Dövranımızdakı paradoks ondan ibarətdir ki, binalar yüksəldikcə səbrimiz qısaldı, yollar genişləndikcə, düşüncəmiz daraldı. Daha çox vaxt sərf etdikcə, əldə olunanlar azaldı. Daha çox çalışırıq, amma əvvəlki kimi zövq ala bilmirik. Evlərimiz daha böyük, ailələrimiz isə daha kiçikdir. Şəraitimiz var, vaxtımız isə yoxdur. Biliklərimiz çoxaldıqca qərarsız qalarıq, tənqidlərə dözümümüz azalır.
Elm inkişaf etdikcə problemlər də artır, dərmanlar artdıqca xəstəliklərin da artdığı kimi. Biz çox içər, çəkərik, daha az gülər, daha gec yatar, yorğun oyanarıq. Biz zənginləşdikcə dəyərlərimiz yox olub gedər. Biz çox danışar, asanca sevir və asan-asan nifrət edirik. Biz necəsə yaşamağı öyrəndik, amma həyatın nə olduğunu hələ də anlamış deyilik. Biz həyatımıza illər əlavə etdik, amma illərə həyat, rəng qatmağı bacarmadıq. Biz kosmosu fəth etdik, lakin 2 addımlığımızda yaşayan qonşumuzun ziyarət etməyə vaxt tapmadıq!
Biz gözəlliyi daim səmalarda axtardıq, lakin daxilimizdəki gözəllikləri kəşf edə bilmədik. Daha çox işlər gördük, amma daha faydalı işlər deyildi bunlar. Havanı təmizləməyə çalışırıq, amma ruhumuzu deyil. Atomu parçalamağı bacardıq, amma Eqomuz, önyarğılarımızla bacara bilmədik ki bacara bilmədik! Daha çox yazdıq, lakin daha az öyrəndik. Çox planladıq, az hissəsini həyata keçirdik.
Biz tələsik etməyi öyrəndik, ancaq səbr etməyi yox. Kompüterlərimiz artdıqca öyrəndiklərimiz azaldı, ictimai şəbəkələri artdı, artdı, ancaq bir-birimizdən hal-xatir soruşmaz olduq. İndi “elegant” adamların, xaraktersizlərin, mənfəət güdənlərin, saxta əlaqələrin dövrüdür. Həm “fast-food”suz yaşaya bilmərik deyirik, həm də kökəlməkdən şikayət edirik. İndi xaricdən dəbdəbəli görünən xarabalıqların dövrüdür. Bu günlərdə əxlaqı tərk etdik, xoşbəxtliyi isə bir neçə saatlıq əyləncələrdə axtardıq. Soyuducumuz boşdur, ancaq borc alıb, partilər edirik.
Bu andan etibarən sevdiklərinizə zaman ayırın, yoxsa zaman içində sizdən ayrılacaq. Nə siz, nə də onlar bu dünyada sonsuza qədər qalacaq deyilsiniz.
Bu andan etibarən daim ciddi görsənməyə çalışan, qaraqabaq insanlara gülümsəyin və gözəl söz söyləyin, çünki o insanlar bu yaxınlarda dünyanı tərk edəcəklər.
Bu andan etibarən həmişə yanınızda sizin üçün hazır dayanan insanları qucaqlayın, çünki onlar sizin sahib olduğunuz tək xəzinədir!
Ona “səni sevirəm” dediyiniz an, ən çətin zamanlarda onu öpmək və qucaqlamaq qədər heç bir şey kömək etməyəcək.
Gülümsəyərək əlindən tutduğunuz an, bir gün əllərinizin boş qalacağını fərq edərək… onlara sevginizi verin, sevginizi bölüşdüyünüz anlarda söhbət etmək üçün vaxt ayırın. Düşüncələrinizi, xəyallarınızı, ən gözəl hekayələrinizi paylaşmaqdan çəkinməyin.
Və hər zaman xatırlayın, həyat, aldığımız nəfəslərin sayı ilə deyil, nəfəsimizi kəsən anların sayı ilə qiymətləndirilir!
Müəllif: Corc Karlin
Hazırladı: Vüsaləddin Rüstəmov
Bravo!