Danışma insanın ən köhnə şüurlu hərəkətidir və şübhəsiz insanla başlamışdır. Əşya hazırlama qabiliyyəti ilə insanı heyvanla ortaq vəziyyətə gətirən nöqtələrdən insanlığı daha üstün bir səviyyəyə çıxaran ən əhəmiyyətli faktor, xəbərləşmədə çox böyük bir mərhələ olaraq qiymətləndirilən danışma (ünsiyyət) olmuşdur. İnsan soyunun ilk və ən köhnə çağlarından bu yana olan hər mövzudakı təcrübəsini nəsildən nəsilə köçürməsində və mədəniyyət meydana gəlməsində danışma şübhəsiz çox qiymətli rollar oynamışdır və oynamaqdadır.
İnsanı heyvandan ayıran ən əhəmiyyətli xüsusiyyət danışmasıdır. İctimai bir varlıq olması, ya da vasitə və əşya hazırlaya bilməsi kimi xüsusiyyətləri belə insanı heyvandan ayırma mövzusunda danışma qabiliyyətinə bənzər bir şəkildə qiymətləndirilə bilməz. İnsan ruh və
bədən baxımından canlı varlıqlar arasındakı inkişaf xəttində bir özəl xüsusiyyətlərlə ayrılsa belə danışığın rolu çox böyükdür.
Şübhəsiz, ilk insanlar danışmağı bilmədən əvvəl də bir şəkildə razılaşa bilirdilər. Qarınlarını doyurmaq, yatmaq və s. ehtiyaclarını aradan qaldırmaq üçün əl və qollarını oynadaraq, daha sonrakı mərhələlərdə qırıq-qırıq səslərlə bir-birləriylə razılaşa bilir və ehtiyaclarını qarşılaya bilirdilər. Daha sonra danışmağı və sonra da yazmağı öyrəndilər. Beləcə ünsiyyət mərhələ mərhələ də olsa asanlaşmış oldu. Danışmanın qaynağı, (necə başladığı) bu gün belə müasir antropoloji elminin hələ yaxşıca işıqlandıra bilmədiyi və üzərində tam olaraq uzlaşa bilmədiyi bir sirrdir.
Bəzi elm adamları ilk sözlərin təbiət səslərinin: xışıltı, şırıltı , səs-küy və s. örnək alınaraq öyrənildiyini bildirir. Başqa fərziyələrə görə, səs bənzərliklərindən faydalanaraq bəzi obyekt və vəziyyətlərin təqlid edilməsi nəticəsində danışığın yarandığını söylənilir. Müxtəlif heyvan səslərinin təqlid edilərək inkişaf etdirilməsinin danışmağa gətirib çıxardığını irəli sürənlər də var.
Müasir antropologiya cəmiyyət halında yaşayan, əşya hazırlayıb istifadə edən və bəzi qalıqlara əsasən danışdığı təxmin edilən ilk insana aid izləri M. Ö. 450. 000 tarixinə qədər çıxara bilmişdir. Son araşdırmalar daha əvvəlki tarixlərə qədər uzanır. Hollandiyalı antropoloq Dr. Dubois ilk insan növünün tarixini 800 min il əvvələ aid etmişdir. Antropologiyanın linqvistika budağı üzərində çalışan elm adamları danışma ilə vasitə hazırlama qabiliyyətinin eyni zamanda və birlikdə başlamış ola biləcəyini və bunun ən az iki milyonluq bir keçmişə aid ola biləcəyini irəli sürürlər.
Danışıq Anlayışı və Tərifi
Heyvanlar dünyasına gəlincə, heyvanlar, tarix boyunca, artmayan və azalmayan müəyyən və məhdud təqlid səslərlə və hərəkətlərlə işarələşirlər, ancaq buna danışıq deyilə bilməz. Tək insan danışar. Bu qabiliyyət də varisliklə köçürülməz, sonradan öyrənilər və ən əhəmiyyətlisi danışmada şüur işə qarışar.
Danışıq insanlar arası ünsiyyəti təmin edən və izahata yarayan bir işarələr sistemi və təşkilatıdır. Şübhəsiz, danışma gündəlik hərəkətlərlə əlaqədar və bunlara bağlı olaraq başlamış və praktikanın içində inkişaf etmişdir. Bununla qalmamış, şüurlu bir məna qazanmış, praktik həyatın üstündə istiqamətverici, formalaşdırıcı, meydana gətirici xüsusiyyətlərə sahib olduğu aydın olmuş, ədəbiyyat, fəlsəfə və elm səviyyəsində rol alaraq, sivilizasiyaların ən əhəmiyyətli elementi halına gəlmişdir.
Danışıq danışanın başqalarını maraqlandıracağı fərziyyəsi ilə və digər adam ya da kəslərlə bir razılaşma təmin etmək məqsədiylə, düşündüklərini dil və səs qəlibləri halında, xəbərləşmə kanalları vasitəsilə köçürməsi və reaksiyalarını nəzarət edərək, bu hərəkəti inkişaf etdirməsidir. Danışma, davamlı bir düşünmə alış-verişidir. Eyni zamanda fərdi aşan və tarix içində ictimai təcrübə təmin edən bir xəbərləşmə təşkilatıdır. Belə dinamik bir təşkilatda düşüncələrin və duyğuların dilə gətirilməsi kimi aktiv və bunların qəbul edilməsi kimi passiv iki yanlı bir iş vardır. Danışıq artikülasiya, söz, səs, jest, şəkil kimi mərhələlərdən keçmiş və bu gün bunların hamısını birdən istifadə edərək bir bütünlüyə qovuşmuşdur.
Qaynaq: notoku.com
Hazırladı: Naz Ramizqızı