XOŞBƏXT BİR HƏYAT ÜÇÜN NƏ ETMİSƏN?

Xüsusi

0e0adcda35a3e8e8d7faa9882e01d76a_400x400“Mən nə zaman xoşbəxt olacağam?” əvəzinə “Daha xoşbəxt bir həyat yaşamaq üçün mən nə isə edirəmmi?”-deyə özününzə heç sual verdinizmi?
Demək ki, soruşmanın vaxtı gəlmişdir…  Sizin ətrafınızda hər möçüzənin gəlib sizi tapacağına və bir sehirli çubuqla bir anda həyatınızda çox şeyi dəyişəcəyinizimi düşünürsünüz? Elə bir şey yoxdur… Necə bir həyat yaşayırsınızsa tamamilə sizin seçiminiz daxilində gerçəkləşir.

Niyə ayaqlarım evə getmək istəmir?
Niyə bu qədər işləmək məcburiyyətindəyəm?
Niyə kimsə mənim üçün bir şey etmir?
Niyə sevmədiyim biriylə evli olaraq yaşamağa məcburam?
Niyə kimsəyə problemlərimdən danışa bilmirəm?
Niyə kimsə məni anlamır?
Niyə kimsəylə münasibət qura bilmirəm?
Niyə yük həmişə mənim çiyinlərimdə?
Niyə sevmədiyim işi etməyə məcburam?
Niyə yalnızam?
Niyə həmişə haqsızlığa uğrayıram?
Niyə heç kimə güvənmirəm?
Niyə hər şeyi mən düşünməliyəm?
Niyə qarşıma həmişə yanlış insanlar çixır?
Niyə diğər insanlar kimi xoşbəxt yaşaya bilmirəm?

xoşbəxt həyatCavab verirəm,  TƏK SƏBƏBİ SƏNSƏN!

Çünki bütün başına gələnlərə və yaşadıqlarına baxmayaraq, bunların sənin başına gəlmə səbəbini hələ də özündə yox, başqalarında axtarırsan. Başına gələnlərin tək səbəbkarı var. O da bu həyatla bağlı bütün seçimləri edən SƏN.
Sən izin vermədikcə kim sənə haqsızlıq edə bilər? Kim sənə sənin ona verdiyin dəyərdən daha az dəyər verə bilər? Kim narahat, yuxusuz gecələrinə səbəb ola bilər?
Sən izin vermədiyin müddətcə kim bütün məsuliyyəti sənin üzərinə ata bilər? Kim sevmədiyin bir işi sənə zorla gördürə bilər? Kim ətrafında bu qədər insan olmasına baxmayaraq sənin sevginin qarşısını ala bilər?
Kim sən kontrol etmədiyin müddətcə səni yalnız, dəyərsiz, uğruna bir şey edilməyəcək biri olduğunu hiss etdirə bilər?
Kim yardım istəyəcəyin nöqtədə sənə əngəl ola bilər? Kim güvənilməz insanları sənin ətrafına toplayar və insanoğlunun başına gələcək ən xoşagəlməz hadisələri sənin qarşına çıxara bilər?
Kimsə…
Artıq bəzi şeyləri dəyişmək vaxtı çatdı..
Başlanğıcı bəlkə də baxış bucağınızı dəyişməklə başlaya bilərsiniz.
Həyatına bir toxunuşla sehirli cubuq misalı təsir edəcək heç bir şey yoxdur həyatda… Dünyaya gəlişini düşün və özünə güvən… Çünki hər insan öz möcüzəsiylə dünyaya gəlir. Və insanın öz möcüzəsini gerçəkləşdirmək üçün özündən başqa kimsəyə ehtiyacı yoxdur.
Burax 5 il öncə yaşadıqlarını, 30 il öncə olanları, dünən olanları, sabah olacaqları…
Onlara mərkəzləşdikcə eyni şeyləri yaşamağa davam edəcəksən. O illərə baxdığında, bütün yaşadıqlarını sənə yaşadan sənsən. Əgər sən özünü dəyişdirə bilsən, təkrardan gerçəkləşməsindən qorxduğun şeylər qarşına çıxmayacaq.
393102_335245216579178_864678709_nXətanı qarşındakılarda axtarma.
O xətaları gördüyün halda niyə hələ də arxasınca inadla getdiyini düşün…
Sənə necə haqsızlıq edildiyini deyil, sənin buna necə izn verdiyini düşün. Növbəti dəfə nəyi fərqli edəcəyin haqqında düşün.
Özündə nəyi dəyişdirmən lazımdır, öncə onu düşün?
Bil ki, özünü dəyişdirəcək cəsarəti olmayan insan, davamlı ətrafındakılardakı çatışmamazlıqları görüb, onları dəyişdirməyə çalışaraq həyatını bitirəcəkdir.
Bir insanın özünü dəyişdirməsi, əgər dəyişdirilməsi lazım olan tərəfləri ayıird edə bilirsə çox asan, deyilsə çox çətindir.
Yaxşısı budur ki, sən başqalarının imkansız olanlarıyla mübarizə aparmaqdansa, özünlə mübarızə apar. Çünki gec, ya da tez əlində ancaq özün üçün etdiklərin qalacaq.
Və ən dəyərli şey elə özün üçün etdiklərindir. Özü üçün bir şey edə bilməyənə, başqa biri nə isə edə bilərmi? Edə bilərmi?
Özünüz üçün nələrsə etməni vərdiş halına gətirin. Başqalarını dəyişməkdənsə, özünü dəyişməni sınaqdan keçirdiyiniz  bir həyat diləyirəm…

Müəllif: Klinik Psixoloq  Esin Nur Akyıldız
Tərcümə etdi: Psixoloq R_M

Beyenmeler
16   0  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 19 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

TƏXƏYYÜL HAQQINDA

Xüsusi

fantaziya təxəyyülKeçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir.

Təxəyyül surətləri necə formalaşır? İnsan onları özündən yaradır, yoxsa həyatdan götürür?
Əlbəttə, təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. Lakin təxəyyülün də özünə aid xüsusiyyətləri var. Təxəyyülün qavrayış və hafizədən fərqi, bu psixi proseslərin cism və hadisələrdə gerçək mövcud olan xüsusiyyətləri əks etdirməsi, təxəyyül prosesində isə insanın xarici aləmdə mövcüd olmayan yeni surətlər yaratmasından ibarətdir. Amma təxəyyül prosesində yaranan yeni surətlər uydurma deyil. İnsan bu surətin əlamət və ünsürlərini həyatdan götürür. Hətta fantastik surətlər belə insanların adam, balıq, şir və s. haqqındakı təsəvvürləri əsasında formalaşmışdır.
Təxəyyül surətlərinin keyfiyyəti insanın təsəvvür ehtiyatının, bilik və təcrübəsinin zənginliyindən asılıdır. Bizim hər birimiz gündəlik həyatımızda çoxlu sayda təxəyyül surətləri yaradırıq. Təxəyyül yalnız şairlərə, rəssamlara deyil, bütün fəaliyyət sahələrində böyük əhəmiyyətə malikdir.

TƏXƏYYÜLÜN NÖVLƏRİ

İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır, lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niyyətli, həm də niyyətsiz xarakter daşıya bilər.
təxəyyül-fantaziyalarNiyyətli passiv təxəyyülə misal olaraq xülyanı göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır, sadəcə olaraq bu prosesin özündən həzz alır; lakin onları həyata keçirmir. Passiv təxəyyül surətləri hər hansı bir təəssüratın, söz və hissin təsiri ilə niyyətsiz surətdə də əmələ gələ bilər. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir.
Xülyanı xəyalla eyniləşdirmək olmaz. Xəyal – arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir. Xəyal insan həyatında mühüm rol oynayır.
Həyatla bağlı olan, hadisələrin obyektiv gedişini düzgün əks etdirərək, onu ötən xəyal həmişə insanı fəaliyyətə təhrik etmək cəhətdən çox əhəmiyyətlidir. Hadisələrin təbii gedişindən doğmayan xəyal isə insanı süsləşdirən, həqiqəti təhrif edən, həyatla heç bir əlaqəsi olmayan xülyaya çevrilir. Buna görə də insanın öz xəyal surətlərinə tənqidi münasibət bəsləyib, onları idarə etməsi zəruridir.
Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaedici və yaradıcı təxəyyül onun əsas növləri hesab olunur.
Obyektin təsvir, çertyoj, sxem, not, xəritə və s. əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir.
Bərpaedici təxəyyül surətlərini xarakterizə edərkən iki cəhəti xüsusilə fərqləndirmək lazımdır. Onlar ilk baxışda müəyyən təsvir əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladır, lakin mahiyyət etibarilə fərqlənirlər. Bərpaedici təxəyyül surətləri qavranılan təsvirin sonra sadəcə olaraq yada salınması deyildir.
Bərpaedici təxəyyül müxtəlif fəaliyyət sahələrində olduğu kimi, təlim prosesində də mühüm rol oynayır. Şagird dərsdə bilavasitə qavranılması mümkün olmayan obyekt və prosesləri, eləcə də keçmiş hadisələri mənimsəyərkən onların surətini məhz bərpaedici təxəyyül sayəsində yaradır.
Bərpaedici təxəyyül surətləri düzgün və dəqiq olduqda xüsusilə böyük idrak əhəmiyyəti kəsb edir. Onların dəqiqliyi,  hər şeydən, əvvəl şagirdin təsviri anlamaq səviyyəsindən, dolğun təsəvvürlərə malik olmasından asılıdır. Bu surətlərin yaradılması daxili prosesdir, başqa adamlarla ünsiyyət zamanı bu surətlər əsasən iştirak etmir. Əgər şagird, tutaq ki, əsərdə təsvir olunmuş müəyyən bir əhvalatı aydın təsəvvür edə bilmirsə, bu mütaliə prosesinə bilavasitə mane olmur və o, mətnin mənasını obrazlı olmasa da, ümumi şəkildə başa düşə bilir. Bu baxımdan bir çox şagirdlərdə dəqiq bərpaedici təxəyyül surətləri yaratmaq tələbatının olmamasına təsadüfi hal kimi yanaşmaq olmaz. Müəllim bu cəhətləri nəzərə almalı, şagirdləri fəallaşdırmalı, onları dəqiq bərpaedici təxəyyül surətləri yaratmağa təhrik etməlidir.

fantaziyaYaradıcı təxəyyül fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur. Yaradıcı təxəyyül surətləri müstəqil yaradılir. Hər hansı bir yazıçının yaratdığı obraz onun yaradıcı təxəyyülünün məhsuludur, bizim bu əsər əsasında yaratdığımız surətlər isə bərpaedici təxəyyül surətləri olacaqdır. Yaradıcı təxəyyül insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı dərk və izah etmə bacarığı, sənətkarlığı bütün aydınlığı ilə əks olunur. Yeni orijinal surətlərin yaradılması mürəkkəb və ziddiyyətli prosesdir və gərgin yaradıcı əməyin məhsuludur. Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Görkəmli şair, yazıçı, rəssam, heykəltaraş və s. yaradıcı insanların yaradıcılıq tərcümeyi-halı məhz uşaqlıqdan başlayır. Ailədə, məktəbdə uşaqların yaradıcı fəaliyyətinə qayğı ilə yanaşmaq zəruridir.

Mənbə: Ə.Əlizadə, Ə.Bayramov  “Psixologiya”
Hazırladı: Psixoloq R_M

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

UŞAĞIM SÖYÜŞ SÖYÜR!

söyüşBəzən  uşağımızın  pis  sözlər  danışdığını, ətrafındakıları  təhqir  etdiyini,  söyüş  söydüyünü  görürük. Elə isə  nə  etməli?  Bunun  qarşısını  almaq  üçün  hansı  addımları  atmalı?…

Bu  məsələdə  yol  verdiyiniz  ən  böyük  səhvlərdən  biri  də  uşağın  ağzından  pis  söz  eşidən  kimi  sərt   reaksiya  verməyimizdir:

“Bir daha  bu  sözü  səndən  eşitməyim, yoxsa  pis  olar”, “Ağzına  bibər  sürtərəm”, “Bu  sözləri  həyətdə  öyrənirsən, bir  də  məndən  icazəsiz  həyətə  düşməyəcəksən”, “Sən bu bu sözləri  bağçada  öyrənmisən?” və s. Bu  sözlər, bəlkə  də  problemin  müvəqqəti  həll etməyə  kömək  edə  bilər. Ancaq  uşaq  valideynin yanında  söyüş  söyməsə  də, buna  mane  olmayan  hər  hansı  bir  mühitə  düşdükdə  yenə   söyüş  söyməkdə  davam  edəcək. Yəni, burada  əsas  məsələ  uşağın  söyüş  söyməyi  ata-anasından  qorxduğu  üçün yox,  pis  hərəkət  olduğunu  başa  düşdüyü  üçün  tərgitməsidir. İndi  isə  bu problemin  qarşısını almaq  üçün  lazım  olan  tədbirləri  nəzərdən  keçirək.

Hər  şeydən  əvvəl  uşağı  söyüş  söyməyə  və   ya  ümumiyyətlə  pis  söz  danışmağa  sövq  edən  səbəblər  araşdırımalıdır. Buna  səbəb  dostlardırmı? Yoxsa, diqqəti  cəlb  etmək  üçün  belə  edir? Bəlkə  bu  şəkildə  daha  güclü  olacağını  düşünür? Yoxsa  sadəcə  olaraq  ona  maraqlı  olduğu  üçün  söyür?…

uşağım söyüş söyürƏgər  səbəbin uşağınızın  dostları olduğunu  düşünürsünüzsə, onun  dostları  ilə əlaqələrini  tamamilə  kəsməyin. Əvəzində  alternativ  “dostlar” təklif  edin və ya  uşağınızın  vaxt  keçirmək  imkanlarını  artıraraq  “mühitini” dəyişdirin. Beləliklə,  uşaq  dostlarını uzun  müddət  görə  bilmədiyi  üçün tədricən  bu  sözləri  unudacaq.

Səbəbin  diqqəti  cəlb  etmək  üçün olduğunu  düşünürsünüzsə,  uşağınız  söyüş  söyərkən  sərt  reaksiya  verməyin. Əks  halda  uşaq  bununla diqqəti  özünə  cəlb  etdiyini düşünəcək  və  söyüşlərinin  sayını  artıracaq. Ən  yaxşısı, məsələni  böyütməyin  və   uşağınız  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  yanaşı  uşağınızın  söyüş  söydükdə  mümkün  qədər  rahat  davranmağa  çalışın. Bununla  bərabər  uşağınızın  söyüş  söymədiyi  vaxtları  müəyyənləşdirin  və  bu  vaxtlarda  ona  diqqətinizi  artırın. Hər  dəfə  nəsihət  vermək  əvəzinə  onunla  söyüşə  bağlı  keçmişdə  yaşadığınız  hadisələri  bölüşün. Əgər  uşağınızın  söyüş  söyməsinin  səbəblərini  bilmirsinizsə,  və  ya  müəyyən etdiyiniz  səbəbin  qarşısını  almaqda  çətinlik  çəkirsinizsə, bir  mütəxəssislə  məsləhətləşin.

Hazırladı: Psixoloq Esmira Teymurova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

İMTAHAN STRESSİ

340745Həyatda rastlaşdığımız bütün çətinliklərə imtahan deyirik. Bir ömür boyu müxtəlif imtahanlar veririk. Ən əhəmiyyətli saydığımız sinaqlarımızdan biri isə on bir illik zəhmətimizin bəhrəsi olacaq qəbul imtahanlarıdır. O imtahan ki, minlərlə abituriyentin gələcəyi üçün məsuliyyət daşıyır. Biliyiniz bu imtahandakı 125 sualla qiymətləndiriləcək və gələcəyiniz bu imtahanın nəticəsiylə dəyişəcək.
İmtahana qədərki dövrə nəzər salsaq, şagirdlərin əksəriyyəti dərslərə ciddi yanaşmır, ali məktəbə hazırlaşmaq üçün son iki ili gözləyir. Bir neçə illik dərs materiallarının qısa bir müddət ərzində mənimsənilməsi, bir neçə bölmənin dərslərinin çox az vaxt ərzində öyrənilməsi, mövzuların səthi və qısa müddətli yadda qalmasına səbəb olur. Bir az həyəcan, stres qanda adrenalin səviyyəsinin yüksəlməsinə, sinir hüceyrələrinin tormozlanmasına səbəb olur. Adrenalin səviyyəsinin yüksəlməsi zamanı insan beynindəki hazır məhsula çatmaqda çətinlik çəkir. Abituriyent niyə həyəcanlandığını ayırd etməlidir. Bacarıqsızdırmı, ətrafdakıların qınagından çəkinirmi və s. Bunlar hamısı nəticə mərkəzli qayğılardır.
Ümumiyyətlə, qayğını artıran əsas səbəblər,”vaxtım azdır”, “yoldaşlarım məndən daha bacarıqlıdır”, “qəbul olmasam valideynlərimə nə deyəcəm”, “mütləq qəbul olmalıyam”, “oxuduqlarım yadımda qalmır” düşüncələridir.
Qayğılar fiziki olaraq bəzi əlamətlərin üzə çıxmasına səbəb olur. Tez-tez nəfəs alma, tərləmə, ürək döyünmə, titrəmə, əzələ gərginliyi bu əlamətlərdəndir.
Bir faktı da nəzər almaq lazımdır ki, dərsin çoxluğu ilə əlaqədar normal qidalanmama, yuxu rejiminin pozulması da orqanizmdəki fizioloji proseslərin pozulmasına səbəb olur.
Orqanizmin 15-17 yaş arasınadakı cinsi yetişkənlik səviyyəsinin ən yüksək həddə çatması və gərginləşməsi də məhz bu vaxta təsadüf edir. Maraq dairəsi genişlənən, əyləncə həvəsində olan abituriyent bu dövrü kitab -dəftərdən asılı olaraq keçirməyə məcbur olur. İstirahətin düzgün qurulmaması psixoloji gərginliklərə səbəb olur.
imtahan stresiYaxınların, tanışların mütəmadi abituriyentlə maraqlanması, onun bilik səviyyəsini yoxlamağa çalışması, valideynlərin “oxu, oxu “sözlərini daim təkrar etməsi, onsuz da gərgin olan şagirdi daha da gərginləşdirir.
Müəllim və valideynlərin imtahanın uğursuz olacağı halda, sanki dünyanın sonunun gələcəyini israrla anlatması, imtahanı şagirdin gözündə daha da qorxulu hala gətirir.
Gərginliyi azaltmaq üçün abituriyenti çox sıxmamaq lazımdır. Hər gün eyni sözləri təkrar edərək, “Sənin yolunda nə qədər pul tökmüşəm, “Qəbul olmasan qohumlar, tanışlar yanında biabır olacağıq”, “Filankəsin uşağı bütün gün oxuyur”kimi cümlələrdənsə, ona güvəndiyinizi hiss etdirin. “Sən bacarıqlısan, bunu da bacararsan” mesajı verməklə onun əhvalına yaxşı təsir etmiş olarsınız.

Hər nə qədər boş vaxtı olmasa da, istirahətə vaxt ayırın, fərqli mövzularda söhbət edin. İmtahana bütün qohum-əqrəbanın getməsinə ehtiyac yoxdur. Çox zaman bunu xüsusi diqqət kimi qəbul etsəniz də, bu məsuliyyəti daha da artırır.

İxtisas seçimində də, öz istəyinizi deyil, şagirdin istəyini nəzərə alın. “Elə peşə seç ki, pul qazana biləsən”deyib, arzuları pula bağlamayın. Məsləhət verin, real həyatdan misallar gətirin, amma faydalı ola biləcəyi sahəni seçməkdə yardımçı olun.
Universitet tələbəsi olmaq  həyatınızı dəyişə bilər, qarşınızda gözəl imkanlar aça bilər, lakin bu hələ hər şey deyil. Xoşbəxtlik təhsildən asılı deyil.


Bütün abituriyentlərə uğurlar arzulayıram, arzularınız gerçək olsun!

Müəllif:   Psixoloq R_M

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +16 (from 18 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

ƏLLƏR VAR…

images (31)Əllər var…
Əllər var ki, qarışdıran əllərdir. Hər şeyi qarışdırar. Nalayiq əllərdir bu əllər. Lazim gəldi‐gəlmədi hər yerə soxular. Toxunmaması lazim olan yerlərə toxunar. O üzdən qarışdıran əllər pislikdən qurtulmaz. Çünki qarışdırma həvəsi hər şeyi əhatə etdiyi üçün zibillikləri də qarışdırar. Bu cür əllər bulaşdıqları zir‐zibilin günahını özlərində görməz. “Sənin nə işin vardı oralarda, nə axtarırdın?” deyənə, “Hər yeri, hər şeyi qarışdıranda belə boğazına qədər nəcisə batarsan!” deyənə verəcək bir cavabı yoxdur.
Əllər var…
Nizamlayıcı və səhmanlayıcıdır. Çöp düşən gözə yumruq atmaz. Heç kimə hiss etdirmədən bir ana şəfqəti ilə çöpü götürər. Üzün və gözün gözəlliyini çöpə fəda etməz. Toxunduğunu bərbad etməz, düzəldər. Düzəldəcəyi şeyi “düz” hətta “dümdüz” etməz. Çünkü bu əllər baş‐ayaq dayanıb dünyanı düzəltmək istəyən “tərs”lərin əlləri deyil.
Əllər var…
Heç bir daşın altında qalmağa razı olmaz. Neçə daşlar, qayalar, dağlar yerindən tərpədilər. O pambıq əllər isə ortalıqdan yox olar. Axtar ki, axtarasan. İsrarla o əlləri axtarar gözləriniz, amma yoxdular… Sıxıntıya girməz pambıq əllər. Fəqət dağlar kimi daşları daşımaqdan yorğun və halsız olduğu üçün ayağı büdrəyənləri, axsayanları görməyə bənd olarlar. Həmən xişmalamağa başlayarlar. Yaxalardan yapışıb yumruqlayarlar. Utanmaz əllərdir bunlar. Daşın altına qoymağa gələndə yox olar, yaxadan yapışmağa gələndə aslan pəncəsinə dönərlər. Qırılmalıdır o əllər.
Extremity-upper-handƏllər var…
Pambıq deyil onlar, qabar bağlamışdır. Niyə? Niyə olacaq, hər yarımçıq qalmış yükü çəkib daşıdığı üçün. Hər xeyirli təşəbbüsün ucundan tutduğu üçün. Hər yükü ağır olana kömək etdiyi üçün. Hər yolda qalmışın qolundan tutub qaldırdığı üçün. Hər dərmanı tükənmişə dərman olduğu üçün. Öpülməlidir, o əllər.
Əllər var…
Vuracağı yeri bilməz, duracağı yeri bilməz. Qarpız gəzdirən qoltuğun əlləridir o əllər. Daima şillə vəziyyətində gəzər. Heç nə tapmayanda havanı şillələyər, suya yumruq atar. Əl‐ələ verənlərin zəncirinə qoşulub digər əllərlə birləşməz bu əllər. Əksinə, birləşmiş əlləri dartıb ayırar, qırıb qoparar. Qırıb qoparmağa əl tapmayanda bu dəfə öz tayına yönələr, özünü vurar.
Əllər var…
Vuracağı yeri də bilər, duracağı yeri də. Dostunu da tanıyar, düşmənini də. Yalnız dosta deyil, düşmənə belə rəhmətdir o əllər. Yara sarıyar, ayıb örtər. Bir ana əlləri kimi, oxşayacaq yetim, göz yaşını siləcək kimsəsiz, qucaqlayacaq sınıq ürək axtarar. Yıxılanlara dayaq olar, dağılanları toplayar, yarımçığı tamamlayar, tamamı qucaqlayar, qırılanı birləşdirər, birləşəni sıxlaşdırar.
Əllər var…
Hər qarşısına çıxandan bir şey istəyər. Heç işə girişməz, həmişə havayı şey axtarar. Daim istəmək üçün açılar o əllər. Almaqdan xoşu gələr, verməkdən nifrət edər. Bu əllərin bildiyi tək dua “Ya Rəbbənə, ancaq mənə ver!” duasıdır. Belə əlləri min dəfə doldursan o, min birincini istəyər. Hamısını da öz cibinə qoyar. Başqa əllərə baxmaq kimi bir dərdi olmaz. Eqoist əllərdir, bu əllər.
Əllər var…
Heç almaz, amma elə hey verər. İddialı deyil, lakin qərarlıdır. O əlləri heç kim ortalıqda görməz. Qarşısındakının gözünə soxulmaz. Alqışa haqq edəni alqışlamaqdan çəkinməz, fəqət özü alqış istəməz. Verərkən görünməmək üçün künc‐bucaqda gizlənər. O əllər bir Allahdan istəyər, başqasından istəmək əvəzinə daş olmağı seçər. Fədakar əllərdir, o əllər.
əllər varƏllər var…
Əllər var daima bəd duaya açılar. Bəd duaya açılan əllər başqaları haqqında şəkkə düşməyə meyllidir. Qara ürəklilərin əlləridir bunlar. Başqalarının gözündə çöp axtarar, amma öz gözündə tiri görməz. Hər kəsə bəd dua üçün açılan bu uğursuz əllər, özü üçün bütün əllərin duaya qalxmasını gözləyər. Buna nail olmayanda isə yumruğa dönər sağa‐sola hücum edər. Həddini bilməz, qədir bilməz əllər…
Əllər var…
Daima duaya qalxar. Sanki peyğəmbərlərin əllərindən bir parçadır. Yalnız dostlarına deyil, düşmənlərinə belə duaya qalxar. Sevdiyi güllərin tikanları onları qanatdıqda gülü kökündən qoparmaq kimi bir cinayət etməz bu əllər. Əksinə, əlini qanatsa belə, gülü sevdiyi üçün tikanını da sevər. Xeyir dolu bir ürəyə bağlı əllərdir bunlar. İçində ümüd və sevgi daşıyan bir ürəyə…

Müəllif: Mustafa İslamoğlu
Hazırladı: Psixoloq R_M

 

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı