Sevmədiyimiz simaları sevdiklərimizdən daha tez fərq edirik. Hər hansı bir qrup içərisində xoşlamadıqlarımızı görmək daha asandır. Pul itirmək pul qazanmaqdan daha təsirli və ağılda qalıcıdır. Hər gün pul qazanarıq, amma itirdiyimiz bir neçə yüz manat həmişə ağlımızdadır. Pislikləri daha asan xatırlayarıq. Pislik edən insanları yaxşılıq edənlərdən daha çox məşğul edir beynimizi. Buna qısaca itirmə qorxusu deyirik. İnsan həyatın gedişatına uyğun şəkildə, mövcudluğu qorumaq və həyati olanı müdafiə etmək üzrə yaşamaqdadır. İtirmə qorxusu həyati ehtiyaclardan biridir.
İnsanın seçimlərində itirmə qorxusunu öncəliklə nəzərə alır. Əslində olması lazım olan da budur. Daha yaxşıya çatmaq həyati təməllərdən daha əhəmiyyətli deyil. İnsan öncə mövcudluğunu qorumalıdır. Var olanı itirmədən, bəlkə üzərinə yeni şeylər inşa edə bilər. Daha yaxşı bir həyat üçün əvvəlcə həyatda qalmaq lazımdır. Prioritet olan hər zaman mövcud olandır. Bu görə itirmə qorxusu qazanma istəyindən daha təsirlidir.
Rreklam kampaniyaları sizə müsbət dəyərin nə olduğundan çox, qaçırdığınız şeyləri xəbər verir. “Fürsəti qaçırmamaq” marketinqin ən böyük mesajına çevrilmişdir. Kampaniya, endirim və reklamçılıq hiylələri insanın itirmə qorxusuna hesablanmışdır. Bir şey endirimdə olduğu üçün deyil, ehtiyac olduğu üçün satın alınmalıdır. Lakin insanın itirmə qorxusu ona bu fürsəti qaçırmamağıı fısıldayır. Fürsətin ayağına gəldiyini sanan istehlakçı çox zaman ehtiyacına görə deyil, endirimi və kampaniyanı itirməmək üçün hərəkətə keçər.
İnsan bir ömür həyatda qalmaq uğrunda mübarizə aparır. Digəl ki, insanın həyatı əslində özünün də deyil. Bir insan həyata gəlməyə özü qərar vermədiyi kimi, həyatdan getməyə də özü qərar vermir. Bir adam başqaları tərəfindən dünyaya gətirilir. O zaman insan nə üçün ölməkdən qorxur? Həyatı özümüz qazanmadığımız halda, niyə itirməkdən qorxuruq? Bütün bu suallar və gündəlik həyatımızdakı itirmə qorxusu məsələnin sadəcə fərddən ibarət olmamasından xəbər verir. Bu da demək olar ki, orqanik bir şəkildə bağlı olduğumuz cəmiyyəti və təbiəti ağla gətirir.
Pislikləri daha asan xatırladığımızı söyləmişdik. Xarici dünyanı qəbul edərkən pis olanı yaddaşımıza həkk edərik. Vəlakin, yaxşılığın bir növünü də möhkəm şəkildə xatırlamaqdayıq. Başqalarının yaxşılıqlarını pisliklərinə nəzərən daha az xatırlarkən, öz etdiyimiz yaxşılıqları daha çox xatırlayarıq. Pisliyi yox etmək və yaxşılığı davam etdirmək üçün mübarizə veririk. Daha böyük bir orqanizmin parçası olduğunu və hər zaman başqası üçün yaşadığını unutmamalıdır.
Müəllif: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov