Əgər səhər insanı deyilsinizsə, günün ilk saatlarında oyanıb yataqdan qalxmaq sizin üçün tam bir işgəncə ola bilər. Bir çoxumuz üçün gün, evdən çıxanda başlayır, lakin qəbul edək ki, ilk oyandığımız zaman günə başlamaq elə də sevimli bir şey olmaya bilər. Əslində, bunu tərsinə çevirmək mümkündür. Niyə də siz də səhərlər xoşbəxt bir şəkildə oyanan və günə başlayarkən həyəcan duyanlardan olmayasınız? Buna görə də, gəlin, səhərlər günə xoşbəxt başlamağın sirləri ilə tanış olaq:
1. Səhər yeməyi yeyin.
Yaxşı bir səhər yeməyi, həm bədənin, həm də ruhun qidasıdır. Lakin bir çoxumuz
səhərlər buna vaxt ayıra bilmədiyimiz üçün səhər yeməyini ötürürük. Halbuki, səhərlər sadəcə 15 dəqiqə daha erkən oyanıb səhər yeməyi yemək, daha asan oyanmağınızı və özünüzü daha enerjili hiss etməyinizi təmin edər.
2. Oyanan kimi əzələlərinizi gərin.
Səhərlər əzələlərinizi gərmək, bədəninizdəki qan dövranını sürətləndirir. Bu gərilmə hərəkətlərini yatağınızda belə edə bilərsiniz. Əzələlərinizi gərdiyiniz zaman ifraz olunan endorfin, stresinizi azaldar və günə daha pozitiv başlamağınızı təmin edər.
3. Televizora baxmayın.
Pis xəbərləri eşitdiyiniz zaman, asanlıqla kefiniz pozulursa, səhərlər oyanan kimi televizoru açmayın. İrəliləyən saatlarda xəbərləri almaq üçün çox vaxtınız olacaq.
4. Musiqi qoyun.
Sizi yaxşı hiss etdirən mahnılardan ibarət bir albom hazırlayın və səhər oyanan kimi bu musiqilərlə günə başlayın.
5. Gecədən hazırlıq görün.
Açarlarınızı və pul qabınızı tapmaq, paltarlarınızı seçmək, işə gedərkən yolda oxuyacağınız qeydləri çantanıza qoymaq üçün tələsərkən əslində günə neqativ bir başlanğıc etmiş olursunuz. Bunun yerinə, gecə 10 dəqiqənizi ayırıb hazırlıq görərək səhərlər daha az narahatlıqla oyana bilərsiniz.
6. Yataq otağınızı təmizləyin.
Səhərlər təmiz bir otaqda oyanmaq, günə daha yaxşı duyğularla başlamağınızı təmin edir. Yataq otağınızı gecədən təmizləsəniz, etməli olduğunuz işlər siyahınızdan önəmli bir maddəni çıxarmış olarsınız.
7. Ətrafınızda təbii çiçəklər olsun.
Elmi araşdırmalar, çiçəklərin insanları daha xoşbəxt etdiyini deyir. Səhərlər oyanan kimi ilk görəcəyiniz bir yerə təbii çiçəklər qoyun.
8. Telefonunuzda zəngli saatı təxirə salmayın.
Səhərlər zəngli saatla oyanırsınızsa, təxirə salma düyməsinə qətiyyən basmayın. Araşdırmalara görə, zəngli saatınızı təxirə salmaq, daha yuxulu və yorğun bir halda oyanmağınıza səbəb olur.
9. Pərdələri yarı açıq saxlayın.
Hava şəraiti və günəş işığı hamımızın ruh halını dərhal dəyişdirir. Sə
hərlər günə daha yaxşı başlamaq üçün oyandığınız zaman, qoy otağınıza biraz günəş işığı düşsün.
10. Yatağa 1 saat erkən girin.
Yatağa erkən girdiyiniz zaman ola bilsin dərhal yata bilməyəcksiniz. Lakin belə etməklə, bədəninizə yuxuya hazırlaşması üçün zaman vermiş olarsınız. Üstəlik beləcə, səhərlər daha asan və daha erkən oyana bilərsiniz.
11. Sosial şəbəkədən uzaq durun.
Səhərlər oyanan kimi bir çoxumuz mobil telefonlarımızı əlimizə alıb sosial şəbəkə hesablarımızı yoxlayırıq. Bir də, səhərlər oyandığınız zaman, sosial şəbəkədən uzaq durmağa çalışın. Fərqi, qısa zamanda hiss edəcəksiniz.
12. Kürəküstü yatın.
Araşdırmalar göstərir ki, ən yaxşı yuxu pozisiyası, kürəküstü yatmaqdır. Daha dincəlmiş bir halda oyanmaq üçün kürəküstü yatmağa çalışın.
13. Səhərlər 30 dəqiqə erkən qalxın.
Səhərlər erkən oyanmaq, günün digər hissəsini daha məhsuldar və pozitiv keçirmək üçün kilid əhəmiyyəti daşıyır.
14. Duş qəbul edin.
“Yaxşı bir duşun həll edə bilməyəcəyi heç bir şey yoxdur.” deyirlər. Səhərlər ən sevdiyiniz sabun və ya duş geli ilə ilıq bir duş qəbul edərək günə başlamağı yoxlayın.
15. Evdən çıxamadan günəş eynəyinizi taxın.
Günəşli havalarda eynəksiz bayıra çıxmaq, gözlərinizi qısmağınıza və qaşlarınızı çatmağınıza səbəb olur. Bu da, olumsuz duyğuları ağıla gətirə bilər və ruh halınıza təsir edə bilər. Buna görə də üz ifadənizin neqativ bir hal alaraq ruh halınıza təsir etməməsi üçün, günəş eynəyinizi taxmağı unutmayın.
16. Qəhvə için.
“Qəhvə və günəş insanı yaxşı hiss etdirir.” deyirlər. Səhərlər səkinin günəşli tərəfindən yeriyin və ya ən yaxın qəhvə dükanından sevdiyiniz kimi bir qəhvə alın.
17. İlham verən bir şeylər oxuyun.
Səhərlər ilham verici sözlər oxumaq, günə yaxşı başlamağınızı təmin edə bilər.
18. Paltarsız yatın.
Paltarsız yatmağın saysız-hesabsız faydası var. Məsələn, paltarsız halda oyandığınız zaman, özünüzü daha seksual və daha dincəlmiş hiss edə bilərsiniz. Üstəlik, paltarsız yatmaq, qarın bölgəsindəki yağlardan qurtulmağınıza kömək edər.
19. Yatağa girmədən öncə yemək yeməyin.
Rahat bir yuxu yatmaq istəyirsinizsə, gecələr yatağa girmədən öncə bir şeylər yemək vərdişindən vazkeçməlisiniz.
20. Əyləncəli bir zəngli saat səsi təyin edin.
Səhərlər sevdiyiniz bir musiqi ilə oyanmaq kimisi yoxdur. Hazırlanarkən sevdiyiniz mahnıları dinləmək qədər, sizi oyandıran zəngli saatın səsi də, ruh halınız üzərində təyin edici rol oynayır. Buna görə də zəngli saatın səsini yumşaq və təbii səslərdən seçməyi və arada dəyişdirməyi unutmayın.
Mənbə: www.uplifers.com
Hazırladı : Fidan Aslanova