KANT VƏ SƏBƏB-NƏTİCƏ QANUNU

kant-səbəb nəticəŞüurumuz elmi yolla, yəni məntiq-sübutla Tanrının varlığını-yoxluğunu anlamağa çalışır. Və ya istəyir belə suallara elmi doğruluğu olan cavablar tapsın: dünyanın başlanğıcı var, ya yox? Yoxsa nə başlanğıcı, nə də sonu var?
Kant yazır ki, Tanrının nə olduğunu, nə olmadığını, dünyanın başlanğıcını, ya sonsuzluğunu elmi yolla düşünə bilmərik. Çünki onları görüb-eşidə bilmərik, yəni onlar təcrübəmizin içinə girə bilmir, təcrübəmizin hədəfi olmur. Halbuki əsl elm duyulası, görüləsi şeylər dünyasında iş görə bilir. Yanılan kimi təcrübəyə baxıb, özünü düzəldir. Ona görə də yalnız təcrübəni elmi yolla düşünmək olar. Yalnız təcrübə ilə bağlı hamıya sübut olunan, deməli, hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar.
Kant, bax, belə biliyi, yəni hamının doğru saydığı, saya biləcəyi biliyi obyektiv adlandırır. Göstərir ki, təcrübəmizi düşünən bilincimiz bu işi anlayışlar vasitəsilə, məsələn, «səbəb-nəticə», «münasibət», «zərurət» kimi anlayışlar vasitəsi ilə görür. Belə şüuru o, təfəkkür də (ruscaya «rassudok» kimi çevirirlər) adlandırır.
Deməli, təfəkkürümüz anlayışlara əsaslanaraq təcrübəmizi düşündüyü üçün elmlə məşğul olur, anlaya bilir. Duyulması heç cürə mümkün olmayan hadisələri düşünməyə çalışan şüur isə bu işini ideyalar, məsələn, «Tanrı», «sonsuzluq», «azadlıq» kimi ideyalar vasitəsilə görür. Bu şüur forması ağıl, zəka və ya təmiz düşüncədir.
Kant yazır ki, bütün öncəki filosoflar arasında ona görə düşüncə barışmazlığı olub və ona görə onlar obyektiv (hamının doğru saya biləcəyi) fikrə gəlməyiblər ki, anlayışlarla deyil, təcrübəni deyil, ideyalarla transendent olanı (yəni həmişə təcrübədən «o tayda» qalanı) düşünməyə can atıblar. Fəlsəfə bu «dumandan» çıxıb, «ayılsa» elmə çevrilər.”

kant-səbəb nəticə2Sonra o, «təbiət» sözünü alışmadığımız şəkildə işlədərək yazır: təbiət bizdən xaricdə,bizdən uzaqda olan nəsnələr dünyası deyil, təcrübəmizin içidir, yəni qavrayışımıza düzülmüş görüntülər dünyasıdır. Təfəkkürümüz, anlayışlarla işini görən düşüncəmiz, təcrübəmizin içində axtarışlar aparır və bu zaman obyektiv düşüncələr tapır. Sonra Kant yenidən soruşur: bəs bu obyektivliyin, yəni hamı üçün doğru olmağın kökü nədədir? Və cavabı belə verir: məsələn, hamı inanır ki, səbəbsiz heç nə baş vermir, hər şey nəyinsə nəticəsidir. Əgər biz bu inamı dünyadan, təcrübəmizdən (və ya təbiətdən) alsaydıq, gərək bütün sonsuz şeyləri yoxlayaydıq. Yəni nə olubsa, nə olursa, nə olacaqsa, hamısının səbəb nəticəsində baş verdiyini yoxlayaydıq. Bu isə mümkün deyil, hər şeyi yoxlamağa bir ömür, bir cüt göz, qulaq bəs etməz. Deməli, təfəkkürümüzdə təcrübədən qabaq, təcrübədən asılı olmayan belə bir qanun var ki, «səbəbsiz heç nə olmur»

Mənbə: gazet.az
Hazırladı: Vüsləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın