HİPNOZ, CADU VƏ SEHRBAZLIQ DEYİL!

Hipnoz hər birimizin şüurunda kiçik də olsa narahatlıq yaradan sirli bir anlayış kimi yer alıb. Bunun ən əsas səbəbi isə hipnoz haqqında olduqca az məlumatlı olmağımız və eyni zamanda bildiklərimizin də əksəriyyətinin səhv məlumat olmasıdır. Beləliklə biz bu mövzuda hipnoz və onun haqqında yanlış bilinənlərə aydınlıq gətirəcəyik.

Hipnoz nədir?

hipnoz
Hipnoz yuxu ilə ayıqlıq arasındakı vəziyyətdir və diqqətin artaraq bir şey üzərində toplanmasıdır.

Hipnoz anlayışı “hypnos” sözündən götürülüb və qədim yunan əsatirlərində Hypnos yuxu tanrısı olaraq qəbul edilir. Ancaq həqiqətdə hipnoz yuxudan tamamilə fərqli bir vəziyyətdir. Rahat anlaşılsın deyə qısaca hipnoz yuxu ilə ayıqlıq arasındakı vəziyyətdir və diqqətin artaraq bir şey üzərində toplanmasıdır deyə bilərik. Hipnoz əsasən şüurumuzun duyğu, düşüncə, davranış və yaddaş kimi sahələrinə tətbiq edilən və dəyişiklik yaradan üsuldur. Bu dəyişikliklər psixoloji görüntülər və şifahi təlqinlərlə birləşdirilərək daha da güclü təsir gücünə malik olur. Psixi obrazlar diqqəti xüsusilə bir vəziyyətə yönəldərək danışanın istəyinə uyğun olaraq formalaşdırılır və beləliklə şüur üzərində güclü effekt yaranmasını təmin edir. Hipnoz altında olarkən şüur müəyyən dərəcədə neytrallaşdırılır və beləcə birbaşa şüuraltındakı qavrama şəkli dəyişilə bilir. Məsələn, siqaret çəkmək istəyi ilə bacara bilmək üçün eqo gücləndirilir və həmin şəxsin bu istəyə üstün gəlməsi təmin edilir. Hipnozist adı verilən mütəxəssis birbaşa və ya dolayı təlqinlərlə zərərli vərdişlərə qarşı psixologiyanı gücləndirməyə çalışır. Bu zərərli vərdişlər arasında siqaret, narkotik maddələr, spirtli içki kimi aslılıqlarla yanaşı qayğı, depressiya və özünə inamsızlıq kimi psixoloji problemlər üzərində də hipnoz vasitəsi ilə irəliləyiş əldə etmək mümkündür. Hipnoz vasitəsilə qorxunuza qalib gələ, özünə inamı bərpa edə bilərsiniz və eyni zamanda stresinizi hipnozla birlikdə psixoloji dəstəklə azalda bilərsiniz.hipnoz haqqında yalnış bilinənlər
Hipnoz haqqında yanlış bilinənlər:
* Hipnozdan ayılmamağım mümkündürmü?
Hipnoz, terapiyada istifadə olunan üsullardan biridir və hipnozdan ayılmamaq kimi vəziyyətin olması mümkün deyil.

* İstəyim olmadan bir başqası məni hipnoz edə bilərmi?
Hipnozun istəyiniz olmadan sizə tətbiq edilməsi mümkün deyil.

* Hipnoz altında iradəm xaricində mənə istədikləri şeyi edə və ya etdirə bilərlərmi?
Hipnoz sizin istəyinizlə həyata keçirilən yuxu ilə ayıqlıq arasındakı vəziyyətdir. Siz trans vəziyyətdə olsanız belə şüurunuzun bir hissəsi ayıq qalır. Sizə zərər verəcək hər hansı bir fiziki və ya ruhi təlqin zamanı şüurunuzun bu hissəsi sizi xəbərdar edir və siz öz-özünə transdan çıxırsınız.

* Hipnoz altında sonradan utanacağım şeylər etməyim mümkündürmü?
Hipnoz altında nə edildiyini başa düşürsünüz və iradəniz xaricində sizə hər hansı bir şeyi etdirməyə hipnozun gücü çatmır. Hipnoz xəyal qurmağa bənzəyən fərqli bir vəziyyətdir. Hipnoz altında olduğunuz zaman hər şeyin fərqindəsiniz və hər nə olursa olsun sizin iradəniz altındadır. Beləcə istədiyiniz zaman hipnozdan ayıla bilərsiz.

* Sadəcə zəif şüura sahib olan insanlar hipnoz ola bilər?
Xeyr. Bu yanlış məlumatdır və tam əksinədir deyə bilərik. Belə ki, adətən güclü şüura sahib olan insanlar daha asan hipnoz olurlar. Çünki belə insanlar güclü təxəyyül qabiliyyətinə malikdir və hipnoz xəyal qurmağa bənzər vəziyyət olduğuna görə belələri daha rahat hipnoz vəziyyətinə düşür.

* Əgər hipnozistin səsini eşidirəmsə bu o deməkdir ki, hipnoz altında deyiləm?
Hər kəs hipnozu fərqli keçirir. Hipnozistin söylədiklərini eşitmək və hipnozdan sonra bunları xatırlamaq normal haldır.

Hipnoz cadu və sehirbazlıq deyil.

Hazırladı: Murad Xəlilli

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +30 (from 30 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın