Göte- Alman şair, teatr yazarı, yazıçı, hüquqçu, filosof. Yohann Volfqanq Göte ( 1749-1832) Almaniyanın Frankfurt şəhərində, varlı bir ailədə dünyaya gəlib. Kiçik yaşlarından etibarən bir neçə xarici dil öyrənib. Fikri, nəzəri və bədii işığını başda öz ölkəsi Almaniya olmaqla, bütün Avropanın orta çağ qaranlığına yansıtmış; Fridrix von Şiller ilə birlikdə aydınlıqçı, duyğusal və romantik bir axını təmsil edən Veymar Klassisizminin baş rol oyunçularından biri olmuş və Alman ədəbiyyatında izləri silinməyəcək təsirlər buraxmışdır. Aydınlanma dövrü Qərb ədəbiyyatının nəhənglərindən sayılan və dünyaca məşhur “Faust” adlı poetik, fəlsəfi oyunun yazarıdır. Homerin İliadası və Oysesseusu, Dantenin İlahi Komediyası, Şeksprin dramları və Brecht-in oyunları kimi dünya ədəbiyyatının ehtiva etdiyi böyük mövzular, ədəbiyyatın yüzillər boyu davam edən adətləri təsirilə formalaşmışlardır. Bütün bu böyük əsərlərin ehtiva etdiyi mövzular, insana xas çatışmalar və qədərlər, müxtəlif xarakterlər vasitəsilə yansıdılmış və eyni zamanda toplumsal norm və dəyər mühakimələri ilə çatdırılmağa çalışılmışdır. Lakin bütün bu norm və mühakimələrin qarşısında duran, axına qarşı üzən, var olan qanunlara və toplumsal qadağalara qarşı gələn, soruşan və sorğulayan, cavablar axtaran fərdi başqaldrımalar da dilə gətirilmişdir. Götenin Faustu da bu xarakterlərdən biridir və hər nə qədər kainatın sirlərinə çatmaq adına ruhunu şeytana satmış, dünyəvi zövqlərlə ovsunlanmış görünsə də, şeytan qarşısında qazanmış biri olaraq çıxar, oxucunun qarşısına.
KİTABDAN SEÇMƏLƏR:
Daima ağıllı olun və örnək davranmağa çalışın; məntiq, ağıl, duyğu və ehtiras da daxil olmaqla, bütün xəyallarınızı yansıdın. Lakin bütün bunlara, dəliliyi də əlavə etməyi unutmayın.
Tanrı, yaratdığı insanın ətrafını canlı təbiətlə əhatə etdiyi halda, sənin ətrafın sadəcə duman, pis qoxu, heyvan skeletləri və ölü sümükləri ilə örtülüdür! Sıçra və qaç get! Bayıra, əngin dünyaya çıx!
Ruhlar aləmi qapalı deyil, əksinə, sənin hisslərin paslanmış və ölüdür. Haydı şagird, qalx, o ölümlü ürəyini, səhərin qırmızılığında yaxşıca yu.
Şən bir halqa olun, əl-ələ tutaraq.. gedin və müqəddəs duyğularınızı dilə gətirin. Tanrı tərəfindən yaradıldığınız üçün ona şükür edin!…
Qarşınızdakının sizi sevdiyini hiss edirsinizsə, ona doğru yaxınlaşın, qorxmayın.
Nizamlı, intensiv və sürətli bir çalışmanın ardınca ən gözəl mükafat gələr; böyük əsərin tamamlanması üçün min işçiyə yaxşı bir başçı kifayətdir!
Dünya üzərində qaçdım durdum; hər zövqü daddım, qeyri-kafi olandan əl çəkdim, əlimdən qaçanını isə buraxdım. Sadəcə istədim və hər istədiyimə çatdım, çatdıqca yenisini istədim; həyatımı gücdən istifadə edərək keçirdim; böyük və güclü addımlarla, indi isə onlardan imtina edərək sağlam fikirli və ehtiyatlı davranıram. Yer kürəsini kifayət qədər bilirəm, o biri dünyaya isə baxış qadağandır; qamaşan gözlərini ora çevirən və buludların üstündə özünə bənzəyən varlıqlar olduğunu zənn edənlər dəlidir! İnsan ayaqları üzərində sağlam durmalıdır və bu dünyaya baxmalıdır. Çalışqan olanlar üçün bu dünya laqeyd deyil. Sonsuzluqlarda dolaşmağa nə gərək var! Gördüyü hər şeyə sahib ola bilər, bu şəkildə dünya üzərindəki günlərini formalaşdıra bilər.
Zövq və səfa çəkmək, insanı pisləşdirər.
Yenəmi savaş? Ağlı olan bunu sevməz!
Trubaların səsi qulaqları necə kar edərsə, qısqanclığın oxları da insanı o cür parçalayar. Hər zaman belə olub!
İnsan yaşlanır, lakin ağıllanırmı, bilinməz.
Güc yerinə sürət!
Suyun olmadığı yerdə şəfa tapılmaz.
Əkilənin məhsulu, zamanla alınar!
Suflyorluq, şeytanın sənətidir!
Olduğum yerdə donub qalmaqda çarə axtarmıram. Ürpərti, insanlığın ən yaxşı tərəfidir; Dünya, insanın duyğularının dəyərini artırdığı kimi həyəcanlandığı zaman da fövqəladə olanı mənliyinin dərinliklərində hiss edər.
Yeni bir sözdən narahat olacaq qədər dar beyinlisən? Öncədən eşitdiklərinimi eşitmək istəyirsən, hələ də?
İnsan, bu zərif həyatın iplilkərini hörərkən üzərində olduqca düşünməlidir.
Yaxşılıq istəyən insan, öncə özü yaxşı olmalıdır.
Budur, günəş də doğur. İşığı, gözlərimi qamaşdırır. Təəssüf ki, gözlərim ağrıyır, başımı o biri tərəfə çevirirəm. İnsanın, ən önəmli istəyinin təsiri ilə bu cür gözləri qamaşar.
Unutma, anlayışlı və səbrli hərəkət etsən, zamanla hər çətinliyin öhdəsindən gələrsən!
Eşq, xoşbəxt olmaları üçü bir cütlüyü bir araya gətirir, lakin ilahi həzzləri yaşatmaq üçün ikini üçləşdirir.
Zamandan yaxşı istifadə edin, çünki tez keçər. Yalnız nizamlı olmaq, sizə zamanın necə qazanılacağını öyrədər.
Vəhşi arzular səssizliyə büründü; sadəcə insan sevgisi var, içimdə.. sadəcə Tanrı sevgisi canlanır, içimdə.
Quşların uçuşunu da heç bir zaman qısqanmıram. Onlardan fərqli olaraq, fikri zövqlər bizi kitabdan kitaba, səhfədən səhfəyə daşıyır! Qış gecələri belə dəyərli və gözəl olur, xoşbəxt bir yaşam bütün bədənimizi isidir. Bir də! Çox dəyərli bir perqamenti (perqament – Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi; Həmin material üzərində yazılmış qədim əlyazması.) açdınmı, bütün göylər sənin yanına.. aşağıya enmiş kimi olur.
Günəş batarkən, insan nə gözəl xəyallara qapılır.
Yeni üfüqlərə doğru çəkir məni, yeni bir gün.
Sözləriniz içdən gəlməlidir, ancaq bu şəkildə dinləyicilərin qəlblərini fəth edərsiniz. Sözləriniz içdən və səmimi olaraq gəlmirsə, qəlblərə çata bilməzsiniz.
Ey dünyanın ruhu, mənə elə yaxınsan ki, içimdəki yaşam gücü artır. Şərab içmiş kimi isinir, içim. Həyatın acı və xoşbəxtliklərinə qatlanacaq, fırtınada gəmi çatlayarkən gəmini tərk edib qaçmayacaq və çətinliklərə sinə gərə biləcək qədər cəsur hiss edirəm, özümü! Buludlar toplanır üzərimdə. Ay işığını gizlədir, lampa sönür. Dumanlar çıxır! Qırmızı işıqlar çaxılır, başımın ətrafında. Yağışa tutuluram birdən!
Hazırladı: Fidan Aslanova