Oğlum bir həftə sonra evlənəcək. Məsuliyyət sahibi bir ata olaraq, ona öyüd-nəsihət verməyim lazımdır. Lakin bunu evdə edə bilmərəm, çünki anası ağız dadıyla öyüd-nəsihət verməyə icazə verməz, sözü ağzımdan qapıb özü davam edər. İş yerimdən oğluma telefon açdım, axşam yeməyini çöldə birlikdə yeyək, dedim. Dəniz kənarında, ki bu şirin restoranda indi onu gözləyirəm.
Gəlir aslan parçası oğlum, yaraşıqlılığı da eyni mən. Yan masadakı qızlar gözləriylə oğlumu süzür. Baxmayın qızlar, artıq gecdir. Xoş-beşdən sonra mövzuya girirəm.
– Oğlum həftəyə toyun var, bir ata olaraq sənə bəzi mövzularda yol proseduru göstərmək lazımdır.
Uşaqlığında xəta işlədiyi zamanlardakı kimi birdən birə qızardı. Öz aləmində nə söyləyəcəyimi bilirmiş kimi.
– Ata! Mənim iyirmi altı yaşım var, bəzi şeyləri bilirəm artıq.
– Ah! Sənin o bilirəm zənn etdiyin mövzularda da çox bilmədiyin çıxacaq, amma mən o mövzulardan bəhs etməyəcəm. Kaş ki, danışa bilərdik, amma hələ o qədər müasir ola bilmədim.
Dərin bir nəfəs aldı. Bu vaxt yeməklərimiz də gəldi. Oğlumla belə kef içində dialoqa davam etdik:
– Neçə dil bilirsən oğlum sən?
– İngiliscə, fransızca bir də öz dilimi də saysaq üç dil olur.
-Bu gün mən sənə dördüncü dili öyrədəcəyəm. Dilin adı Bükmə. Qadınlar tərəfindən istifadə olunur bu dil. Sən buna “qadın dili” də deyə bilərsən.
– Qadınların ayrı bir dili var?
– Təbii ki. Əgər qadın dilini bilərsən, bir qadınla yaşamaq dünyanın ən böyük zövqüdür. Amma bu dili bilməzsən, həyatın qaralar. Ona görə bir qadınla xoşbəxt olmaq istəyən hər kişi Bükmə-ni öyrənməlidir.
– Yaxşı. Niyə Bükmə?
– Çünki qadınlar danışarkən söyləyəcəkləri sözü dəqiq söyləməzlər. Əyib-bükürlər. Onun üçün dilin adını “Bükmə” qoydum.
– Bükmə çətin bir dildirmi ata? -deyə soruşdu gülərək.
– Mənə bax, çox əhəmiyyətli bir mövzudur, bir az ciddi ol. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə bu dili bilməyin çox əhəmiyyətlidir. Çünki qadınlar sözü bükərək Bükmə danışarlar, sonrada da əsl mənanı anlamağını gözləyərlər. Fəlsəfəsini anlarsan asan, anlamazsan çətindir. Məsələn, çinli bir xanımın var, sən xanıma davamlı fransızca “səni sevirəm” deyirsən, amma o heç anlamır. Fransızca “səni sevirəm” in onun üçün bir mənası yoxdur. Ona öz dilində “səni sevirəm” dediyərsənsə səni anlaya bilər.
– Tamam ata, haqlısan, ciddiliklə dinləyirəm. Yaxşı, səncə qadınlar niyə bizimlə eyni dili danışmırlar, yəni birbaşa danışmırlar?
– Məncə bir neçə səbəbi var. Birincisi, romantik olduqları üçün, xeyr cavabı alıb qırılmaqdan qorxduqlarından görə sözlərini də bilvasitə söyləyirlər. İkincisi, qadınlar dünyaya analıqla təchiz olunmuş olaraq göndərildikləri üçün onların ünsiyyət qabiliyyətləri çox güclüdür.
