“Artıq iqtidarlar, insanların arzu və istəklərini boğmaqla yox, bəsləməklə idarə edirlər.”
Bugünkü istehlakçı insan modeli, Ziqmund Freydin şüuraltının dərinliklərini açıqlamasından sonra meydana gəldi. İnsan, kütlə halında ikən çox aqressivləşə bilir, hökümətləri belə devirə bilirdi. Yəni, insanlar birləşdikləri zaman dövlətlərə qarşı güclü və təhlükəli idilər. Buna görə də kütlələri bölüb, idarə etmək üçün, elit bir təbəqəyə ehtiyac var idi. Bu təbəqə, psixoloji üsullarla kütlələrin şüuraltı duyğularını idarə etməliydi. İnsanlar; MƏN deməli, BİZ deməməli və əsla birləşməməli idilər.
Media ilə stimul verilərək, davamlı hərəkət edən və xoşbəxtlik maşınlarına çevrilən insanlar, iqtisadi inkişaf üçün əhəmiyyətli vasitə idi. Bunu etməkdə əsas məqsədləri iqtisadiyyatı işlək hala gətirmək, istehlak edərək xoşbəxt olub, uyğunlaşaraq dövlətlərə problem yaratmayan, yuxuda olan bir insan toplumu yaratmaq idi.
“Mən” dövrü, 1-ci Dünya müharibəsindən sonra bütün dünyada kütlə yönləndirmə fəaliyyətləriylə başladı və prezident Herbert C. Huver, Amerika siyasətini, şüuraltı instiktlərin aclığı üzərində qurdu. Əlbəttə dünya siyasətini də.. Bu dövr, insanı keçici bir həzzə yönləndirərək, təcili həll yollarıyla susduran, amma obyektiv şərtləri bir zərrə belə dəyişdirməyən demokratik bir sistem yaratdı. Lakin həqiqi demokratiya iqtidarı dəyişdirəbiləcək quruluşa malikdir. İqtidarın qorunduğu quruluş demokratiya deyil, psixoloji bir yuxudur. “Mən” dövründəki iqtidarlar, kütlələrin gerçək faydalarına xidmət etmirlər.
Çağdaş mədəniyyətimiz istehlaka dayanır. İstehsalı qamçılayan yeganə güc istehlakdır. Dünyadakı təbii ehtiyatların məhdud olduğuna əhəmiyyət vermədən irəliyə getmək istəyən insan, davamlı istehsal etməli və istehsal etdiklərini də istehlak etməlidir. Bu gün bazarda milyardlarla fərqli məhsul və xidmət var. Bunların da hər birinin alıcısı var. Bu qədər məhsul necə özünə alıcı tapır ? Məsələnin sirri insanları ehtiyacı olmadıqları şeylərə möhtac etmək; yəni ehtiyac yaratmaqdır…
Heç kimə zorla istifadə etməsi üçün məhsul və xidmət satılmır, başlarına silah dayamırlar. İnsanlar könüllü şəkildə, çox vaxt yanlış olduğunu bilə-bilə bu sonsuz istehlak çarxı içərisində öhdələrinə düşən rolu sevərək ifa edirlər.
Biz insanıq. Yardılmışların ən şərəflisi olduğumuza inanırıq. Bu şərəf üstünlüyümüzə görə deyil, həm şeytan, həm də bir mələk ola bilmə potensialını özümüzdə cəmləşdirdiyimizə görədir. Düzəltməyin çətin, yıxmağın isə asan olduğunu bilirik. Biz insanıq və insan kimi qala bilməyin asan olmadığını bilirik. Nəfsimiz, həvəsimiz, instiktlərimiz bizi həmişə rahatlığa, eqoistliyə və zalımlığa cəlb edir. Biz bunlara qarşı çıxmadıqca, özümüzü hər gün yenidən inşa etmədikcə, insan ola bilməyəcəyimizi çox yaxşı bilirik. Bilirik, amma edə bilmirik. Çünki yüksəkləri istəmək çətindir, alçalmaq isə maddənin təbiətində var…
Əsas düşmən nə qarşıdakılardır, nə də müxaliflər… Əsas düşmən, bizi insan olmağın bütün tələblərindən uzaqlaşdıran, bizi güclü olan hər kəsin idarəsinə kütlə halında təqdim edən, izdiham arasında tənhalaşdıran və eqoist canavarlara çevirən bu rəzil nəfs mədəniyyətidir.. Ona görə də bu müharibə ən çətin müharibədir.
Və “Mən” əsrini zərərsizləşdirəcək yeganə güc isə qorxu instiktinin aşılmasıdır. İnstiktlərin növbə ilə aşılması və əsl insan müdrikliyinin hakimiyyətə gəlməsi, insanın yaradılış proqramının son hədəfidir…
Hazırladı: İlqar Namə
Salam Aleykum.Postlardan istifade ede bilerem istinad bildirmekle?
Salam. Buyurun, edə bilərsiz.