İNSANLIĞN ANASI – QADIN!

dünyaya dünya bəxş edən ana-qadınDoğum evində mama vəzifəsində çalışıram. N sayda qadının dünyaya bəxş etdiyi yeni dünyaya şahid olmaq sevincini yaşayıram. Hər bir qadının analıq vəzifəsinə başladığına şahid olmaq o vəzifəni yaşamaqdan çətin və şərəfli ola bilməz…

Qadınlar… Hər biri fərqli, hər biri fərdi xarakterə malik. Hər biri dünyaya yeni bir dünya bəxş etmək prosesini – doğum prosesini bir daha yaşamamağı çəkdikləri ağrının əzabından diləyirlər. Amma, əllərinə aldıqları an baxışlarda canlanan məna bunun tam əksini deyir. Bu gözəlliyi yaşamağa dəyərmiş, deyirlər. Hər qoyunlarına alaraq ilk qidalarını onlara verdikləri an keçirdikləri hiss – duyğu o əzabı unutdurur. Belecə, ana nəvazişi, qayğısı, sevgisi artmağa başlayır. Hələ bətnindəykən yaranan bu dəyər bir ömür boyu yaşamaqla daha da dəyərlənir…

Bu dəyərə məsul olduqlarını isə əksəriyyət anlamır. Sayca neçənci övladı dünyaya gətirən qadınlar var. Əksəriyyət düşünəcək ki, bu normaldir. Qadının vəzifəsi budur. Xeyr. Qadının vəzifəsi tək nəsil artırmaq olsaydı, İmam Əlinin bu kəlamı var olmazdı: “Qadın insanlığın anasıdır.” Bir ömür boyu bütün ehtiyyaclarını ödəməli olduğunu bilməli olduğunu unudan qadınmı..?! Xeyr…! Onu buna məcbur edən cəmiyyət – vəzifə anlayışlı baxışlarla qurulan cəmiyyət! Aydın baxışlı qadın – ana olan bir insan çox yaxşı anlayır ki, dünyaya yeni bir insan gəlir. Dəyərli bir canlı varliq. Bəli… Dəyərlər toplumu olan canlı varlıq… Bu dəyərləri yaşayıb yaşatmalı olan canlı varlıq. Ana bu anlayışa sahib olmasa, dünyaya gətirdiyi övladı necə böyüdəcək? Bütün qadınlar bunu anlayırmı, dərk edirmi? Əksəriyyət etmir. Onlar cəmiyyətin təsiri altında bu ada sahib olurlar. Sahib olmaq isə kifayət deyil, layiq olmaq gərəkdir! Layiq..! Hər qadın layiq deyil..! Bu gün canından ayrılan canı tərk edən qadınlar var! Bu gün canından ayrılan canı dünya nemətinə – nəfsinə satan qadınlar var! Bu gün canından ayrılan canı ona qocalıqda qulluq etsin deyə yetişdirən qadınlar var! Bu gün canından ayrılan canı öz mənfəətinə, şan-şöhrətə görə ( cinsinə görə və s.) dünyaya gətirib yetişdirən qadınlar var! Bu gün canından ayrılan canı nə zamansa olmaq istədiyi, amma, ola bilmədiyi üçün görmək istəyi ilə yetişdirən, beləliklə gələcəkdə robot yaradan qadınlar var! Bu gün ana sözünün əsl anlamını bir ömür dərk etməyən qadınlar var! Bütün bu qadınları yetişdirən cəmiyyət var! Bu cəmiyyətin bu vəziyyətdə olduğunu unudan, xeyr, göz yuman insanlar var.

Qadın sahib olduğu varlığı ilə necə bir sevgi mənbəyi olduğunu hər kəsə yaşatmaqla ilahi bir gücə şahidlik edərlər. İlahi güc sevgi, ağıl, aydın fikir, düşüncədirsə, yaratdığı da ona uyğun olacaqdır. Hər yaradılışdan yaranan da ona uyğun olacaqdır.

qadın-anaMüşahidə edin, xanımlar. Özünüzü müşahidə edərək tanıyın. Yaradılış missiyanızı dərk edin.

Unutmayın, yaradılan hər şey gözəldir, bu gözəlliyi duyub sevmək daha gözəldir, bu sevgini paylaşaraq sevinc bəxş etmək ondan da gözəldir. Həyat gözəldir, həyatı sevmək daha gözəldir, həyat bu gözəlliyi duyanlarla birgə ondan da gözəldir. Bu gözəllikləri içində tam edib dünyaya bəxş edənlərin tutduğu yolda yürümək gözəldir, hər anın dəyərini bilib doğru yoldan istifadə etməyi unutmayanların həyatına şahid olmaq ondan da gözəldir. Özümüzə şahid olmaq gözəlliklər içində gözəllik yaratmaqdır.

Müəllif: Elya Öz

Beyenmeler
1   15  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın