Günəbaxan toxumu:
Xolestrolu aşağı salır.
Damar sərtliyini aradan qaldırır.
Fikir işçilərinin və zəifləmiş uşaqların gündə 50 qram yeməsi tövsiyyə edilir.
Ürək və sinir xəstəliklərinin qarşısnı alır.
Sidik qovucudur.
Tənəffüs sistemi ilə bağlı narahatlıqlarda yaxşılaşdırıcı təsirə malikdir.
Fındıq:
Dərini gözəlləşdirir.
Varikoza müalicəsində faydalıdır.
Enerji verici və qidalandırıcıdır.
Güc və diqqət tələb edən vəziyyətlərdə yararlıdır.
Böyrəklərdəki qum və daşları tökər, böyrəklə bağlı narahatlıqların müalicəsində istifadə edilir.
Bədəndə artıq maddə buraxmadan protein verir və bədənin normal çalışmasına, zəifləməməsinə köməkçi olur.
İnkişaf dövründəki uşaqların inkişafnı daha yaxşı təmin etmək üçün fındıq verilməlidir.
Yüksək təzyiqdən prostata, ürək şikayətindən klimaks dövrü problemlərinə qədər bir çox narahatlıqda, fndıq bədəni gücləndirici və sağlamlığınızı qoruyucu bir funksiyanı öz üzərinə götürür.
Edilən bir çox araşdırma, fındığın xolesterolu saldığını və infarkt riskini azaltdığını, ehtiva etdiyi yüksək kalsium sayəsində sümükləri və dişləri gücləndirdiyini, cinsiyyət hormonlarını inkişaf etdirdiyini və gündəlik həyatda enerji verdiyini ortaya qoyur.
Hər gün yalnız 25-30 qr fındıq yemək, gündəlik E vitamini ehtiyacının yüzdə 100`nü qarşılayır.
Son zamanlarda edilən araşdırmalar göstərir ki, fındıqda bol miqdarda olan beta sitosterol maddəsi xolestrolu aşağı salmaqda və xərçəng ( bağırsaq, prostat, döş) kimi bir çox xəstəliyin qarşısını almaqda önəmli bir rol oynaya bilir. Bu xüsus, şişlərin böyüməsini əngəlləmə və apoptosis ( proqramlanmış hüceyrə ölümünün ana tiplərindən biri) xəbərdarlığı üçün də keçərlidir.
Badam:
Sinirləri gücləndirir.
Sinə xəstəliklərinin qarşısını alır.
Bədən və zehin yorğunluğunu aparır.
Hamilə qadınların südünü artırır və körpələrin inkişafına köməkçi olur.
Böyrək və sidik yolları iltihablarını yaxşılaşdırır.
Xolestrolu aşağı salır. İnfarkt riskini azaldır.
Hər gün 42 qr badam və ya fındıq yemək, ürək xəstəliyi riskini azaldır.
Qan şəkəri səviyyəsini nizamlayır; xərçəngə tutulma riskini azaldır.
Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.
Qoz:
Qanda, xolestrolun yüksəlməsinin qarşısını alır.
Beynin işini gücləndirir.
Uşaqların məktəb performanslarını və xatırlamaq bacarıqlarını artırmaq üçün gərəklidir.
Ehtiva etdiyi fosfor və kalsium zehini yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir.
İmmunitet sistemini gücləndirir.
Yaxşı bir antioksidant qaynağı olması səbəbiylə xərçənglə mübarizədə önəmli rolu vardır.
Qoz yeyilməsi, ürək sağlamlığının qorunmasına kömək olur: Qozun tərkibində olan doymamış yağlardakı linoleik turşu, xolestrolu aşağı salır. Tərkibindəki alfalinoleik turşu ilə omeqa 3 yağ turşuları, damar tıxanmalarının qarşısını alır. Edilən araşdırmalar, nizamlı qoz yeyən insanlarda tac damar xəstəliklərinə tutulma riskinin əhəmiyyətli nisbətdə azaldığını göstərir.
Qansızlığın qarşısını alır.
Şəkər xəstələrində ürək xəstəliyi riskini aşağı salır.
Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı qoruyucudur.
Mədə qazını və həzm pozuqluqlarını aradan qaldırır.
Qırmızı qan hüceyrələrinin formalaşmasına, ağciyər toxumalara oksigen daşınmasına yardımçı olan və qansızlığın qarşısını alan
kalium baxımından olduqca zəngindir. Kalium, sinirlərin xəbərdarlığı və əzələ toxumasının çalışması üçün lazımlıdır.
Öd kisəsi daşının meydana gəlməsini əngəllədiyi müəyyən olunmuşdur.
Kişmiş:
Üzüm məhsullarındakı dəmir, kalsium və kalium minerallarının sümük inkişafı ilə yanaşı, qansızlığı, halsızlığı, zəifliyi və ishalı müalicə edici xüsusiyyəti vardır.
Çəki almaq istəyən də, rejim etmək istəyən də kişmiş yeməlidir, çünkü enerji verir.
Zülal və karbohidrat qaynağıdır. A, B1, B2, B6, C vitaminləri ilə fosfat, kalsium, dəmir, fosfor turşusu, orqanik turşular, qarışqa turşusu minerallarını ehtiva edir. Gündəlik kalsiumun beşdə birini və dəmirin isə üçdə birini qarşılayır. Minerallar halsızlığı, qansızlığı, ishalı və zəifliyi müalicə edir.
Qaraciyər zəifliyinə, öskürəyə, bronxitə yaxşı təsir edir.
Unutqanlığı azaldıcı təsiri olduğu müşahidə edilmişdir.
Diş çürümələrinə mane olar.
Üzümdə öz səviyyəsində və birbaşa qana qarışan şəkər vardır. Bu xüsusiyyəti ilə bədən və zehin gücü ilə çalışan işçilər üçün yaxşı bir qidadır.
Qida şəkli ana südünə bənzəyir. Üzümdə olan bol dəmir qan yaradır.
Qaysı:
Beynin nizamlı işləməsini təmin edər, stressi azaldır.
Qaraciyərin zəzər görmüş qisminin təmirini yerinə yetirir.
Sümüklərin düzgün və sağlam olmasında önəmli rol oynayır.
Qan istehsalını artıraraq, qansızlığa əngəl olur.
Mədə və on iki barmaq bağırsağı xorasının meydana gəlməsinə mane olur, meydana gəlmiş xoraların yaxşılaşmasında rol oynayır.
Böyrəklərdə daş meydana gəlməsi riskini azaldır.
Çoxalma sistemi üzərində önəmli rolu olub, cinsi gücü artırır.
Xərçəngə qarşı qoruyucu bir təsirə malikdir.
Dişlərin daha sağlam və qüvvətli olmasında önəmli rol oynayır.
Ürək əzələlərini qüvvətləndirir və daha nizamlı işini təmin edir.
Kalium səviyyəsi yüksək olması səbəbiylə ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit və siroz müalicəsində müsbət təsir göstərir.
Saf karbonhidrat ehtiva etdiyi üçün hazir enerji qaynağıdır.
Dəridəki nahamarlıqları aradan qaldıraraq daha düzgün və canlı görünüş verir.
Ərik A, B, C vitaminləri, zülal, bol miqdarda şəkər və mədən duzları ehtiva edən bir meyvədir. İştah açır, qan yaradır, fiziki və ruhi yorğunluqları keçirir.
Sinirləri gücləndirir, yuxu verir, qəbzliyə yaxşı təsir edir.
Balqabaq toxumu:
Böyrəkləri gücləndirir.
Böyrək, sidik kisəsi iltihablarının qarşısını alır.
Sidik yollarında yaranan xəstəlikləri aradan qaldırır.
Bağırsaq qurdlarını salır.
Bir çox prostat dərmanının tərkibində balqabaq toxumu vardır.
Duzlu fıstıq:
Zehni və fiziki yorğunluğu aparır. Böyrək və öd kisəsi ağrılarını yüngülləşdirir. Sinəni yumşaldır, öskürək qovucudur. Yalnız olaraq yeyilməli, portağal, alma, armud kimi meyvə və ya tərəvəzlərlə qəbul edilməməlidir.
Püstə:
Gündə 10-12 ədəd yeyilən püstə, bədənin gündəlik yağ ehtiyacını qarşılaya bilir.
Qandakı xolesterol səviyyəsini salır.Tac ürək xəstəliyi riskini azaldır.
Püstə, şəkər xəstəliyində (diabet mellitus) istifadə edilə bilir.
İncə bağırsaqda qlükoza sorulmasını azaldır və qan şəkərinin yüksəlməsinin qarşısını alır.
Püstə, yaxşılaşma dövrlərində də bədənin dostudur. Bir tərkib içində və ya tək başına qəbul edilə bilən fıstıq, sağalma dövrünün rahat və qısa sürməsini təmin edir, orqanizmi müqavimətli hala gətirir.
Ağciyərlər üçün yaxşı bir iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrılarını yüngülləşdirir, öskürəyin keçməsinə köməkçi olur.
Mənbə: www.bilgizenginleri.org
Hazırladı: Fidan Aslanova
Bu çərəzlər bəzi xəstələrə zərər ola bilər. Xəstə olduqda nəyinsə orqanizmə xeyrindən başqa xəstəyə və müalicəyə zərərini də gözləmək lazımdır. Bundan başqa cərəzlər uşaqlarda onlara aludə olmaya da səbəb ola bilər.
Bu qeyd olunan çərəzləri eyni zamanda yeyilməsi düzgündürmü?