“Qəbul edirəm… Bəzən dostlarımla bayıra çıxanda qalmaq istədiyimdən daha uzun bir vaxt yanlarında qalıram; çünki mən yanlarında olmayanda maraqlı bir hadisənin yaşanmasından və bunun xaricində qalmaqdan çox qorxuram. Vecimə olmayan filmləri sırf müzakirələrdən uzaq qalmamaq üçün izləyirəm. Olduğum yerlərdə ətrafımdakı insanlarla danışmaq əvəzinə bir neçə dəqiqədən bir Facebook və Twitter hesabımı yoxlayıram, çünki önəmli bir şey yaşandığı zaman hər kəs sosial mediada bu mövzular haqqında danışır. Gündəmdən uzaq qalıb özümü xaric olunmuş hiss etmək istəmirəm. “
“Yenilikləri qaçırma qorxusu” – FOMO ( Fear of Missing Out ) – son zamanlarda adını tez-tez eşitməyə başladığımız bir növ narahatlıq şəklində psixoloji pozulma və “gərəksiz yerə peşmanlıq duyma” davranışı ilə təsvir olunur. FOMO, insanların, ətraflarındakı bir çox alternativin fərqində olması və daima daha çoxunu istəmək, olmaq və ya etmək istəməsindən qaynaqlanır.
FOMO, hər nə qədər yeni bir trend kimi görünsə də, əslində uzun müddətdir ki, həyatımızdadır. Lakin müəxəssislər, bu pozulmanın, internetin həyatımızda daha çox yer alması ilə artım göstərdiyi fikrindədirlər.
Sosial mediaların FOMO -nun ortaya çıxmasını dəstəkləməsi; insanların Facebook, Twitter, Linkedin üzərindən ətraflarındakı insanların nə etdiklərini, inkişaflarını və nələrə sahib olduqlarını görmələrindən və öz həyatları ilə müqayisə etmələrindən qaynaqlanır. İnsanların bu alternativlərin fərqində olması, öz həyatları ilə bağlı məmnuniyyətsizlik yaradır, çünki eyni mərhələlərdən keçdikləri insanların daha yaxşı yerlərə gəldiklərini görmək, peşmanlıq duyğusunu tətikləyir.
Bundan başqa, FOMO, insanların sosial münasibətləri üzərində də böyük bir təsirə malikdir. Bunu, aşağıdakı nümunədən də görə bilərik:
“Çox sosyal bir işim var və davamlı olaraq işimlə əlaqədar orqanizasiyalar üçün dəvətlərə qatılıram. Bu dəvətlərə etiraz edə bilməyim mümkün deyil, çünki ertəsi gün ofisdəki hər kəs gecədə yaşananlar haqqında danışarkən özümü yadlaşmış hiss edirəm. Məhz bu səbəbdən, iş xaricindəki dostlarla görüşlərə gedə blmirəm. Zamanla, dostlarımın artıq bir yerlərə gedərkən mənə xəbər vermədiklərinin və iş xaricindəki sosial həyatımın yavaş-yavaş yox olmağa başladığının fərqinə vardım. Etiraf etməliyəm ki, işlə bağlı orqanizasiyalarda elə də əylənmirəm. Lakin hər dəfə bu orqanizasiyalara qatılmaq məcburiyyətindəymiş kimi hiss edirəm. Çünki getmədiyim təqdirdə o gecə gerçəkləşə biləcək maraqlı bir hadisəni və ya kariyera fürsətini qaçıracaqmış kimi bir hissə qapılıram.”
FOMO-nun ən böyük təhlükəsi, zamanınızı boş yerə tükətməsidir. FOMO yaşayan insanlar, adətən, o anda etdikləri şeyə fokuslanmaqdan çox, etmədikləri şeylər üçün peşmanlıq keçirərək zamanlarını öldürürlər. Yəni bir şeylər edərkən, edə bilmədikləri şeyləri qaçırdıqları üçün böyük bir peşmanlıq və suçluluq hiss edirlər.
2013-cü il əslində FOMO-nun artım göstərməsi baxımından önəmli bir dönüm nöqtəsi olaraq görülə bilər. Çünki bu il ağıllı telefon satışları ilk dəfə kompüter satışlarının önünə keçdi. İnsanlar artıq sosial medyalardakı varlıqlarının ev və iş yerləri ilə limitli olmasını deyil, 24 saat online ola biləcəkləri alternativ yolları dəyərləndirmək istəyirlər. Ağıllı telefonlar, insanların 7 gün 24 saat sosial mediyalarda yaşanan dinamikaları saniyəbə saniyə təqib etməsinə imkan verir.
Şübhəsiz, FOMO hər birimizin həyatına fərqli şəkildə təsir edir. London School of Economics’də Sosial Elmlər İnstitutu professoru Benjamin Voyer, yenilikləri qaçırma qorxusunun tamamilə, sosial olaraq təcrid olunma narahatlığı səbəbi ilə ortaya çıxdığını söyləyir.
“Sosial statunuz yüksək olduğu zaman, sosial olaraq təcrid edilmə narahatlığınız olmur. Çünki insanlar üçün referans nöqtəsi sizsiniz və başqalarını örnək alan deyil, başqaları tərəfindən örnək alınan bir pozisiyadasınız. Bu səbəblə, FOMO adətən yeniyetmə dövründəki, yəni şəxsiyyət böhranı yaşayan fərdlərdə daha tez-tez rast gəlinir.”
FOMO, hər nə qədər yaşla və statusla əlaqəli bir fenomen olaraq görünsə də, əslində yaşa və ya statusa bağlı olmadan hər tip insanda görülə bilər. Burada önəmli olan nöqtə, insanlar üçün nəyin önəmli olduğu və insanın dəyərlərinin nəyə əsasən müxtəliflik göstərməsidir.
McGuire-Snieckus’ hesab edir ki, FOMO-nun ortaya çıxması, sosyal status və ya yaşdan çox, insanların şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli bir vəziyyətdir. Həyatdan zövq ala bilən, nə istədiklərinin, necə bir həyat tərzini mənimsədiklərinin fərqində olan insanlarda FOMO-nun görülmə ehtimalı daha azdır. Çünki bu insanlar, istədikləri hədəflərə çatdıqdan sonra dayanmaları olduğu nöqtələrin şüurundadırlar və əllərindəki ilə kifayətlənməyi bacarırlar.
Bunun əksini yaşayan insanlar isə, etdiklərinə yox, daima daha artıq nə edə biləcəklərinə fokuslanaraq hərəkət edirlər. Bir mövzuda qərar alana qədər, ola biləcək bütün alternativləri dəyərləndirməyə çalışırlar. Nəticədə bir qərara gəlsələr belə, bunun ən yaxşı nəticə olmadığına inanırlar və gördükləri heç bir işdən məmnun olmurlar.
FOMO, hər nə qədər neqativ təsirləriylə müzakirə olunan bir pozulma olsa da, bəzi insanlar üçün olduqca motivasiyaedici ola bilir. FOMO sayəsində bir çox insan sərhədlərinin xaricinə çıxaraq, özlərini hər gün daha çox inkişaf etdirməyə və yeni şeylər öyrənməyə çalışırlar.
FOMO-nun narahatlıq və stres yaratması, və ya motivasiya qaynağı olaraq istifadə edilib fərdi inkişafınıza faydalı olması arasında incə bir cizgi var. Bu cizgidə qala bilmək üçün də, daima anı yaşamaq, başqalarının həyatlarına yox, öz həyatımıza fokuslanmaq, və sosial medyada keçirdiyimiz zamanı düzgün tənzimləmək lazımdır.
Edə bildiklərinizə fokuslanıb bunlarla qürur duymağı bildiyiniz müddətcə, FOMO-nu, həyatınızı müsbət yöndə inkşaf etdirəcək bir vasitə olaraq istifadə edə bilməyiniz mümkündür.
Mənbə: uplifers.com
Hazrıladı: Fidan Aslanova