaşaya bilər və ya ölü olaraq qalmağa davam edə bilər. Böyümədiyi, bir ağac halına gəlmədiyi müddətcə ölüdür. Və mənim bildiyim qədəriylə insanlar böyümyə qərar verdikləri, bilinməyənə doğru bir atlayış etmədikləri təqdirdə toxumlar kimdirilər – ölü, qapalıdırlar.

Açıqlamaq istədiyim başqa bir şey də, bu sannyas-ın hər hansı bir dinlə məhdud olmamasıdır. Bu dünyada, hər sannyas tipi müəyyən bir dinin, müəyyən bir təriqətin parçası  olub. Bu da, bir güvənlik meyarının bir parçasıdır. Vazkeçirsən, amma yenə də bir yerə aidsən. “Toplumu tərk edirəm” , deyirsən anacaq yenə də bir məzhəbə aidsən. Bir Hindu, bir Müsəlman və ya bir Sih olmağa davam edirsən. Bir şey olmağa davam edirsən.
Həqiqətdə, sannyas dindar olmaq, lakin hər hansı bir dinlə məhdud olmamaq deməkdir. Bu, bilinməynə böyük bir sıçrayışdır. Dinlər bilinər, amma dindarlıq bilinməzdir. Hansısa bir təriqətin sistemləri var, dindarlığın heç bir sistemi yoxdur. Təriqətin müqəddəs kitabları var; dindarlığın sadəcə varlığı var, kitabları yoxdur. Bu sannyas varoluşçudur, dindardır, təriqətsizdir.

Buna görə də, sannyasin olduğun zaman, bir dinə aid olmadığını söylədiyim zaman, Xristianlığı və ya Hinduizmi və ya Jainizmi inkar edəcəyini demək istəmirəm. Sadəcə dində yük halına gəlmiş olan ölü hissəni yox edərsən. Sadəcə ölü ənənəni inkar edərsən və bütün ölüərin – ölü ənənələr, ölü müqədəs kitablar, ölü ruhani liderlər, ölü kilsələr – arxasındakı yaşayan axının üstünü açar və onu yenidən kəşf edərsən.

Budda bir gün əlində bir çiçəklə gəlir. Çıxış etməlidir, lakin səssiz qalır. Onu dinləməyə gələnlər nə etdiyi ilə maraqlanmağa başlayırlar. Zaman keçib getməkdədir. Bundan əvvəl heç vaxt belə bir şey olmayıb – nə edir? Danışıb – danışmayacağını gözləyirlər.
Sonra biri soruşur: “Nə edirsən? Səni dinləməyə gəldiyimizi unutmusan?”
Budda deyir ki: “Bir şey bildirdim. Kəlmələrlə bildirilə bilməyən bir şey bildirdim.  Onu eşitdiniz ya yox?”
Heç kim eşitməyib. Lakin heç tanınmayan bir şagird orda ilk dəfə görünən Mahakashyap adlı bir bhikkhu  səmimiyyətlə gülür. Budda, “Mahakashyap bura gəl. Bu çiçəyi sənə verirəm və kəlmələr yolu ilə verilə biləcək hər şeyi hamınıza verdiyimi bildirirəm. Həqiqətən anlamlı olanı, kəlmələrlə anlatıla bilinməyəni isə Mahakashyap- a verirəm” deyir.
Buna görə də Zen ənənəsi təkrar-təkrar soruşub: “Mahakashyap-a çatdırılan nə idi? – sözssüz bir ünsiyyət. Budda nə demişdi? Mahakashyap nə eşitdi? Və bilən bir insan orada olduğu zaman o da gülər və hekayə bir sirr olaraq qalar. Çox şey bilib heç bir şey bilməyən bilginlər anlatılanı müzakirə edərlər və eşidilənin nə olduğuna qərar verməyə çalışarlar. Ama həqiqətən bilən insan gülər.

Amma yenə də insan ünsiyyət qurmalıdır, bir çiçəklə belə olsa, bir gülüşlə belə olsa. Heç fərqi yoxdur, bunlar jestlərdir. Bir çiçəklə dodaqlarımdan istifadə etsəm və ya əllərimdən istifadə etsəm, arada bir fərq var? Sadəcə olaraq  bu hərəkət yenidir, səni narahat edər. Yoxsa ki, bu da dodaqlarını tərpətnək qədər bir hərəkətdir. Bir səs çıxarsam,  bu bir hərəkətdir. Əgər səssiz qalsam, bu da bir hərəkətdir. Ancaq, hərəkət yenidir və sənin tərəfindən bilinmir, buna görə də bir şeyin fərqli olduğunu düşünürsən. Heç bir şey fərqli deyil. Yaşayan axın çatdırıla bilməz, ancaq yenə də çatdırırlmalıdır – bir şəkildə işarə edilməlidir, bir formada göstərilməlidir.
Buna görə də kimsə sannyas adını almağa hazır hala gələndə bu onun üçün böyük bir arayışa doğru bir qərardır və mənim üçün də sıçramağa hazır olduğu yönündə bir hərəkətdir. Və bir insan dəyişməyə, əvvəlki şəxsiyyətini itirməyə, yeni bir varlıqda yenidən doğulmağa hazır olduğu zaman… Biri hazır olduğu zaman bacarıqlı olması gərəkli deyil; heç fərqi yoxdur. Bu hazır olma vəziyyəti kifayətdir. Biri hazır olduğu zaman, mən də itələməyə hazır oluram. Çatmaq önəmli deyil, başlaması belə çox gözəl deyilmi?

Çatmaq, o qədər də böyük bir şey deyil.

Müzakirə nə qədər rasional olsa, daha az gerçək ortaya çıxacaq, çünki ancaq daha az önəmli gerçəklərə məntiqlə  isbat tapıla bilər. Daha dərin gerçəklər məntiqlə sübut oluna bilməz.

Bir çox nöqtədə səssiz qalmalıyam – bu səndən nəyisə əsirgədiyim üçün deyil, bunun sənə kömək etməyəcəyinə, hətta əksinə sənə zərərli ola biləcəyinə görədir.


Mənbə: Osho – “Kendinle Başla” kitabı

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

0
 

15
 

VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

YAXŞI BİR HƏYAT YAŞAMAQ ÜÇÜN..

Xüsusi

Zaman sürətlə axıb gedir və çox vaxt bunun fərqinə belə varmırıq. Lakin, hər gün bir-birindən dəyərlidir və bəzən tək bir dəqiqəsini belə anlamadan keçirdiyimiz günlər, həyatımız boyunca bir çox təcrübə yaşamağımza səhnə olur. Həyatı daha da anlamlı hala gətirmək və həyatda olduğumuz hər günün dəyərini bilmək üçünsə, hər an hərəkətə keçməyə  hazır olmaq çox önəmlidir.

Əgər siz də ömrünüzün sonuna gəldiyiniz zaman etmədiyiniz şeylərə görə peşman olmaq istəmirsinizsə, həyatınızı dəyişdirməyə başlaya bilərsiniz.  Daha yaxşı bir həyat yaşamaq üçün ölmədən öncə etməli olduğunuz 77 şeyi sizə təqdim edirik:

1. Hər gün səni həyəcanlandıran bir şey et.
2. Klassik romanları oxu.
3. Əsla unuda bilməyəcəyin biri ilə heç tanımadığın bir yerə səyahət et.
4. Uzun müddətli hədəflərini müəyyənləşdir və səni xəyallarına yaxınlaşdıran 3 şeyi hər gün et.
5. Televizoru həyatından çıxar.
6. Gülümsəmə ilə kimisə xoşbəxt et.
7. Bir topluluğa daxil ol.
8. Yad insanlarla danış. Yeni dostlar qazan.
9. Başqalarına kömək et.
10. Formada ol. Hər səhər piyada gəzintiyə çıx.
11. Hər həftə sadə bir hərəkət öyrən.

12. Kiçik xoşbəxtliklərin fərqinə varıb bunlardan həzz al.
13. Yaradıcı ol. Nə qədər kiçik olsa da, sıfırdan bir şey inşa et.
.
14. Hər gün bir zarafat öyrənib kimlərəsə anlat.
15. Hər gün bir neçə dəqiqəni səssiz keçir və bu müddət ərzində düşün.
16. Problemlərlə üzləşərək problem həll etmək üçün özünü şərtləndir.
17.  Sənin hədəflərinlə oxşar hədəfləri olan pozitiv insanlar əhatəndə olsun.
18. Maraqlandığın bir mövzuda təhsil al və fərqli kurslara qatıl.
19. Ayda bir dəfə ən yaxşı dostlarınla oyun gecəsi təşkil et.
20. Həftədə bir dəfə gün doğumunu izlə.
21.  Həftədə bir dəfə gün batımını izlə.
22. Anlamlı bir xobbi tap.

23. Həyat yoldaşınla və ya ən yaxın dostunla iş partnyoru olub kiçik də olsa iş qur.
24. Rəsm, foto, musiqi və ya kino mövzusunda yaradıcılığını inkişaf etdir.
25. Tamamilə yeni bir şey yoxla.
26. Hər zamanki vərdişlərini buraxaraq fərqli musiqilər dinlə.
27. Heyran olduğun insanlardan bir şeylər öyrən.
28. Kiçik bir bağ qurub orda yetişdirdiklərini ye.
29. Həftədə ən az bir dəfə mükəmməl bir sekslə məşğul ol.
30. Uzun zamandır etmək istədiyin şey üçün hərəkətə keç.
31. Sosiallaş, sosiallaş, sosiallaş.
32. Bir neçə ildir görmədiyin dostlarını və ailə üzvlərini ziyarət et.
33. Öz fikirlərinə önəm ver və onları təqib et.

34. Uzun zaman haqqında danışılacaq bir parti təşkil et və hər kəsi dəvət et.
35. Bayırda daha çox vaxt keçir və təbiət anayla qaynayıb qarış.
36. Əgər işinə nifrət edirsənsə, yensini tap. Həyat çox qısadır.
37. Yeni vərdişlər qazan, bunun üçün heç vaxt gec deyil.
38. Çox ciddi olma. Bol-bol gül.
39. Uzun müddətli həyat təcrüblərindən sonra özünə zaman ayır. Öz çevrəndəki dünyanı kəşf et.
40. Surfing öyrən.
41. Tezdən oyan.
42. Mərhəmətli ol.
43. Özünü və yaşdığın yeri səliqəli saxla.
44. Sahib olmadığın şeylər üçün narahat olmaqdan vazkeç və sahib olduqlarından zövq al.

45. Hər səhər özün üçün  3 öncəlik müəyyən et və axşama qədər bunları gerçəkləşdir.
46. Pozitiv olana fokuslan.
47. Romantik ol, partnyorunu təəccübləndir.
48. Çox vacib olmayan işlərə vaxt sərf etmə.
49. Özünə meydan oxu.
50. Bir şeyi təsirli bir şəkildə necə həyata keçirə biləcəyini öyrən.
51. Səvhlərindən dərs al.
52. Bir şeydən qorxmaq əvəzinə, hər zaman ehtimallara qarşı hazırlıqlı ol.
53. Sənə maraqlı olan hər mövzuda özünü öyrət.
54. Yeməyini yavaş ye və hər şeyin dadını al.
55. Yavaşla və rahatla.

56. Zamanını düzgün idarə etməyi öyrən.
57. İşi iş yerində qoy.
58. Mükəmməllik yaxşılığın düşmənidir. Yaxşı bir həyata fokuslan.
59. Gündə ən azı bir yeməyi ailən və ya dostlarınla ye.
60. Kömək istəməyi unutma.
61. Hər zaman sual ver.
62. Yox deməyi öyrən.
63. Özünü, yollardakı əngəllərə yox, zirvəyə fokusla.
64. Dünayaya 1 dəfə gəlirsən, çətin olanı yoxla.
65. Etdiyin şeylərə ayırdığın zamanı azalt.
66. Bir şeyi vaxtında et.

67. Sadələş.
68. Yazmağı unutma.
69. Daha azına sahib olub daha çoxunu et.
70. Xəstəliklərdən qaçın, əllərini daha tez-tez yu.
71. Daha stressiz və güvənli olmaq üçün avtomobili sürətli sürmə.
72. Özünə kifayət etməyi bil.
73. Spontan davran.
74. Verdiyin sözləri daima tut.
75. Yaxşı yat.
76. Tanış olduğun insanların sənə bir çox köməyi dəyə biləcəyini unutma.
77. Özünü xoşbəxt etmək üçün  vərdişlər qazan.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

Beyenmeler

0
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

SEVGİ VƏ EQO

Xüsusi

Əgər sevsən, özünlə bağlı sahib olduğun bütün fikirləri buraxmaq məcburiyyətində qalacaqsan. Əgər sevsən,  eqo ola bilməzsən, çünki eqo, sevgiyə icazə verməyəcək. Onlar uzlaşa bilməzlər. Əgər eqonu seçsən, sevgini seçə bilməyəcəksən. Əgər sevgini seçsən, eqonu buraxmaq məcburiyyətində qalacaqsan, bundan dolayı qorxunu da. Sən nə zaman sevsən, ölümdən daha böyük bir qorxu səni pəncələrinə alar. Buna görə də sevgi yer üzündən silinib. Nadir olaraq, çox nadir olaraq  sevginin axması hadisəsi gerçəkləşir.

Sənin sevgi dediyin şey sadəcə saxta bir puldur: Sən onu kəşf etmisən, çünki sevgisiz yaşamaq çox çətindir. O çətindir, çünki sevgi yoxkən həyatın heç bir anlamı yoxdur; o anlamsızdır. Sevgi olmadan həyatın içində heç şeir yoxdur. Sevgi olmadan ağac var, amma əsla çiçəklər yoxdur.
Sevgisiz yaşamaq mümkün deyil, bu səbəblə insanlıq bir hiylə yaradıb. İnsanlıq bir hiylə, bir saxta sistem yaradıb. Bu sistem budur: Saxta sevginin içində yaşa ki, beləliklə, eqon davam edə bilsin. Heç bir şey dəyişməz və sən sevgi içində olduğun oyununa davam edə bilrəsən: Sevdiyini düşünməyə davam edə bilərsən. Sevdiyinə inanmağa davam edə bilərsən. Lakin sevginə bir bax – onun içindən nə çıxar ? – iztirabdan başqa heç bir şey, cəhənnəmdən başqa heç bir şey, qarşıdurmadan, münaqişədən, şiddətdən başqa heç bir şey.

Sevgi münasibətlərinə dərindən bax. Onlar sevgi münasibətindən çox nifrət münasibətinə bənzəyir. Onları sevgi münasibəti olaraq adlandırmaqdansa, nifrət münasibəti olaraq adlandırmaq daha yaxşıdır. Lakin hər kəs eyni şəkildə yaşadığı üçün əsla fərqinə vara bilməzsən. Hər kəs saxta pulu gəzdirir; əsla fərqində ola bilməzsən. Sevginin gerçək pulu çox bahalıdır. Onu, sadəcə özünü itirmək bahasına satın ala bilərsən. Bunun başqa bir yolu yoxdur.

Eqo saxta bir varlqıdır, sadəcə bir məfhumdur, varlığının göyündəki bir buluddur. Sadəcə duman, maddi bir şey deyil; bir yuxu. Sevgi, sənin sahib olmadığın şeyi buraxmalı olduğunu gərəkli edir və sevgi sənə sahib olmuş olanı və hər zaman sahib olacağını verməyə hazırdır. Sevgi sənə ÖZ -ünü geri verir; eqo səni özündən gizlətməyə davam edir, sevgi səni özünə açar. Lakin qorxu vardır. Qorxu təbiidir və insan qorxusuna rəğmən getmək məcburiyyətindədir.

Cəsur ol, qorxaq olma. Varlığının gerçək cəsarəti, sadəcə sevgi ortaya çıxdığı zaman test edilər. Ondan öncə heç bir zaman nə cür bir cəsarətdən yaradıldığını bilə bilməzsən. Gündəlik həyatda, iş həyatında, onu və ya bunu edərkən, arzunun dünyasında və güc siyasətlərində gerçək cəsarətin əsla test edilməz. Əsla odun içindən keçə bilməzsən.

Sevgi oddur.

Sevgi nə üçün çox acı verir?

Sevgi acı verər, çünki o səadət üçün yol açar. Sevgi acı verər, çünki o dəyişdirər, sevgi mutasiyadır.

Hər dəyişmə acı verici olacaq , çünki köhnə yeni uğruna tərk edilmək məcburiyyətindədir. Köhnə tanışdır, güvənlidir, təhlükəsizdir, yeni olan tamamilə bilinməzdir. Heç yelkən açmamış okeanlara doğru hərəkət etmə halındasan. Yeni olanla zehnindən istifadə edə blməzsən; köhnə olanla zehin bacarıqlıdır. Zehin sadəcə köhnə olanla işləyə bilər; bütünüylə istifadəyə yararsızdır.

Buna görə də qorxu yüksəlir və köhnəni, komfortlu olanı, güvənli dünyanı, rahatlığın dünyasını tərk edərkən qorxu yüksəlir. Bu, uşağın anasının bətnindən çıxarkən hiss etdiyi acının eynsidir. Bu,  quşun yumurtadan çıxarkən çəkdiyi acının eynisidir. Bu, quşun ilk dəfə qanadlanmağa çalışdığı zaman hiss edəcəyi qorxunun eynisidir. Bilinməyən qorxusu və bilinənin güvənlik duyğusu, bilinməyənin güvənsizliyi, bilinməyənin təxmin edilməzliyi insanı son dərəcə qorxudur.

Və dəyişmə, bir özün olmama halına olacağı üçün iztirab çox dərindir. Lakin sən, iztirabın içindən keçmədən, xoşbəxtlikdən özünü itirə bilməzsən. Çünki qızıl saflaşdırılacaqsa, oddan keçməlidir.

Münasibət bir güzgüdür və sevgi nə qədər safdırsa, sevgi nə qədər yüksəkdirsə, güzgü o qədər təmiz olacaqdır. Lakin, daha yüksək sevgi, sənin açıq olmağını gərəkli edir. Daha yüksək sevgi sənin kövrək olmağını gərəkli edir. Zirehini buraxmaq məcburiyyətindəsən. Bu, acı verir. Davamlı olaraq müdafiədə olmamalısan. Hesabçı zenini buraxmaq məcburiyyətindəsən. Riskə getmək məcburiyətindəsən. Təhlükəli bir şəkildə yaşamaq məcburiyyətindəsən. Digəri səni incidə bilər; kövrək olmaqla bağlı qorxu budur. Digəri səni istəməyə bilər; aşiq olmaqdakı qorxu budur.

Digərində tapacağın öz yansıman çirkin ola bilər; problem budur. Güzgüdən uzaq dur. Lakin, güzgüdən uzaq duraraq gözəlləşə bilməyəcəksən. Uçurumdan qaçınaraq inkişaf edə bilməyəcəksən. Meydan oxuma qəbul edilmək məcburiyyətindədir.

İnsan, sevginin içinə girmək məcburiyyətindədir. Bu, Tanrıya doğru ilk addımdır və o, aradan çıxardıla bilməz. Sevgi pilləsini aradan çıxarmağa çalışanlar, Tanrıya çata bilməyəcəkdir.

Sevgi açıq bir göy üzüdür. Sevmək qanadlanmaqdır. Lakin sərhədsiz göy üzü mütləq qorxu yaradar.

Və eqonu buraxmaq çox acıdır, bizə, eqonu yetişdirməyimiz öyrədilmişdir. Eqonun, bizim yeganə xəzinəmiz olduğunu zənn edirik. Biz onu qorumaqla məşğuluq, biz onu bəzəməklə məşğuluq, biz onu davamlı olaraq parlatmaqla məşğuluq və sevgi qapını döyəndə, sevginin içinə girmək üçün edilməli olan yeganə şey, eqonu bir kənara buraxmaqdır. Mütləq acı verər.

Sevgi problem yaradar. Bu problemlərdən, sevgidən qaçaraq qurtula bilməzsən. Lakin, bunlar son dərəcə həyati problemlərdir. Onlarla üzləşmək, qarşılaşmaq məcburiyyətindəsən; onlar yaşanmaq məcburiyyətindədir və onların içindən və o tərəfinə keçmək gərəkdir. Və o  tərəfinə keçmək üçün yol içindəndir.

Biz artıq sevgi deyilən macəraya atılmaq üçün kifayət qədər cəsur deyilik.

Buna görə də insanlar sekslə maraqlanırlar. Çünki seks riskli deyil. O anlıqdır, daxil olmursan. Sevgi daxil olmaqdır; o təslimiyyətdir. O anlıq deyildir. Bir dəfə kökləndiyiniz zaman, o sonsuza qədər qala bilər. O həyat boyu davam edən bir daxil olmadır. Sevginin yaxınlığa ehtiyacı var və sən sadəcə yaxın olduğun zaman digəri bir güzgüyə çevrilir. Bir kişi və ya qadınla cinsi olaraq görüşdüyün zaman,  görüşmüş belə sayılmazsan; əslində digər insanın ruhundan qaçmısan. Sadəcə bədəndən istifadə etdin və qaçdın və digəri də sənin bədənindən istifadə etdi və qaçdı. Əsla bir-birinizin original üzünü açığa vuracaq qədər yaxın olmadınız.

Sevgi ən böyük Zen koan-ıdır.

O acı verər, amma ondan qaçma. Ondan qaçsan, ən böyük inkişaf fürsətindən qaçmısan. Onun içinə gir, sevginin iztirabını yaşa, çünki iztirab vasitəsilə böyük bir xoşbəxtlik gələr. Bəli, bir eqo olaraq ölməli olacaqsan, ama əgər eqo olaraq  ölə bilsən, bir Tanrı olaraq, bir Budda olaraq doğulacaqsan. Və sevgi sənə Tao-nun, Təsəvvüfün, Zen-in ucundan ilk dəfə dadına baxdırar. Sevgi sənə Tanrının olduğunun, həyatın anlamsız olmadığının ilk sübutunu verər.

Bir damla olaraq yox ol və bir okean ol , amma sevgi qapısından keçməli olacasan.

Və mütləq insan bir damla olaraq yox olmağa başladığı zaman  və insan uzun müddətdir ki, bir damla olaraq yaşamışkən bu acı verər. Çünki insan, “Mən buyam və indi bu gedir. Ölürəm.” zənn edər. Sən ölmürsən, amma bir xəyal ölür. Sən xəyalla eyniləşmişdin, doğrudur, amma xəyal hələ də bir xəyaldır. Və sadəcə xəyal getdiyi zaman sən kim olduğunu görə biləcəksən. Və bunun ortaya çıması,  səni sevincin, səadətin, şənliyin ən yüksək zirvəsinə aparar.


Mənbə: Osho – “Eqo” kitabı

Hazırladı: Fidan Aslanova 

Beyenmeler

16
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR

Xüsusi

İnsanları anlamaq üçün yalnıız insan olmalısan. İnsanın başqa birini anlamağı üçün isə yalnız onun yerində olmağı lazımdır. İnsanın özünü anlamağı üçün isə özünün kim olduğunu dərk etməyi mütləqdir. Öz yerini itirmiş insan bütün həyatı boyu tənhalığa və iztirablara məhkumdur.

İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istəyirlər. Hislərlə yaşamaq mümkün olmadıqda isə başlayırlar iztirab çəkməyə.

Həyat nəzəriyyələr üzərində deyil, əməllərimiz üzərində qurulmuşdur. Həyat üçün sənin necə olduğun, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, “yaxşı insan”olduğun qətiyyən əhəmiyyətli deyil. O, sənin nə etdiyinə baxır. Bəli, məhz nə etdiyinə. Əksəriyyətimiz həyatımızı elə yaşayırıq ki, sanki onun üzərində heç bir nəzarətə sahib deyilik. Ancaq məhz bizim yanaşmamız qərarlarımızı müəyyən edir, qərarlarımız da həyatımızı dəyişir. Öz uğursuzluqlarımızda özümüzü və ya digərlərini ittiham etməyimiz, məsuliyyəti öz üzərimizə götürməyimiz, yaxud da ondan boyun qaçırmağımız da məhz bu yanaşma tərzimizdən asılıdır.

İnsan psixikası mənfiyə kökləndiyi zaman qəlbdə olan bütün müsbət hisləri susdurur. O, ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Buna görə də deyirlər ki, insan hisləri əsasında qərar verməyə və hərəkət etməyə meyllidir.

İnsan bəzən məsələlərə içdən deyil, kənardan nəzər salar. Məsələn, bəzən güzgüyə özümüzü görmək üçün baxarıq. Bəzən isə güzgüyə bir əşya kimi diqqət edər, nəzərdən keçirdərik. Bu zaman, əlbəttə ki, özümüzü görmək əvəzinə, güzgünün üstündə cızığın olub-olmadığını, ölçüsünü, formasını öyrənmiş oluruq. Bu, kənardan baxmağa misaldır. Əfsus ki, çox vaxt eşitdiyimiz mənalı, həyat dolu sözlərə, ibrətli hadisələrə özümüzü görmək, öz həyatımıza tətbiq etmək üçün nəzər salmırıq. Sözün ibrətinə deyil, surətinə baxırıq. Buna görə də eşidib-gördüklərimiz qəlbimizə işləmir.

Bilmək lazımdır ki, həyatda bütün işlər məhz niyyətlərimiz əsasında dövr edir və biz taleyimiz tərəfindən məhz niyyətlərimizə görə mükafatlandırılırıq. Niyyət yaxşı olduğu zaman görülən işdən onun sahibi də fayda götürər. Yox, niyyət düzgün olmazsa, edilən işdən gözəl nəticə alınsa da, bunun əməl sahibinə heç bir faydası toxunmaz.

Hər həyat bir tablodur. Valideynlər o tablonun materialı olan kətanını, tale çərçivəsini, cəmiyyət rənglərini verir. Çəkmək isə bizim öhdəmizdədir.

İnsan psixikası çox qəliz bir mexanizmə malikdir.
İnsan avtomobil qəzasına düşür. Bu zaman o, maşının içində sıxılmış halda qalır. Qəzadan sonra o, keçirdiyi qorxu, dəhşət, iztirab, acizlik, ümidsizlik kimi hisləri yadda saxlayır. Həmçinin bu hadisədən əldə olunmuş “sürətli sürmək təhlükəlidir və qəzaya səbəb olur”, maşında sıxışdığına görə “dar mühitlər qorxuludur, insan orda aciz və ümidsiz olur” kimi nəticələri də unutmur. Bax insanın sonrakı həyatına təsir edən də şüuraltında qeydə alınmış bu təəssürat və nəticələrdir.

Keçmişimizdən yaddaşlmızda bütün hadisələr deyil, yalnız bu cür qabarıq hislərlə ifadə olunmuş təəssüratlar qalmışdır. Yəni biz insanlar keçmişimizdən bizə daha çox sevinc və kədər gətirmiş təəssüratları yadda saxlayırıq; nifrət, ağrı, uğursuzluq, çarəsizlik, iztirab, itki, qorxu, məyusluq və həmçinin bunların əksi olan müsbət hislər. Ətrafın təsirinə bu cür həssas olan insan hər gün öz ruhunda nəsə əkir və nəsə düzəldir. Bəzən müsbət hislərdən təşkil olunmuş gözəl bir bağ, bəzən isə quraq və yararsız torpaqdan ibarət olan bir biyaban.

Təsəvvür edirsən, bir insanı uzun müddət həsrətlə gözləyirsən. Sevinc içindəsən, ürəyin az qalır partlasın. Ancaq o, gələndə görürsən ki, üzündə demək olar ki, heç bir hiss yoxdur. Bu zaman bütün sevincin havada məhv olub gedir, ürəyin əvvəl onun həsrətindən sıxılırdısa, indi onun bu laqeydliyindən, səni anlamamağından sıxılır. O isə sadəcə “salam, əhvalın necədir, Villi?”-deyir. Sonra da heç bir cavab gözləmədən başqa mövzudan danışır. Sən də onun gözlərinə baxaraq düşüncələrində deyirsən: “Sənin üçün çox darıxmışam. Hər gün yalnız sənin gəlişini gözləmişəm. Məktəbdə belə düşüncələrimdə yalnız sən vardın. İndi bir özün düşün, mənim halım necədir?!”

Tənhalıq… tənhalıq odur ki, bütün arzuların ancaq xəyallarında qala və həqiqət tapmaya. Tənhalıq odur ki, yalnız xəyallarında xoşbəxt olasan… Tənhalıq insanın özünü içində kimsəsiz hiss etməsidir… Tənhalıq İlahidən sənə bir hədiyyə kimi verilmiş ömrü zay etdikdən sonra dönüb geri baxaraq peşman olub göz yaşı tökməkdir… Tənhalıq yaşlananda yanında sənə yatmazdan qabaq dərmanını içmək üçün su gətirən doğma birinin olmamasıdır… Tənhalıq bu qocalar evində pəncərədən həyətə baxaraq xəyallara dalmaqdır. Tənhalıq keçmişə qayıdaraq həyatı yenidən yaşamaq istəyidir. Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, o artıq gəlməyəcək…
Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədəm. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sənin sevdiklərin üçün dözülməz olacaqdır. Ancaq sonradan anlayırsan ki, heç kim buna görə pis olmadı, ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı.

İnsan sevincini, kədərini bölüşməyə, urəyini boşaltmağa, lazım gəldikdə məsləhət almağa, yol getməyə münasib bir munis axtarır. Bu axtarış bir müddət davam edir. Bəzən nə qədər axtarsa da, bu böyük dünyada bir nəfər də olsun ona qulaq asacaq, ona yoldaş olacaq şəxs tapa bilmir. Dünya insanlarla doludur, ancaq onların hamısı üçün yalnız özləri maraqlıdır. Heç kimi digərinin darıxdırıcı həyatı düşündürmür. Hamı üçün yalnız öz həyatı maraqlı və diqqətəlayiqdir. Hər kəs yalnız öz əsərini oxumaq, öz romanını yazmaq istəyir.

Hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solur.

İnsanlar öz həyatlarını çəkən karandaş kimidirlər. Çəkdikcə də korşalırlar. Korşaldıqca isə dəqiq çəkə bilmirlər.

Bilmək lazımdır ki, hər şey ilk 10 saniyədə baş verir, ilk on saniyədə qarşımızdakını kobudlayırıq, ilk on saniyədə öz üzərimizdə nəzarəti itiririk, məhz bu on saniyədə mənfi fikirlər beynimizə daxil olur. Eyni zamanda da, elə bu on saniyədə səbr edirik, müsbət düşünürük…hər şey bu on saniyəylə başlayır.
On saniyədə insan yaxşı, ya da pis biri ola bilər.

Arzular yalnız istəklər əməllə birləşən zaman gerçəkləşir.

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq , yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz!

İnsanların şirin sözlərinə aldanaraq qəlbini onlara açma! Qəlbindən ən dəyərli olan şeyləri ; ümidlərini, sevincini , …oğurlayacaqlar. Bax o zaman həqiqi tənhalıq və qəlbi boşluq ilə nəticələnmiş xəyanətin nə olduğunu anlayacaqsan.

Qadınları qısqandıran kişilərin başqasına olan diqqəti deyil, məhz özlərinə olan diqqətin azalması, özlərinin unudulmasıdır. Qadınlar unudulmasaydılar, bəlkə də, qısqanmazdılar.

Qadınlar kişilərə hər şeyi bağışlaya bilirlər. Ancaq kişiyə bağışladıqları səhvini hər dəfəsində xatırlatmaya bilmirlər.

Həyat sonu mütləq olaraq ölümlə nəticəlınən, müalicəsi olmayan bir xəstəlikdir.

İnsan uzun müddətli tənhalığa adət edir. Sonradan hər kəs bu tənhalığı pozsa, başlayır o adama öyrəşməyə.

İlk baxışdan yürüdülən mühakimə, adətən , yanlışdır. Ünsiyyət, bax bu yolla insanı tanımaq olar. .. Ancaq Villi, həqiqətdə ünsiyyət də tam kifayət deyil. Biz tərəflərdə deyilir ki, insanı yaxşı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Təbii ki, bu bir deyimdir. İnsanı yaxşl tanımaq üçün onunla həyatın ən çətin anlarında birgə olmalısan. Çətinlik insanların həqiqi simalarının pərdə arxasından görsənməsinə səbəb olar.

 

Rövşən Abdullaoğlu:  “Bu Şəhərdə Kimsə Yoxdur” psixoloji romanından
Hazırladı:  Psixoloq R_M

Beyenmeler

0
 

13
 

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

XOŞBƏXTLİK, BƏDBƏXTLİK, EQO

Xüsusi

Xoşbəxtliyin verməyəcəyi bir çox şeyi iztirab sənə verə bilər. Əslində xoşbəxtlik bir çox şeyi səndən alıb götürər. Xoşbəxtlik hər zaman səndən  sahib olduğun şeylərin hamısını, hər zaman  olduğun şeylərin hamısını alır; xoşbəxtlik səni yox edir. İztirab sənin eqonu qidalandırır və xoşbəxtlik isə, bəsitcə eqosuz olma halıdır. Problem budur, problemin can alıcı nöqtəsi budur.

Buna görə də, xoşbəxt olmaq insanlara çox çətin gəlir.

Buna görə də milyonlarla insan iztirab içində yaşamaq məcburiyyətindədir, iztirab içində yaşamağa üstünlük verirlər. O sənə çox çox kristallaşmış bir eqo verir. İztirab içində varsan. Xoşbəxt ikən yoxsan. İztirab içində kristallaşma vardır, xoşbəxtlik içində olanda isə ışıldayan hala gəlirsən. Əgər bu anlaşılsa, hər şey aydınlaşar. İztirab səni özəl edər.

Xoşbəxtlik evrensel bir şeydir, heç bir özəl tərəfi yoxdur. Ağaclar xoşbəxtdir və heyvanlar xoşbəxtdir və quşlar xoşbəxtdir. Varoluşun hamısı, insan xaric xoşbəxtdir. Bədbəxt olaraq insan çox özəl, qeyri-adi olur. İztirab səni, insanların diqqətini çəkən hala gətirir. Nə zaman pərişan bir halda olsan, sənə diqqət göstərilir, simpatiya duyulur, sevilirsən. Hamı səninlə maraqlanmağa başlayar.

Pərişan olmuş birinə kim acı çəkdirmək istəyər? Kim qısqanar səfil birini? Pərişan halda olan birinə kim düşmən ola bilər? Bu çox ucuz bir şey olardı. Pərişan birinə diqqət göstərilir, sevilir, onunla maraqlanırlar. Bədbəxtliyin çox böyük bir gəliri var. Əgər qadın bədbəxt deyilsə, əri bəsitcə onu unutmağa başlayar. Əgər qadın bədbəxtdirsə, əri onu göz ardı etməyin bədəlini ödəyə bilməz. Əgər ata xoşbəxt deyilsə, bütün ailə, həyat yoldaşı, uşaqları ətrafındadır, onun üçün narahatdılar; bu çox rahatlıq verir. İnsan yalnız olmadığını, bir ailəsi, dostları olduğunu düşünür. Xəstə, depressiyada, iztirab içində olduğun zaman, təsəlli etmək üçün, rahatlatmaq üçün dostların səni ziyarət etməyə gəlir.

Xoşbəxt olduğun zaman eyni dostların səni qısqanmağa başlayır. Həqiqətən xoşbəxt olduğun zaman, bütün dünya sənin qarşında olacaq. Heç kim xoşbəxt  bir insanı sevmir, çünki xoşbəxt bir insan digərlərinin eqosunu incidir. Digərləri belə düşünməyə başlayır: “Yəni sən indi xoşbəxt oldun amma hamımız, biz hələ də qaranlıqda, iztirab içində və cəhənnəmdə sürünürük. ” Dünya bədbəxt insanlardan ibarətdir və heç kim bütün dünyanı qarşısına ala biləcək qədər cəsarət sahibi deyil; bu çox təhlükəli, çox risklidir. İztiraba tutunmaq daha yaxşıdır, o səni izdihamın bir parçası edər.

İztirabın içinə bir bax və çox təməl şeylər tapacaqsan. O sənə sayğınlıq verir. İnsanlar sənə qarşı daha dostça, daha xoş davranır. Əgər xoşbəxt deyilsənsə, daha çox dostun olacaq. Bu çox qəribə bir dünyadır. Bir şeylər kökündən yalnışdır onda. Bu belə olmamalıdır, xoşbəxt insanın daha çox dostu olmalıdır.

Lakin xoşbəxt ol və insanlar səni qısqansınlar, daha, dostca davranmazlar. Aldadılmış hiss edərlər; səndə onlarda olmayan bir şey var. Nəyə görə xoşbəxtsən? Buna görə də, biz də yüzlərlə əsrdir xoşbəxtliyi görməzdən gəlib bədbəxtliyi ifadə etdiyimiz çox incə bir mexanizmi öyrəndik. İkinci bir mənliyin olmuşdur. Bu mexanizmanı buraxmaq məcburiyyətindəsən.

Necə xoşbəxt olunacağını öyrən və xoşbəxt insanlara sayğı duymağı öyrən və xoşbəxt insalara daha çox diqqət göstər. Bu, insanlığa böyük bir xidmət olar.

Bədbəxt insanlara çox simpatiya duyma. Bir insan iztirab çəkirsə kömək et, amma simpatiya duyma. Ona pərişanlığın dəyərli bir şey olduğu fikrini aşılama. Ona kömək etdiyini, amma bunun sayğıdan qaynaqlanmadığını, tək səbəbinin pərişanlığı olduğunu açıq bir şəkildə bilməsini təmin et. Və sən məhz pərişanlıq çirkin bir şey olduğu üçün, bu adamı bədbəxtliyinin içindən çıxarmağa çalışırsan. Qoy bu insan, pərişanlığın çirkin olduğunu, bədbəxtliyin ərdəmli bir şey olmadığını, insanlığa böyük bir xidmət etmədyini hiss etsin.

Xoşbəxt ol, xoşbəxtliyə sayğı duy və insanlara, xoşbəxtliyin həyatın məqsədi olduğunu anlamaları üçün kömək et. Nə zaman səadət içində bir insan görsən, ona sayğı duy, bu müqəddəsdir. Və nə zaman bir topluluğun coşğu dolu olduğunu, büsatlı olduğunu hiss etsən, onu müqəddəs bir yer olaraq qəbul et. Tamamilə yeni bir dil öyrənmək məcburiyyətindəyik, ancaq o zaman bu iylənmiş insanlıq dəyişə bilər. Sağlamlığın, bütünlüyün, xoşbəxtliyin dilini öyrənmək məcburiyyətindəyik. Bu çox çətin olacaq, çünki investisiyalarımız çox böyükdür.

Heç bir səbəb olmadan coşğu dolu olmağın manyaklık olduğunun öyrədildiyi, dəli olmuş bir toplumda böyüdüldün. Bəsitcə, ortada bir səbəb yox ikən gülüməsəsən, insanlar, başında bir problem olduğunu düşünər. Niyə gülürsən? Niyə çox xoşbəxt görünürsən? Və əgər,  “Bilmirəm, sadəcə xoşbəxt hiss edirəm.” desən, cavabın sadəcə onların, səndə bir şeylərin yalnış getməsi barədə fikrini gücləndirəcək. Lakin, əgər xoşbəxt olmasan, heç kim səndən niyə bədbəxt olduğunu soruşmayacaq. Bədbəxt olmaq təbiidir. Hər kəs elədir. Sənə məxsus bir şey deyil. Özünə xas bir şey eləmirsən.


Mənbə: Osho – “Coşğu”

Hazırladı: Fidan Aslanova

Beyenmeler

0
 

16
 

VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

SOSİAL ŞƏBƏKƏ İLƏ BAĞLI MÜSBƏT VƏRDİŞLƏR

Xüsusi

Sosial şəbəkə, başqalarının həyatlarının tamamını və ya gerçəkdə necə olduğunu tamamilə göstərən bir yer deyil. Əgər bunu unutsanız, öz həyatınızı başqalarının paylaşdığı həyatı ilə müqayisə etmə tələsinə düşməkdən başqa çarəniz qalmaz.

Əslində bu durum son dərəcə təhlükəli ola bilər. İnsanın öz həyatını başqalarının həyatı ilə müqayisə etməsi acizlik, qısqanclıq və hətta nifrət kimi duyğuların yaranmasına səbəb ola bilər. Bu cür duyğularla mübarizə aparılmadığı zaman isə, stres, narahatlıq ve depressiya qaçınılmaz hala gələr. Əgər, onsuz da sıxıntı ve depressiya ilə mübarizə aparırsınızsa, bu duyğular, vəziyyəti daha da pisləşdirə bilər.

Həyatınızda olub bitənlərə, düşüncələrinizə, duyğularınıza biraz daha yaxından baxdığınız zaman, əslində ətrafınızda sizi tükəndirən bir çox neqativ şeyin olduğunu görə bilərsiniz. Sosial şəbəkədəki bütün o gözəl bədənlər, mükəmməl münasibətlər, möhtəşəm dostluqlar öz həyatınızın mükəmməl olmadığı hissini oyandırır. Özünüzü, tez-tez boşluqda və hər kəsin sahib olduğu şeylərdən məhrum imiş  kimi hiss edə bilərsiniz.

Halbuki, sosial şəbəkədən daha şüurlu istifadə edərək, bütün bu neqativ şeyləri pozitivə çevirə bilərsiniz. Öncəliklə bunu bilməlisiniz ki, şüurunuza diqqət göstərmədiyiniz zaman, o öz-özünün qayğısına qala bilməz. Yəni əgər şüurlu olaraq pozitiv düşüncələrə fokuslanmasanız, zehniniz öz-özülüyündən neqativ düşüncələrə yönəlir. Əgər facebook və ya instagram səfhənizdə aşağıya doğru enərkən düşüncələrinizə qarşı fərqindəlik inkişaf etdirməsəniz, zehniniz öz-özünə mənfi düşüncələr inkişaf etdirəcək. İkinci olaraq bilməli olduğunuz şey isə, düşüncələrinizin duyğularınıza təsir etməsidir. Yəni mənfi düşünclər sizi mənfi hiss etdirir, pozitiv düşüncələr sizi pozitiv hiss etdirir.

Başlamadan öncə…

1. Niyyətinizi müəyyənləşdirin

Sosial şəbəkə hesablarınızla maraqlanmadan öncə dayanın, nəfəs alın və özünüzə, hədəfinizin pozitiv bir təcrübə olduğunu xatırladın.

2. Olduğunuz anda qalmağı unutmayın

Həqiqətən xoşbəxt olmağın tək yolu, yaşadığınız anda qalmaqdır. Bunu həyatınızda nə qədər çox tətbiq edə bilsəniz, neqativ hissləriniz o qədər azalar. Ekrana toxunan barmaqlarınızı hiss edin, oturduğunuz kreslonu və ya stulu düşünün. Düşüncələrinizin arasında itməmək üçün zaman-zaman nəfəsinizə fokuslanın.

3. Təmizləyin. 

Davamlı olaraq nələrdənsə şikayətlənən və neqativ paylaşım edən insanları izləməyi tərk edin. Pozitiv insanları və səhfələri izləyin. Bunu edərək, şüursuzca aşağıya doğru enərkən nə qədər çox şeyin fərq etdiyini görəcəksiniz. Zehniniz hər zaman yaxşı bir seçim etməyə bilər, amma siz edə biləsiniz.

Paylaşım edərkən…

4. Nə qədər “like” alacağınızı düşünmədən paylaşın

Şüuraltınızda nə qədər “like” toplasanız, o qədər çox təsdiq aldığınızı düşünə bilərsiniz. Əksinə isə, “like” toplamayan bir paylaşım, sizi sevgisiz də hiss etdirə bilər. Halbuki bu bəyənmələr, sizin şəxsiyyətinizlə, şəxsi keyfiyyətlərinizlə bağlı deyil. Bəzi insanlar sırf “like” toplamaq üçün pul ödəyir. Bunun əslində nə qədər anlamsız olduğunu düşünün. Halbuki, özünüzə və paylaşdığınız şeyə güvənsəniz, bax o zaman həqiqətən xoşbəxt ola bilərsiniz.

5. Şikayət etmək əvəzinə, başqalarına köməyi toxunacaq müsbət şeylər paylaşın

Bu həm paylaşımlar, həm də rəylər üçün keçərlidir. Özünüzə bu sualı verin: Paylaşdığım bu şey müsbətdirmi? Şikayət etməkdən və ya mənfi mübahisələrə çevrilə biləcək paylaşımlardan qaçın. Bu, boş-boşuna enerjinizi tükəndirməkdən başqa bir işə yaramaz.

Hər gün ən az bir nəfərə kompliment etməyi və ya təşəkkür etməyi vərdiş halına gətirin. Online olduğunuz zaman, başqalarına müsbət və sevgi dolu mesajlar verməyə çalışın. Bunun sadəcə başqaları üçün yox, sizin yaxşılığınız üçün olduğunu unutmayın.

6. İçinizdən gələn tənqid istəyi ilə  mübarizə aparın

Neqativ bir rəy aldığınız zaman, bunun gerçəkliyini sorğulamaq üçün özünüzə biraz vaxt verin. Bu asan olmaya bilər, lakin eqonuzdan uzaqlaşıb özünüzə qarşı dürüst ola bilmək üçün bunu yoxlaya bilərsiniz. Əgər doğrudursa, sözü gedən neqativ şərhi edən insana bu mövzuya diqqət çəkdiyi üçün təşəkkür edin. Əgər doğru deyilsə, üzərində durmayın və o şərhi silin və ya üzərində durmayın və boş verin.

Aşağıya doğru enərkən…

7. Mühakimə etməyin

Bunu hamımız bilirik, bəs yaxşı nə qədər tətbiq edirik? Kimisə mühakimə etməyin nəticələrini zaman -zaman özünüzə xatırlada bilərsiniz. Biri haqqında neqativ düşüncələr bəslədiyiniz zaman, özünü pis hiss edən, o insan yox, siz olursunuz. Üstəlik, neqatİv düşüncələrin, neqativ duyğulara çevrildiyini unutmayın.

8. Qısqanmağın, ilham almaq üçün bir çağırış olduğunun fərqinə varın

Başqalarına qısqanclıqla baxmaq əvəzinə, onlardan ilham almağa çalışın. Sizin əldə etmək istədiyiniz şeyi bir başqası əldə edibsə, bu, həmin şeyin sizin üçün də mümkün olduğu deməkdir.

9. Zehninizin uydurduğu hekayələri sorğulayın

Bunu bir təcrübə olaraq görə bilərsiniz. Facebook səhfənizdə 5-10 dəqiqə boyunca aşağıya doğru enin və diqqətinizi intensivləşdirin, zehninizdə yaranan bütün heakyələrin fərqinə varın. Zehninizdə nələrsə yarananda, özünüzə bu hekayəyə inanmağın faydalı olub-olmadığını soruşun. Kifayət qədər yaxşı olmadığınızı düşünməyin sizə bir faydası varmı? Və ya başqalarının həyatdakı seçimlərini mühakimə etməyin sizə bir faydası varmı?

Zehninizi mühakimə etmək və ya ona hirslənməəvəzinə onu sorğulayın. Daha şüurlu və fərqindəliyi inkişaf etmiş bir insan olmaq istəyirsinizsə, zehninizi hər zaman sorğulayın.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

14
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

RUHSAL ARAYIŞÇI OLMAQ NƏ DEMƏKDİR? -1

Xüsusi

Başlıca olaraq iki şey deməkdir. İlkin olaraq, həyat xaricdən göründüyü forması ilə qənaətbəxş  deyil, həyat xaricdən göründüyü forması ilə anlamsızdır. İnsan bu gerçəyin, bütün həyatın anlamsız bir şey olduğunun fərqinə vardığı zaman, arayış başlayar. Bu olumsuz hissədir. Lakin, bu olumsuz hissə olmadan, olumlu hissə gələ bilməz. Ruhsal arayış, ilk başda, həyatın olduğu forması ilə anlamsız olduğu, bütün prosesin “Tozlar tozlara” şəklində ölümlə nəticələndiyi olumsuz bir duyğu deməkdir. İnsanın əlində nəticədə heç bir şey qalmaz. O qədər çoz iztirabla elə bir cəhənnəmdə həyatını keçiririsən və nəticədə əldə edilən heç bir şey yoxdur.
Bu, ruhsal arayışın olumsuz hissəsidir və bütün həyat sənə bu yöndə kömək edər. Bu hissə – bu olumsuzluq, bu hüsran, bu acı – dünyanın edəcəyi hissədir. Həyatın, var olduğu forması ilə anlamsızlığı gerçəyinin fərqinə vardığın zaman, arayışın başlayar, çünki anlamsız bir həyat hüzurlu ola bilməz. Anlamsız bir həyatda, səninlə, həyat olan hər şey arasında bir uçurum yaranar. Körpü qura bilməyən bir boşluq, daha da geniş hala gələrək böyüyər. Özünü yerləşə bilməmiş kimi  hiss edərsən. Daha sonra anlamlı, xoşbəxt bir şey üçün arayış başlayar. Bu digər hissədir, olumlu hissə.
Ruhsal anlayış xəyali layihələrlə yox, əsil, gerçəkliklə uzlaşmağa çatmaqdır. Bütün həyatımız bir layihədir, bizim xəyali layihəmiz. Olanı bilmək üçün yox, arzulananı əldə etmək üçündür. “Arzu” kəlməsini sözdə həyatımızın bir simvolu olaraq qəbul edə bilərsən – o arzulanan bir layihədir. Olanın arayışında deyilsən, arzulananın arayışındasan. Buna görə də arzulamağı davam etdiririsən və həyat da xəyal qırıqlığı olmağı davam etdirir, çünki olduğu forması ilə elədir. Sənin istədiyin kimi ola bilməz. Xəyal qırıqlığına düçar olarsan. Gerçək, sənə qarşı düşmən olduğu üçün yox,  sən gerçəkliklə yox, sadəcə xəyallarınla uyum içində olduğun üçün. Xəyalların paramparça olacaq.  Xəyal qurarkən kifayət edə bilər. Amma hər hansı bir xəyala çatıldığı zaman, hər şey xəyal qırıqlığıdır.
Ruhsal arayış bu olumsuz yönü bilmək deməkdir, arzulamağın, hüsranın əsas səbəbi olduğunu. Arzulamaq, insanın öz razılığı ilə bir qabıq yaratmasıdır. Arzulamaq dünyadır. Dünyəvi olmaq, arzunun hüsrandan başqa bir şey olmadığının fərqinə varmadan arzulamaq və arzulamağı davam etdirməkdir. Bir dəfə bunun fərqinə vardığın zaman, arzulamazsan. Tək arzun, olanı bilmək olar.

Arzulamayan bir zehin, ruhsal arayışda olandır. Ruhsal bir arayışçı, arzunun absurdluğunun tamamilə fərqində olan və olanı bilməyə hazır olan insandır. İnsan bilməyə hazır olduğu zaman gerçək hər zaman tindədir, düz bir tin o tərəfdə. Amma sən heç bir zaman orada deyilsən, arzudasan, gələcəkdəsən.  Gerçək hər zaman mövcuddadır – burda və indidə – və sən heç bir zaman mövcudda deyilsən. Hər zaman gələcəkdəsən, arzularındasan, xəyallarındasan. Xəyallarda, arzularda demək yuxuda deməkdir. Və gerçək burda və indidədir.
Bu yuxudan oyandığın zaman, röyadan da oyanırsan və burda və indidə, yəni sadəcə mövcudda olan gerçəyə oyanırsan. Təkrar olaraq doğulursan. Coşğuya, məmnuniyyətə və hər zaman arzulanan, lakin əldə edilə bilməyən hər şeyə çatırsan. Ruhsal arayış burda və indidə olmaqdır və sadəcə arzulayan bir zehin olmadığı zaman burda və indidə ola bilərsən; əks halda arzulayan zehin tərəddüd yaradar. Bir saat kəfgiri kimi zehin ya keçmişə, xatirələrə və ya gələcəyə, arzulara, xəyallara gedib gəlir. Bu keçmiş və gələcək tərəddüdləri arasında gerçəyi qaçırırırıq.
Gerçəklik burda və indidədir. Heç bir zaman keçmişdə və ya gələcəkdə deyil.; hər zaman indidədir. İndi, yeganə andır. İndi, yeganə zamandır.  Əsla keçməz. İndi, sonsuzdur. Hər zaman burdadır, lakin biz burda deyilik. Buna görə də bir ruhsal arayışçı olmaq demək,  burda olmaq deməkdir. Ona meditasiya deyə bilərsən, ona yoqa deyə bilərsən, ona dua deyə biləsən. Verilən adın fərqi yoxdur, önəmli olan, zehnin araya girməməyidir. Və zehin sadəcə keçmişdə və ya gələcəkdə var ola bilər, bunun xaricində zehin yoxdur.
Dünən bir nəfərlə danışırdım. Ona, indidə düşünə bilməyəcəyini deyirdim. Düşündüyün anda o, keçmiş halına gəlmişdir. Buna görə də zehin indidə var ola bilməz. Sadəcə keçmişin xatirəsində var olar və ya gələcəyə yansıyar. Əsla indi ilə təmas qura bilməz – qura bilməz, çünki bu mümkün deyil. Beləcə, əgər heç düşüncə yoxdursa, zehin də yoxdur. Bu zehinsizlik, meditasiyadır. O zaman burda və indidə olursan. O zaman sən gerçəkliyin içinə partlayarsan. O zaman gerçəklik sənin içinə partlayar.

Ruhsal arayış moksha, ölümdən sonra qurtuluş üçün deyil. Bu da bir arzudur, hətta zənginlik üçün olan arzudan, prestij üçün olan arzudan, güc üçün ola azrudan daha acgözdür. Moksha arzusu daha acgözdür, çünki ölümün o tərəfinə də gedər.


Mənbə:      Osho – “Özünlə başla” kitabı

Hazırladı:   Fidan Aslanova Red 

Beyenmeler

1
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

GÜNƏ XOŞBƏXT BAŞLAMAĞIN 20 YOLU

Xüsusi

Əgər səhər insanı deyilsinizsə, günün ilk saatlarında oyanıb yataqdan qalxmaq sizin üçün tam bir işgəncə ola bilər. Bir çoxumuz üçün gün, evdən çıxanda başlayır, lakin qəbul edək ki, ilk oyandığımız zaman günə başlamaq elə də sevimli bir şey olmaya bilər. Əslində, bunu tərsinə çevirmək mümkündür. Niyə də siz də səhərlər xoşbəxt bir şəkildə oyanan və günə başlayarkən həyəcan duyanlardan olmayasınız? Buna görə də, gəlin, səhərlər günə xoşbəxt başlamağın sirləri ilə tanış olaq:

1. Səhər yeməyi yeyin.

Yaxşı bir səhər yeməyi, həm bədənin, həm də ruhun qidasıdır. Lakin bir çoxumuz

səhərlər buna vaxt ayıra bilmədiyimiz üçün səhər yeməyini ötürürük. Halbuki, səhərlər sadəcə 15 dəqiqə daha erkən oyanıb səhər yeməyi yemək, daha asan oyanmağınızı və özünüzü daha enerjili hiss etməyinizi təmin edər.

2. Oyanan kimi əzələlərinizi gərin.

Səhərlər əzələlərinizi gərmək, bədəninizdəki qan dövranını sürətləndirir. Bu gərilmə hərəkətlərini yatağınızda belə edə bilərsiniz. Əzələlərinizi gərdiyiniz zaman ifraz olunan endorfin, stresinizi azaldar və günə daha pozitiv başlamağınızı təmin edər.

3. Televizora baxmayın.

Pis xəbərləri eşitdiyiniz zaman, asanlıqla kefiniz pozulursa, səhərlər oyanan kimi televizoru açmayın. İrəliləyən saatlarda xəbərləri almaq üçün çox vaxtınız olacaq.

4. Musiqi qoyun.

Sizi yaxşı hiss etdirən mahnılardan ibarət bir albom hazırlayın və səhər oyanan kimi bu musiqilərlə günə başlayın.

5. Gecədən hazırlıq görün.

Açarlarınızı və pul qabınızı tapmaq, paltarlarınızı seçmək, işə gedərkən yolda oxuyacağınız qeydləri çantanıza qoymaq üçün tələsərkən əslində günə neqativ bir başlanğıc etmiş olursunuz. Bunun yerinə, gecə 10 dəqiqənizi ayırıb hazırlıq görərək səhərlər daha az narahatlıqla oyana bilərsiniz.

6. Yataq otağınızı təmizləyin.

Səhərlər təmiz bir otaqda oyanmaq, günə daha yaxşı duyğularla  başlamağınızı təmin edir. Yataq otağınızı gecədən təmizləsəniz, etməli olduğunuz işlər siyahınızdan önəmli bir maddəni çıxarmış olarsınız.

7. Ətrafınızda təbii çiçəklər olsun.

Elmi araşdırmalar, çiçəklərin insanları daha xoşbəxt etdiyini deyir. Səhərlər oyanan kimi ilk görəcəyiniz bir yerə təbii çiçəklər qoyun.

8. Telefonunuzda zəngli saatı təxirə salmayın.

Səhərlər zəngli saatla oyanırsınızsa, təxirə salma düyməsinə qətiyyən basmayın. Araşdırmalara görə, zəngli saatınızı təxirə salmaq, daha yuxulu və yorğun bir halda oyanmağınıza səbəb olur.

9. Pərdələri yarı açıq saxlayın.

Hava şəraiti və günəş işığı hamımızın ruh halını dərhal dəyişdirir. Sə

hərlər günə daha yaxşı başlamaq üçün oyandığınız zaman, qoy otağınıza biraz günəş işığı düşsün.

10. Yatağa 1 saat erkən girin.

Yatağa erkən girdiyiniz zaman ola bilsin dərhal yata bilməyəcksiniz. Lakin belə etməklə, bədəninizə yuxuya hazırlaşması üçün zaman vermiş olarsınız. Üstəlik beləcə, səhərlər daha asan və daha erkən oyana bilərsiniz.

11. Sosial şəbəkədən uzaq durun.

Səhərlər oyanan kimi bir çoxumuz mobil telefonlarımızı əlimizə alıb sosial şəbəkə hesablarımızı yoxlayırıq. Bir də, səhərlər oyandığınız zaman, sosial şəbəkədən uzaq durmağa çalışın. Fərqi, qısa zamanda hiss edəcəksiniz.

12. Kürəküstü yatın.

Araşdırmalar göstərir ki, ən yaxşı yuxu pozisiyası, kürəküstü yatmaqdır. Daha dincəlmiş bir halda oyanmaq üçün kürəküstü yatmağa çalışın.

13. Səhərlər 30 dəqiqə erkən qalxın.

Səhərlər erkən oyanmaq, günün digər hissəsini daha məhsuldar və pozitiv keçirmək üçün kilid əhəmiyyəti daşıyır.

 

14. Duş qəbul edin.

“Yaxşı bir duşun həll edə bilməyəcəyi heç bir şey yoxdur.” deyirlər. Səhərlər ən sevdiyiniz sabun və ya duş geli ilə ilıq bir duş qəbul edərək günə başlamağı yoxlayın.

15. Evdən çıxamadan günəş eynəyinizi taxın.

Günəşli havalarda eynəksiz bayıra çıxmaq, gözlərinizi qısmağınıza və qaşlarınızı çatmağınıza səbəb olur. Bu da, olumsuz duyğuları ağıla gətirə bilər və ruh halınıza təsir edə bilər. Buna görə də üz ifadənizin neqativ bir hal alaraq ruh halınıza təsir etməməsi üçün, günəş eynəyinizi taxmağı unutmayın.

16. Qəhvə için.

“Qəhvə və günəş insanı yaxşı hiss etdirir.” deyirlər. Səhərlər səkinin günəşli tərəfindən yeriyin və ya ən yaxın qəhvə dükanından sevdiyiniz kimi bir qəhvə alın.

17. İlham verən bir şeylər oxuyun.

Səhərlər ilham verici sözlər oxumaq, günə yaxşı başlamağınızı təmin edə bilər.

18. Paltarsız yatın.

Paltarsız yatmağın saysız-hesabsız faydası var. Məsələn, paltarsız halda oyandığınız zaman, özünüzü daha seksual və daha dincəlmiş hiss edə bilərsiniz. Üstəlik, paltarsız yatmaq, qarın bölgəsindəki yağlardan qurtulmağınıza kömək edər.

19. Yatağa girmədən öncə yemək yeməyin.

Rahat bir yuxu yatmaq istəyirsinizsə, gecələr yatağa girmədən öncə  bir şeylər yemək vərdişindən vazkeçməlisiniz.

20. Əyləncəli bir zəngli saat səsi təyin edin.

Səhərlər sevdiyiniz bir musiqi ilə oyanmaq kimisi yoxdur. Hazırlanarkən sevdiyiniz mahnıları dinləmək qədər, sizi oyandıran zəngli saatın  səsi də, ruh halınız üzərində təyin edici  rol oynayır. Buna görə də zəngli saatın səsini yumşaq və təbii səslərdən seçməyi və arada dəyişdirməyi unutmayın.


Mənbə: www.uplifers.com

Hazırladı : Fidan Aslanova

Beyenmeler

0
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

SOSİAL TABULAR

Xüsusi

Sosial Tabular necə yaranır?

Gəlin bu fəlsəfi suala, sadə bir eksperimentlə cavab verək.
Təcrübə 1. Beş meymun olan bir qəfəsin tavanına banan asılır, tavana dırmaşmaq üçün bir pilləkən qoyulur. Tezliklə bir meymun banana qalxmaq üçün pilləkənə yaxınlaşır. O qalxmaq istəyincə, gözlənilmədən bütün meymunların üzərinə buzlu su tökülür. Meymunlar sakitləşəndə, digər biri banan almaq üçün yenidən çalışır, yenə də bütün meymunların üzərinə buzlu sü tökülür. Bir neçə təkrarlamadan sonra, şərti bir refleks formalaşır və meymunlar tavandakı bananlarla maraqlanmır.

Təcrübə 2. Bir neçə gün keçdikdən sonra, qəfəsdə bir meymun yeni bir meymun ilə əvəz edilir. Yeni meymun banan görür və təbii olaraq onu almaq istəyir. Ancaq bu cəhd qəfəsin köhnə komandası tərəfindən ciddi şəkildə bastırılır. Yaxşı döyülən newcomer tavanda olan banana toxunmağa icazə olmadığını anlayır, və yenidən cəhd etsə, ciddi cəzalandırılacağını bilir. Bu mərhələdə sudan istifadə edilmədiyini nəzərə alaq!

Təcrübə 3. Bütün beş meymun yenisi ilə əvəz olunana qədər Təcrübə 2 təkrar edilir (su tökmədən). Ancaq yeni gələnlərə artıq bir səbəbə görə bir banan toxunulmayacağına öyrədilmişdir. Və sudan xəbərsiz meymunlar əlavə yeni, altıncı, təsiri gözlənilən idi: newcomer dərhal bir banan üçün pilləkənləri fəthi zamanı, o, yaxınları tərəfindən döyülür. Çünki bananlara toxuna bilməzsiniz. Bütün orijinal meymunları əvəz etdikdən sonra qalan meymunların heç biri soyuq suya səpilməmişdir. Buna baxmayaraq, onların heç biri banan almaq üçün pilləkənə qalxmadılar. Hər dəfə yeni bir meymun nərdivana yaxınlaşmağa çalışdıqda, dayandırıldı. Onu məğlub edən bir çox meymun isə niyə bu nərdivana dırmaşmağa icazə verilmədiyini və niyə yeni bir meymunu döydüyünü bilmirdi. Onu yalnız döyürdülər, çünki icazə yox idi, olmazdı. Səbəb? Olmaz!

Mənim fikrimcə, bu təcrübə cəmiyyətimizə xas olan bir çox təbiətin gözəl göstəricisidir! Əgər düşünsəniz, cəmiyyətimizin normalarından bir çoxu köhnəlmiş görünür. Xüsusilə fərqli bir mədəniyyətə sahib bir ölkəyə gəldiyində gözünüzü tutur və həyat tərzinə “təzə bir görünüş” ilə baxırsınız. İnsanların uşaqlıqdan şuuraltına yeridilən tabuları ilə bağlı mübahisə etmək mümkün deyil. Bu təcrübənin ikinci maraqlı nəticəsi – tabu yalnız insanlara deyil, heyvanlara da (ən azı, meymunlara) xasdır. Təcrübələrin şərtlərini diqqətlə araşdırdıqdan sonra, təsadüfən baş verə biləcək bir şey olmadığını görürük. Və bu təcrübəni ilk dəfə oxuduqdan sonra, zoologlardan bənzər xəbərləri izləyirəm. Əlbəttə bu təcrübəni mütəfəkkirlərin sosioloqların bir çox suallarına cavab verən mükəmməl bir numunə hesab edirəm.

Mənbə: http://ruskolan.com/liter/kritika/taboo.htm
Hazırladı: Leyla İsgəndərova

Beyenmeler

11
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 8 votes)

OŞO – “ÖZÜNLƏ BAŞLA”

Xüsusi

Bir yaradıcı olaraq köhnə Tanrı anlayışının mənim üçün anlamsız olduğunu söyləməyim daha yaxşı olar – mən “Yaradıcı Tanrı” demirəm, çünki  mənim üçün bu ifadə bizim məncil yaradılış anlayışımızın, etmə-nin bir yansımasıdır. Bizim bir şey etməyimiz kimi, Tanrı da dünyanı yaratmışdır. Biz evrensəl müstəviyə öz proyeksiyamızı  yansıtmışıq, buna görə də yaradılmış və yaradan vardır. Ayrılmışlıq vardır.
Mənə görə, Tanrı olandır – yaradan deyil – olmağa davam edəndir. Tanrı, sonsuza kimi davam edən deməkdir. Buna görə də olan hər şey Tanrıdır. Sən və digər hər şey olaylarsınız. Bu sonzuz olma Tanrıdır. Yaradıcı və yaradılış yoxdur. Bölünmənin – kosmik gerçəkliyin üzərinə yansımağımızın – özü məncillikdir.
Bir dəfə içində edən və edilən deyə bir ayrılma olmadığını anladığın zaman, edən və edilən olmadığını anlayarsan, sadəcə olma-lar vardır. Və bir dəfə bu sonsuz olma ortaya çıxdığı zaman, heç bir yük qalmaz, heç bir gərginlik qalmaz. Doğumun bir olma-dır, ölümün də bir olay olacaqdır. Sən heç bir yerdə deyilsən.
“Mən” – “Mən edirəm” deyə düşünən bu eqo hardan gəlir? Hafizədən gəlir. Hafizə, olayları yazmağı davam etdirir. Doğulursan, uşaq olursan, sonra gənclik gəlir və sonra yaşlanırsan. Hər şey olur – eşq olur, nifrət olur və hafizə yazmağa davam edir. Keçmişə baxdığınız zaman, bütün yığılan hafizə “mən” halına gəlir. “Mən” birini sevdim. Bir yerdə  sevginin yarandığını söyləmək daha yaxşı və daha doğru olardı. Edən mən deyildim. Amma “Mən sevdim” xatirəsi doğum kimi, ölüm kimi meydana gəldi.
Əgər insan bunu, yəni olayların meydana gəldiyini və bir edənin olmadığını  sadəcə 24 saat boyunca xatırlaya bilərsə, o insan bir daha eyni olmaz. Lakin, sadəcə bir saniyə üçün belə olsa xatırlamaq çox çətindir.

Bütün söylədiklərim demək istədiklərim olmaya bilər və demək istədiklərim söylədiklərim olmaya bilər, amma hər zaman dərinə bax. Hər zaman söylənməyən, lakin işarə ediləni dinlə. Söylənə bilməyən, lakin göstərilən, işarə edilən şeylər vardır. Dərin və yüksək dərəcədə olan şeylər sadəcə göstərilə bilər, əsla söylənə bilməz. Və mən söyənilə bilməyən şeyləri söyləyirəm. Buna görə də mənim sözlərimi düşünmə. Hər zaman sözləri anlamsız olaraq görüb at, sonra da kəlməsiz anlama,  səsiz anlama doğru dərinə en. O, hər zaman sözlərin ardındadır.
Sözlər hər zaman ölüdür, anlamsa hər zaman canlı. İnsan sözlərə açıq ola bilər, amma insan heç bir zaman zehni anlayış yolu ilə açıq ola bilməz. Sadəcə ağlınla yox, bütün varlğınla açıq ola bilərsən. Zehin bəzən yalnış anladığı üçün yox – zehin hər zaman yalnış anlayar. Zehin bəzən səhv etdyinə görə yox – zehin yalnışlıqdır. Zehin hər zaman səhv edər.
Bütün söylədiklərimdə heç bir nəzəriyyə ilə bağlı deyiləm, heç bir fəlsəfə ilə bağlı deyiləm. Bir şey söylədiyim zaman, bu sadəcə səni söylənə bilməyənə aparmaq üçünüdür. Və sözlərdən istifadə etdiyim zaman onlardan sadəcə səni səssizliyə yönəltmək üçün istifadə edirəm. Və bir şey iddia etdiyim zaman, bu, iddia edilə bilməyənə işarə etmək üçündür. Mənim ifadəm həqiqətən bir şey ifadə etmək üçün deyil, ifadə edilə bilməyənə işarə etmək üçündür.

“Müridlik” axtarmağa, araşdırmağa, öyrənməyə hazır bir zehin – açıq və duyarlı bir zehin – mənasındadır.

Söhbət, insan zehnindən gedəndə, istifadə etmək üçün “Tanrı”-dan daha doğru bir kəlmə bilmirik.

Müəyyən bir insanı sevə bilməzsən, çünki müəyyən bir insana açıq olub digərlərinin hamısına qapalı olmaq mümkün deyildir. Bu, ediləcək ən mümkünsüz şeylərdən biridir.

St. Augustine bir yerdə, “Mən hər an ölürəm” , deyib. Bütün zehninin və onun bütün gedişatının, davamlılığın; keçmişin, özünü davam etdirib, gələcəyi gətirməyə çalışmağının fərqinə varan insan hər saniyə öləcəkdir. Hər an keçmiş çölə atılacaqdır. İnsan təzə, yeni və gənc, gələcək yeni ana atlamağa hazır olacaqdır. Sadəcə bu yeni şüur, bu gənc – sonsuza kimi gənc – şüur alıcıdır, açıqdır. Onun divarları yoxdur, onun sərhədləri yoxdur. Tamamilə açıqdır, kosmos kimi.

Sevgi dolu olursan və hər hərəkətin, hər münasibətin fərqli bir keyfiyyəti, fərqli bir anlamı, fərqli bir dərinliyi olur. Bu partlayış yolu ilə zehindən, eqodan, bədəndən, çəpərdən tamamilə ayrılmış olarsan – tamamilə ayrılmış.

Əgər dərin yata bilmirsənsə, yaşaya bilməzsən, çünki həyatın hər gün bəzi dəyişikliklərə ehtiyacı var. Hər gün bədəndə, zehində və duyğularda dəyişəcək bir çox şey var. Hər gün çoxlu dəyişiklik var. Buna görə də, təbiətin səni şüursuz hala gətirmək üçün bir yolu olmalıdır, çünki şüurlu olaraq mərkəzdə çox qala bilməzsən.

Əgər “Səni çox sevirəm” deyirsənsə, bu sevginin sona çatmaq  üzrə olması üçün hər ehtimalın var olduğunun fərqində ol. İndidən belə bitmiş ola bilər. Vurğulamağın səbəbi budur – “Səni çox sevirəm.” “Çox”,  boşluğu doldurmaq üçün bir çabadır. Və bir boşluq vardır. Sevgi getmişdir. Sevgi varkən onu hiss edir və yaşayırsan, səssizlik kifayət edir.

Bir formada bilmədiyin heç bir kitabı oxuya bilməzsən. Sadəcə özünü oxuya bilərsən, başqa heç bir şeyi. Buna görə də əgər Buddanın Dhammapada-sını oxuyursansa, oxuduğun Buddanın Dhammapadası deyil, sənin Dhammapadandır. Artıq, yaradıcı sən olacaqsan. Artıq, Buddanın söylədiklərinin dərinliyini, sənin dərinliyin müəyyən edəcək. Özündən o tərəfə keçə bilməzsən, özündən o tərəfə baxa bilməzsən.

Dini kitablara güvənilə bilməz, çünki onlar absurddur. Kimsə, onları şərh etməlidir, lakin onlar da anlayışları xaricində şərh edə bilməzlər, buna görə də mənasızdır.

Təbii ki  önəmli olan bu “deyilə bilməyənlər”dir. Sadəcə önəmli olmayan söylənə bilər, sadəcə səthi olan söylənə bilər, sadəcə faydaçı olan söylənə bilər. Bilginin ən önəmli ötürülməsi səssizlikdə mümkündür.

Wu ondan, ” Niyə üzünü divara çevirib oturursan? Niyə mənə baxmırsan? Niyə digərlərinə baxmırsan? deyə soruşdu.
Bodhidharma, “Bütün həyatım boyunca sənə və digərlərinə baxdım, ancaq gözlərinizdə ölü bir divardan başqa heç nə görmədim. Buna görə də divara baxmağın daha yaxşı olduğuna qərar verdim. İnsan daha rahat olur, çünki qarşısındakının bir divar olduğunu blir. Birinə baxıb, orda divarı hiss etmək daha çətin olurdu. Səninlə belə daha rahat danışa bilirəm.

Artıq bütün dinlər köhnədir.

Sən səbrlisən? Gözləyə bilərsən? Sadəcə, gözləyərkən yetkinliyin bəlli olar. Bir uşaq, bir saniyə belə gözləyə bilməz. Əgər bir oyuncaq istəsə, onu dərhal istəyər; gözləyə bilməz. Zehin nə qədər səbrsizdirsə, yetkinliyi o qədər azdır.

Əgər bir il gözləyə bilsən, zehin öz -özünə səssizləşəcək.

Modern zehnin ən şiddətli xəstəliyi təlaşdır. Modern zehnin yeni fenomeni zaman şüurudur; zehində meydana gələn əsas dəyişiklik zaman şüurudur. O qədər zaman şüurlu hala gəldik ki, bir saniyə belə gözləyə bilmirik. Bu bir qeyri-mümkünlükdür.
Bütün bu çağın uşaq kimi olmasının səbəbi budur. Heç bir yerdə yetkinlik yoxdur, çünki yetkinlik, gözləməyin məhsuludur. Və gözləmə, zaman şüuru ilə yox, zamansız şüurla mümkündür.
Yetkinlik  qeyri-mümkün hala gəldi. Lakin bir əngəl olan bu zaman şüuru, niyə ən böyük əngəldir? Əvvələr niyə yox idi? İndi niyə bu qədər böyükdür?
Zaman şüuru sadəcə ölümdən qorxan hala gəlsən dərinləşər. Bunun fərqində olmyaa bilərsən, amma ölümün nə qədər çox fərqinə varsan, o qədər zaman şüurlu hala gəlrəsən. Bir saniyə belə itirilməməlidir. Ölüm ordadır, itirilən hər an sonsuza kimi itirilir. Və ölüm yaxınlaşır, öləcəksən, buna görə də hər saniyədən istifadə et. Gözləyə bilməzsən, çünki gözləmək sadəcə ölümü gözləmək deməkdir. Ölüm gəlir, heç kim gözləyə bilməz. Sabah nə olacağını heç kim bilə bilməz. Bir sonrakı an ölüm gələ bilər. Narahat ola bilərsən, titrəməyə başlayırsan, qaçmağa başlayırsan.
Modern zehnin bütün bu qaçışı,  ölüm qorxusu səbəbiylədir.
Tarixdə ilk dəfə olaraq inanlar ölümdən bu qədər çox qorxurlar, çünki ilk dəfə olaraq ölümsüzlükdən bu qədər bixəbərdirlər. Əgər ölümsüzlüyün fərqndə olsan, o zaman təlaş olmaz. Sonsuzluğun içində yaşayırsan və hər zaman kifayət qədər zaman, gərəkli olandan çox zaman vardır. Heç nə itməz, çünki zaman sonsuzdur. Ölçüsüz bir xəzindən heç bir şey itirə bilməzsən. İtirməyə davam edə bilərsən, heç bir fərqi yoxdur; qalan eynidir. Ondan bir şey ala bilməzsən. Lakin. bizim zamanımız məhduddur. Zaman qısadır və ölüm ordadır.


Mənbə: Osho – “Kendinle Başla” kitabı.

Hazırladı: Fidan Aslanova

Beyenmeler

15
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

ZEN RUHUNDA TAROT – HƏYAT OYUNU

Xüsusi

oyun

Bir uşağın hər doğulmasında Adəm də doğulur. Və bir neçə il yaşayır, ən çox dörd il… Bu zaman hər gün azalır. Necə kədər yaradacağını bilmədiyi üçün cənnətdə yaşayır. Həyata güvənir; kiçik şeylərdən – dəniz kənarındakı çınqıl daşları və ya dəniz qabıqları – zövq alır. Bir xəzinə tapmış kimi toplayır onları. Adi rəngli daşlar, Kohinoor kimi görünür. Hər şey onu xoşbəxt edir – səhər günəşində şeh damlaları, gecələr ulduzlar, ay, çiçəklər, kəpənəklər, hər şey saf cazibədarlıqdadır.
Lakin sonra, çox keçmədən bilməyə başlayır. Kəpənək, sadəcə kəpənəkdir. Çiçək sadəcə çiçəkdir. İçində elə bir şey yoxdur. Adları bilməyə başlayır: Bu bir qızılgüldür və bu bir zambaqdır və bu bir novruzgülüdür və bu bir su zambağıdır. Və çox keçmədən, bu adlar əngəllər halına gəlir. Nə qədər çox bilirsə, o qədər həyatla tam anlamıya əlaqəsi kəsilir. “Başçı” olur. Artıq başı ilə yaşayır, bütünlüyü ilə yox.

Eşq, dünyadakı ən böyük əlkimyəvi gücdür. Ondan necə istifadə edəcəyini bilənlər, ən yüksək zirvəyə çata bilərlər.

Böyümənin, tamamilə tək bir şeyə ehtiyacı var, o da cəsarətdir.

Axtaran biri olmaq, qumarın başlanğıcıdır. Həyatını riskə atır, eqonu riskə atırsan. Riskə gedirsən, çünki bütün güvəncələrini buraxırsan.

Sadəcə yalnız ikən ediləcək bir neçə şey var. Eşq, dua, həyat, ölüm, estetik təcrübələr, xoşbəxtlik anları – hamısı sən yalnız ikən gələr.

Doğru olan hər şey və gerçək olan hər şey, hər zaman sənə yalnızlıq gətirəcəkdir. Eşq, dua, həyat, ölüm, estetik təcrübələr, xoşbəxtlik anları – hamısı sən yalnız ikən gələr. Aşiq olduğun zaman biriylə olduğunu sanırsan. Bəlkə də o kimsə sənin yalnızlığını yansıdır, o kimsə, sadəcə sənin yalnızlığının yansıdığı bir aynadır. Lakin eşqinin dərinliyinə endikcə, aşiq olduğun o kimsənin belə ora girə bilməyəcəyini anlayarsan.

Bilməyin tək yolu ona icazə verməkdir; narahatlğa, qorxuya rəğmən.

Hər zaman düşünməyə dəyər, “Həyat tərzimdən xoşbəxtəm mi?” Əgər cavab “Yox” dursa, insan risklər almalıdır. Yeni yollar, yeni həyat tərzləri, yeni bir arayışa girişməlidir. Bu qədər dəqiqdir: İtirəcək heç bir şeyin yoxdur. Əvvəlki həyat tərzinlə xoşbəxtlik tapmadın. Əgər tapmış olsaydın yeniyə ehtiyac olmazdı. Əvvəlki anlamsız oldu, bu qədər dəqiqdir. Yeni anlamsız çıxa bilər və ya anlamlı çıxa bilər. Amma ən azından, yenidə anlamlı olma ehtimalı var. Əvvəlki, izləmədən keçdi. Onu gördün, anladın və onu heç bir şey almadan yaşadın. Sanki qumdan neft çıxarmağa çalışırmış kimi. Daha nə qədər qumdan neft çıxarmağa çalışaraq beyninə işkəncə edəcəksən?

Həyatda bir şeyə tutunmaq son dərəcə ağılsızlıqdır. Ən böyük xəta, möhkəm-möhkəm tutmaqdır; Belə edərək, insan sahib olduğunu itirər. “Bu mənimdir” deyə iddia edərkən, onsuz da bizim olanı itiririk.

Budda özü çox bilgili deyil; Nə İsa, nə də Məhəmməd həmçinin. Onlar məsum insanlardır, yalın insanlar, lakin yalınlıqları elədir ki, məsumiyyətləri elədir ki, uşaq kimi xüsusiyyətləri elədir ki, varlıqlarının ən içdəki ÖZ-ünə girə biliblər. Doğruluqlarını bilə biliblər, varoluşlarının ən ÖZ-ünə çata biliblər. Bilirlər, amma bilgili deyillər. Bilgiləri müqəddəs yazılardan deyildir. Onların dərin bilgililikləri, diqqətlilikləriylə olub. Mənbəni xatırlayın: Gerçək bilgi meditasiyadan, fərqindəlikdən, şüurdan, diqqətdən, şahidlikdən gələr. Və gerçək olmayan bilgi, müqəddəs yazılardan gələr. Gerçək olmayan bilgini çox asanlılqa öyrənə bilərsən və onunla lovğalana bilərsən, lakin bir ağılsız olaraq qalarsan – bilgili ağılsız, amma yenə də bir ağılsız.
Əgər həqiqətən bilmək istəyirsənsə, bütün bilgini buraxmaq məcburiyyətindəsən; onu, bilərək unutmaq məcburiyyətindəsən. Yenidən cahil olmaq məcburiyyətindəsən, maraq dolu gözlərlə, açıqgözlü kiçik bir uşaq kimi. Sadəcə öz varlığını bilməyəcək, dünyada var olan varlğı da biləcəksən… Ağaclarda, quşlarda, heyvanlarda, qayalarda və ulduzlarda var olan varlığı.

Bu, çox vaxt olur: Yolda bir insan görürsən, onu tanıyırsan, üzü tanış gəlir. Birdən, onun adını da bildiyini xatırlayırsan. Deyirsən ki, “Tam dilimin ucundadır.” Lakin heç cür sənə gəlmir. Tam dilinin ucundadırsa, niyə söyləyə bilmirsən? Bildiyini bilirsən, lakin yenə də xatırlaya bilmirsən. Və cəhd etdikcə daha da çətinləşir, çünki çox səy göstərmək səni daha gərgin edir. Və gərgin olduğun zaman, öz təbiətindən daha uzaq olursan; onsuz da orda olan şeydən daha uzaq olursan. Rahat olduğun zaman daha yaxınsan; tamamilə rahat olduğun zaman öz-özündən suyun üzünə çıxacaq.
Daha qüvvətli bir şəkildə cəhd edirsən, amma çıxmır, bu səbəblə hamısını unudursan. Sonra hamamda uzanarkən və ya sadəcə hovuzda üzərkən -həmin insanın adını xatırlamağa çalışmırsan belə – birdən ortaya çıxır. Xatırlamağa çalışmırdın və çox rahatlaşmışdın. Rahatlaşdığın zaman genişsən, gərgin olduğun zaman darlaşırsan – nə qədər gərgin, o qədər dar. Səninlə, içindəki arasında olan keçid o qədər dardır ki, ondan heç bir şey keçə bilməz, sadə  bir ad belə.

Acı çək! Acnın bir zərəri yoxdur, çünki acı çox müdriklik gətirər. Acının zərəri yoxdur, çünki ancaq acı ilə insan onu aşar.

Ərdəm deməyə dəyər tək ərdəm, yaradıcılıqdır. Nə yaratdığın önəmli deyil, lakin həyatı artırmalı, varoluşu gözəlləşdirməli, yaşamağı daha şən, mahnını biraz daha maraqlı, eşqi biraz daha görkəmli  etməli – və bir yaradıcının həyatı, sonzuluğun və ölümsüzlüyün parçası olmaqla başlayar.
Milyonlarla insan yaşayar, lakin heç bir şey yaratmazlar.
Yaradıcı, izdihamın  bir hissəsi ola bilməz. Yaradıcı yalnız olmağı, ayrı getməyi, yalnızlığın gözəlliyini öyrənməyi öyrənmək məcburiyyətindədir, çünki sadəcə bu sahədə potensialın gerçəkliyə çevrilməyə başlayar. Yaradıcının yolu, sonunda səni özünə yönləndirər, çünki izdihamdan, yığından uzaqlaşırsan – yalnızlığa gedirsən. Bir rəssam, rəsmində tamamilə yalnızdır. Bir rəqqas, rəqsində tamamilə yalnızdır.

Həyat, sadəcə qatılmaqla bilinə bilər. Bir izləyici olma. Bütün modern dünya, sadəcə bir izləyici, bir izləyici topluluğu oldu. Birisi rəqs edir, sən ona baxırsan. Nə edirsən? Necə bir rəqsə baxa bilirsən? Bir rəqs, hiss edilməlidir, bir rəqs, rəqs edilməlidir. Biri mahnı oxuyur və sən baxırsan və dinləyisən. Mahnını və onun gözəlliyini bilmək üçün mahnı oxumalısan, qatılmalısan. Amma, bu fəlakətlik epidemiya səviyyəsindədir. Hər şeyə baxmağa davam edirsən.
Filmə axın edirsən – nə üçün ? Gözəl bir həyat yaşamırsan mı? Niyə gedib bir film görmək məcburiyyətindəsən? İnsanlar, başqa insanların həyatlarına baxaraq televizorlarının önündəki stullarına yapışıb qalıblar. Və yaşamırlar belə, sənin üçün oynayırlar. Sənin üçün oynayırlar və sən o oyunçuları görürsən – və heç kim yaşamır. Rəqqas gerçək bir rəqqas deyil, o bir profesionaldır və sən də bir izləyicisən. Hamısı saxtadır.

Rabindranath Tagore-nin bir hekayəsi var .Hekayə, mahnının içində belə deyir: “Əsrlərdir, Tanrını axtarıram. Bəzən ayın ətrafında idi, amma mən ora çatana qədər o başqa bir ulduza getmiş olurdu. Onu başqa bir ulduzda gördüm, amma mən ora çatana qədər o yenə getmiş olurdu. Bu belə davam etdi, amma onun orda olduğu bilgisində böyük bir sevinc var idi və bir gün onu tapacaqdım. Daha nə qədər gizlənə bilər? Daha nə qədər qaça bilər?
Və bir gün bunun Tanrının evi olduğunu söyləyən bir işarə olan bir evə çatdığım da oldu. Qədərim gerçəkləşdirildiyi üçün böyük bir rahatlıq hissi yaşadım. Pilləkənləri çıxdım və tam qapını döyəcək idim ki, ağlıma ikinci bir düşüncə gəldi: “Birdən Tanrı gələrsə və qapını açarsa nə edəcəksən? Sonra nə edəcəksən? Bütün həyatın bir yolçuluq idi, bir həcc, taparaq, axtararaq. Sən milyon illərdir ki, bir qaçışcı olaraq yetişdirildin və birdən Tanrı ilə qarşılaşanda söyləyəcək heç bir şeyin yoxdur. Nə söyləyəcəksən?”
Heç bunu düşündün? Deyək ki, Tanrı ilə qarşılaşdın, ona nə deyəcəksən, o sənə nə deyəcək? Özünü lazımsız yerə yandırdın, bitdin. Son dayanacaq, ölüm deməkdir.
Zen ustası IIkyu bunu söyləməkdə haqldır: “Son dayanacaq yoxdur, hər hansı bir dəyəri olan heç bir şey yoxdur. ” Hər şey sadəcə dadını çıxarmaq və rəqs etmək və mahnı oxumaq üçündür. Amma dəyər haqqında bir şey soruşma ; nəyin ərdəm, nəyin yaxşı olduğunu soruşma. Hər şeydən məmnun ol və həyatın hər hansı bir yerdə sona çatmayacağını çox yaxşı bir şəkildə bilərək fərqli hacılıqlara getməyə davam et, səyahət davam edəcək, karvan davam edəcək. Yolun bitdiyi bir yer yoxdur.

Xoşbəxt olmaq üçün heç bir şey etməyinə ehtiyac yoxdur. Əslində xoşbəxt olmamaq üçün çox şey elədin. Əgər bədbəxt olmaq istəyirsənsə, çox şey elə. Əgər xoşbəxt olmaq istəyirsənsə, işlərə icazə ver, işlərin olmağına icazə ver. Dincəl, rahatla və bir sərbəst buraxma içində ol.

Sərbəst buraxmaq, həyatın sirridir. Bir sərbəst buraxma içində ikən, çox şey, milyonlarla şey olmağa başlayar. Onlar onsuz da olurdu, ancaq sən əsla fərqində deyildin. Fərqində ola bilməzdin; başqa bir yerdə məşğul idin, dolu idin.

 

Mənbə: Osho – “Zen Ruhunda Tarot – Yaşam Oyunu” kitabı.
Hazırladı: Fidan Aslanova

 

 

Beyenmeler

16
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

MÜKƏMMƏL QADIN

Xüsusi

Yaxşı bir həyat yoldaşı, ana, seksual qadın, evdar xanım, iş yoldaşı, dost, övlad, sevgili və bir çox başqa şeylər olan mükəmməl qadın bədbəxt olacaq. Çünki bu qadınlar başqaları üçün yaşayır. Ailəli bir qadın, həyat yoldaşının həyatını zəruri olduğundan daha asan hala gətirməklə heç də yaxşı iş görmür əslində… Hər problemi həll edə bilən, məsuliyyət daşıyan, düzəni qoruyan və bunun üçün çox səy göstərən qadın  qarşı tərəfin genetikasını pozur. İnsan təbiəti almağa, istifadə etməyə, asanlaşdırmağa cox meyillidir.  Mükəmməl qadın, hər mövzuda bacarıqlı olduğundan, qarşısındakına edəcək bir şey buraxmır. Armud biş, ağzıma düş.
Münasibətlər əlaqələr mübadiləsi, paylaşma olmadan inkişaf etmir, böyümür. Qadınların və kişilərin inkişafı həyatın gətirdiyi öhdəliklərə, dərslərə və səylərə görə mütənasibdir. Övladının məktəb tapşırıqlarını yerinə yetirən bir ana, onun uşağının öz qabiliyyətlərini öyrənməsinə və inkişaf etdirməsinə mane olduğunu başa düşmür. Eynisi münasibətlərə də aiddir. Ərinin də işlərini böynuna götürən, onun etməli olduğu şeyləri onun yerinə edən, onun bacarmadıqlarını bir şəkildə həll edən mükəmməl qadın bədbəxt olmağa məhkumdur.
Qəribəsi budur ki, bu strukturda qadınların münasibətləri ümumiyyətlə xəyal qırıqlığı ilə sonlanır. Ən çox aldanmış, tərk edilmiş qadınlar mükəmməl qadınlardır. Niyə aldadıldıqlarını anlamırlar. Bundan əlavə, ərləri seçdikləri qadınlar özlərindən daha az təcrübəli olanlardır. “Mənim nəyim əksik idi?” Bu sualın cavabı havada qalacaq, hətta bir şok təsiri meydana gətirə bilər, ancaq əksik olan qüsurdur. Münasibətlər mübadiləyə, paylaşıma əsaslanır. Mükəmməl qadın, tərəfdaşının edəcəyini öz boynuna götürdükdə onun erkəkliyini də əlindən almış olur. Onun cəhd etməsi üçün ortada bir səbəb buraxmır. Həyəcanı, həvəsi qalmayan  bir həyat yoldaşı təbii olaraq digər mühitlərə getmək və özünü göstərmək üçün axtarış edir.
Kənardan baxdıqda qüsursuz görünən bir qadınla yaşadığınızı təsəvvür edin. Hazır həyat. İlk zamanlar cox rahat, keyifli görünsə də, zaman keçdikcə çox darıxdırıcı, təkmil və boş həyat şəklini alır. Zamanla insani eqonuz zədələnir. Mükəmməllik özündən imtina etməkdir. Daim başqaları üçün yaşamaq, başqalarının  ehtiyaclarını ödəmək, seçimlərini hazırlamaq, həmişə başqalarını düşünmək, mükəmməl qadınları öz kimliklərindən məhrum edir. Öz həyatınızdan vaz keçmək, saçlarınızın hər telini süpürgə etmək, lazımsız fədakarlıq göstərmək, qarşı tərəfdən alqışlar gətirməz. Bunlar müntəzəm olaraq həyata keçirildikləri üçün vəzifə kimi görülür  və onların dəyəri bilinmir. Mükəmməl olmaq zamanla insanın özünə və ətrafına zərər verir. Həyat yoldaşını, uşağı, özünü və hətta dostlarını çətin psixoloji prosesə soxur. Münasibətlər paylaşdıqca  dəyər qazanır və zövq verir. Mükəmməl qadın xoşbəxt ola bilməz. Çünki başqasının həyatını təşkil və təmin edərkən, öz həyatını unudur. İnsanlar qüsurlu olur, xətaları yanlışları ilə var olur. Mükəmməllik insanlara aid deyil. Qüsursuz və ya mükəmməl qadın olmağa çalışmayın. Bu sizi  yalnız mənəvi bir qul və yaşam xidmətçisi edər.

Müəllif: Candan Ünal
Tərcümə:
 Şahanə Nuriyeva
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler

0
 

16
 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

ÇÖRƏK VƏ AZADLIQ

Xüsusi

azadlıqQərbi Avropada azadlıq rəsmən əla vəziyyətdədir. Amma nədənsə, o, mənə bəzi burjua ailələrində yaşayan kasıb, qohum qadınları xatırladır. Həmin qadın dul qalıb, öz qanuni müdafiəçisini itirib. Ona sığınacaq veriblər, damın altında zirzəmini xatırladan qaranlıq bir otaq ayırıblar və ara-sıra mətbəxdə görünməsinə candərdi dözürlər. Bəzən, bazar günləri ev sahibləri biçarəni şəhərə gəzməyə çıxarırlar, axı qohum-qonşu onların necə nəcib və qayğıkeş olduğunu görməlidir. Qalan məsələlərdə isə o susmalıdı, xüsusilə də mühüm işlərdə. Və əgər hansısa bir polis onu qaranlıq bir küncdə zorlayarsa, sahibləri səs-küy qaldırmayacaqlar: bir də ki, bu ilk təsadüf deyil ki, ev sahibi də ara-sıra fürsəti əldən vermir.

Ən asanı və ən yanlışı pis hökuməti, ya da hakimiyyəti ya da hansısa düşmən qüvvələri günahlandırmaqdı. Şübhəsiz ki, hökumətlər gerçəkdə günahkardırlar, özü də bu günah o qədər ağır və qədimdir ki, artıq heç kəs onların nə vaxt məlum uçuruma yuvarlandıqlarını belə bilmir. Lakin günahkar təkcə onlar deyildir. Sonda əgər yalnız hökumətlər azadlığın inkişafına görə məsuliyyət daşısaydılar, onda bu azadlıq qundaqdaca boğulardı. Bildiyim qədərincə, pul və istismar cəmiyyətinin heç vaxt azadlıq və ədalət səltənəti qurmaq kimi bir öhdəliyi olmayıb. Heç kəs polis dövlətlərini istintaq aparılan zindanlarda hüquq məktəbləri açmaqda günahlandıra bilməz. Onlar zülmə və istismara əl atmaqla özlərinin birbaşa öhdəlikləri ilə məşğul olurlar və əgər azadlığı belələrinin nəzarətsiz ixtiyarına buraxsaq, biçarənin qısa bir zaman kəsiyində rüsvay olacağına təəccüblənməyə belə dəyməz. Əgər bu gün azadlıq alçaldılıb və zəncirlənibsə, bunun günahını onu hiyləgərcəsinə satmış düşmənlərdə görmək lazım deyil.

Səbəb, sadəcə, onun qanuni müdafiəçisini itirməkdədir. Həqiqətdən qaçmaq mümkün deyil: bəli, azadlıq dul qalıb və o, sizinlə bizi itirib.

Azadlıq – əzilmişlərin işidir və onun ənənəvi müdafiəçiləri həmişə bir küncə sıxışdırılmış xalqın içindən çıxanlar olub. Əgər indi planetimizin böyük bir hissəsində azadlıq geri çəkilibsə, bu yalnız onu susduran institutların heç olmadığı qədər həyasızlaşması və silahlanması səbəbindən baş vermir, ən əsası, həm də onun həqiqi müdafiəçilərinin yorğunluq, ümidsizlik, ya da yanlış anlaşılan strategiya üzündən ondan üz çevirməsinin nəticəsidir. Dünya get-gedə ümidini itirir və azad insanın tənhalığı başlayır.

Lakin qazanılması və bir daha əldən verilməməsi gərək olan həqiqi azadlıq mövcuddur. Şübhəsiz ki, səhərdən axşamacan dəzgaha pərçimlənmiş, gecələrsə ailəsi ilə birgə yeganə ümumi otağı paylaşan insanın azadlığından söhbət belə gedə bilməz.

azadlıqTəkcə günah burda hətta ən kasıbımızın belə ötüşə bilmədiyi azadlıqda deyil, konkret cəmiyyətdə və onun qurduğu köləlikdədir. Məgər burjua cəmiyyəti azadlıqdan dəm vurub insanlara onu verməsə də, fəhlə cəmiyyəti həmçinin eyni cür hərəkət etməli və heç olmasa, azadlıqdan danışmadığı üçün qürurlanmalıdırmı? Hər halda, kələfin ucu dolaşıb və fəhlə hərəkatı tədricən azadlıqdan üz döndərib. Beləcə, guya azadlıq yerinə ədaləti seçdik və azadlığa etibarsızlıq etdik. Azadlığı bir müddət kənara qoydular və haqqında xatırlatma aparmamağı xahiş etdilər. Əvəzində bizə ilk növbədə, ədalət lazım olduğunu elan elədilər. Azadlıqsa sonraya qalsın dedilər. Sanki qullar nə vaxtsa ədalətə nail olacaqlarına arxalana bilərlər. Yuxarılar aşağıdakılara yalnız çörək lazım olduğunu söylədilər, sanki sonuncular çörəklə azadlığın necə sıx bağlı olduğunu heç bilmirlər. Artıq tarix çox irəli gedib və gördüklərimiz bizi düşünməyə sövq etməlidir.

Gözəl günlərin birində heç bir cidd-cəhdsiz, sanki təqaüd alırıqmış kimi, əldə edəcəyimiz ideal azadlıq mövcud deyil. Azadlığı zərrə-zərrə çətin mübarizədə əldə edirlər, sahib olduğumuz azlıqsa hələ mərhələlərdir, amma yenə də bu mərhələlər konkret xilas yoluna aiddir. Əgər onların məhv olmasına imkan verəriksə, bu, irəliyə doğru atılmış addım olmayacaq. Əksinə, biz geri atılacağıq, uzun və məşəqqətli yolu yenidən keçmək məcburiyyətində qalacağıq və bu, qan-tər bahasına başa gələcək.

Azadlığı seçmək, bizə təlqin eləmək istədikləri kimi, ədalətin zərərinə seçmək demək deyil. Biz bu gün azadlığı yer üzərində əziyyət çəkən və mübarizə aparan kəslər üçün və onlarla birlikdə seçirik. Biz azadlıqla ədaləti birgə seçməliyik və inanın ki, biri olmadan digərini seçmək qeyri mümkündür. Əgər kimsə sizi çörəkdən məhrum edirsə, o, eyni zamanda azadlığınızı əlinizdən alır. Əgər, azadlığınız əlnizdən alınırsa, çörəyinizin də təhlükəyə məruz qaldığına əmin olun, çünki artıq o, sizdən və müübarizənizdən asılı deyil, sahibinizin kefindən asılıdır.

Sonda onu əlavə edim ki, azadlıqla ədaləti ayırmaq mədəniyyətlə əməyi bir-birindən ayrı salmaq qədər yanlışdı və bu əsl ictimai cinayətdir. Bu halda ədalətsizliyin mənfəətindən faydalanırsınız və azadlıqdan imtina ediriniz – əməklə mədəniyyətin bölünməsini təsdiqləyir, əziz tutursunuz, bu isə sonda həm əməkçiləri, həm də ziyalıları acizliyə düçar edir. Beləcə həm azadlıq, həm də ədalət tapdalanır.

Azadlıq ilk növbədə imtiyazlardan ibarət olanda, həqiqətən də, ondan məhrum olanları təhqir edir və əməklə mədəniyyət arasında qalın bir sədd çəkir. Lakin həqiqi azadlığın əsasında imtiyazlar deyil, hər şeydən öncə, vəzifə durur. Bizlərdən hər biri azadlıqda imtiyaz deyil, vəzifə görməyə başlayanda, o, anındaca əməklə mədəniyyəti birləşdirəcək və ədalətə xidmət etmək iqtidarında olan yeganə gücü hərəkətə gətirəcəkdir.

Mənbə: Həmkarlar ittifaqının 1953-cü il mayın 10-da Sent-Etyen şəhərində keçirdiyi mitinqdə çıxışı

Beyenmeler

14
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

XOŞBƏXTLİK HORMONLARI VƏ XÜSUSİYYƏTLƏRİ

Xüsusi

serotonin-hormonu-nədirXOŞBƏXTLİK HORMONLARI

Sizin özünüzü şən, güvənli, sevgi dolu, rahat hissetmənizi təmin edən məhz “xoşbəxtlik hormonu” adı verilən serotonin, dopamin, oksitosin, endorfin hormonlarıdır.
“Xoşbəxtlik hormonlarının” hər birinin fərqli xüsusiyyətləri var.

SEROTONİN NƏDİR VƏ XÜSUSİYYƏTLƏRİxosbextlik-hormonlari

Serotonin insanı şən, canlı, pozitiv hissetməsini təmin edən sinirötürücüdür. Serotonin azlığı insanda yorğunluq, narahatlıq və depresiyaya səbəb olur.
Serotonin səviyyəsi normal vəya yüksək olduqda isə, insanın özünü enerjili, rahat, pozitiv hiss etməsinə və iştahın azalmasına səbəb olur.

DOPAMİN NƏDİR VƏ XÜSUSİYYƏTLƏRİ

Dopamin beyində ifraz olunan hormondur. Dopamin də, serotonin kimi sinirötürücüdür və “xoşbəxtlik hormonu” adlandırılır.
Dopamin insanı pozitiv, həyata bağlı, güvənli hiss etməsini təmin edir. Dopamin azlığında unutqanlıq, tənbəllik və sıxılma kimi ruh halları görülür.
Siqaret, alkoqol və narkotik maddələr dopaminin təkrar sorulmasını dayandırır. Beləliklə, sinir ucları arasında dopamin yığılıb qalır və beyin dopamin çoxluğunu
həzz qəbul edərək bu maddələrdən yenə də istəyər. Bu da həmin maddələrdən aslılıq yaradır. Sevdiyiniz musiqiyə qulaq asdıqda, günəş işığına çıxdıqda, c vitamini qəbul etdikdə və digər xoşladığınız
şeylərlə məşğul olduqda dopamin səviyyəsi artır.

esq-hormonuOKSİTOSİN NƏDİR VƏ XÜSUSİYYƏTLƏRİ

Oksitosin hormonu sevgi dolu və şəfqətli hiss etdirir. Digər adı isə “eşq hormonu” adlandırılır. Oksitosin həzz duyğusunu, sədaqəti, xoşlanma duyğularını ortaya çıxarır, stress və gərginliyi azaldır.
Oksitosin azlığında tənha, sevgisiz və narahatlıq kimi hallar ortaya çıxır. Qadının öz körpəsinə süd verməsi zamanı oksitosin hormonu artır. Sizin başqalarını sevməyinizi təmin edən hormon məhz oksitosin hormonudur.

ENDORFİN NƏDİR VƏ XÜSUSİYYƏTLƏRİ

Endorfin hormonu da, dopamin və serotonin kimi pozitiv, şən və rahat hiss etdirən hormondur. Endorfin azlığında stressli, gərgin istəksiz kimi ruh halları baş verə bilir.

Müəllif:  Abdunnur Rüstəmov

Beyenmeler

1
 

12
 

VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

2017-Cİ İL BİTMƏDƏN ETMƏLİ OLDUĞUNUZ 3 ŞEY

Xüsusi

Yaxşısı ilə, pisi ilə bir ilin də bitməsinə sayılı günlər qaldı. Bəzən 5 dəqiqənin belə nə qədər gec keçdiyinə şahid olarkən, hər il bu zamanlarda o boyda ilin gedişinə şahid oluruq. Düşü2017-ci il bitmədən etməli olduğunuz 3 şeynəndə umuzun gələn və 12 ayın bitməsini  simvolizə edən ilin son ayı, həm xəyal qırıqlıqlarına, həm də ümüdlərə ev sahibliyi edə bilər. Kimimiz, 2017- cil il üçün gözəl   xəyallar qurduq, kimimizin də heç bir gözləntisi olmadı. Yeni il ruhunun ətrafımızı bürüməyə başladığı dekabr ayı, sanki  bir səhfənin qapanacağının və yepyeni bir səhfənin açılacağının xəbərçisi kimidir, deyə bilərik. Yaxşı bəs, bu dəyişiklik üçün günləri saymağa başladığımız bu aralar nələr edilə bilər?

BU İLİ ANALİZ EDİN

Öncəliklə bu ilin müsbətlərini və mənfilərini ortaya çıxara biləcəyiniz detallı bir analiz edə bilərsiniz. Bəzilərimiz üçün olduqca gözəl, bəzilərimiz üçün isə olduqca pis keçən bu ilin bizdən apardıqları ola biləcəyi kimi, bizə qatmış olduqları da ola bilər. Bunları daha dəqiq bir şəkildə görə bilmək üçün kağızı qələmi əlinizə alaraq, bu il yaşadığınız və həyatınıza toxunduğunu düşündüyünüz hadisələri yaza bilərsiniz. Bu hadisələri məhsuldarlıq və duyğu əsaslı olaraq  dəyərləndirə bilərsiniz. Yəni bütün bunlar yaşanarkən\yaşandıqdan sonra sizin üçün müsbət və mənfi tərəflərinin nələr olduğunu müəyyənləşdirə bilər, bu durumların təsiri ilə duyğu durumunuzda nə kimi dəyişikliklərinin olduğunun fərqinə vara bilərsiniz.

HƏDƏFLƏRİNİZİ İNCƏLƏYİN

Elə ya da belə 365 gün 6 saatdan ibarət olan,  lakin əslində gözümüzü açıb yum017-ci il bitmədən etməli olduğunuz 3 şeyana kimi keçən bir ilin də sonuna yaxınlaşırıq. Bir çox il olduğu kimi, 2017-ci ilə girməzdən öncə də, “Bu il mütləq bunu edəcəm”, “Bu il 100 faiz belə belə  olacam” kimi hədəflər barındıran cümlələr qurmuş ola bilər, bəzi qərarlar almış ola bilərsiniz. Sizin təxminən 1 il əvvəl müəyyənləşdirmiş olduğunuz hədəfləriniz nələr idi? Hədəflərinizi incələyərkən, onları gerçəkləşdirmək adına necə bir yol izlədiyinizi özünüzə xatırlada bilər, hədəflərinizin bugünkü durumu üzrə  dəyərləndirmə apara bilərsiniz. Hansısa bir hədəfiniz gerçəkləşdisə, həmin vaxt atmış ola biləcəyiniz ən doğru addımın hansı ola biləcəyini düşünə bilər, gerçəkləşmədisə də “Necə bir yol izləsəydiniz, hədəfinizə çata bilərdiniz ?” sualını öz-özünüzə müzakirə edə bilərsiniz.

2018-i PLANLAYIN

Həyatın nə zaman nə gətirəcəyi və götürəcəyi bəlli olmadığı üçün zamanı planlamaq olduqca çətin və xəyali ola bilər. Lakin yenə də etmək istədiklərimiz istiqamətində bir layihə yarada bilərik. Layihənizi formalaşdırarkən, özünüzlə olan münasibətiniz, başqaları ilə olan münasbətiniz, iş həyatınız, şəxsi həyatınız kimi bir çox mövzunu ələ ala bilrəsiniz. Məsələn sizin layihənizdə,  bu il “Əlimdə olmayan şeylər üçün özümə hirslənməyəcəm” kimi bir maddə ola bilər. 2017-ci il bitmədən etməli olduğunuz 3 şeyYeni ildə özünüzə əlavə etmək istədiyiniz müsbətləri müəyyənləşdirə bilər, hədəflərinizi bu istiqamətdə qura bilərsiniz. Hədəf deyəndə ağlınıza mütləq çox böyük işlər gəlməsin, sizin bu ilki hədəfiniz müəyyən bir sayda kitab oxmaq, sizə ən maraqlı gələn şəhərləri gəzmək də ola bilər. Yeni başlayan hər bir ili, yazılmağı gözləyən bir ssenari kimi düşünə bilər və öz ssenarinizin səhnələrini yarada bilərsiniz. Beləcə, yaşamaq məqsədiniz və hədəfləriniz istiqamətində  irəliləyərkən daha az ilişə bilər, daha sürətli və keyifli bir sürüş təcrübəsi yaşaya bilərsiniz.

Müəllif: Bilge Aydoğan
Mənbə: www.uplifers.com
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler

0
 

12
 

VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

KANDİDADAN NECƏ XİLAS OLA BİLƏRİK? – 1

Xüsusi

Kandidanın bədənimizdə çoxalmasının qarşısını almaq və nəzarətdə saxlamaq üçün başda şəkər istehlakına son vermək olmaqla, etməli olduğumuz 5 faydalı şey: 

Kandidanı qidalandıran qidaları yeməmək:

Kandidanın çoxalmasında ən böyük rolu oynayan qidalar şəkər, üzərində işlənmiş karbohidratlar və qlütendir. İndi, bunları daha yaxından incələyək ki, tam olaraq yeməməli olduğumuz şeylərin nələr olduğunu anlayaq.

ŞƏKƏR
Kandidanın başlıca qida mənbəyi şəkərdir, həşəkərm də hər növü.
Saymalı olsaq, laktoza ehtiva edən süd məhsulları, bal, glükoza, fruktoza, dadlandırıcılar; aspartam, saxarin. Kandida proqaramının ən önəmli qismi, şəkəri həyatımızdan çıxarmaqdır. Eyni zamanda limon xaricində bütün meyvələr yüksək miqdarda şəkər ehtiva etdiyi üçün başlanğıc mərhələdə meyvə istehlakımızı da azaltmalıyıq. Əlbəttə ki, kartof, çuğundur, kök kimi şəkəri yüksək tərəvəzləri də azaltmaq lazımdır. Bunlar xaricində ketçup, qatıq, qarğıdalı portlağı kimi etiketli məhsullarda da şəkər olduğu üçün etiketləri oxumağı da öyrənməliyik. Yaxşı bəs, etiketlərdə diqqət etməli olduğumuz şəkər və dadlandırıcılar nələrdir, onlara göz ataq.
Şəkər və dadlandırıcı adları
Aspartam, karob tozu, qarğıdalı nişastası, dekstrin, dekstroz, disaxarid, qalaktoza, qlükoza, fruktoza (levuloza), hər cür maya, maltitol, maltodekstrin, maltoza (maya şəkəri), mennitol, mono saxarid, sukroz, polidekstroz, polisaxarid, riboz , saxarin, sorghum, sucanat, ksilit

Uzun illərdir  şəkərin immun sistemimizdə stres yaratdığı bilinən bir gerçəkdir. 1970-ci illərdə Linus Pauling, ağ qan hüceyrələrinin yüksək dozalarda C vitamininə ehtiyac duyduğunu bilirdi. O zaman belə bir nəzəriyyə ortaya atdı. Soyuqdəymələri, yüksək dozada C vitamini qəbul edərək məğlub edə bilərdi. Lakin C vitamini və glükoza eyni kimyəvi quruluşa sahib olduqları üçün hüceyrənin içinə girə bilmək üçün mübarizə aparmalıdırlar və hüceyrəyə C vitaminindən daha çox glükoza girər. Əgər kifayət qədər C vitamini qəbul etsək, şəkər və karbohidrat yemək istəyimiz kəsilər.

Şəkərin sağlamlığımıza verdiyi zərərlərdən bir neçəsi
Şəkər, virus infeksiyalarına qarşı bədənin müqavimətini aşağı salır.
Şəkər, bədənin mineral tarazalığını pozur.
Şəkər kalsium, maqnezium və proteinin sorulmasına mane olur.
Proteinin kimyəvi quruluşunu dəyişdirə bilər.
Hormonal pozğunluğa səbəb olur.
Asılılıq yaradır və alkoqol kimi zəhərlənmələrə səbəb ola bilər.
Yüksək karbohidratlıdır.

QLÜTEN
Kandida eyni zamanda nişasta və taxıl ( çörək, makaron, pizza, qarğıdalı portlağı, un məmulatları, kartof ) kimi yüksək karbohidratlardan da qidalanır.

Qlütenli taxıllarQlüten
Kandida problemi olan çox insanın qlüten həssaslığı da olur. Qlüten: buğda, çovdar, arpa, yulaf, spelt, kamut, tritikale -də olan elastik və yapışqan bir protein növüdür. Tritikale yeni törəməyə başlayan buğda və çovdarın qarışığından əldə edilən bir hibrid növüdür. Spelt və kamut isə buğdanın br cinsidir. Bunlar da digər buğda növləri kimi problem yarada biləcək qlütenlərdir. Elastiki bir konsistenisyaya malik olduğundan, günümüzdə çörək və un məmulatlarında qlüten ehtiva edən taxıllar geniş  istifadə olunmağa başladı.

Qlütenli taxıllar da yüksək qlisemik indekslərindən dolayı, eynilə şəkər kimi kandidanı bəsləyirlər və yenə eynilə şəkər kimi hüceyrələrimizdə insulinə qarşı müqavimət  yaradırlar. Bu da sonralar, qan şəkərində hipoqlisemiya və ya diabet kimi problemlərə səbəb olur.

Qlüten ehtiva edən taxılar həzm olunması çətin, mineral sorulmasını əngəlləyən və həzm sisteminə zərər verən bir növ protein ehtiva edirlər. Bu zərər, bağırsaqların protein, karbohidrat, yağ, vitamin və mineral kimi qida dəyərlərini, hətta bəzən də suyu sormasını əngəlləyir.

İmmun sistemimizi gücləndirmək

İmmun sistemimizi gücləndirmək üçün nə lazımdır?
Düzgün qidaları istehlak etmək
Lazımlı qida dəstəkləri almaq
Maya, göbələk və kiflərdən uzaq durmaq

Göbələk üçün bugünə qədər istifadə etdiyiniz  dərman və antibiotiklər, əgər yalnış bir qidalanma vərdişini uzun müddətdir davam etdirirsinizsə, demək ki, heç bir işə yaramayıb. Çünki Kandidadan qurtulmaq və immun sistemimizi möhkəmləndirmək üçün ən önəmli qayda düzgün qidalanmaqdır. “Kandidaya nəzarət dietası”nda proteini yüksək, yaxşı doymuş yağlı, aşağı karbohidratlı qidalar yeyilməli, heç bir şəkildə şəkər, taxıl, üzərində işlənmiş qidalar və trans yağlar yeyilməməlidir.  Bütün yediklərimiz mümkün qədər təzə və təbii olmalı, qətiyyən asılılıq yaradıcı, dərman, ağır metal, mikotoksin ehtiva etməməli, radiasiyaya məruz qalmış olmamalıdır.

Yediyimiz ət və heyvan mənşəli yağların otla qidalanan və bayırda sərbəst gəzən heyvanlardan gəldiyinə diqqət etməliyik. Balığın isə ferma balığı olmamasına mütləq diqqət etməliyik. Yağlarda isə hindistan qozu, kərə yağı və balıq yağına üstünlük verməliyik. Tərəvəzləri güvəndiyimiz orqanik məhsul yetişdirən yerlərdən və ya kəndli İmmuniteti gücləndirməkbazarlarından almağa diqqət etməliyik. Dietanızda protein istehlak etmək, karbohidratın parçalanmasını yavaşladır və bu da mədəaltı vəzin insulin ifraz etmə ehtiyacını azaldır. Eyni zamanda mədəaltı vəzin yaratdığı bir hormon olan Qlikogen ifrazı üçün xəbərdarlıq edir və depolanan yağları yandırır.

Faydalı qatı və duru yağlar
Faydalı yağların istehlakı Candidanı nəzarətdə saxalaya bilmək üçün proteinlər qədər önəmlidir. Bu yağlar qidalardakı vitamin və mineralların sorulmasını artırması ilə yanaşı,  ən məhsuldar enerji qaynağıdır. Hüceyrə quruluşundakı hormonlar və hormona bənzər  maddələrin yaranmasını dəstəkləyir. Faydalı yağlar, yağda əriyən A, D, E və K vitaminlərinin daşıyıcısı vəzifəsini görərkən, karotinin A vitamininə çevrilməsini təmin edir. Bu cür yağları istehlak etmək D vitamininin sorulmasnı və istifadəsini də təmin edir.

Xolestrol, hüceyrələrimizdəki yağa bənzər birləşmədir və ümumi bilgi və inancın əksinə, xolestrol ən yaxşı dostumuzdur. Xolestrolun vəzifəsi bədəni təmir etmək və qorumaqdır. Eyni zamanda beyin və sinir sisteminin ən önəmli qidasıdır. Beynimizin 70 faizi xolestroldan ibarətdir və o olmadan düzgün işləyə bilməz. Ostrogen və testesteron kimi hormonlar xolestroldan ibarətdir. Öd kisəsi tuzları ( həzm üçün ) xolestroldan ibarətdir. Xolestrol eyni zamanda çox qüvvətli bir antioksidantdır.

Xolestrol məməlilərin hüceyrə quruluşunda həyati rol oynayır. Yaxşı xolestrol, pis xolestrol deyə bir şey yoxdur,  iş orasındadır ki, bədənimiz yediyimizin üç,  hətta dörd qatı xolestrol yaradır.

Amerikalı fizikaçı və elm adamı olan  George Mann, xolestrol üçün “Elmdə, yüz ilin ən böyük yanılğısıdır” demişdir.

Əsas qatı yağlar 
Yeyilə bilən əsas qatı yağlar iki yerə ayrılır, omega 3 və omega 6. Bu yağlara əsas yağlar deyilməsinin səbəbi, bu yağları qidalardan ala bilKərə yağıməyimiz və bədənimizin istehsal edə bilməməsidir. Bugünkü gündə, əksər insanın qidalanma vərdişində ən aşırı yeyilən yağ omega 6-dır. Buna görə də bu natarazlığı düzəltmək üçün omega 3-ün də yeyilməsi şərtdir.

Yeni nəsil yağlardan uzaq durun ( Trans yağ )
Kandida problemi yaşayanlar, sağlamlıqlarını qorya bilmək üçün özlərini əsla təhlükəyə  atmamalı və hər cür trans yağlardan, yəni çoxlu doymamış və hidrogenləşdirilmiş bitki yağlarından ( marqarin, kanola, qarğıdalı, günəbaxan və s ) uzaq durmalıdır. Bu yeni nəsil yağlar, toksik olmaları və bədənin E vitamini və digər antioksidantlara ehtiyacını  artırması xaricində, eyni zamanda immun sitemimizdə də  inanılmaz dərəcədə stres yaradır.

Sağlam bir insanın belə yeməməli olduğu işlənmiş və paketli qidalarda istifda edilən marqarin və oxşar yağlar, yəni trans yağları heç yeməməliyik.

Trans yağlar, hidrogenləşdirmə prosesindən keçirilərək əldə edilir.

Bu prosesdə nə var:
1) Yüksək temperatur
2) Nikel, sink, mis və bu cür metallardan katalizator
3) Hidrogen qazı

Bu proseslərdən keçərək hazırlanan məhsullar insan bədəni və sağlamlığı üçün inanılmaz dərəcədə zəhərlidir.

Hidrogenləşdirilmiş yağlar, soyudulduğu zaman donmurlar və çox sürətlə xarab olurlar. Bitki yağları əsla isidilməməli və yemək bişirərkən istifadə olunmamalıdır. Bu qayda saf zeytun yağı üçün də keçərlidir. Ən sağlam yağlar doymuş yağlardır. Doymuş yağlar bədənimizdə çox önəmli rol oynamağına rəğmən,  bizə bunun əksi inandırılıb. Bunun səbəbi isə, yağ və qida sənayesində satışları  partlada bilməkdir. Eynilə, dərman sənayesinin,  dərman sata bilmək üçün xolestrol və aşağı kalorili dietalarını davam etdirməsi kimi.Trans yağ

Gerçək budur ki, təbii yağlar, tərkiblərində ehtiva etdikləri birləşmələrlə, insan sağlamlığına  köməkçi bir xüsusiyyətə sahibdir və yeni nəsil trans yağlar sadəcə sağlamlıq problemləri yaradır. Doymuş sağlam yağlar, sabit və çətin xarab olan yağlardır. Bədənin antioksidant xüsusiyyətini dəstəkləyərkən nə xərçəngə səbəb olur, nə də damarlarımızı tıxayır.


Mənbə: www.endogalhakkiniz.com

Hazırladı: Fidan Aslanova 

 


 

Beyenmeler

0
 

11
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

HƏYATIMIZA XOŞ GƏLDİN, JOMO!

Xüsusi

Geridə qoyduğumuz son illərdə həyatımıza, bir şeyləri qaçırmaq qorxusu olaraq girən fomo anlayışı, yerini, bir şeyləri qaçırmaq həzzi mənasında olan jomoya verir.

We are social və Hootsuite iş birliyi ilə 238 ölkədən toplanan məlumatlarla hazırlanan “Digital in 2017 Global Overview”  hesabatına əsasən, dünya əhalisinin yarısından çoxu ən az bir ədəd ağıllı telefon istifadə edir. Təxminən 7,5 milyardlıq dünya əhalisinin yarısından çoxu isə internet istifadəçisidir və bu rəqəm keçən ilə nisbətən artım göstərərək 3, 8 milyarda yaxınlaşır. Sosial media istifadəsi rəqəmləri isə dünyada 2,8 milyard səviyyəsindədir.

Gündəlik həyatımızın vazkeçilməz bir hissəsi halına gələn rəqəmsal əlaqələrin həyatımızda özünə necə yer etdiyini ortaya qoyan hesabatın nəticələri əslində təəccüblü deyil. İnternet və sosial media həyatlarımızın ortasında yerini çoxdan aldı. Rəqəmsallaşma ilə birlikdə hər an hər şeydən xəbərdar ola bilir, hətta istəməsək də məruz qala bilirik. Reklamlar, mail-lər, bildirişlər, izlədiyimiz sosial media kanalları və internet fenomenləri… Bizə davamlı olaraq harda, nə zaman, nə etməli olduğumuzu söyləyən xüsusiyyətdədirlər.JOMO-1080x675

Əgər siz də bu bildirişləri almadığınız zaman və ya izləməni buraxdığınız zaman bir şeyləri qaçırdığını düşünlərdənsinizsə, rahat ola bilərsiniz, çünki artıq jomo trendi var. Arxanıza söykənin, dərin bir nəfəs alın və jomo üsulu ilə bir şeyləri qaçırmaqdan zövq alın.

JOMO – JOY OF MISSING OUT

Jomo -ya başlanğıc üçün bir neçə tövsiyyə:

1. Həyatda hər şeyə çata bilmək mümkün deyil, öncəliklə bu fikirlə barışın və rahatlayın.

2. Özünüzə icazə verin. Əgər davamlı olaraq əlində telefonla gəzən birisinizsə, əvvəl çətinlik çəkə bilərsiniz. Kiçik vərdişlərlə  işə başlayın. Məsələn, piyada templi gəzintiyə gedərkən telefonunuzu özünüzlə götürməmək və ya interneti bağlamaq gözəl bir başlanğıc ola bilər.

3. Telefonlarınızda olan lazımsız application-ları silin və bildirişləri qapalı hala gətirin. Xəbərdarlıq xüsusiyyətində gələn bildirişlər zehninizi yorur, hətta stresə girməyinizə yol açmış ola bilər.

4. Davamlı olaraq online olduğunuz zaman əsl qaçırdığınız öz zamanınız ola bilərmi deyə təkrar düşünün. Yaşadığınız anlara fokuslanın və dadını çıxarın.

5. İntrenetdə xərclədiyiniz vaxtın yerini, sizə daha yaxşı təsir edən, ruhunuzu qidalandıran məşğuliyyətlərlə dəyişdirin. Meditasiya ilə məşğul olmaq, kitab oxumaq və ya sevdiyiniz biri ilə görüşmək seçimlər arasında ola bilər.


Mənbə: www.uplifers.com

Hazırladı: Fidan Aslanova

Beyenmeler

0
 

15
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

YENİ İLƏ ÖZƏL 53 KİÇİK DƏYİŞİKLİK

Xüsusi

Həyatımızı yeniləmək üçün dəyişiklik etmə qərarınyenilikı istənilən bir vaxt verə bilərik. Amma müəyyən bir zamanlar var ki, bunun üçün bizə daha da motivasiya verir və bunu etməli olduğumuzu xatırladır. Belə zamanlardan biri də yeni il qabağıdır. Hər yeni bir  il yaxınlaşarkən keçib getməkdə olan ilimizdə yaşadığımız həyatımıza göz atır, yenilənən il tarixi ilə birlikdə həyatımızda da yenilik arzusuyla qərarlar veririk. Unutmaq lazım deyil ki, bəzən kiçik, lap kiçik şeylər həyatımızda böyük fərq yarada bilər. Bu yazıda, bu kiçik şeylərin bəzilərini sizinlə paylaşacam.

1.Səhər tezdən oyanmaq üçün zəngli saatı qurursunuzsa, saatın çaldığını eşidən kimi yataqdan qalxın. (Sonra bunun üçün özümüzə çox təşəkkür edəcəyik.)
2. Səhər yeməyi yeyin. Hər gün eyni səhər yeməyini yeməyin.
3. Yeyib-içdikdən sonra çirkləndirdiyiniz qabları yuyub, qurudub yerlərinə qoyun.
4. Güzgüyə çox baxmayın.
5. Hər gün kifayət qədər su için.
6. Daha çox kitab oxuyun.
7. Daha çox hərəkət edin.
8. İşə gecikməyin. Hətta iş vaxtından biraz tez gedin.
9. Sizə mesaj gələn kimi baxmayın. İcazə verin, yadınızdan çıxsın, yadınıza düşəndə baxarsınız.
10. Səliqəli olun.
11. Bişirib-düşürmək işində ustalaşın. Həm özünüz, həm də başqaları üçün bişirin.
12. Daha çox film izləyin.
13. Bayıra çıxmağa ərinməyin. Evinizin, komfort zonanıza çevrilməyinə icazə verməyin.
14. Gülümsəməyə davam edin.
15. Heç bir sağlamlıq probleminiz olmadığı halda və ya kiçik problemləriniz olduğu halda müayinə və konsultasiya üçün həkimə gedin.
16. Mesaj yazmayın, zəng edin.
17. Yemək aralarında oruc tutun.
18. Mesaj yazan kimi cavab gözləməyin.
19. Daha çox rəqs edin.
20. Daha çox mahnı oxuyun.
21. İşdən qaçmayın, əksinə üstünə gedin.
22. İş vaxtı bitən kimi iş yerindən çıxın, ləngiməyin.
23. Axşam tez yatın.
24. Soyuqqanlı olmağı öyrənin.
25. Kifayət qədər pulunuz olduğunu, hətta varlı olduğunuzu düşünün.
26. Hər evdən çıxanda, atılası zibil olub-olmadığını yoxlayın.
27. Ağız baxımınız diş fırçalamaqdan ibarət olmasın.
28. Templi piyada yeriməklə daha çox məşğul olun.
29. Nəyəsə görə kiməsə hirslənmək istəyəndə, vazkeçin.
30. Marketlərdə alış-veriş etdikdən sonra sizə verilən çekləri atmayın. Toplayın. Mütəmadi olaraq aldığınız şeylərə, onların qiymətlərinə, ümumiyətlə, aldığınız şeylərin qiymətlərinə diqqət edin. Mütəmadi olaraq aldığınız şeylərin siyahısını tərtib edin. Eləcə də həmin şeylərin yaratdığı xərci müəyyən edin.
31. Daha çox oyun oynayın. Söhbət virtual oyunlardan getmir.
32. Bədəninizi sevməyi, komplekssiz olmağı, özgüvənli olmağı, cəsur olmağı, vecsiz olmağı, daxilən güclü olmağı öyrənin.
33. Bilinməyənə açıq olun.
34. Daha çox qonaq gedin, daha çox qonaq qəbul edin.
35. Geyiminizə diqqət göstərin. (Bunun üçün çox pula ehtiyac yoxdur.)
36. Müxtəlif saç düzümlərini yoxlayın.
37. Ayaqqabılarınızın sayını artırın.
38. Alıb bəyəndiyiniz hər hansı bir şeyin şəklini çəkib saxlayın.
39. Yatağınızı toplayın.
40. Gələcək haqqında narahat olmayın.
41. Keçmişdəki səhvlərinizə ilişib qalmayın.
42. Sevmədiyiniz insanları həyatınızdan çıxarın.
43. İnsanların sizin haqqınızda nə düşündüklərinə ilişib qalmayın.
44. Çoxdan arzusunda olduğunuz xobbi ilə məşğul olmaq üçün mükəmməl zamanı gözləməyin.
45. Çox oturmayın. (Yazı yazarkən oturduğum halda, bu maddəni oturduğum yerdən qalxıb yazdım.)
46. Yataq dəstlərinizin təmizliyinə önəm verin. Vaxtlı-vaxtında dəyişdirdiyinizdən əmin olun.
47. Mütəmadi olaraq hər 2 ayda bir dəfə saçlarınızı uclarından kəsdirin.
48. Daha çox sağ əlinizi işlədirsinizsə, arada sol; daha çox sol əlinizi işlədirsinizsə, arada sağ əlinizlə bir şey etməyi yoxlayın.
49. Daha çox kompliment edin.
50. Oturanda imkan varsa ayaqqabılarınızı çıxarın.
51. Davamlı olaraq çox rahat və eləcə də bir qədər narahat ayaqqabı geyinməyin. Bunları, ara-ara bir-biri ilə əvəz edərək geyinin.
52. Vaxtlı-vaxtında kompüterinizin, telefonunuzun ekran şəklini dəyişin.
53. Səhər tezdən oyanıb bayıra çıxın.