– Bu mövzuda biz kişilərdən bir-sıfır öndədilər yəni?
– Nə bir-sıfırı oğlum, ən az on-sıfır öndədilər. Düşünsənə, hələ danışmayan, kiçik bir uşağın belə üz ifadəsindən nə demək istədiyini dərhal anlayırlar. Bu azmış kimi, özləri “ləb” demədən “ləbləbi”-ni anladıqları üçün biz kişiləri də özləri kimi zənn edirlər. Onun üçün, “ləb” deyib gözləyirlər. Hətta bəzən bunu deməyə də ərinirlər. Niyə “ləb” demək məcburiyyətində qalıram, niyə o düşünmür, deyə canları sıxılır.
– Biz də bəzən nişanlımla belə problemlər yaşayırıq. Niyə düşünmədin, deyə hirslənir mənə.
– Təbii ki, qəzəblənərlər. Qadınlar incə düşüncəlidirlər, detallara gedər, kiçik şeylər gözlərindən heç qaçmaz. Bizim də özləri kimi düşüncəli olmamızı gözləyirlər, lakin kişilər onlar kimi deyil. Biz bütünə baxırıq, onlar detala. Beyinlərimiz belə çalışır.
– Nə olacaq ata o zaman, yoxdurmu bu işin çarəsi?
– Dedim axı var, oğlum. Bükmə dilini öyrənəcəksən, bunun üçün buradayıq. Hazırsan?
– Hazıram ata.
– Bükmə, bol sözlü bir dildir. Biz kişilərin on söz ilə izah etdiyi bir mövzu Bükmə-də ən az yüz söz ilə izah edilir. Dinləyərkən səbirli olacaqsan. Məsələn, xanımın o gün özünə paltar aldı, deyək. Bunu sənə “bu gün bir paltar aldım” deyə söyləməz. Geyim-keçim almaq üçün çölə çıxdığı andan başlayar, neçə mağazaya getdiyindən, almaq üçün neçə paltar sınadığını, endirimlərdən, yolda gördüyü tanışlarından, etdiyi bazarlıqdan danışar və sənə böyük bir hekayə izah edər.
– Hekayə dili yəni.
– Eynilə. Sən ağıllı bir kişi olaraq ona əsla, “hekayə anlatma, ana fikrə gəl, qısa kəs” deməyəcəksən. Belə bir şey dediyində, bitdin deməkdir. İstər elə de, istəsən “səni sevmirəm” de, iki vəziyyətdə də “səni sevmirəm” demiş olacaqsan onlar üçün
– Nə əlaqəsi var, ata. Səni sevmirəm deməklə, qısa kəs deməyin nəsi eynidir?
– Çox əlaqəsi var. Qadınlar dinləməsən, sevilmədiklərini düşünərlər.
– Tamam, Bükmə-də dinləmək sevməkdir, deyirsən.
– Eynilə. Davam edək. Bükmə eyham dolu bir dildir. Qadınlar danışarkən, bir şeylər eyham etməyi sevərlər. Bizim də anladığımızı düşünür və sözlərimizlə onlara nə demək istədiyimizi həll etməyə çalışırlar. Halbuki kişilərin eyham qabiliyyəti çox inkişaf etməmişdir. Bizim qəsdimiz söylədiyimiz şeydir.
– Keçən həftə nişanlım mənə “bir neçə kilo daha versəm gəlinliyin içində daha yaxşı görünərəm” dedi. Mən də “belə də yaxşısan” dedim. Canı sıxıldı bir neçə saat küskün davrandı. “Nəyin var” deyə soruşdum. “Heç bir şeyim” dedi. İndi mən harada səhv etdim?
– Belə də yaxşısan, deyərkən o “də” şəkilçisini istifadə etməməliydin. Qız bunu belə anlamışdır: “Belə də pis sayılmaz. İdarə edərsən, amma daha da yaxşı, daha da gözəl ola bilərsən.”
