İNTELLEKTUAL ÇEVRƏNİN YARANMASI


İntellektual çevrənin yaranması üçün də yer lazımdır (“yer”in həm hərfi, həm də məcazi mənasında). Belə yer (məsələn, universitetlərdə akademik azadlıqlar) olmayanda, intellektuallar da çevrə qura bilmir. Ya ölkədən köçüb orada hazır çevrələrə qoşulur, ya da əllərini işdən üzüb gündəlik qayğılarıyla yaşayırlar. Ölkədə və bölgədə gedən tarixi proseslərdən də çox şey asılı ola bilir.
 
Məsələn, hamının bildiyi Alman İdealizmini götürək. Hamının bildiyi örnək üzərində izah qurmağın öz üstünlükləri var – asan olur. Alman İdealizmi, bir fəlsəfi cərəyan kimi, bir nəslin işi olub. Təxminən 1781-ci ildən 1819-cu ilədək davam edib. Bununla bitməyib, təbii ki, davamçıları sonradan da olub. Amma əsas işi bir nəsil görüb: Fichte, Schelling, Schopenhauer, Hegel və Kant. Kant və Hegel bu çevrənin, belə demək olarsa, intellektual liderləri, Schelling və Schopenhauer isə “dissidentləri” olub. Bəs, Fichte? Fichte’nin fəlsəfəçiliyini dəyərdən salmadan qeyd etməliyəm ki, onun bu çevərinin yaranmasında əsas rolu intellektual olmayıb. Fichte Alman İdealizminin təşkilati lideri olub. Alman İdealizmi bir təşkilat kimi heç zaman mövcud olmayıb (kimsə yanlış anlamasın), Bununla belə, intellektual çevərlərin də təşkilati işləri üzərinə götürən adamlara ehtiyacı olur.
 intellektual çevrə-alman idealizmi
Çevrə quruculuğunda şəxsi tanışlıq və münasibətlər (əlaqələr) çox vacibdir. İntellektual adamların şəxsi ünsiyyətə az həvəs göstərməsini nəzərə alsaq, belə əlaqələrin qurulmasında təşkilati liderin xüsusi önəmi var. Fichte, Alman İdealizmi çevrəsinə aid bütün filosofları şəxsən tanıyır, onları bir-birinə tanıtdırırdı, məktublaşmalarını təşkil edirdi. Fichte, Schelling və Hegel biz zaman hətta bir evdə birlikdə yaşamışlar (Tübingen’də). Tübingen’dən Fichte gedir Jena’ya, oradan Drezden’ə, oradan Berlin’ə və s. Hər yerdə də mühazirələr oxuyur, indiki dildə desək, kurslar açır, istedadları seçirdi.
 
Berlin’də Fichte Humboldt’la tanış olur. Humboldt ona yeni universitet yaratmaq ideyasını danışır. Fichte ideyanı bəyənir və dəstəkləyir (maddi yardımı da təşkil edir). Beləcə, tamamən yeni tipli universitet yaranır. Humbodlt onu yaradır və bugün onun adıyla bağlıdır Alman Universitet İnqilabı. Fichte’nin dəstəyi olmasaydı, nə olacaqdı? Ritorik sualdır. Humboldt yeni universitet yaradanda, Fichte Hegel’in Berlin’ə köçməsini və həmin universitetdə kafedra açmasını təşkil edir (pulunu də tapır). Hegel’in ulduzu burada parlayır.
 
Fichte Kant haqqında eşidəndə, qərar verir ki, Königsberg’ə gedib onunla tanış olsun. Elə də edir. Maraqlıdır ki, Kant o zamana qədər idealist deyildi, tam başqa istiqamətdə yazırdı. Fichte ilə tanışlıqdan sonra, Kant idealist yön almağa başlayır. Üstəlik, Ficht’e Kant’a maddi yardım da göstərir.
 
Fichte’nin gördüyü işin tam miqyasını yalnız bugün, geriyə baxanda görmək olur. Fichte’nin müasirləri onu asanlıqla qəbul etmirdilər. Bir çoxu ümumiyyətlə ona qarşıydı. Amma Fichte, öz həvəsinin gücünə belə bir böyük intellektual şəbəkini qurdu. Alman tarixi (o cümlədən, siyasi tarixi) ondan sonra tam başqa istiqamət aldı və bugünkü yüksək inkişaf etmiş Almaniya’ya qədər gələ bildi.
 
Müəllif: Erkin Qədirli
Beyenmeler
12   1  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın