Mişel de Monten – fransız intibah dövrünün yazıçısı və filosofu.
Mişel Monten 28 fevral, 1533-cü ildə dövlətli tacir ailəsində anadan olmuşdur. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, “de Monten” zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir.
Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Təcrübələr” əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı “Yol” qeydləri yalnız 1774-cü ildə çap olunur.
Mişel de Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.
“ESSELƏR” DƏN SEÇMƏLƏR:
Heç bir zaman öz evimizdə deyilik, hər zaman olduğumuz yerin o tərəfindəyik. Qorxu, arzu, ümid bizi gələcəyə doğru yönləndirir və olacaq olanla başımızı qataraq olanın anlamından uzaqlaşdırır.
Gələcək qayğısı olan ruh necə də bədbəxtdir.
Dəlilik, istədiyi şey ona verildiyi zaman məmnun olmamaqdırsa, müdriklik, sahib olduğ u şeylə kifayətlənmək, özünü əsla məyusluğa uğratmamaqdır.
Epikür-ə görə müdrikliyin nə irəlini görməklə, nə də gələcək barəsində narahat olmaqla əlaqəsi var.
Bərəkətli və məhsuldar ikən işlənməmiş torpaqların yabanı və işə yaramaz otlarla dolduğu görülür. Bu torpağı yararımıza istifadə etmək, onu qorumaq üçün çalışmağımız, toxum əkməyimiz lazımdır.
Eyni şey, ağlımız üçün də keçərlidir. Əgər onu cilovlayacaq, çətinə salacaq məşğuliyyətlər tapmasaq, ağlımız xəyal gücünün bulanıq tarlasında özünü ordan oraya atacaqdır.
Məqsədi olmayan bir zehin dağılar, çünki deyirlər ki, məqsədsiz olmaq, hər yerdə olmaqdan çox heç bir yerdə olmamaqdır.
İşi yaxşı yerinə yetirmək qayğısı və bunun yaratdığı gərginlik və təzad, zehni yorar, ona əngəl təşkil edər.
Bu gündən məmnun olan gələcəkdən qorxmaz.
Bir adamı asmaqdansa, onu utandırın.
İnsanlarla etdiyim söhbətlərdən bir şeylər öyrənə bilmək üçün səyahətlərim zamanı maraqlandığım mövzu haqqında mütəxəssis olan birilərini aparıram yanımda:
Kapitan küləkdən bəhs etsin,
Cütçü öküzlərindən,
Savaşçı yaralarını anlatsın,
Çoban sürülərini.
İnsanların, etibar əldə etmək məqsədi ilə, öz peşələri xaricindəki mövzular haqqında danışdıqlarına tez-tez şahid oluruq.
Çiçero, fələsəfə ilə məşğul olmağın, ölümə hazırlaşmaqdan başqa bir şey olmadığını söyləyir.
Dünyanın bütün müdrikləri və ağılları eyni düşüncə üzərində daha çox fokuslanırlar: Ölümdən qorxmamağı öyrənmək.
Yolumuzun sonu ölümdür, alın yazımızın qaçınılmaz sonu budur. Əgər ölüm bizi qorxudursa, alovlara düşmədən irəliyə necə addım ata bilərik? İnsanların ölüm qorxusuna çarəsi, onu heç düşünməməkdir. İnsan necə belə bəsit bir aldanışa düşər?
Mən özümə hər gün, başqa bir gün etməyi düşündüyüm şeyi bu gün də edə biləcəyimi söyləyirəm.
Əgər birdən-birə qocalsaydıq, bu cür ani bir dəyişikliyi qətiyyən həzm edə bilməzdik. Amma həyat bizi əlləri ilə yavaş-yavaş, dərəcə-dərəcə, xəfif bir yoxuşda qocalığa doğru itələyərkən bizi ram edir. Gəncliyimiz öldüyü zaman heç bir sarsıntı hiss etmirik. Halbuki, gəncliyimizin ölümü, durğun bir həyatın ölümündən və ya qocalıqdan qaynaqlanan ölümdən daha çox acımasızdır. Çünki pis bir həyatdan sonra ölmək, məhsuldar və dinc bir varlığın, üzücü və acı bir vəziyyətə düşməsi ilə eyni deyildir.
İlk müdriklərdən biri olan Falesdən yaşamağın və ölməyin eyni şey olduğunu öyrənmişdim. O halda, niyə ölmədiyini soruşan birinə, sakitcə cavab verib: “Çünki bunun bir mənası yoxdur.”
Vərdiş, hər şeyin ən güclü sahibidir.
Platon, bir qoz qabığını zər kimi istifadə edərək oynayan bir uşağı danlayır.
Uşaq: “Məni çox önəmsiz bir şeyə görə danlayırsan” deyəndə, Platon belə cavab verir: “Alışqanlıq, önəmsiz bir şey deyildir.”
Uşaqlara, öz təbiətlərindəki qüsurlardan belə nifrət etməyi diqqətlə öyrətmək lazımdır.
Mən, dopdolu bir beyin yerinə yaxşı işlənmiş bir beynin rəhbərlik etməsinə, müəllimdən gözlənilən özəlliklərdə əxlaqi dəyərə və zəkaya, bilgidən daha çox önəm verilməsinə üstünlük verirəm.
Uşaq ikən qulağımıza bir qıfdan su axıdırmış kimi heç dayanmadan bir şeylər söylənir və sonra bizdən söylənənləri təkrar etməyimiz istənilir. Tutacağınız müəllimin bunu dəyişdirməsini, başlanğıcdan etibarən məsul olduğu zehnin tutumuna görə uşağın öz özünə dəyərləndirmə etməsinə, seçməsinə və ayırd etməsinə izin verərək çalışmasını istərdim.
Müəllim bəzən yolu açmalı, bəzən də bu işi uşağa buraxmalıdır. Müəllimin sadəcə danışmasını və yaratmasını yox, yeri gələndə uşağı dinləməsini də istərdim. Sokrat və Arcesilaos əvvəlcə şağirdlərini danışdırırdılar, sonra özləri danışırdılar.
Təhsil verənin nüfuzu, öyrənmək istəyənə adətən zərər verir.
Müəllimin, uşağın gedişatını görməsi üçün onu öndən yeritməsi və beləcə imkanları daxilində uşağın səviyyəsinə nə dərəcə enə biləcəyini görməsi yaxşı olar. Bu əlaqə yaxşı qurula bilmədiyi üçün hər şeyi üzümüzə gözümüzə bulaşdırırıq. Ayırd etməyi bilmək və davranışları ölçü ilə buna uydurmaq mənim bildiyim ən çətin işlərdən biridir. Çünki uşağın səviyyəsinə enmək və uşağın addımlarıyla ona yol göstərmək uca və güclü bir ruhun işidir. Yoxuşu çıxarkən, enərkən olduğundan daha əmin və sağlam yeriyirəm.
Uşağın sadəcə ruhunun deyil, əzələlərinin də gücləndirilməsi laızmdır. Çünki əgər dəstəyi olmazsa, ruh bitkinləşər. Ruhun hər iki vəzifəni də tək başına üstlənməyəcək qədər çox işi vardır.
Halbuki, səssizlik və təvazökarlıq, başqalarıyla olan münasibətlər baxımından son dərəcə önəmli özəlliklərdir. Bir uşaq qazandığı bilgini göstərişlə sərgiləməyəcək və onun yanında anlatılan saçmalıqlara və hekayələrə hisrlənmyəıcək şəkildə təlimləndirilməlidir, çünki xoşumuza gəlməyən bir şeyi tənqid etmək böyük bir nəzakətsizlikdir. İnsan, özü özünün qüsurlarını düzəltməklə kifayətlənməli, özünün etməyi rədd etdiyi şeyləri bir başqası etdiyi zaman qınamamalıdır.
Ancaq, göstəriş və kibirdən qurtularaq müdrik insan oluna bilər.
Dünyayı tanımaq, insan mühakiməsinə dəyərli bir işıq qatar. Hamımız öz içimizə dönmüşük, özümüzlə maraqlanırıq, baxışımız, burnumuzun ucunu keçmir.
Şagirdin kitabının dünya olmağını istəyərəm. Bu kitabda elə müxtəlif xarakterlər, məzhəblər, mühakimələr, fikirlər, qanunlar və ənənələr vardır ki, bu bizə özümüzünküləri sağlam bir şəkildə mühakimə etməyimizi öyrədər və mühakiməmizə də öz qüsurlarını və təbii zəifliklərini göstərər – bu da heç xəfifə alınacaq bir iş deyildir.
Bizim şagirdimiz üçün bir otaq, baxça, masa və yataq, yalnızlıq və biriylə birlikdə olmaq, səhər və axşam, hər saat və hər yer çalışma otağıdır. Çünki əsl çalışma mövzusu xarakteri və mühakimə gücünü formalaşdırma olan fəlsəfə, hər yerdə özünü göstərmək üstünlüyünə sahibdir.
Formalaşdırılan şey, bir ruh və ya bir bədən deyil, bir insandır, elə isə onlara ayrı-ayrı davranmamaq gərək.
Kral Zeuxidamos-dan, niyə Spartalıların gənc nəsillərin oxuması üçün igidliyin qaydalarını yazmadığı soruşulanda, belə cavab verir: “Çünki onları hərəkətə alışdırmaq istəyirik, sözlərə yox.”
Platon deyir ki, Atinalılar, söhbətlərində nəzakət və çox söz söyləmə qayğısı daşıyarlar, Spartalılar az danışmağa, Giritlilər isə dildən çox fikirlərinin məhsuldarlığına önəm verirlər, ən yaxşısı sonuncusudur.
Zenon, iki cür şagirdi olduğunu deyir: Öyrənməyə maraqlı olanlar, hansı ki, bunlar Zenonun sevimliləridir və sadəcə danışmağa önəm verənlər. Danışmaq əlbəttə ki, yaxşı və gözəl bir şeydir, amma düşünüldüyü qədər gözəl də deyildir və mən həyatımızı necə məşğul etdiyini gördüyüm zaman çox məyusluğa uğradım.
Onu görməyə o qədər alışmışıq ki, heç kim başını qaldırıb aydın göy üzünə baxmağa tənəzzül belə etmir.
Gözün alışqanlığı ağlımızı da alışdırır, heç durmadan gördüklərinə artıq təəccüblənməz, səbəbini axtarmaz.
Bir-birlərini tamamilə mənimsəmiş iki insan idilər və cilovlarını qarşılıqlı olaraq əllərində tuturlardı.
Mən xarakteri mülayim, ölçülü olan insanları sevirəm.
Platonun Gorgias dialoqunda, Callicles, fəlsəfəsinin aşırısının təhlükəli olduğunu deyir və insanlara gərəyindən çox fəlsəfə ilə məşğul olmaqdan çəkinmələrini tövsiyyə edir. Fəlsəfə, ölçülü olduğu zaman xoş və yararlıdır, amma sonda insanı vəhşiləşdirər və pozar, israrlı bir hiyləgərliklə, təbiətin bizə çizdiyi doğru yoldan azdırar.
Yalnızlıqda, tək başına bir çoxluq ol.
Araşdırmağınız lazım olan şey, insanların sizin haqqınızda necə danışdığı yox, sizin öz haqqınızda necə danışdığınızdır. Öz özünüzdən çıxın və öncə özünüzü qarşılamaq üçün hazırlaşın; öz özünü idarə etməyi bilməyən insanın, özü ilə qürur duyması dəlilikdir.
Zehninizi, özünüzdən utanana və özünüzə sayğı göstərənə qədər ərdəmli düşüncələrlə doldurun.
Qədim bir yunan sözü, insanların bir şeylərə görə deyil, şeylərlə bağlı düşüncələri üzündən acı çəkdiklərini söyləyir.
Xarici təsirlər rənglərini və qoxularını öz iç durumumuzdan alır. Eynilə, geyindiyimiz geyimlərin bizi öz istilikləri ilə isitməməsi, bizə aid olan temperaturu qoruması kimi.
İnanın ən saçma tutumlarından olan şan və şöhrət qayğısı, fəlsəfəçilərin belə vazgkeçməkdə ən çətinlik çəkdikləri tutumdur.
Müdrik insanın imperatorluğu özünə aiddir,
O öz xoşbəxtliyinin sənətkarıdır.
Bütün hərəkətlərimiz bizi aşkar edir. Bir at, sadəcə yarışda necə hərəkət etdiyinə görə yox, eyni zamanda yerişinə və axurda necə dincəldiyinə görə də mühakimə olunar.
Öyrəndiyimiz və sahib olduğumz bilgilər nə olursa olsun, bunların bizi məmnun etmədiyini hiss edirik və hər zaman gələcəyin və bilinməyən şeylərin arxasınca qaçırıq. Məncə bunun səbəbi bizi məmnun edə bilməyəcəkləri deyil, onları bacarıqsızca dəyərləndirməyimizdir.
Hazırladı: Fidan Aslanova