2017-ci ildə bunları etməmişiksə, 2018-ci ildə etməyimiz diləyi ilə…

Müəllif: Fidan Aslanova 

Beyenmeler

0
 

12
 

VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

KANDİDA İLƏ ƏTRAFLI TANIŞLIQ

Xüsusi

Əvvəlcə, Kandidanın nə olduğundan başlamalıyıq:

Kandida nədir?Kandida, bədəndə çoxalan bir göbələk növüdür. Original adı “Candididasis” olub, ona çox bənzəyən kiflər kimi ətrafımızda xeyli miqdarda mövcuddur. Bu sinifdən olan “Candida Albicans” bədəndə mukoza zəri olan hər bölgədə olur. Məsələn bağırsaqlar, gözlər, qulaqlar, sidik kisəsi, mədə, ciyərlər, vagina və s..

Bədənimizdə olan milyardlarla orqanizm kimi bizə fayda verir. Vəzifəsi, zərərli bakteriyaları tapıb yox etmək olan kandida, biz yaşadığımız müddətcə əsla çoxalmamalı və idarədən çıxmamalıdır. Çoxalma işini biz öldükdən sonra gerçəkləşdirib, bədənin parçalanıb yox olmasını təmin etmək vəzifəsi üçün görməlidir.

Kandida bizə necə təsir edir?

Candida Albicans, nəzarət altında olanda heç bir problem yaşamır, ondan yararlanırıq. Lakin, həyat keyfiyyətimizdə yalnışlıqlar olur və biz bunları düzəltmək üçün səy göstərməsək, işlər yolunda getmir və Candida nəzarətdən çıxır.  

Bu zaman bədənimizdə nələr baş verir?

Daxildə və xaricdə bədənimiz reaksiyalar verməyə başlayır. Miqren başda olmaqla, müxtəlif əzələ, sümük və orqan ağrıları , beyində zədə, dırnaq göbələyi, ekzema kimi gözlə görülən əlamətlər, hətta zehni və ruhi çöküntülər bədənimizin bizə göndərdiyi çoxalan Candida göbələyinin siqnallarıdır. Özümüzü çox yaxşı müşahidə edib Candida səviyyəmizi nəzarət alatında saxlaya bilərik.

Kandida çoxalmasının əlamətləri:

Alergiyalar, rütubətli və yağışlı havalarda pisləşən həssaslıqlar və dözümsüzlüklər

Astma
Parfum, qoxu, yumuşaldıcı, ot, it, pişik digər ev heyvanları, siqaret tüstüsü, kimyəvi maddələr, kiflər, toz, çiçək tozu, duman, çən və havada uçuşan maddələrə qarşı allergik reaksiyalar və aşırı həssaslıq
İdmançı ayağı
Körpə uşaqlarda qızartı, səpki
Zərbələr zamanı dərinin asanlıqla göyərməsi
Almacıq sümüklərində və alında həssaslıq və ağrı
Əllərdə və ayaqlarda üşümə, bədən temperaturunun aşağı düşməsi
Soyuqlamış kimi hiss etmək. Sinusların, burun, boğaz və ciyərlərin bəlğəmlə dolması
Asılılıq dərəcəsində şəkər, çörək, makaron kimi yüksək karbohidrat ehtiva edən qidaları, hətta alkoqol istəmək
Boyun, boğaz yumurtalıq bölgəsi, sidik kisəsi  kimi bölgələrdə kist və ya formal dəyişikliklər
Həzm problemləri; ishal, qəbzlik, qarın bölgəsində şişkinlik və ağrı, qaz, nəcisdə bəlğəm, xora və s.
Qulaqlarda cingildəmə, səs eşitmə, iltihablanma, quruluq və qaşıntı, ağrı.. acı hissi, qulaq axıntısı, içəridə maye yığılması, eşitmə pozğunluğu, aşırı qulaq kirinin yığılması
Gözlərdə; görmə pozğunluğu, uçuşan nöqtəciklər, işıq saçması, qızarıqlıq, quruluq, qaşıntı, aşırı göz yaşarması kimi problemlər
Xroniki yorğunluq, enerjisi çəkilmiş kimi hiss etmək, uyuşuqluq, yuxulama
Qrip əlamətləri
Vəzlərdə şişkinlik, ağız quruluğu, tüpürcək vəzlərində tıxanıqlıq, limfa vəzlərində şişkinlik
Saş tökülməsi, kəpək, saç diblərində qaşıntı, ağrı, quruluq
Ürək döyüntüsü, ürəkdə nizamsız vurma
Baş ağrısı, miqren, baş fırlanması
Hemoroid, anus dəliyində qaşıntı və qızarıqlıq
Aşağı şəkər ( hipoqlikemiya )və şəkər xəstəliyi
Hipotiroid, Wilson tiroid sendromu, Haşimato xəstəliyi , hiper tiroid, nizamsız tiroid hərəkətləri və s.
Hüzursuzluq, əsəbilik, panik ataka
Dəridə toxumaların pozulması, bəzən də daxili orqanlarda pozulmalar. Məsələn, beyin toxumasında pozulmalar
Kişilərdə: cinsiyyət orqanlarında qaşınma, cinsi istəkdə azalma, ereksiya problemi, prostat, penis infeksiyaları, sidiyə getmədə çətinlik çəkmə, təcili sidik gəlməsi hissi, cinsi əlaqə zamanı ağrı və ya acı, xaya torbalarında şişkinlik
Qadınlarda: sonsuzluq, pis qoxu, nizamsız və ağrılı menstruasiya, spazmlar,  vaginal axıntı, cinsi əlaqə zamanı ağrı və ya acı, cinsi istəkdə azalma, cinsiyyət orqanlarında şişkinlik və qızarıqlıq, vaginal qaşınma və səpkilər, yanma hissi və ya inadkar infeksiyalar
Dəridə və dırnaqlarda: göbələk infeksiyası, açıq və ya tünd rəngli ləkələr
Oynaq ağrıları, sərtləşmə və ya şişkinlik ( artrit )
Böyrək və sidik kisəsində: infeksiya, sistit, sidiyə tez-tez getmə və ya təcili sidik gəlməsi hissi, az sidik gəlməsi, sidikdə qoxu, sidiyə gedərkən yanma hissi
İştahsızlıq
Ağıl və ruh sağlamlığı: anksiyete krizləri, ağlama krizi, yaddaş itkisi, boşluqda hiss etmək, depressiya ( intihara meyilli olmaq da daxil ) , kosentrasiya pozğunluğu, ruh halının tez-tez dəyişməsi, tərslik etmə
Ağızda: yaralar və ağrılar, nəfəsdən pis qoxu gəlməsi, ağzın içərisndə ağ ləkələr
Əzələlərdə: ağrılar, uyuşuqluq, yanma və va qıdıqlanma hissi, koordinasyada pozulma və güc əksikliyi
Burun tıxanıqığı, burun axıntısı, burunda qaşınma, quruluq
Ayaq qoxusu, yuyunmaqla keçməyən bədən və saçda qoxu problemi
Tənəffüs sistemi: öskürək, bronxit, xırıltı, sinədə ağrı və sxılma hissi, nəfəsin daralması, astma, sətəlcəm
Sinus iltihablanması, şişmə və infeksiyalar
Dəridə: quruluq, qırmızı ləkələr, akne, sızanaq, qızarıqlıq, qaşınma, ekzema, sədəf xəstəliyi, ayaq göbələyi
Mədədə: Heliceobacter pylori infeksiyası ( xoraya səbəb olur ), mədə yanması, həzm problemi, mədə yırtığı, qusma, mədə ağrısı, iynə batması hissi, yeyilən yeməyin mədəyə oturmağı, qaz çıxarma, gəyirmə
Yuxu: Yuxusuzluq tez-tez oyanma, qorxulu yuxu, yuxuda dincələ bilməmək
Boğaz ağrısı, səsdə dolaşıqlıq, boğazda dayanmadan qıcıqlanma, səs itkisi və s. 

Kandidanın idarədən çıxmasının səbəbləri nələrdir?

Sağlam bir orqanizmdə immun sistemi bədəndəki bakteriyaları mukozadakı mikroorqanizmləri rahatlıqla balansda saxlayır. Lakin bəzi vəziyyətlər bu balansı pozur. İmmun sisteminin pozulması çox çeşidli və qarışıq olmaqla bərabər, ən böyük günahkar, həzm sistemindəki bizim üçün faydalı olan mikroorqanizmləri yox edən antibiotiklərdir. 

Bunun səbəbi isə antibiotiklərin Kandida üzərində bir təsirinin olmaması və digər mikroorqanizmlərin balansının pozulmasıyla, Kandidanın bədəni ələ keçirməsidir. Bu mərhələdə, formaları dəyişməyə başlayır və koloniya deyilən geniş qruplar halında çoxalır.

Bu koloniyalarin istehsal etdiyi toksinlər bədənin içində hərəkət etməyə başlayır və immun sisteminin daha da zəifləməsinə səbəb olaraq bədənə zərər verməyə başlayır. Kandida, kökə bənzər bir forKandidamalar yaradır və bunlar bağırsaq divarlarında hərəkət edərək toksinlərin, həzm oluna bilinməyən qidaların və bakteriyaların ilişib qana qarışmasına səbəb olan mikroskopik dəliklər açır. Bu sindrom, qida alergiyası kimi bir çox xəstəliyə səbəb olan “Sızıntılı bağırsaq sendromu” olaraq tanınır.

Bundan başqa, kökə bənzər formaların bağırsaq divarlarına verdiyi bu zərər, qidalardan aldığımız xeyirli şeylərin əmilməsinə də zərər verir. 

Qidaların bağırsaqda düzgün həzm oluna bilməməsi isə immun sistemimizin daha da zəifləməsinə səbəb olur. Bugün, yemək yemə vərdişlərimiz onsuz da ehtiyacımız olan lazımlı qidaları qarşılaya bilmədiyi üçün yaxşı bir immun sistemi təmin edə bilmir. Günümüzdə istehlak edilənlər, aşırı yüksək şəkər ehtiva edən qidalar, karbonhidratlar, hidrogenləşdirilmiş yağlar ( trans yağlar ) , ağ undan hazırlanan qidalar, üzərində işlənmiş qidalar, asılılıq yaradan madələr, qoruyuclar, böcək dərmanları ( kənd təsərrüfatında istifadə olunan dərmalar ) və ağır metallardan ibarətdir. Eyni zamanda bütün bu qidalar “uzun rəf ömrü” təmin edə bilmək üçün radiasiyaya məruz qalmış və onsuz da ən başda heç bir qida dəyəri təmin edə bilməyən torpaqlarda yetişmiş, uzun bir müddət depolanıb daşınmış, evlərimizə girdiyi zaman isə yalnış metodlarla bişirilmiş və ya mikrodalğalı sobaya qoyulmuş olduğundan qida dəyərini çoxdan itirmiş olurlar. Bütün bunlar isə zəif immun sisteminin başlıca səbəbləridir.

Kandida testi evdə necə edilə bilər?

Həkiminiz, daha dəqiq nəticələrə əldə edə biləcəKandidayiniz  Kandiaa testini təbii ki edə bilər. Lakin sadə bir testi evdə özünüz də edə bilərsiniz. Səhər oyananda hələ heç bir şey yeyib içmədən, təmiz bir stəkana otaq temperaturunda içməli su tökün. Ağzınızda yaxşıca tüpürcəyinizi toplayın və suyun içinə tüpürün. Suyu hər 15 dəq-dən bir 1 ssat boyunca müşahidə edin. Əgər suyun üzərində dayanan tüpürcəkdən aşağıya doğru sallanan iplər ( lif kimi ) görürsünüzsə, suyun içində üzən kəfə bənzəyən bir görüntü varsa və ya bu kəfli kimi görünən tüpürcək stəkanın dibinə çökübsə, sizdə də Kandida problemi ola bilər.

Mənbə: www.endogalhakkiniz.com
Hazırladı: Fidan Aslanova

 

 

Beyenmeler

0
 

15
 

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

İQTİDAR VƏ HƏQİQƏT

Xüsusi

Bir var hər hansı bir iqtidarı ərsəyə gətirən həqiqət(lər), bir də var artıq ərsəyə gəlmiş iqtidarın öz istehsal etdiyi həqiqət(lər).

Bəli, kütləni idarə etmək üçün həqiqətlər lazımdır. Əslində kütləyə həqiqət deyil, iqtidar lazımdır.  Çünki iqtidar sabit olmaq istər, davamlı və az qala əbədi. Həqiqət isə dəyişən və dəyişdirəndir. Kütlə də sabit olanın yanında olmaq istər. Çünki həqiqət qorxuludur. Çünki dəyişkəndir. Hər dəyişkənlik böyük bədəllər tələb edir. O üzdən kütlə elə iqtidarın istehsal etdiyi həqiqətlərlə yetinir.

Bəli, həqiqət dəyişkəndir. Çünki həqiqətin təzahürü uzun zaman fonunda baş tutur, anlaşılır. Zaman demək isə axıb getmək, dəyişmək, yenilənmək deməkdir. Ağrılı və sancılı bir yenilənmə, dəyişmə. Dəyişməyən tək həqiqət, hər şeyin zaman içində dəyişərək yenilənməsidir. Gəlin baxaq; günümüzdə həqiqət anlayışına biçim verən elmdir. Elmin isə hazırda kainat üçün ən böyük həqiqəti təkamül və nisbilikdir. Ki, hər ikisi özülüyündə dəyişikliklə sıx bağlıdır, onu ehtiva edir.

iqtidar və həqiqətQayıdaq həqiqətə və onun fonunda iqtidar və kütləyə. İdarə edən və idarə olunanlara, onların münasibətinin ümumi xəttinə. Hər bir iqtidar bir həqiqətdən doğur, hökm sürür və tarixə qovuşur. Kütlə hər şey kimi ondan da doyur, bezir. Bəlkə də bu, elə təməl dediyimiz həqiqətin bir şərtidir. Məhz bu süjet üzrə baş tutmaqdadır hadisələr.

Bəs nə zaman kütlə iqtidardan, dolayısı ilə onun həqiqətlərindən doyur, bezir?
Nə zaman iqtidar zəifləyir, ölür və tarixə qovuşur?

İqtidarı ərsəyə gətirən təməl həqiqətlə bu iqtidarın istehsal etdiyi həqiqətlər arasındakı məsafə daraldıqca bu baş verir. Bir növ, təməl həqiqət üzərinə qalaqlanmış istehsal həqiqətləri istehsal olduqca xaric üçün çoxalır, özülyündə isə tükənir. Xaric üçün çoxalıb qalaqlanan həqiqtələr öz ağırlığı altında kənarlara sürüşməyə başlayır. Dibə endikcə təməl həqiqət görsənməyə başlayır. Ziyalılar (intellektuallar) da məhz bu sürüşməni sürətləndirənlərdir. Həqiqətin təbiətində təhlükə var. Bax iqtidar da öz həqiqətlərinin təhlükəsi ilə üzləşir zaman-zaman. Az qala özü-özünü süquta yetirir desək yanılmarıq. Sadəcə sonu qoyan təməl həqiqətə daha tez çatan başqa (digər) bir gələcək iqtidar olur. Bu üzdən bu iqtidarı o iqtidar yıxdı deyə düşünürük. Bu prosesdə hamı oynayır öz rolunu, öz payını.

Müəllif: Vüsaləddin Rüstəmov
(Ekber Hocanın mühazirəsindən anladıqlarım və qeydlərim)

Beyenmeler

1
 

14
 

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

XƏSTƏLİK XƏSTƏLİYİ

Xüsusi

Sual: “Davamlı olaraq sağlamlığım barədə narahatlıq keçirirəm, xəstəlik haqqında düşünürəm, xəstələnməkdən qorxuram. Mənə biraz nəsihət verə bilərsiniz?”

      Əgər sağlamlığın barədə həddindən artıXəstəlik xəstəliyiq düşünsən, bədənin xəstələnər və bədən xəstələndiyi zaman təbii olaraq bu mövzuda daha da çox düşünməyə başlayarsan. İçindən çıxılmaz hala gələr. Sapsağlam bir insan belə, əgər mədəsinin üzərində çox dayansa – o və ya bu yeməyi necə həzm edəcək, və bu zaman nə baş verəcək – 24 saat içində mədəsi ağrımağa başlayacaq.  Və bir dəfə problem çıxdımı, daha da çox düşüməyə başlayacaq. Yəni əslində bədənində heç bir şey yox ikən, sadəcə bir düşüncə ilə sağlamlığını pozmuş olur. Tibb buna kömək edə bilməz, çünki tibb, düşüncəni sağalda bilməz. Buna görə də o həkimdən bu həkimə gedərsən, lakin heç birinin sənə bir faydası toxunmaz. Hətta onların müalicələri səni daha da xəstə edə bilər, çünki verilən dərmanların bir təsiri olacaq, amma düşüncəni yaxşılaşdırmayacaqlar. Halbuki, ortada düşüncə xaricində bir xəstəlik yoxdur.
        Həkimlərdən bir çarə tapmadıqca, bədəninə daha çox baş aparacaqsan. Bu halda, aşırı bir şüur yaranır. Sağlamlıq mövzusunda çox həssaslaşırsan. Ən kiçik bir dəyişiklik, çətinlik çəkmə və narahatlıqda panikaya qapılırsan. Panika da, getdikcə salamlığının daha çox pozulmasına səbəb olur.
Buna görə də, ilk tövsiyyəm, sağlamlığında problem olması fikrindən vazkeçməyindir. Yaşamağa başla.
Bu bir dəfə oldu…

Həkim, bir nəfərə 6 aydan çox ömrü qalmadığını söylədi. Həmin adam 20 ildir ki, min bir növ xəstəliklə boğuşurdu. Bir insanın başına gələ biləcək hər şey onun başına gəlirdi. Həkimləri bezdirmişdi; lakin həmin adam çox varlı idi. O bir xəstəlik xəstəsi idi və həkim, sırf bezdiyi üçün dedi ki, ” Onsuz da çox yaşamayacaqsan, ona görə də bu işləri burax. Altı ayın var, sonra öləcəksən; bu dəqiqdir. Artıq səni heç kim xilas edə bilməz. Buna görə də, yaşamaq istəyirsənsə, 6 ayın qalıb.”
     Həmin adam düşünməyə başladı: Əgər sadəcə 6 ay yaşayacaqsam, onda niyə sağlamlığımla əlləşim? Onsuz da öləcəm. Beləcə, həyatında ilk dəfə bunu vecinə almadı. Ən gözəl geyimləri sifariş etdi, ən yaxşı avtomobilləri aldı və dünya turuna çıxdı. Hər zaman getmək istəyib sağlamlığı səbəbilə gedə bilmədiyi yerlərə getdi. Dünyanı dolaşdı, hər zaman yemək istədiklərini yedi, əyləndi, hər istədiyini satın aldı. Həqiqətən yaşadı! Ölüm onsuz da yolda idi, ona görə də özünü saxlamağın yeri yox idi. Altı ay sonra geri qayıtdığı zaman, heç olmadığı qədər sağlam idi. Otuz il də yaşadı və bu problemlə bir də heç vaxt qarşılaşmadı!

Buna baş aparmaqdan vazkeçməlisən. Xəstəlikləri təbii yollarla müalicə etmək yaxşıdır, çünki gerçək bir “müalicə” deyil, bir növ dincəlmə sayılır. Lakin bunun fanatik təqibçisi olma, çünki o zaman bu da bir xəstəliyə çevrilər. Öz içində təbii üsullarla müalicə əslində “müalicə” deyil; bədənə istirahət vermək, onun təbiət ilə bütünləşəcəyi bir ortam yaratmaqdır. Bu, instinktiv təbiətlə  birəşmək olur, tibbə aid deyil. Lakin buradakı təhlükə, bunun gəlib keçici bir moda halına gəlməsidir ki, bu da xəstəlikdən daha təhlükəli sayılır. Təbii yollarla müalicə bir çox insana kömək edir, lakin bu cür müalicəyə baş vuran insanlar nadir halarda müalicənin özündən zərər görmədən qurtula bilirlər. İnsan tədirgin hala gəlir: davamlı olaraq nə yeməli və nə yeməməli olduğunu, hara gedib getməməli olduğunu və ekologiyanı və bu cür şeyləri düşünür. Bu durumda, həyat yenə çətinləşir. Təbiiliyə ilişib qalsan, nəfəs ala bilməzsən, çünki havada həddindən artıq çirklənmə var. Restoranda yemək yeyə bilməzsən, çünki yeməklər təbii üsullarla hazırlanmır. Onu və ya bunu yeyə bilməzsən, çünki sadəcə təbii yeməkləri istəyirsən. Şəhərdə yaşaya bilməzsən. Nəticədə, həyat həqiqətən də çətinləşər.
          Əsla unutma ki, təbiilik sadəcə bir növ dincəlmədir. Bəzən, hətta ortada bir səbəb yox ikən belə, təbii müalicələrin təklif edildiyi bir klinikaya gedilib iki, üç həftə, bir ay, iki ay, ildə nə qədər pul ayıra bilirsənsə, o qədər qalıb dincəlmək yaxşı olar. Hər hansı bir səbəb olmasa da get, təbiətin, təbii qidaların, sauna və vannaların, masajın keyfini çıxar. Sırf zövq üçün, təcrübə etmək üçün get. Amma xəstə olduğun fikrindən vazkeç. İçindəki möcüzəni düşün; bədən sadəcə onun örtüyüdür. 


Mənbə: Osho – “Beden ile Zihni dengelemek” kitabı

Hazırladı: Fidan Aslanova

Beyenmeler

0
 

15
 

VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

FİTNES NƏDİR ?

Xüsusi

Fitnes, çoxları tərəfindən bodybuilding idmanı ilə eyniləşdirilir. Kəlmənin Fitnes nədir?mənasını tam olaraq bilməyən insanlar isə, çox fərqli bir idman növü olduğunu düşünür. Fitnes – sağlam olmaq, formada olmaq mənalarını ehtiva edir. Buna görə də, sağlamlıq və gümrah olmaq adına edilən  çox çeşidli idman növlərini özündə barındırır. İdman növlərinin  hardasa hamısında istifadə olunan məşq metodları, fitnes məşqləri əsnasında da asanlıqla görülə bilər.

Qeyd etdiyimiz kimi, çoxları fitnesi bodybuilding hesab edir. Bir-biri ilə əlaqəsi olmayan bu iki idmanın bu şəkildə bilinməyinin ən böyük səbəbi isə, fitneslə məşğul olan bir insanın əzələli görünməsidir. Hər idman növü kimi, fitnes də, əzələ inkişafını təmin edir və bədənə estetik bir görünüş qazandırır. Fitneslə bodybuilding arasında çox böyük bir fərq var. Bu fərq bilindiyi zaman, bu anlayışların  bir-birinə qarışdırılması imkansız hala gəlir. Fitnes, bədənin sağlam olması üçün tətbiq olunan bir idman növüdür. Bodybuilding isə, alətli və ya alətsiz olaraq əzələlərin hamısının və ya bir hissəsinin inkişaf etdirilməsidir. Əzələlərin həm kütlə olaraq, həm də həcm olaraq inkişafını nəzərdə tutan bodubuilding -in əksiFitnes nədir?nə, fitness, sadəcə sağlam bir bədənə sahib olmaq üçün edilir. Əzələ inkişaf etdirmə məşqlərini də ehtiva edən fitnes, sağlam hə yat adına önəmli olan sürətli və ya yavaş templi yürüyüş, qaçma, avar çəkmə, cardio məşqləri, pedal çevirmə, dırmanma kimi bir çox idman məşqini ehtiva edir. Aradakı fərqi hiss edəbiləcəyiniz digər nöqtə isə, fitneslə məşğul olan insanların bədənlərinin daha incə olmasıdır.  Bodybuilding-lə məşğul olan insanlar əzələlərə fokuslanırlar. 1 kq əzələnin, 1 kq yağdan daha çox həcm tutduğunu nəzərə alsaq, bodubuilding-lə məşğul olan insanların  olduqca iri görünməyi çox normaldır. Bodybuilding-də yağlar əzələlərə çevrilir və əzələlər şişirdilir. Fitnes idmanında da bədəndə olan yağlar əzələlərə çevrlir. Lakin mövcud əzələr, şişirdilmək əvəzinə sadəcə möhkəmləndirilir. Bu şəkildə, estetik cəhətdən çox gözəl bir bədən forması əldə edilmiş olur.

Bodybuilding-in əksinə, fitnes ilə əzələlər həcm olaraq böyümFitnes nədir?əz. Yağ səviyyəsi azalar və əzələlər möhkəmlənər. Bu şəkildə, daha sağlam bir bədən əldə etmək mümkündür. İnsana həm fiziki , həm də zehni gümrahlıq qatan bu idman növü sayəsində, sağlam bir bədənə və ruha sahib olmaq mümkündür. Bütün bədənə tətbiq edilə biləcəyi kimi, istənilən bölgələrə də tətbiq edilə bilər. Bədəninizdə olan artıq yağların əzələyə çevrilməsinə kömək edən fitnes, mövcud olan əzələlərin də möhkəmlənməsini təmin edər. Bu idmanla məşğul olmazdan öncə, bəzi önəmli nöqtələrin bilinməsi, faydalı olacaqdır. Fitnes üçün mütləq uyğun paltar və ayaqqabı seçilməlidir. Məşqçilərin sizlər üçün hazırladığı proqramlara əməl olunması  da həyati önəm daşıyır. Əsas məşqə başlamadan əvvəl, mütləq isinmə məşqləri edilməlidir. İsinmə olmadan məşqə başlamaFitnes nədir?q , ciddi zədələr ortaya çıxara bilər. Yüngül bir proqramdan ağır bir proqrama doğru pillə-pillə keçmək, zamanla böyük yarar verər. Kəlmə anlamı, sağlamlıq və gümrahlıq qazanmaq olan fitnes idmanında, sadəcə məşq etmək kifayət etməz. Nizamlı bir həyat tərzinin mənimsənməsi ən az məşqlər qədər önəmli bir şeydir. Nizamlı qidalanma vərdişi və nizamlı yuxu anlayışları da, bu mövzunu əhatə edər. Məqşlər zamanı bol su içmək isə, olmazsa olmaz bir qaydadır.

Mənbə: vucutgelistirmehareketleri.org
Hazırladı: Fidan Aslanova 

Beyenmeler

11
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

AYNADA MƏN

Xüsusi

  • aynadaAxırıncı dəfə onu 2,3 il əvvəl görmüşdü.. Buna görə də görüncə tanımaması əvvəldə normal görünmüşdü. Amma bir az sonra bunun normal olmaması aydınlaşdı. Çünki, görünüşündə heç nə dəyişməmişdi.. Dəyişən görünüşündən başqa hər şeyi idi.. Məsələn; gözləri eyni, baxışı fərqli idi.. Üzü eyni, gülümsəməsi fərqli.. Qabı eyni, tərkibi dəyişdirilmiş keks kimi.. ) Görmədiyi müddətdə çox şey yaşanmış, amma bunun fərqinə varmamişdi..
    Axırıncı dəfə gördüyü qız xəyallarla öz utopiyasinda yaşayırdı, indi gördüyü isə xəyalları yox, məqsədləri olan, sözün əsl mənasında öz ayaqları üstündə dura bilən gənc xanım idi.. 3 il əvvəl gördüyü qız küsəyənliyi ilə insanı həyatına küsdürəcək qədər ərköyün idi, indiki isə sanki “frozen angel” qədər buzlaşmış, istənilən əks təsiri əks etdirərək özündən uzaqlaşdıracaq qədər soyuq idi.. 3 il əvvəlki qız itirmək qorxusuyla baş edərkən, indiki qız itirilməyəcək qədər dəyərli olanın özündən başqası olmadığını dərk etmişdi.. 3 il əvvəlki qız fədakarlıqları ilə göz doldurarkən, indiki gördüyü qız eqoistliyi ilə qan dondururdu.. Gülərkən belə gözlərindən çəkilməyən hüznün yerini məğrurluq tutmuşdu. Üzləşdiyi çətinliklərdə çarəni anasini qucaqlayıb ağlamaqda görən qiz bu günlərdə anası üzülməsin deyə problemlərini özü həll etməyə çalışarkən, onlara gülümsəməyi də öyrənmişdi.. Daim motivasiyaya ehtiyac duyan qız tələbələrinin ilham pərisinə çevrilmişdi.. Hətta dinlədiyi musiqiçilər belə dəyişmiş, üzülüncə deyil, ürəyi istədiyi üçün musiqi dinləyib zövq almağı vərdiş halına gətirmişdi. İnsanlara inaminin yerini Allaha imanı tutmuş, insanlarla münasibətlərində orta mövqeyi saxlamağı bacarmış, ünsiyyətə ehtiyac olduqca girər, qalan zamanlarda özünə vaxt ayırar, özünü məmnun etməyin yollarını axtarardı.. 3 il əvvəl o qız qayğısız həyatdan ayrılmış, iş həyatına başlamış və həyatının istiqamətini bəlkə də bilərək, ya da bilməyərək dəyişdirmişdi.. Bütün bu dəyişikliklərə rəğmən gülümsəməsindəki saflığı, ürəyindəki sevgi və mərhəmət hisslərini, gözlərindəki parlaqlığı qoruyub saxlaya bilmişdi.. 🙂 Və elə buna görə də özünü xoşbəxt hiss edirdi..

Dərin fikirlərdən onu ayıran “The doors are closing..The next station is …..” sözləri idi.. Bəli!  Bəli! Bütün bu fikirlər onun öz simasini qatarın şüşəsində görüb də tanımadığı anda 3 dəqiqə ərzində ağlından keçmişdi.. Gülümsədi ve tanışlığa çox şad oldu.. Daim simasını bəyəndiyi qızın artıq xarakterini də sevməyə başlamışdı.. Həyatındakı növbəti stansiyanın hansı olacağı isə artıq onu narahat etmirdi..) Nəhayət ki, öyrənmişdi bu günü ilə yaşamağı.. 3 il əvvəlki qız Esya, indiki isə Esmira xanım idi.. 🙂

Tarix: 06.05.2016

MÜƏLLİF : EsYa Talib
Hazırladı : Psixoloq R_M

Beyenmeler

14
 

0
 

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

PASPORT RƏNGLƏRİ VƏ ONLARIN MƏNALARI

Xüsusi

Səyahət üçün nəzərdə tutulmuş pasportların müxtəlif rənglərdə olması yəqin ki, sizin də nəzərinizi cəlb edib. Bu rənglər mavi, qırmızı, yaşıl və qara rənglər arasında fərqlilik göstərirlər. Əslində bu cür rəng seçimləri heç də təsadüfi deyil. Bu dəfə ki yazıda bu rənglərin nə mənaya gəldiklərini öyrənəcəyik.

Mavi rəgli pasport

Mavi

Mavi rəng yeni dünyanı simvolizə edir və ikinci ən çox istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox amerika qitəsində yerləşən ölkələr üçün xarakterikdir. Brazilya, Argentina Paraqvay və s. ölkələrdə bu rəng “cənubun ümumi bazar birliyi”ni xarakterizə edir.

 

 

 

 

Qırmızı rəngli pasport

Qırmızı

Qırmızı dünyada ən çox istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox avropa birliyinə üzv olan dövlətlər tərəfindən istifadə olunur və qısa müddət bundan əvvəl avropa birliyinə üzv olmaq istəyən ölkələr də öz pasportlarını qırmızı rəngə dəyişdilər, məsələn: Türkiyə, Makedoniya və Albaniya kimi dövlətlərin adlarını qeyd edə bilərik. Bundan başqa qırmızı rəngə daha çox üstünlük verən ölkələr vaxtı ilə kominist olan və hələ də bu ideologiyanı dəstəkləyən ölkələrdir. Amerika qitəsində qırmızı səyahət pasportuna sahib olan ölkələr siyahasında Bolivia, Peru, Kolunbia və Ekvadorun adını çəkmək olar.

Yaşıl rəngli pasport

Yaşıl

Bu cür pasportlar daha çox müsəlman ölkələri üçün xarakterikdir. Bu ölkələrdə yaşıl rəng Həzrəti Məhəmmədin sevimli rəngi, bundan başqa təbiəti və həyatı da sinvolizə edən rəng kimi qəbul edilir. Eyni zamanda bir çox iqtisadi birliklərin üzvü olan qərbi afrika ölkələrinin bir çoxu da yaşıl rəngdə olan səyahət pasportundan istifadə edir.

 

Qara rəngli pasport

Qara

Bu ən az istifadə olunan pasport rəngidir. Bu cür pasportlar daha çox Yeni Zellandiya da və bir sıra afrika ölkələrində istifadə olunur. Məsələn: Anqola, Çad, Konqo, Zambia və bir neçə başqa afrika ölkələrində.

 

 

Aşağıdakı xəritə sizə hansı pasport rənglərinin hansı ölkələrdə daha çox yayıldığını daha dəqiq göstərəcək.Xəritə

Mənbə: https://prima.guru
Tərcümə etdi: Müşviq Osmanlı

 

Beyenmeler

11
 

1
 

VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

BƏDƏN, ÖLÜM, HƏYAT..

Xüsusi

Amerikan ağlı, indiyə qədər görülmüş ən dayaz və ən acgöz ağıldır. Çox maddiyyatçıdır. Buna görə də Amerikanın ən üst gerçəkliyi, iş adamıdır. Digər hər şey, fonda itib gedər; iş adamı, yəni pulu idarə edən adam, ən üst səviyyə gerçəklikdir.

Pul, ən rəqabətçi mühitdir. Kültürlü olmağına ehtiyac yoxdur, pulunun olması kifayətdir. Musiqi və ya şeir haqqında bir şey bilməyinə ehtiyac yoxdur. Ədəbiyyat, tarix, din, fəlsəfə haqqında bilgi sahibi olmağının heç lüzumu yoxdur. Yox, bilməyinə ehtiyac yoxdur. Bank hesabın qabarıqdırsa, önəmli olarsan.

Pulunla və əşyalarınla davamlı olaraq öyünərsən, çünki bahalı şeylərin önəmli olduğu zənn edilir.

Amerikalının həyatı qısadır. Bədən dayansa, amerikalının sonu gələr. Bu səbəblə, amerikalı ölümdən çox qorxar. Ölüm qorxusuna görə həyatını bəzən gülməli bir şəkildə uzatmağa çalışıb durar. İndi bir çox amerikalı, xəstəxanalarda və ruhi xəstəxanalarda  bitki həyatı yaşayır. Əslində yaşamırlar; çoxdan ölüblər. Onları həkimlər, dərmanlar və müasir cihazlar canlı saxlayır. Bir şəkildə həyata asılırlar.

Ölüm qorxusu çox böyükdür. Bir dəfə getdin mi, sonsuza qədər yoxsan  və geridə heç bir şey qalmır, çünki amerikalı bədən xaricində heç bir şey bilmir. Sadəcə bədəni bilsən, çox yoxsul qalarsan. Hər şeydən öncə hər zaman ölümdən qorxarsan və ölümdən qorxan biri, yaşamaqdan da qorxar  – çünki həyatla ölüm elə bir şəkildə iç-içə keçib ki, ölməkdən qorxursansa, yaşamağa da qorxarsan. Ölümü gətirən həyatdır, o halda ölümdən qorxursansa, həyatı necə sevə bilərsən? Qorxu hər zaman orda olacaqdır. Sənə ölümü gətirən həyatdır; onu bütünüylə yaşamayacaqsan. Əgər ölüm hər şeyin sonudursa, əgər sənin inanc və anlayışın budursa, o zaman həyatın tələsməkdən və qovalamaqdan ibarət olacaqdır, çünki ölümün nəfəsi arxandadır və səbrli davrana bilməzsən. Bax beləcə, Amerikalıların sürət manyaklığını anlaya bilərsən: hər şeyin tez edilməsi lazımdr, çünki ölüm yoldadır; ölmədən əvvəl əlindən gəldiyi qədər çox şey etməyə çalışmalısan. Ölmədən əvvəl mümkün olduğu qədər çox təcrübə yaşamalısan, çünki öldünmü, hər şey bitir.

Bu, böyük bir anlamsızlıq yaradır və təbii ki, acı və narahatlıq da. Əgər bədəndən sonra heç bir şey qalmayacaqsa, etdiklərin çox dərin şeylər ola bilməz. O zaman, etdiklərin səni qane edə bilməz. Əgər ölüm sondursa və geriyə heç bir şey qalmırsa, həyatın hər hansı bir anlamı və ya önəmi ola bilməz. O zaman həyat, axmağın birinin ağzından dinlədiyin qəzəb və quru səs-küy dolu anlamsız bir hekayədən başqa bir şey deyil.

Baul ( şüuru olan insan ) bədənin içində olduğunu, lakin bədəndən ibarıət olmadığını bilir. Bədəni sevər, ora onun evi, yuvasıdır. Bədənə düşmən deyil, çünki öz yuvana düşmən olmaq axmaqlıqdır, amma materialist deyil. Dünayadan xəbəri var, amma materialist deyil. Çox gerçəkcidir, amma materialist deyil. Bilir ki, ölümdə əslində heç bir şey ölməz. Ölüm gələr, lakin həyat davam edər.

Belə bir hekayə eşitmişəm:
Dəfn mərasimi sona çatmışdı və mərasimdə qulluq edən şəxs Desmond, yaşlı bir kişinin yanında dayandığını gördü.
“Qohumlardan birisiz?” deyə soruşdu.
“Bəli, elədir,” dedi yaşlı kişi.
“Neçə yaşınız var?”
“Doxsan dörd.”
“Hmmmm,” dedi Desmond, “o zaman yaxşısı budur burda qalın, onsuz da bu yaxınlarda yenə gələcəksiz.”

Hər şey bədənsəl həyat üzərinə qurulub: yaş doxsan dörddürsə, iş bitmişdir. O zaman evə getməyə dəyməz; ən yaxşısı ölməkdir. Niyə o qədər yolu ayaq döyəsən ki? Onsuz da tezliklə cənazə evinə geri qayıtmalı olacaqsan.  Heç dəyməz…əgər tək gerçək ölümdürsə, o zaman 24 və ya 94 olmağın nəyi dəyişdirər? Aradakı fərq sadəcə bir neçə ildən ibarətdir. O zaman gənclər özlərini yaşlı hiss etməyə başlayarlar və uşaqlar da indidən ölüdür. Bu bədənin ilk və son həyat olduğuna inanırsansa, o zaman bütün bunların nə anlamı var? Niyə yaşayırıq?

Camus, insan üçün ən təməl metafizik problemin intihar olduğunu yazır. Onunla eyni fikridəyəm. Əgər bədən yeganə gerçəklikdirsə və içində bədəndən o tərəfə heç bir şey yoxdursa, əlbəttə ki, üzərində düşünüləcək, baş sındırılacaq tək şey bədən olar. Niyə intihar edilməsin? Niyə doxsan dördə qədər gözlənilsin? Nəyə görə o qədər vaxt müxtəif dərd və sıxıntı çəkilsin? Niyə sabah səhər yenidən oyanaq? Bu çox lüzumsuz görünür.

Bir tərəfdən Amerikalı təcrübə qazanacam deyə davamlı olaraq ordan-ora qaçır, heç bir şeyi qaçırmamaq üçün. Dünyanın ətrafında qaçmaqla məşğul olur, şəhərdən-şəhərə, ölkədən -ökəyə, oteldən- otelə tələsir. Bir guru-dan digərinə, bir kilsədən o birinə qaçır, axtarır, çünki ölümün nəfəsi axasındadır. Bir yanda dəlicəsinə, dayanmaq  bilməyən bir qovalamaca, digər yanda hər şeyin boş olduğuna dair bir inanc var, çünki ölümlə hamısı sona çatacaq. Yəni varlı və ya kasıb yaşamağın, ağıllı və ya axmaq, sərsəri və ya öz halında olmağın nəyi dəyişdirər? Sonda ölüm gələr və hər kəsi bərabərləşdirər: ağıllını və axmağı, müdriki və günahkarı, aydınlanmışı və cahili, hamısı torpağa girib itib gedər. O zaman bütün hər şeyin anlamı nədir? Budda və ya İsa və ya Yəhuda olmağın nə fərqi var? İsa çarmıxda ölər, ertəsi gün Yəhuda intihar edər: ikisi də torpağa girər.

Digər tərəfdən sənin bir şeyləri qaçıracağın və digərlərinin tapacağına dair bir qorxu vardır; əldə etsən belə əslində ortada bir şey olmadığını bilməyin yaratdığı narahatlıq vardır; bacarsan da bunun anlamsız olduğu, çünki ölümün gəlib hər şeyi məhv edəcəyi gerçəyi vardır.

Şüurlu insan bədəndə yaşayar, bədənini sevər, bundan zövq alar, amma bədəndən ibarət deyil. İçində bütün ölümləri aşacaq bir şey barındığını bilər. İçində sonsuz, zamanın yox edə bilməyəcəyi bir şey olduğunu bilər.  Bunu meditasiya, eşq, dua sayəsində hiss edə bilmişdir. Bunu öz varlığının içində hiss edə bilmişdir. Ölümdən qorxmaz, çünki həyatın nə olduğunu bilər. Xoşbəxtliyin dalınca qaçmaz, çünki bilər ki, Tanrı ona milyonlarla fürsət verəcək; tək etməli olduğu şey bunlara icazə verməkdir.

Ağacların yerə kök  saldığını görmürsən? Onlar heç bir yerə gedə bilmirlər, lakin yenə də xoşbəxtdirlər. Xoşbəxtliyin dalınca qaçmazlar; durub da xoşbəxtik axtara bilməzlər. Kökləri yerin dibindədir, tərpənə bilmirlər, lakin xoşbəxtliklərini görmürsən? Yağış  yağan zaman sevinclərini, külək əsdiyi zaman xoşbəxtliklərini grmürsən? Rəqs etdiklərini hiss etmirsən? Kökləri var, heç bir yerə gedə bilməzlər. Yenə də həyat onlara gələr.

Hər şey gələr. Sən sadəcə alacaq qabiliyyəti yaradarsan; hər şey gələr. Sən sadəcə qapını açarsan. Həyat sənə gəlməyə hazırdır. Sən o qədər çox əngəl qoyursan ki! Yarada biləcəyin ən böyük əngəl də, həyatın dalınca qaçmağındır. Qovmağının və tələsməyinin ucbatından həyat nə vaxt gəlib qapını döysə, sən evdə olmursan. Həmişə başqa bir yerdə olursan. Həyatın dalınca qaçmağa  davam edirsən və həyat da sənin… və görüş əsla gerçəkləşmir.

Var ol… sadəcə var ol və gözlə və səbrli ol.


Mənbə: Osho – ” Beden ile zihni dengelemek”

Hazırladı: Fidan Aslanova

Beyenmeler

1
 

15
 

VN:F [1.9.16_1159]
</