SİZİN TANRINIZ ÇOX KİÇİK TANRIDIR

heyzenberq-tanrıİnsanlar müxtəlif elmlərə yiyələnib həyatı, dünya və kainatı daha dərin anlamağa başladıqca onlarda ateistləşmə prosesi meydana gəlir. Dinlərdən imtina ilə başlayan bu proses, zamanla tanrının itirilməsi ilə əvəzlənir. Ağıl sahibi və düşünən insanlar üçün bu proses, kiçik tanrılardan imtinanın, böyük və həqiqi tanrıya, Allaha aparan yolun başlanğıcıdır. Eynilə Heyzenberqin dediyi kimi – “Təbiət elmləri bardağından aldığınız ilk qurtum sizi ateist edər. Ancaq bardağın dibində tanrı sizi gözləməkdədir”. Həqiqətə varmağın tək yolu yalanlardan və qəlib maneələrdən imtinada, kiçik tanrılardan qurtulub böyük və uca olana doğru yol almaqdadır. Kiçik tanrılardan qurtulma ifadəsini daha yaxşı anlamağımız üçün 16-cı əsrdəki bir hadisəyə nəzər yetirək.

Günəşin və planetlərin yerin ətrafında dövrə vurduğu qəbul edilən dövrlər idi. İncildəki yazılara, kilsə rəhbrələrinin danışıqlarına əsasən bütün planetlərin və günəşin yerin ətrafında dövrə vurması, sonlu göy cisimlərinin yalnız insanlar üçün yaradılması fikri inkar edilməz hala salınmışdı. Tanrının varlığını və İncilin müqəddəsliyini isbat edərək gücü, idarəetməni əldə saxlamaq istəyən kilsə rəhbərliyi, eləcə də din adamları hər yola əl atır, bütün elmi tapıntıların əsrlər öncə incildə bildirildiyini vurğulayaraq öz iqtidarlarının toxunulmazlığını təmin edirdilər. Təbii olaraq, onların səltənətinə zərbə vura biləcək heç bir yeni fikir qəbul edilmir, yenilikçi elm adamları ən ağır cəzalara məhkum edilirdi.

Rahib olsun deyə kiçik yaşlarından kilsəyə təhvil verilmiş, zamanla şübhə və sualları yaranan, kilsələrin yasaq etdiyi elmi kitabları xəlvət oxuyan Cordano Bruno adlı bir gənc, elmə olan marağından və yerin günəş ətrafında dövrə vurması fikrindən dolayı kilsədən qovulur. Basqılar üzündən Fransa, Almaniya, Çexiya kimi ölkələrə köçməli olan bu gənc, hər yerdə təqiblərə məruz qalır. Nəhayət bir dəfəlik susdurulması üçün Oksforda dəvət edilir. Elm adamları önünə çıxan Bruno çıxışına bu cür başlayır :

Buraya kainata dair yeni fikirlər irəli sürməyə gəldim. Kopernik dünyanın kainatın mərkəzi olmadığını deyərkən haqlı idi. Dünya günəşin ətrafında dönür. O da digərləri kimi bir planetdir. Ancaq Kopernikin fikirləri sadəcə bir başlanğıc idi. Mən biraz daha irəli gedirəm. Digər ulduzlar da işıq saçan günəşlərdir. Onların da öz planetləri mövcuddur. Dünya ilə eyni maddələrə malikdirlər. Öz suları, torpaqları, bizimkindən heç də geri qalmayan bitki və heyvanları var.

Oksfordlu professor onun sözünü kəsir – Sən dəlisən yoxsa cahil? Tək bir dünya olduğunu bilməyənmi var?

– Bildiklərimiz yalandır.Sonsuz və uca olan tanrımız sonsuz dünyaları olan ucsuz bucaqsız bir kainat yaratdı.

– Sənin gəldiyin yerdə heç incil oxumurlarmı? Tanrının sözünü inkarmı edirsən?

– Köhnə olan, atalarınızdan qalan hər şeyi unudun. Hər şeyə yenidən, daha dərin düşüncələr əsasında başlamaq gərək.

Bruno CordanoYerdən səslər ucalır – Kafirrr, axmaq, rədd ol, cahil rəddd oll….

Onların kiçik və zavallı düşüncələrinə dözməyən Bruno qışqırır – SİZİN TANRINIZ ÇOX KİÇİK TANRIDIR.

İngiltərədən İtaliyaya qayıdan Brunonu fikrilərinə görə Roma Katolik Kilsəsinin məhkəmə sistemi 8 illik həbsxana cəzası çəkməyə vadar edir. Hər cür şiddət və əziyyətlərə baxmayaraq Bruno fikirlərindən əsla geri çəkilmir. 8 il sonra yenidən məhkəmə önünə çıxarılan Bruno ilə hakim arasında belə bir dialoq baş verir :

– İncilə və kilsəyə zidd fikirlərinizə görə təqsirli bilinirsiniz

– Təcriddə keçirdiyim 8 ildə düşünmək üçün çox zamanım oldu

– Yəni tövbə edirsiniz?

– Yaradana olan sevgi və sayqım sonsuz bir yaradılışa olan inancımı daha da artırdı.

– Tövbə etməyənlərə qarşı gərəkən cəzanın tətbiq edilməsi üçün qərar verilir.

– Mənim hökmü eşitməkdən qorxduğumdan çox, siz həqiqətlərin agah olmasından qorxar görünürsünüz

Və beləcə Bruno yandırılaraq edam edilir. Uydurma dinin, gərəksiz dindarlığın və onların öz icadı olan tanrılarının ateistinə çevrilmiş gənc, elm yolunda daha uca və həqiqi olana varır. Bu dəfə daha əsaslı və daha inamlı. Bəlkə bu da son deyildi. Bəlkə dünyanı dərk etməyə başlayan hər bir insan bu prosesdən keçməli, mərhələli şəkildə addım-addım həqiqi tanrı anlayışına daha da yaxınlaşmalı. Kiçik tanrıdan böyük Allaha doğru yürüməli. Hər dəfə “mənim tanrım bu olmalı” dediyinin kiçikliyini öyrənməli, və axtarışa davam etməli, daha uca olana doğru addımlamalıdır. Bəlkə bir ömür bəlkə də bir neçə…

Müəllif: Cavid Şirinov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın