MÜASİR DÖVRÜN XƏSTƏLİYİ: SƏBİRSİZLİK

Səbirsizlik insanlarda hər zaman var olan bir xüsusiyyətdir. Tıxacda ilişib qalan, və ya  növbədə gözləyən insanların səbrinin dolduğunu görəndə, hər halda heç birimiz təəccüblənmirik. Lakin, bəzi ekspertlər, indiki zamanda insanların keçmişdəMüasir dövrün xəstəliyi: Səbirsizlikkindən daha səbirsiz olduğu qənaətindədir. Bunun səbəblərini öyrənmək, sizi təəccübləndirə bilər.

Bəzi araşdırmaçılara görə, son illərdə bir çox insanın səbirsiz olmasının səbəbi texnologiyadır.  Monrealda (Kanada) yayımlanan bir qəzetdə mütəxəssislərin bu iddiası yer aldı: “Rəqəmsal texnologiya, yəni cib telefonları, fotoaparatlar, elektron poçtlar, iPod-lar həyatımızı dəyişdirir. Bu texnologiya sayəsində anında nəticəyə çata bilirik; bu da, həyatın digər sahələrində, dərhal nəticə əldə etmə iştahımızı qabardır “(The Gazette).

Ailə psixoloqu Dr. Jennifer Hartstein, üzərində ciddi düşünülməsi lazım olan müşahidələrini açıqladı. O qeyd edir ki: “Dərhal doyum əldə etmək istəyən bir cəmiyyət olduq; bundan başqa, hər şeyin tez, məhsuldar və istədiyimiz kimi olmasını gözləyirik. Əksi olduğunda isə, getdikcə, daha çox xəyal qırıqlığına uğramağa və əsəbiləşməyə başlayırıq. Bütün bunlar, səbrsizliyin əlamətləridir. Sakit qalıb o anın dadına varmaq bacarığımızı itirmişik. “

Bəziləri, elektron poçtla ünsiyyət qurmağın məşhurluğunu itirməyə başladığını, hətta yaxın zamanda tarixə qarışacağını düşünür. Yaxşı bəs niyə? Çünki bir çox insan, yalnız dəqiqələr çəksə belə, göndərdikləri mesaja cavab gəlməsini gözləyə bilmir. Bundan başqa, eynilə məktublarda olduğu kimi elektron poMüasir dövrün xəstəliyi: Səbirsizlikçtlarda da adətən, giriş və qapanış sözlərinin olması gözlənilir. Ancaq, bir çox insan, rəsmiyyət zərurəti  kimi edilən bu kimi şeylərin darıxdırıcı və zaman itkisi olduğunu düşünür. Onlar, elektron poçtlardakı, protokola ehtiyac duyulmayan anlıq mesajları seçir. Belə məlum olur ki, insanların, bir-birlərinə incə salamlama ifadələri yazmağa belə səbri yoxdur! Bununla yanaşı, bir çox adam da yazdıqlarını yoxlamır. Nəticədə, məktublar və elektron poçtlar, ya yalnış insanlara  gedir, ya da yazılan şeylərdə bir çox qrammatika və imla səhvi olur.

BİR ÇOX İNSANIN, UZUN BİR MƏTNİ BAŞDAN SONA KİMİ OXUMAĞA SƏBRİ YOXDUR.

İnsanlar, yalnız rəqəmsal əlaqə dünyasında deyil, həyatın başqa sahələrində də etdikləri hər şeydən anında nəticə almaq istəyirlər və görünən odur ki, gözləmə qabiliyyətlərini getdikcə itirirlər. Məsələn, heç, çox sürətli danışdığınızın, çox sürətli yemək yediyinizin, çox sürətli maşın sürdüyünüzün, və ya çox sürətli pul xərclədiyinizin fərqində olmusunuzmu?  Liftin gəlməsini, nəqliyyatda yaşıl işığın yanmasını, və ya  kompüterin açılmasını gözləyərkən keçən bir neçə dəqiqəlik müddət sizə heç bitməyəcəkmiş kimi gəlirmi?Müasir dövrün xəstəliyi: Səbirsizlik

Mütəxəssislər, bir çox insanın uzun bir mətni başdan sona oxumağa səbri olmadığını müşahidə ediblər. Bunun səbəbi, insanların internet səhifələrində sürətli şəkildə gəzişməkləri və ana nöqtəyə mümkün olduğu qədər tez çatmaq üçün, başlıqdan başlığa atlamağa alışmış olmalarıdır.

 

Mənbə: www.jw.org/tr
Hazırladı: Fidan Aslanova

Beyenmeler
14   1  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın