2013-cü ilin son günlərinə doğru Finlandiyalı bir araşdırmaçı olan Lauri Nummenmaa və iş yoldaşları Finlandiya, İsveç və Tayvandan olmaq üzrə, tam 700 adam üzərində maraqlı bir təcrübə reallaşdırdılar. İnsanlar üzərində təcrübə aparıb duyğuların insana necə təsir etməsini göstərən xəritə hazırladılar.
Aşağıdakı sxemdə insanlardan əldə edilən duyğu vəziyyətləri göstərilir. Bu xəritədə sarı və qırmızı rənglər duyğunun aktiv hiss edildiyi qisimləri bildirir. Məsələn, xəritəyə görə sevgi və xoşbəxtlik bütün bədənimizlə hiss olunsa da, depressiya vəziyyətində bu tam əksidir. Rəsmə baxdığınız an elə biləcəksiniz ki, bu duyğular zamanı bədənin temperaturu da ölçülüb. Lakin araşdırmalarda bədən temperaturundan söhbət getmir.
Təcrübənin aparılması.
Əslində təcrübənin quruluşu çox sadədir. Sizə müxtəlif duyğuların adı ya da bu duyğunu yaşamanızı təmin edəcək şəkil, hekayə və ya filmlər göstərilir. Bu sırada ekranda sol və sağ tərəfdə 2 ədəd boş bədən silueti var. Təcrübənin daha yaxşı başa düşülməsi üçün vəziyyəti nümunə bir duyğu ilə ifadə etməyə çalışaq. Məsələn, aşağıdakı şəkildə qısqanclıq yazısı göstərilmişdir. Bu vəziyyətdə etməniz lazım olan, qısqanclıq hiss etdiyinizdə bədəninizin hansı qisimlərində bu duyğunu güclü hiss edirsinizsə sol bədən üzərində o qisimləri rəngləməniz lazımdır. Sağ bədəndə isə qısqanclıq hissini bədəninizin hansı qisimlərində daha zəif hiss edirsinizsə o qisimləri rəngləməniz istənmiş.
Rənglənmə bitdikdən sonra komputer hər iki şəkli birləşdirmiş, nəticədə bu xəritə alınmışdır.
Mənbə: www.nbeyin.com
Hazırladı: Naz Ramizqızı