BAYRAQ SİMVOLLARI

 

simvollarAdət-ənənə, simvollar, rəmzlər

Hər bir xalqin özünəməxsus adət-ənənəsi var və onun dininə, gündəlik yaşamına, məişət həyatına təsir edir. Zaman keçdikcə xalqlar bu təsiri azaltmağa çalışmış, lakin yox edə bilməmişlər. Belə ki, həmin adət və ənənələr bir çox xalqların simvollarında, rəmzlərində hələ də yaşamaqdadır.

Adət-ənənə ilə dinin bir-biri ilə sıx əlaqəsi də danılmaz faktdır. Dinlər özbaşına yaranmır. Rəqabət aparan dinlər yeni dinə keçidi asanlaşdırmaq xatirinə özündən əvvəlki dinin bayramlarını, adət-ənənələrini özününküləşdirirlər. “Transmutatizm” adlanan bu proses insanlara, özləri üçün yeni olan dinə adaptasiya dövründə sarsıntılardan qaçmağa imkan verir. Dindarlar əvvəlki bayramları qeyd etməkdə və vərdiş etdikləri simvollardan istifadə etməkdə davam edirlər. Onlar sadəcə bir tanrını digəri ilə əvəz edirlər.

totemlərİbtidai cəmiyyətlərdə dinin ilk rüşeymlərindən biri kimi totemizm qəbilə icmalarında xüsusi yer tuturdu. Totem həmin tayfa və qəbilənin hamisi sayılırdı. Qartalın çox yayıldığı ərazilərdə-Böyük və Kiçik Qafqaz dagları, Orta Asiya çöllərində qədimlərdə döyüşkən xalq yaşayıb  və bu xalq güclü, yırtıcı bir quşu özünə Allah (hami) seçib. Belə nümunələrdən biri də qrifondur. Qrifon “qrif” sözündən olub, yırtıcı quşların, eləcə də qartalın şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar Qartalı günəş və səma allahının allahının rəmzi kimi qəbul ediblər. Qrifon qədim şərqdə, eləcə də Misir, Mesopotamiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Azərbaycan mifologiyasında Ənqa, simurq, Zümrüd və başqa quşlar da qrifonun eynidir. Daha sonra qartal simvolu bir çox bayraqların rəmzlərinə çevrilmişdir. Qartal təsvirinə qədim Midiya, Atabəylər dövləti bayraqlarında, Mehdiqulu xanın dövründə Qarabağ xanlığının bayrağı, Müasir Albanya bayrağında rast gəlinir.

Digər rəmzləşdirilmiş və dövlət bayraqlarında öz əksini tapmış simvol əjdahadır. Qədim zamanlardan bəri bəzi dövlət bayraqlarının üstündə əjdaha təsvir edilmişdir. Uels bayrağında qədim Roma vaxtlarından, Bhutan bayrağında isə 1200-cü illərdən bəri istifadə edilir.

Bildiyimiz kimi tarixin ilk dövrlərindən başlayaraq günəşə, aya, oda sitayiş geniş yayılmışdır və bu da dünya bayraqlarında öz əksini tapmışdır. Neapol, Argentina, Uruqvay, Qazaxıstan, Malayziya, Yaponiya, Filippin bayraqlarında günəş təsvirini görmək olar.

hindistan bayrağıDini simvolunu bayraq rəmzi kimi istifadə edən dövlətlərə Hindistan, C.Koreya da daxildir. Hindistan bayrağının ortasındakı simvol Buddizm inancındakı Çaxaradır.  C. Koreya respublikasının bayrağında bir-birinə əleyhdar olan, qüsursuz bir uyğunlaşdırma və tarazlıq meydana gətirən universal güclərin simvolu iki zidd elementdən meydana gəlir: in və yan.

Maraqlı faktlardan biri də bir çox dövlət bayraqlarında əks olunan aypara və ulduz təsviridir. Aypara və ulduz – ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. Lakin islamda çox-çox öncə ulduz iştar ilahəsinin, ay isə Sin tanrısının rəmzi olmuş və Yaxın Şərqin müxtəlif regionlarında da işlənmişdir. Bu gün bir çox dünya dövlətlərinin bayraq və gerbində beş, altı, yeddi, səkkiz, doqquz guşəli ulduzdan istifadə olunur.

gerbDünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri  olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq şərq qalxanı dairəvi formadadır. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəşin mərkəzindəki alov təsviri “Odlar yurdu”nu simvolizə edir. Bu simvolda qədim Azərbaycanda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ənənələr də nəzərə alınmışdır.

Bir çox dünya dovlətlərinin bayrağının üzərində həmin dövlətin gerbi təvir edilmişdir. Kamboçya, Oman, Əfqanıstan, İspanya, Portuqalya, Andorra dövlətlərinin bayraqları bu qəbildəndir.

Müəllif: Şəhanə Nuriyeva

Beyenmeler
0   12  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Bir cavab yazın