HƏCC TARİXİ

Həcc ibadəti bir çox cəmiyyətdə var. Yaponlar, ataları Günəşin, hələ də yaşadıqları adaya enərək bir az dolaşdığını, sonra təkrar göyə qalxdığını düşünürlər. Atalarının onlara bəxş etdiyi bu şərəfin xatirəsi olaraq Yaponlar, eyni cığırı piayada izləyərək qət edir və bu onların həcci sayılır.

qanq-nehri-həccHindistanın hindliləri fərqli bir həcc təsəvvürlərinə sahibdirlər. Tanrı görünmədiyindən, ona tənzim etmək üçün ilahi yaradıcı gücün ən böyük təzahür etdiyi yerləri ziyarət etmək lazımdır. Qanq çayi ən əhəmiyyətli çaydır. Qanqın qaynağını ziyarət etmək üçün səfər etmək hindlilərin ən əhəmiyyətli həccidir. Qanq, Alfahabad yaxınlığında, digər bir böyük çay olan Yamuna ilə birləşir və bu birləşmə yerində, xüsusilə ay və günəşin tutulmaları kimi xüsusi əhəmiyyətli vaxtlarda yuyunmaq da Hindi dininin ən böyük həcclərindən biridir.

Budda, vəhyi bir yabanı əncir ağacı altında almışdır. Əvvəl bu ağacı, sonra da bu müqəddəs ağacın köhnədən var olduğu yeri ziyarət etmək Buddistlərə görə həccdir. Bir dinin qurucusunun doğum yeri, onun dəfn edildiyi yer, bir möcüzənin meydana gəldiyi yer, müxtəlif cəmiyyətlərə görə yer üzünün fərqli bölgələrində həcc edilməsinin səbəblərini meydana gətirərlər.

İslam öncəsi Ərəblərdə Kəbə bütpərəstlərin ən müqəddəs məbediydi və bölgə xalqlarının həcc məkanıydı. Kəbə əldəki dəlillərə görə İbrahim peyğəmbər tərəfindən m.ö 800-cü illərdə inşa edildiyi bilinməkdədir. Ayrıca, Kəbə heç bir zaman Yəhudilər və Xristianlar tərəfindən müqəddəs sayılmamışdır. Tövrat və İncildə Kəbə ilə əlaqədar tək bir ayə belə olmaması bunu sübut edir. Kəbə m.ö 800-cü illərdən sonra bütpərəstlər tərəfindən Allahın evi olaraq xatırlanmağa başlanmışdır. (A Guide to the contents of Quran Faruq Sherif, Reading, 1995, pgs. 21-22., Muslim)

q%c9%99dim-k%c9%99b%c9%99-h%c9%99ccBütpərəstlər Kəbə ətrafında 7 dəfə təvaf edərdilər. Qureyş xaricindən gələn Bədəvi bütpərəstlər təvafı çılpaq olaraq görərdilər. Bütləri ziyarət, Həcərül-Əsvəd daşına əl sürtmək və öpmək, Səfa və Mərvə təpələri arasında gedib gəlmə, şeytan daşlama həcc ibadətinin ən əhəmiyyətli rituallarından idi və indi də davam etməkdədir.
Bütpərəstlərin həcc əsnasında həmişə bir ağızdan etdikləri təlbiyə də eynilə belə idi:

“Lebbeyk Allahümme lebbeyk. La şərikə ləkə illa şerikun huvə lek.Temlikuhu və ma-mələk.”

Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
10   0  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Bir cavab yazın