Günün ilk saatları, işləyənlər tərəfindən önəmli olmayan məşğuliyyətlərlə keçirilsə də, geriyə qalan saatlardakı məhsuldarlığa və performansa birbaşa təsir edir. Buna görə də iş yerindki ilk saatları uyğun bir şəkildə dəyərləndirmək və bir rutin oturtmaq hər səviyyədəki işçi üçün çox önəmlidir.
1. İşə vaxtında gedin.
İşə vaxtında getmək lazım olduğunu hər kəs bilir, lakin çox az insan tətbiq edir. Gecikərək, sadəcə iş yerində işləyənlərdə mənfi bir təəssürat yaratmaz, gününüzün geriyə qalanını da səmərəsiz keçirərsiniz. İşə vaxtında gəlmək, bütün gününüzü planlamağınıza və özünüzü iş gününə hazırlamağınıza köməkçi olar.
2. Dərin bir nəfəs alın və rahatlanın.
İşə gələn kimi yerinizə əyləşin və sadəcə içində olduğunz ana fokuslanaraq nəfəs məşqləri etməyi yoxlayın. Bir çox insan işə gərgin və yorğun olaraq gəlir, çünki iş həyatı xaricində də gündəlik həyatın məsuliyyətləri ilə məşğul olmaq lazımdır. Bütün bu yorğunluğun üzərinə, daha stresli və intensiv bir iş prosesinə girməli olan insanlarda bəzi psixoloji narahatlıqlar və bunalmalar ola bilər. Bu səbəblə, bir neçə dəqiqəliyinə də olsa, gündəlik həyatdan uzaqlaşmaq və sadəcə özünüzlə baş-başa qala biləcək anlar yaratmaq , günün digər hisəsini motivə olunmuş və aktiv keçirə bilməniz üçün önəm daşıyır.
3. Güclü bir səhər yeməyi yeyin.
Hər zaman söylədiyimiz kimi, səhər yeməyi günün ən önəmli yeməklərindən biridir. Zəngin bir səhər yeməyi gün içindəki enerji səviyyəmizə və işləmə performansımıza birbaşa təsir edir. Sadəcə fiziki olaraq yox, zehni olaraq da sağlam və gümrah olmağımızın ən önəmli təyin edicilərindən biri, səhər yeməyidir.
4. Hər günə yenilənmiş olaraq başlayın.
Dünəndən qalmış layihələr üzərində işləmək və ya köhnə işlərinizlə bağlı sənədlərlə əlləşmə vəziyyətində ola bilərsiniz. Hansı durumda olursuz olun , hər günə bomboş və təmiz bir səhifə açırmış kimi başlayın. Çox önəmli olmayan və dünəndən qalan işlərinizi o gündə buraxaraq, gün içində görəcəyiniz işlərə daha asan fokuslana bilər və daha uğurlu işlər ortaya çıxara bilərsiniz.
5. Duyğularınızı kontrolda saxlayın.
Modunuzu kontrolda saxlamağa və o ankı ruh halınızın ətrafınızdakılar üzərindəki təsirlərinə fokuslanın. İş yerində istəyəcəyiniz ən son şey, içində olduğunz ruh halının ətrafınızdakıları təsirləndirməsi olacaqdır. Səhərlərə kefsiz başlayırsınıza, bunun fərqinə vararaq enerjinizi yüksəltməyə və ofisdəykən daha pozitiv olmağa foksulanın. Sizi canlandıracaq bir şeyər için və ya xoşbəxt edəcək bir video izləyin.
6. Gününüzü planlayın.
İş vaxtınızın ilk bir saatı, günü planlamaq və edəcəklərinizi öncəlik sırasına qoymaq üçün ən uyğun zamanlardır. Bir çox insan səhər saatlarında diqqətini toplamaqda çətinlik çəkir və bu zamanı, önəmsiz kimi gördükləri məşğuliyyətlərlə dəyərləndirməyə çalışırlar. İşləyənlərin səhər saatlarında ilk etdikləri şey adətən e-mail-ləri yoxlamaq və lazımsız email-ləri silməkdir. Lakin, diqqətin dağınıq olduğu səhər saatlarında önəmli olan mail-lər də digər maillərlə birlikdə silinə bilər və gün içində gərəksiz yerə stres yaşamağınıza səbəb ola bilər. Bu səbəblə, səhərin ilk saatlarını mail -ləri yoxlamaq əvəzinə, günü planlamaq və ya bir öncəki gün nələr etdiyinizə göz gəzdirmək üçün istifadə edə bilərsiniz.
7. Anda yaşayın.
Səhər insanı olmasanız belə, ofisə gəldiyiniz zaman bir şəkildə oyaq olmaq məcburiyyətindəsiniz. Xüsusilə də idarəçi vəzifəsindəsinizsə, fiziki və zehni olaraq içində olduğunuz anda olmaq, insanlarla əlaqədə olmaq çox önəmlidir. Bir çox işçi üçün, səhərə müdürünün gülümsəməsiylə başlamaq və pozitiv bir müdürlə işləmək önəmli bir motivasiya qaynağıdır. Bu səbəblə, iş yoldaşlarınızla əlaqədə olmaq, o an iş yerində olduğunuzun şüurunda olaraq həm sizin, həm də bərabər işlədiyiniz insanların performasına birbaşa təsir edir.
8. İş yoldaşlarınızla paylaşımlar edin.
Bir çox işçi üçün günə 5-10 dəqiqəlik bir söhbətlə başlamaq olduqca təsirli ola bilər. Rahat bir ortamda, hərkəsin o gün edəcəklərini paylaşdığı və digər işçilərlə paylaşmaq istədiyi digər mövzuları dilə gətirdiyi qısa bir toplantı, günün digər hissəsini daha təsirli keçirə bilmək adına yararlı olacaqdır.
9. İşlədiyiniz yeri səliqəyə salın.
Masanızın üzərini təmizləmək və ya özünüzə işləyə biləcəyiniz bir məkan yaratmaq, günün digər hissəsini geniş və təmiz bir ortamda keçirməyinz baxımından önəm daşıyır.
Gün içində beyninizdə qarışıqlıq yaratmasın deyə, dünəndən qalan işlərinizi, qeydlərinizi, sənədlərinizi bir kənara qoymaq və yeni günə yeni və boş bir iş ortamıyla başlamaq, daha təsirli və sürətli işləməyinizə kömək edəcək.
10. İşdə olmaq məqsədinizi özünüzə xatırladın.
Hər səhər işə gəlməzdən öncə və ya işləməyə başlamadan öncə, özünüzə işə getməyinizin ana səbəbini xatırladın. Gün içərisinidəki bütün işinizi bir məqsədə bağlamaq və bu məqsədi özünüzə hər gün xatırlatmaq, performansınız baxımından önəmli bir motivasiya qaynağıdır.
Mənbə : www.uplifers.com
Hazrladı: Fidan Aslanova