Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Hamısı açıq-aşkar kitabdadır. 11/6
Burada ayə çox açıq ifadə edir:
Statik olan hər bir şey Allahın bilgisindədir, çünki bu statika zatən onun bilgisi üzərə var olmaqdadır. Canlılar, onların müxtəlifliyi, onlar üçün qidalar və bunun möhtəşəm tarazlığı, canlılar arasında əlaqə və bütün bu statikanın içində var olan bütün qanunlar – bunlar hamısı Allahın bilgisindədir və təyin olunmuşdur.
Bura yeganə dinamiklik qatan, yaradıcılıq edən və eyni zamanda pozuntu yaradacaq qədər özgür olan İNSAN İRADƏSİDİR. İnsan kainatla üz-üzə qalır, fitrəti ilə ətraf arasında bir bağ (ağıl) qurur, oxuyur, kəşf edir və istehsal edir. Bu onun yaradıcılığıdır, amma birmənalı deyil. Bütün bunlarla həm də tarazlığa təsir edir. İnsan bu tarazlığı pozur, qanunları çeynəyir və qan tökən, fəsad salan birinə çevrilir.
Tarazlıq qanununa əməl etsə idik, dünyada milyonlarla ac insan ola-ola futbol klublarında milyardlarla pullar xərclənməzdi. Milyardlarla insan susuzluqdan, natəmizlikdən əziyyət çəkdiyi halda kosmetika sənayesinə milyonlar xərclənməzdi. Məncə, məsələ bizdədir, yaradılış olaraq hər şey qeydli və qüsursuzdur.
İnsanın etməsi gərəkən şe,y Allahın bu gözəl sisteminə təslim olmaqdır, sistemi özünə təslim etməyə çalışmaq deyil. Gəlin bu statikada doğru dinamikliyimizi (hikmət) icra edək!
Müəllif: Vüsaləddin Rüstəmov
Quranın Allah tərəfindən gəldiyini ateist adam necə sübut etmək olar?