ƏQİDƏDƏN İMANA

əqidə-imanHz. Muhamməd əqidə gətirmədi, əksinə, əqidələşmiş və qəlibləşmiş təsəvvürləri İMAN mərkəzli bir dinamikaya səslədi.

“Müşriklərdən göyləri və yeri kim yaradıb? -deyə soruşsan, Allah” -deyərlər.” Qurani-Kərim

Yəni statik olaraq, əqidələşmiş Allah təsəvvürü zatən var idi, həmişə olub və olacaq da. Amma məsələ dinamik Allah təsəvvüründədir. O təsəvvür qəlibləşməz, mahiyyətin saxlayaraq daim mövcud zaman və məkanın bağrına səslənər, inşa edər. Bütün zamanların Tanrı təsəvvürləri ilk öncə belə ortaya çıxmış, ilahi mesajlar diri və inşaedici olmuşdur. Zamanla insanlar bu dinamik silsilənin ətrafında kütləviləşərək dindarlaşmış və əqidə qəlibində dini istismar etmişdirlər.

İnanmaq diridir, hər an ayaqda tutar, əminlik üçün sorğulayar və yenilənər. Mərkəzində sağlam inam olan həyat dinamik həyatdır. Amma bu iman mərkəzli dinamik həyat da bir əqidə formalaşdırar zamanla, amma ümumbəşər. Din və dindarlıq adına deyil, insanlıq adına bir əqidə. Hansı ki, orda hər kəsə yer var və bu mühitin yalnız bir adı var:

Mədinə – mədəniyyət və barış. Rəsulullah bunu formalaşdırdı və bizlərə miras buraxaraq belə dedi:

Burda dediklərimi bizdən sonrakılara da çatdırırn, bəlkə onlar daha yaxşı anladılar. Yəni ey dostlar, ey iman ailəmin əhli, siz də davam edib quracaqsız bu iman mərkəzli dinamik həyatı. Statikləşdirsəz donacaq, bütləşəcək və həyatdan çəkiləcək. Necə ki, bu gün bax belədir. Və Quran deyir:

“Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən qövmüm bu Quranı tərk etmişdir”-deyəcək.” Qurani-Kərim

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

  1. “Yəni ey dostlar, ey iman ailəmin əhli, siz də davam edib quracaqsız bu iman mərkəzli dinamik həyatı. Statikləşdirsəz donacaq, bütləşəcək və həyatdan çəkiləcək. Necə ki, bu gün bax belədir.”

    Əhsən sənə qardaş, İslami cox gözəl anliyirsan İnşallah. Sən lakonik söylədiyin həqiqəti Qəzali , Geylani kimi dahilər catdirirdilar ummətə. Bu din ancag real və dinamik halini daşimalidir bizim ruhumuzda,urəklərimizdə, başka yol yoxtur,başka yol- statikləşmə,abstraksia,yəni öıü din. Birdaha afərin!

Bir cavab yazın