MEYMUN MƏHƏBBƏTİ

10292144_644725055620694_7879478796327895648_n

Ər və xanımı zooparkda heyvanlara tamaşa edirdilər. Bu zaman xanım öz cütü ilə oynayan bir meymunu gördü. Ərinə eşitdirərək: Nə gözəl eşq hekayəsidir! – dedi.

Meymunlardan aralanıb şirlərin qəfəslərinə gəlib çatdılar. Xanım gördü ki, ata şir qəfəsin qapısında sakit və heybətli dayanıb, dişi şir də ondan bir az araxada oturub. Qadın ərinə eşitdirərək: Necə də faciəli bir eşqin hekayəsidir!? – dedi.

Kişi bu zaman əlindəki boş su butulkasını dişi şirin üstünə tulladı. Erkək bunu görən kimi nərə çəkərək butulkaya hücum etdi ki, dişisini təhlükədən qorusun.

Kişi bu işi meymunların qəfəsində təkrarladıqda erkək meymun şüşə cingiltisindən hürkərək cütünü buraxıb qaçdı ki, butulka ona dəyməsin.

Kişi xanımına dedi: “İnsanların sənin gözlərin önündə çıxardığı zahiri oyunlara və yalançı hislərə aldanma! Bəziləri zahirdə göstərdikləri ilə insanları aldadır. Bəziləri isə öz gizli sevgiləri ilə onları qoruyurlar!”.

Nə çoxdur “meymun”lar və nə azdır Şirlər!

Mənbə: Ərəb səhifələrindən (ما أكثر القرود وما أقل الأسود)
Tərcümə edən: Mirməhəmməd Bəşirov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın