Jan Piajeyə görə əxlaq inkişafı:
1. Xarici qaydalara bağlılıq dövrü (6-12 yaş): Uşaq qaydaların dəyişməzliyinə inanar. Mühakimə, yalnız məhdud olaraq müşahidə gerçəklərə söykənəndir və qayda pozulmasının cəza , avtomatik olaraq verilməlidir. Davranışın gerisindəki səbəblər nəzərə alınmaz.
2. Əxlaqi muxtariyyət dövrü: Qaydaların insanlar tərəfindən yaradıldığı və lazım olduğunda dəyişdirilə şüuruna çatar. Cəza, qaydalar pozuntu edildiyində avtomatik olaraq verilməz, pozuntu edilmə səbəbləri də əhəmiyyətlidir. Qaydaları pozanın niyyətləri və içində olduqları hallar da nəzərə alınır.
Laurens Kölberqə görə əxlaq inkişafı:
1. Cəza və itaət: Ənənə əvvəli dönəmdir. Qaydalara cəzalandırılmamaq üçün boyun əyilər, qaydaların doğruluğu əhəmiyyətsizdir.
2. Vasitəli əlaqə: Ənənə əvvəli dövrdür. Digər insanların da ehtiyacları fərq edilər, ancaq birinci planda özləri vardır.
3. Fərdlərarası uyğunlaşma : Ənənəvi dövrdür. Fərd xarici dünyaya və öz xaricindəki hadisələrə öz xaricindəki bir dünyagörüşündən yaxınlaşmağa başlayır. Artıq cəza almamaq yerinə başqalarını xoşbəxt etmək üçün də davranılır .
4. Hüquq və Düzən: Ənənəvi dövrdür. Əxlaqi davranış ətrafdakı əhəmiyyətli kəslərin gözləməsinə görə deyil, cəmiyyətin qanunlarına və normalarına görə formalaşır.
5. Sosial sözləşmə: Ənənə sonrası dövrdür. Ümumiyyətlə ictimai normlarla dəyərlərə uyulur.İnsani dəyərlərlə zidd düşən qanuni tənzimləmələr dindirilir . Bunları rədd edə bilər. Qanunları demokratik dəyişməsini müdafiə edər.
6. Universal Əxlaq: Ənənə sonrası dövrdür. Adam əxlaq qanunlarını özü meydana gətirər. Bu prinsipləri pozan qanunlara uyğun gəlməz. Ədalət qanunun üstündədir. Fərdin hüquqlarına hörmət əsasdır.
Nəticə olaraq əxlaqın cəmiyyətin köklərindən biri olduğunu ancaq fərdi azadlıqlara qəsd edə bildiyini söyləməliyik. Zaman və məkana görə çox dəyişik əxlaq anlayışları ola bildiyi kimi, əxlaqsızlıq anlayışı bundan tamam ayrı bir şəkildə araşdırılmalıdır . Bundan 400 il əvvəl köləliyə qarşı çıxmaq əxlaqsızlıq idisə, bu gün tam tərsi əxlaqsızlıqdır.
Sitat:
“Dünyanın əxlaqsız deyə adlandırdığı kitablar dünyaya öz utancını göstərənlərdir.” Oskar Vayld
“Öldürmək qadağandır, bu səbəbdən bütün qatillər cəzalandırılır; təbii ki, kütlə halında və trampet səsləri ilə öldürmədikləri müddətcə.” Volter
“Həddindən artıq əxlaqlı olmayın. Həyat boyunca özünüzü aldatmaq məcburiyyətində qala bilərsiniz. Əxlaqdan yuxarısını hədəfləyin. Yalnız yaxşı olmayın, yaxşı bir şeylər edin.” Henri Devid Toro
“Əxlaq mövzusunda inandığım qanun budur; bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə o əxlaqi, əgər özünü pis hiss edirsənsə o qeyri əxlaqıdır.” Ernest Heminquey
Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov