Keçmişdəkilər guya hər şeyi tək başına bilmək və yenə hər şeyi tək başına etmək istəyirdilər. Bu isə həm elmin, həm dövlətin yöndəmsizləşməsi demək idi. Bilinməsi və edilməsi lazım olanlar bölünməli, qısaca əhəmiyyətli olan ixtisas (mütəxəssislik) olmalı idi. Belə ki, əhəmiyyət verildi də. Dahası bu əhəmiyyət verilmə işi o qədər şişirdildi ki, ingiliscədə belə bir deyimin ortaya çıxmasına vəsilə oldu.
“A specialist is a man who knows more and more about less and less, until he knows everything about nothing.”
“Mütəxəssis, az, lap az şey haqda çox, lap çox bilən; nəhayətində heçnə haqda hər şeyi bilən adamdır.”

Doğrudur, bu günün mütəxəssisləri “hər şey” haqqında “heç bir şey” bilirlər. Müasir dövrdə, çox şey bilmək bir növ “çoxbilmişlik” olaraq qəbul edildiyindən, tək bir mövzunu bilmək, fəqət o mövzunu dərinləməsinə, hər yönüylə bilmək, istər-istəməz daha çox sayda şeyi biraz bilməkdən daha məqbul görülürdü (burda keçmiş zamandadırmı? Keçmiş zaman cümlənin halına uymur.). Mütəxəssis, tək bir mövzunu nə qədər mümkündürsə o qədər çox bilməyə çalışan adam idi.
Bu, metafizikanın fəlsəfədən həm də böyük bir həvəslə ələnmək istənildiyi illərin, qısaca intibah aydınlanmasının bir hədiyyəsidir. Çünki fəlsəfə, əsrlərdir insanı və təbiəti bütünü ilə qavramaq məqsədilə öyrənilir, həqiqətin elminə nail olmaq istəyən taliblər, mümkün olub olmaması bir yana, həqiqətin bütününə, hətta tamamına nail olmaq istəyirdilər.
Həqiqət isə, sırası ilə əvvəl simvolların (yazı), sonra sözlərin (dil), sonra anlayışların (məntiq-riyaziyyat), sonra cismlərin (obyektlərin) və ən nəhayət sonda bütünün (metafizika) məlumatına (elminə) çatmağı lazım edirdi. Bilmək, “bilməyi” bilmək idi. İnsan özünü bilməyə, özünü tanımağa çalışmadığı təqdirdə, yəni həqiqi məqsədi özünü tanımaq olmadığı təqdirdə, cəhdlərinin boşa gedəcəyini əsla ağlından çıxartmamalıydı.
Elmlər yavaş-yavaş fəlsəfədən, yəni bütünün elmindən ayrıldıqca, ortada işarə ediləcək hər hansı bir bütün(lük) qalmadığı kimi, hər elm öz sahəsinə qarışacaq başqa bir qonşu da istəmədi.
Elmlərin sinifləndirilməsi, daha əvvəl metafizikanın işi idi. Çünki metafizika valığın, yəni bütünün elmi idi, bütün elmlərin üstündə idi. Bu vəzifə fəlsəfənin əlindən alındı məntiqə verildi. Bu səbəbdən məntiq də iki yerə ayrıldı. İlki tamamilə zehnə, ikincisi elmlərin təsnifinə yönəldi.
Bu da işə yaramayınca, Psixologiya (İlm’un-Nefs) elmlərin təsnifindən özü məsul olmaq istədi. Çünki, biraz da Kantın təsiriylə, təsnif işi zehnin vəzifəsi qəbul edilmiş, istər-istəməz zehni araşdırma inhisarını öz əlində saxlamaq istəyən Psixologiya alimləri, bu işin ancaq özləri tərəfindən edilə biləcəyinə inanmışdılar.
Olmadı. Bu dəfə də Metodologiya deyə yeni bir elm inşa edildi. Onun da ömrü çox uzun çəkmədi. Yeni çıxmış sosyoloqlar, riyaziyyatın müasir dövrdə qazandığı etibardan istifadə ilə statistika hesabları ilə oynamağı mərifət bildilərsədə heç cürə bu məlumat toplusuna elm (dəqiq məlumat) ünvanını qazandira bilmədilər. Bütünlük sona çatmış, elmləri bir iyerarxiya daxilində sıralamaq imkanı az qala tarixdə qalmışdı.
Təbiət ilə insan arasina çəkilən qalın xətt, təbiət elmləri ilə cəmiyyət elmlərini, sadəcə mövzu etibarı ilə deyil, metod etibarı ilə də fərqli hücrələrə həbs etdi. Təbii ki, hər biri öz aralarında ayrıldıqca ayrıldılar. İnsan məlumatı üzərinə əvvəl binalar sonra müəssisələr tikildi və ancaq buralarda ixtisas arxasından qaçan mütəxəssilər, daha az şey haqqında get-gedə daha çox şey bilən, sonunda heç haqqında hər şeyi bilən kadrlar halına gəldilər.
Dini elmərin başına gələn bəla da təəssüf ki eynidir. Din kimi insanın, həyatın, düşüncənin, duyğuların, xülasə varlığın bütününə məna verən, bu bütünü şərh edən bir dərk etmə-şərh etmə ənənəsinə mənsub olmalarına baxmayaraq, günümüzdə ilahiyyatçılıq ve parçaçılıq arasında az qala fərq qalmamasının ən əhəmiyyətli səbəbi bu əmək bölgüsü anlayışıdır. Nəticədə Təfsir elmində ixtisaslaşanlar Hədis elmindən, Hədis elmində ixtisaslaşanlar Fiqh elmindən xəbərsiz qaldılar. Nə bu elm sahələrilə maraqlananların Bəlağat, Məntiq, Kəlam, Təsəvvüf, Fəlsəfə, Riyaziyyat elmləriylə, nə də bu elmlərə yönələnlərin digərləriylə ciddi qəbul ediləcək heç bir təmasları olmadı. Tarix, Ədəbiyyat, Şeir, Musiqi kimi xüsusi sahələrə gəldikdə, çoxu ümumi dünya görüşü səviyyəsində də bu sahələrə maraq göstərməyi bacarmadı.
Nəticədə, sahəsi nə olursa olsun mütəxəssisin payına düşən heç bir şey haqqında hər şeyi bilmək olduğu halda, mütəxəssis olmayanın payına hər hansı bir şey haqqında az qala heç nə bilməmək düşdü. Əfsuslar olsun ki, bir vaxtlar bilmək bilməyi bilmək idi. Bilmək özü etibarı ilə özünü bilmək idi.
Müəllif: Dücanə Cündioğlu
Tərcümə edən: Bəhruz Nurməmmədov