“Özünü başqaları ilə müqayisə etmə”, “Heç kimə həsəd aparma” kimi sözləri tez-tez işlədərik. Bəs necə həsəd aparmayasan ki, qonşu yenə maşının dəyişdi, iş yoldaşım daha yüksək vəzifəyə qaldırıldı, ancaq məndə yeniliyə dəyişən bir şeylər yoxdur ki, yoxdur. Bu vəziyyətdə növbəti özünüqınaq sancısından xilas olmaq nə qədər mümkündür, hətta bunun depresiyaya və ya mədə qastritinə aparacağını bilsək belə. Ancaq kefinizi pozmağa dəyməz. Bəli, bu zəhərlənmədən də xilas olmağın çox sadə bir yolu vardır. Sadəcə bir anda dayanaraq özünüzdə var olanları təkrar gözünüzün önünə gətirərək onların nə qədər dəyərli olduğuna baxın. Və bundan sonra həyat yenə də ölçuyə gəlməz və parlaq bir şəkildə davam edəcəkdir. Həqiqətən də nə qədər gözəl yaşamağınızı anlamaq üçün bu əlamətləri sizə təqdim edirəm və bundan sonra qoyun başqaları sizə həsəd aparsın.
- Sizin ailə daxili münasibətləriniz bu gün əvvəlki illərlə münasibətdə daha da sakitdir.
- Siz arzuladığınız sərvətə sahib olmasanızda hərəkətli bir həyat yaşayırsınız.
- Sizə kömək və dəstək olsunlar deyə basqalarına müraciət etməkdən çəkinmirsiniz.
- Siz böyük məmnuniyyətlə evə qayıdırsınız.
- Siz daima tələblərinizi artırırsınız.
- Sizə yaşamağa mane olan şeylərdən kənarlaşmağı bacarırsınız.
- Sizə guzgudə görmək istədiyiniz adamı görəndə xoş olur.
- Siz daxilinizdəki qərəzlərə qarşı üğurla mübarizə aparmağı bacarırsınız, hətta artiq pozitiv düşüncələri dəstəkləyirsiniz.
- Sizin üçün əlindən gələni əsirgəməyən bir dostlar çevrəsinə maliksiniz.
- Siz artıq anlayırsınız ki, maneələr və uğursuzluqlar yüksəlişə gedən bir prosesin parçalarıdır.
- Sizə muxtəlif insanlardan “səni çox sevirəm”, “sən çox dəyərlisən” kimi sözlər eşitmək nəsib olmuşdur.
- Siz dəyişə bilmədiklərinizi qəbul edir, qəbul edə bilmədiklərinizi dəyişə bilirsiniz.
- Siz artıq heç nədən gileylənmirsiniz, əksinə hadisələrə fokuslanrsınız.
- Siz valideynlərinizi gunahlandırmırsınız, onları olduqları kimi qəbul edirsiniz.
- Siz başqalarının sizin haqqınızdakı fikirlərindən artıq narahat olmursunuz.
- Sizi keçmiş partnyorlarınızın öz yolları ilə getməsi xosbəxt edir.
- Siz başqalarının ugurlarını diqqətə almağı (qeyd etməyi) bacarırsınız.
- Siz olayları hiss etməyi və bu hisslərinizi başqaları ilə paylaşmağı bacarırsınız.
- Sizin vaxt və əmək sərf etdiyiniz bir məşğuliyyətiniz vardır.
- Siz tərifləri (kompliment) düzgün qəbul etməyi bacarırsınız.
- Sizin həyatınızda səbirsizliklə gözlədiyiniz hadisələr və tarixlər vardır.
- Sizin artıq çatmış olduğunuz hədəfləriniz vardır.
- Siz başqalarının dərdinə şərik olmağı bacarırsınız.
- Siz işinizlə böyük əlaqənizin olduğunu hiss edirsiniz.
- Siz sevməyi və başqasının da sizə sevgisini qəbul etməyi bacarırsınız.
Müəllif: Dmitri Qorçakov
Hazırladı: Qüdrət Hidayətov
Каш ки,фәлсәфә елми бәшәријјәт үчүн әввәлки јерләрдән бириндә өзүнә јер едә.