PAPİROS – C VİTAMİNİNİN QƏNİMİDİR

C vitaminin insan orqanizmi və insan taleyi üçün necə böyük əhəmiyyət kəsb etdiyini dərk etmək üçün təkcə onuNo smoking bilmək bəs edər ki, “əsrin bəlası” sayılan XƏRÇƏNG kimi dəhşətli xəstəliyin törəməsinin 3 səbəbindən biri, deyərdim ki, birincisi – C vitamini qıtlığıdır. Əslində, bütün xəstəliklərin əmələ gəlməsində bu vitaminin qıtlığı öz sözünü deyir. Bədəndə C vitamini yoxdursa, yaxud kifayət qədər deyilsə, virus daşıyıcısı olan mikrobların qabağını heç nə kəsmir, onlar rahatca qana daxil olub, bizim sadiq əsgərlərimizi – hüceyrələri qıra bilərlər. C vitamini – orqanizmin keşikçisi, patrulu rolunu oynayır. Əgər yanından yel ötəndə səni qrip tutursa, göyə bulud gələn kimi xəstələnirsənsə, yəqin bil ki, bədənində C vitamini çatmır. Təəssüflə qeyd etməliyəm ki, bu vitaminlə zəngin olan meyvələri və tərəvəzləri insanlar az qəbul edir, bəzi adamlar isə heç dilinə vurmur.
Bu, faciənin bir tərəfidir. İkinci faciə ondan ibarətdir ki, özünü “güclü cins” adlandıran, fəqət bir papirosun əlində aciz qalan kişilərimiz təkcə öz daxili orqanlarını deyil, ətraf mühiti də papiros tüstüsünün köməyi ilə zəhərləyərkən, həm də orqanizmdə olan C vitamini də öldürmüş olurlar. Təsəvvürünüzə gətirin ki, 1 ədəd papiros gündəlik C vitamini normasının 25 faizini öldürmüş olur. Gündəlik normanı isə 4 portağaldan ala bilərsiniz. Əvvəla, çoxlarımız gündə 4 portoğal yemir, ikincisi də bir çox kişilər gün ərzində 4 ədəd deyil, 2-3 paçka siqaret çəkir. Sən gərək nə qədər subtropik meyvə, göyərti yeyəsən ki, o boyda itkinin yerini doldurasan.

PAPİROS – NARKOTİK MADDƏDİR

Papiros orqanizmi təpədən dırnağacan dağıdır. Belə ki, papirosda olan nikotin orqanizmi zəhərləyir, qətran damarları məhv edir, tüstü ağ ciyəri dağıdır, bir də insan üçün çox önəmli olan C vitaminini və oksigeni məhv edir. Deyilənlərə onu əlavə edək ki, papiros həm də narkotik maddədir. Narkotik maddələriPapiros- C vitamininin qənimidirn verdiyi fəsadı isə çox gözəl bilirsiniz. Sinir sistemini sıradan çıxardır, insanı asılı vəziyyətdə saxlayır, qəbul vaxtı keçəndə baş ağrısı, oynaq və əzələ ağrısı baş qaldırır. İnsan əsəbi olur, tez özündən çıxır, iradəsi zəifləyir, iş qabliyyətini itirir, tez qocalır, Ana Təbiətin ona ayırdığı ömrün heç onda birini də yaşaya bilmir.
Onu da deyim ki, papiros dişləri, tüpürcək vəzilərini, ləmsə üzvlərini də korlayır. Kişilərdə xərçəng xəstəliyinin ən çox nəfəs yolunda, mədənin girişində törəməsi məhz papirosla bağlıdır. Papirosun vurduğu ziyan bununla da bitmir.

PAPİROS – İCTİMAİ BƏLADIR

Papirosun insan orqanizmini necə dağıtması barədə müxtəsər danışdıq. Dedik ki, qabarlı əllərinizlə qazandığınız pulu verib aldığınız və böyük həvəslə öz cisminizi zəhərlədiyiniz papiros ağ ciyəri, ürək-damar sistemini, sinir sistemini və digər orqanları necə sıradan çıxardır. Bu gün onun ictimai bəla olduğunu göstərmək istəyirəm.
Papiros çəkən adam təkcə özünü deyil, özündən qat-qat artıq dozada yanındakıları zəhərləyir. Papiros çəkən adam tüstünün xeyli hissəsini çölə buraxır, Papiros - C vitamininin qənimidirhəmin tüstü hava ilə bərabər ailə üzvlərinin – körpə uşağın, yaşlı ananın, həyat yoldaşının və s. ciyərlərinə dolur və onların orqanizmini zəhərləyir. Nəzərə almaq lazımdır ki, eyni proses iş yerlərində, yeməkxanalarda, çayxanalarda, kafelərdə və digər ictimai yerlərdə də baş verir. Bundan əlavə, küçələrdə çəkilən papirosların tüstüsü havaya qarışır və vətəndaşların ciyərlərinə dolur. Məhz buna görə də papiros çəkmək – bir şəxsin fərdi bəlası deyil, dəhşətli İCTİMAİ BƏLADIR! Bu bələya qarşı həm dövlət, həm də ictimaiyyət kəskin mübarizə aparmalıdır.
Zənnimcə, bu işdə qadınların və qızların iş görmək imkanları çox genişdir. Məlumdur ki, analar narkotik maddə qəbul edən oğlanlara qız vermir, qızlarımız belə oğlanlara ərə getmir. Qəribədir ki, analar və qızlar digər bir narkotik maddəyə – papirosa belə sərt münasibət bəsləmir, ona adi hal kimi baxırlar. Halbuki papiros insan orqanizmini narkotik maddədən də güclü formada dağıdır. Sadəcə, yavaş-yavaş dağıdır. Gündə 2-3 paçka papiros çəkən adamın bədəni özünə iynə vuran adamın bədənindən də çox zəhərlənir.
Mən təklif edirəm ki, papiros çəkən oğlanlara qarşı ictimai qınağı gücləndirmək lazımdır, belə “igidlərin” elçisini əliboş qaytarmaq – ən yaxşı tənbeh olardı. Qızlarımız necə baxır bu təklifə?

Papiros haqqında söhbətlərdən sonra aldığım suallar arasında ən çox təkrarlanı belədir: “papirosu necə atım?”. Bu sualın ən dəqiq və ən dolğun cavbını Elman Tovuz verdi. Onu mən də təkrarlayacam. Amma ondan qabaq bir şeyi danışım. Məni Naxçıvanda daha çox oxuyurlar, dərk edirlər və sevirlər. Ona görə də tez-tez bu qədim diyarə dəvət edirlər. Mən də dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Növbəti dəfə Naxçıvanda olanda oxucularımdan biri mənə rus dilində bir qalın kitab bağışladı. Amerika alimi bu kitabını çox aktual bir məsələyə həsr eləmişdi : “Papirosu tərgitməyin asan üsulu” . Çox sevindim. Özüm papiros çəkən olmasam da, çəkənlərə kömək etmək istəyirəm ki, bu zəhri-maqrı atsın. Kitabı bir nəfəsə oxudum. Əfsuslar olsun ki, o qalınlıqda kitabda bircə cümlə tapa bilmədim ki, ondan bəhrələnim. Hamının bildiyi şeyləri yazmış, papiroPapiros- C vitamininin qənimidirsun dəhşətlərini uzun-uzadı açıqlamışdı. Onun da gəldiyi qənaət bundan ibarət idi ki, papirosu atmaq üçün möhkəm iradə lazımdır. Bunu hamı bilir.

İndi də qayıdaq Elman qardaşımızın verdiyi məsləhətə. Elman papirosun vurduğu zərəri görəndən sonra, onu atmağı qərara alıb və atıb. VƏSSALAM! Elmanın dediklərinə bircə onu əlavə edə bilərəm ki, papirosu ən çox bekar adamlar çəkir, boş vaxtı öldürmək üçün. Bir də yeyib-içən “oğlanlar”. Deməli, boş vaxtı səmərəli işlərlə doldurmaq lazımdır, yeyib-içmək məsələsinə də adicə “zapravka” kimi baxmaq lazımdır. Başa düşə bilmirəm: siz maşına yanacaq tökəndə nə üçün bu hadisəni toy-bayrama çevirmirsiniz, amma kabab və “russkaya vodka” vuranda bayram edirsiniz? Qidalanma prosesi çox sadə bir tədbir olmalıdır – ona maşına benzin tökmək kimi baxsaq yaxşıdır.

Əgər başqaları deyil, məhz sən özün papirosu atmaq qərarına gəlsən və bunu çox istəsən, mütləq atacaqsan. Burda çətin və qorxulu bir şey yoxdur. İlk vaxtlar bir qədər darıxacaqsınız, müəyyən ağrılar və narahatlıq da ola bilər. Amma güclü İRADƏ qarşısında hər şey geri çəkiləcək. İradə isə hamının içində var, bəzilərində yatıb, bəzilərində yarıyuxuludur, bəzilərində isə – müsəlləh əskər kimi keşik çəkir, sağlamlığı, onunla bərabər də xoşbəxtliyi qoruyur. Sağlam ola bilməyən adam və ailə heç cürə xoşbəxt ola bilməz. Hamınıza ayıq-sayıq iradə arzulayıram!”



Müəllif: Ərşad Əzimzadə, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

YERİMƏYİN İNANILMAZ GÜCÜ

yeriməkYeriməklə, düşünmək arasında müsbət bir əlaqə var. Odla yemək və ya yataqla yatmaq arasında olduğu kimi. Yeriyəndə zehnim açılır. Uzaqlaşmaq istədiyim düşüncələrdən uzaqlaşıram, axtardığım düşüncələri tapıram. Ağlımdakı suallar aydınlanır. Gəzintilərimi başladığım haldan daha xoşbəxt bir halda bitirirəm: Yerimək, xoşbəxtəmsə, xoşbəxtliyimi artırır, xoşbəxt deyiləmsə, bu halımı azaldır. Hirsli başladığım gəzintilərdən sakit halda qayıdıram. Piyada gəzməyi sevən bir tanışım, “evdən çıxan, özünə dönər” deyir. Dünyaya bütün böyük pislikləri gətirənlər, musiqisi olmayanlar və gəzməyənlərdir. Onlar heç bayıra çıxmazlar, özlərinə dönməzlər. Ağacları, göyün üzünü və quşları görməzlər, təbiətin qoxusunu duymazlar. Hər zaman havasız içərilərdə, qaranlıq hesabların edildiyi elektrik yüklü məncil otaqlardadırlar. Siyasətçilərin pisliyi  bundadır. Yerimək, ağlı da yeridir. On doqquzuncu yüzillikdə yaşayan çevrə peyğəmbəri Henry David Thoreau, “Ayaqlarım hərəkət etməyə başladığı anda, düşüncələrim axmağa başlayır” deyir. Miladdan öncə 640-cı ildə dünyaya gələn və Qərb tibbinin atası sayılan Hipokrata görə, insanın ən yaxşı dərmanı piyada gəzməkdir. Bu dərman sadəcə bədən üçün yox, ağıl üçün də yaxşıdır. “Bu, beyindəki  kimyəvi maddələrlə əlaqəli olmalıdır.” deyir, fizikaçı dostum. “Yeriyərkən qan dövranı sürətlənir və beyinə daha çox oksigen gedir. Yanımda gəvəzəlik edəcək kimsə yoxdursa, rahat şəkildə düşünə bilərəm.”

“Rəqs edən bir ulduz doğurmaq istəyənin içində xaos olmalıdır.” deyən alman filosofi Nitşeyə görə, sadəcə yeriyərkən ağıla gələn düşüncələr, həqiqətən böyük düşüncələrdir. On doqquzuncu yüzillikdə dünyaya gələn ingilis tarixçisi George Macauley Trevelyana görə, bir günlük piyada gəzintidən sonra hər şey normal dəyərinin iki misli olar. Düşüncələri qədər, qəribəlikləri ilə də məşhur olan danimarkalı filosof Soren Kirkegaard böyük yürüyüşçülərdən olmuşdur. Yaşadığı mənzildə saatlara irəli geri düşünüb gəzir, sonra “insan duşu” qəbul etmək üçün küçəyə çıxıb Kopenhaqın küçələrini arşınlayardı. Kopenhaqlılar 1830-cu ilin ortalarından başlayaraq 2o il boyunca öz küçələrində başında geniş çərçivəli şapqası, qoltuğunun altında çətiri, bu donqar aristokratla qarşılaşdırlar. Kirkegaard, zaman-zaman qarşısına çıxan insanları o gün ağlına gələn mövzularda sorğulamağa başlayardı. “Təsadüfi qarşılaşmaların ustadı” dediyi Sokrat kimi. “Ən yaxşı düşüncələrimə yeriyərək çatdım” deyirdi. Bu düşüncələrdən biri budur: Özünü sevməyi unutma.

Hardasa, bir yüz il sonra eyni küçələrdə yeriyən İngilis fizikaçısı Paul Dirac da gəzməyi sevən və ən yaxşı düşüncələrini ayaqları ilə tapanlardandır. Amma məşhur bir məsləkdaşının “insanların ən qəribəsi” olaraq tərif etdiyi Dirac, nəinki küçədə qarşılaşdıqları ilə, dostları ilə belə danışmazdı.
20-ci yüz illiyin ən önəmli alman yazarlarından olan Thomass Mann, “İnsan yeriyəndə, düşüncələr aydın gəlir” deyir. Yazar olan dostum, “Ən gözəl düşüncələrimi yeriyərkən və yatarkən tapıram.” deyir. “Açıq havada aydınlaşırsan. Sanki bir qutusan və gəzərkən o qutunun qapağı açılır. Bir növ düşüncə yağmuru yaşayırsan, ulduz yağmuru kimi.”  Yeriməyi düşüncə istehsal edici  edən şeylərdən biri də, tək başına edilmiş olmasıdır. Bir dost və ya sevgili ilə edilən gəzinti də xoşdur amma fərqlidir. Alfred Hitchcock -un Vertigo filmində Kim Novak’ın James Stewart’a dediyi kimi: Qapıdan tək başına çıxan yürüyüşə, iki nəfər çıxan bir yerlərə gedər.

Piyada templi gəzintinin 24 faydası:

1) Qan axınını və qan damarlarının miqdarını artıraraq ,dövranı yaxşılaşdırır,ürək-damar və beynin damar xəstəlikləri riskini azaldır.

2) Ürək əzələsi daxil olmaqla, bədən əzələlərini qüvvətləndirərək, daha təsirli işləmələrini təmin edir.

3) Hər sıxılmada ürəyin qovduğu qan miqadarını artıraraq, istirahətdəki ürək döyüntüsünün sayını (nəbzi) azaldır.

4) Məşq və stress vəziyywalk-feet-2ətində arteriel qan təzyiqində yaranan yüksəlməni azaldır.

5 )Ürək əzələsinin yan damarlardan da qidalanmasına dəstək olur. Beləcə ürəyin ana damarlarında yaranan tıxanıqlıqların verəcəyi zərəri azaldır.

6) Köklük riskini azaldır.

7) Həzmi asanlaşdırır.

8) Beyinə oksigen getməsini artıraraq, zehni itilik və yaradıcı düşüncə potensialını yüksəldir.

9)Limfatik dövrana kömək edir.

10) Məşq əsnasında və məşqdən sonra maddələr mübadiləsini stimullaşdırır.

11) Tənəffüs tutumunu və aerobik gücü artırır.

12) Böyüməyə və zədə sonrası bərpa olunmağa müsbət təsir edir.

13) Qan yağlarının səviyyəsini aşağı salır.

14) HDL / LDL (yaxşı xassəli, pis xassəli xolestrol) tarazlığını nizamlayır.

15) Koordinasiyaya müsbət təsir edir.

16) Oynaq və əzələlərin elastikliyini artıraraq, bel və boyun ağrılarını yüngülləşdirir.

17) Sümüklərin sərtləşməsini və qüvvətlənməsini təmin edir.

18) Dayanıqlılığı artırır.

19) Yorğunluq hissinə maneə olur.

20) Yuxusuzluğu azaldır, rahatlaşmağa kömək edir.

21) Bədənin təbii xoş-əhval ruhiyyə verici hormonu olan endorfinin ifrazını artırır.

22) Yaşlanma müddətini gecikdirərək, gənc görüntünü təmin edir.

23) Əhval-ruhiyyəni qaldırır, özünə inamı və nikbinliyi artırır.

24) Qan təzyiqini nizamlayır.

Mənbə:  www.milliyet.com.tr;  www.huriyyet.com.tr
Müəllif: Mətin Münir

Hazırladı:  Fidan Aslanova

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

DAVAMLI ACLIQ HALI, MƏDƏMİZDƏKİ 10 DƏLİK

İki saat öncə doyunca yemişdiniz, amma bu nədir, siz yenə də acmısınız. Mədəniz qazınır! Yaxşı, bəs nəyə görə heç doymursunuz? Bunun ardında pis vərdişlər, yalnış qidalanma və bəzi xəstəliklər yata bilər.

Davamlı olaraq acmağınızın səbəbləri və həll üçün tövsiyyələr:

ÖD AZLIĞI

Lifli qidalar cəhətdən kasad qidalanırsınızsa, mədənizdə böyük bir boşluq yaranar. Bu da aclığın yaranmasına səbəb olar. Çünki, öd, bütün mayeni süngər kimi əmir. Bu da, bağırsağın dolmağına yol açır, həzmə yol açır və uzun müddət tox qalmağı təmin edir. Bundan başqa, lifli qidalar, bədənin ehtiyacı olan bir çox həyati maddəni ehtiva edirlər. Xroniki vitamin əskikliyi, insanın özünü ac hiss etməsinə səbəb ola bilər. Bu, xüsusuilə, tək yönlü qidalananlarda və çox qatı dietalar edən insanlarda rast gəlinir.Davamlı aclıq halı. Mədəmizdəki 10 dəlik

TÖVSİYYƏ: Gündə 5 dəfə bir ovuc dolusu meyvə və ya tərəvəz yemək gərəkli ödü təmin edər. Nə qədər rəngli meyvə-tərəvəz yesəniz, o qədər çox vitamin alarsınız.

Yeməkləri daha da ləzzətli etmək üçün istifadə olunan dadvericilər və ya konserv qidalar aclığa səbəb olurlar. Bunlar, beyindəki aclığı idarə edən bölgəni xəbərdar edir və aclıq hissi beləcə ortaya çıxır. Çox ac olan insanların başının ağrımağı da bu səbəbdən ola bilər.

TÖVSİYYƏ: Restoranda yeyirsinizsə, ofisiantdan yeməyin tərkibini soruşmaqdan çəkinməyin. Dadvericilərin çox istifadə olunduğu, souslarla və ya ədviyyatlarla marinadlaşdırılmış yeməklər, sizə yaxşı təsir etməyə bilər. Bundan başqa, marketdə alış-veriş edərkən də paketlərə diqqətli baxın. “E” sayı nə qədər çoxdursa, sizin üçün o qədər zərərlidir, deməkdir. Yaxşısı budur, evdə özünüz, təzə tərəvəzlərdən bişirin. Eyni yeməkdə şirin, duzlu, acı və turş kimi dadları bir yerdə almağa çalışın.

Restoran dünyasının son illərdə irəlis ürdüyü  “super sizə” menyuları təəssüf ki, aclığı daha da alovlandırır. Bundan əlli il öncə bir porsiya kartof qızartması 200 kalori ikən, indiki zamanda 610 kaloriyə qədər ola bilir! Gündə sadəcə 3 dəfə yemək yeyib bu yeməklərdə də bir oturuma böyük porsiyalar yeyirsinizsə, bir müddət sonra yenə acmağınız çox təbiidir. Çünki ” tez-tez az-az yemək” fəlsəfəsinin əksini tətbiq etmiş olursunuz.

TÖVSİYYƏ: Bayırda yeyəcəksinizsə, bir porsiyanı hər zaman iki nəfər olaraq paylaşmağa diqqət edin. Çox böyük porsiyalı restoranlarda, porsiyanın ən az üçdə birini boşqabda saxlamağa çalışın. Evdə də yemək bişirəcəksinizsə, kiçik bir mətbəx tərəzisi əldə edin. Məsələn, makaron bişirəcəksinizsə, adam başına 80-100 qramı keçməyin.

HORMON AZLIĞI

Şüurlu olaraq az və sağlam qidalandığınızı hesab edir, amma buna baxmayaraq kilo alırsınızsa, tiroid vəzinzidə bir problem ola bilər. Bu orqanın az işləməsi halında maddələr mübadiləsi, bundan mənfi təsirlənir. Hipotiroidi deyilən bu narahatlıq aclıq hiss etməyinizə səbəb ola bilər.

TÖVSİYYƏ: Sadə bir qan testi, probleminizi ortaya çıxarar.

ÇOX AZ MAYE QƏBUL ETMƏK

Bir çox insanın hələ də bilmədiyi bir həqiqət də kifayət qədər sDavamlı aclıq halı. Mədəmizdəki 10 dəliku içməməyin aclıq hissinə səbəb olduğudur. Çox az su içən və ya içməyi unudan insanların mədələrinin qazınmağı və ya ağızlarının qurumağı, son dərəcə normaldır.

TÖVSİYYƏ: Əlinizin altında, hər zaman bir butulka su olsun. Hər saat başı bir stəkan su içməyə diqqət etsəniz, bu probleminizi həll edə bilərsiniz.

ÇOX AZ İŞIQ QƏBUL ETMƏK

Çox az gün işığı almaq, insanın əhvalına mənfi təsir edir. Bundan, maddələr mübadiləsi də öz nəsibini alır və özünə görə bir SOS strategiyası inkişaf etdirir. Şirin və yağlı yeməklərə yüklənir. Çünki şəkər, yağ kimi maddələr endorfinin istehsal olunmasına səbəb olur. Bunlar da xoşbəxt olmağımızı təmin edir!

TÖVSİYYƏ: Nahar yeməyi fasiləsində yarım saat da olsa, gün işığından yararlanmaq üçün bayıra çıxın. Açıq amma rəngli geyimlər seçmək də insanı yaxşı hiss etdirir. İdmanla məşğul olmaq xoşbəxtlik hormonunun istehsal olunmasına səbəb olar və beləcə aclığı unudarsınız.

ÇOX ATIŞDIRMAQ

Yediklərimiz, duyğu dünyamıza da təsir edir. Bəli, şokolad ürək ağrımıza yaxşı təsir edir, makaron stressimizi azaldır amma… Bunlar qısa müddətli olur. Çünki bunların heç biri, bizi uzun müddət tox saxlamır. Aclığımızı, kaloriyə yüklənərək qarşılamaq yerinə, bu aclığın səbəblərini araşdırmalıyıq.

TÖVSİYYƏ: Özümüzdən soruşacağımız açar sual bu olmalıdır: Bu nəyin aclığıdır? Yaxşısı budur, hər şeyi içinizə atmayın, açıq şəkildə ifadə edin, qarşınızdakına. Sizi narahat edən şeyləri, sayğı çərçivəsində anlata bilərsiniz. Bundan başqa, hər zaman “güclü” nü oynamayın. Unutmayın, hər kəsin zəif anları ola bilər. Yardım istəməkdən çəkinməyin.

ÇOX GÜCLÜ DƏRMANLARDAN İSTİFADƏ ETMƏK

Bəzi dərmanlar, məsələn, alergiyaya qarşı istifadə olunan dərmanlar histamin reseptorlarını blok etdikləri üçün aclığa səbəb ola bilər. Migren dərmnalrı və ya bəzi sakitləşdiricilər də beyində aclıq hissinin xəbərdar edilməsinə səbəb ola bilərlər. Revmatizm və ya astma üçün istifadə olunan dərmanlardakı kortizon və ya yükəsk hormon ehtiva edən dərmanların yan təsirlərindən biri də aclıq ola bilər.

TÖVSİYYƏ: Bu tərzdə dərmanlardan istifadə edirsinizsə, həkiminzdən alternativləri öyrənin. 

ÇOX ŞƏKƏR YEMƏK

Ana südü əmən kDavamlı aclıq halı.Mədəmizdəki 10 dəlikörpələrdə belə “şirin”in insanı xoşbəxt etdiyi sübut olunub. Amma təəssüf ki, şirni eyni zamanda aclığa səbəb olur. Ağ çörək, mürəbbələr, soft içkilər və ya şirniyyatlar, qan şəkəri səviyyəsini artırır. Bu da insulin hormonu istehsal edir. Şəkər səviyyəsi sürətlə aşağı düşür. Qan şəkəri səviyyəsinin birdən-birə normalın altına düşməyi də aclıq hissinə səbəb olur.

TÖVSİYYƏ: Faydalı karbohidratlara yönəlməslisiniz. Yəni çörək, makaron kimi məhsulların ağ undan yox, tam buğda unundan olanlarına üstünlük verməlisiniz. Şirniyyatlar və şokoladlı vaflilər yerinə meyvə yeməlisiniz. 

ÇOX STRESS

Stress hormonları, bədəndə çox tez-tez istehsal olunarsa, aclıq da heç dayanmaz! Dəqiqə başı acmağınız qaçınılmaz olar. Çünki “kortizol” kimi hormon birləşmələri belə gerçək anlamda aclıq qaynağıdır. Yəni hormon səviyyələri, aclıq hissi ilə birbaşa əlaqəlidir. Lakin stress faktoru ortadan qalxan zaman aclıq da keçər.

TÖVSİYYƏ: Davamlı olaraq stress altında olan birinin bu mövzuda diqqətli olmağı lazımdır. Bunun üçün özünüzə gündəlik çalışma planı hazırlaya bilərsiniz. Bundan başqa, gərilmə məşqləri və mütəmadi olaraq idmanla məşğul olmaq stresslə daha yaxşı mübarizə aparmağınızı təmin edər.

Mənbə:  www.mailce.com
Hazırladı:  Fidan Aslanova

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

ENERJİMİZİ OĞURLAYAN 7 ŞEY

Yorğun hiss edirsiniz və nədən qaynaqlandığını bilmirsiniz? Aşağıdakı maddələrdən biri və ya bir neçəsi sualınızın cavabı ola bilər.

1. Stul və ya kresloda uzun müddət oturmaq

Uzun bir müddət eyni pozisiyada oturmaq enerjinizi azalda bilər. Tv izləyərkən və ya kompüter istifadə edərkən belə bu vəziyyət yarana bilər. Çünki bədəniniz, hərəkətsizliyi yatmaqla bir tutur.

2. Pis duruş, enerjini boş yerə xərcləyər.

Bədəni dik halda tutmağa çalışılarkən böyük miqdarda enerji xərclənir. Pis duruş ( önə əyilmə və ya sallanma) onurğanın düzlüyünü pozur. Onurğanın tarazlığı  nə qədər pozularsa, əzələlər də bunu konpensasiya etmək üçün o qədər enerji xərcləyər.

3. Çox aşağı kalorili dietalar yorğunluğa səbəb olur.

Artıq kilolardan qurtulmaq enerjinizi artırar, amma bunu çox aşağı kalorili dietalar yolu ilə etmək sizə kömək etməz. Bu dietalar, xüsusilə günlük qəbulun 850 kaloridən az olduğu dietalar sizi daha da yorğun edəcək, hətta sağlamlığınıza başqa cür də təsir edəcək.

4. Davamlı olaraq qapalı mühitlərdə olmaq.

Evdən işə, işdən evə olan bir həyat tərzi, xüsusilə soyuq qış aylarında asanlıqla mənimsənə bilir. Amma təmiz havadan və günəş işığından kifayət qədər yararlanmamaq digər bir yorğunluq səbəbidir.

Həll yolu: Gündə ən az bir dəfə 10 dəqiqəlik piyada gəzintiyə çıxın. Hava buludlu olsa belə, daha çox günəş işığı alacaq və təmiz havadan faydalanacaqsınız.

5. Bulka kimi karbohidrat səviyyəsi çox olan yeməklərlə səhər yeməyi yemək.

Karbohidrat səviyyəsi çox olan yeməklər, qan şəkərinin bir anda yüksəlməsinə səbəb olur. Lakin 1-2 saat içində də qan şəkərində ani bir enmə yaşanır. Nəticə? Enerjiniz qalmadığı üçün bitkin hala gəlirsiniz.

Həll: Səhər yeməyi günün ən önəmli yeməyidir. Bu yeməyi keçirmədən, lif və protein baxımından zəngin olan qidalarla səhər yeməyinizi yeyin.

6. Davamlı narahatlıq, enerjinizi yox edər.

Əgər gün boyu bir şey haqqında qayğılansanız, ürək döyüntülərinizin sürəti  və təzyiqiniz yüksələcəyi üçün, əzələləriniz daralacağından  yorğunluq ortaya çıxacaqdır.

Həll: Narahatlıqlarınızı həll etmək üçün bir az zaman ayırın. Pozitiv çözümlər üzərində düşünməyə çalışın və sonra narahatlıqlarınızı zehninizdən qovun. Bir vəzifə və ya bir tapşırığı səhər ilk iş olaraq edin ki, bütün günü bunun haqqında narahatlıq keçirməyin.

7. Qış günləri bitkinliyi artırır.

Günün qısa olduğu qış vaxtı yuxu-oyanıqlıq dönməsi pozula bilər. Qışda daha az günəş işığı alınması səbəbiylə yuxuya getmə hormonu olan melatonin daha çox istehsal olunur. Bu da yuxulu bir hala səbəb olur.

Həll: Qış günlərində mümkün olduğu qədər bayıra çıxmağa çalışın, bol meyvə və tərəvəz yeməyə diqqət edin.

Mənbə: multiyasam.com
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

HƏR GÜN YEMƏLİ OLDUĞUMUZ QİDALAR

25 qram zeytun yağı: Sidikdə,hüceyrələrə zərər verən maddələri yox edir,ürəyi qoruyur,yaxşı xolestrol səviyyəsinin artmağını təmin edir, xərçəngin qarşısını alır.

5 ədəd qoz: Beyin və zəka inkişafını dəstəkləyir,bədənə enerji verir,yaddaşı gücləndirir,həzmsizliyi,ishalı və qəbzliyi aparır.

Bir ovuc fındıq: Bədənə güc və enerji verir, ürək və damar sağlamlığı baxımından faydalıdır, qansızlığın qarşısını alır, sümük inkişafını dəstəkləyir.Hər gün yeməli olduğumuz qidalar

40 qram badam: Ürəyi xəstəliklərə qarşı qoruyur, E vitamini baxımından zəngindir, antioksidantdır və yaşlanmanın qarşısını alır.

1 diş sarımsaq: Qanın laxtalanmasını əngəlləyir, təzyiqi nizamlayır, antibiotik vəzifəsini yerinə yetirir.

3 alma: Pis xolestrolu salır, qanı təmizləyir, dəri xəstəliklərinə yaxşı təsir edir, sidik qovucu özəlliyi sayəsində böyrəkləri qoruyur, qaraciyər, mədə və beyinə müsbət təsirləri var.

5-6 ədəd qaysı:
Dərini qidalandırır, nəmləndirir və yumşaldır, qəbzliyin qarşısını alır, fiziki və zehni yorğunluğu aparır.

1 dəstə keşniş: C vitamini anbarıdır, mədə və bağırsaq qazlarını aparır, qanı təmizləyir, toksinləri bədəndən atır, qum, böyrək daşı, təzyiq və damar sərtliyinə qarşı təsirlidir.

2,5 litr su: Enerji verir,maddələr mübadiləsini sürətləndirir,çəki itirməyə kömək edir,dərini yumşaldır və təzə saxlayır,bədəndəki bir çox orqanı təmizləyir, stresi yox edir, yorğunluğu aparır və s.

İki fincan qəhvə: Beyni xolestrolun zərərlərindən qoruyur.

Üç stəkan çay: Sinə xərçənginin qarşısını alır, iflic riskini azaldır.

3-4 stəkan yaşıl çay: Maddələr mübadiləsini sürətləndirir.

İki stəkan süd: Sümük əriməsi və bağırsaq xərçənginin qarşısını alır, kalsium ehtiyacını qarşılayır, dişləri və sümükləri qüvvətləndirir.Hər gün yeməli olduğumuz qidalar

5 porsiya meyvə: Vitamin ehtiyacı üçün…

Həftədə 3 dəfə balıq: İçindəki omega 3, ürək- damar xəstəliklərinə qarşı qoruyucu bir qalxandır, xolestrolu nizamlayır, zehnin inkişafını və öyrənmədə asanlığı təmin edir, şiş yaranmasını, nevroloji və psixoloji narahatlıqları əngəlləyir.

Həftədə 3-4 dəfə yumurta: Yumurta sarısındakı A vitamini, göz, diş və sümük inkişafı üçün önəmlidir. Çox az qidada tapılan D vitamini, yumurtanın sarısında var və uşaqların sümük inkişafı üçün çox önəmlidir. İçərisində 13 ədəd vitamin və mineral var.

Mənbə: www.zaman.com.tr
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook