ARTUR ŞOPENAUERDƏN SEÇMƏLƏR

ŞopenauerArtur Şopenauer (  1788 –  1860)- Alman  filosofu, yazar və təlimçi. Şopenauer, alman fəlsəfə dünyasındakı ilklərdəndir.

SEÇMƏLƏR:

İnsanlar, ağıl və qəlbi yetkinləşdirməkdən min qat daha çox özləri üçün varlılıq toplamaqla məşğul olurlar. Halbuki, xoşbəxtlik üçün şübhəsiz ki, insanın əlindəki şeylərdən daha çox insanın içindəki şeylər əhəmiyyətlidir.

İnsan, həyatı boyunca, böyük bir uşaq kimi qalmayıb, ciddi, məqbul və məntiqli bir adam olsa, dünyanın çox işə yarayan və ağıllı  bir vətəndaşı ola bilər. Amma artıq dahi ola bilməz.

Əgər gündəlik kiçik hadisələrdə, insan, düşüncəsizcə və yalnız öz lehinə və ya özü üçün uyğun olan, başqalarının haqqına zərər verən şeyləri istəyirsə; hər kəsə aid olan şeyi özü üçün ayırırsa, onun ürəyində ədalət duyğusu olmadığından və ümumi anlamda alçaq biri olduğundan, sadəcə qanun və məcburiyyətlərin əllərini bağladığından əmin ola bilərsiniz.

İntuisiyalarla qərar verə bilmək, çox az adama xas olan bir qabiliyyətdir. İnsanların böyük bir bölümünə isə avtoritet və misallar liderlik edər. Onlar, ancaq başqalarının gözləriylə görərlər. Başqlarının qulaqları ilə eşidərlər.

İnsan ruhuna daha bilavasitə və daha dərin bir şəkildə təsir edən başqa bir sənət yoxdur. Çünki heç bir sənət, dünyanın gerçək özünü, musiqi kimi bilavasitə və dərin bir şəkildə dilə gətirə bilməz. Gözəl və uca melodiyalar duymaq, ruhu yumaq kimidir; insanı bütün pisliklərdən, bütün zavallılıqlardan və bayağılıqlardan arındırar.

Gəncliyin ən başda gələn təhsillərindən biri, yalnızlığa qatlanmağı öyrənmək olmalıdır; çünki təklik, xoşbəxtliyin, ruh dincliyinin qaynaqlarından biridir.

Hər insan, öz baxış sahəsinin sərhədlərini, dünyanın sərhədləri olaraq qəbul   edər..!

Bizi rahat buraxan pislikləri seyr etmək, bizə keyif verər.

İnsanın, içindəkini xaricdəkinə fəda etməsi, sükunətinin, boş vaxtının və müstəqilliyinin bütününü və ya böyük bir hissəsini mövqe, şan-şöhrət, titul və ehtişam üçün qurban etməsi, böyük bir axmaqlılq nümuməsidir.

Bəsit insan, zamanı necə öldürəcəyini, dəyərli insan isə necə qazanacağını düşünər.

Təkliyini sevən və onunla dost olan kəs, qızıl bir damarı tapmışdır.

Bir insan, hər zaman oturub oxuya bilər, lakin düşünə bilməz.

Mümkün qədər az şey diləmək və çox şey öyrənmək istəyirəm.

Hər şey olmağa çalışan insan, heç bir şey ola bilməz.

İnsanların, adətən, alın yazısı dedikləri şey, çox vaxt, sadəcə atdıqları axmaqca addımlardır.

İnsanlar üçün qısqanclıq təbiidir: Yenə də qəsqanclıq həm bir ayıb, həm də bədbəxtlikdir. Buna görə də, onu, xoşbəxtliyimizin düşməni olaraq görməli və pis bir şeytan olaraq boğmağa çalışmalıyıq.

Adi insan, görkəmi və xoşbəxtliyi, toylarda, şənliklərdə və bal gecələrində axtarmağa maraqlıdır. Halbuki, özünə  yetən  ağıllı biri, gerçək görkəmi, dörd divar arasında tək başına tapar.

Yalnızlıq, yerinə heç bir insanı qoya bilməyəcəyiniz qədər dəyərli bir şeydir.

Şeylərin dəyərini, ancaq onları itirdiyimiz zaman anlayarıq.

Hər hansı önəmli bir kitab, ilk oxumanın ardından  vaxt itirmədən bir daha da oxunmalıdır. Çünki, öncəliklə, kitabın məzmunu, bütünü etibari ilə ikinci dəfə oxunanda qavranılır və başlanğıc, ancaq son bilindiyində həqiqətən anlaşılır; və buna əlavə olaraq, kitab ikinci dəfə oxunarkən, insanın içində olduğu ruh halı və zehin quruluşu ilkindən fərqlidir, dolayısı ilə çox vaxt başqa bir təəssürat əldə edilər. Ehtimal ki, məzmun, başqa bir işıqda görünür.

Fəlsəfə, acını bilgiyə çevirir.

Varlılıq, dəniz suyu kimidir. Nə qədər çox içilərsə, o qədər çox susanar. Eyni şey, məşhurluq üçün də keçərlidir.

Hər bir gün, kiçik bir həyatdır: hər oyanış və qalxmaq kiçik bir doğum, hər yeni səhər kiçik bir gənclik, hər istirahət və yuxu, kiçik bir ölümdür.

İki insanın bir-birini sevməyə başladığı an- ingilislərin söylədiyi kimi,bir-birinə heyran olmağa başladığı an-yeni bir fərdin ortaya çıxmağa başladığı ilk an olaraq dəyərləndirilə bilər.

Bacarıqlı, heç kəsin vura bilmədiyi hədəfi vurar. Dahi isə heç kəsin görə bilmədiyi hədəfi.

Sağlamlıq, hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir.

Bir-birlərinə ən çox heyran olanlar, bir-birlərini ən çox tamamlayanlardır.

Alışqanlıq zəncirləri, öncə duyulmayacaq qədər xəfif, sonra qırılmayacaq qədər güclü olar.

Fəlsəfə, yüksək bir dağ yoludur… tənha bir yoldur və yuxarıya doğru getdikcə daha da tənhalaşır. Bu yolu hər kim izləsə, heç qorxmamalı, hər şeyi geridə buraxmalı və qış qarında güvənlə irəliləməlidir… Qısa müddət ərzində altındakı dünyanı görər; qumsalları və bataqlıqları gözünün önündən itər, düzgün olmayan nöqtələri düzələr, yırtıcı səsləri artıq qulağına çatmaz. Və yuvarlaqlığını da görər. Özü hər zaman saf və sərin dağ havasındadır və günəşi görər, halbuki, aşağıdakı hər kəs gecənin qaranlığı ilə əhatə olunmuşdur.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın