İnsan, inkişaf etmiş beyin funksiyaları ilə digər canlılardan fərqlənir. Bu gün, düzgün qidalanmamağın beyinə zərər verdiyi sübut edilmişdir.
Xəstələnməmişdən əvvəl sağlamlığı qorumaq üçün qidalanma ucuz, praktikdir və heç bir əks təsiri yoxdur. Ağır xəstəliyin müalicəsi həm çətin olur, həm də baha başa gəlir. Bunun üçün düzgün qidalanaraq beynimizi xəstəliklərdən qorumaq vacibdir.
Təbiət hər cür sıxıntının çarəsini özündə barındırır. Təbiətdəki meyvələr, tərəvəzlər, şəfalı otlar, ədviyyatlar və heyvan mənşəli qidalar bizi daha sağlam və xoşbəxt etmək üçün nəzərdə tutulub.
Beyin qidalana bilərmi?
Beyin qanla beyinə daşınan qida maddələriylə qidalanır. Normal şəraitdə beyin üçün yeganə enerji mənbəyi qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasına bağlı olaraq, huşunu itirməkdən komaya qədər bir çox simptomlar meydana gələ bilər. Bununla yanaşı, beyində şəkər səviyyəsinin artması da beyinə zərər verir.
Beyni qidalandıran və xəstəliklərdən qoruyan qidalar bunlardır:
B vitamini: Bu vitamin əsasən ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və paxlalı bitkilərdə olur. Bu qidaları məqbul bir səviyyədə istehlak etmək vacibdir. Onun çatışmazlığında beyində və beynin əmrlərini yerinə yetirən sinir sistemində müxtəlif dərəcədə zədələnmələr baş verir. Əllərdə və ayaqlarda yanma, sancma, hissiyat qüsuru kimi əlamətlər meydana çıxır.
Vitamin E: Bədənimizdə depolana bilən bu vitaminin çatışmazlığı illərlə gizli qala bilər. Bu dövr böyüklərdə 15-20, uşaqlarda isə 2-3 ildir. E vitamini əsasən yerkökü, ispanaq, çiyələk, pomidor və tünd yaşıl yarpaqlı tərəvəzlərdə, fıstıqda, bitki yağlarında və buğdada olur. Bu vitamin yaddaşı və öyrənmə gücünü artırmaqla yanaşı, onun çatışmazlığı əl və ayaqlarda hissiyat qüsuru, güc itkisi və balanssızlıq kimi simptomlara səbəb ola bilir.
A vitamini: Balıq yağında, yağda, qaymaqda, pendirdə, yumurta sarısında, kökdə, kartofda, brokolidə, yaşıl yarpaqlı və sarı tərəvəzlərdə, dənli bitkilərdə, ərikdə olur. Onun çatışmazlığında işıqda görmə azalır; Həddindən artıq qəbul edilməsi isə beyində mayenin yığılmasına səbəb olur.
Vitamin D: Qaraciyərdə, balıqda, yumurtada, kərəyağında və göbələkdə olur. Bədənimizin bu vitamindən faydalanması üçün günəş işığı lazımdır. Onun çatışmazlığında əzələlərdə zəiflik, ağrı və balanssızlıq müşahidə edilə bilər.
Karbohidratlar və yağlar: Çörək məhsulları, paxlalılar, kartof, şirniyyat, şəkər, banan, alma karbohidratla zəngin qidalardır. Beynin enerji mənbəyi olan qlükoza bu qrupdandır. Yağlardan, xüsusilə balıq yağlarından Omeqa 3 və bitki yağlarından Omeqa 6 həyati əhəmiyyət daşıyır. Bu yağlar Alzheimer xəstəliyi, baş ağrıları və konsentrasiya pozğunluqlarına müsbət təsir göstərir.
Zülallar: Bu vitamin bədəndə depolanmır. Xüsusilə körpəlikdən yeniyetməlik dövrünə qədər kifayət qədər protein qəbulu zəruridir. Zülalın qeyri-kafi qəbulu beyin inkişafının qarşısını alır və əqli geriliyə səbəb olur.
Su: Bədənimizin böyük bir hissəsini su təşkil edir.Xüsusilə qocalıqda az su qəbulu beyin funksiyalarını zəiflədir və şüurda pozulmalara gətirib çıxarır.
UŞAQLARDA HANSI QİDALAR BEYNİ QİDLANDIRIR ?
Beyin inkişafı ana bətnində başlayır və 5 yaşa qədər davam edir. Onun intellektual inkişafı isə ömür boyu davam edir. Doğuşun ilk ilində beyin üçün lazım olan bütün qidalar ana südündə olur. Sonrakı dövrlərdə başda süd olmaqla yumurta,ət,balıq,paxlalı bitkilər,yaşıl yarpaqlı tərəvəzlər və mövsüm meyvələrini yemək lazımdır. Uşaqlıq dövründə beyin inkişafı sürətli olur. Sadaladığım qidalarıən kifayət qədər qəbulu, lazım gələrsə, vitamin preparatlarının qəbulu beyni qidalandırır və gələcəkdə həyat keyfiyyətini artırır. “Fast food” tipli qidaların qəbulu artıq çəkiyə, bədən müqavimətinin azalmasına və yaddaş zəifliyinə səbəb olur.
QOCALIQ DÖVRÜNDƏ BEYİN QİDALANMASI NƏYƏ GÖRƏ ƏHƏMİYYƏTLİDİR?
Beyin qanla daşınan qida maddələri ilə qidalanır. İrəli yaşlarda beyinə gedən damarların strukturlarının pisləşməsi və qan axınının azalması səbəbindən qida maddələrindən faydalanma qabiliyyəti azalır. Beynin qida ehtiyacları yaşla dəyişir. Uşaqlıq və yetkinlik yaşımızdakı qidalanma formasını irəli yaşlarda davm etdirsək, nəinki beyin funksiyaları baxımından fayda əldə edə bilmirik və hətta bir çox sağlamlıq problemlərini də dəvət etmiş oluruq.
Yaşlılıqda şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin kimi sistem xəstəliklərinin meydana çıxması müəyyən qida maddələrinin həkim tərəfindən qadağan edilməsinə səbəb olur. Lakin qidalanmanın əsas məqsədi yaşa uyğun qidalar qəbul edərək xəstəliklərin qarşısını almaqdır.
Yaşlılıqda qırmızı ətdən çəkinmək, bunun əvəzinə ət ehtiyacını xüsusilə qatqılarla qidalanmayan balıq və toyuq əti ilə ödəmək lazımdır.Çoxlu yaşıl tərəvəzlər istehlak edilməlidir. Şəkərli, həddindən artıq duzlu, çörək məmulatları, düyü plovu, ağ çörək, bütün şirniyyatlar mümkün qədər pəhrizdən xaric edilməlidir. İrəli yaşlarda məqbul miqdarlarda süd və qatıq, təzə meyvə və tərəvəzlər, quru paxlalılar, balıq və ya balıq yağı, kəpəkli çörək istehlak etməkdə fayda var. Bundan əlavə, həkimlə məsləhətləşərək əlavə vitaminlər və bitki mənşəli dərman preparatları qəbul edilə bilər.
BEYİN MƏNŞƏLİ XƏSTƏLİKLƏRDƏN QORUNMAQ ÜÇÜN NECƏ QİDALANMALIYIQ?
Beyin xəstəliklərinin yaranmasında təzyiq, yüksək şəkər kimi xəstəliklərin, genetik quruluş və ətraf mühit faktorlarının varlığı danılmazdır. Həyat üçün lazım olan qidaların kifayət qədər və düzgün qəbulu bir çox xəstəliklərin yaranmasının qarşısını alır.
Beyin qocalmasını ləngitmək: Arı tozu, üzüm tumu, A, E, C və B vitaminləri, balıq, yaşıl çay, rozmarin, zəncəfil, şüyüd, reyhan və bitki növü olan “gingo biloba” faydalıdır. Təbii olaraq yetişdirilən yaşıl yarpaqlı tərəvəzlər və mövsümi meyvələrinin qəbulu artırılmalıdır.
Unutqanlıq və yaddaş zəifliyi: Vitamin B, balıq və balıq yağı, vitamin E və C, “gingo biloba”, adaçayı, yaşıl çay, meyvə çayları, qəhvə, çay, rozmarin, zəncəfil, qara bibər faydalıdır. Xüsusilə hil beyinə stimullaşdırıcı təsir göstərir.
İnsult ehtimalını minimuma endirmək: Uşaqlıqdan yağlı, şəkərli və unlu qidalardan uzaq durmaq; heyvan mənşəli qidalardan balıq, toyuq, süd və qatıq yemək, bol tərəvəz və meyvə yemək; siqaret, spirt, “fast food” tərzi qidalardan uzaq durmaq, kökəlməmək insanı qoruyur.
Yuxu pozğunluğu: Bol tərəvəz və meyvə istehlak edilməli, qatıq və süddən başqa heyvan mənşəli qidalardan qaçınılmalıdır. Tərkibində melisa, razyana və çobanyastığı olan çaylar yuxusuzluğa yaxşı təsir edir. Axşam saatlarında qəhvə, çay və qazlı içkilər qəbul edilməməlidir.
Qidalanmada xüsusilə B vitaminləri bol istehlak edilməlidir. Badam, taxıl məhsulları, makaron, irmik, zeytun yağlı yeməklər, təzə süd məhsulları, meyvə şirələri, balıq istehlakı stressə yaxşı təsir edir. Bundan əlavə, reyhan, limon, nanə, qızılgül suyu tövsiyyə olunur.
Müəllif: Dr.Serdar Dağ
Mənbə: www.serdardag.com.tr
Hazırladı: Fidan Aslanova