25 qram zeytun yağı: Sidikdə,hüceyrələrə zərər verən maddələri yox edir,ürəyi qoruyur,yaxşı xolestrol səviyyəsinin artmağını təmin edir, xərçəngin qarşısını alır.
5 ədəd qoz: Beyin və zəka inkişafını dəstəkləyir,bədənə enerji verir,yaddaşı gücləndirir,həzmsizliyi,ishalı və qəbzliyi aparır.
Bir ovuc fındıq: Bədənə güc və enerji verir, ürək və damar sağlamlığı baxımından faydalıdır, qansızlığın qarşısını alır, sümük inkişafını dəstəkləyir.
40 qram badam: Ürəyi xəstəliklərə qarşı qoruyur, E vitamini baxımından zəngindir, antioksidantdır və yaşlanmanın qarşısını alır.
1 diş sarımsaq: Qanın laxtalanmasını əngəlləyir, təzyiqi nizamlayır, antibiotik vəzifəsini yerinə yetirir.
3 alma: Pis xolestrolu salır, qanı təmizləyir, dəri xəstəliklərinə yaxşı təsir edir, sidik qovucu özəlliyi sayəsində böyrəkləri qoruyur, qaraciyər, mədə və beyinə müsbət təsirləri var.
5-6 ədəd qaysı: Dərini qidalandırır, nəmləndirir və yumşaldır, qəbzliyin qarşısını alır, fiziki və zehni yorğunluğu aparır.
1 dəstə keşniş: C vitamini anbarıdır, mədə və bağırsaq qazlarını aparır, qanı təmizləyir, toksinləri bədəndən atır, qum, böyrək daşı, təzyiq və damar sərtliyinə qarşı təsirlidir.
2,5 litr su: Enerji verir,maddələr mübadiləsini sürətləndirir,çəki itirməyə kömək edir,dərini yumşaldır və təzə saxlayır,bədəndəki bir çox orqanı təmizləyir, stresi yox edir, yorğunluğu aparır və s.
İki fincan qəhvə: Beyni xolestrolun zərərlərindən qoruyur.
Üç stəkan çay: Sinə xərçənginin qarşısını alır, iflic riskini azaldır.
3-4 stəkan yaşıl çay: Maddələr mübadiləsini sürətləndirir.
İki stəkan süd: Sümük əriməsi və bağırsaq xərçənginin qarşısını alır, kalsium ehtiyacını qarşılayır, dişləri və sümükləri qüvvətləndirir.
5 porsiya meyvə: Vitamin ehtiyacı üçün…
Həftədə 3 dəfə balıq: İçindəki omega 3, ürək- damar xəstəliklərinə qarşı qoruyucu bir qalxandır, xolestrolu nizamlayır, zehnin inkişafını və öyrənmədə asanlığı təmin edir, şiş yaranmasını, nevroloji və psixoloji narahatlıqları əngəlləyir.
Həftədə 3-4 dəfə yumurta: Yumurta sarısındakı A vitamini, göz, diş və sümük inkişafı üçün önəmlidir. Çox az qidada tapılan D vitamini, yumurtanın sarısında var və uşaqların sümük inkişafı üçün çox önəmlidir. İçərisində 13 ədəd vitamin və mineral var.
Mənbə: www.zaman.com.tr
Hazırladı: Fidan Aslanova