– Yaxşı, nə deməli idim?
– Bunu heç unutma. Qadınlar özləri ilə əlaqədar, geyimləri ilə əlaqədar, ya da ailələri ilə əlaqədar bir sual soruşurlarsa, qətiliklə iltifat gözləyirlər. Tənqidə qalxsan, yandın. Bunu heç unutmazlar. O gün “Həyatım sən onsuz da çox gözəlsən, kilo verməyə filan məncə ehtiyacın yox” desəydin, o günün zəhər olmazdı. Məsələn bir gün qucağına oturub, ağıram deyərsə əsla “bəli, bir az” filan demə “xeyr” de. Yoxsa bir daha qucağına oturmaz.
– Yəni deyirsən ki, bir qadın hər daim gözəldir, hər geydiyi yaraşar və hər qadının anası bir xanım, atası da centlmendir.
– Afərin oğlum, çox sürətli anlayırsan, mənə oxşamısan. Qadının, öz ana atasıyla problemi olsa, öz tənqid etsə belə əsla sənin tənqidçisi qəbul etməz. Bunu özünə təhqir olaraq alır.
– Və əsla unutmazlar, deyilmi?
– Eynilə. İllər əvvəl anana, anası üçün “bir az xəsis” demişdim. Hələ də “Sən mənim anamı sevmirsən” deyir və anası bizə bir şey aldıqda gözümə soxar, ən çox görəcəyəm yerə qoyar.
– Deyək ki, mövzularda dilimi tutaram. Amma bu eyham işini həll etmək çətin gəldi.
– Çətin görsənir, amma bir az səy edərsən həll edərsən. Ən əhəmiyyətlisi eyhamları anlayacaqsan, amma “sən bunumu demək istəyirsən” deyə əsla üzünə vurmayacaqsan.
– Anladım. Anlayacaqsan, amma anladığını müəyyən etməyəcəksən. Buna belə də deyə bilərik. O məni iynələyəndə “niyə mənə iynə batırırsan” deyə soruşmayacağam, o iynəni mən öz-özümə batırmışım kimi edəcəyəm.
– Gözəl ifadə etdin oğlum. Məsələn, dünən günorta anan məni axtardı. “Axşama yeyib gələcəksən” deyə soruşdu. Məni bilirsən, axşam yeməklərində həmişə evdə yeyərəm. Qırx ildə bir çöldə yeyərəm, onu da xəbər verərəm. Təbii mən dərhal anladım ananın nə demək istədiyini. “Tox gəl, yeməklə məşğul olmaq istəmirəm” demək istəyir. Anladım, amma “nə demək istəyirsən” demədim.
– Dünən çox yorulmuşdu ata, toy qabağı alverə çıxmışdıq.
– Bunun bir çox səbəbi ola bilər. Yorulmuş ola bilər, bir qəbul günündən tox gəlmiş ola bilər, min beş yüzüncü pəhriz başlamış və o gün yeməklə məşğul olmaq istəmir ola bilər. Amma bunu biz kişilər kimi qısa yoldan “Canım mən toxam, sən də çöldə bir şeylər ye, ya da yorğunam, gələrkən bir şeylər gətir yeyək” deməz. Sanki belə desə, yaxşı ev qadını rütbəsi tozlanacaq, mövqe itirəcək.
Mütləq Bükmə-ni turşudulmuş bir üzlə qarşılaşmamaq üçün sənin də anlamağın lazımdır. “Xeyr, evdə yeyəcəm, amma istəsən hazır bir şeylər alıb gəlim, nə deyərsən” dedim. “Tamam” dedi. Dönəri sevdiyini bilirəm, dünən evə gedərkən, çörək arası dönər etdirdim. Onun dönərini də kəpəkli çörək arasına etdirdim. Bunu düşündüyüm üçün ayrıca sevindi. O da diyetada, toyda daha zərif görünmə dərdində bu sıralar.
– Bu Bükmə-də qısa danışma yoxdurmu, ata?
– Var, amma yerində olsam heç seçim etməzdim. Qadın danışmısa, ya da qısa danışırsa qəti ciddi bir problem var deməkdir. Məsələn, baxdın canı sıxılır, soruşursan, “Nə olub” deyə, “Heç nə olmayıb” deyirsə, aman elə də buraxma. Yoxsa az sonra, çox maraqsız olduğundan şikayətlənərək, ağlamağa başlayır.
– Bükmə-də “Heç nə olmayıb” demək “Çox şey var, mənimlə maraqlan” demək olur, o zaman.
– Bəli. Biz kişilər “Heç nə olmayıb” deyiriksə, ya həqiqətən bir şey yoxdur, yalnız rahatlıq istəyirik, ya da bir şey vardır amma; bu anda danışacaq bir şey yoxdur demək. Hər ikisində də danışmaq istəmirik. Amma qadınlar əlaqəni sevgi olaraq gördükləri üçün “Mənə dəyər verirsinizsə, maraqlan ki, izah edim” demək istəyir. Çox nadir, həqiqətən izah etmək istəmir ola bilər, o zaman da çox üstünə gedib zora salmayacaqsan təbii ki.
– Bir dostum da qadınların “yaxşı” deməsi təhlükəlidir, demişdi.
– Doğrudur. Bir qadının ağızından çıxan quru bir “yaxşı”, “olur”, “tamam” kimi sözlər hər zaman təhlükəlidir. Bu Bükmə-də “İndi tamam deyirəm, amma əvəzin sonra çıxacam” deməkdir. Sənə ən qısa zamanda qəti bir cəza kəsər.
– Zor bir dildir, ata.
– Yox, yox, gözün qorxmasın. Hər xarici dil kimi, ilk başda öyrənərkən bir az çalışacaqsan, praktik edəcəksən, bəzən səhvlər edəcəksən, diqqət edəcəksən, sonra öz-özünə alınır. Əslində sənin Bükmə dilində danışmağın lazım deyil. Dili anlamağın yetərlidir.
– Anlamaq da çox asan deyil amma.
– Qorxma, o qədər çətin deyil. Ən əhəmiyyətli qaydaları mən sənə öyrədirəm onsuz da. Davam edək. Qadınlar istədiklərini söyləmək məcburiyyətində qalınca, düşünə bilmədiyimiz üçün biz kişilərə qəzəblənərlər və danışarkən günahlandıraraq danışarlar, lakin bunun fərqində olmazlar.
– Necə Yəni?
– Məsələn, xanımın sənə “nə zamandır çölə çıxmadım” desə, bunu günahlandırma olaraq üstünə alma. Səninlə gəzmək istəyir, bunu sən düşünüb təklif etmədiyin üçün ürəyi qırılmışdır. Məqsədi səni günahlandırmaq deyil. “Bu yaxınlarda gəzməyə getdik ki” deyib müdafiə moduna girmə. “Tamam canım haqlısan, mən də istəyirəm, ən qısa zamanda gedərik” de, mövzu bağlansın. Təbii ilk fürsətdə da sözünü yerinə yetirsən yaxşı olur.
– Kiçik, amma əhəmiyyətli detallar.
– Eynilə. Məsələn, xanımın “üşüdüm” deyirsə, “əynini qalın geyin” deməyini, ya da kombini açmanı deyil, ona sarılmanı istəyir.
– Kaş ki, məktəblərdə öyrətsəydilər Bükmə dilini kişilərə. Nə qədər erkən başlasaq, o qədər tez qavrayardıq bəlkə.
– Haqlısan. Əslində mən də sənə öyrətmək üçün gecikdim. Nəysə, zərərin harasından dönərsən kardır.
– Qeydlərmi alsaydım, bir çox detalı varmış bu dilin.
– Özün bil oğlum, unudacaqsansa al. Kaş ki, mən də qeyd tutub gəlsəydim. Ümid edirəm ki, sənə yoxdur öyrətmək. İndi ağlıma gəldi. Qadınların ən nifrət etdiyi söz “Fərq etməz” dir. Bu söz qadınlar üçün “Heç vecimə deyil, nə etsən et” anlamına gəlir.
– Bəs ən dəyərli söz nədir?
– Özün tap görüm.
– “Səni sevirəm” deməkdir hər halda.
– Bəli, Qadınlar “səni sevirəm” sözünü tez-tez eşitmək istəyərlər. Biz kişilər onsuz da bilirik deyə bu mövzuda qəflətə düşməməliyik.
– Bükme yalnız danışıq dili ola bilərmi ata? Bunun bir də davranış dili var kimi gəlir mənə.
– Mənə çəkmisən, oğlum. Mən də elə bunu demək istəyirdim. Davranışlar da çox əhəmiyyətlidir təbii ki. Qadınlar kiçik şeylərə əhəmiyyət verirlər. Axşam ona sarıl, TV izləyəndə də sarılaraq izlə. Gündüz onu düşündüyünü ifadə etmək üçün qısacıq da olsa bir mesaj göndər, kiçik sürprizlər et. O yemək hazırlayarkən ona kömək et, salat et, çay dəmlə.
– Axşam gəlib arxanı çevirib yatmaq yox yəni.
– Gözündə böyütmə. Sayınca çox şey kimi görünür, amma əslində bunlar zaman alacaq, çətin və bahalı şeylər deyil. Sən bu kiçik şeylərə diqqət et, onsuz da xanımın sənə bəy kimi baxır, səni yormaz. Bir kişi bu kiçik şeylərə diqqət etməzsə zamanını dava-dalaşla keçirər. Sevgiylə keçirmək varkən, niyə davayla keçirək ki? Qadınlar çox vericidir. Amma əgər sən həmişə alıb verməsən, bir gün birdən patlayarlar. Kiçik-kiçik alırlarsa, böyük-böyük verirlər.
– Tamam ata, bunlara diqqət edəcəyəm.
Ofisiant yemək qablarını qaldırarkən oğlumun telefonu çalmağa başladı. Aydındır ki, nişanlısı axtarır, danışmaq üçün dəniz kənarına doğru adımlamağa başladı. Az sonra gəldi.
– Ata, çox təşəkkür edirəm. Bükmə-ni anlamağa başladım. Xanım aradı. “Salonun pərdələrini nə rəng olsun qərar verə bilmədim, sabah birlikdə baxaqmı” dedi. Tam “Fərq etməz, sən seç” deyəcəkdim ki, bunu sənin söylədiyin kimi “Ev də, pərdə də vecimə deyil” kimi anlayacağı ağılıma gəldi. “Təbii canım, istəsən birlikdə baxa bilərik, amma mən sənin zövqünə güvənirəm, sən seç istəyirsən,” dedim, çox xoşbəxt oldu. Özü seçəcək.
– Onsuz o da pərdəni çoxdan seçib. Sadəcə qadınlar etdiklərinin təsdiqləmək istəyirlər. Birlikdə də getsən o seçdiyi pərdəni almaq istəyəcək. Biz kişilər onların nə demək istədiklərini anlarsaq, işlərdən asan sıyrılarıq.
– Ata, təkrar təşəkkür edirəm. Bu yaxşılığını heç unutmayacağam. Mənə Bükmə-ni öyrətməsə idin, halımı düşünmək belə istəmirəm.
– Şanslısan oğlum. Mənim səninki kimi bir atam yox idi. Bunları yanıla-yanıla öyrənməyim illərimi aldı. Sən yenə yaxşısan, hazıra nazır oldun. Gülə-gülə istifadə elə. İstəyənə də öyrət, hər kəs də gülə gülə istifadə etsin. İstifadə etsinlər ki, üzləri gülsün.
Hazırladı: Vüsaləddin Rüstəmov