KOMPÜTER VƏ SAĞLAMLIĞIMIZ

Kompüterdən şüursuz istifadə etdiyimiz zaman bir sıra sağlamlıq problemlərini həyatımıza dəvət etmiş oluruq. Əvvəlcə, kompüterdən şüursuz istifadə etmənin nə olduğuna baxaq. Əsasən, günün böyük bir qismini, doğru olmayan vaxtlarını  kompüter arxasında keçirmək , saatlarla, intervalsız  kompüter arxasında olmaq, kompüter arxasında yalnış pozisiyada olmaq, kompüterdən şüursuz istifadə etməyə daxildir.

kompüter və sağlamlığımızGözlər:
Kompüterin gözlərimizə zərər verməsi nəticəsində, göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, batma, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmək, fokuslama çətinliyi, gözləri qıyaraq baxmaq, işığa qarşı həssaslıq, baxılan şey ətrafında işıq saçılmaları görmək, göz qapaqlarında iltihab, kəpəklənmə, baş ağrısı kimi sağlamlıq problemləri ortaya çıxır. Bu şikayətlərin meydana gəlməsində ən əhəmiyyətli səbəblərdən biri, müəyyən bir müddətdəki göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə ortalama 25 dəfə gözlərimizi qırparıq. Bu əməliyyat, üst qapağın istirahət etməsini, göz yaşı ilə gözün qidalanması və təmizlənməsini, kornea təbəqəsinin sürüşgənliyinin təmin  edilməsini və üzərində son dərəcə düzgün bir təbəqə meydana gətirərək dəqiq və aydın görmənin təmin edilməsini yerinə yetirir. Monitorla çalışarkən bu say, dəqiqədə 10-a, hətta 5-ə düşür.

kompüter və sağlamlığımızƏllər və qollar:
Hal-hazırda əlinizdə tutduğunuz “siçan”, ilk baxışdan zərərsiz və faydalı görünsə də, sağlamlığınızı içdən gəmirir, amma siz bunun fərqində deyilsiniz. Biz “mouse” və klaviaturadan istifadə etdiyimiz zaman kiçik də olsa, təkrarlayıcı hərəkətlər edirik. Bu isə, əl və qollardakı sinir, tendon, əzələ və digər yumşaq toxumalarda zədələnmələrin meydana gəlməsinə səbəb olur. Əllərdə, barmaqlarda, biləkdə, qol və dirsəklərdə gərginlik, qatılıq,  keyimə,  sızıldama,  qıcolma,  ağrı müşahidə olunur.

Boyun və bel:
Kompüterin boynumuza və belimizə verdiyi zərərlər nəticəsində, bel və boyunda tutulmalar, ağrılar, boyun düzləşməsi, onurğa revmatizmi, boyun yırtığı, bel yırtığı və bir çox oynaq problemləri meydana çıxır. Çünki davamlı olaraq hərəkətsiz qalan bir bədənin oynaq mayesi quruyur və oynaq bölgələrində qığırdaq toxumalarda aşınmalar ortaya çıxır.

Oturmaqla bağlı zərərlər:
Kompüter arxasında olan zaman oturduğumuz üçün, bu sarıdan da zərər görmüş oluruq. ( Uzun müddət oturmağın zərərləri. Link : http://fitret.az/oturmaq-gunumuzun-yeni-siqaretidir/ )

Beyin:
Kompüterin beynimizə zərər verməsi nəticəsində, unutqanlıq, konsentrasiya  əksikliyi,  diqqətsizlik,  kəkələmə kimi problelər ortaya çıxır.

kompüter və sağlamlığımızPsixoloji və ruhi zərərlər:
Bədən və ruh bir-birinə sıx bağlı olduğu üçün, əslində, yuxarıda sadalanan zərərlər, psixoloji və ruhi vəziyyətimizə də təsir edir. Bundan başqa, kompüterin  psixologiyamıza və ruhumuza verdiyi zərərlər nəticəsində, zehin yorğunluğu, səbrsizlik, stress, əsəbilik, həssaslıq ,duyğusallıq, kompüterə bağlılıq, tənbəllik, ərincəklik, pessimizm, düşünə bilməmə, qərarsızlıq, motivasiyanın aşağı olması kimi hallar müşahidə olunur.

Kompüter düşmən deyil. Şüursuz bir şəkildə istifadə olunduğu zaman düşməndir. Doğru bir şəkildə istifadə etdiyimiz zaman isə əla dostdur. Bu halda, yuxarıda sadalanan zərərləri də minimuma endirmiş olarıq.

Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 23 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

3 comments

  1. Çox sağ olun, bir şeyi qeyd edim ki, hal-hazırda yeni sağlam tendensiya yaranmaqdadır. Belə ki, kompyuter masasının hündürlüyü ayarlana bilən edilir ki, düyməni basıb, masanın səviyyəsini qaldırıb, ayaq üstə çalışmağa şərait olsun. Hətta bəziləri bu masanın altından qaçış bandı da yerləşdirirki, aşağ sürətlə yürüş rejimini qoşmaqla gündəlik yürüş normasını təmin etmiş olurlar.

Bir cavab yazın