DANIŞMAQ GÜMÜŞDÜRSƏ, SUSMAQ QIZILDIR

Xüsusi

Danışmaq gümüşdürsə, susmaq qızıldır.Susmaq bəzən ucalıq, bəzən nəzakətdir,
Xüsusilə də sevdiklərini incitməkdən qorxursansa,
Susmaq o zaman əbədi zəriflikdir.

Susmaq da danışmaq qədər önəmli olur bəzən. (Nuri Pakdil)

Danışmaq yaxşıdır, susmaq daha yaxşıdır. İfrata varanda ikisi də pisdir. ( Jean de La Fontaine )

Susmaq, insanı ələ verməyən sadiq bir dostdur. ( Konfutsi )

Ya susmaq, ya da susqunluqdan daha qiymətli bir söz söyləmək gərəkdir.

Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. ( Göte )

Gözəldir qarşılıqlı susmaq. Daha gözəli də gülüşmək. ( Nitsşe )

Əgər susssan, danışığın daha işıqlı olar. Çünki sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. ( Şəms Təbrizi )

Əgər soruşsanız ki, “Səssizlik nədir?” .. Cavab verərik: O böyük Ruh’ un səsidir. Yenə soruşsanız: “Səssizliyin meyvələri nələrdir?” Cavab verərik:  ‘Öz özünü idarə edə bilmək, gerçək cəsarət olan mətanət, səbir, təmkin və sayğı.’ »

Susmaq, xasiyyətlərin ən gözəlidir. ( Hz. Muhəmməd )

Bəzən susmaq, söylənilən bir çox sözdən daha çoxunu ifadə edər. ( Montesquieu)

İnsanlar necə danışmaq lazım olduğu barədə dərs alarlar, amma ən böyük elm, necə və nə zaman susmaq gərəkdiyini bilməkdir. ( Lev Tolstoy )

Dayan, dinlə. Durmadan danışsan, heç bir şey eşidə bilməzsən. ( Qızıldərili atasözü )

Sənə səssiz qalmaq qabiliyyəti bəxş edilib, Watson. Bu səni çox dəyərli bir dosta çevirir.   ( Sherlock Holmes (2009) )

Bir insan, söylədiyi şeylərdən çox söyləmədikləri ilə də insanlaşar. ( Albert Camus )

Uşaqlarınıza dillərinə hakim olmağı öyrədin, danışmağı necə olsa öyrənəcək. ( Benjamin Franklin )

İnsanlar susaraq da danışa bilərlər.

Alışmışıq hər qabağımıza çıxan uyğun olmayan sözlərlə danışmağa. Susaraq dinləmək gərək həyatı, təbiəti, özümüzü. Susmaq çarəsizlik deyil, gözəl olanı tapmaq və lazım olduğu zaman söyləməkdir.

Danışmağı, fikir bəyan etməyi çox sevərik. Düşüncələrimizdə haqlı çıxmağı da …. Seçmədiyimiz tək mövzu susmaqdır. Dinləmək, və ya  izləməkdir. (Gerçəkləri görə bilmək, anlaya bilmək üçün)

Susmalı olduğu yeri və zamanı yaxşı bilən insan, ətrafında sevilər və sayılar.

Susmaq.. Yetkinliyin göstəricisi.. böyüklüyün əzəməti.

Susmaq bəzən özünlə danışmağı öyrənməkdir.

Susmaq bəzən susmağı öyrənməkdir.

Hazırladı: Fidan Aslanova 

Beyenmeler
14   1  
VN:F [1.9.16_1159]
Rating: +23 (from 29 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın