HƏYATI NECƏ YAŞAMALIYIQ?

həyatı necə yaşamalıyıq“Həyatı necə yaşamalı?”, “Həyatda nə etməli?” kimi suallar soruşuruq. Bu suallar, fərdin gün ərzində edəcəklərini deyil, insanın həyatdakı mövqeyini sorğulayır. Bir hadisəni ya da edilənləri deyil, hadisələrə yanaşma tərzini şərh etmək hədəfi var. İnsanın özü ilə danışmasında, insanlığı düşünməsindədir. İnsanlıq ömrünü necə keçirəcəkdir? Olması lazım olan bir davranış varmı, necə yaşamaq lazımdır? Dərhal söyləməliyik ki, belə bir lazımlılıq yoxdur. İlk öncə, təbiətdəki digər varlıqların var oluşlarına baxaraq universal bir həyat tərzinin olmadığını söyləyə bilərik. Tam əksinə, fərqliliyin həyatın bir qanunu olduğu deyilə bilər. Yenə də, cəmiyyət halında yaşayan insanların bir-birini azad edən, eyni zamanda maneə törədən həyat sahələri vardır.

Həyatın gedişatı onu fərq edənləri çaşdırar. Həyatı sorğulayanlar həyat mexanizminin mürəkkəbliyi qarşısında heyrətə düşər. Həyatı müşahidə etməyənlər, parçası olduqları bütünə qarşı yadlaşırlar. Əslində, yadlaşmalarının fərqinə varırlar da deyilə bilər.
həyatı necə yaşamalı
Hər kəsin fərqli şəkillərdə yaşaması təbii vəziyyətdir. İnsan özündən başqasını narahat etməyəcək şəkildə yaşamalıdır. Başqalarının varlığına hörmətli olma, xoşgörüşlü davranma, ən əhəmiyyətli öncəliklərdir. Ancaq birlikdə varıq. Bütün varlıqlar bir-birinə bağlıdır. Həyatı necə keçirəcəyimizə dair ilk prioritetimiz birlik anlayışıdır. İnsan tək başına insan deyil. Heç tək başına olmamışdır. Ola da bilməz.

Həyatı necə yaşamalı sualına veriləcək cavablardan birincisi, “birlikdə” olmaqdır. Bu, ətraf mühitə qarşı məsuliyyətimizdir. İkinci prioritet də özümüzə dair məsuliyyətdir. Fərd olaraq yaşamanın bir səbəbi vardır. Biz həyatın müxtəlif sınaqlarıdır. Ayrı bir bütün olmağımızın səbəbləri vardır. Fərqlilik və təcrübə həyatın bilinən ən diqqətə çarpan xüsusiyyətləridir. İnsan, fərqlilik məxluqatda təbiətdən bir xeyli ayrılmış vəziyyətdədir. Millətlər, ailələr, qruplar, fikirlər deyərkən öz dünyalarımızı meydana gətirmiş vəziyyətdəyik. Təbii gedişatımız fərqli olmaq və dəyişik yanaşmalar sərgiləməkdir.

Yaşamaq tərzimizə bağlı ilk prioritetimiz birlikdəlik, ikinci prioritetimiz fərqlilik olmalıdır. Bir-birinə zidd olsa da, bu ikisi, insanın xəzinəsidir. Cəmiyyət olaraq insanlıq fərqliliyini formalaşdırırıq. Fərqliliyimiz də cəmiyyəti istiqamətləndirən, ona təcil qazandıran və ətrafımıza təsir xüsusiyyətimizdir. Fərd, digərlərinin diqtəsinə uymamalıdır. Özü mühakimə etmə və sorğulama qabiliyyətinə sahib olmalıdır. İnsanlıq tarixi ictimai birlikdəlik və fərdi fərqlilik sayəsində formalaşmışdır. Hər şeyi düşünüb, sorğulayaraq tətbiq etməliyik. Bir-birindən nifrət edən insanlar və sorğulamayan kölələr yox olmağa məhkumdur. Başqalarının varlığına hörmətli və sorğulayıcı fərdlərdən ibarət olan cəmiyyətlər hədəf olmalıdır. Həyatı ətrafımızla və düşünərək yaşamalıyıq.

Mənbə: www.dmy.info
Tərcümə edən: Vüsaləddin Rüstəmov

Beyenmeler
17   0  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın